Super User
Bu gün Bil Qeysin 71 yaşı tamam olur
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Dünyada kimlər məşhurdur? Əlbət ki dünyanın harasında Messi adını çəksən, onu tanıyacaqlar, yainki Ronaldonu, yaxud futboldan musiqiyə adlasaq, Beyonsu, Şakiranı tanımayan olmayacaq. Yəqin, siyasətçiləri də hər yerdə tanıyırlar, müharibə aparan Putinlə Zelenskini niyə də tanımasınlar? Amma istisna hal kimi, biznesmenlər də tanına bilər, məsələn, Bil Qeys və İlon Mask.
Bil Qeys— dünyanın ən tanınan sahibkarlarından, ixtiraçılarından və xeyriyyəçilərindən biridir. O, kompüter texnologiyalarının inkişafında və rəqəmsal inqilabın formalaşmasında mühüm rol oynayıb. Bil Qeys 28 oktyabr 1955-ci ildə Sietl şəhərində, Vaşinqton ştatında, ABŞ-da dünyaya göz açıb.
Hələ məktəb illərindən proqramlaşdırmaya maraq göstərib. O, 13 yaşında kompüter proqramlaşdırmasına başlayıb və Lakeside School adlı özəl məktəbdə oxuyarkən ilk proqramlarını yazıb.
1973-cü ildə Harvard Universitetinə daxil olub, lakin 1975-ci ildə təhsilini yarımçıq qoyaraq bizneslə məşğul olmağa başlayıb.
"Microsoft-un yaranması"
1975-ci ildə yaxın dostu Paul Allen ilə birlikdə Microsoft şirkətini təsis edib. Şirkət əvvəlcə kompüterlər üçün proqram təminatı hazırlayıb.
Ən böyük nailiyyəti MS-DOS və daha sonra Windows əməliyyat sistemlərinin yaradılması olub. Bu sistemlər sayəsində Microsoft dünya texnologiya bazarının liderinə çevrilib.
"Əsas nailiyyətlər"
- 1980: IBM ilə əməkdaşlıq edərək MS-DOS-u təqdim edib.
- 1985: İlk Windows əməliyyat sistemini istifadəyə verib
- 1990-cı illər: Microsoft-un məhsulları (Windows, Office, Internet Explorer) dünya miqyasında milyonlarla insan tərəfindən istifadə olunmağa başlayıb.
- 2000: Şirkətin baş direktoru vəzifəsini Steve Ballmerə təhvil verib.
- 2014: İdarə heyətinin sədri vəzifəsindən istefa verib.
"Sərvəti"
Bill Gates uzun illər dünyanın ən varlı insanı olub. Onun sərvəti uzun müddət Forbes siyahısında birinci yeri tutub.
2025-ci ilə qədər onun sərvətinin 120 milyard dollardan çox olduğu təxmin edilib.
"Xeyriyyəçilik fəaliyyəti"
2000-ci ildə keçmiş həyat yoldaşı ilə birlikdə Bill & Melinda Gates Foundation adlı dünyanın ən böyük xeyriyyə fondundan birini yaradıb.
Fondun məqsədləri:
- yoxsulluğun azaldılması
- qlobal səhiyyə problemləri ilə mübarizə
- təhsilin inkişafına dəstək
- peyvənd proqramlarının təşviqi
Bill Gates xeyriyyəçiliyə milyardlarla dollar ayırıb və “Giving Pledge” adlı təşəbbüslə digər varlı insanları da sərvətlərinin böyük hissəsini xeyriyyə işlərinə yönəltməyə çağırıb.
"Kitabları"
Bill Gates həmçinin bir neçə kitabın müəllifidir:
1. The Road Ahead (Gələcək Yolu) — 1995
2. Business @ the Speed of Thought (Düşüncə Sürətində Biznes) — 1999
3. How to Avoid a Climate Disaster (İqlim Fəlakətinin Qarşısını Necə Almalı) — 2021
Son olaraq Bill Gates yalnız bir texnoloji lider deyil, həm də insanlığa xeyir gətirməyə çalışan böyük xeyriyyəçidir. Onun fəaliyyəti sayəsində həm kompüter dünyası, həm də sosial yardım sahəsi böyük dəyişikliklərə uğrayıb.
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)
Ahmet Kaya – Türk musiqisinin unudulmaz səsi
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Söylə, söylə, yar bizə noldu,
Yenə qəlbim dərbədər oldu.
İstədim gözündən öpüm,
Gzölərin düşmənim oldu.
Bu mahnı o qədər qəlbi riqqətə gətirən, insanı tərpədən, duyğuları oyadan bir mahnıdır, uzun illərdir dəbdən düşmür. Biz onu indi şövqülə dinləyirik, böyüklərimiz doxsanıncı illərdə eləcə dinləyib təsirlənərdilər…
Ahmet Kaya – türk musiqi ulduzlarından biri. 28 oktyabr 1957-ci ildə Malatyada doğulub, kasıb bir ailədə dünyaya gəlib. Atası mədən işçisi olub. Uşaqlıqdan musiqiyə böyük marağı olub. 6 yaşında ikən atasının aldığı bağlama (saz) aləti ilə musiqiyə başlayıb. Orta məktəbdən sonra ailəsi ilə birlikdə İstanbul şəhərinə köçüb. Gənc yaşlarında həm işləyir, həm də musiqi təhsili alıb
"Musiqi karyerasının başlanğıcı"
Ahmet Kaya 1970-ci illərin sonlarında musiqi fəaliyyətinə başlayıb. 1985-ci ildə ilk albomu “Ağlama Bebeğim” işıq üzü görüb. Bu albomdakı sosial və duyğusal mahnılar sayəsində qısa müddətdə tanınıb.
Onun mahnılarında: yoxsulluq, azadlıq, insan haqları, sevgi və ayrılıq kimi mövzular ön planda olub
"Ən tanınmış albomları və mahnıları"
Ahmet Kaya 20-dən çox albom buraxılıb. Onlardan bəziləri və məşhur mahnıları aşağıdakılardır:
Ən məşhur albomları
1. Ağlama Bebeğim (1985)
2. Acılara Tutunmak (1985)
3. Şafak Türküsü (1986)
4. Yorgun Demokrat (1987)
5. Başkaldırıyorum (1988)
6. Resitaller (Canlı konsert seriyası)
7. Beni Bul (1990)
8. Kurtuluş Savaşı Destanı (1994)
9. Dosta Düşmana Karşı (1998)
Ən məşhur mahnıları
Kum Gibi
Yorgun Demokrat
Ağladıkça
Kendine İyi Bak
Beni Vur
Şafak Türküsü
Başım Belada
Söyle
Karar Verdim
Birazdan Kudurur Deniz
Televiziya proqramlarında və mediada sərt hücumlara məruz qalıb, nəticədə Türkiyəni tərk edərək Fransaya mühacirət edib. Ahmet Kaya Fransada sürgün həyatı yaşayıb. O, Parisdə yaşadığı müddətdə də musiqi fəaliyyətini davam etdirib. Lakin sürgün həyatı və gördüyü haqsızlıqlar onu dərin psixoloji gərginliyə salıb. 16 noyabr 2000-ci ildə ürək tutmasından vəfat edib.
Mirası və xatirəsi
Ahmet Kaya ölümündən sonra Türkiyədə yenidən qiymətləndirilib.
Mahnıları gənc nəsillər tərəfindən yenidən oxunmağa başlayıb, sənətinə dərin hörmət formalaşıb. 2001-ci ildə ölümündən sonra “Yılın Sanatçısı” (İlin sənətçisi) mükafatına layiq görülüb.
Sitatları
“Ben halkımın sanatçısıyım, onların acısını anlatırım.”
“Beni anlamak için yüreğini dinlemen gerek.”
Ahmet Kaya-nın sənətinin xüsusiyyətləri
Mahnılarında həm siyasi, həm də insani duyğuları birləşdirib Səs tonu dərin, duyğulu və səmimi olub. Sözləri çox vaxt şeir formasında olub, xalq musiqisi ilə rok elementlərini birləşdirib.
Ahmet Kaya yalnız bir müğənni deyildi – o, xalqın səsini dünyaya çatdıran bir simvol, ədalət və azadlıq axtarışının siması olub. Onun mahnıları bu gün də dinlənilir və bir çox insan üçün ümid və dirəniş rəmzidir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)
“Biri ikisində” Dərgidə kitab ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Dərgidə kitab rubrikasında Kamil Şahverdinin Himnimiz barədə 7-ci yazısı təqdim ediləcək.
DƏRGİDƏ KİTAB
Kamil ŞAHVERDİ
BİR DAHA HİMNİMİZ HAQQINDA
VII Yazı
“ALLAH BU MİLLƏTƏ BİR DAHA İSTİQLAL
MARŞI YAZDIRMASIN”
Mehmet Akif Ersoy
1920-ci ilin aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal olunduğu üçün dövlət himninin qəbulunu sona çatdırmaq mümkün olmadı. Qardaş Türkiyə isə bu dönəmdə hər tərəfdən düşmən basqılarına məruz qalmışdı. Ölkə od-alova bürünmüşdü. Əksər bölgələr işğal olunmuşdu. Türkiyə Qurtuluş Savaşı başlamışdı.
AXC-nin işğalından bir neçə gün əvvəl – 23 aprel 1920-ci ildə Mustafa Kamal silahdaşları ilə birlikdə Türkiyə Böyük Millət Məclisini qurdu.
1920-ci ilin yay aylarında Qərb Cəbhəsi Komandanı İsmət İnönü xalqı və ordunu ruh düşkünlüyündən qurtarmaq üçün, milli birliyin təmin edilməsi məqsədi ilə Milli Marş yazılması təşəbbüsü ilə çıxış edir.
Türkiyədə Milli Marş Osmanlı dönəmində, 19-cu yüzillikdə gündəmə gəlmişdi. Buna qədər isə dünyanın ən qədim və ən məşhur hərbi musiqi qurumu olan “Mehtər dəstəsi” yüzillər boyunca Türk dövlətlərinin əsas simvollarından biri sayılırdı. Səlcuqlular, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Məmlüklər, Səfəvilər kimi dövlətlərdə təbil, nağara, davul, kös, zurna, zil (mis dairələr), boru (mis şeypur), qaraney alətlərindən təşkil olunan hərbi musiqiçi dəstələri mövcud idi. Bu musiqiçi dəstələri yalnız döymə (zərb) və nəfəs (üfləməli) alətlərindən ibarət idi. Səlcuqlulardan Osmanlılara keçən hərbi musiqiçi dəstələri Mehtər adı ilə təşkilatlandırıldı. Hesab olunurdu ki, ilk hərbi musiqiçilər dəstəsini Səlcuq Sultanı III Keyqubad 13-cü yüzillikdə I Osmana hədiyyə olaraq göndərmişdi. Osmanlı dövlətində hərbi musiqiçilər dəstəsi təkmilləşdirilərək “Mehtername” yaradıldı. Mehtərlər dünyanın ən qədim və ən məşhur nizami hərbi orkestri sayılır. Bu orkestrlər xüsusi sistemlə formalaşaraq fəaliyyət göstərirdilər. Döyüş zamanı bu orkestrin ifası, təbillərin, davulların gurultusu, nəfəs alətlərinin gur səsi düşməni vahiməyə salırdı. Düşmən qoşunları bu dəhşətli səslərdən sarsılaraq döyüş meydanından qaçmağa məcbur olurdu.
Hücum edən döyüşçülər isə daha da ruhlanıb cuşa gələr və döyüş meydanına atılardılar.
Orta əsrlərdə Mehtərlər Osmanlı dövlətinin əsas simvollarından biri kimi böyük önəm qazanmışdılar.
“Osmanlı dövləti dönəmində əsgəri müzik gələnəyi mehtər adıyla tarixin ən görkəmli və sistemli təşkilatına yüksəlmişdir. Fars mənşəli olan “mihter” kəlməsinin, bəzi qaynaqlara görə, “mih” (böyük) və “ter” (üstünlük bildirən şəkilçi) hecalarından yaranan və “ən uca” və ya “ən ulu” anlamına gəldiyi bildirilməkdədir. Osmanlılarda bu kəlmə həm əsgəri musiqi topluluğu (mehtərhanə), həm də yüksək rütbəli bəzi vəzifəlilər üçün işlədilmişdir. Mehtərlər, sadəcə, bir musiqi qrupu deyildi; vizual əzəməti və eşitmə gücü ilə imperiyanın qüdrətini və əzəmətini əks etdirən bir vasitə idi”. (Vural Timur. (2012) “Osmanlı Dönemi Mehter Teşkilatı”. Zeitschrift Fur Der Turken Journal of World of Turks. 4 (1). s. 315-330.
Əmin-amanlıq dövründə isə mehtər dəstələri xalqın xoş günlərində, toy-düyündə, bayramlarda, el şənliklərində yaxından iştirak edir və bu şənliklərə xüsusi rəng qatırdılar.
Mehtərlərin xüsusi bir təşkilat kimi sistemli şəkildə formalaşması I Murad dönəmində başlamışdır. Belə ki, I Murad “Yeniçeri Ocağı”nı qurduqda onlara dəstək kimi mehtər təşkilatını da yaratmışdır.
II Mehmet dönəmində dövlət strukturlarında aparılan islahatlar nəticəsində “Mehteran-i Tabl-ü Alem” təşkilatı sistemli bir halda qurulur. II Mehmetin Mehtərə olduqca böyük önəm verməsi haqqında tarixdə kifayət qədər dəlillər mövcuddur:
“İstanbulun Fəthi sırasında mehtər dəstəsi aktiv olaraq istifadə edilmiş, mühasirə zamanı verilən hücum əmrlərinin başlanğıcı mehtər dəstəsinin ifa etdiyi “Ceng-i hərbi” idi. Bu bəstə, ilk ifa edildiyində yalnız davullarla çalınan ritmik bir musiqidən ibarət idi və savaşın başladığını xəbər verən bir işarə idi”. (Ahmet Selcuk Bayburtlu (2017). “Türk Askeri Müzik Tarihi Hakkında Bir İnceleme”. Online Journal of Music Sciences. 2 (1). s. 7-30.)
I Süleyman dönəmində Osmanlı torpaqlarının genişlənməsiylə, dövlət quruluşundakı dəyişikliklərlə paralel olaraq, mehterhanələrdə də quruluş dəyişiklikləri baş vermişdir. Hərbi musiqiçilər haqqında yeni qanunlar qəbul edilir və müasir anlamda hərbi orkestrlərin əsası qoyulur.
XVII yüzillikdə osmanlıların Avropa ölkələrərinə yürüşləri zamanı zəbt etdikləri şəhərlərdə yeniçeri qoşun hissələrinin mərkəzi küçə və meydanlarda təşkil etdikləri göstərişli nizami keçidlər avropalılarda ciddi təəssürat yaradırdı. Yeniçerilərin geyimləri, ritmik yerişləri, mehtər marşları, musiqi alətləri, bu alətlərin səs tembrləri hər kəsdə böyük maraq oyadırdı. Beləliklə, bu dövrdən başlayaraq yeniçerilərin hərbi orkestr ənənələri Avropa ölkələrinə sirayət etməyə başlayır və Avropada bu, dəb halını alır. “Ottoman military band” (Osmanlı hərbi orkestri), demək olar ki, bütün Avropa ölkələrində geniş populyarlıq qazanır. Qeyd olunmalıdır ki, Osmanll hərbi orkestri ilk dəfə hərbi addımlarla yürüş edən, nizami keçidlər təşkil edən orkestr sayılır.
