Super User
Azərbaycan Ədəbiyyat Fondu Qərbi Azərbaycanla bağlı layihə icra edir
Nəsib bir təşəbbüs: Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsi çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun təqdim etdiyi layihə özündə yazıçı Varisin sənədli roman janrında yazdığı “İrəvanda xal qalmadı” romanını ehtiva edir. 600000 işarəlik arxiv istifadəsi və 47 mənbədən iqtibas əlbəttə ki, ortaya ciddi və sanballı bir işin qoyulmasıba dəlalət edir.
Və əlbəttə ki, indiyədək qalmaqda olan tariximizin ağ ləkələrinin aradan qaldırılması naminə bu cür təşəbbüs həm QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, həm də Azərbaycan Ədəbiyyat Fondunun aktivinə yazılmalıdır.
"Ədəbiyyat və incəsənət" portalı xəbər verir ki, yazıçı Varisin “İrəvanda xal qalmadı” romanı Azərbaycan tarixinin ən həssas və az işıqlandırılmış mərhələlərindən birini – XIX yüzilin əvvəllərində İrəvan xanlığının süqutu və Rusiya imperiyasının Güney Qafqazdakı işğal siyasətinin getçək mənzərəsini bədii faktura ilə təqdim edir. Əsərin dəyəri ondadır ki, o, təkcə tarixi hadisələri xronoloji ardıcıllıqla nəql etmir, həm də milli yaddaşın, torpaq bağlılığının, mənəvi kök hissinin bərpası missiyasını daşıyır.
Roman həm tarixilik, həm də bədii dərinlik baxımından çağdaş Azərbaycan oxucusuna milli özünüdərk baxımından önəmli ismarıclar verir. Əsər xalqın yaddaşında “İrəvan” anlayışını yenidən diriltmək, o torpaqların türk-islam kimliyinə, memarlıq və mənəvi irsinə diqqəti yönəltmək missiyasını haqq edir.
Əsər faktoloji zənginliyinə, qaynaqların güvənirliliyinə və dil üslubunun təbii axarına görə səviyyəli ədəbi-tarixi araşdırma təsiri bağışlayır. Romanın dilində həm tarixə sədaqət, həm də ədəbi zərafət duyulur. Müəllif folklor, dini-mənəvi, tarixi və publisistik yönləri birləşdirərək çağdaş milli roman estetikasında daha bir örnək yaradıb.
Bu anlamda nəşr həm gənc oxucu nəsli, həm də araşdırmaçılar üçün önəmli ədəbi qaynaq rolunu oynaya bilər.
Əsərin bədii səviyyəsi, faktoloji əsaslandırılması və ideya-mənəvi yönü nəzərə alınaraq, “İrəvanda xal qalmadı” romanının nəşri məqsədəuyğun və ictimai baxımdan zəruri olmasına diqqət çəkirəm. Əminəm ki, bu nəşr həm Azərbaycan ədəbi-mədəni mühitinə, həm də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimai fikrə tanıdılmasına önəmli xidmət göstərə biləcək.
"Ədəbiyyat və incəsənət"
(12.11.2025)
“İrəvanda xal qalmadı” - Gerçək İrəvan tarixini təcəssüm etdirən roman
Əkbər Qoşalı,
şair-publisist, AYB İdarə heyətinin üzvü, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsi çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun təqdim etdiyi layihə özündə yazıçı Varisin sənədli roman janrında yazdığı “İrəvanda xal qalmadı” romanını ehtiva edir. 600000 işarəlik arxiv istifadəsi və 47 mənbədən iqtibas əlbəttə ki, ortaya ciddi və sanballı bir işin qoyulmasına dəlalət edir.
Və əlbəttə ki, indiyədək qalmaqda olan tariximizin ağ ləkələrinin aradan qaldırılması naminə bu cür təşəbbüs həm QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, həm də Azərbaycan Ədəbiyyat Fondunun aktivinə yazılmalıdır.
