
Super User
Necə oldu ki, müsəlmanlar Hitlerin qorxulu röyasına çevrildi
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
İkinci Dünya müharibəsinin uğurla başa çatmasında Partizan hərəkatının müstəsna yeri, danılmaz rolu vardı
Bütün varlığı, ruhu, duyğuları ilə Azərbaycan olan qəhrəman, igid oğullarımız Böyük Vətən müharibəsində həm də Partizan hərəkatına töhfələr vermişdilər. “Buchenvald, Mauthauzen, Dahau, Zakcenhauzen, Ravesburq, Treblinka kimi ölüm düşərgələrində Avropa antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı savaşmış, mübarizə aparmışdılar.
Tarixi mənbələr də sübut edir ki, “1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yaratmışdılar. Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında mindən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında altı yüz nəfərdən çox partizan vuruşmuşdu. Krımda, Baltikyani ölkələrdə, Ukrayna və Belorusiya cəbhələrində savaşan, düşmənə öldürücü zərbələr endirən partizan dəstələrinin içərisində fəaliyyət göstərən xalq qəhrəmanlarının çoxu sonralar Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər ki, onların sırasında Hitler Almaniyasının qorxulu röyasına çevrilən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə, əfsanəvi Mixaylo da vardı.
Hitlerin “dağıdıcı qüvvə, monqoloidlər” adlandırdığı müsəlmanlar onun qorxulu röyasına çevrildi
Qafqazın işğalı üçün “Eveldeys planı”nın həyata keçirilməsi müharibənin taktiki gedişində mühüm mərhələ idi. Plan faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş rayona bölünməli idi. “Ost” planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onla, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. Hitler hələ 1941-ci il iyunun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl “Mənim mübarizəm” adlı kitabında yazırdi ki, “Müsəlman manqolodilər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdır”.
İkinci Dünya müharibəsi özü ilə fəlakət, səfalət gətirsə də, xeyrin şər, haqqın haqsızlıq üzərində təntənəsi ilə başa çatdı. Əsgər oğlunu faşist feldmarşalına dəyişməyən Stalinin sırasında oğlu Cahangiri faşizm üzərində qələbə yolunda fəda etməkdən belə çəkinməyən Bağırovun da, Dağıstanı, Mahaçqalanı, Dəmirqapı Dərbəndi Bakı, Bakı nefti, Azərbaycan, əslində isə Yaxın və Orta Şərq üçün alınmaz qalaya çevirən polkovnik komissar Əziz Əliyevin də iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov da, Yuqoslaviyanın Milli Qəhrəmanı, Xalq Azadlıq Hərəkatının liderlərindən biri kimi tarix yaradan, Mixaylo ləqəbi ilə faşist Almaniyasının qorxulu nağılına çevrilə, həlak olmasından 13 il sonra Ulu Öndər Heydər Əliyevin təhqiqatları sayəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Mehdi Hüseynzadə də, Stalinqrad uğrunda gedən qanlı döyüşlərdə şahin kimi düşmən üzərinə yeriyən Hüseynbala Əliyev də, 416-cı, 223-cü, 77-ci, 402-ci, 396-cı diviziyaların məşhur qəhrəmanları da sübut etdilər ki, öz əsərlərində, çıxışlarında “dağıdıcı qüvvə, monqoloid” adlandırdığı müsəlmanları aşağılayan Adolf Hitlerin Sovet İttifaqının üzərinə yeriməsi tarixi cinayətdir.
Azərbaycan İkinci Dünya müharibəsində, bioresursları, iqtisadi kapitalı, qəhrəman oğul və qızları, eyni zamanda intellektual potensialı ilə savaşdı. Faşizm üzərində qələbənin təmin olunmasında təkcə neft və neft məhsulları ilə deyil, akademik Yusif Məmmədəliyevin “Neftin Oktan ədədi” nəzəriyyəsi, “Molotov kokteyli” ilə mühüm rol oynadı.
SSRİ Baş Qospitallar İdarəsinin Səhra Qospitallarının qurulmasında Bağırov qədər əməyi olan akademiklər Mirəsədulla Mirqasımovun, Mustafa bəy Topçubaşovun xüsusi xidmətləri oldu. Reyxstaqa sancılan Zəfər Bayrağını çiynində daşıyan qəhrəmanların sırasında Qamboy Vəzirov, Məzahir Abbasov, Ziya Bünyadov, Züleyxa Seyidmamedova, Fatma Cabbarova kimi igidlər yer aldı.
Qələmi Süngüyə çevirən Vətən – Azərbaycan
İkinci Dünya müharibəsindəki tarixi qələbədə tarix həm də, Süngü ilə Qələmin vəhdətində yarandı. Azərbaycanın məşhurr söz xiridarları, şair, yazıçıları, publisist və jurnalistləri, incəsənət xadimləri səngərlərə sipər, düşmənlərə çəpər igidlərin ilham mənbəyinə çevrildilər. Səməd Vurğunun, Süleyman Rüstəmin, Ənvər Məmmədxanlının, Rəsul Rzanın, Zeynal Cabbarzadənin, Mir Cəlalın, Cəfər Xəndanın, Abbas Zamanovun, Nəsir İmanquliyevin, Qulam Məmmədlinin, Mirzə İbrahimovun, Bülbülün, Əminə Dilbazinin, Əfrasiyab Bədəlbəylinin, Ələsgər Ələkbərovun barıt qoxulu sənət əsərləri, poetik inciləri məhz bu dövrdə yarandı. “Ananın öyüdü”, “Ana və poçtalyon”, “Buz heykəl” müharibənin dəhşətlərinin, Ana və Vətən sevgisini özündə ehtiva edən şah əsərlər idi.
Bu il faşizm üzərində qələbənin 80 illiyidi. Bu təkcə Alman faşizmi üzərində qələbə deyil, bütün ədalətsizliyə, haqsızlığa qarşı savaşın, mübarizənin qələbəsi, xalqların birliyinin, bütövlüyünün rəmzidir. Düzdür, İkinci Dünya müharibəsindən sonra quruluş, zaman, rejim dəyişib, təbədüllatlar, soyuq müharibələr dünyanı savaş meydanına çevirib. Yaxın və Orta Şərqdə qan su yerinə axıb. İkinci Dünya müharibəsində bir, əlbir olan dövlətlər - Rusiya və Ukrayna qəvi düşmənə çevrilib, qardaş qardaşa qənim kəsilib. Evələr, ailələr, kəndlər, şəhərlər dağılıb. Dünən fərman verən bu gün can versə də, bu gün fərman verənlərin sabahı bəlli deyil, bəlli olan odur ki, dünyanın bütün ədalətli insanları fəlakətdən, səfalətdən xilasın yolunu müharibənin dayandırılmasında görür.
1945-ci ilin 9 mayı faşizm üzərində qələbəni təmin etdi. 2020-ci ilin 8 noyabrı da erməni faşizmi üzərində qələbənin əsasına çevrildi. Bu gün mövcud olan münaqişə ocaqlarının söndürülməsi, mövcud müharibələrin dayandırılması üçün dünyanın tərəqqipərvər insanlarının bir araya gəlməsinə ehtiyac var.
Dünya bizim ümumi evimiz olsa da, BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, Amerikanın, daha doğrusu Ağ evin aldığı qərarlara elə onların özünün də ehtiyacı var.
Kimin nə, necə düşünməsindən asılı olmayaraq 9 mayı Qələbə günüdür
Faşizm ölüm, müharibə, fəlakət və səfalətdir. Hitler Almaniyasının bölüşdürülmüş dünyanı yenidən bölüşdürmək uğrunda savaşı məhvə məhkum oldu. 80 ildir qeyd olunan Böyük qələbənin, tarixi zəfərin təntənəsi bu gün də dinindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi sülhə, sabitliyə, əmin-amanlığa, birliyə, bütövlüyə çağırır.
Kimin nə, necə düşünməsindən asılı olmayaraq 9 mayı Qələbə günü kimi qeyd edir, Bakı qəhrəman şəhərlər sırasında yer almasa da, İkinci Dünya müharibəsinin Qəhrəmanları ilə qürur duyuruq! Onların ömründən, günündən keçən ayları, illəri, ömrümüz, günümüz bilirik.
