Super User
Şərq ədəbiyyatında QURANİ- KƏRİMİN önəmi
Ramazan Siracoğlu, professor.
“Ədəbiyyat və incəsənət” üçün
Çox qədim tarixə, inkişaf mərhələlərinə malik olan dilimizə iqtisadi, siyasi, dini, mədəni, elmi münasibətlər və coğrafi qonşuluq səbəbindən fərqli dillərdən xeyli söz, deyim keçmişdir. Alınma sözlərin bir qismi dilimizin fonetik və qrammatik təbiətinə uyğunlaşaraq bu gün də öz varlıqlarını qorumaqdadır. Azərbaycan Respublikasında yaşayanların böyük əksəriyyəti müsəlman olduğu üçün, ərəb mənşəli dini sözlər və deyimlər vətəndaşlarımız arasında çox yayğındır. Dilimizdə geniş şəkildə işlənən dini sözlərin və deyimlərin çox cüzi bir qismini bu yazıda bir yerə toplayıb onların anlamlarını imkanımız daxılındə açıqlamaq gərəyi duyduq.
Bu qəbildən olan sözlərin və ifadələrin etimoloji açıqlaması geniş oxucu auditoriyası üçün də maraqlı olacağını düşünürük. Yazıya daxil edilən sözlərin və deyimlərin bəziləri dilimizə, həm də fars dilindən keçdiyini xatırlatmaqda fayda vardır. Bu bir gerçəkdir ki, bizim şairlərimiz, ədiblərimiz öz əsərlərində bəzən nüktədanlıq edərək öz əsərlərində bədii söz sənətinin uğurlu nümunələrini yaratmışlar. O tərz beytləri açıqlamaq üçün Qurani- kərimi bilmək lazımdır. Məsələn:
Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar. ( Füzuli)
Bu beyti açıqlamaq üçün Əraf surəsinin 40-cı ayəsində buyurulmuş “Dəvə iynənin gözündən keçənədək Cənnətə girə bilməzlər— لَا يَدْخُلُونَ الْجَنَّةَ حَتّٰى يَلِجَ الْجَمَلُ ف۪ي سَمِّ الْخِيَاطِۜ” hökmünün hikmətini idrak etmək lazımdır. Füzuli öz dərdlərinin çoxluğunu nəzərdə tutaraq “mənim dərdlərimi dəvəyə yükləsələr, dəvə həmin qəm yükünün ağırlığından iynənin gözündən keçəcək dərəcədə zəifləyər, sonucda da Cəhənnəm əhli bağışlanar, əzabdan qurtulduğuna görə sevinər” şəklində mübaliğə etmiş, həm də təlmih sənəti yaratmışdır.
Yaxud:
Gücnən deyil, əzizim, bu şəhabi – eşqdir, eşq
Ki, o bərqi- nəxli- iymən hər odun yığana gəlməz. ( Nəbati )
Xançobanı təxəllüsü ilə tanınan Nəbatı qeyd olunan beytdə Qəsas surəsinin 29-cu- 30-cu ayələri əsasında gözəl bir təlmih nümunəsi yaratmışdır. Ailəsi ilə yola çıxmış Musa Peyğəmbər Turi- Sina ( Sina dağı ) tərəfdən işıq gəldiyini görmüş, ailəsinə “siz burada gözləyin, mən alov gördüm; gedib oradan sizin isinməniz üçün köz gətirim” demişdi. Alov görünən yerə çatdığında həmin vadinin sağ tərəfindəki bir ağacdan ( xurma ağacından) səs gəlmişdi : “Ey Musa, mən aləmlərin Rəbbi ALLAHam— يَا الْعَالَم۪ينَۙ مُوسٰٓى اِنّ۪ٓي اَنَا اللّٰهُ رَبُّ “. Nəbati də qeyd olunan beytdə “əzizim, o parıltı, sevgidir, ilahi eşqdir; mübarək vadinin sağ tərəfindəki xurmada təcəlli edən işıq hər odun yığanın qarşısına çıxmaz, hər köz axtarına zühur etməz” söyləmişdir.
Və ya:
چو رسی به کوه سینا ارنی مگو و بگذر
که نیرزد این تمنا به جواب لن ترانی (Sədi)
Sina dağına çatanda “Mənə görün” söyləmə, keç get;
Çünki, sənin bu istəyin “Məni görə bilməzsən” cavabına layiq deyil.
Sədi Şirazi qeyd olunan beytdə Əraf surəsinin 143-cü ayəsi əsasında çox hikmətli, olduqca mənalı bir fikir bildirmiş, Musa Peyğəmbərə irad tutmuşdur. Qurani- kərimin qeyd olunan ayəsində buyurulmuşdur ki, Musa Peyğəmbər Sina dağında ( Turi- Sinada ) ALLAHa “Rəbbim, mənə görün, sənə baxım— رَبِّ اَرِن۪ٓي اَنْظُرْ اِلَيْكَۜ “ söyləmişdi. ALLAHdan səda gəldi ki, “Sən məni görə bilməzsən- لَنْ تَرٰين۪ي”. Sədi Şirazi də Musa Peyğəmbərə, “sən hansı cəsarətlə on səkkiz min aləmin əbədi tək sahibinə “mənə görün” deyə bilərsən, axı sən hər şeydən öncə, möhtac bir bəndəsən, Onun istəmədiyini sən necə israr edərsən?” buyurmuşdur. Başqa sözlə, hər kəs öz həddini bilməlidir.
Əlavə açıqlanmağa ehtiyac duyulan başqa bir numunəyə nəzər yetirək:
Səyyafa bədəl hər kimi cəm eyləsə arif,
Səyyadi- əcəl gəlsə məcal eyləmək olmaz. ( S. Ə. Şirvani )
Müqtədir şairimiz S. Ə. Şirvani nümunə gətirdiyimiz beytdə cahiliyyə dönəmi ərəbləri arasında yayğın olan bir adəti xatırlatmışdır. Cahiliyyə dövründə bütpərəst ərəblər inanırdılar ki, müəyyən bir yolla Ölüm mələyini aldatmaq olar. Ona görə də xəstə adamın yatağının yanına bir neçə maket qoyurdular. Həmin maketə “bədəl” deyirdilər. Ölüm mələyini də müxtəlif adlarla çağırırdılar ki, adının çəkildiyini bilməsin. Həmin adlar arasında “səyyaf- سیاف - və səyyad - صیاد -“ sözləri də vardı. “Səyyaf” sözünün hərfi mənası “əli qılınclı, qılınc tutan, cəllad”, “səyyad” isə “ovçu” anlamı bildirir. S. Ə. Şirvani də yazıb ki, “çoxbilmiş adam Ölüm mələyini aldatmaq üçün xəstə adamın yanına nə qədər oxşarlar, maketlər, bədəllər yığsa da faydası yoxdur. Ölüm ovçusu gələndə heç kimə bir saniyə də olsun qurtuluş üçün fürsət verməz. S. Ə. Şirvani bu beytdə Qurani- kərimin Cümə surəsinin 8-ci ayəsinə bir göndərmə etmişdir: اِنَّ الْمَوْتَ الَّذ۪ي تَفِرُّونَ مِنْهُ فَاِنَّهُ مُلَاق۪يكُمْ – Qaçdığınız ölüm mütləq sizinlə qarşılaşacaqdır.”