1720-ci ildə Polşa kralı II Avqust Türk sultanından yeniçeri hərbi orkestr musiqi alətlərinin komplektini hədiyyə alır. 1725-ci ildə Rus imperatriçası I Yekaterina İstanbuldan Türk hərbi orkestr gətizdirir. 1741-ci ildə yeniçeri musiqi alətləri Avstriyada, daha sonra Prussiyada və digər Avropa ölkələrində istifadə olunmağa başlayır. “Alla Turca” bir janr kimi Avropada elə dəbə düşmüşdü ki, hər bir bəstəkar yazdığı əsərlərdə türk musiqi alətlərindən istifadə edərək mehtər marşlarının səs tembr-koloritini yaratmağa çalışırdı. Artıq Avropa simfonik orkestrlərinin hamısında türk musiqi alətlərindən geniş istifadə olunurdu. Bu dövrdə Türk yeniçeri musiqisinin, mehtər marşlarının Avropa simfonik və opera musiqisinə ciddi təsiri danılmazdır. Haydn, Qlyuk, Motsart, Bethoven, List, Bize, Maler və digər dünya şöhrətli bəstəkarlar öz yaradıcılıqlarında türk musiqi ənənələrinə istinad etmişlər.
1826-cı ildə II Mahmut dövrün tələblərinə cavab vermədiyini səbəb göstərərək “Yeniçeri Ocaqları”nı ləğv etdi. “Yeniçeri Ocaqları”nın ləğvi ilə bərabər, bütün “Mehterhane”lər də qapadıldı. Çünki “Mehterhane”lər “Yeniçeri Ocaqları”nın tərkibində fəaliyyət göstərirdilər.
Tarixdə bu hadisə “Vaka-i Hayriye” (Xeyirli hadisə) adı ilə tanınır. 16 iyun 1826-cı ildə İstanbulda Osmanlı hökmdarı II Mahmutun əmri ilə “Yeniçeri Ocaqları” topa tutularaq yox edilmiş, sağ qalanlar isə 16-17 iyunda edam edilmişdir.
Belə bilgilər də var ki, “Mehterhane”lər qapadıldıqda yüzillərlə formalaşan böyük marş külliyatı da yox edilmişdir. Bu barədə “Parlak Jurnal” saytında qeyd olunur:
“Tarix 1826-nı göstərirkən 2-ci Mahmut əvvəlki padşahların düşünüb də edə bilmədikləri bir şeyi bacaracaqdı. Osmanlının qərbləşməsi uğrunda və modernləşmək məqsədiylə “Yeniçeri Ocaqları”nı qapatmışdı. Təbii ki, bununla bərabər, “Ahi”, “Bektaşi” Ocaqları və Mehteran Bölüyü də eyni taleyi yaşayacaqdı. II Mahmut Mehteran Bölüyünü bağlayarkən oradakı marşlar və güftələr (mətnlər, sözlər-K. Ş.) də bölüklə birlikdə kül olub uçdu. Bizim bir çoxumuzun qədim əsrlərdən qaldığını sandığımız mehtər marşları, əslində, 2-ci məşrutiyyənin elanı ilə birlikdə 1908-ci ildən sonra bəstələnmişdir. 1914-cü ildə Ənvər paşanın əmrləri ilə mehtər marşları yenidən bəstələnməyə başlanmışdır.
Mehtər bölüyü qapadılırkən bəstə və güftələrin də ortadan qaldırılmasının səbəbi II Mahmutun modernləşmə təşəbbüsü idi. “Yeniçeri Ocaqları”nı qapatan bir padşah əski ordunu xatırladan heç bir şeyi həyatla əlaqələndirmək istəməmişdir. Bu bir qədər anlaşılandır. Daha sonra Osmanlıda millətçilik əhvalının yüksəlməsiylə birlikdə bu marşların gücü kəşf ediləcək və Osmanlı marşları təkrardan xatırlanacaqdır”. (“Mehter Marşları ve Gerçek”. Parlak Jurnal İnternet Dergisi. 17 avqust 2017)
II Mahmut mehtər təşkilatı yerinə Avropa dövlətlərindəki hərbi orkestrlərin bənzəri olan “Musika-i Hümayun” adında saray orkestri yaratdı. 1828-ci ildə bu orkestrə rəhbərlik etmək üçün İtaliyadan bəstəkar və dirijor Giuseppe Donizetti dəvət olundu. O, məşhur İtaliya bəstəkarı Gaetano Donizettinin böyük qardaşı idi, Napoleonun ordusunda hərbi orkestrdə xidmət göstərmişdi. İstanbula dəvət olunan Giuseppe Donizetti (1788-1856) II Mahmutun sarayında Avropa tipli orkestr yaradaraq ömrünün sonuna qədər Osmanlı dövlətinə xidmət etmişdir.
Paşa titulu ilə mükafatlandırılan Giuseppe Donizettinin II
Mahmutun şərəfinə bəstələdiyi “Mahmudiye Marşı” on bir il, II Mahmutun ölümündən sonra taxta çıxan oğlu Sultan Abdülmecit üçün bəstələdiyi “Mecidiye Marşı” da (1839) 22 il boyunca Osmanlı Dövlətinin marşı olaraq ifa edilmişdir.
20-ci yüzilliyin əvvəllərində Osmanlıda milli oyanış zəminində mehtər musiqisi gündəmə gəldi. Ənvər Paşa mehtər musiqisinin türkçülüyü gücləndirəcəyi düşüncəsi ilə yenidən mehtər dəstəsi yaratmaq fikrinə gəldi. Lakin dövlətdən dəstək olmadığı üçün Ənvər Paşa istəyini lazımi səviyyədə həyata keçirməyə nail ola bilmədi. Baxmayaraq ki, bir çox nüfuzlu hərbçilər və düşüncə sahibləri Ənvər Paşanın təşəbbüsünə qoşularaq bu mövzunu gündəmdə saxlaya bilmişdilər. Nəhayət, 1914-cü ildə İstanbuldakı Askeri Muzenin (Hərbi muzeyin) nəzdində “Mehterhane-i Hakani” adı ilə yeni bir mehtər dəstəsi yaradıldı.
“Mehterhane-i Hakani”nin mehtərbaşılığına Eyyubi Ali Riza Bəy (Şengel) gətirildi; həftədə iki gün konsert verməyə başladı” (Erhan Tekin, Nilgün Doğrusöz. (7 yanvar 2018). “Yirminci Yüzyılda Kültürel Bellek ve Gelenegin Yeniden İhyası Bağlamında Mehterhane-i Hakani”. Elektron Sosyal Bilimler Dergisi. 17 (65): 317-336.)
Milli mücadilə dönəmində millətin və ordunun birliyini, mənəvi yüksəlişini, mübarizə əzmini gücləndirmək və ruh yüksəkliyini təmin etmək məqsədi ilə Qərb Cəbhəsi Komandanı İsmət Paşa bir Milli Marş yazılmasının vacibliyi ilə müraciət etdi. İsmət Paşanın Milli Marş təşəbbüsü haqqında Ayşe Hür “”Devşirme” Marşlarla Milliyetçilik” yazısında qeyd edir:
“Bir gün orta məktəb müdiri otağında çalışırdım. Papağımı masanın bir kənarına qoymuşdum. Qapı açıldı. İçəri qısa boylu bir Baş Qərargah polkovniki girdi. Onu görüncə, ayağa qalxdım, papağımı geyindim. “Buyurunuz” – dedim. Bu adam: “Mən Qərb cəbhəsi Baş Qərargah rəisi İsmət” – dedi. Onu masamın önündəki oturacağa dəvət etdim, oturdu.
“Məni sizə Dr. Riza Nur bəy göndərdi. Orduda qərar verdik. Bir İstiqlal Marşı istəyirik. Bunun sözləri və musiqisi üçün ayrı müsabiqə keçirilməlidir. Hər birini qazanana beş yüz lira verəcəyik” – dedi. Əmrlərini dərhal icra edəcəyimi söylədim. O da qalxdı getdi.
Bu sətirlər 1921-ci ildə Maarif Vəkalətində orta dərəcəli təhsilə məsul olan Nami (Duru) bəyə aiddir”.
(Ayşe Hür. “Devşirme” Marşlarla Milliyetçilik. www.bianet web saytı. 26 aprel 2008)
Kazım Nami Duru vaxt itirmədən Milli Marş mövzusunda fəaliyyətə başlayır. Maarif Nazirliyi Baş Qərargah Rəsliyinin dəstəyi ilə müsabiqənin təşkilini, qalib olan şeirə musiqi bəstələmək üçün yeni bir müsabiqənin keçirilməsini öz üzərinə götürür. Milli Təhsil Naziri Dr. Riza Nurun imzası ilə sənəd hazırlanır və vilayətlərə göndərilir. Sənəddə yazılır: “Türk dövlətinin əbədiliyini, Anadolu Milli Mücadiləsinin ruhunu, Türkün istiqlal eşqini dilə gətirəcək bir milli marş sözlərinin yarışmaya açıldığı, yarışma sonunda marşın bəstələnəcəyi, marş sözlərinin 3 ay ərzində - 21 dekabr 1920-ci il tarixinə qədər Ankarada Maarif Vəkalətinə göndərilməsi, yarışmaya qatılanların ad və ünvanlarını ayrıca bağlı bir zərfə yazaraq sözləri ilə birlikdə göndərmələri, yarışma sonunda qalib olan şeirə görə 500 lira mükafat veriləcəyi bildirilmişdir”.
Bu çalışmaların ardından Böyük Millət Məclisində marş sözlərini incələyəcək bir heyət qurulmuşdur. Söz yarışmasına toplam 724 şeir göndərilmişdir. Bu arada, Dr. Riza Nur Bəy Türk-Rus danışıqlarında nümayəndə seçildiyinə görə, Maarif Vəkilliyindən ayrılmış, yerinə Hamdullah Subhi Tanrıöver Maarif Vəkili olmuşdur”.
(www.ataturkansiklopedisi.gov.tr/detay/697/
Daha sonra Ankarada çıxan “Hakimiyyət-i Milliye” qəzetinin 25 oktyabr 1920-ci il tarixli nömrəsində belə bir elan dərc olunur:
“Millətimizin daxili və xarici istiqlalı uğrunda başlamış olduğu mücadiləni ifadə və tərənnüm etmək üçün Maarif Vəkaləti tərəfindən bir İstiqlal marşı müsabiqəsi elan olunmuşdur. Bu müsabiqəyə göndərilən əsərlər 23 Kanun-i əvvəl sənə 1336 (23 dekabr 1920-K. Ş.) tarixinə qədər ədəbi münsiflər tərəfindən seçiləcək və qəbul edilən əsərin sözlərinə görə beş yüz lira mükafat veriləcək. Və yenə beş yüz lira təhsis edilərək bəstə üçün ayrıca müsabiqə elan olunacaq. Bütün müraciətlər Ankarada Böyük Millət Məclisi Maarif Vəkalətinə ediləcəkdir”.
Müsabiqəyə qatılanların sayı gözlənildiyindən xeyli çox idi. Əsər göndərənlər arasında Kazım Karabekir, Hüseyin Suat Yalçın, İsak Ferrara, Mühiddin Baha Pars, Kemaleddin Kamu kimi məşhur şairlər də var idi. Göndərilən əsərlər Milli Təhsil Nazirliyində təşkil olunmuş heyət tərəfindən incələnirdi. Bütün əsərlər vətən sevgisinə, suverenliyə, müstəqilliyə həsr olunsa da, Milli Marş olmağa dəyər qazana bilmədi. Beləliklə, 23 dekabr 1920-ci il tarixinə qədər Maarif Vəkalətinə göndərilən yüzlərlə əsərdən heç biri Milli Marş üçün seçilməyə məqbul sayılmamışdı.
Mustafa Kamal Paşa, Hasan Basri Çantay, Hamdullah Subhi bu işi yalnız Mehmet Akif Ersoyun görə biləcəyini düşünürdülər. “Çanakkale Şehidlerine”, “Bülbül” kimi dillər əzbəri olan şeirlərin müəllifi Mehmet Akif “Millətin başarılarının para ilə övülemeyeceğini” bildirərək, mükafat təyin olunduğundan, İstiqlal marşı müsabiqəsinə qatılmaqdan imtina etmişdi. 1921-ci il fevralın 5-də Maarif Vəkili Hamdullah Subhi Mehmet Akifə məktub yazır və onu müsabiqədə iştirak etməyə israrla dəvət edir. Hasan Basri Çantay “Akifname” (Mehmet Akif) kitabında bunu belə təsvir edir:
“İstiqlal Marşı.
Nasıl yazıldı? Nasıl kabul edildi?
Milli İstiqlalımızın gözəl və uyar bir marşını yazmaq üçün Maarif Vəkaləti şairlərimizə müraciət etmişdi, bir müsabiqə açmışdı. Birinciliyi qazanan şairə 500 lira mükafat verəcəkdi. Aradan qısa bir zaman keçdikdən sonra Vəkalətə bir çox marşlar gəlməyə başladı.
Bu marşın-İstiqlal mücadiləsinin içində, Böyük Millət Məclisinin sakf-ı hamiyyeti altında bulunan (Vətənpərvərlər qrupundan olan deputatlar-K.Ş.) Mehmet Akif tərəfindən yazılmasını onun özünə söylədiyimiz zaman o:
– Mən nə müsabiqəyə qoşularam, nə də “caize” (təyin ediləni-K. Ş.) alaram.
Mən ricalarımı təkrar etdikcə o da eyni sözünü söyləyir və:
– Qoyun yazsınıar. Mən bu yaşdan sonra yarışamı çıxacağam, ayıb deyilmi? – deyirdi.
Bir gün Maarif vəkili Hamdullah Subhi Bəy Məclisdə məni gördü, dedi ki:
– İndiyə qədər 500-dən çox marş gəldi. Mən heç birini bəyənmədim. Ustadı inandıra bilməzmisən?
Cavab verdim:
– Akif bəy müsabiqə şəklini və mükafatı qəbul etmir, əgər buna bir çarə və bir şəkil tapsanız, yazdırmağa çalışaram.
Düşündü:
– Dur, – dedi: – Mən ona bir təzkirə yazım. Arzusuna tabe olacağımızı bildirim. Fəqət, təzkirəni ona siz verin...
Mən də razılaşdım. Yarım saat sonra bu təzkirəni gətirib mənə verdi:
“Çox əziz və möhtərəm əfəndim.
İstiqlal marşı üçün açılan müsabiqəyə buyurmamağınızın səbəbini aradan qaldırmaq üçün çox tədbirlər vardır. Zati-aliləri üçün arzuolunan şeiri yazmaq məqsədə çatmaq üçün son çarə olaraq qalmışdır. Sizin nəcib qayğılarınızın tələb etdiyi hər şeyi edəcəyik. Hörmətlə ölkəmizi bu təsirli inam və təhrik vasitəsindən məhrum etməməyinizi xahiş edirəm və bu fürsətdən istifadə edərək ən dərin hörmət və ehtiramımı bir daha ifadə edirəm, əfəndim”.
5 fevral 1921
Umum Maarif Vəkili
Hamdullah Subhi
(Hasan Basri Çantay, Akifname (Mehmet Akif), 1966, s. 62)
Mehmet Akif Hamdullah Subhinin ona yazdığı məktubdan sonra qalib olacaq əsəri üçün müəyyən edilən mükafatın kimsəsizlərə paylanacağı təqdirdə iştirak etməyə razılıq verir.
Millət Vəkili kimi TBMM-də iştirak etmək üçün Ankaraya gələn Mehmet Akif ev tapa bilmədiyindən Tacəddin Dərgahına sığınmışdı. 17 fevral 1921-ci ildə şair Türk ordusuna həsr etdiyi, Qurtuluş savaşının qazanılacağına olan inamını, Türk əsgərinin cəsurluğunu, Türk millətinin öz müstəqilliyini, haqqa, yurduna və dininə bağlılığını tərənnüm edən şeiri qələmə alır.