İkinci Dünya müharibəsinin ilk illərində Ali Baş Komandan İosif Stalin, Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov Azərbaycan Milli Diviziyalarının yaranması, onların ruh yüksəkliyinin, maddi-mənəvi, hərbi-texniki təchizatının təmin edilməsi üçün qərarlar aldı. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Bağırovun SSRİ-nin və Dağıstanın rəsmi şəxsləri ilə dialoqunu özündə əks etdirən Fond 1-də, 27-ci siyahıda, 22-ci qutuda, 145-ci işdə mühafizə olunan, qorunan rəsmi sənədlər də sübut edir ki, bu qərarların icrası üçün Dağıstan Vilayət Partiya Komitəsinin Birinci katibi Əziz Məmmədkərimoğlu Əliyevin xüsusi xidmətləri olub. Mahaçqalada formalaşdırılıb, Belorusiya, Ukrayna, Moskva, Stalinqrad cəbhələrinin yarılmasında mühüm rol oynayan diviziyalarımız Ali Baş Komandan Stalin tərəfindən dəfələrlə təltif olunub. Mümkün olmayanları mümkünə çevirən Stalin, Jukov, Molotov, Rokossovski kimi qüdrətli liderlərin sırasında yer alan polkovnik-komissar Əziz Əliyev Dağıstanın lideri, 47-48-ci cəbhələrin üzvü kimi tarix yaradıb.
Faşizm üzərində qələbənin ayrı-ayrı yubiley mərasimlərində Ulu öndər Heydər Əliyev istər hakimiyyətinin birinci, istər də ikinci mərhələsində Böyük Vətən müharibəsi qəhrəmanları, onların xatirəsinin əbədiləşdirilməsi, milli diviziyaların abidələrinin ucaldılması ilə bağlı qərarlar alıb.
1941-ci ildə Bağırovun qərarı, SSRİ Zaqafqaziya Cəbhəsinin komandanı Tülenevin dərkənarı, Ali Baş Komandan, marşal İosif Stalinin əmri ilə yaradılan 416 Toqanroq Diviziyasının fəaliyyətinin gücləndirilməsi haqqında Azərbaycan KP MK-nın Birinci katibi Bağırovla Dağıstan KP MK-nın Birinci katibi Əziz Əliyev, arasında olan dialoqları, o dövrün məşhur simaları, Beriya, Tyülinov, Çeplakov, Yakubov, Gerasimov kimi məsul şəxslərlə yazışmalarını özündə əks etdirən Azərbaycan KP MK-nın 1942-ci il fevralın 21-də çağrılan bürosunun qərarı, Milli Diviziyaların siyasi hazırlığının inkişafı ilə bağlı ön cəbhəyə göndəriləcək şair və yazıçıların siyahısının təsdiqini özündə ehtiva edən Fond 1-də, 27 siyahıda, 364-cü işdə, 45-ci qutuda qorunan sənədlər Azərbaycan xalqının tarixi savaşdakı yerini və rolunu müəyyənləşdirir. Tarixlə müasirlik arasında körpü olan Ulu Öndər Heydər Əliyevin imzası ilə təsdiqlənən 1973-cü il 13 mart tarixli KP MK-nın Bürosunun 61 saylı protokolunda öz əksini tapan sənədlər rəşadətli döyüş yoluna görə Suvarov ordeni və Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunan 416-cı Toqanroq Diviziyasının şərəfinə Rostov şəhərində abidənin ucaldılması ilə bağlı alınan qərarı özündə əks etdirir. Fond 1-də, 60-cı siyahıda, 21-ci işdə, 4-cü qutuda qorunan sənədlər sübut edir ki, faşizm üzərində qələbənin 30 illiyi, eyni zamanda diviziyanın yaranmasının 30 illiyi şərəfinə ucaldılan abidənin 1975-ci ilin 9 mayında təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyev tarixi nitqi ilə ilahi ədaləti yerinə qoymaqla yanaşı, qəhrəmanlar yetirən Qəhrəman Diyarın – Odlar Yurdu Azərbaycanın haqqına sahib çıxıb.
Bu il faşizm üzərində qələbənin 80, erməni faşizmi üzərində qələbənin 5 illiyidir. İkinci Dünya müharibəsi bir millət, məmləkət olaraq bizim üçün 300 min insanın itkisi, faciəsi, minlərlə əsgər və zabitin əlil, şikəst olması, Birinci və İkinci Qarabağ savaşı isə iyirmi mindən çox igidin Şəhidlik zirvəsinə ucalması, bir o qədər də insanın, bir parası Vətən olan Qazilərin yarımcan olması ilə nəticələndi.
İkinci Dünya müharibəsindən sonra yerlə-yeksan edilmiş Stalinqrad, Kerç, Odessa, Melitapol, Moskva, Sovetspol kimi şəhərlər yenidən tikilib quruldu. İnsan insana söykəndi. Sovet İttifaqı Böyük Vətən müharibəsinin yarasını sardı.
İkinci Dünya müharibəsində olduğu kimi 44 günlük Vətən müharibəsi də bizi bir xalq, Millət, Məmləkət olaraq bir etdi, bütöv etdi. Dəmir Yumruğa döndərdi! Ruhların şəhərinə, kəndinə çevrilən Şərqi Zəngəzura, Qarabağa can gəldi. İndi üzü Zəngəzur dəhlizinə, Doğudan Batıya, Türküstandan, Zəngəzurdan, Qarabağdan Naxçıvana, Anadoludan TURAN qopan dillərə, illərə, ilçələrəyik. “Qarabağ Azərbaycandır!” nidası ilə “Biz Zəngəzur dəhlizini açacağıq. Bu bizim haqqımızdır. Kimsənin bunu əlimizdən almağa gücü yetməz!” deyən, iki dünya bir olsa da, üstünə aləm yerisə də, verdiyi sözü tutan, yerinə yetirən, Sözü imzası olan Liderimizin, Prezident İlham Əliyevin imzaladığı 2025-ci il 21 aprel tarixli “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı, Moskvada keçiriləcək Qələbə paradına Milli Ordumuzun əsgər və zabit heyətindən, müxtəlif qoşun növlərindən ibarət dəstənin göndərilməsi, ölkəmizin ən yüksək səviyyədə təmsil olunması bir daha sübut edir ki, “Heç kəs unudulmur, heç nə yaddan çıxmır!” Necə ki, dünyanın rənginin, ahənginin necə, hansı biçimdə olmasından asılı olmayaraq qisas qiyamətə qalmır. Faşizm üzərində qələbə Ədalətin təntənəsi, Sülhün, sabitliyin, əmin-amanlığın qorunması, dünyanın xilası, insanlığın nicatıdır.
Tanrı istənilən müharibədə, haqq savaşında şəhid olanların ruhunu şad, məkanını cənnət, məqamını uca etsin. “Heç kəs unudulmur, heç nə yaddan çıxmır” nidası, “Ana Vətən çağırır!” sevdası ilə səngərlərə sipər, düşmənlərə çəpər olan qəhrəmanlıq dərsini qəhrəmanlardan alan Əsgərlərimizi qorusun!
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Səma qartalı Namiq İslamzadənin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981–1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988–1991-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxumuşdur. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olmuş, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil almışdır.
SSRİ dağıldıqdan sonra Azərbaycana qayıtmış, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil almışdır. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilmiş və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olmuşdur. 1996-cı ildən Azərbaycan Hərbi Hava Qüvvələrində təyyarəçi, baş təyyarəçi, aviasiya manqasının komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, aviabaza komandiri kimi müxtəlif vəzifələrdə xidmət edib.
2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir. Polkovnik İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.
2019–2021-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini — Aviasiya rəisi vəzifəsində xidmət etmiş və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri Komandanının müavini — Hava Döyüş Komandiri vəzifəsinə təyin olunmuşdur. 25 iyun 2024-cü ildə general-leytenant ali hərbi rütbəsini almışdır.