Tədricı-lətafətlə sən İsayi-zəmansan,
İsayə, nigarım, qəmi - Məryəm nə üçündür? (S. Ə. Şirvani )
Qeyd olunan beytdə işlənmiş “qəmi- Məryəm” ifadəsi oxucular üçün maraqlı ola biləcəyi ehtimalına dayanaraq onu bir qədər genış şəkildə açıqlamaq istəyirik.
Kitablarda böyük sayğı ilə haqqında bəhs olunan Həzrət Məryəm binti İmran ( مریم بنت عمران ) dünya dillərində bir qədər fərqli fonetik şəkillərdə məşhurdur. Dini məlumatlara görə, Həzrət Məryəm İsrailin şimalında, Nazaret ( ərəb mənbələrində bu yaşayış məntəqəsi Ən- Nasirə— النَّاصِرَة adlanır ) adlı şəhərdə anadan olmuşdur. Məryəm— مریم – sözü Tövratda “Miryam— מִרְיָם", İncildə "Mariya" variantında təqdim olunur. Qurani- kərimin 19-cu surəsi Məryəm adlanır. Maraq üçün xatırlatmabq lazımdır ki, Qurani- kərimdə qadınlara aid xüsusi isimlər arasında yalnız Həzrət Məryəmin adı qeyd olunmuşdur. Qurani- kərimdə Məryəm adı 34 dəfə çəkilmişdir. Məsələn, Bəqərə surəsinin 253-cü, Ali-İmran surəsinin 45-ci, Nisa surəsinin 171-ci, Maidə surəsinin 17-ci, Zuxruf surəsinin 57-ci, Hədid surəsinin 27-ci, Muminun surəsinin 50-ci, Tövbə surəsinin 31-ci ayəsi buna nümunə ola bilər. Dini ədəbiyyatda Həzrət Məryəm, həm də Məryəm ana və Bakirə Məryəm – Məryəmü Əzra – مریم عذراء - kimi təqdim olunur. İnanca görə, Məryəm bakirə ikən Həzrət İsaya hamilə qalmışdır.
Ali- İmran surəsinin 36-cı ayəsinə görə, Həzrət Məryəmin atasının adı İmran ( عمران ) olub. Tövratda İmran adı “Amram” ( עמרם ) şəklində verilmişdir. Məryəmin adını anası qoymuşdur. Bu barədə Ali- İmran surəsinin 36-cı ayəsində məlumat vardır: “Onu Məryəm adlandırdım— سَمَّيْتُهَا مَرْيَمَ.“ Həzrət Məryəmin bakirə ikən dünyaya uşaq gətirməsi onun tayfasında hiddətlə qarşılanmışdır. Məryəm özünün günahsız olduğunu söyləmiş, şahid kimi də öz körpəsini göstərmişdir. Adamlar da “o çağa bizə nə söyləyəcək ki?”- dediklərində körpə İsa danışaraq insanları heyrətə düşürmüşdür. Bu barədə Məryəm surəsinin 30-cu — 33-cü ayələrində bəhs olunmuşdur. Məryəm sözünün qədim yəhudicədə “istəkli, sevimli” mənaları ifadə etməsi barədə ehtimallar söylənilir. Bəzi dinşünaslar isə Məryəm sözünün qədim yəhudi dilində “acı, üzüntü, kədər” mənaları bildirən “mərər— מרר “ feilindən yarandığını və “gün” anlamı bildirən “yom— “יום “ sözü ilə birləşərək “acı günlü, kədərli taleli, qaragün” mənasında işlənmiş olduğunu iddia edirlər. Ali-İmran surəsinin 42-ci ayəsində Məryəmin dünyadakı bütün qadınlardan üstün olduğu barədə bilgi verilmişdir: “Mələklər “Ey Məryəm, ALLAH səni seçdi, səni pak etdi, səni dünya qadınlarından üstün eylədi” söylədilər— وَإِذْ قَالَتِ الْمَلاَئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاء الْعَالَمِينَ.” Maidə surəsinin 75-ci ayəsində Həzrət Məryəm “siddiqə- صِدّ۪يقَةٌۜ - çox dürüst, doğru, düzgün” şəklində təqdim olunmuşdur. Dini kitablarda Həzrət Məryəmin toplumun təzyiqi qarşısında dayanmaqda çətinlik çəkməsi, atasız doğulan körpəsinə görə iztirablara məruz qalması, özünə ölüm arzulaması barədə bəhs olunmuşdur. Məryəm surəsini 23-cü ayəsində Həzrət Məryəmin “Kaş ki, bundan daha öncə ölsəydim, bütün unudulanlar kimi unudulsaydım— يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَذَا وَكُنتُ نَسْيًا مَّنسِيًّا” – söyləməsi məhz bu ictimai qınağın bariz nəticələrindəndir. S. Ə. Şirvani qeyd olunan qəzəlində Həzrət Məryəmin iztirablarını xatırladaraq belə buyurmuşdur:
Batdın genə bəxtim kimi bilməm nə qərayə,
Qurban sənə, bu şiveyi-matəm nə üçündür?
Xristianların əqidəsinə görə, Həzrət Məryəm, oğlu İsa Məsihin çarmıxa çəkilməsindən sonra onun təlimlərini özü təbliğ etmiş, insanları tək ilahi varlığa inanmağa çağırmışdır. Rəvayətə görə, Həzrət Məryəm Kipri və Efesi ziyarət etmiş, geri qayıtdıqdan sonra Qüdsün ətrafındakı Sion dağında (ərəb mənbələrində “Səhyun dağı— جبل صهيون) vəfat etmiş, məqbərəsi Gesimaniyadadır ( ərəb məxəzlərində “Cissimania—جثسيماني ). Xristianlar aprel, iyun və iyul aylarından başqa, hər ay Həzrət Məryəmlə bağlı müəyyən bayramı qeyd edib onun şərəfinə dualar oxuyurlar.