Nəşrin ideya yönümü və məqsədəuyğunluğu
Varisin “İrəvanda xal qalmadı” romanı Azərbaycan tarixinin ən həssas və az işıqlandırılmış mərhələlərindən birini – XIX yüzilin əvvəllərində İrəvan xanlığının süqutu və Rusiya imperiyasının Güney Qafqazdakı işğal siyasətinin getçək mənzərəsini bədii faktura ilə təqdim edir. Əsərin dəyəri ondadır ki, o, təkcə tarixi hadisələri xronoloji ardıcıllıqla nəql etmir, həm də milli yaddaşın, torpaq bağlılığının, mənəvi kök hissinin bərpası missiyasını daşıyır.
Roman həm tarixilik, həm də bədii dərinlik baxımından çağdaş Azərbaycan oxucusuna milli özünüdərk baxımından önəmli ismarıclar verir. Əsər xalqın yaddaşında “İrəvan” anlayışını yenidən diriltmək, o torpaqların türk-islam kimliyinə, memarlıq və mənəvi irsinə diqqəti yönəltmək missiyasını haqq edir.
Elmi-bədii və kulturoloji dəyərlilik
Əsər faktoloji zənginliyinə, qaynaqların güvənirliliyinə və dil üslubunun təbii axarına görə səviyyəli ədəbi-tarixi araşdırma təsiri bağışlayır. Romanın dilində həm tarixə sədaqət, həm də ədəbi zərafət duyulur. Müəllif folklor, dini-mənəvi, tarixi və publisistik yönləri birləşdirərək çağdaş milli roman estetikasında daha bir örnək yaradıb.
Bu anlamda nəşr həm gənc oxucu nəsli, həm də araşdırmaçılar üçün önəmli ədəbi qaynaq rolunu oynaya bilər.
Əsərin ictimai-mədəni və maarifləndirici önəmi
Romanın çapı Azərbaycan ədəbiyyatında postmüstəqillik dönəmi milli yaddaş və kimlik məsələlərinə yeni təkan verəcək. Nəşr vasitəsilə oxucu həm tarixi gerçəklikləri öyrənəcək, həm də milli ruh, torpaq itkisinin ağrısı və dirəniş ideyası ilə qarşılaşacaq. Əsər, həmçinin, İrəvan və Qərbi Azərbaycan mövzusunda yazılmış çağdaş ədəbiyyatın konseptual xəttinə töhfədir.
Sonuc və tövsiyə
Əsərin bədii səviyyəsi, faktoloji əsaslandırılması və ideya-mənəvi yönü nəzərə alınaraq, “İrəvanda xal qalmadı” romanının nəşri məqsədəuyğun və ictimai baxımdan zəruri olmasına diqqət çəkirəm. Əminəm ki, bu nəşr həm Azərbaycan ədəbi-mədəni mühitinə, həm də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimai fikrə tanıdılmasına önəmli xidmət göstərə biləcək.
“Ədəbiyyat və incəsənət”
(13.11.2025)
Muğam Mərkəzində xeyriyyə konserti
Beynəlxalq Muğam Mərkəzində “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə tanınmış muğam ifaçısı, sevilən xanəndə, müəllim Maya Cəbrayılovanın “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfər Gününə həsr olunmuş “Yaşa, Azərbaycan!” yubiley-hesabat konserti təşkil olundu. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Alıyeva qonaqları salamlayaraq onları Zəfər Bayramı münasibəti ilə təbrik etdi.
Tədbirin əvvəlində Qarabağ müharibələri şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədovanın təqdimatı ilə tamaşaçılara gözəl muğam ifaları təqdim edildi. M.Cəbrayılova tamaşaçılar və şəhərimizin qonaqları üçün muğam, xalq və bəstəkar mahnıları ifa etdi. Xanəndənin bir-birini tamamlayan gözəl ifaları və məlahətli səsi alqışlarla qarşılandı.
Əməkdar müəllim, muğam ustası Qəzənfər Abbasov tamaşaçıları salamlayaraq xanəndəni muğam ifası ilə təbrik etdi.
Konsertin sonunda səsində muğama dərin hörmətin ifadəsi olan xanəndəyə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Mahmud Kaşqari adına Beynəlxalq Fondun, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti”nin, “Təzadlar” qəzeti və saytının, “Carçı” jurnalının, “Kiçik Dünya Uşaqları Maarifləndirilməsinə Kömək” İctimai Birliyinin, Yasamal rayon MKS-nin və digər qurumların Fəxri fərman və diplomları təqdim edildi.