Prezident İlham Əliyevin 23. sentyabr 2024 tarixli müvafiq sərəncamı ilə müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin Komandanı təyin olunub.
İngilis və rus dillərini bilir.
Təltifləri
"Füzulinin azad olunmasına görə" medalı
"Hərbi xidmətlərə görə" medalı
"Azərbaycan Bayrağı" ordeni
"Vətən uğrunda" medalı
"Vətən Müharibəsi Qəhrəmanı"
"Xocavəndin azad olunmasına görə" medalı
Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Seçmə şeirlər – RƏSUL RZA, “Kefli İskəndər”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
RƏSUL RZA
KEFLİ İSGƏNDƏR
Kimi dərdindən içir,
kimi kefindən.
Kimi təzə pаltаrdаn qorxur,
kimi kəfəndən.
İsgəndəri soruşdunuz məndən?
İsgəndər içərdi,
Ləqəbi də Kefli İsgəndərdi.
Gecə-gündüz düşündürürdü onu
diri ölülərin dərdi.
Yoxsа o dа bir poçt məmuru olаr,
nə dərdlənər, nə içərdi.
Ömrü ölülər içində
Sаkit, səssiz keçərdi.
Qınаmаyın İsgəndəri!
Yаmаn olur аnlаmаq dərdi.
“Ədəbiyyat və incəsənət”
(07.05.2025)
Aktauda “Mədəniyyətlərarası dialoq, müasir konstitusionalizm və suverenlik” mövzusunda konfrans keçirildi
Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Yessenov Universitetində Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Mədəniyyətlərarası dialoq, müasir konstitusionalizm və suverenlik” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, konfrans Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, ölkəmizin Aktau şəhərindəki Baş Konsulluğu, “Azərbaycan Mərkəzi” İctimai Fondu və Yessenov Universitetinin Beynəlxalq münasibətlər və turizm kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Qazaxıstanın və Azərbaycanın görkəmli alimləri, ekspertlər, ictimaiyyət nümayəndələri, həmçinin Türkiyə, İran və Türkmənistanın baş konsulları iştirak ediblər.
Yessenov Universitetinin rektoru Berik Axmetov açılış nitqində tolerant və ahəngdar cəmiyyətin formalaşmasında təhsilin rolunu vurğulayıb. O, həmçinin universitetinin beynəlxalq əməkdaşlığa hər zaman açıq olduğunu və mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş təşəbbüsləri dəstəklədiyini söyləyib.
Daha sonra Azərbaycanın Aktaudakı baş konsulu Ayxan Süleymanlı çıxış edib. Baş konsul müasir dünyada ortaq nöqtələr tapmağın və qarşılıqlı anlaşma körpüləri qurmağın vacibliyini diqqətə çatdırıb.
Universitetin Beynəlxalq münasibətlər və turizm kafedrasının müdiri Elmira Jangojayeva və kafedranın professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Cəfərov məruzələrində konstitusiya hüququ və mədəniyyətlərarası ünsiyyətin müxtəlif aspektlərinə toxunublar.
“Azərbaycan Mərkəzi”nin direktoru İlkin Orucov yekun nitqində tədbir iştirakçılarına səmərəli müzakirələrə görə təşəkkürünü bildirib. Konfransın nəticələrinin mədəniyyətlərarası dialoqun inkişafına və ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonda iştirakçılara sertifikatlar, təşkilatçılara isə təşəkkürnamələr təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)
"ASAN xidmət" "ZİRVƏ" idarəçilik marafonuna start verildi
6 may 2025-ci il tarixində “ZİRVƏ – Zəfər idarəçisinin rəhbərlik vizyonu və ənənələri” layihəsinin açılış mərasimi keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılır.
«Ədəbiyyat və incəsənət” portalına Agentlikdən verilən məlumata görə, məqsəd Prezident İlham Əliyevin zəfər siyasətinin idarəetmə və liderlik sahəsində tətbiqini müzakirə etmək və bu siyasətdən ilham alan işgüzar şəxslərin bilik və bacarıqlarını artırmaqdır.
Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov çıxış ediblər. Rəsmilər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən özünün ən dinamik dövrünü yaşadığını qeyd ediblər. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin idarəetmə sahəsində həyata keçirdiyi tədbirlər və çoxşaxəli islahatlar ölkəmizin tərəqqisinə əsaslanıb.
Tədbirdə Prezident İlham Əliyevin Zəfər siyasətinə həsr olunmuş, idarəetmə və liderlik mövzusunu əhatə edən eyni zamanda ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilib, təqdimat baş tutub. Sonra “İdarəetmədə yeni çağırışlar” mövzusunda panel müzakirələr reallaşdırılıb.
Layihəyə əsasən 6 may - 6 iyul 2025-ci il tarixində müxtəlif dövlət və özəl sektordan olan 150 rəhbər şəxs “Dövlət rəsmiləri ilə təcrübə mübadiləsi” görüşlərində və “İdarəetmədə innovativ liderlik bacarıqları” mövzularında təlimlərdə, "ASAN xidmət" təcrübəsi ilə tanışlıq tədbirlərində iştirak edəcək. Həmçinin işğaldan azad edilmiş ərazilərə infoturlar təşkil ediləcək və “Təəssüratlar toplusu” onlayn kitabı nəşr olunacaq.
Sponsorlar: “Veysəloğlu” Şirkətlər Qrupu, PAŞA Kapital İnvestisiya Şirkətidir. Tərəfdaşlar: "Başkent" restoranlar şəbəkəsi, “ASAN Könüllüləri” Təşkilatıdır. Media tərəfdaşı: ASAN Radio/TV-dir.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)
“Nayıb Əkbər və Zeynəb Paşa” poeması Təbrizdə çap olunub
Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
“Nayıb Əkbər və Zeynəb Paşa” poeması Təbrizdə çap olunubdur. Müəllifi Qəhrəman Heydər Xətibidir.
320 səhifədə olan kitab “Azər Türk” və “Nəbati” nəşriyyatları tərəfindən Azərbaycan dilinin iki -ərəb və latın əlifbalarında çap olunubdur.
Kitabın redaktoru Hayidə Buluki Özləmdir.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)
Gədəbəy Aşıq Məktəbinə Aşıq Ələsgərin adı verildi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 2 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Gədəbəy Aşıq Məktəbinə Aşıq Ələsgərin adının verilməsi haqqında Qərar qəbul edilmişdir. Qərarada deyilir:
Azərbaycan Respublikasının Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Aşıq yaradıcılığının görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Gədəbəy Aşıq Məktəbinə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, el sənətkarı Aşıq Ələsgərin adı verilsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gədəbəy Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər.
Əli Əsədov, Azərbaycan Respublikasının Baş naziri.
Əlbəttə ki, Aşıq sənəti, Gədəbəy Aşıq Məktəbi adına çox gərəkiyən və zamanında verilmiş bir qərardır. İndi isə Gədəbəy Aşıq Məktəbinin tarixinə nəzər salaq.
Gədəbəy Aşıq Məktəbi Azərbaycan aşıq sənətinin qorunması və inkişaf etdirilməsi məqsədilə yaradılmış mühüm mədəniyyət mərkəzlərindən biridir. Bu məktəb həm aşıq sənətinin tədrisi, həm də ustad-şagird ənənəsinin davam etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tarixi və Yaradılması
Gədəbəy Aşıq Musiqisi Məktəbinin təməli 2009-cu ilin may ayında qoyulmuş və 2013-cü il sentyabrın 10-da istifadəyə verilmişdir. Məktəbin açılışında Prezident İlham Əliyev iştirak etmişdir. Açılış mərasimində Gədəbəyin tanınmış aşıqları saz ifaları ilə çıxış etmiş, bu isə məktəbin mədəni-tarixi dəyərini daha da artırmışdır.