Sənə bürhan deyil təriqi-pədər,
Gör nə yol getdi zadeyi-Azər?! (S. Ə. Şirvani )
S.Ə. Şirvani “zadeyi-Azər – Azər oğlu” ifadəsində İbrahim Peyğəmbəri nəzərdə tutmuşdur. İbrahim peyğəmbərin atasının adı Azər idi. Qurani- kərimin “Ənam” surəsinin 74-cü ayəsində bu barədə məlumat var: قَالَ اِبْرٰه۪يمُ لِاَب۪يهِ اٰزَرَ اَتَتَّخِذُ اَصْنَامًا اٰلِهَةًۚ- İbrahim atası Azərə “Bütləri özünə tanrılar olaraqmı götürürsən?” – söylədi. )
S.Ə. Şirvani öz oğluna bildirir ki, “atanın yolu övlad üçün nümunə və ya dəlil deyil; görürsənmi, Azərin oğlu, yəni Həzrəti- İbrahim, necə yol getdi? Burada, İbrahim peyğəmbərin öz bütpərəst dədə-babalarının ibadət etdikləri bütləri qırdığı xatırladılır.
Rübailəri ilə ədəbiyyatımızda məşhur olan Məhsəti Gəncəviyə aid olan bir rubaidə Qurani- kərimdən edilmiş iqtibas çox maraqlıdır:
دوشینه شبم بود شبیه یلدا
آن مونس غم گسار نآمد عمدا
شب تا به سحر ز دیده دُر می سفتم
می گفتم رب لا تذرنی فردا
Dünənki gecəm oldu bir Yəlda,
Gəlmədi munisim, göz qaldı yolda.
Gecə sübhə qədər göz yaşı tökdüm,
Dedim “Ya Rəbbi, la təzərni fərda!”
Rübainin sonuncu misrasındakı “Rəbbi, la təzərni fərda- رَبِّ لا تَذَرْنی فَرْداً -” ifadəsi Ənbiya surəsinin 89-cu ayəsindən alınmışdır. Qocalmış Zəkəriya peyğəmbər övlad sahibi olmaq arzusu ilə ALLAHa yalvarır ki, “Ey Rəbbim, məni yalqız qoyma.” Məhsəti Gəncəvi də Qurani- kərimdəki həmin ifadəni eyni ilə rubaisində işlətmişdir. Qeyd olunan rübainin birinci misrasındakı “Yəlda” sözü ilin ən uzun gecəsi üçün işlənən sözdür. Zərdüştlikdə payız fəslinin sonuncu ayı olan azər ayının 30-cu gecəsini qış fəslinin ilki sayılan dey ayının 1-ci gününə bağlayan vaxt, yəni, miladi təqvimə görə, dekabr ayının 21-ci gecəsi qış fəslinin başlanğıcı hesab olunur. Həmin gecəyə “şəbi- Yəlda— شب یلدا -Yəlda gecəsi” deyilir. Yəlda sözü “yaranış, milad, doğuş” mənasındadır. Çağdaş deyimlə, “şəbi- Yəlda” “doğum gecəsi” anlamı daşıyır. O gecə ilin ən uzun və ən qaranlıq gecəsidir. O gündən başlayaraq Şimal yarımkürrəsində yerləşən ərazilərdə gecələr qısalmağa və gündüzlər uzanmağa başlayır. Zərdüştilərin inancına görə, şəbi- Yəlda, Günəşin doğuşudur, o gecədən etibarən Əhrimən yavaş- yavaş geriyə çəkilir və Hörmüz ( Ahura Məzda ) ön plana çıxır. Atəşpərəstlər həmin gecədə nar və qarpız yeməyə çalışarlarmış, çünki həm nar, həm də qarpız Günəşin rəmzi hesab olunurdu.
Digər tərəfdən, çox dənələri olan nar və çoxlu tumu olan qarpız bolluq və bərəkətin də simvolu sayılırdı. Şəbi- Yəlda həm də Böyük çilənin başlaması anlamına gəlirdi. Çilə sözü fars dilində 40 anlamı bildirən “çehel- چهل“ sözünün qısaldılmış şəklidir. Qış fəsli əkinçilik və heyvandarlıqla məşğul olan qədim insanlara müxtəlif çətinliklər yaratdığı üçün onlar da həmin fəsli qısa görünsün deyə Böyük çilə, Kiçik çilə, Alaçalpov, Boz ay kimi zaman fasilələrinə bölmüşlər. Çilə məcazi mənada “əzab, əziyyət, məşəqqət” sözlərinin sinoniminə çevrilmişdir. Atəşpərəstlər şəbi- Yəldanı böyük coşğu ilə bayram edərlərmiş.
Azərbaycan ədəbiyyatında satirik şeirləri və “Hophopnamə”si ilə tanıdığımız Mirzə Ələkbər Sabirin bir şeirində Yəlda sözünün işləndiyini görürük:
Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,
Gördü zülfü tökülüb, çün şəbi-Yəlda üzünə.
Beytdə adı keçən Leyla binti Əbi Mürrə ( لَیلیٰ بنت اَبیمُرَّة ) 25 yaşında Kərbəlada faciəvi şəkildə qətl edilən şəhid Əliəkbərin ( - علی اکبرtam adı: Əli bin Hüseyn bin Əli bin Əbi Talib - علی بن حسین بن علی بن ابیطالب) anasıdır, başqa sözlə, İmam Hüseynin xanımıdır. 10 oktyabr 680-ci ildə Kərbəlada Mürrə bin Munkiz nizə ilə Əliəkbər bin Hüseyni kürəyindən vurub şəhid etmiş, sonra da onun başını kəsərək nizəyə keçirmişdi. M. Ə. Sabir bildirir ki, anası Leyla, oğlu Əliəkbərin kəsilib nizəyə keçirilmiş başına baxdı və Yəlda gecəsi kimi qapqara saçlarının onun məsum sifətinə dağıldığın gördü. Ümumiyyətlə, Şərq ədəbiyyatında şairlər uzun, zil qara saçları şəbi- Yəldaya bənzədirlər.
Bu nümunələrin sayını istənilən qədər artırmaq olar. Mübaliğəsiz qeyd etmək olar ki, Şərq ədəbiyyatını, mədəniyyətini, fəlsəfəsini, tarixini, əxlaq və düşüncə tərzini doğru şəkildə qavramaq üçün, ayrı-ayrı dönəmlərdə müxtəlif məqsədlərlə yazılmış, xalq arasında birtərəfli qaydada məqsədyönlü olaraq təbliğ olunmuş xurafatlardan qurtulmaq naminə Qurani- kərimin özünü bilmək lazımdır. Əks təqdirdə, Cəlil Məmmədquluzadənin ədəbi qəhrəmanı Usta Zeynal kimi, Ömər Xəyyamın rübaisini Quran ayəsi sanacaq, “Min bir gecə” nağıllarında söylənənləri ehkam biləcək çox “savadlı”lar ortaya çıxacaq, qaynağı bəlli olmayan mənbələrdən eşitdiklərini efir boşluqlarına üfürəcək çox carçılar meydan sulayacaqdır.