Bayram konsertinin iştirakçılarına Zəfər və xanəndə M.Cəbrayılovanın səhnə fəaliyyəti haqqında videoçarxlar təqdim edildi.
Tamaşaçılar Zəfərimizi əks etdirən rəsm sərgisi ilə tanış oldular.
Xeyriyyə konsertində xanəndənin sənət dostları, muğamsevərlər, şəhid ailələri, qazi, veteran və Qarabağ müharibələri iştirakçıları, Azərbaycanda akreditə olunmuş diplomatik nümayəndəliklər, ziyalılar, şair və yazıçılar, media nümayəndələri və xanəndənin ailə üzvləri iştirak etdilər.
“Ədəbiyyat və incəsənət”
(13.11.2025)
Konstitusiyanın 30 illiyinə həsr olunmuş gənc rəssamın yeni fərdi sərgisi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 noyabr Konstitusiya Günündə Konstitusiyamızın 30 illiyinə həsr olunmuş gənc istedadlar müsabiqəsinin qalibi – gənc rəssamın yeni fərdi sərgisi açılıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan məlumat verilib.
Sərgidə 2025-ci ildə Londonda keçirilən gənc istedadların “Golden Time Talent” Festivalında 15-17 yaşlılar arasında 2-ci yerə layiq görülən “Xarıbülbül”, “Kəpənək ömürlü qız”, “İnsanla təbiətin harmoniyası”, “Sirius. Ölülük və dirilik ruhu” və s. rəsmlər nümayiş olunur.
Gənc rəssam Fatimə Babazadə 132-134 №-li Təhsil Kompleksinin 11-ci sinif şagirdidir. O, daha çox fələsəfi janrda şəkillər çəkir, insanla təbiətin harmoniyasını əks etdirir. Bir çox respublika və Beynəlxalq sərgilərdə iştirak edib.
Kitabxanada 1 ay davam edəcək sərgi “Gənclərin asudə vaxtının səmərəli təşkilinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar təşkil olunub.
“Ədəbiyyat və incəsənət”
(13.11.2025)
Gənclər Kitabxanasında növbəti virtual sərgi hazırlanıb
Ötən gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötdü. Bu əlamətdar gün münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan Respublikası Konstitusiyası – 30” adlı virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, virtual sərgidə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin konstitusiya və suverenlik mövzusunda söylədikləri dəyərli fikirlər yer alır.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda bir sıra rəsmi sənədlərlə yanaşı, “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası”, “Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası”, “Azərbaycan Respublikası Konstitusiyasının preambulası və ümumi müddəaların şərhi”, “Konstitusiya hüququ” kimi Azərbaycan və rus dillərində nəşr edilən kitabların da tam mətni təqdim edilir.
Virtual kitab sərgisində nəşrlərlə yanaşı “Heydər Əliyev və müstəqil Azərbaycan Konstitusiyası”, “Konstitusiyanın əsas prinsipləri dünyəvi, demokratik və hüquqi dövlətin təməlidir”, “Azərbaycan Respublikasının Konstitusiyası mütərəqqi dəyərləri əks etdirən ali hüquqi sənəddir” kimi dövrü mətbuat nümunələri də sərgilənir.
“Azərbaycan Respublikası Konstitusiyası – 30” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib:
https://www.ryl.az/multimedia/azerbaycan-respublikasi-konstitusiyasi-30
“Ədəbiyyat və incəsənət”
(13.11.2025)
ANAR, “Sevdalı bulud”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
ANAR, ŞEİRLƏR
SEVDALI BULUD
Nazim Hikmətə
Ömrün uzun yolunda
Gözləməkdən yoruldum,
Uzaq qarlı şəhərdə
Ümidlərim doğruldu.
Bir payız axşamında
Ömrümə girdi birdən
Soneşqinmöcüzəsi,
Soneşqinfaciəsi.
Nəkeçmiş, nəgələcək
Yalnız, yalnızvarindi.