İnfrastruktur və Tədris İmkanları
Məktəb müasir standartlara cavab verən iki mərtəbəli binadan ibarətdir. Burada 121 nəfərlik akt zalı, səsyazma studiyası, qrim otağı, kitabxana, yeməkxana və qiraət zalı mövcuddur. Sinif otaqları tədrisin effektiv təşkili üçün tam avadanlıqla təchiz olunmuşdur. Məktəbin həyətində ustad aşıq Ələsgərin heykəli ucaldılmış, binanın foyesində isə Heydər Əliyev və İlham Əliyevin mədəniyyətə dəstəyi ilə bağlı fotolardan ibarət guşə yaradılmışdır.
Aşıq Sənətinin Qorunması və İnkişafı
Məktəbin əsas missiyalarından biri Azərbaycan aşıq sənətinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsidir. Aşıq sənəti təkcə musiqi yox, həm də poeziya, rəvayətçilik və ifaçılıq sənətini özündə birləşdirən kompleks bir mədəni irsdir. Gədəbəy Aşıq Məktəbi bu zəngin sənətin davamlılığını təmin edir.
Tanınmış Aşıqlar və Məktəbin Əhəmiyyəti
Gədəbəy aşıq mühitinin formalaşmasında qonşu Göyçənin Aşıq Ələsgər, Aşıq Alı kimi ustad aşıqlarının və digər sənətkarların mühüm rolu olmuşdur. Onların yaratdığı məktəb ənənəvi Azərbaycan aşıq sənətinin əsas dayaqlarından biridir. Gədəbəy bölgəsi həm də sazın və sözün ruhunu yaşadan, klassik aşıq şeirinin inkişaf etdiyi bir məkandır.
Elmi və Mədəni Əhəmiyyət
Məktəb yalnız tədris müəssisəsi deyil, həm də elmi tədqiqatların aparıldığı bir mərkəz kimi çıxış edir. Burada aşıq sənətinin tarixi, poetik xüsusiyyətləri, sinkretik mahiyyəti və ustad-şagird münasibətləri araşdırılır.
Nəticə etibarilə, Gədəbəy Aşıq Məktəbi Azərbaycan xalq mədəniyyətinin canlı təcəssümüdür və aşıq sənətinin milli və beynəlxalq səviyyədə təbliği üçün mühüm platforma sayılır.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)
“Aranda Kino Günləri” layihəsinin birinci mərhələsi başa çatıb
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) artıq iki ildən çoxdur ki, keçirilən “Bölgələrdə Kino Günləri” layihəsi Aran bölgəsində davam etdirilib.
İttifaqdan AzərTAC-a bildirilib ki, “Aranda Kino Günləri” başlığı altında keçirilən birinci mərhələdə Yevlax, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarında rejissor Mirsadıq Ağazadənin “Eviniz abad”, Aydın Aslanın “Aktyor”, Qulu Əsgərovun “Mən burdayam, İlahi!”, Emin Əfəndiyevin “Tənha insanın monoloqu” tammetrajlı bədii filmləri, Qulu Əsgərovun “Hasar”, Ruslan Ağazadənin “Balaca”, Orxan Ağazadənin “Oturacaqlar”, Teymur Qəmbərovun “Quxuroba” qısametrajlı bədii filmləri və Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu” sənədli filmləri tamaşaçılara təqdim olunub. Nümayişlər Yevlax Şəhər Yaradıcılıq Evi, Ağdaş, Ucar, Zərdab, Göyçay rayonlarının Heydər Əliyev mərkəzlərində baş tutub. “Eviniz abad” filminin Göyçaydakı nümayişində rejissor Mirsadıq Ağazadə də iştirak edib və tamaşaçıların suallarını cavablandırıb.
“Aranda Kino Günləri” layihəsi təkcə rayon mərkəzlərini deyil, kəndləri də əhatə edib. Belə ki, Yevlaxın Aran qəsəbəsinin Mədəniyyət Evində, Ağdaşın Orta Ləki Kənd Mədəniyyət Evində kənd sakinlərinə yeni Azərbaycan filmləri ilə tanış olmaq imkanı yaradılıb. Azyaşlı tamaşaçıların da nümayişlərə böyük marağını nəzərə alan AKİ, bu dəfə proqrama Şamil Nəcəfzadənin “İthaf”, Elçin Hami Axundovun “Güzgü”, Vahid Talıbovun “Lağım” və “Arzular…arzular” animasiya filmlərini də daxil edib.
Əvvəlki illərdə olduğu kimi, bu dəfə də bölgə sakinləri layihəyə böyük maraq göstərib, nümayişlərdən sonra baş tutan müzakirələrdə filmlərə münasibətlərini, fikirlərini həvəslə bölüşüblər.
Xatırladaq ki, “Aranda Kino Günləri”nin ikinci mərhələsi Mingəçevir şəhərində planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)
Qədim türklərdə rəng simvolizmi və sosial statusla əlaqəsi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə Qədim türklər layihəsində növbəti görüşümüzdə sizlərə qədim türklərin rəng simvolizmi və bunun sosial statusla əlaqəsi barədə danışacağıq.
Qədim türklər rəngləri yalnız estetik anlayış kimi deyil, həm də kainatın quruluşu, siyasi sistemin təşkili, sosial təbəqələşmə, dini rituallar və mifoloji təfəkkürün ayrılmaz parçası kimi qəbul edirdilər. Rənglər həm kosmik baxış bucağında dörd tərəfin və dörd ünsürün simvolu, həm də fərdlərin cəmiyyətdəki status və rollarını müəyyənləşdirən işarə idi. Bu yazıda rənglərin qədim türk toplumlarındakı funksiyaları sistematik şəkildə təqdim olunacaq.
1. Kosmik dünya modelində rənglər:
1.1. Dörd əsas istiqamət və dörd rəng:
Qədim türklərin dünyagörüşündə yer üzü dörd əsas istiqamətə bölünürdü və hər bir istiqamətə müəyyən rəng uyğun gəlirdi:
İstiqamət |
Rəng |
Simvolik mənası |
Şərq |
Göy |
Başlanğıc, dirilik, Tanrı |
Cənub |
Qırmızı (Al) |
Od, güc, igidlik |
Qərb |
Ağ |
Ölüm, sakitlik, dinclik |
Şimal |
Qara |
Qaranlıq, təhlükə, sirr |
Busistem Çintəsirialtındainkişafetsə də, Göktürkyazılı abidələrində və Altaymifologiyasındadaizlərinə rastgəlməkmümkündür.
1.2. Rənglərvə Tanrı anlayışı:
Türklərin "GöyTanrı" inancı göy (mavi) rənginilahigücsimvolukimiqəbuledilməsinə səbəbolmuşdur. Göyrənghakimiyyətingöylərdəngəldiyinisimvolizə edirdi. Kağanıngöyrənglibayraqvə geyimlərgeyməsionunTanrı tərəfindənseçilmiş olduğunugöstərirdi.
2. Rənglərin siyasi və idarəetmə sistemində rolu:
2.1. Rənglərə əsaslanan siyasi bölgü:
Qədim türklərdə imperatorluq bölgələri rənglərə əsasən adlandırılırdı:
- Ağ Orda – qərb qanadı (mülki idarə)
- Qara Orda – şimal (gizli güc, qoruma)
- Al Orda – cənub (döyüşçü, güc)
- Göy Orda – şərq (ilahi mənşə, paytaxt)
Bu model daha sonralar Qızıl Orda (Ordu), Ağqoyunlu, Qaraqoyunlu kimi dövlət adlarında da davam etmişdir.
2.2. Bayraqlar və simvollar:
Göktürklərin, Xəzərlərin və Uyğurların dövlət bayraqları əsasən göy və al rənglərdən ibarət idi. Göy bayraq Tanrı gücünü, al bayraq isə qan və igidlik rəmzini daşıyırdı. Xəzərlərdə isə qara bayraq sirli qoruma gücünə işarə edirdi.
3. Sosial status və rənglər:
Rənglər cəmiyyətdə fərdin hansı təbəqəyə mənsub olduğunu da göstərirdi.