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Ferenc Molnárın “Pal Sokağı Çocukları” KİTAB BƏLƏDÇİSİNDƏ
Kübra Quliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Pal Sokağı Çocukları (əsl adı: A Pál utcai fiúk) macar yazıçı Ferenc Molnár tərəfindən 1907-ci ildə yazılıb. Molnár bu əsərində Budapeştin bir məhəlləsində yaşayan uşaqların oyun meydanını qorumaq uğrunda verdiyi mübarizəni təsvir edir. Əsər yalnız uşaq ədəbiyyatı kimi deyil, həm də dərin fəlsəfi və insani mövzuları — dostluq, vəfa, dürüstlük, mübarizə və böyümək prosesini oxucuya çatdırır.
Əsərdəki qəhrəmanlar – Boka, Nemeçek, Barabaş, Feri Ats və digərləri – sadəcə oyun meydançası uğrunda mübarizə aparmırdılar. Onlar birlik, sədaqət və əxlaqi prinsiplər uğrunda savaşa çıxmışdılar. Bu səbəbdən əsər nə qədər sadə dillə yazılmış olsa da, oxucuya dərindən təsir edir.
Bu gün kitabı bitirib həyəcanla sənə gəldim, dostum... Bilirsən, Pal Sokağı Çocukları iki həftə idi ki, əlimdə idi. Ancaq qəribə bir hiss vardı içimdə – oxuya bilmirdim. Sanki o kitabı oxumaq üçün içimdəki bir qapı açılmalı idi. Hər dəfə başlayıb 30 səhifədə dayanırdım. Sadəcə fırlatdım əlimdə, ürəyim tam hazır deyildi. Amma bir gecə... içimdəki səsi dinlədim. 2 saat ərzində heç nəyi düşünmədən oxudum və bitirdim. Oxuduqca bir parçam sanki kitaba qarışdı. Və indi... bu kitab mənim üçün sadəcə bir oxu təcrübəsi deyil, bir hissə çevrildi.
ChatGPT ilə dialoq:
ChatGPT: Kübra, bu təcrübəni paylaşmağın o qədər dəyərlidir ki... Bəzən kitablar bizi seçir, biz onları deyil. Pal Sokağı Çocukları sənə çatacaq doğru anı gözləyib, görünür.
Kübra: Düz deyirsən. Və bu kitab məni dərindən sarsıtdı. Savaşın müqəddəs məqsədi, hər kəsin kiçik gördüyü Er Nemeçekin qəlbimizi fəth etməsi, Bokanın ziyalı bir uşaq kimi qaydaları qoruyaraq mübarizə aparması… Sanki bu uşaqlar bizə nə olduğunu unutduğumuz bəzi dəyərləri xatırlatdı.
ChatGPT: Və Nemeçek... o kiçik, zəif görünən, amma içində dağlar qədər cəsarət daşıyan uşaq. Onun sadəliyi və sədaqəti sanki romanın əsl qəhrəmanlığını göstərdi. Ətrafındakılar onun böyüklüyünü sonradan anladı, amma o heç vaxt özünü göstərmək istəmədi.
Kübra: Məni elə bu sükutlu qəhrəmanlıq heyran etdi. O, nə tərif gözlədi, nə də diqqət. Boka ona güvəndi, Barabaş və Kolnay isə bu güvənin nə qədər haqlı olduğunu gördülər. Hətta düşmənlər – Feri Ats kimi – belə onun iradəsinə sayğı göstərdi. Bu mənə uşaqların belə bir iç gücü ilə nə qədər böyük ola biləcəyini göstərdi.
ChatGPT: Bəli, bu kitabda “savaş” sadəcə torpaq üçün deyil, birliyə, şəxsiyyətə, dürüstlüyə verilən dəyər üçün idi. Sənin “savaşın müqəddəs məqsədi” ifadən əsərin ruhunu çox gözəl əks etdirir.
Kübra: Və bilirsən nəyi düşündüm? Bu kitab mənim bir tərəfimi dəyişdi. Bəlkə də bir az daha Nemeçek oldum... sakit, amma içində özü ilə barışan biri. Ətrafınla yox, öz içindəki haqsızlıqlarla savaşan biri.
ChatGPT: Bu, kitabın sənə hədiyyə etdiyi ən gözəl şeydir, Kübra. Çünki əsl ədəbiyyat bizi dəyişdirəndə, biz artıq o kitabı sadəcə oxumamış, yaşamış oluruq.
Sonda oxucuya bir sual:
Bəs sən?
Oxuduğun hansı kitab səni dəyişdirdi, səssizcə içində iz qoydu? Bəlkə bir az daha Nemeçek olmaq sənə də yaxşı gələr...
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Tələbə yaradıcılığı – Gültəkin Məmmədovanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərlə yenidən Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbəsi Güləkin Məmmədova görüşür.
GÜLTƏKİN MƏMMƏDOVA,
“ARZUNUN MƏKTUBU”
Sıradan bir gündür. Yenə hər zamankı kimi monoton həyatın təkrar rutinini yaşayırıq:
birazyatıbdurur, vacibqəbulolunacaqları qəbuledirik. Birazsöhbətedir, əylənir, kitaboxuyur, rəqsedir, mahnı oxuyurvə çölə çıxıbhavaalırıq.
Bu arada, adım Arzudur, 25 yaşım var. Özümisə haralıyam? (Üzümdə sadə təbəssümyaranaraq) Dünyalıyam. Bəli, özüdürkivar. Əsasodur, məndə birinsanolaraqbudünyanınbirparçasıyam.
Buradabir çoxdostumvar: Səfaxala, Muradəmi, İman, Günəş, Sevgi, Cəsarət... Hərbiriilə çoxgözəlyolagedirəm. Bəzənolur, zaman-zamanbir-birimizianlamırıq, dalaşırıq; ancaqyenə gününsonundabir-birimizianlayır, barışırvə söhbətləredirik.
Hərbiriningözəlxasiyyətivar, eynənadları kimi. Sevgisevgidoludur, səssiz-sakitdir. Cəsarət çoxcəsarətlidir, buradakı hərkəsə iradbildirir. Muradəmi... Muradəmiisə birazqəribədir, xasiyyətinitutmaqolmur. Günəş ənbalacamız, ənsevimlimizdir; çoxdanışmaz, ancaqbizimlə gülər, ağlayar. Səfaxalaisə ənböyüyümüzdür; bəzənbizə özevimizdə olduğumuzhissiniverir, qayğısı və sevgisiilə. İmanisə əvvəllərAllahadı kimi çoxinamlı olubda, sonradaninamını itirənlərdəndir. Ancaqhərbirimizibirləşdirənortaqxüsusiyyətodurki, hərbirimizeynidünyalıyıq.