İndigecəvəgündüz
Axşam, səhərsənindi.
Bueşqmacərasında
Axırqaldıqüçümüz.
Qaldıqüçümüz, gülüm,
Birsən, birmən, birölüm.
“Ədəbiyyat və incəsənət”
(03.11.2025)
“Biri ikisində” – Şükür Əlinin şeiri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə çağdaş türk dünyasının gənc şairlərinin şeiriləri təqdim edilir.
Şükür ƏLİ
(Azərbaycan)
Susmaq ümid axtarışı,
Qulağını dörd şəklə.
Mən səni gözləyirəm,
Bax həminki ürəklə.
Sənə yollar cızıram,
Yollara göz çəkirəm.
Gözlərimin üstünə
Dayanacaq tikirəm.
Qaranlığı göyündən,
Ağardıram, silirəm.
Sənə günəş çəkirəm,
Gülür sənin dilində.
Qollarımı havada
Yelliyirəm, gələsən.
Hansı dayanacaqda,
Ləngiyirsən hələ sən?
Sönür ümid işığı,
Hardadı sənin gəmin?
Burda dibi görünür
Baxanda cəhənnəmin.
“Ədəbiyyat və incəsənət”
(12.11.2025)
HEKAYƏ SAATI - Nurlana Məmmədovanın “Qazinin qızı” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Hekayə saatı rubrikasında bu gün sizlərə Nurlana Məmmədovanın “Qazinin qızı” hekayəsi təqdim edilir.
Həmin il çox uşaq atasının yolunu gözləmişdi. Atası qayıtmayan uşaqların isə gözləri yol çəkirdi...
– Qızım, otağını səliqəyə sal, sonra hazırlaş, bu gün atanın xəstəxanadan çıxan günüdür. Onu qarşılamağa birlikdə gedirik.
Aydan karandaşlarını qutuya yığaraq başını qaldırmadan dedi:
– Ana, atam necə gələcək bəs? Axı onun ayaqları yoxdur...
Ananın ilk cümləsi sərt olsa da, sonra səsi biixtiyar zəiflədi:
– Necə yəni yoxdur?! Həkimlər ona süni ayaqlar qoyublar, atan həmişəki kimi gəzə biləcək, qızım.
Qadın otaqdan çıxdı, bir neçə saniyə qapının arxasında dayandı, göz yaşlarını silib oğluna səsləndi.
– Turan, hazırsan?
– Çoxdan, ana.
Qaş qaralanda ailə evə yığışmışdı, onların gözlərindəki qürur evə qəribə ab-hava gətirmişdi. Ən çox da Turan sevincindən yerə-göyə sığmırdı. O, həyətə düşüb dostlarına atasından danışmaq üçün həyəcanlanırdı. Ailənin kiçiyi – Aydanın ağzını bıçaq açmırdı. Gizlin- gizlin atasının hərəkətlərinə göz qoyurdu. Yeməkdən sonra qızcığaz atasının kənara qoyulmuş protezlərini qucağına aldı, atasının ona baxdığını görüb dedi:
– Ata, bunu necə geyinirlər?
– Gətir, göstərim.
Balaca qız protezləri incə çiyinlərindən aşırıb atasının oturduğu divanın yanına gəldi.
Qazi yeni ayaqlarını bir daha nəzərdən keçirib geyinməyə başladı.
– Bax belə...
Aydan maraqla prosesi izlədi, sonra atasının ayaq barmağını basıb dedi:
– Ata, indi sənin hansı barmağını basdım?
– Baş barmağı.
– Bəs indi?
– Ortadakı.
– Ata, axı sən necə bilirsən? Bu ki sənin öz ayağın deyil.
Qazi sadəcə gülümsədi, amma bu gülüşdəki közərən yaraları balaca qızı hiss etmədi.