Rəng |
Sosial məna |
Ağ |
Aristokratiya, ağsaqqallar, paklıq |
Qırmızı (Al) |
Döyüşçülər, liderlik, qəhrəmanlıq |
Qara |
Aşağı təbəqə, yas, gizli güc |
Yaşıl |
Dini şəxslər, xüsusilə sonrakı dövrlərdə İslam təsiri ilə |
Sarı |
İşıq, bəzən də keşişlik (Uyğurlarda Mani rahibləri sarı geyinirdi) |
3.1. Qadın geyimində rəng kodları:
- Toyda gəlinlər ağ və qırmızı geyinərdi (paklıq və sevgi)
- Yas zamanı qara və ya boz geyim geyinmək adəti vardı
4. Rənglərin mifologiyada və dastanlarda görünməsi:
4.1. Dastanlarda rəng simvolizmi:
- Alp Er Tonqa – döyüşlərdə al geyimli igidlər, yasda qara geyim
- Manas dastanı – Manasın al bayrağı və göy geyimləri onun liderliyini göstərir
- Bozqurd əfsanəsi – boz rəngli qurd bəşəriyyətin ilahi rəhbəri kimi təqdim olunur
4.2. Əfsanələr və rənglərin ruhani funksiyası:
- Qırmızı – qan və həyat gücü. Qurbanlar qırmızı parçaya bükülərdi.
- Ağ – ruhlar aləminə keçid. Ölülər ağ kəfənə bükülərdi.
- Qara – qoruyucu, eyni zamanda təhlükəli. Qara bayraqlı dəstələr qorxu simvolu idi.
- Boz – boz atlı və ya boz qurd — qəhrəmanın yol göstərən ruhani bələdçisi.
5. Geyim, aksesuar və rəng:
Qədim türklərin geyimləri, əşyaları və bayraqları rəng kodlaşdırmasında sosial mesaj daşıyırdı:
- Al donlu qəhrəman – müharibədə ön sırada
- Ağ papaqlı kişi – ağsaqqal, məsləhətçi
- Qara qayış – orta sinif kişi, bəzən də mühafizəçi
- Sarı parçalı çadır – dini ayinlərin keçirildiyi yer
Qədim Uyğurlarda sarı geyim yalnız ruhani Mani kahinlərinə aid idi.
6. Rənglərin simvolik rəqəmlərlə əlaqəsi:
Türk mifologiyasında rənglər tez-tez rəmzi rəqəmlərlə də əlaqələndirilirdi:
- Dörd rəng – Dörd istiqamət
- Yeddi rəng – Yeddi qat göy (şaman inancında)
- Üç rəng – Göy, Qırmızı, Ağ – Kağanın üç təbəqəli hakimiyyət gücü
Nəticə.
Qədim türklərin rəng anlayışı təkcə estetik və dekorativ element olmayıb, kompleks kosmoloji, siyasi və sosial sistemin əsas hissəsi olmuşdur. Rənglər vasitəsilə türklər dünyanı anlamış, özünü tanıtmış, güc münasibətlərini və dini simvollarını ifadə etmişlər. Bu simvolik düşüncə tərzi türklərin mifoloji, siyasi və gündəlik mədəniyyətində dərin izlər buraxmışdır.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)
"Ədəbiyyat artıq yükü sevmir..." - MÜSAHİBƏ
Ağalar İdrisoğlu, yazıçı, dramaturq, rejissor, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün
YAZIÇI-DRAMATURQ HÜSEYNBALA MİRƏLƏMOVLA MÜSAHİBƏ
Müstəqillik dönəmində dramaturgiya sahəsində müəyyən vaxtlarda durğunluq nəzərə çarpsa da, bu sahədə əsərləri tamaşaçılar tərəfindən sevgi və rəğbətlə qarşılanan xeyli diqqətəlayiq, parlaq imzalar da formalaşıb. Həmin imzalardan biri də yazıçı-dramaturq Hüseynbala Mirələmovdur.
"Ədəbiyyat artıq yükü sevmir. Ədəbiyyat süjetə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə xidmət etməlidir. Belə olanda əsərlər oxunaqlı, maraqlı və əgər pyesdirsə - səhnədə tamaşaçının qəlbini fəth edir" - fikirləri yazıçı, dramaturq Hüseynbala Mirələmovun ədəbiyyata baxışını lakonik və dəqiq şəkildə ifadə edir. Onun bu mövqeyi təkcə şəxsi estetik zövqün deyil, həm də müasir ədəbiyyatın və dramaturgiyanın tələblərinin ifadəsidir. Dramaturgiyasızmilli teatr ola bilməz və bu sahənin dirçəlişi zərurətdir. Hüseynbala Mirələmovun pyeslərindən ibarət kitabına professor İslam Qəribli "Xarakterlər dramaturgiyası" adlı ön söz yazıb. Bu başlıq təsadüfi seçilməyib, çünki Hüseynbala müəllimin pyeslərində obrazlar sadəcə rollar deyil - onlar daxili aləmi olan, psixoloji dərinliyi ilə seçilən xarakterlərdir. Onun "Gəncə qapıları", "Pənah xan Cavanşir", "Xəcalət", "Vicdanın hökmü", "Ləyaqət", "Cəza quyusu", "Miras", "Axirətdən gələn zəng", "Gəlinlik paltarı" və "Sara xatun" kimi pyesləri həm ideya, həm konflikt, həm də səhnə həlli baxımından olduqca maraqlıdır. Bu əsərlərdə cəmiyyətin ağrılı mövzuları, insan münasibətləri, vicdan, ləyaqət, ailə və mənəviyyat kimi dünyəvi dəyərlər işıqlandırılır. Dialoqların qısa, tutumlu və mənalı olması, komik və dramatik vəziyyətlərin təbii axarda təqdim edilməsi rejissor və aktyorlar üçün də geniş imkanlar yaradır.
Hüseynbala Mirələmovun pyesləri istənilən teatr üçün hazır materialdır. Bu əsərlər üzərində əlavə işləməyə ciddi ehtiyac olmadan maraqlı, dərin və peşəkar səviyyəli tamaşalar hazırlamaq mümkündür.
Vaxtilə onun pyesləri Milli Akademik Dram Teatrında, Milli Gənc Tamaşaçılar Teatrında, Dövlət Gənclər Teatrında, Gəncə, Lənkəran, Şuşa, İrəvan, Qazax və Qusar Dövlət Dram Teatrlarında uğurla səhnələşdirilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bəs son illərdə teatrların repertuarında niyə bu əsərlərə müraciət azalıb? Bu kimi suallarımıza cavab tapmaq üçün bu yaxınlarda Hüseynbala Mirələmovla həmsöhbət oldum.
- Xoş gördük, Hüseynbala müəllim, əhval-ruhiyyəniz necədir?
- Çox sağ olun, Ağalar müəllim. Diqqətinizə görə təşəkkür edirəm. Şükürlər olsun, əhvalım yaxşıdır. 2020-ci ildən etibarən Qarabağımız erməni işğalçılarından tamamilə azad edilib. 30 illik yurd həsrətindən sonra bu Zəfərin qazanılmasında başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, igid əsgərlərimizin misilsiz qəhrəmanlığı dayanır. Bu, mənim fikrimcə, Nadir şah dövründən - yəni 220 ildən sonra qazanılan ən böyük qələbədir. Bundan böyük xoşbəxtlik ola bilərmi? Arzum budur ki, müstəqil Azərbaycan daha da güclənsin, inkişaf etsin. Ulu öndərimiz Heydər Əliyevin xalqımız üçün arzuladığı bütün məqsədlər, inanıram ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçiriləcək. Qarabağda bu gün aparılan genişmiqyaslı quruculuq işləri buna əyani sübutdur. Sevindirici haldır ki, artıq orada salınan müasir kənd və şəhərlərə soydaşlarımız böyük sevinc və həvəslə geri dönürlər. Mən də Qarabağda olmuşam, bu quruculuq işlərini öz gözlərimlə görmüşəm. Oradakı dəyişikliklər insana həm qürur verir, həm də gələcəyə inam aşılayır. Bir ziyalı kimi fürsətdən istifadə edib cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümü bildirirəm. Çünki onlar bu bölgəni təkcə bərpa etmirlər, həm də tariximizi, mədəniyyətimizi, milli qürurumuzu yenidən ayağa qaldırırlar.