Bingöl Yedisu İlçe Yazı İşleri Müdürü Osman Nuri Besi www.yedisu.gov.tr saytında Tacəddin Dərgahında İstiqlal Marşının yazılmasını “İstiklal Marşımız Nasıl Yazıldı?” məqaləsində belə təsvir edir:
“Qaranlıq günlərdə vətənimizin qurtulacağını, varlığımızın simvolu olan ay-ulduzlu al bayrağımızın əbədiyyən dalğalanacağını müjdələyən; ordumuza və millətimizə iman, ümid və cəsarət qaynağı olan İstiqlal marşımızı M.Akif 17 fevral 1921-ci ildə Tacəddin Dərgahında yazdı. Türk Milləti yox edilmək istənməkdədir; axşam günəşi batmaqdadır. Əcaba, varlığımızın simvolu olan bayrağımız da, yıldızımız da sönəcəkmidir? M.Akif imanla kükrəyir:
Korkma! Sönmez bu şafaklarda yüzen al sancak;
Sönmeden yurdumun üstünde tüten en son ocak.
O benimdir, Milletimin yıldızıdır, parlayacak;
O benimdir; O benim milletimindir ancak!
17 fevral 1921-ci il gecəsi Tacəddin Dərgahında nərdivandan çıxınca həmən sol tərəfdəki kiçik otaqda, rəfdə kiçik qaz lampası yanmaqda; yatağında yatmaqda olan M.Akif oyanmış, kağız axtarır... Yoxdu... Əlinə keçən kurşun qələmlə yatağının sağındakı divara dönmüş, İstiqlal Marşımızı yazmağa başlamış... Səhər namazına qalxan otaq qonşusu Hafiz Bekir Əfəndi (Konyadan Parlament üzvü) M.Akifi əlindəki çib bıçağı ilə divardakı qitəni (beyti-K.Ş.) qazırkən görür.
Doğacaktır sana vadettiği günler Hakkın…
Kim bilir, belki yarın, belki yarından da yakın”.
Mehmet Akif qəhrəman orduya həsr etdiyi şeiri bitirincə nazirliyə təqdim edir. Hamdullah Subhi şeiri öncə orduda oxunması üçün cəbhəyə göndərir. Necə olsa da, marş yazılması təklifi ordudan gəlmişdi. Ona görə də, əsgərlərin şeiri necə qarşılaması çox önəmli idi. O günlərdə cəbhədə durum heç də yaxşı deyildi.
“Kütahya və Eskişəhir müharibələrində ordumuz Sakaryanın şərqinə çəkilmişdi. Eskişəhir düşmən işğalına uğramış və qərarvermə mərkəzinin Ankaradan Kayseriyə daşınma hazırlıqlarına başlanmışdı. Bu sıxıntılı günlərdə Hamdullah Subhi Bəy Akifin şeirinin öncə cəbhədə əsgərlər arasında oxunmasına qərar verdi. Nə də olsa, marş yazılması təklifi ordudan gəlmişdi. Bu məqsədlə şeir Şərq Cəbhəsi Komandanlığına göndərildi.
Oxunduğunda əsgərlərə böyük mənəvi dəstək olmuş və çox bəyənilmişdir”.
(Ahmet Yozgat. İstiklal Marşımız Nasıl Yazıldı. www.derindunya.com. 26 iyun 2014)
Orduda şeir böyük ruh yüksəkliyi ilə qarşılanandan sonra mətbuatda dərc olunur və millətin ixtiyarına verilir. İlk dəfə 17 fevral 1921-ci ildə Ankarada çıxan “Hakimiyet-i Milliye” qəzetinin və “Sebilürreşad” dərgisinin ilk səhifələrində, daha sonra, 21 fevral 1921-ci ildə Anadolunun ən məşhur “Açıksöz” qəzetlərində şeir dərc olunur. Ordudan sonra xalqın da rəğbətini qazanan “Kahraman Ordumuza” şeiri İstiqlal Marşı kimi təsdiqini tapmaq üçün 26 fevral 1921-ci ildə TBMM-nin müzakirəsinə təqdim olunur. Məclisdə müzakirə olunması üçün şeirin çap olunaraq millət vəkillərinə paylanması qərara alınır. Məclis Rəisi Mustafa Kamal Paşa bu məsələni Maarif Encümenine (Maarif Komitəsinə) həvalə edir. Lakin bəzi millət vəkilləri bunun əleyhinə çıxırlar. İzmit Mebusu (Parlament üzvü) Hamdi Namik Bəy hesab edir ki, yazılan əsərlər arasında Maarif Encümeni Rəisi (Maarif Komitəsinin sədri) Mehmet Akif Bəyin də əsəri olduğuna görə, göndərilən şeirlərə tərəfsiz baxılması üçün özəl bir komissiya yaradılmalıdır. Şeirlər də bu komissiyada incələnməlidir.
Hamdi Namik Bəyin bu təklifi qəbul edilməmiş və İstiqlal marşının seçimi Maarif Encümeninə həvalə edilmişdir. 1 mart 1921-ci ildə millət vəkili Hasan Basri Bəy İstiqlal marşı şeirinin Hamdullah Sübhi Bəy tərəfindən Məclis kürsüsündən oxuması təklifi ilə çıxış etmişdir. Bunun əleyhinə çıxanlar olsa da, sonda qərara alınmışdır ki, Maarif Vəkaləti tərəfindən Məclisə təklif olunan yeddi şeirdən birini seçərək Hamdullah Subhi Bəy kürsüdən oxusun.
Mustafa Kamal Paşanın sədrlik etdiyi həmin gün Məclis İstiqlal Marşını geniş müzakirə etmişdir. Verilən təklifin səsə qoyularaq qəbul edilməsi qərara alındı. Bundan sonra Hamdullah Subhi Bəy İstiqlal Marşını oxumaq üçün kürsüyə çıxmışdır. “Mehmet Akifdən şeiri yazmasını özünün istədiyini, şairin ikramiyə səbəbindən yarışmaya qatılmağı uyğun görmədiyini, ancaq görüşmələr nəticəsində Mehmet Akifi razı saldıqlarını, ələmələrdən qalan son altı şeirlə birlikdə Mehmet Akifin şeirini Məclisin seçiminə təqdim etdiklərini söyləmiş və ardından, İstiqlal Marşını kürsüdən oxumuşdur”. (Hüsnü Özlü. “İstiklal Marşının Yazılışı ve Kabulü”. www.ataturkansiklopedisi.gov.tr/detay/697/
TBMM-nin 1 mart 1921-ci il tarixli iclasının stenoqramında İstiqlal Marşının kürsüdən oxunduğu zaman millət vəkillərinin hər bənddən sonra alqışlarla münasibət bildirmələri qeyd olunur. Həmin stenoqramı olduğu kimi təqdim edirəm:
İstiklal marşı
1
Korkma, sönmez bu şafaklarda yüzen al sancak;
(Şiddetli alkışlar)
Sönmeden yurdumun üstünde tüten en son ocak.
O benim milletimin yıldızıdır, parlayacak;
O benimdir, o benim milletimindir ancak.
2
Çatma, kurban olayım, çehreni, ey nazlı hilal!
Kahraman ırkıma bir gül! Ne bu şiddet, bu celal?
Sana olmaz dökülen kanlarımız sonra helal...
Hakkıdır, Hakk'a tapan milletimin istiklal!
(Alkışlar)
3
Ben ezelden beridir hür yaşadım, hür yaşarım.
Hangi çılgın bana zincir vuracakmış? Şaşarım!
Kükremiş sel gibiyim, bendimi çiğner, aşarım.
Yırtarım dağları, enginlere sığmam, taşarım.
4
Garbın afakını sarmışsa çelik zırhlı duvar,
Benim iman dolu göğsüm gibi serhaddim var.
Ulusun, korkma! Nasıl böyle bir imanı boğar,
“Medeniyet!” dediğin tek dişi kalmış canavar?
5
Arkadaş! Yurduma alçakları uğratma sakın.
Siper et gövdeni, dursun bu hayasızca akın.
Doğacaktır sana va'dettiği günler Hakk'ın...
Kim bilir, belki yarın, belki yarından da yakın.
(Alkışlar)
6
Bastığın yerleri “toprak!” diyerek geçme, tanı:
Düşün altındaki binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır, atanı:
Verme, dünyaları alsan da, bu cennet vatanı.
(Alkışlar)
7
Kim bu cennet vatanın uğruna olmaz ki feda?(Alkışlar)
Şuheda fışkıracak toprağı sıksan, şuheda!
Canı, cananı, bütün varımı alsın da hüda,
Etmesin tek vatanımdan beni dünyada cüda.
(İnşaallah sadaları)
8
Ruhumun senden, ilahi, şudur ancak emeli:
Değmesin mabedimin göğsüne namahrem eli.
Bu ezanlar ki şehadetleri dinin temeli,
Ebedi yurdumun üstünde benim inlemeli.
9
O zaman vecd ile bin secde eder varsa taşım,
Her cerihamdan, ilahi, boşanıp kanlı yaşım,
Fışkırır ruh-i mücerret gibi yerden na'şım;
O zaman yükselerek arşa değer belki başım.
(Alkışlar)
10
Dalgalan sen de şafaklar gibi, ey şanlı hilal!
Olsun artık dökülen kanlarımın hepsi helal.
Ebediyen sana yok, ırkıma yok izmihlal:
Hakkıdır, hür yaşamış, bayrağımın hürriyet;
Hakkıdır, Hakk'a tapan milletimin istiklal!
(Sürekli alkışlar)
(www.tbmm.gov.tr/tarihce/istiklalmarsi_c9_ic1.pdf)
Mehmet Akifin Qəhrəman Orduya yazdığı şeir on iki gün sonra - 12 mart 1921-ci ildə Məclisdə baş tutmuş geniş müzakirələrdən sonra səs çoxluğu ilə İstiqlal Marşı kimi qəbul edilmişdir.
Qazi Mustafa Kamal Paşa Məclisdə marşı ən ön sırada və ayaq üstdə alqışlayaraq dinləmiş və marşın qəbulundan sonra, İstiqlal Marşının önəmini bu sözlərlə açıqlamışdır:
“Bu marş, bizim inqilabımızım ruhunu anladır... İstiqlal Marşında davamızı anlatmaq baxımından böyük mənası olan misralar vardır. Ən bəyəndiyim yeri bu misralardır: “Hakkıdır hür yaşamış bayrağımın hürriyet, Hakkıdır Hakka tapan milletimin istiklal”. Mənim bu millətdən əsla unutmamasını istədiyim misralar iştə bunlardır... Bu deməkdir ki, əfəndilər, Türkün hürriyətinə toxunulmaz!”
(Hüsnü Özlü. “İstiklal Marşının Yazılışı ve
Kabulü”. www.ataturkansiklopedisi.gov.tr/detay/697/)
BU MARŞ MİLLƏTİN MALIDIR
Mehmet Akif Ersoy
Mehmet Kurtoğlu “Taceddin Dergahında İstiklal şairi Mehmet Akif” kitabında qeyd edir:
“İstiqlal Marşı 1 mart 1921-ci ildə Məclis kürsüsündən oxunurkən böyük bir alqış tufanı qopmuş. 12 martda rəsmən qəbul edilmiş, qəzetlərdə yayınlanmış, kartpostallar və lövhələr üzərində çap olunaraq bütün yurda paylanılmışdır. İlk dəfə “Şebilürreşad” dərgisində yayınlanmışdır. Akif, “bu marş millətin malıdır” deyərək onu safahatına (qeydlərinə-K. Ş.) almamışdır. (Mehmet Kurtoğlu. Taceddin Dergahında İstiklal Şairi Mehmet Akif. səh. 32. Ankara-2016.)
İstiqlal marşı Məclisdə qəbul edildikdən sonra 21 mart 1921-ci il tarixli sayında rəsmi dövlət orqanı olan “Ceride-i Resmiye Gazetesi”nin ilk səhifəsində çərçivə içində çap olunmuşdur.
Mehmet Akifin şeiri rəsmən İstiqlal Marşı kimi qəbul edildikdən və mətbuatda dərc edildikdən sonra bir çox bəstəkar müsabiqə elanını gözləmədən marşın musiqisini yazırlar. 1 noyabr 1921-ci ildə Maarif Vəkaləti İstanbulda bəstə yarışması keçirilməsi üçün bir heyətin yaradılması haqqında Məclisdə məsələ qaldırır. Lakin Məclis daha vacib müzakirələrin olduğu səbəbindən bu təklifi qəbul etmir. Çünki Anadoluda qızğın savaş getdiyi üçün bəstə yarışması aktuallığını itirmişdi. Ona görə də, Maarif Vəkalətinə təqdim olunan 24 bəstədən seçim edilməmişdi.
“Bəstə yarışması isə “güfte kadar ilgi” görmedi. Bu da məmləkətin o zamankı musiqi durumunu əks etdirməkdədir.
Bəstə yarışmasına ancaq 24 bəstəçi qatılmışdı. Onlardan bəziləri bunlardır:
Ahmet Cemalettin, Çinkılıç, Ahmet Yekta Madran, Ali Rifat Çağatay, Asım Bəy, Bedri Zabac, Hasan Basri Çantay, H. Saadettin Arel, İsmail Hakkı Bəy, İsmail Zühtü, Kazım Üz, Lemi Atlı, Mehmet Baha Pars, Mustafa Sunar, Rauf Yekta, Saadettin Kaynak, Zati Arca, Zeki Üngör”.
(İşte İstiklal Marşının İlk bestesi.
www.sabah.com.tr/kultur_sanat/2012/03/12/iste-istiklal-marsinin-ilk bestesi)
Mehmet Akifin İstiqlal Marşının əleyhinə olanlar da yox deyildi. Onlar da vaxtaşırı Məclisdə İstiqlal Marşı haqqında qəbul edilmiş qərarın ləğv edilməsini və yeni müsabiqə keçirilməsini tələb edirdilər. Mehmet Akifin şeirinə qarşı ən sərt çıxış edənlərdən biri tanınmış şair Kazım Karabekir idi. Kazım Karabekir 26 iyul 1922-ci ildə Bakanlar Kurulu Başkanı (Baş nazir-K.Ş.) Rauf Bəyə yazdığı məktubda yarışma qərarının ləğv edilərək özünün yazdığı şeirin İstiqlal Marşı kimi qəbul edilməsini tələb edirdi.
“Kazım Karabekirin İstiqlal Marşı olmasını istədiyi şeiri isə belə idi:
Ya istiklal, ya ölüm!
Ya istiklal, ya ölüm!
Vatanım, milletim, sancağım, evim,
İstiklalsız yoktur yerim.
Zincir vurdurur mu Türkler boynuna
Varlığı fedadır vatan yolunda
Biz tarihin Türk dediği yılmaz milletiz
Hür yaşar hür ölür nurlu ümmetiz!”