Günorta həyət uşaqlarla qaynayırdı. Qonşuların əkdiyi çinar ağacları təzə gəlinlər kimi başlarını aşağı sallamışdılar. Onların çətirinin altında üç qızcığazın şən-şux səsi ətrafı canlandırırdı. Sərçələr civiltisini kəsərək budaqlardan asfalta enib onları çoxdan tanıyırmış kimi yan-yörələrində arxayın-arxayın hoppanırdılar. Qızlar torbalarından çoxlu oyuncaq qab-qaşıq çıxarıb ortalığa tökmüşdülər. Hərəsinin də bir gəlinciyi vardı. Oğlanlar isə səs-küylə futbol oynayırdılar. Turan yorulub oyundan çıxmışdı, tərli saçlarını əliylə sığallayaraq gəlib skamyanın arxasından qızlara baxa-baxa nəsə düşünürdü.
Bu zaman qızlardan biri başını qaldırıb, tellərini yana atıb acıqlı-acıqlı dedi:
– Bizə baxma, get futbolunu oyna.
– Evcik-evcik oynayırsız? – Turan soruşdu.
– Yox, piknikə gəlmişik. Ey, sənə nə var?
– Baxıram da, maraqlı gəlir.
Hirslənmiş qız nə qədər israr etsə də, hətta qulpu qırıq çaydandakı suyu oğlanın ayağı tərəfə töksə də, o, yerindən tərpənmədi. Bu zaman Turan küncə atılmış, ayağı olmayan, üz-gözü göy qələmlə yazılmış Lolo adlı çəhrayı saçlı kuklanı gördü.
– Bəs onu niyə oyuna qatmırsız?
Qızlardan balacası candərdi, bir az da acıqla cavab verdi:
– Çünki ayağı sınıb, özü də çirklidir…
– Həm də çirkindir, – qızların sarışını əlavə etdi, – çirkini neynirəm, bax gül kimi uşağım var, – əlindəki təzə gəlinciyi əzizlədi.
Turan köks ötürdü:
– Yazıq kukla…
Qızların bəstəboyu sakitcə dedi:
– Bizim öz balalarımız var, bunu çox istəyirsənsə, götür, sənin olsun. Qız bu söhbətdən bir az da cılızlaşmış Lolonu oğlanın qoynuna qoydu.
Nədənsə Turana elə gəldi ki, bu bəstəboy qızın adı Lalədir. Belə yumrusifətli, balacaboy qızın adı mütləq Lalə olmalı idi. O, məhləyə təzə köçmüşdü. Turan ondan adını soruşmağa utanırdı. Oğlan qızların Lolo adlandırdığı gəlinciyi xəyalında Lalə adlandırdığı qızdan sakitcə alıb oradan uzaqlaşdı.
Turan axşam yeməyində atasına Lolonu göstərib soruşdu:
– Ay ata, bunun ayağına da sənin protezindən düzəltmək olar?
– Ay Allah, nə gözəldir, – bacısı gəlinciyi alıb dağınıq saçlarını oxşadı.
– Yeməyi soyutmayın, – ana sözü dəyişdirib gizlincə oğluna göz ağartdı. Qadın ayağı olmayan gəlinciyin Qarabağ qazisi olan ərini kədərləndirəcəyini düşündü.
Ata masadan qalxdı, yeməyini bitirməmişdi. Pəncərəni açıb çölə boylandı. Kim bilir, bu yaralı gəlincik müharibənin hansı dəhşətli anını onun yadına saldı. Qazi çevrilib masa arxasından ona izləyən ailəsinə dedi:
– Onu əsl gəlinciyə çevirmək olar! Hər kəsin üzündə ümidin əsl sevinci parladı.
– Mən ona tül parçadan təzə don tikərəm, – ana nəvazışlə balalarına baxdı.
– Çox sağ ol, anacan, onu bacıma bağışlayacam, – Turan sevindi.
Ancaq qazinin qızı onları dinləmirdi, o, Lolonu qucağına alıb nəsə mızıldana-mızıldana sakitcə yırğalanırdı.
Qardaşı:
– Hə, bacı, bəyəndin ideyamızı?