- Oxucular, əlbəttə, sizi tanıyırlar. Ancaq yenə də yaddaşı təzələmək yaxşı olardı.
- Əlbəttə. Mən lənkəranlıyam, orada 2 nömrəli orta məktəbi gümüş medalla bitirmişəm. Hələ üçüncü-dördüncü siniflərdə oxuyarkən, artıq respublika miqyasında tanınan "Azərbaycan pioneri" qəzetinin ştatdankənar müxbiri idim. Həmin qəzet həftədə iki dəfə, təxminən iki milyon tirajla çap olunurdu və ölkədə ən çox oxunan mətbu orqanlardan biri idi. Elə bir həftə olmurdu ki, orada mənim yazılarım dərc olunmasın. Bu, mənim ədəbiyyata marağımın əsas başlanğıcı oldu. O qəzetdə yazı, hekayə çap etdirmək müəllif üçün həm böyük uğur, həm də məsuliyyət demək idi. Mən artıq yeddinci sinifdə oxuyarkən hekayələr yazırdım. İlk yazdığım hekayə "Bir tikə çörək" adlanırdı. O dövrdə bu cür yazılar həm məzmun, həm də tərbiyəvi baxımdan yüksək qiymətləndirilirdi.
Allah rəhmət eləsin, bir gün məktəbimizin direktoru mərhum Aliya xanım Kələntərli məni kabinetinə çağırıb dedi ki, “xeyir ola, səni "Leninçi" qəzetinin baş redaktoru Tofiq Həsənov çağırır”. Mən də dedim ki, ora bir hekayə göndərmişəm. Yəqin ki, ona görə çağırıblar. Məktəb dostlarımdan birini də götürüb redaksiyaya getdim, inanın, onun kabinetinə girən kimi ayağa qalxdı. Mən də özümü təqdim etdim. Diqqətlə və maraqla üzümə baxdı, soruşdu:
- Oğlum, həmin hekayəni sən yazmısan?
- Bəli, Tofiq müəllim, mən yazmışam.
Məhəbbətlə başımı sığalladı və dedi:
- Oxudum. Xoşuma gəldi. Bu hekayəni çap edəcəyik. Çox maraqlıdır. Bundan sonra da belə hekayələr yaz və bizə göndər, biz də dərc edək.
Bax, görürsünüzmü, o vaxtlar elə insanlar vardı ki, mənim kimi yeniyetmələrə, ədəbi yaradıcılığa yenicə başlayan gənclərə bu cür yüksək qayğı göstərirdilər. Maraqlananlar Milli Kitabxanadan həmin sayı axtarıb tapa bilər: 7 noyabr 1961-ci il.
Beləcə, “Azərbaycan pioneri” və “Leninçi” qəzetində çap olunan kiçik hekayə və məqalələrim mənim ədəbiyyata ilk cığırımı açdı.
Həmin vaxt Lənkəran cənub bölgəsinin mədəniyyət, ədəbiyyat, incəsənət və idman mərkəzi sayılırdı. Biz tez-tez Lənkəranda fəaliyyət göstərən Xalq Teatrının və Bakıdan, Gəncədən, Naxçıvandan gələn Dövlət teatrlarının tamaşalarına böyük həvəslə baxırdıq. Eyni zamanda yerli və paytaxtdan gələn məşhur müğənnilərin konsertlərinə də gedirdik. Bu tədbirlər sonradan dostlar arasında böyük həvəslə müzakirə olunurdu.
1973-cü ildə Lənkəran Dövlət Dram Teatrı yenidən fəaliyyətə başlayandan sonra demək olar ki, bütün yeni tamaşalara baxırdım. Həmçinin teatrın bədii rəhbəri və direktoru, dəyərli ziyalı, Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə ilə yaxın dost idik. Onun teatrla bağlı maraqlı söhbətlərini diqqətlə dinləyirdim. Oradakı aktyorlar və rejissorlarla da səmimi münasibətim vardı. Yəqin ki, teatra olan bu bağlılıq gələcəkdə dram əsərləri yazmağıma böyük təsir göstərdi. Ali məktəbdə oxuyanda da teatr tamaşalarına gedirdim. Bu tamaşalar mənim həyata baxışımın formalaşmasına, dərin müşahidə aparmağıma böyük töhfə verirdi. Orta məktəbi bitirəndə jurnalist, ya da filoloq olmaq istəyirdim. Fizika müəllimimiz Dilruba xanım Camalova - sonralar Lənkəran rayonunun birinci katibi və İcra Hakimiyyətinin başçısı olmuşdu - istedadıma görə məni çox sevirdi. Mənə dedi, orta məktəbi bitirəndən sonra hara qəbul olmaq istəyirsən? Dedim - Azərbaycan Dövlət Universitetinin jurnalistika və ya filologiya fakültəsinə. O isə təklif etdi:
- Sənin istedadın var, gələcəkdə yazılar da yaza bilərsən. Məsləhət görürəm ki, texniki və ya səhiyyə sahəsində təhsil al. Mühəndis və ya həkim ol. Bədii yaradıcılığı isə davam etdir.
Beləliklə, onun təklifi ilə Azərbaycan Dövlət Politexnik İnstitutuna sənəd verdim. Orta məktəbi gümüş medalla bitirdiyim üçün iki "5" alıb qəbul oldum. Birinci kursun ikinci semestrində düşündüm ki, "Azərbaycan pioneri" mənim doğma qəzetimdir və gedib kollektivlə görüşüm. Baş redactor Əmrah Əmrahov idi. Katibə ona dedi ki, ştatdankənar müxbir Hüseynbala Mirələmov gəlib. Elə həmin dəqiqə məni qəbul etdi, çox səmimi qarşıladı. O vaxt qəzetdə tanınmış jurnalistlər işləyirdi: Əmir Mustafayev - məktublar şöbəsinin müdiri, Svetlana Nəcəfova - elm və həyat şöbəsinin rəhbəri, Akif Quliyev - idman şöbəsində. Əmrah müəllim məni onlarla tanış etdi və dedi:
- Hüseynbala Mirələmov indi Azərbaycan Dövlət Politexnik İnstitutunda oxuyur.
Sonra mənə sual verdi: "Bizim qəzetdə işləmək istəyirsənmi?" Açığı, bu sualı gözləmirdim. Dedim ki, Əmrah müəllim, mən gündüz şöbəsində oxuyuram.
- Eybi yoxdur. Ədəbiyyat şöbəsinin müdiri Hikmət Ziya şəkər xəstəsi olduğuna görə günortaya qədər işləyir, sonra gedir. Sən də dərsdən çıxandan sonra gəlib işi davam etdirərsən.
Elə ordaca ərizəmi alıb, əmrimi verib məni işə qəbul etdi. Beləcə, "Azərbaycan pioneri" qəzetinin ədəbi işçisi oldum. Üç aydan sonra baş ədəbi işçi, ali məktəbi bitirəndən sonra isə ədəbiyyat şöbəsinin rəhbəri oldum. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyan tələbələr bizə təcrübəyə gəlirdilər, onlara xəbər və məqalə yazmağı öyrədirdim. Həmin şəxslər sonradan tanınmış jurnalistlər oldular. Beş il bu qəzetdə işlədim, yaradıcılığım püxtələşdi. Artıq təkcə məqalələr deyil, hekayələr, povestlər, romanlar və pyeslər yazmağa başladım. Həmin vaxt tanınmış müəlliflər əsərlərini mənə oxumağa verirdilər ki, oxuyub fikrimi deyim. Əmir Mustafayev romanlarını mənə oxumağa verirdi. Bir dəfə kitabından bir fəsli ixtisar elədim və bu barədə özünə dedim. Səhəri gün gələndə dedi ki, o fəsli kitabdan çıxarmaqla elə bil heç bir cümləni çıxartmamısan. O vaxt yazıçılara deyirdim: "Ədəbiyyat artıq yükü sevmir. Ədəbiyyat süjetə və ideyaya yüksək səviyyədə xidmət etməlidir". Beləliklə, həyat elə gətirdi ki, həm mühəndis, həm də yazıçı oldum...
