Oğuzda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Aprelin 17- də Oğuz rayon Tarix Diyarşünaslıq Muzeyinin, Oğuz rayon Gənclər və İdman İdarəsinin, Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə muzeydə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü və Mərkəzi Kitabxananın "Tarixin izi ilə: Keçmişdən bu günümüzə" layihəsi əsasında "Mədəni irsin müdafiəsi: bu günün çağırışları" adlı seminar keçirilib.

 

Tədbirdə Oğuz RİH başçısı Oğuz şəhər İƏD üzrə nümayəndəsi, Oğuz rayon Gİİ, Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin Qəbələ Regional İdarəsinin Oğuz rayon üzrə nümayəndəsi, oğuzlu yazar Yusif Rza, Mərkəzi Kitabxananın əməkdaşları və şəhər bir və iki saylı məktəbin VII, IX sinif şagirdləri iştirak edib.

Çıxışlarda qeyd edilib ki, Oğuz rayonu ərazisi qədim tarixə malik olub, burada Qafqaz Albaniyası dövrünə aid məbədlər və digər tarixi abidələr qorunub saxlanılıb. Bu abidələr bölgənin zəngin mədəni irsini əks etdirir və həm yerli, həm də xarici turistlər üçün böyük maraq kəsb edir.

Sonra Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü hər il 18 aprel tarixində qeyd olunur və məqsədi tarixi abidələrin və mədəni irsin qorunmasının vacibliyinə diqqət çəkməkdir. Bu gün UNESCO tərəfindən dəstəklənir və dünya ölkələrində müxtəlif tədbirlərlə qeyd edildiyi haqqında məlumat verilib.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü tarixi və mədəni irsin qorunmasının vacibliyini insanlara xatırladır və bu sahədə məsuliyyət hissini artırır. Bu gün həm də gələcək nəsillərə milli və dünya irsinin ötürülməsinin əhəmiyyətini vurğulayır.

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.