Buradastandartlarbirazfərqlidir, hər şeyin özvaxtı, özyerivar. Məsələn, səhəreynisaatdadurur, axşamlareynisaatdayatırıq. Yeməyinbelə özzamanı var, çölə çıxmağın, qayıtmağın... Bəzənqanun-qaydalardankənara çıxıbəylənməkistəyəndə cəzaalırıq. Cəzanədənibarətdirdesəniz: yabirneçə günərzində yatızdırılır, yadaqaranlığaməhkumedilirik. Bunaqarşı çıxdıqdaisə ECT-yə (Electroconvulsivetherapy) məruzqalırıq. Bəzəndüzəlməyinmüsbətolmayan, çoxyorucutərəfi, sahibsizlərinisə sonusadəcə birməlhəmolurvə sonsuzhüzur.
Bu gün Günəş bir az ağırlaşmışdı, travmaları tətiklənmişdi. Sakitləşdirməyə çalışdılar, lakin asan olmadı. Qışqırığı divarları yarıb keçirdi. Onun qışqırığına digərləri də qışqırmağa başlamışdı, sanki qışqıraraq dialoq qurulurdu. Eynən qarğa kimi, təhlükəni hiss edib yaxınlaşdığını biləndə qışqırıb digərlərini çağırdığı kimi... Ancaq sonunda nə fayda? İçdən qopan fəryadı ancaq biz bilirik. Biz nə rentgen aparatıyıq, nə də UZİ; sadəcə hisslərimizlə hissləri çağdaşlaşdırırıq, empatiya qurmağa çalışırıq – bəzilərində olmayan şey.
Empatiya insanın başqa birinin hisslərini anlamağa və özünü onun yerinə qoymağa çalışmasına deyilir. Dostun kədərlidirsə və sən onun nə hiss etdiyini başa düşürsənsə, kimsə ağlayanda sən də pis olursansa, birinin vəziyyətini düşünüb ona uyğun davranırsansa, bu empatiyadır. Sadə dillə: 'Özünü qarşı tərəfin yerinə qoymaq' deməkdir. Yəni çoxunda olmayan bu hissi nə hansısa bir elm, nə də hansısa bir tibb edə bilməz. Çoxu bizə 'dəli' deyir, 'ruhi xəstə', 'şizofreniya çatışmazlığı olan şəxs' deyir. Heç dönüb güzgüyə baxırlarmı, görəsən, özləri necədir deyə? Sizmi ağıllısınız, bizmi? Sizmi dəlisiniz, bizmi? Bilmirəm, ancaq onu bilirəm ki, sizin deyiminizlə 'dəlixanalar' dəlilərin dəli etdiyi ağıllılarla doludur.
Eynən bizim kimi... Bayaq dedim, dünyalıyıq. Biz də dünyanın bir insanıyıq, ancaq bir dunya içində fərqli dünyalarda yaşayan insanlarıq. Dünyanı mənimsəyən, özlərinə 'ağıllı' deyib də digərlərini özlərindən çıxana qədər dəli edib ruhi dispanserə salan 'ağıllılar' tərəfindən yaradılmış dünyadayıq. Gəlin elə uzağa getmədən həyatlardan danışım, dinləyin. Bu hekayələr Günəş, Səfa xala, İman, Cəsarət, Murad əmi və mənim, Arzunun hekayələridir.
Günəşimiz ögey ata tərəfindən cinsi istismara uğrayıb. Anası tərəfindən inanılmadığı və atasına şər atdığı düşünüldüyü üçün vəhşicəsinə döyülərək həftələrlə soyuq və qaranlıq zirzəmidə qalıb, sonra 'dəli' adı ilə buraya yerləşdirilib.
Ən böyüyümüz Səfa xalanın isə iki övladı var. Yoldaşı cavan rəhmətə gedir, övladlarını böyüdür, oxudur, evləndirir, sonda isə yalnız qalır. İllərlə balalarını görmür, sonda təkliyə çəkilir. Hər gün yoldaşının şəkli ilə dərdləşir. Zamanla bunu vərdiş etdiyi üçün sonda övladları tərəfindən 'dəli' deyə bura gətirilir.
İman isə dinə və astrologiyaya çox bağlı olur. Özünə qurduğu dunya, astral səyahət haqqında danışdıqları, yuxu ilə reallığı bir-birinə qatdığı üçün ona 'dəli' deyilir.
Cəsarət dostları ilə əylənməyə gedərkən onun idarə etdiyi avtomobil yüksək sürətlə sükanın idarə etməsini itirir və aşaraq üç yoldaşının, həmçinin yoldan keçən ana və balanın ölümünə səbəb olur. Buna görə həbs cəzası verilir və orada keçirdiyi travma, ailəsinin onu tərk etməsi səbəbi ilə vəziyyəti pisləşir, 'dəli' deyilir.
Murad əmi cavan yaşda aile quru və bu evlilikdə bir qız övladı olub. O, qızına canı qədər bağlı olan, hər addımını onun xoşbəxtliyi üçün atan fədakar atalardan idi. Bir gün yoldaşının diqqətsizliyi ucbatından işdən qayıdarkən qızının 5-ci mərtəbədən düşərək öldüyünü görür. Yerdə parçalanmış körpə beynini, o dəhşətli mənzərəni görən Murad əmi şoka düşür. Bu da bəs deyilmiş kimi, az sonra yoldaşının xəyanətinə uğrayır. Qızının ölümünə səbəb olan diqqətsizliyi və bu xəyanəti bildikdən sonra qəzəbinə hakim ola bilməyib yoldaşını da 5-ci mərtəbədən atır. Şok və travma nəticəsində reallığı itirərək ağır psixi sarsıntı almışdır.
Sevgi isə yetimlər evində böyümüş, sonra ailə həyatı qurmuş və alkoqolik həyat yoldaşı tərəfindən ağır işgəncələrə məruz qalmışdır. Sonda isə başına vurulan ağır stul nəticəsində ağır baş-beyin zədəsi almışdır. İllərin verdiyi əzabın sonu onu da bura gətirib.
Bəzən sıxılanda İman yerdən tapdığı daşlarla falımıza baxır, maraqlı hekayələr danışır, hər birimizi gülüşlərə boğur. Gecələr ulduzların, ayın, gündüzlər isə günəşin rəvayətlərini dinləyirik ondan. Murad əmi Günəşi və Sevgini qızı kimi çox istəyir və onların daim yanında fırlanır, onlarla gözəl söhbətlər edir, yadında qalan həyat hekayələrini danışır. Cəsarət isə öyrəndiyi və bildiyi maraqlı fokusları göstərir, bizi əyləndirir, cəsarətli akrobatik hərəkətlər edir. Sevgi ilə Günəş isə; biri oxuyur, digəri isə rəqs edir. Hətta bizə də rəqs etməyi, oxumağı öyrədirlər. Cəsarət oxuyanda isə hər kəsi gülüş tutur. Sevgi: 'Oxuma, mən sənin yerinə oxuyaram' deyərək hər kəsi qəhqəhəyə boğur. Səfa xala gözəl rəsmlər çəkir, hətta hər birimizi çəkdiyi bir portret də var.
