“Qurban olma, məlumatlı ol” adlı maarifləndirici tədbir keçirilib

Rəqsanə Babayeva,

“Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Mil Muğan Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Mədəniyyət Mərkəzi Birinci Şahsevən kənd Diyarşünaslıq evinin, MKS-nin Birinci Şahsevən kənd 2 nömrəli kitabxana filialının və Beyləqan rayon Gəray Əsədov adına Birinci Şahsevən kənd 1 nömrəli  tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Qurban olma, məlumatlı ol” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Məktəbdə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov, məktəbin direktoru Elnurə Kazımova və digər çıxış edənlər bu günkü tədbirin əsas məqsədinin gəncləri insan alverinin təhlükələri barədə maarifləndirmək, onları bu cür cinayətlərin qurbanına çevrilməkdən qorumaq və düzgün qərar verməyə təşviq etməkdir. Bildirilib ki, insan alveri insan hüquqlarının kobud şəkildə pozulmasıdır və hər kəs bu barədə məlumatlı olmalıdır.

Sonda şagirdlərlə mövzu barədə interaktiv qaydada sorğu sual edilib və vurğulanıb ki, maarifləndirmə-diqqətlilik bu kimi halların qarşısının alınmasında əsas rol oynayır, sağlam və təhlükəsiz cəmiyyətin formalaşmasına xidmət edir.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.