(Ahmet Yozqat. İstiklal Marşımız Nasıl Yazıldı.
www.derindunya.com/2014/06/istiklal-marsimiz-nasil-yazildi/)
Lakin Kazım Karabekirin və digərlərin etirazlarına baxmayaraq, Mehmet Akifin “Ordu duası” şeiri rəsmən qəbul olunduğu andan bütün millət və ordu tərəfindən ruh yüksəkliyi ilə qarşılanmışdı. Marşın bəstə müsabiqəsi Milli Mücadilə səbəbindən ertələnsə də, ölkənin müxtəlif yerlərində Mehmet Akifin şeiri fərqli musiqi ilə oxunmağa başlandı. Bəstəkarların çoxu musiqi müəllimi işlədikləri üçün, dərs dedikləri məktəblərdə öz bəstələrini uşaqlara öyrədirdilər. Ədirnədə Ahmet Yekta Madranın, İzmirdə İsmayıl Zühtü Bəyin, Ankarada Osman Zeki Bəyin, İstanbulun bir hissəsində Zati Arcanın, digər hissəsində, Kadıköy tərəfində isə Ali Rifat Çağatayın bəstələri oxunurdu. Bir müddət belə davam etdikdən sonra 12 fevral 1923-cü ildə İstanbul Maarif Müdirliyi ikinci dəfə İstiqlal Marşı bəstəsinə yarışma təşkil etmişdir. Bu yarışmaya 55 əsər göndərilmişdir. 1924-cü ildə Milli Təhsil Nazirliyində toplanan komissiya Ali Rifat Çağatayın bəstəsini qəbul edir. Komissiyanın bu seçimi Məclis tərəfindən rəsmən təsdiq olunmasa da, tövsiyə olunması məsləhət görülmüşdür. Bununla da, bütün ölkə boyunca Ali Rifat Çağatayın bəstəsi İstiqlal Marşı kimi ifa olunmağa davam etdi.
Ali Rifat Çağatayın bəstəsi klassik Türk musiqisi janrında, mehtər marşı üslubunda, qədim Türk makamı olan Acemişiran makamı motivində yazılmışdır. Lakin marş millət arasında, orduda böyük rəğbət qazanmadı. Bu marş 1930-cu ilə qədər ifa olundu. Bu müddət ərzində Ali Rifat Çağatayın marşını bəyənməyənlər etiraz edir və marşın dəyişdirilməsi istəyini dilə gətirirdilər. Məclisdə də tez-tez bu marşın əleyhdarları fikirlərini səsləndirir və yeni qurulmuş Cümhuriyyətin müasir, modern üslubda yazılmış marşa ehtiyacı olduğunu vurğulayırdılar. Bəziləri bildirirdi ki, 1924-cü ildə Milli Təhsil Nazirliyinin təşkil etdiyi münsiflər heyətinin sədri Ali Rifatın qardaşı Semih Rifat olduğu üçün seçim obyektiv olmamışdı. Yarışmada iştirak edən bəstəkar Zati Arca komissiyaya ciddi etiraz etmiş və hətta Atatürkə şikayət ərizəsi ilə müraciət etmişdi. Ərizədə qeyd olunur:
“Alaturka musiqi ustası olan Ali Rifat Bəyin qərb musiqisində başarılı ola bilməməsi;
Əsərində çox önəmli harmonik xətalara yol verməsi;
Münsiflər heyətinin uzmanlardan təşkil olunmaması;
Münsiflər heyətinin rəhbəri Semih Rifatın Ali Rifatın qardaşı olduğu və dəyərləndirmələrin obyektiv olmadığı səbəbindən seçimin ləğv edilməsi vacibdir”.
(Ahmet Yozgat. İstiklal Marşımız Nasıl Yazıldı.
www.derindunya.com/2014/06/istiklal-marsimiz-nasil-yazildi/
1930-cuildə RiyasetiCumhurOrkestrinin (indikiCumhurbaşkanlığı Orkestri) dirijoruOsmanZeki Üngörünqərb üslubundayazdığı musiqisiMilliMarş kimiqəbuledildi.
İstiqlalmarşı mübahisəsibununladabitmədi. Zeki Üngörünbəstəsinə də iradlarbildirildi. Həttaiddialarvarki, ZekiÜngörbumusiqiniMehmetAkifErsoyun şeirinigörmədən, bilmədənbəstələyib. Şeirlə musiqidəkiahəng, ölçü fərqibununlaizaholunur. Əslində, buiddialardahəqiqətvar. ÇünkiMehmetAkifin şeiri əruzvəznininrəməlbəhrində yazılıb. Onagörə də, bəzimisralarZeki Üngörünmusiqi ölçüsünə sığmır. LakinTürkmillətinin, ordusununqəbuletdiyi, qürurlandığı, şərəfləndiyi, sevərəkifaetdiyi İstiqlalMarşınahörmətvə ehtiramlayanaşmaqborcumuzdur. ÇünkiMehmetAkifinbu şeiri - “Orduduası” hələ bəstəsindən öncə Millimücadilə dönəmində, İstiqlal, CümhuriyyətSavaşındaTürk əsgərininmənəvidayağı olmuş, TürkgəncliyiniVətənuğrundamübarizəyə ruhlandırmış, Vətəntorpağındakəfənsizyatmış şəhidlərinsonnəfəsdə söylədiyiDuaolmuşdur.
BugünTürkiyə Cümhuriyyətinin İstiqlalMarşı dünyanın əngözəlmarşlarındanbiridir. Bumarşınmillət, dövlətuğrunda, istiqlal, hürriyyətuğrundaxidmətləri ölçüyə gəlməzdərəcədədir. Türkmilləti, türkdövlətivarolduqca İstiqlalMarşı davarolacaqvə hərbirtürkünqürurmənbəyiolmaqdadavamedəcək.
18 oktyabr 1982-ciiltarixində Türkiyə CümhuriyyətiKurucuMəclistətəfindən ümumxalqsəsverməsi (referendum) yoluilə qəbuledilmiş Türkiyə CümhuriyyətiAnayasasında (Konstitusiya) qeydolunub:
III. Dövlətinbütünlüyü, rəsmidili, bayrağı, millimarşı və başkəndi(paytaxtı)
Maddə 3. – Türkiyə Dövləti, ölkəsivə millətiylə bölünməzbirbütündür. DiliTürkcədir.
Bayrağı, şəkliqanundagöstərilənbəyazay-ulduzlualbayraqdır.
Millimarşı “İstiqlalMarşı”dır.
BaşkəndiAnkaradır.
IV. Dəyişdirilməyəcəkhökmlər
Maddə 4. – Anasayanın 1-cimaddəsindəkiDövlətin şəklinin (quruluşunun) Cümhuriyyətolduğuhaqqındakı hökmilə, 2-cimaddəsindəkiCümhuriyyətinnitelikləri (xüsusiyyətləri) və 3-cü maddəsihökmləridəyişdiriləməzvə dəyişdirilməsitəklifediləməz.
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)
CƏLİL XƏLİLOV: “8 Noyabr zəfəri sübut etdi ki, öz gücünə arxalanmağın alternativi yoxdur”
“44 günlük Vətən müharibəsi və bu müharibənin nəticəsi olaraq ortaya çıxan 8 Noyabr zəfəri öz gücünə arxalanmağın heç nə ilə müqayisə oluna bilməyəcəyini isbatladı”.
Bu sözləri “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib.
Pokovnik qeyd edib ki, uzun illərdir ki, heç bir beynəlxalq təşkilatın, hətta BMT-nin belə həll edə bilmədiyi problemi Azərbaycan cəmi 44 gün ərzində ortadan qaldıraraq bənzərsiz bir nümunə ortaya qoydu:
“Hamıya məlumdur ki, Azərbaycan 30 il davam edən erməni işğalını diplomatik yolla aradan qaldırmaq, öz ərazi bütövlüyünü, suverenliyini təmin etmək üçün bütün beynəlxalq təşkilatlara müraciət edib, problemin siyasi-diplomatik yolla həllinə böyük qüvvə sərf edib. Lakin təəssüflər olsun ki, Azərbaycanın bütün səylərinə baxmayaraq, işğal faktorunu diplomatik yolla ortadan qaldırmaq mümkün olmadı. BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ probleminin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamənin heç biri yerinə yetirilmədi. Demək olar ki, hər kəs – bütün dünya torpqlarımızın Ermənistan tərəfindən işğal edilməsi faktı ilə barışdı. Yalnız Azərbaycan dövləti, Azərbaycan xalqı bununla barışmadı. Ümummilli Lider Heydər Əliyev siyasi kursunu uğurla inkişaf etdirən Prezident İlham Əliyev 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə işğal probleminə son qoydu. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın edən Azərbaycan Silahlı Qüvvələri bununla BMT-nin məlum qətnamələrini də icra etmiş oldu.
8 Noyabr zəfəri sayəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş oldu. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixi zəfəri, tarixi nailiyyəti idi.
Azərbaycanın 44 günlük Vətən müharibəsində ortaya qoyduğu əzm, əldə etdiyi parlaq qələbə bütün dünya üçün bir nümunə oldu. Bu qələbə sübut etdi ki, müasir dövr, çağdaş dünyamızım acı reallıqları beynəlxalq təşkilatlara, yaxud digər dövlətlərin dəstəyinə ümid etməməyi, özlüyündə güclü, yenilməz olmağı tələb edir. Necə ki, Azərbaycan məhz bu cür davrandı. Dövlətimiz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında həm hərbi, həm də iqtisadi baxımdan böyük güc əldə edərək tam, qəti qləbəni təmin etdi.
Bu gün Azərbaycan bütün sahə və sferalarda öz qüdrətini artırmaqda, sürətlə inkişaf etməkdədir. Dövlətimiz yeni müttəfiqlər və tərəfdaşlar tapmaqla yanaşı, öz daxili gücünü, daxili imkanlarını genişləndirməkdədir. Çünki işğal problemi və Vətən müharibəsi Prezident İlham Əliyevin bu tarixi sözlərinin nə qədər doğru olduğunu bir daha sübut etdi:
“Biz ancaq özümüzə güvənə bilərik”.
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)
“Maraqlı söhbətlər”də Nobel mükafatı və bir millətə tərəfkeşlik
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Dünya əhalisinin cəmi 0.2%-ni təşkil edən bir millət, necə olur ki, Nobel mükafatlarının 22%-nə sahiblənir?
Nobel mükafatı siyahılarına baxanda maraqlı bir fenomen diqqət çəkir: Yəhudi mənşəli elm adamları, xüsusən də İqtisadiyyat sahəsindəki mükafatların təxminən 40%-ni qazanıblar. Bəs bu qeyri-adi intellektual uğurun arxasında nə dayanır?
Sosioloqlar və tarixçilər bunu 4 əsas səbəblə izah edirlər:
1. Kitab və təhsil kultu: Yəhudi mədəniyyətində savadlılıq min illərdir ki, ən ali dəyərdir. Orta əsrlərdə kütləvi savadsızlıq hökm sürəndə belə, bu icmada hər bir uşağın mütaliə etməsi məcburi idi. Ailələrdə aşılanan əsas fəlsəfə budur: "Maddi sərvətini itirə bilərsən, amma biliyin əlindən alına bilməyəcək yeganə mülkündür."
2. Müzakurə və təfəkkür mədəniyyəti: Onların intellektual ənənəsi kor-koranə itaətə deyil, tənqidi təfəkkürə əsaslanır. Məktəblərində müəllimin dediyini birbaşa qəbul etmək yox, ona sual vermək, doqmaları sorğulamaq tələb olunur. Elm elə məhz bu nöqtədən — sorğulamaqdan başlayır!
3. Tarixi "məcburiyyətlər": Əsrlər boyu Avropada yəhudilərin torpaq sahibi olmasına icazə verilmirdi. Bu da onları şəhərlərə köçməyə və yalnız ağıl, savad tələb edən sahələrə — tibb, hüquq, ticarət və bankçılığa yönəlməyə məcbur etdi. Elm və sənaye inqilabı başlayanda onlar intellektual olaraq hər kəsdən daha hazırlıqlı idilər.
4. Çətinliklərdən doğulan rəqabət: Tarix boyu məruz qaldıqları təqiblər və məcburi köçlər onları hər zaman digərlərindən daha rəqabətədavamlı olmağa vadar etdi. İkinci Dünya Müharibəsi zamanı Avropadan ABŞ-yə qaçan Albert Eynşteyn kimi yüzlərlə dahi zəka Amerika universitetlərinin elmi ekosistemi ilə birləşərək Nobel zirvəsini fəth etdi.
Başqa amillər arasında güclü lobbiçilik fəaliyyətləri, uğurlu şəxsiyyətlərin yollarının açılması, kiçik yaşlardan perspektiv və qabiliyyətə uyğun sahələrə yönəldilmə sayıla bilər. Qısası; güclü təhsil ənənəsi və tarixi zərurət bu kiçik xalqı dünya elminin nəhənginə çevirdi.
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)
SƏRRAF olmayan SƏRRƏFin sözündən süzülən suallar
Əkbər Qoşalı,
“Ədəbiyyat və incəsənət” portalının redaktoru
İran İslam Cümhuriyyətinin Elm, Tədqiqat və Texnologiya naziri Hüseyn Simayi Sərrəfin Azərbaycan Respublikasından olan qızları İran universitetlərində təhsil almağa dəvət edib. Çox gülməlidir, çox. Bəyəm, Tehran bizim dildə təhsilə başlayıb? Yoxsa, Quran dilində təhsil olacaq – “Quran” farsca enməyib, gərək bunu illa unutmasınlar.
Uzaq olsun, birdən təhsil haqqı tanıdıqları ermənilərin məktəbinə sövq edərlər bizim uşaqları – inşallah daha o qədər də ağını çıxarda bilməzlər. Yaxşı, sən elə təhsil verənsənsə, əhalinin 50 fazizindən çoxunu təşkil edən türklərə nə əcəb anadilli təshili, məktəbi, kitab-dəftəri qıymırsan?
Bəli, bəzən bir amıqlama onlarla sual doğurur; bəzən bir dəvət, əslində, dəvət edənin öz ünvanına qayıdan sual məktubuna çevrilir; bəzən də başqasına göstərilən qayğı öz evində həllini gözləyən məsələləri daha aydın göstərir.
Sərraf olmayan Sərrəfin dəvətinə səbəb kimi Azərbaycanda hicabla bağlı məktəb geyimi qaydaları ətrafında yaranmış mübahisələr göstərilir.
Yaxşı, deyək ki, uşağın təhsil hüququ mübahisə predmeti deyil və zatən olmamalıdır da! Uşaq məktəbdən qıraqda qalmamalıdır, bəli; ancaq körpələr öz doğma mühitlərindən, ev-eşiklərindən də uzaqda qalmamalıdır.
Ayrıca, heç bir qız uşağının gələcəyi böyüklərin dini, siyasi, ideoloji və ya başqa səciyyəli qarşıdurmalarının girovuna çevrilə bilməz. Dünyəvi təhsil prinsipi də, vicdan azadlığı da, qanunun aliliyi də bu əsas məqsədlə uzlaşdırılmalıdır.
Azərbaycan öz təhsil siyasətini öz qanunları, Konstitusiyası və beynəlxalq öhdəlikləri əsasında müəyyənləşdirir. Mövcud problemlərin həlli də ilk növbədə Azərbaycanın müvafiq dövlət qurumlarının, məktəbin, ailənin və vətəndaş cəmiyyətinin məsuliyyətidir. Ancaq Tehranın dəvəti məsələyə tamam başqa ölçü qazandırır. İndi biz soruşmayaqmı: İİC-də Azərbaycan dilində ümumi təhsil verən neçə dövlət məktəbi fəaliyyət göstərir? Neçə universitetdə Azərbaycan dili tamhüquqlu tədris dilidir? İranda yaşayan milyonlarla Azərbaycan türkü öz ana dilində ibtidai, orta və ali təhsilin bütün pillələrindən keçmək imkanına malikdirmi? Əgər malikdirsə, bu məktəblərin, fakültələrin, proqramların, dərsliklərin və məzunların statistikası haradadır? Yox, əgər belə bir sistem mövcud deyilsə, onda başqasının balasına təhsil vəd edən dövlət öz vətəndaşının balasına niyə eyni hüququ təmin etmir?