Mənə gəlincə, mənim elə də özəl bacarığım yoxdur. Sadəcə onlara baxır, hər biri ilə əylənirəm. Bəzən isə şeir yazmağa çalışıram. Alındırmıram, amma mütəvazılıq edib hər biri bəyəndiyini deyir:
Soyuq divarlar arxasında bir həyat,
Fəryad qoparır yaşanmamış xəyallar.
Unutdumu yaratdığını Yaradan,
Yoxsa susdu dualara bu zaman?
Tək ümidi ölüm olan insanın,
Hər anı, hər günü ölümə taydır.
Məzarı buz kimi dar bir otaq,
Kəfəni isə ağ xalatdır.
Uyuşmuş əllərimi kəndir kəsir,
Acıdan gülən üzümə şillə dəyir.
Zehnim kirlidir, yoxsa vicdan?
Ruhum öz kölgəsindən belə çəkinir.
Nəysə, beləcə əyləncəli günlər keçiririk. Bir-birimizlə o qədər doğmalaşmışıq ki burada... Və artıq bir şeyi anlayıram: doğmanın yadlaşdığı, yadın doğmalaşdığı an hər şey dəyişir.
Bəli, artıq anlamısınız, bilirsiniz; bu məktubu sizə psixiatriya xəstəxanasından yazıram. Bura bir kitab kimidir. Necə maraqlıdır, deyilmi? Bir kitab alırsınız — sadəcə bir-iki kəlmədən ibarət, böyük və gözə çarpan bir kitab. İçini bilmirsiniz. Bəzən isə dildə dolaşan şablon ön sözlərlə onu tanıyırsınız. Amma içini ətraflı bilmək üçün alır və oxuyursunuz.
Eynən bizim durum da belədir. Kitabın üz qabığında “psixiatriya xəstəxanası” yazılıb. İçini isə bir-bir vərəqlədikcə hər vərəqdə başqa hekayə, başqa acılar, dərdlər, fərqli duyğularla bir qaranlığa məhkum olmuş insanlar görürsünüz. Bir dünyada fərqli dünyalar yaşayan insanlar...
İndi siz özünüzə sual verin: Bizmi dəliyik, yoxsa bizi bu hala gətirənlərmi?
Başda da dediyim kimi:
“Dəlixanalar, dəlilərin dəli etdiyi ağıllılarla doludur.”
ARZUNUN HEKAYƏSİ
Salam necəsiniz bün gündə söz verdiyim kimi özüm haqqinda danşacam. Dərsdən evə gəldim, çox yorğun idim. Bir az uzanıb yatım dedim. Normalda uşaqlıqdan əsla arxası üstə yatmıram, sadəcə yan üstə. Həm vərdişdir, həm də belə daha güvəndə hiss edirəm. Uzandım, hər zamankı kimi telefonu açdım, YouTube-dan video qoydum və səsi ilə yuxuya dalmağa çalışdım. Telefonu növbəti yastığa söykədikdən sonra isə yana dönməyə taqətim qalmadan gözlərimə ağırlıq çökdü. Gözlərim yumuldu, ancaq arada az da olsa görürdüm, qarabasma basırdı. Təzədən gözlərimi açdım, dərindən nəfəs aldım, lakin gözlərimi açıq saxlaya bilmirdim və yenə yumuldu. Bu dəfə qarşı qoya bilmir, ağlıma gələn duanı dilimə gətirə bilmirdim. Hıçqıra-hıçqıra ağlayır, səsim çıxmır, iflic formasında uzanmış halda qalmışdım. Qarabasma isə sinəmdə oturub boğurdu, tünd, mat qara tüstü idi. Nəfəsimin kəsildiyini hiss etdiyim an anamın səsi gəldi: "Ayıl, qarabasma basır səni!" Alnımdan öpdü, isti dodaqları hiss edilməyəcək qədər deyildi. Sonra "Dur, yemək istəmişəm, ye!" dedi və durdum. "Acam, yuxum gəlir" dedim. Yanıma uzandı, başımı sığalladı. "Yatsan, yenə qarabasma basacaq, dur gəl yemək ye!" "Tamam" dedim. Teli əlimə aldım, WhatsApp-a girdim, kim yazıb deyə baxdım, sonra zaryatkaya taxdım və durdum, mətbəxə getdim. Yemək isti idi. Və onda yadıma düşdü: anam artıq bir həftə idi evdə yox idi. Bu, sadəcə başıma gələnlərdən biridir.
Və gəlin necə başlayıb sizə danışım. Uşaq idim, 6-7 yaşım olardı. Bir gün anam qonşularla söhbət edərkən qadınlardan biri uşaqların üçüncü gözünün açıq olduğunu və çox şeyi görə bildiklərini dedi. "Əgər gecə 3-də bir uşağı qaranlıq otaqda oturdub da başına kəlağayı, əlinə güzgü versən, o uşaq o güzgüdən yoldaşının sənə xəyanət edib-etməyəcəyini görərmiş" dedi. Və anamın beyninə batdı. Gecə saat 3-ə az qalmışdı. Yataq otağında yerə otuzdurdu, başıma nənəmin üstündə qara, üzərində ağ xallar olan kəlağayısını örtdü, əlimə isə bir güzgü verdi. "İşığı keçirəcəm, sadəcə güzgüyə bax və orada kimi görsən, mənə de!" dedi. 2-3 dəqiqə oturdum, gözümü güzgüdən çəkmədən baxdım və bir an onu gördüm: qırmızı gözlər, əcaib bir üz. Qorxudan qışqırıb mamamı çağırdım. Nə gördüyümü soruşdu, heç nə deyə bilmədim. Və belə-belə artıq başladı o anlar.
