Beyləqanda peşə məktəbi və mədəniyyət müəssisələrinin birlikdə tədbirləri

Rəqsanə Babayeva,

“Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzinin, Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinin və Beyləqan Peşə məktəbinin birgə təşkilatçılığı ilə Ümumdünya İncəsənət Günü münasibətilə tədbir keçirilib.

 

Rayon Peşə Məktəbində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə rayon Peşə məktəbinin direktoru Nazim Məmmədov və

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon üzrə nümayəndəsi Məhəmməd Qələndərov çıxış edərək Ümumdünya İncəsənət Gününün əhəmiyyətindən bəhs edib, bu günün  bəşəriyyətin ortaq dəyəri olan incəsənətin təbliği, yaradıcı insanların əməyinə verilən dəyərin ifadəsi olduğunu bildiriblər. Qeyd olunub ki, incəsənət cəmiyyətin mənəvi inkişafında mühüm rol oynayır, milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsində əvəzsiz vasitədir.

Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin, Peşə məktəbinin və Niyazi adına Uşaq Musiqi Məktəbinin birgə hazırladığı rəngarəng rəqslər, şən musiqilər və “Arşın mal alan” filmindən səhnəçiklər  təqdim olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.