Burada məsələnin yalnız dildən ibarət olmadığı bəsbəllidir. Məsələ hüququn mahiyyətindən, dövlətin öz vətəndaşına münasibətindən, insanın mənəvi varlığının bütövlüyündən gedir. Axı insan yalnız geyimindən daha öncə, daha üstün dili ilə də özüdür. Dil insanın yaddaşıdır, düşüncə evidir, mənəvi vətənidir. Bir uşağın baş örtüyünə həssaslıq göstərən dövlət həmin uşağın ana dilinə də eyni həssaslığı göstərməlidir, göstərməlidir. Yoxsa baş örtüyü hüquqdur, ana dili isə yalnız məişət vasitəsi? Dinin görünən rəmzləri qorunmalıdır, insanın öz dilində düşünmək və öyrənmək haqqı isə ikinci dərəcəlidir?
Allah eləməsin, qutlu Kitabın mahiyyətini siyasi mübahisəyə çevirmək niyyətimiz yoxdur. Əksinə, məhz “Quran”ın ruhuna, ədalət anlayışına və insanın yaradılış müxtəlifliyinə sayğı ilə soruşuruq: məgər “Quran” fars dilində nazil olub? – Xeyr! – “Quran” qədim ərəb dilində nazil olub. Bu, hər bir müsəlmanın bildiyi həqiqətdir.
“Quran”ın “ər-Rum” surəsinin 22-ci ayəsində dillərin və rənglərin müxtəlifliyi Allahın ayətlərindən biri kimi təqdim olunur. Elə isə dillərin müxtəlifliyini ilahi hikmətin nişanəsi sayan inancın adından çıxış edən dövlət ana dillərinin təhsil məkanında bərabər imkanlarını niyə genişləndirməsin?
Əlbəttə (və təəssüf və ədalətsizcə!), İranın dövlət dili fars dilidir. Bu dilin də zəngin ədəbiyyatı, özünəxas mədəni irsi, tarixi mövqeyi olmuş ola bilər. Biz olanları danmırıq – danmaq nə elmi, nə də mədəni yanaşma olardı; lakin fars dilinə sayğı Azərbaycan dilinin hüquqlarının boğulmasına əsas verə bilməz. Bir dilin böyüklüyü başqa dilin imkanlarının daraldılması ilə ölçülmür; əksinə, böyük mədəniyyət başqa mədəniyyətlərin də yaşamasına, inkişafına, özünüifadəsinə imkan yaratmaqla böyüklüyünü təsdiqlər. İİC Konstitusiyasının 15-ci maddəsi yerli və etnik dillərin mətbuatda, kütləvi informasiya vasitələrində istifadəsinə, məktəblərdə həmin dillərin ədəbiyyatının fars dili ilə yanaşı öyrədilməsinə icazə verir. Diqqət edək: burada ana dilinin tədrisi ilə ana dilində təhsil arasında mühüm hüquqi fərq vardır. Azərbaycan dilinin ədəbiyyatını ayrıca fənn kimi öyrənmək bir məsələdir, riyaziyyatı, fizikanı, tarixi, coğrafiyanı, fəlsəfəni Azərbaycan dilində öyrənmək isə başqa məsələ! Həmin o Sərrəfdən, digər Tehran rəsmilərindən soruşmaq istərdik: bu fərqi aradan qaldırmaq üçün indiyədək hansı sistemli addımlar atılıb? Konstitusiyanın verdiyi imkanlar niyə daha geniş və davamlı təhsil modelinə çevrilməyib?
Azərbaycan dilində təhsilin bütün pillələrini əhatə edən sistemin qurulmasına nə mane olur? Yoxsa İranda ana dilində təhsil hüququ yalnız başqa dövlətin vətəndaşına müraciət ediləndə yada düşür?
Bayaq da vurğuladıq – bir də erməni məktəbləri məsələsi var. İranda erməni icmasının məktəbləri və erməni dilinin tədrisi ilə bağlı müəyyən institusional imkanların mövcudluğu bəllidir. Bu məktəblərin hüquqi və tədris özəllikləri ayrıca araşdırılmalıdır; ancaq elə həmin örnək özü də sual doğurur – əgər bir icmanın dil və mədəni kimliyinin qorunması üçün xüsusi təhsil mexanizmləri mümkündürsə, niyə ölkənin böyük Azərbaycan türkü əhalisinin ana dilində sistemli təhsil imkanları eyni dərəcədə genişləndirilməsin?
Biz heç kimin haqqının azaldılmasını istəmirik. Erməninin də, farsın da, kürdün də, ərəbin də, bəlucun da, türkmənin də, Azərbaycan türkünün də dil və mədəniyyət hüquqları qorunmalıdır. Bizim istədiyimiz hüququn hamıya aid olmasıdır. Ədalət bölüşdürüləndə azalmır, çoxalır və hamıya şamil olunduqca öz mənasına yaxınlaşır.
Bəlkə İİC bir gecənin içində qəfildən dönüb dünyəvi dövlət olub da, biz bilməmişik? Əlbəttə, yox! Azərbaycan Respublikası isə dünyəvi dövlətdir. Bu fərq özlüyündə iki ölkə arasında münasibətlərin qarşıdurma üzərində qurulmasını tələb etmir; dövlətlərin müxtəlif siyasi-hüquqi modelləri ola bilər. Ancaq bir dövlətin öz modelini başqa ölkənin iç siyasətinə münasibətdə üstün ölçü kimi təqdim etməsi haqlı suallar doğurur.
İranın Azərbaycanlı qızlara məktəb qapılarını açmaq təklifi təhsil əməkdaşlığının ümumi və bərabərhüquqlu prinsipləri çərçivəsində səslənsəydi, buna münasibət də başqa olardı; amma çağırış konkret iç mübahisəyə bağlanırsa, burada təhsillə yanaşı siyasi anlam da meydana çıxır.
Bəlkə Tehran öz yanlışlarını etiraf etməyə hazırlaşır – nəhayət anlayır ki, insanın təhsil hüququ yalnız dini mənsubiyyəti və ya geyimi ilə məhdudlaşmır? Ya bəlkə İran dövləti öz vətəndaşlarının ana dili ilə bağlı tələblərinə yeni münasibət formalaşdırır? Bəlkə Azərbaycan türklərinin dil və təhsil hüquqları ilə bağlı illərdir səslənən narazılıqlara cavab verməyin vaxtı çatıb?
Bəlkə, bəlkə, bəlkə... – Müsbət cavab olsaydı, alqışlayardıq; amma bunun göstəricisi qonşu ölkəyə ünvanlanan haytalı, gərgin açıqlama olmamalıdır; Tehranın öz içində atdığı hüquqi və institusional addımları görməliyik. Məsələn, Azərbaycan dilində ümumi təhsil imkanlarının genişləndirilməsi, müəllim hazırlığı, dərsliklərin nəşri, universitet proqramlarının inkişafı və ana dilinin ictimai-mədəni həyatda daha geniş istifadəsi. Bax, bunlar həyata keçirilərsə, təhsil hüququ haqqında deyilən sözlə görülən iş arasında uyğunluq yaranardı – elə deyilmi? Tehranın öz vətəndaşlarına münasibətdə belə bir siyasət yürütməsi nə Azərbaycanın əleyhinə, nə də fars dilinin əleyhinə olardı; tam tərsinə, bu, oradakı toplumun mədəni zənginliyinin qorunmasına xidmət edərdi.
Burada daha bir incə məqam vardır. İslamın mənəvi dəyərləri ilə hər hansı dövlətin konkret siyasətini eyniləşdirmək doğru olmaz. İslam bir dövlətin siyasi sərhədlərindən daha geniş mənəvi-mədəni dünyadır. “Quran”ın ədalət çağırışı da yalnız müəyyən ölkənin vətəndaşlarına aid deyil. Tehran əgər insan haqqından danışırsa, bu haqqı sərhədin o tayında müdafiə edib, bu tayında isə özünü görməməzliyə vura bilməzsən. Əgər təhsil haqqından danışırlarsa, həmin haqqı həm baş örtüyü məsələsində, həm ana dili məsələsində, həm də təhsilə bərabər çıxış məsələsində müdafiə etməlidir. Yoxsa hüquq prinsip olmaqdan çıxıb münasibətə görə dəyişən siyasi alətə çevrilər.
Uzun sözün qısası, Azərbaycan türklərinin ana dilində təhsil hüquqları Tehranın dövlət siyasətində layiqli və gerçək həllini tapmalıdır. İki məsələni bir-birinə qarşı qoymaq yox, hər ikisinə eyni hüquqi ölçü ilə yanaşmaq lazımdır. – Haqqın məzhəbi, ədalətin milliyyəti, elmin isə siyasi sərhədi yoxdur.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)
Mütaliə saatında Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam”
XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
27—Cİ DƏRC
Düşüncələrin çoxdan qaysaq bağlamış bəzi xatirələrini dirildib, onun ağrısını yaşadırdı Sənə bəzən. “Yaman pis yerdə yaxalayır adamı ömrün pis xatirələri. Yaddaş adamı oturduğu yerdə diksindirir. Ağır-ağır gəlib-gedir”.
Yaddaşında eşələnirdin həddən ziyadə. Bəlkə də elə bu qoymadı Səni xatirələrini yazmağa. Yazsan düzünü-düz, əyrini-əyri yazacaqdın, ya hər şey olduğu kimi yazılmalıdır, ya da heç nə yazılmamalıdır. Ancaq hər şeyi anlaya-anlaya yenə deyirəm ki, min heyif, milyon heyif ki, bu xatirələr yazılmadı. Axı bu xatirələr həm də Sənin ailən, uşaqlığın, gəncliyin, yaşadığın şəhər, məhəllə, gəzdiyin küçələr, dost-tanışlar, sevib-sevmədiklərin, görüb-eşitdiklərin, başına gələnlər haqda böyuk, tarixi bir kitab olacaqdı. Sən heyifsilənirdin: “Bizim ədəbiyyatda Bakının öz romanı yoxdu. Şəhərin tarixi ilə bağlı yazı demirəm. Balzakın Parisi, Dikensin Londonu kimi. Görünür, belə kitab bizdən sonra gələn nəsillərin qələmindən çıxacaq”.
Belə bir kitabı Sən yaza bilərdin. Bir dəfə Səndən soruşdum:
- Bilirəm, Bakını çox sevirsən. Yenə də Avropa ölkələrindən hansında yaşaya bilərdin?
- Heç birində. Amerikada yurd salmaq olardı, Bakı orada tikilmiş olsaydı. Dilləri də bizim dil olsaydı. İngilis dili yox.
Mən haqlıyam. “Vaqif Səmədoğlunun Bakısı” adlı kitab Sənin öz qələmindən çıxa bilərdi. Sənin gözlərinlə baxacaqdıq Bakıya, Bakı həyatına. Birgə gəzəcəkdik Bakı küçələrini. Birgə heyifsilənəcəkdik ağacların qırılmasına, şəhərdə yaşıllığın azalmasına, şəhərin ruhu, siması olan qədim tarixi binaların sökülməsinə, əvəzində hündür, yöndəmsiz binarın tikilməsinə, birgə sevinəcəkdik şəhərə yaraşıq verən yeni tikililərə, yollara. Sənin kitabın bir abidə olacaqdı o illərin, bu illərin Bakısına, o dövrün, bu dövrün insanlarına. Mütləq o kitabda Sənin uşaqlıq xatirələrinə xüsusi yer veriləcəkdi.
Gündəlikdən: “Uşaqlıq hafizəsi nə qədər güclüdürsə, yazıçı da o qədər güclüdür”.
Sənin qədər uşaqlığına ciddi yanaşan insan az tapılar. Uşaqlıqda yaşanılan hisslər öz dərinliyinə görə heç də böyüklərinkinlərdən seçilmir, bəlkə də daha təsirli, daha kəskindir. O illərin də öz dramı, bəzən faciəsi olur. O dövrdə qoyulan möhür yaddaşımıza kök salır, keçilən ömür yollarında onun izləri görünür.
Gündəlikdən: “İnsan ayrılıq haqda ancaq cismən nədənsə, kimdənsə uzaq düşəndə başlayır fikirləşməyə. Ancaq insan daima ayrılıq içindədir. Saniyə-saniyə, anbaan keçmişdən ayrılır, uzaq düşür. Qürbətdən vətənə qayıtmaq olar, illərlə üzünə həsrət qaldığın övladlarınla görüşə bilərsən. Ancaq uşaqlığa insan ömründən nə yol var, nə körpü. Əsl ayrılıq da budur. Övlad, vətən həsrəti yox...”.
Yadıma böyük yapon rejissoru Akira Kurasavanın 77 yaşında olarkən Sənin sevimli İsveç rejissorun 70 yaşlı İnqmar Berqmana yazdığı məktub düşdü. Kurasavanın yazdıqlarıyla Sənin fikirlərin üst-üstə düşür: “İnsan uşaq doğulur, oğlan olur, gənclik dövrünü yaşayır, ömrünün çiçəklənmə dövrünə çatır və, nəhayət, yenidən uşaq olur. Məncə, bu, ən ideal həyat yoludur. Düşünürəm, siz də mənimlə razılaşarsınız ki, insan ikinci dəfə uşaq olanda əsl şedevr yarada bilər”. Mən də əminəm, əgər başının üstünü dalbadal xəstəliklər almasaydı, mütləq Sən o şedevr əsəri yaradacaqdın. Memuarmı, pyesmi, romanmı, poemamı olacaqdır o əsər, bilmirəm, ancaq bilirəm ki, Sən o əsəri yazacaqdın.
Sənin uşaqlığın Bakının Fioletov küçəsindəki (indiki Əlizadə küçəsi) evdə keçib. Bir dəfə şair Səlim Babullaoğlu bu evi görəndə dedi: “Belə evlərdə (o, indiki Səməd Vurğun Muzeyini də nəzərdə tuturdu) doğulub, yaşayan Vaqif Səmədoğlu başqa cür şeir yaza da bilməzdi...”.
Bizim uşaqlığımız nağıldan başlayır. Bu evdə Sən Abdulla Şaiqin məşhur “Tıq-tıq xanım”, “Tülkü həccə gedir” və sairə nağıllarını çənəni dizinin üstünə dayayıb, onun öz ağzından eşitmisən...
“Abdulla Şaiq əsl ziyalı idi. Özü də çox qəribə, alicənab, mehriban xasiyyəti vardı. Milçəyi əli ilə tutardı, öldürməzdi, nəfəsliyi açıb, oradan bayıra buraxardı...”.
Sənin də uşaqlığının öz ətri olub - ananın, atanın, nənən Bikə xanımın ətri. Sən bu evdə 15 yaşınadək yaşamısan. Evin içində velosiped sürmüsən. Bu evdə Xavər xanım xoşbəxt olub. Ev köhnə univermağın üstündə, dördüncü mərtəbədə idi. Mənə evi, pəncərənizi göstərərdin.
- Nuşa, gedək ora?
- Gedək.
Bir qədər tərəddüd etdin.
- Sonra gedərik.
Sonra olmadı...
Çiynim yenə də söykənir
Evimizin divarına,
Bu günüm göz yaşı tökür,
Uşaqlığımın məzarına...
-Nuşa, məni uşaqlıqdan kağız, karandaş özünə çəkib. Papa hər dəfə Moskvadan bizə – Yusifə, Aybənizə, mənə bloknotlar, dəftərlər gətirərdi. O zamankı kağızlardan nə gözəl iy gəlirdi, aman İlahi. Necə qəşəng cib dəftərləri satılırdı köhnə univermağın birinci mərtəbəsində. Hər gün gedib, yekə başımı əyə-əyə onlara baxırdım. Hətta bir kərə satıcıların belə söhbəti oldu. Heç yadımdan çıxmır...