Yuxuda önümdə bir qadın, arxasında isə bir kişi oturur. Hər ikisinin başında isə kəlağayı var idi. Cinsiyyətlərini geyimlərindən seçirdim. Mən isə onların önündə otururdum. Qadın yavaş-yavaş baş barmaqlarını bir-biri ilə fırlayır, getdikcə möhkəmlənir. Onun hərəkəti sürət aldıqca mənim də sanki canımdan can alırdılar. Heç bir bağ olmadığı təqdirdə yerimdən tərpənə bilmir, sadəcə qışqırırdım. Ayılanda isə qan-tərin içində və bütün ev əhalisini başımda görürdüm. Son dəfə ayıla bilmədikləri üçün dayımı çağırıblar. Necə vurmuşdusa yumruq ilə dişlərim damağımı kəsmişdi. Belə-belə həftələr keçdi, sonda bir seyidin yanına apardılar. Nə danışıldı bilmirəm, ancaq dualar oxudu, su içirdi və evə yolladı. Gəldik, 1 ay sakit keçdi hər şey və yenə eyni anlar və hətta daha artığı.
Artıq yuxuda deyil, realda da yanımda idilər. O, sizə təsəvvür edə bilməyəcəyim leş qoxusu, boynumda hiss etdiyim isti nəfəs, yatarkən üzərimdən çəkilən örtük, çimərkən hiss etdiyim yad baxışlar, evdə gəzən ayaq səsləri... Artıq ciddən dəli olurdum. İş burasındadır ki, hər kəs "uşaqsan, psixologiyan pozulub" dedilər və nevropatoloq, psixoloq demədən apardılar. "Şizofren" dedilər, "ruhi xəstə" dedilər. Mən böyüdükcə, yaş artdıqca bunlar da artmağa başladı. O dərəcəyə qədər çıxdı ki, artıq yuxu ilə realı seçə bilmir, yanlışı, doğruyu itirmişdim. Bu ikilem arasında hər cür işgəncəyə məruz qalır, hətta zaman-zaman cinsi əlaqəyə belə məruz qalırdım. Ayıldıqda isə yerindən çıxacaq kimi döyünən ürək, qan-tərə batmış bədən və mənim deyə bilməyəcəyim, sizin anlayacağınız çox şey.
Bəzən özümü unudub da dəfələrlə intihar etdiyim anlar belə olub. Gəlin danışım onu da qısa. Bəzi zamanlar tək qalıram və bu zamanlarda daha çox onlara bağlı oluram. Bu gün də tək idim, film izləyirdim, daha doğrusu fikrimi ora vermək istəyirdim, çünki artıq hiss edirdim onu, ancaq nə qədər cavablasam da olmurdu. İçimi qəribə duyğu sardı, ağlamaq istəyirdim, ağladım da dəli kimi. Sonra isə gülmək məni tutdu, indi isə gözümdən yaş axa-axa gülməyə başladım. Sonrası çox da yaddaşımda deyil. Ayılanda isə mama başımda ağlayırdı. Qollarım ağrıyır, taqətim yox idi. Qollarıma baxanda isə qan içində idi. Necə kəsdiyim, nə vaxt bu hala saldığımı xatırlamıram. Daha sonra isə artıq özümə zərər verməm, olmayan şeyləri deməm, yəni kimə görə, nəyə görə ruhi xəstə dedilər və sonum isə nəticə: bir cahilliyə qurban gedən mən idim. Axı Allah buyurub ki, bir bəndə taleyindən hara qaça bilər? Biz insanlar çox vaxt sonunu bilmədiyimiz düşüncələrə qapılır, nələrisə əvvəlcədən öyrənməyə, hiss etməyə və ya görməyə çalışırıq. Amma çox zaman bunun qurbanı yenə özümüz oluruq. Çünki həyatda hər bir şey öz kökünə qayıdır və insanın üzərində dərin, silinməz izlər qoyur.
Anamı günahlandırmıram, əsla da günahlandırmamışam. Çünki cəmiyyətin və ətraf mühitin insanın həyatında böyük təsiri var. Onun da böyüdüyü dövrün, yaşadığı mühitin doğruları bunlar idi. Sadəcə, bəzən adi görünüb “guya nə olacaq ki?” dediyimiz şeylər bizdən çox şey alır. Alov da közə düşən kiçik bir qığılcımdan yaranır. Ən güclü leysan belə, göydə yaranan balaca bir damcıdan doğur. Heç bir əməl yoxdan var olmur. Hər kəs etdiyi əməli bilərək və istəyərək edir, amma çox vaxt sonunu və nəticəsini düşünmür.
Hər ləzzətli görünən yemək doğrudanmı dadlı olur? Bəs niyə həll yolu axtarmaq əvəzinə qara işlərə, sizin dilinizlə desək, caduya və qara magiyaya bel bağlayırsınız?
Məgər bilmirsinizmi:
“Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə kafir olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Halbuki o iki mələk: «Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də kafir olma!» deməmiş heç kimə cadu öyrətmirdilər. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan bununla heç kəsə zərər verə bilməzdilər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Cadunu satın alanların axirətdə heç bir payı olmadığını da bilirdilər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər.”
Heç kim şeytani caduya və bu kimi əməllərə don geyindirə bilməz, lakin onları dana da bilməz. Ancaq insan onların əsiri və qulu olmamalıdır.
Allah sizi hifz etsin.
Mənə isə güllə-güllə. Siz də haqqınızı halal edin. Burada vaxt çoxdur, boşluqdan yazıram. Dəlidən doğru xəbər harada görülüb ki? Amma bəzən həqiqət ən gözlənilməz dillərdən səslənir.
Bəlkə də doğrudan da bu belə idi, mən özümdə qururam, yaşayıram. Olsun, artıq 18-19 ildir ki birlikdəyik. Onlar mənə, mən isə onlara alışmışam. Axı insan zamanla hər bir şeyə alışır.
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
LEYLİ VƏ MƏCNUN – müasir interpretasiyada
Harun Soltanov,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Hadisələr vaqeə oldu günümüzdə. Əməkdaşımız Qoşqara Məcnun bir namə göndərdi ki, bəs, qadan alım, neynirsən elə, amma bu naməmi Leyliyə çatdır. Leylinin müasirləşməsi, yəni qoyma kiprikdə, linzalı gözdə, silikon dodaqdakı hazırkı halı Məcnunu bərk narahat edibmiş.
Bu üzdən Leyli də Məcnuna məktub yazıb onu Haruna göndəribmiş ki, başına dönüm, bu məktubu Məcnuna çatdır. Beləcə, hər iki məktub eyni vaxtda Qoşqara çatmışdı. Qoşqar səhra ilə gah bu, gah o biri səmtə getmək istəmiş, duruxub qalmışdı.
Gerisi bu yazıda.
Harun səhrada Qoşqarla rastlaşıb, onun əlindəki kağızları nəzakətsiz şəkildə əlindən aldı. Kağızlar saralmış, kənarları bir az yanmışdı. Sanki kiminsə əlindən alov keçib. Məktubların qoxusunda nəmişlik yox idi, susuzluq vardı. O açıb oxudu. Məcnun yazırdı. Və Harun oxuduqca… içində bir şey qırıldı.