Bayaqdan səssiz qalan qızcığaz böyük adamlara xas amiranəliklə dedi:
– Heç nə lazım deyil, mən onu belə də çox sevəcəyəm…
“Ədəbiyyat və incəsənət”
(13.11.2025)
Bu gün Ümumdünya Yaxşılıqetmə Günüdür
Kənan Məmmədli, “Ədəbiyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
13 noyabr. Beynəlxalq gözdən əlillər günü
1745-ci ilin 13 noyabrında Fransada tanınmış pedaqoq Valentin Qayui doğulub. O, Parisdə və Peterburqda korlar üçün bir neçə məktəb yaradıb. Məhz həmin tarix də görmə məhdudiyyətləri olan insanların günü kimi götürülüb. Qayui relyefli şrift yaradaraq görməyənlərin əllərini toxundurmaqla oxumalarını təmin edib. Ta ki 1829-cu ildə Lui Braylın relyefli altınöqtəlik şriftinin kəşfinə qədər görmə məhdudiyyətli insanlar Qayuinin dərslikləri ilə elm alıblar.
Hazırda dünyada təxminən 124 milyondan çox gözdən əlil yaşayır. Azərbaycanda gözdən əlillərin ictimai birliyi 1929-cu ildən, Gözdən Əlillər Cəmiyyəti isə 2002-ci ildən fəaliyyət göstərir. Bu gün gözdən əlil insanlar diqqət mərkəzində duracaqlar, onlara qayğı və nəvaziş göstəriləcək. Gözdən əlil olmaq bir tale işidir, bir fiziki qüsurdur. Vay o hala ki, insan gözləri görə-görə kor ola. Bax bu əsl faciədir.
13 noyabr. Ümumdünya Yaxşılıqetmə Günü
Nə gözəl bir gün. Xüsusən indiki bu qəddar durumda, mənəvi gözəlliklər deqradasiyaya uğradığı bir zamanda, yaxşılıq edənlər qırmızı kitaba salınanda belə bir günün təqvimə salınması necə də gözəldir. Nə olar, bu gün hər bir kəs yaxşılıq eləsin, imkanı nəyə çatırsa həmin civarda imkansıza əl tutsun. Yaxşılıq tək maddiyyat deyil ki. Darda olana məsləhətiylə, təskinliyi ilə kömək eləmək də yaxşılıqdır. Bəzən bir məsləhət bir küp qızılın edə bilmədiyini edə bilir.
“Ədəbiyyat və incəsənət”
(13.11.2025)
“Pərdə bağlanır, bitir sevgimiz...” – HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
“ Pərdə açılır, bu, bir səhnədir...
Tamaşaçılar, nə qədər çiçək...
Kimsə əl çalır, kimsə əl edir,
Hər şey tanışdır köhnə nağıl tək.”
2.
“... Pərdə bağlanır, bitir sevgimiz
Biz getməliyik, xoş qalın sizi.
Pərdə bağlanır, bəs nə üçün biz
Yenə sevirik bir-birimizi?!”
3.
Ölüm həyatın içində deyil, ölüm həyatın davamı deyil, həyat ölümün içində, həyat ölümün davamıdır.
4.
“ Geriyə baxma, daş olarsan. Nə edirsənsə et, amma geriyə baxma.”
Azərbaycan ədəbiyyatının möhtəşəm siması İlyas Əfəndiyev cəsarətlə və çəkinmədən geriyə baxdı və əsərinin adını “Geriyə baxma, qoca!” qoydu. Bu əsər daşa dönməkdən qorxmayan, inam və ümidlə geriyə baxan bir adamın peşman-peşman dərindən köks ötürməsidir. Hamıda olmur. Onun geriyə baxmaq səlahiyyəti vardı.
5.
T.Kantor: “Sonsuz çoxluqdan sonsuz çoxluğu çıxsan, yerində yenə də sonsuz çoxluq qalacaq.”
Sonsuzluğu dərk və qəbul etməyin əvəzsiz üsulu!
6.
Bilmədiyin barədə qorxmadan və çəkinmədən “bilmirəm” demək səlahiyyətin olmalıdır. Bilməməkdən utanmamaq biliyə doğru aparan ən qısa və doğru yollardan biridir.
7.
Ədəbiyyatda metafizika “iki üstəgəl iki”-nin “dörd” olmadığı yerdən başlayır.
“Ədəbiyyat və incəsənət”
(13.11.2025)