- Etot malçik kajdıy den prixodit, smotrit i smotrir, niçeqo ne beret. (bu oğlan hər gün gəlir, baxır-baxır, heç nə almır)
- A mojet on qluxonemoy? (bəlkə o lal-kardır?)
Piştaxtadan aralanıb getməyə başladım yavaş-yavaş. Arxadan söhbət eləyən satıcı qadınlardan biri dalımca bir-iki dəfə qışqırdı:
- Malçik, malçik, podoydi syuda, malçik. Malçik ne boysya, çto tebe nujno? (oğlan, ay oğlan, bura gəl. Qorxma, oğlan, sənə nə lazımdır?)
- Ya je qovorila, on ne slışit. (mən dedim də, o eşitmir)
Dayanmayıb getdim. Bir ay univermağa ayaq basmadım. Sonra gedib gördüm ki, orada daha həmin qadınlar yox, bir kişi işləyir. Dayanıb, yekə başımı əydim. Dəftərlərə, bloknotlara baxmağa başladım. Elə gözəl iy gəlirdi ki. Kaş indi biləydim məni lal-kar sayan qadınlar hardadır. Vallah, gedib deyərdim: “Zdravstvuyte, ya ne qluxonemoy... (Salam, mən lal-kar deyiləm)”.
Danışdığın hazır hekayədir.
- Mənim kağız iyindən, karandaşla yazma və pozanla pozma prosesindən xoşum gəlir. Şagird kimi. Karandaşı cib bıçağı ilə yonuram. Bıçaqları da özüm itiləyirəm. Nuşa, evimizdə heç vaxt küt bıçaq olmayacaq.
- Hərbi planşetinə qoyurdun bütün bunları səliqəylə...
- Nuşa, axı mən uşaqlıqda hərbçi olmaq istəmişəm. Küçədə hərbi geyimli adam görəndə ayaq saxlayıb, həsrətlə ona baxmışam. Hərbçi paltarından çox xoşum gəlir.
-Hə, 60 illiyində jurnalist Şəmistan Nəzərli Sənə hərbi geyim hədiyyə etmişdi. Sənə çox yaraşır hərbi forma. Hərdən geyinib evdə gəzirdin. Şəklini də çəkdim bu formada, yadındadır?
- Bağda çəkmişdin...
Hərbi planşetin indi muzeydə qorunur... Evimizdəki bıçaqlar tez-tez kütləşir..
Ağlayıb qucağa alınmadığım
uşaqlığın yaraları
bu gün açılır bir-bir
Uşaqlığımın qanı damır
bu günün torpağına...
Bu yaraları
heç nəylə sarımaq olmaz daha
indi öz qanına bulana-bulana
oturasan gərək,
qulaq asasan
uzaqda ağlaya-ağlaya ölən
uşaqlığına...
-Uşaqlığının ən təsirli, acı xatirələrindən biri lombard qarşısında gördüyün müdhiş mənzərə idi. Lombard köhnə univermaqla üzbəüz yerləşirdi.
-Müharibədən sonrakı illər lombardın qabağına demək olar ki, hər gün onlarla insan yığılırdı. Üzlərindən dərd-sər, çarəsizlik yağan bu insanların yanından hər gün sıxıla-sıxıla keçirdim. Onlar ailələrinə bir tikə çörək aparmaq xətrinə hansısa əşyalarını lombarda qoymaq üçün matəm sükutunda, səbirsizliklə onun açılmağını gözləyirdilər. Yaxınlıqda isə içi dolu ərzaq mağazası... İlk dəfə həyatın sərt həqiqəti ilə üz-üzə gəlmişdim...”
Allah, bu yollamı gedəcək dünya,
Beləmi başlanıb, bitəcək dünya?
Sizin binada müxtəlif millətlərin nümayəndələri yaşayırdı. Həyət uşaqları – süpürgəçi Qavatulinin oğlu Zika, Slavik Qorelko və Zaxarla dostluq etmisən. İlk uşaqlıq sevginin həm sevincini, həm də faciəsini yaşamısan bu evdə – 8 yaşlı balaca balerina Lyalyanın. Onunla xəyallara dalır, gələcək haqda istəklərinizi bölüşürdüz...
“1948-ci ilin yayında mən valideynlərimlə Kislovodskiyə, o da anasıyla Aşqabada, qohumlarıgilə qonaq getdi. Böyük səbirsizliklə onunla görüşəcəyim günü gözləyirdim. Onunçün farfordan balaca balerina heykəli də almışdım. Nəhayət, Bakıya qayıtdıq. Əlimdə balaca balerina heykəli həyətə, onun yanına qaçdım. Həyətdə qoca arvadlar məni əhatəyə aldılar. “Vaqifçık ne xodi tuda... Net bolşe Lyaleçki... Ona poqibla... V Aşxabade bılo zemletryaseniye”. (Getmə ora, Vaqifçik... Lyaleçka daha yoxdur... O, Aşqabadda zəlzələdə həlak olub...).
1948-ci il oktyabrın 5-dən 6-a keçən gecə Aşqabadda baş verən zəlzələdə yüz mindən çox adam ölmüşdü...
“O an içimdə baş verənləri sözlə ifadə etmək, yəqin ki, mümkün deyil. Mənə elə gəldi ki, ətrafda hər şey dayandı... Səslər, qoxu, hətta rənglər yox olub, şiddətlə fırlanan burulğana qoşuldu. Mən farfor balerinanı bağrıma basıb, “Lyaya yoxdur, bir də heç vaxt onu görməyəcəyəm” sözlərinin çarəsizliyini başa düşə bilmirdim... 9 yaşımda həyatıma dəhşətli “heç vaxt” sözü daxil oldu...”.
Şeirlərində balaca balerina Lyaya yadına düşəcək:
Sənin bir ahından yüz min yel dəyirmanı fırlanır...
Sənin barmaqların varyete səhnəsinə
lüt-çılpaq çıxmış çöp kimi arıq qız uşaqlarıdır.
Yetişməmiş qız uşaqları...
Sənin ahın, barmaqların dağda təkənin ayağı altdan
qaçmış bir daş kimi gəlir üstümə.
Bilirəm o daş gicgahıma dəyəcək əvvəl-axır.
Və mən öldüyüm anda alışıb,
iki nəhəng məşələ dönəcək təkənin buynuzları.
İşığa qərq olacaq dünya başdan-başa.
Və o işıqda görəcəksən getdiyimi.
Gedərkən çiynimlə şkafın üstündən
yerə saldığım farfor balerinanın qırıntılarını...
Bir ah çəkəcəksən dərindən. O an
fırlanmağa başlayacaq yer üzünün yel dəyirmanları.
Varyete səhnəsinə çıxacaq barmaqların yenə.
Dirilib, onlara qoşulacaq farfor balerina.
Oynaya-oynaya yüz min dəfə adımı pıçıldayacaq sana...
Bir-birindən əlvan, rəngarəng, sirli, nağıllara bənzər uşaq xəyalları. Hansı arzuların çin oldu, görən? Bəlkə də bu xəyalların əlçatmazlığındadır onların gözəlliyi. Həm də əgər həyatda hər şey biz istədiyimiz kimi alınsaydı, sonradan heyifsilənməyə səbəb tapmazdıq axı...
Mən sağ ikən
yox olsa Xəzər,
kəsilsə qağayıların səsi,
silinsə qağayıların kölgəsi...
Mən sağ ikən
barmağımdan üzük kimi
ömrümdən Xəzər çıxsa, Xəzər itsə...
Neylərəm, neylərəm
dəniz də getsə...
...Xəzər sahili boyu bir oğlan uşağı qaçır. Bu, Sənsən. Ayaqyalın, yarıçılpaq, dərisi gündən daha da qaralmış, arıq, yekəbaş oğlan. Sənin əlində çəlpələng küləyə sarı qaçırsan. Yanınca özündən də böyük Reks adlı it, arxanca Sənə bənzər bir dəstə qarayanız, yarıçılpaq, ayaqyalın uşaq qaçır. Sizin qışqırığınız qağayıların çığırtısında itir. Sən xoşbəxtsən... Sən azadsan... Qulağında dalğalarıyla sahilə çıxmaq istəyən Xəzərin uğultusu, üzünü, saçlarını oxşayan mehli axşamlar, göz vuran səma altında xəyallara dalmağın öz ləzzəti olurdu...
Gündəlikdən: “Kaş ki, indi Reks olaydı yanımda. Bağ, 49-50-ci illərin yayı, isti. Zənbil içində quyuya sallanmış qarpız...”
Mən o oğlanla Ləhişdəki bağımızda tanış oldum. Sənin içində yaşayan o dəcəl oğlanla. Velosiped sürəndə, çərpələng uçuranda, dənizdə, hovuzda üzəndə, masaüstü futbol, hokkey oynayan oğlanı mən lap çox istədim. Uduzanda cığallıq edən, küsərək: “mən bir də səninlə oynamayacam”, deyən “oğlanı”... Sənin oyuncaqlara olan həvəsin... Bu uşaqlıqda oynaya bilmədiyin, doya bilmədiyin oyuncuqlara dönməkdir, o hissləri yenidən yaşamaqdır. Bir gün mənə dedin: “Dəmiryolu istəyirəm quraşdırım evdə. Üstündə qatarlar getsin. Al da mənimçün”. Aldım. Bağda quraşdırdıq. Xoşuna gəlmədi. Balaca idi. Sən istədiyin böyük idi, evin yarısını tutardı. Almadıq...
Qatarla yola çıxmağı sevərdin. Qatarın yeknəsək taqqıltısı altında pəncərədən sürətlə bir-birini əvəz edən mənzərələri seyr etmək təkrarolunmaz hisslər oyadırdı səndə. Deyirdin: “Nuşa, qatarda səninlə uzun yola çıxmaq istəyirəm... Avropaya...”. Maraqlandım, cəlbedici olsa da, baha başa gəlirdi bu səfər...
Qatarın qoxusu, soyutma toyuq, yumurta... Bunlar da uşaqlığından qalan daddır, qoxudur...
Gündəliyindən: “Yaponiya milli kimono stilində qadın xalatı. Köhnə “mejdunarodnıy” vaqon, vaqon-restorana calanmış. “Krasnıy Moskva” duxusunun ətri, moruq sabununun iyi, Çin termosunda çay. Stansiyalarda soyutma toyuq, budaqları ilə hörülmüş gilas, gilənar, duzlu xiyar satan rus qarıları. Vedrə qarışıq alma da götürmək olurdu.
Rostov oğruları. Guya eşikdən vaqon pəncərələrinə qarmaq atıb, şey-mey dartırdılar. Ancaq 40-cı illərin axırlarında Rostova yaxınlaşan vaqonların pəncərələrini qatarda gedənlər kip bağlayırdılar, pərdəni də çəkirdilər. Qadınlar hay-küylə təkid eləyəndən sonra. Ancaq kişilər daxildə qadın isterikasına yəqin ki, minnətdar olurdular o vaxt. Özləri də qorxurdular çünki... Kislovodckiyə gedən yolda”.
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)
Bir tikə çörəyin, bir çimdik duzun mənəvi yaddaşı
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Hər xalqın elə mənəvi dəyərləri var ki, onların mahiyyətini anlamaq üçün tarixin dərinliklərinə baş vurmağa, qalın kitabları vərəqləməyə ehtiyac yoxdur. Bəzən bir tikə çörək, bir çimdik duz, bir qonağa uzadılan əl xalqın minilliklər boyu formalaşmış dünyagörüşünü, əxlaq ölçülərini və insanlıq anlayışını ifadə etməyə kifayət edir. Türk mədəniyyətində duz-çörək haqqı məhz belə mənəvi sərvətlərdəndir. Bu anlayışın köklərində qonaqpərvərlik, sədaqət, vəfa, minnətdarlıq və insanın öz vicdanı qarşısında məsuliyyəti dayanır.
Azərbaycan xalqının dilində yaşayan «duz-çörək kəsmək», «duz-çörək haqqını tapdalamaq», «onun duz-çörəyini yemişəm» kimi ifadələr təsadüfən yaranmayıb. Bu sözlərin arxasında xalqın əsrlər boyu yaşatdığı mənəvi təcrübə, insan münasibətlərinə verdiyi qiymət dayanır. Duz-çörək kəsmək yalnız bir süfrə arxasında oturmaq deyil, insanlar arasında etibar və yaxınlıq yaratmaqdır. Kiminsə çörəyini yemək, onun süfrəsində əyləşmək, qonaqpərvərliyindən bəhrələnmək xalq düşüncəsində müəyyən mənəvi bağlılıq yaradır. Bu bağlılıq insandan yaxşılığı unutmamağı, etibarı qorumağı, dar gündə ona əl uzadanı çətin gündə tək qoymamağı tələb edir.
Çörək insan həyatının ən qədim və zəruri nemətlərindən biridir. Əkinçi torpağı şumlayır, toxum səpir, aylarla zəhmət çəkir ki, süfrəyə bir parça çörək gəlsin. Taxılın sünbülə çevrilməsi, biçilməsi, döyülməsi, un üyüdülməsi, xəmir yoğrulması və təndirdə çörək bişirilməsi insan əməyinin uzun yoludur. Azərbaycan kəndində təndir başında çörək yapmış ana, səhər tezdən tarlaya çıxan ata, ailəsinin ruzisi üçün zəhmət çəkən əkinçi bu böyük həyat həqiqətinin canlı obrazlarıdır. Çörəyə hörmət də məhz bu zəhmətin dərkindən başlayır. Onu yerə atmaq, tapdalamaq, israf etmək ənənəvi əxlaqımızda bəyənilməyən davranışlardandır. Çünki çörək yalnız qida deyil, halal zəhmətin, ruzinin, bərəkətin və ailə ocağının rəmzidir.
Duz da tarixən insanların həyatında mühüm yer tutub. Qidanın hazırlanmasında və saxlanılmasında əhəmiyyətli olan bu nemət müxtəlif xalqların mədəniyyətində simvolik məna qazanıb. Türk dünyasında duzla çörəyin birlikdə xatırlanması isə onların sadəcə qida məhsulu deyil, mənəvi münasibətlərin ifadəsi kimi də qəbul edildiyini göstərir. Duz yeməyə dad verdiyi kimi, duz-çörək haqqı da insan münasibətlərinə mənəvi məna verir. Burada əsas məsələ süfrənin zənginliyi yox, paylaşmağın səmimiyyətidir. Varlı bir evin bol süfrəsi ilə müqayisədə kasıb bir ailənin qonağına bölüb verdiyi bir tikə çörək bəzən daha böyük insanlıq nümunəsi ola bilər. Çünki yaxşılığın qiymətini nemətin bolluğu deyil, onu təqdim edən ürəyin genişliyi müəyyənləşdirir.
Azərbaycan xalqının qonaqpərvərlik ənənələrində bu həqiqəti aydın görmək mümkündür. Kənd evinin qapısını döyən yolçunun içəri dəvət olunması, süfrəyə buyur edilməsi, qabağına çörək və duz qoyulması, hal-əhval tutulması adi məişət hadisəsi deyil, mənəvi münasibətin ifadəsidir. Evdə nə varsa, qonaqla bölüşülür. Bəzən bir təndir çörəyi, bir parça pendir, bir stəkan çay qonağa göstərilən ehtiramın bütün mahiyyətini ifadə edir. Xüsusilə kənd yerlərində qonağı əliboş yola salmamaq, ehtiyacı olanı yedizdirmək, yolçunun gecələməsinə yer vermək kimi adətlər qarşılıqlı yardım və insanlıq duyğusunun göstəricisidir.