- Son dövrlərdə yaradıcılığınızda hansı yeniliklər var?
- Mən özümü ədəbiyyatsız təsəvvür edə bilmirəm. İndi də təqaüddəyəm, demək olar ki, hər gün yazıram. Keçən il "Bəyaz buludlar üstündə" adlı romanım çap olunub, bu gün əldən-ələ gəzir. Bu il isə Cümhuriyyət dövrünün ilk Daxili İşlər naziri, daha sonra Neft və Qaz Sənayesi naziri olmuş Behbud xan Cavanşir haqqında roman yazmışam. Son variantını redaktə edirəm. Ümid edirəm ki, kitab şəklində və ya ədəbi jurnallarda çap etdirəcəyəm. Bir vaxtlar yazdığım və çox maraqla qarşılanan "Gəlinlik paltarı" romanım əsasında sizin məsləhətinizlə bir pyes yazmışam. Lənkəran Dövlət Dram Teatrına təqdim etmişəm. Teatrın direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi və Dağıstanın Əməkdar artisti, çox maraqlı rejissor Laləzar xanım Hüseynova bu pyesi səhnəyə hazırlayacaq. O, Qusar Ləzgi Dövlət Dram Teatrında mənim "Xəcalət" və "Vəsiyyət" pyeslərimə də uğurlu səhnə quruluşları vermişdi...
- Sizin romanlarınız, povestləriniz və hekayələriniz var ki, onları rejissorlar və dramaturgiyanı yaxşı bilən insanlar çox asanlıqla səhnələşdirə bilər. Bunlar əsasında kinossenarilər yaza bilərlər. Çünki sizin romanlarınızda, povestlərinizdə və hətta hekayələrinizin çoxunda çox ciddi konfliktlər, maraqlı hadisələr var. Mənimçün və oxucular üçün də çox maraqlıdır ki, sizin məhz dramaturgiyaya marağınız necə yarandı?
- Mən əvvəldə dediyim kimi, hələ orta məktəbdə və ali məktəbdə oxuyanda teatr tamaşalarına çox gedirdim və bu sahədə çalışan çoxlu dostlarımız vardı. Artıq torpaqlarımız işğal olunandan sonra qəlbimə qeyri-adi, ünvansız bir zərurət çökdü və öz-özümə dedim: "Hüseynbala, sən pyes yazmalısan. Bu pyeslər də teatrlarda oynanılmalı və xalqa ümid, inam aşılamalıdır". Beləliklə, ilk pyesim olan "Vicdanın hökmü" əsərini yazdım. Rəhmətlik Hüseynağa Atakişiyev həmin pyesi ilk dəfə Dövlət Gənclər Teatrında tamaşaya qoydu və böyük uğurla qarşılandı. Bu da məni yeni pyeslər yazmağa çox həvəsləndirdi.
- Yadımdadır həmin tamaşa. Hüseynağa mənim tələbə yoldaşım idi və 2001-ci ildən də mən onun hələ 1989-cu ildə yaratdığı Dövlət Gənclər Teatrında işləyirdim və həmin tamaşada da necə anşlaq olduğunun şahidi olmuşdum. Pyes də, rejissor işi də, aktyor oyunu da yaxşı idi...
- Xocalı işğal olunandan sonra mən "Xəcalət" adlı bir povest yazdım və sonra qərara gəldim ki, bu povesti səhnələşdirim və Milli Akademik Dram Teatrına təqdim edim. Bu pyesə də çox istedadlı rejissorumuz, Azərbaycanın və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanov Milli Akademik Dram Teatrında quruluş verdi. Həmin tamaşada oynayan Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Zərnigar Atakişiyeva, Əməkdar artistlər Əlvida Cəfərov, Ələsgər Məmmədoğlu və başqaları da çox yüksək, peşəkar səviyyədə öz rollarını oynayırdılar. Nurəddin Mehdixanlı Vətən obrazını canlandırırdı. Bu obraz da Azərbaycanın simvolik obrazı idi. Bu tamaşa on dörd il həmin teatrda oynanıldı, üç dəfə yüksək dövlət mükafatına layiq görülüb - bunlardan ikisi "Qran-Pri", biri isə "Qızılgözlü mələk" mükafatı idi. Bu, "Qran Pri" dünya teatr aləmində çox böyük mükafat sayılır. Bir neçə Dövlət Dram Teatrları da bu tamaşaya quruluş verdi. Dünya şöhrətli, mənim dostum Çingiz Aytmatov da həmin tamaşaya Bakıda olanda baxmışdı. Tamaşadan sonra səhnəyə çıxıb hamını təbrik etdi və bu tamaşa haqqında çox maraqlı fikirlər dedi. Həmin tamaşadan məndə onun çoxlu şəkilləri var. Sonra da jurnalistlərə müsahibə verəndə belə dedi: "Hüseynbala ruhən mənə elə yaxındır ki, mən bu tamaşaya baxanda dəhşətə gəldim. Özümü unutdum. Elə fikirləşdim ki, bu əsəri mən özüm yazmışam. Bu tamaşada Hüseynbala müəllim altı nəfərlə böyük bir xalqın, böyük faciəsini elə gözəl yazıb ki, aktyorlar da rollarını çox yaxşı oynayırlar və tamaşanı tamaşaçılara çox yaxşı sevdirə bilirlər". Onun bu müsahibəsi çox geniş formada Azərbaycan Televiziyasının qızıl fondunda var. Ondan sonra da "Gəncə qapıları" pyesimi yazdım. Bu pyesim də Cavad xanın həyatındandır. Bu pyes də Milli Akademik Dram Teatrında oynanıldı. Sonra "Vəsiyyət" pyesimi yazdım və çox istedadlı rejissorumuz, Xalq artisti Firudin Məhərrəmov Milli Akademik Dram Teatrında tamaşaya qoydu. Bu tamaşa da anşlaqla gedirdi. Elə adam var ki, on dəfə həmin tamaşaya baxıb. İndi də insanlar məndən soruşurlar ki, niyə həmin tamaşalar oynanılmır? Mən də deyirəm ki, gedin Milli Akademik Dram Teatrının rəhbərliyindən soruşun... Sonra "Pənah xan Cavanşir" pyesimi Lənkəran teatrında Əməkdar incəsənət xadimi, həmin vaxt teatrın baş rejissoru olan rəhmətlik Baba Rzayev tamaşaya hazırladı. "Həyat eşqi" əsərimi də Bəhram Osmanov Gəncə Dövlət Dram Teatrında tamaşaya qoydu. Qusar Ləzgi Dram Teatrında Laləzar xanım yuxarıda dediyim kimi, "Xəcalət" və "Vəsiyyət" tamaşalarıma quruluş verdi. Şuşa Dövlət Musiqili-Dram Teatrında "Güllələnmiş heykəllərin fəryadı" pyesimi Əməkdar artist Nazir Rüstəmov hazırladı. Qazax Dövlət Dram Teatrında oynanılan "Xəcalət" pyesimi də teatrın kollektivi on dörd il böyük anşlaqla oynadı. Bu tamaşanı da çox istedadlı rejissor, o vaxtlar teatrın quruluşçu rejissoru işləyən və artıq on bir ildir ki, teatrın baş rejissoru olan Əməkdar artist Musa Eyyubov hazırlamışdı. Onu da vurğulayım ki, son vaxtlar bu teatr respublikada özünün maraqlı tamaşaları ilə çox böyük hörmət və uğur qazanıb. Elə keçən ilin oktyabr ayının 27-dən noyabrın 3-nə kimi onların Qazaxıstanda oynadıqları qazax dramaturqu Roza Mukanovanın "Bir çətir altında-mən" tamaşasına görə orada böyük mükafat almalarını da mən mətbuatdan oxudum.
Beləliklə də, mən səhnəyə daha çox bağlandım. Yeri gəldiyinə görə sizə özümün subyektiv bir fikrimi deyirəm. Milli Akademik Dram Teatrı özünün ikinci intibah dövrünü Həsənağa Turabovun, Əliabbas Qədirovun və İsrafil İsrafilovun vaxtında yaşayıb. İsrafil İsrafilov haqqında öz ürək sözlərimi daha geniş demək istəyirəm. O, filologiya üzrə elmlər namizədi və sənətşünaslıq üzrə elmlər doktorudur. Deməli, həm ədəbiyyatı, həm də teatrı mükəmməl bilir. İsrafil müəllim pyesi oxuyan kimi bilirdi ki, bu pyesdən maraqlı tamaşa hazırlamaq olar, ya yox. Özü də çox obyektiv insan idi və heç kimin tapşırığına, ya da hansısa vəzifədə olmasına belə fikir vermirdi. Əgər pyes zəif idisə, dramaturqa deyirdi və pyesin bütün məziyyətlərini də açıqlayırdı. Dramaturq da onun bu fikirləri ilə tam razılaşırdı. Əslində bu gün teatrlara İsrafil İsrafilov kimi istedadlı filoloqlar, sənətşünaslar, teatrı dərindən bilən insanlar, çox istedadlı rejissorlar cəlb olunmalıdır.
- Siz ömrünün uzun illərini ədəbiyyata, dramaturgiyaya sərf eləyən mütəxəssis kimi, teatrlarımızı dirçəltmək üçün nələri təklif eləyərdiniz?
- Öncə onu deyim ki, teatrın direktoru və baş rejissoru ədəbiyyata dərindən bələd olmalı, dramaturgiyanı yaxşı bilməlidir. Zamanın, dövrün nəbzini yaxşı duymalıdır. Dünya teatr sənətindən yaxşı xəbəri olmalıdır. O, hər hansı bir pyesi oxuyanda onu yaxşı təhlil eləməyi bacarmalıdır. O, həmin pyesi oxuyandan sonra görməlidir ki, bu əsər teatra və tamaşaçılara nə verə bilər, bu əsər hansı dəyərlərə malikdir. Teatrın rəhbəri bu pyesi özü bəyənəndən sonra bədii şuraya təqdim etməlidir. Teatrın bədii şurasında çox tanınmış filoloqlar, tənqidçilər, tanınmış aktyorlar, rejissorlar, teatr sənətini yaxşı bilən insanlar olmalıdır. Əslində teatrda hər bir tamaşa çox böyük diskussiya, fikir mübadiləsində keçməli, orada iştirak edən insanların maraqlı fikirləri həm teatr rəhbərliyi, həm quruluşçu rejissor, həm də aktyorlar tərəfindən qəbul olunmalıdır. Mənimlə razılaşın ki, tamaşaçı rəyi də teatr tamaşalarında çox lazımdır və vacibdir. Axı teatr tamaşanı tamaşaçı üçün oynayır. Onu teatra cəlb etmək, onun ürəyinin dərin qatlarına təsir etmək üçün oynayır. Tamaşaçılar tərəfindən yaxşı qarşılanan dəyərli əsərlər repertuardan çıxarılmamalıdır, əsər müəlliflərinə də ədalətsiz davranılmamalıdır.
- Sizin demək olar ki, bütün əsərlərinizdə ədalətsizliklə, haqsızlıqla mübarizə motivləri güclüdür... Həyatda ədalətsizliklərlə çox rastlaşıbsınız?
- Maraqlı sualdır. Həzrəti Əbu Bəkr deyib ki, "Ədalət yer üzündə Allahın tərəzisidir". Hamı ədalətsizliklərlə qarşılaşır, mən də çox haqsızlıqlarla üzləşmişəm. Amma bu yaxınlarda mənə qarşı edilən bir ədalətsizliyi sizə deyim. Təqribən bir il bundan qabaq, xəbər verdilər ki, keçmiş Dövlət Tərcümə Mərkəzi tərəfindən İspaniyada mənim Viktor Andrianovla birlikdə yazdığımız görkəmli insanların həyatı (JZL) seriyasından olan "Heydər Əliyev" kitabımız ispan dilinə tərcümə edilib və orada da çap olunub. Ən maraqlısı budur ki, orada həmmüəllif kimi mənim adım yazılmayıb. Baxmayaraq ki, həmin kitabın çox böyük bir hissəsini mən yazmışam və o biri hissəsini də Andrianova yazmağı mən məsləhət bilmişəm. Bu xəbəri eşidəndə rəhmətlik dostum, uzun illər millət vəkili olan Hadı Rəcəbli ilə bir yerdə idik. O, mənim çox pərişan olduğumu gördü. Mən buna görə nəsə demədim, ancaq təbii ki, bu ədalətsizliyə görə incimişdim. Elə həmin dəqiqə Hadı müəllim Dövlət Tərcümə Mərkəzinin direktoru Afaq xanıma zəng vurub, onunla ciddi şəkildə danışdı. Hadı müəllimin reaksiyasından sonra həmin kitab məhdud nüxsə ilə yenidən mənim də adım qeyd edillməklə çap olundu. Gec-tez ədalət öz yerini tapsa da, insanın qəlbində ədalətsizliyin yarası qalır. Ancaq əlbəttə, həyat ancaq ədalətsizliklərdən ibarət deyil. Gözəl hadisələr də olur. Belə bir xoş xatirə Xalq şairi Qabillə bağlıdır. Bir dəfə xəbər verdilər ki, Qabil məni axtarır. Nömrə də verib ki, zəng edim. Düşündüm, yəqin hansısa əsərimi bəyənməyib. Zəng vurdum. Dəstəyi özü götürüb dedi ki, “Hüseynbala, girişsiz deyirəm və sənə minnət qoymuram. Mən heç bir yazıçının əsərini oxumuram. Amma indi bizim evdə "Gəlinlik paltarı" romanını növbə ilə oxuyurlar. Ancaq mənim sənə bir iradım var”. Təəccübləndim. Dedi ki, “televiziyada çıxışında dedin, ədəbiyyat sənin hobbindir. Xahiş edirəm, ağsaqqal kimi tələb edirəm, belə demə. Sən de ki, mühəndislik, neft və qaz sənin hobbindir. Ədəbiyyat isə sənin peşəndir”. O vaxtdan bu sözləri demirəm. Arada dilimə gələndə isə Qabil müəllimin səsi qulağımda səslənir və dərhal fikrimi dəyişirəm.
- Sonda söhbətimizə yekun olaraq nələri əlavə etmək istərdiniz?
- Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "Azərbaycan xalqının bir çox nəsilləri teatr və kino ilə tərbiyələnib, teatrın və kinonun təsiri altında formalaşıb, inkişaf edib. Böyük, ulu mədəniyyətə qovuşubdur". Ürəkdən arzulayıram ki, Azərbaycan ədəbiyyatı, dramaturgiyası, teatrı, kinosu dirçəlsin və bütün dünyada tanınsın, layiq olduğu ədalətli qiymətini alsın. Fikrimi cənab prezidentimiz İlham Əliyevin Azərbaycan teatrları ilə bağlı dediyi bu kəlamla tamamlamaq istəyirəm: "Azərbaycan, dövlət müstəqilliyinin bərpa edilməsi ilə qarşısında geniş üfüqlər açılan milli teatr bu gün dövlətçilik naminə mədəniyyətimizin inkişafına töhfələr vermək iqtidarındadır". Cənab Prezidentimiz indiyədək Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti, teatrı və kinosunun inkişafı ilə bağlı yüzlərlə fərman və sərəncam imzalayıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın muğam, aşıq sənəti və mədəniyyətimizin bir çox sahələri ilə bağlı gördüyü əvəzsiz işləri də xüsusilə qeyd etmək lazımdır. Arzu edərdim ki, teatrlarımız və onların rəhbərləri də öz işlərində Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın cahanşümul fəaliyyətlərini örnək alıb Azərbaycanda teatr sənətinin inkişafına öz töhfələrini versinlər. Bax, onda Azərbaycan ədəbiyyatı, mədəniyyəti yeni bir intibah dövrünə qədəm qoyar və biz də bununla fəxr edərik. Bu məqamda dahi Hüseyn Cavidin kəlamı tam mənada yerinə düşür: “Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)