Belə bir mənzərəni təsəvvür edək: qışın sərt günlərindən birində uzaq yoldan gələn bir adam kənd evinin qapısını döyür. Ev sahibi onu içəri dəvət edir, təndir çörəyini bölür, süfrəyə oturdur. Bəlkə də, həmin evin özündə də ruzi boldan deyil, amma qonağa pay ayırmaqdan çəkinmirlər. İllər keçir, həyat dəyişir, bir vaxtlar qonaq olan adamın özü imkanlı vəziyyətə gəlir, ev sahibi isə çətinliyə düşür. Həmin adam keçmişi xatırlayıb köməyə gəlirsə, duz-çörək haqqının mənəvi gücü gerçəyə çevrilir. Lakin o yaxşılıq heç bir qarşılıq gözləmədən edilmiş olsa belə, yaddaşda öz yerini qoruyur. Axı yaxşılığın böyüklüyü onun müqabilində nə alındığı ilə deyil, insanın qəlbində hansı iz buraxdığı ilə ölçülür.
Türk xalqlarında qonaqpərvərlik və süfrə paylaşmaq ənənələrinin tarixi kökləri müxtəlif yaşayış tərzləri ilə bağlıdır. Köçəri həyat şəraitində uzaq məsafələr qət edən insanlar üçün su, yemək və sığınacaq tapmaq həyati əhəmiyyət daşıyırdı. Yolçunun qəbul edilməsi və ehtiyacı olanın qorunması ictimai münasibətlərdə etibarın möhkəmlənməsinə xidmət edirdi. Zaman keçdikcə bu davranışlar təkcə zərurətdən doğan qayda olaraq qalmadı, mənəvi dəyərə çevrildi. Türk dünyasının müxtəlif bölgələrində bu ənənələrin özünəməxsus formaları yaşasa da, onların bir çoxunda qonağa hörmət, neməti bölüşmək və yaxşılığı unutmamaq kimi ortaq mənəvi məzmun görünür.
Azərbaycan xalqının şifahi yaradıcılığında da bu məzmun xüsusi yer tutur. Atalar sözləri və xalq deyimləri əsrlər boyu insanlara xatırladıb ki, yaxşılığı qiymətləndirmək, verilən sözə əməl etmək, dostluğa vəfa göstərmək insanlığın əsas şərtlərindəndir. «Duz-çörək haqqını tapdalamaq» ifadəsi nankorluğun sadəcə bir adını deyil, mənəvi etibarın pozulmasını bildirir. Çünki bir insanın süfrəsində əyləşmək, onun çörəyini bölüşmək, səmimiyyətindən bəhrələnmək münasibətlərin tarixində müəyyən iz qoyur. Bu izə hörmətsizlik etmək isə insanın yalnız qarşısındakına deyil, öz mənəvi dəyərlərinə də hörmətsizliyidir.
Azərbaycanın tarixi-mədəni yaddaşında duz-çörək haqqı ailə, qonşuluq və dostluq münasibətləri ilə də sıx bağlıdır. Kənd həyatında qonşunun dar günündə onun qapısını döymək, xəstə düşənə yemək aparmaq, yaslı ailənin yükünü bölüşmək, əkin-biçin vaxtı bir-birinə kömək etmək qarşılıqlı etimadın təzahürləridir. Bu münasibətlərdə hər yaxşılığın dəqiq hesabı tutulmur. İnsan bu gün qonşusuna kömək edir, sabah özü ehtiyac içində qalanda başqalarının dəstəyini görür. Bəzən bu kömək maddi olur, bəzən bir təsəlli sözü, bir hal-əhval, bir çətin anda yanında dayanmaq şəklində təzahür edir. Duz-çörək haqqının mənəvi mahiyyəti də məhz belə münasibətlərdə yaşayır: insanın yaxşılığı unutmaması və başqasının etibarına layiq olması.
Ancaq bu anlayışı kor-koranə itaət və ya hər bir münasibəti mütləq borc altında saxlamaq kimi başa düşmək düzgün olmaz. Duz-çörək haqqı insanın ləyaqətindən, ədalətdən və vicdandan üstün deyil. Başqasının çörəyini yemək haqsızlığa göz yummaq, yanlış davranışı müdafiə etmək və ya ömürlük asılılıq qəbul etmək demək deyil. Əsl sədaqət insanın yaxşılığı tanıması, etibara hörmət etməsi, lakin doğru bildiyi mövqedən də dönməməsidir. Yaxşılıq minnətdarlıq doğurur, amma insanın vicdanını susdurmamalıdır.
Duz-çörək haqqı ən çox kiçik davranışlarda üzə çıxır. Çətin gündə dostunun yanında olmaq, sənə etibar edilən sirri qorumaq, verilmiş sözə əməl etmək, haqqında haqsız danışılan insanı müdafiə etmək, vaxtilə sənə kömək etmiş adamı imkanı daralanda unutmamaq — bütün bunlar həmin mənəvi ənənənin müasir həyatda davamıdır. Deməli, duz-çörək haqqı yalnız keçmişdə bölüşülmüş süfrənin xatirəsi deyil, bu gün də insanın davranışlarını istiqamətləndirə bilən əxlaq ölçüsüdür.
Müasir dövrdə insanların həyat tərzi dəyişsə də, sədaqətə, etibara və minnətdarlığa olan ehtiyac dəyişməyib. Əksinə, münasibətlərin bəzən şəxsi maraqlarla ölçüldüyü bir zamanda duz-çörək haqqının mənəvi əhəmiyyəti daha aydın görünür. İnsan yalnız nə qazandığı ilə deyil, ona göstərilən yaxşılığı necə xatırladığı, qazandığı etibarı necə qoruduğu və başqalarına nə dərəcədə ədalətli davrandığı ilə də qiymətləndirilir.
Duz-çörək haqqı türk mədəniyyətinin, o cümlədən Azərbaycan xalqının mənəvi dünyasında əsrlər boyu yaşadılan dəyərlərdən biridir. O, bir tikə çörəyin insanları necə yaxınlaşdırdığını, kiçik bir yaxşılığın yaddaşda necə böyük yer tutduğunu göstərir. Çörək bölünəndə tikələrə ayrılır, amma onun ətrafında yaranan səmimiyyət insanları birləşdirir. Duz yeməyə dad verir, duz-çörək haqqı isə münasibətlərə sədaqətin və etibarın dadını qatır.
Bəlkə də bu anlayışın böyüklüyü elə sadəliyindədir. Onun nə təntənəli mərasimə, nə də uzun nitqlərə ehtiyacı var. Bir vaxtlar sənə qapısını açmış insanı unutmamaq, süfrəsində sənə yer ayıranı xatırlamaq, çətin gündə əlindən tutana arxa çevirməmək kifayətdir. Çünki insanın mənəvi böyüklüyü bəzən ən sadə sualın cavabında üzə çıxır: sənə yaxşılıq edən insanın yaxşılığını unutmusanmı?
Çörək bədəni doyurur, duz yeməyə dad verir, duz-çörək haqqı isə insanın mənəvi ucalığını müəyyənləşdirir. Bu haqqı qorumaq keçmişə sədaqət, bu günə vicdan, gələcəyə isə insanlıq əmanətidir.
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)
İnsan həmişə güclü olmaq məcburiyyətində deyil
Rəqsanə Babayeva,
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Bəzən insanın ən böyük yorğunluğu yaşadıqlarından deyil, yaşadıqlarını heç kimə hiss etdirməmək üçün göstərdiyi səydən yaranır. O, ağrıyanda gülümsəməyi, incinəndə susmağı, köməyə ehtiyacı olanda “hər şey yaxşıdır” deməyi öyrənir. Zaman keçdikcə bu davranışlar onun xarakteri kimi görünməyə başlayır. Ətrafındakılar onu güclü, səbirli, hər çətinliyin öhdəsindən gələn biri kimi tanıyırlar. Heç kim düşünmür ki, bəlkə də bu insanın ən çox ehtiyac duyduğu şey bir az zəif görünməyə, bir az yorulduğunu etiraf etməyə, heç nəyi izah etmədən sadəcə anlaşılmağa icazə verilməsidir.
İnsan nə vaxt öz ağrısını gizlətməyi həyatın şərti kimi qəbul edir? Bəlkə uşaqlıqdan ona ağlamamağı öyrədəndə, bəlkə dərdini danışanda “bundan da pis vəziyyətdə olanlar var” cavabını eşidəndə, bəlkə də ən çox ehtiyac duyduğu anda yanında olacağını düşündüyü insanların əslində onun ağrısını daşımağa hazır olmadığını görəndə. Bəzən insan bir dəfə açılır, anlaşılmır. İkinci dəfə danışır, mühakimə olunur. Üçüncü dəfə isə susmağı seçir. Sonra hamı onun nə qədər dözümlü olduğunu söyləyir. Halbuki bəlkə də o, sadəcə danışmağın heç nəyi dəyişməyəcəyinə inanmağa başlayıb.
Cəmiyyət güclü insanları sevir. Çətinlik qarşısında sınmayanları, itkilərdən sonra ayağa qalxanları, nə baş verməsindən asılı olmayaraq yoluna davam edənləri alqışlayır. Ancaq güclü görünməyin arxasında nələrin gizləndiyini çox vaxt soruşmur. Biz nəticəyə baxırıq, mübarizənin görünməyən tərəfini deyil. Bir insanın ayaqda qalmasını görürük, amma onun neçə dəfə yıxılmaq istəyib özünü saxladığını bilmirik. Gülümsədiyini görürük, amma həmin təbəssümün arxasında hansı düşüncələri boğduğunu bilmirik. Hər kəs onun öhdəsindən gələcəyinə inanır, çünki indiyə qədər gəlib. Heç kim isə soruşmur: Bəs bu dəfə bacarmasa necə? Bəs artıq gücü qalmasa necə?
Bəlkə də insanın üzərinə qoyulan ən ağır yük hər zaman problemləri deyil, başqalarının onun haqqında yaratdığı təsəvvürdür. Bir dəfə güclü olduğunu göstərdinmi, hamı səndən həmişə güclü olmağını gözləyir. Bir dəfə kiminsə çətin günündə yanında oldunmu, növbəti dəfə də səni öz yanında görmək istəyir. Bir dəfə hamının işini yoluna qoydunmu, sanki sənin də köməyə ehtiyacın ola bilməz. İnsan başqalarının gözündə qazandığı obrazı qorumaq üçün öz həqiqətindən uzaqlaşır. Yorulduğunu gizlədir, incikliyini udur, bəzən kömək istəmək əvəzinə daha çox məsuliyyət götürür. Çünki zəif görünməkdən deyil, zəif göründüyü anda dəyərini itirməkdən qorxur.
Halbuki insanın dəyəri nə qədər yük daşıya bilməsi ilə ölçülməməlidir. Hər şeyi bacarmaq məcburiyyətində olmaq insanı gücləndirmir, bəzən onu öz ehtiyaclarına qarşı laqeyd edir. Həmişə başqalarını düşünən insan bir müddət sonra özünün nəyə ehtiyacı olduğunu unutmağa başlayır. Hamının dərdinə çarə axtarır, amma öz ağrısının adını belə qoymur. Başqalarının kədərinə səbirlə qulaq asır, öz kədərini isə yersiz hesab edir. Elə bilir ki, ətrafındakıların problemləri onun ağrısından daha vacibdir. Beləcə, başqalarına göstərdiyi mərhəməti özündən əsirgəyir.
İnsanın özünə qarşı etdiyi ən böyük haqsızlıqlardan biri də budur: hamını anlamağa çalışdığı halda, özünü anlamağa vaxt ayırmamaq. Niyə yorulduğunu, nədən incidiyini, hansı münasibətin onu tükəndirdiyini, hansı sözün qəlbində iz buraxdığını soruşmamaq. Bəzən insan özünü o qədər uzun müddət ikinci plana keçirir ki, öz ehtiyaclarını dilə gətirmək ona eqoizm kimi görünür. Özünə vaxt ayıranda günahkarlıq hiss edir, istirahət edəndə sanki nəyisə yarımçıq qoyduğunu düşünür, kimdənsə kömək istəyəndə özünü aciz hesab edir. Halbuki insanın özünü qoruması başqalarını sevməməsi demək deyil. Öz sərhədlərini müəyyənləşdirmək qəddarlıq deyil. Hər kəsin yükünü daşıya bilməyəcəyini qəbul etmək isə laqeydlik deyil, həyatın gerçəkliyini anlamaqdır.
Biz bəzən güclü olmaqla hissiz olmağı qarışdırırıq. Elə bilirik ki, güclü insan inciməməli, darıxmamalı, ağlamamalı, itkilər qarşısında sarsılmamalıdır. Sanki göz yaşı insanın məğlubiyyətini, kömək istəməsi bacarıqsızlığını, yorulduğunu etiraf etməsi isə zəifliyini göstərir. Halbuki insanın hiss etməsi onun gücsüzlüyünün deyil, canlılığının əlamətidir. İtirdiyinə görə darıxmaq, sevdiyindən incimək, gözlədiyin bir şey baş verməyəndə məyus olmaq, uzun mübarizədən sonra yorulmaq insan olmağın təbii tərəfləridir. İnsan daş deyil ki, hər zərbədən sonra izsiz qalsın. Onun da qəlbi var, həddi var, daşıya bilmədiyi ağırlıqlar var.
Bəzən ağlamaq da gücdür. Çünki insan göz yaşlarını gizlətməyə çalışarkən öz həqiqətindən qaça bilər, amma ağrısını qəbul etdiyi anda onunla üzləşməyə başlayır. Bəzən “mən yaxşı deyiləm” demək illərlə özünü yaxşı göstərməyə çalışmaqdan daha çox cəsarət tələb edir. Bəzən birindən kömək istəmək, hər şeyi təkbaşına həll etmək üçün göstərilən səydən daha böyük addımdır. İnsan öz həddini qəbul etdikdə məğlub olmur. Sadəcə, özünün də qayğıya, anlayışa və istirahətə ehtiyacı olan bir insan olduğunu xatırlayır.
Bəs niyə kömək istəmək bizə bu qədər çətin gəlir? Çünki kömək istəmək həm də qarşı tərəfə ehtiyacımız olduğunu göstərməkdir. Ehtiyac duyduğumuz insanın bizi anlamaması, hisslərimizi kiçiltməsi, zəifliyimizdən istifadə etməsi ehtimalı bizi qorxudur. Bəzən də keçmişdə yaşadığımız məyusluqlar bizə öyrədir ki, insan yalnız özünə arxalanmalıdır. Bu düşüncənin müəyyən qədər qoruyucu tərəfi var. Hər kəsə hər şeyi danışmaq, hər kəsə güvənmək, hər kəsdən anlayış gözləmək doğru deyil. Amma heç kimə ehtiyac duymamağı özümüzə qayda etdikdə, qorunmaq üçün qurduğumuz divarlar bizi tənhalığa da məhkum edə bilər.
İnsan hər şeyi təkbaşına bacara bilərmi? Bəlkə bəzi çətinlikləri aşar, müəyyən problemləri həll edər, həyatın ağır mərhələlərindən öz gücü ilə çıxar. Ancaq insan yalnız mübarizə aparmaq üçün yaranmayıb. O, həm də bölüşmək, sevmək, anlaşılmaq, kiminsə yanında özünü izah etmədən rahat nəfəs almaq istəyir. Bəzən bir insanın həyatında möcüzə yaratmaq üçün onun bütün problemlərini həll etməyə ehtiyac yoxdur. Sadəcə, danışarkən sözünü kəsməmək, dərdini başqalarının yaşadıqları ilə müqayisə etməmək, ona dərhal məsləhət verməyə çalışmadan qulaq asmaq kifayət edə bilər. Bəzən insan həll yolu axtarmır; sadəcə ağrısının görüldüyünü bilmək istəyir.
Anlamaqla məsləhət vermək eyni şey deyil. Biz çox vaxt qarşımızdakı insanın dərdini eşidən kimi ona nə etməli olduğunu söyləməyə başlayırıq. “Fikir vermə”, “keçib gedəcək”, “özünü ələ al”, “hər şeyə görə narahat olma” deyirik. Bəlkə də bunu yaxşı niyyətlə edirik. Onun əziyyət çəkməsini istəmirik, vəziyyətin tezliklə düzələcəyinə inanmasını istəyirik. Amma bəzən bu sözlər insanın ağrısını yüngülləşdirmək əvəzinə ona bir də hisslərini gizlətmək məcburiyyəti yaradır. Çünki o, artıq yalnız dərd çəkmir, dərd çəkdiyinə görə özünü də günahkar hiss etməyə başlayır.
İnsana hər zaman güclü olmasını söyləmək əvəzinə, bəzən onun zəif görünmək haqqını da qəbul etmək lazımdır. “Səni anlayıram” demək həmişə bütün hissləri başa düşmək demək deyil. Bəzən bu cümlənin mənası sadəcə budur: Sənin yaşadıqlarını tam bilməsəm də, ağrını kiçiltməyəcəyəm. Səni tələsik mühakimə etməyəcəyəm. Hər şeyi dərhal düzəltməyini gözləməyəcəyəm. Danışmağa hazır olmadıqda da yanında ola bilərəm.
Bəlkə də insan münasibətlərində ən qiymətli hiss elə budur: yanında daim güclü görünmək məcburiyyətində olmadığın birinin varlığı. Səhv etdikdə bütün dəyərini itirmədiyin, yorulduqda səni qınamayan, susduqda susqunluğunun arxasında nə olduğunu anlamağa çalışan bir insanın olması. Belə münasibətlərdə insan özünü sübut etməyə çalışmır. Hər zaman düzgün danışmalı, hər qərarında haqlı olmalı, bütün problemlərin öhdəsindən gəlməli olduğunu düşünmür. O, sadəcə özü ola bilir. Bəlkə də həqiqi yaxınlıq məhz insanın özünü müdafiə etməyə ehtiyac duymadığı yerdə başlayır.
Amma bir həqiqəti də unutmaq olmaz: heç kim bizim bütün ağrılarımızı görə bilməz. İnsanlar bizim düşüncələrimizi oxuya bilmirlər. Bəzən bizi anlamadıqlarına görə deyil, nə yaşadığımızı bilmədiklərinə görə yanımızdan xəbərsiz keçirlər. Həmişə susub sonra niyə soruşmadıqlarına görə incimək bizi daha da yorur. Əlbəttə, hər kəsin dərdimizi anlamaq üçün diqqətli olması gözəldir. Ancaq ehtiyaclarımızı ifadə etmək də bizim məsuliyyətimizdir. Güclü olmaq hər şeyi gizlətmək deyil; bəzən etibar edə biləcəyimiz birinə həqiqəti söyləyə bilməkdir.
İnsan öz ağrısını dilə gətirməyi öyrənməlidir. Bu, hər kəsə açılmaq, sərhədlərini unutmaq və ya anlayış görmədiyi yerdə israrla özünü izah etmək demək deyil. Əksinə, kimin yanında özünü təhlükəsiz hiss etdiyini tanımaq, kimə nə qədər yaxınlaşacağını müəyyənləşdirmək, öz hisslərini dəyərsizləşdirmədən ifadə etmək deməkdir. Bəzən insanın ən mühüm inkişafı daha çox şeyə dözməyi öyrənməsi deyil, nəyə artıq dözməməli olduğunu anlamasıdır.
Həyat hər kəsə eyni ağırlığı vermir. Bəziləri erkən yaşlarından məsuliyyət daşımağa məcbur olur. Bəziləri sevdiklərini itirir, bəziləri xəstəliklərlə mübarizə aparır, bəziləri maddi çətinliklər içində ailəsini ayaqda saxlamağa çalışır, bəziləri isə heç kimə danışa bilmədiyi daxili mübarizələr yaşayır. Hər kəsin hekayəsi fərqlidir. Buna görə də bir insanın niyə yorulduğunu anlamaq üçün onun yükünü özümüzün daşıdığımız yüklə müqayisə etməməliyik. Ağrının böyüklüyünü ölçən vahid yoxdur. Birinə kiçik görünən hadisə başqasının daxilində illərlə yığılan hisslərin son nöqtəsi ola bilər.
Bəzən insanı tükəndirən bir hadisə deyil, uzun müddət yığılıb qalan hadisələrdir. Deyilməyən sözlər, qarşılıqsız qalan qayğı, dəfələrlə təkrarlanan məyusluqlar, özünü izah etməkdən yorulmaq, hər dəfə yenidən ayağa qalxmaq məcburiyyəti... Bir gün kiçik bir səbəb insanı ağlada bilər. Ətrafdakılar təəccüblənər: “Buna görəmi belə oldun?” Halbuki o göz yaşları yalnız həmin ana aid deyil. Bəzən insan son damlanın ağırlığına görə deyil, uzun müddət dolmuş bir qabın daşmasına görə ağlayır.
Belə anlarda özümüzə qarşı daha mərhəmətli olmalıyıq. Hər yorğunluğun səbəbini dərhal tapmaq, hər ağrını bir gündə aradan qaldırmaq, hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq mümkün deyil. Bəzən insana zaman, bəzən istirahət, bəzən açıq söhbət, bəzən də peşəkar dəstək lazımdır. Əsas məsələ özümüzü bu vəziyyətdə olduğumuza görə cəzalandırmamaqdır. Çünki insanın çətinlik çəkməsi onun həyatın öhdəsindən gələ bilmədiyini göstərmir. Bəzən sadəcə uzun müddət çox şeyin öhdəsindən gəlməyə çalışmış olur.
Özümüzə bir sual verək: Ən yaxın dostumuz bizim yaşadıqlarımızı yaşasaydı, ona necə davranardıq? Yəqin ki, onu danlamaz, niyə bu qədər yorulduğuna görə qınamaz, hər şeyi dərhal həll etməsini tələb etməzdik. Ona bir az dincəlməyi, özünə vaxt ayırmağı, hisslərini gizlətməməyi söyləyərdik. Bəs niyə eyni mərhəməti özümüzə göstərməkdə çətinlik çəkirik? Niyə başqalarının səhvlərini anlayışla qarşılayır, öz səhvlərimizi isə illərlə yaddaşımızda saxlayırıq? Niyə başqasının yorğunluğunu haqlı hesab edir, öz yorğunluğumuzu zəiflik kimi görürük?
Bəlkə də özümüzə qarşı münasibətimizi dəyişməyin vaxtıdır. Hər zaman güclü olmağa çalışmaq əvəzinə, özümüzə insan olmaq haqqı verməliyik. Hər suala cavabımızın, hər problemə həllimizin, hər ağrıya səbrimizin olması mümkün deyil. Bəzən bilməmək, bacarmamaq, yorulmaq və dayanmaq da həyatın bir hissəsidir. İnsan hər gün eyni gücdə ola bilməz. Hər səhər dünənkindən daha cəsarətli oyanmaya bilər. Bəzən irəli getmək üçün bir addım atmaq, bəzən isə özünü qorumaq üçün dayanmaq lazımdır.
Ən əsası, güclü görünməklə həqiqətən güclü olmaq arasında fərq var. Güclü görünən insan heç vaxt ağlamaya bilər, amma həqiqətən güclü insan ağladıqdan sonra özünü toparlamağın yollarını axtarar. Güclü görünən insan heç kimdən kömək istəməz, amma həqiqətən güclü insan hər şeyi təkbaşına etməyin mümkün olmadığını qəbul edər. Güclü görünən insan ağrısını gizlədər, amma həqiqətən güclü insan ağrısının həyatını idarə etməsinə imkan verməmək üçün onunla üzləşməyə çalışar.
İnsan həyat boyu çox şeyi itirə bilər: fürsətləri, münasibətləri, əvvəlki inamını, bəzən də özünə dair təsəvvürlərini. Ancaq bütün bu itkilərin içində özünə qarşı mərhəmətini itirməməsi vacibdir. Çünki insanın özünə münasibəti onun yenidən ayağa qalxmaq gücünə təsir edir. Özünü daim günahlandıran, hisslərini kiçildən, hər çətinliyə görə özünü qınayan insanın yükü daha da ağırlaşır. Özünü anlamağa çalışan insan isə yaşadıqlarına başqa bir nöqtədən baxmağı öyrənir. O, hər şeyin onun nəzarətində olmadığını qəbul edir, amma özünə necə yanaşacağını seçmək imkanını qoruyur.
Bəlkə də bu dünyada ən çox ehtiyac duyduğumuz şeylərdən biri insanın güclü tərəfləri qədər yorğun tərəflərinin də qəbul edilməsidir. Hər kəsin bizi alqışlamasına ehtiyac yoxdur. Bəzən bir nəfərin yanımızda qalması, sözümüzü dinləməsi, bizi düzəltməyə çalışmadan anlamağa çalışması kifayətdir. Hər kəsin bizi güclü hesab etməsinə də ehtiyac yoxdur. Bəzən özümüzə belə demək kifayətdir: “Mən yorulmuşam. Bu, məni dəyərsiz etmir. Hər şeyi bu gün həll etməli deyiləm. Bir az dayanmaq haqqım var.”
İnsan həmişə mübarizə aparmaq məcburiyyətində deyil. Hər gün qalib gəlməli, hər çətinliyi səssizcə aşmalı, hər itkidən sonra heç nə olmamış kimi yoluna davam etməli deyil. Bəzən həyatın içində qalmağın özü böyük bir səydir. Bəzən səhəri açmaq, yenidən cəhd etmək, birinə inanmaq, özünə kiçik bir yaxşılıq etmək də irəliləyişdir. Bunları heç kim görməyə bilər. Heç kim alqışlamaya bilər. Amma insanın həyatında ən mühüm dəyişikliklər bəzən məhz belə səssiz anlarda başlayır.
Və bəlkə də bir gün anlayacağıq ki, bizi həqiqətən güclü edən heç vaxt yıxılmamağımız deyilmiş. Özümüzə yıxılmaq haqqı verməyimiz, ehtiyac duyduğumuz zaman əl uzatmağı bacarmağımız, ağrılarımızı gizlətmək əvəzinə onları anlamağa çalışmağımız imiş. Həyatın bütün ağırlığını daşımaq deyil, daşıya bilmədiyimiz yükün altında özümüzü itirməmək imiş.
Çünki insan yalnız dözdüklərindən ibarət deyil. O, həm də sevinmək, dincəlmək, sevilmək, anlaşılmaq və bəzən heç nə etmədən yaşamağın sakitliyini hiss etmək istəyən bir varlıqdır. Həmişə başqalarına dayaq olan insanın da söykənməyə ehtiyacı var. Həmişə təsəlli verən insanın da təsəlli eşitməyə, həmişə yol göstərənin də yolunu itirdiyi anda əlindən tutulmasına ehtiyacı var.
Bəlkə də bu gün özümüzə verə biləcəyimiz ən böyük hədiyyə güclü görünmək məcburiyyətindən bir az uzaqlaşmaqdır. Hisslərimizi inkar etmədən, yorğunluğumuzu gizlətmədən, ehtiyaclarımızdan utanmadan özümüzlə daha dürüst münasibət qurmaqdır. Hər kəsə hər şeyi sübut etməkdən vaz keçmək, hər yükü daşımağa çalışmamaq, özümüzü də qorunmağa layiq insanlar sırasında görməkdir.
Axı insan olmaq yalnız ayaqda qalmaq deyil. Bəzən oturub nəfəs dərmək, bəzən ağlamaq, bəzən kömək istəmək, bəzən də heç kimə heç nə izah etmədən sakit qalmaqdır. İnsan həmişə güclü olmaq məcburiyyətində deyil. Çünki bəzən insanın özünə göstərdiyi ən böyük güc, nəhayət, özünə qarşı mərhəmətli ola bilməsidir.
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)
28 Oktyabr – Beynəlxalq Animasiya Günüdür
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Beynəlxalq Animasiya Günü (International Animation Day) 2002-ci ildən etibarən qeyd edilir.
Beynəlxalq Animasiya Filmləri Assosiasiyasının Fransa bölməsinin təşəbbüsü ilə, 1892-ci ilin 28 oktyabrında fransız rəssam və ixtiraçı Emil Reynonun icad etdiyi praksinoskopun ilk nümayişinin 110 illik yubileyi münasibətilə təsis olunub. Bu günün neçə yüz illik tarixi var. İxtiraçı “optik teatr” adlanan bu cihaz vasitəsilə əllə çəkilmiş rəsmləri hərəkətə gətirib. Animasiya sənəti bu gün elə bir dövrünü yaşayır ki, ona nəinki uşaqlar, böyüklər də həvəslə baxırlar.
Baxmayaraq ki, Hollivud maraqlı animasiya məhsulu ilə bizi tez-tez sevindirir, lakin milli cizgi filmlərimizin yaddaşımızda öz yeri var.
Azərbaycanda animasiyanın tarixi XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. 1933-cü ildə “Azərbaycanfilm” studiyasının bir qrup işçisi kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri apararaq Moskvadan lazımi materialları alıb gətirib və həmin il “Lökbatan” və “Neft simfoniyası” sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə edib. “Cat” təlimat filmində isə animasiyadan bütünlüklə istifadə olunub. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilib. Bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara alır və filmin mövzusu Azərbaycan xalq nağıllarından götürülür.
1968-ci ildə “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgəndərov cizgi filmləri sexini bərpa etdirib, həmçinin bu sahədə kadrların hazırlanmasına, eyni zamanda cizgi filmlərinin istehsalı prosesinə diqqəti artırıb. Cizgi filmlərinin yaradılmasına 20 nəfərdən ibarət rəssamlar qrupu cəlb edilib. 1969-cu il fevralın 28-də Nazim Məmmədovun təklifi ilə “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyniadlı cizgi filminin istehsalına başlanılıb. 1990-cı ilin aprelində Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfat üsuluna keçiblər və “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi yaradılıb.
1981-ci ildə dünyaşöhrətli kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Vaqif Behbudov “Başlanğıc” qısametrajlı televiziya cizgi filmini çəkib. Yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açan, xeyir və şərin simasında çətinliklərin aradan qaldırılaraq əmin-amanlıq şəraitində yaşamağın mümkün olduğunu təbliğ edən həmin film Mərkəzi Televiziyanın sifarişi ilə “Azərbaycantelefilm” tərəfindən istehsal olunub. Həmin illərdə 19 cizgi filmi, o cümlədən “Bir dəfə haradasa…”, “İthaf”, “Oda”, “Göyçək Fatma”, “Karvan” kimi populyar animasiya əsərləri lentə alınıb.
2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondu ilə birgə Azərbaycan animasiyasının 75 illiyi münasibətilə “Bir nağıl söylə mənə” cizgi filmləri toplusu hazırlayıb. DVD şəklində hazırlanmış animasiya toplusunda 80-ci illərin 9 cizgi filmləri yer alıb.
2018-ci ildə Azərbaycanın ilk beynəlxalq animasiya festivalı – ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı yaradılıb, uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmləri nümayiş etdirilib. Qeyd edək ki, Rəşid Ağamalıyevin müəllifi olduğu “Azərbaycan animasiyası” kitabı animasiya haqqında geniş məlumat toplanan yeganə mənbədir.
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)