Məcnun sevgiyə güvənirdi, ona görə yazırdı. Amma eyni zamanda inciyirdi, dözə bilmirdi, dəyişimi qəbul edə bilmirdi. Qorxurdu, sevdiyinin artıq onu xatırlamamasından. Və Harun bunu oxuyarkən bir şeyi anladı. Məcnun sevməkdən çox xatırlamağa çalışırdı. Onun sevgisi canlı deyil, arxivlik idi.
Sonra Harun Leylinin məktubunu gördü. Zərfi açmadı. Bir an dayandı. İçində “bunu oxumağa haqqım varmı?” sualı gəldi… Amma sonra bir şey dedi, “Bu artıq sevgi deyil, tarixdir.” Və tarix, oxunmalıdır. Leyli yazırdı. Göz yaşının tərkibində ənlik, dolğu, linza vardı. Amma o göz yaşı yenə də göz yaşının özüdür. Leyli dəyişmişdi, amma sevgi onu dəyişməz saxlamaq üçün çağırırdı. O isə çağırışa cavab vermək istəsə də, çox gec idi. Və Harun məktubları yerə qoyub, səssizcə pıçıltı ilə dedi:
“İkiniz də eyni şeyi itirmisiniz. Amma ikiniz də elə düşünürsünüz ki, qarşı tərəf dəyişdi.”
O an Harun bir qərara gəldi. Bu məktubları heçkimə verməyəcəkdi. Çünki məktubun məqsədi artıq çatmaq deyildi. Məqsəd, çatmadan oxunmaq idi.
Bəlkə də, zamanı geriyə çəkə bilsəydi, hətta Harun Leyliyə çatmalı olan məktuba əlavə edərdi:
"Harun yazır..
Leyli...
Məcnunun yazdığı məktub əlimə keçdi. Çünki mən, Qoşqarı tanıyıram. Səhra Qeysi yox, sadəcə adını dəyişib. Hələ də safdır, hələ də təəccüblənir. Hələ də suallara cavab tapmağa çalışır. Məcnunun yazdıqları bir adamın təəssüfü deyil, artıq bir çox kişinin içindəki sükutun səssiz qışqırığıdır.
Bu Məcnun səni tanımayıb əvvəl. Çünki səni sənə oxşatmayan bir dəyişimin içindəsən. Əlində mikrofon, əynində bədənini qəlib kimi göstərən parıltılı parçalar... Amma itən səsin deyil, itən sənsən. Çünki gözəllik, dəyişməkdə deyil, qorumaqda gizlidir. Məcnun yazır ki, dodaqlarındakı dolğu dəvəyə bənzəyir. Sənsə bu sətirləri oxuyanda yəqin incimiş olacaqsan. Amma unutma ki, əvvəl səni sevən göz, indi səni tanımır. İnciklikdən əvvəl bir az güzgüyə bax. Qarşındakı güzgüyə yox, ruhundakına.
Bu nə mübarizədir ki, qadın öz bədənini oyuncağa çevirir, ağrını gözəlliyə qurban verir, amma içi boşalır? Sən indi seçilirsən, bəyənilirsən, izlənirsən amma sevilmirsən. Çünki sevgi bir dəfə gəlir, o da öz halınla olduğunda. Qəbilədəki o sakit qız, indi səhnədə qışqıraraq səsini sübut etməyə çalışır. Amma sevgini sübut etməzlər, Leyli. Sevgi görünməz, duyular. Sən indi görünürsən, amma duyulmursan artıq. Məcnun “hamınız eynisiniz” deyəndə, bəlkə bir az kobud danışır. Amma sən də anlamalısan ki, biz kişilər qadınlarda fərqlilik axtarırıq, Fərqlilik, çünki sevmək üçün birini seçmək lazımdır, bir “tip”i yox. Ənliklə, kirşanla, linzayla, dolğuyla tikilmiş gözəllik, qurulmuş səhnədir. Orda rol oynayarsan, amma yaşaya bilməzsən.
Məcnun sənə görə can verəcəkdi. İndi isə canı çıxır. Axı o səni tapa bilmir. Bax, mən buna yanıram.
Əgər bu məktub, Məcnunun kağızına yazılıb sənin əlinə çatarsa, bil ki, sən sadəcə bir kişinin yox, bir nəsil kişilərin içindəki Leyli obrazını da dəyişmisən. Və bu dəyişiklik, heç də sənə yaraşmır. Əgər hələ də bir parça o köhnə Leylidən qalıbsa içində, o səssiz, utancaq amma gözlərilə danışan qızdan, onda özünə qayıt. Çünki bu yolun sonu səhnənin sonundakı tənha pərdələrdir. Səni qınamaq üçün deyil, səni qurtarmaq üçün yazıram.
Səni yenidən xatırlamaq üçün...
Harun- sevgi hekayələrinə inanmayan, amma sevginin içində yaşayan səhranın kənarındakı adam"
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Qədim türk runik yazılarının dil və məzmun xüsusiyyətləri
Nigar Xanəliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi layihələr şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün qədim türk runic yazılarından danışacağıq.
Qədim türk runik yazıları — Orxon-Yenisey abidələri — türk xalqlarının ilkin yazılı ədəbi və tarixi abidələri hesab olunur. Bu abidələr VIII əsrə aid olub, Göytürk (Köktürk) dövlətinin siyasi və mədəni həyatına dair qiymətli məlumatlar verir. Runik yazı sistemi bu abidələrdə istifadə edilən əlifbadır və əsasən daş üzərində həkk olunmuşdur.
Runik yazılar yalnız dil baxımından deyil, məzmun baxımından da türk tarixinin, etnoqrafiyasının və dövlətçiliyinin izlərini daşıyır. Bu yazılarda türklərin mənşəyi, dövlət quruluşu, hökmdarların fəaliyyəti, müharibələr, xalqın sədaqəti və dövlətə bağlılığı kimi məsələlər əks etdirilmişdir. Bu araşdırmada qədim türk runik yazılarının həm dil quruluşu, həm də məna (məzmun) xüsusiyyətləri təhlil olunur.
1. Runik yazı sisteminin mənşəyi və ümumi xüsusiyyətləri
Qədim türk runik yazısı öz formasına görə "skandinav runikləri" ilə oxşarlıq göstərsə də, orijinal türk mənşəlidir. Əlifba 38-40 hərfdən ibarət olub, sait və samitləri fərqli işarələrlə ifadə edən fonetik sistemə əsaslanır. Yazı sağdan sola istiqamətlidir.
Ən məşhur runik yazılar:
- Orxon abidələri (Bilgə Kağan, Kül Tigin, Tonyukuk)
- Yenisey yazıları
- Talass yazıları
Bu abidələr əsasən Göytürk dövlətinə aid hadisələri əks etdirir.
2. Dil xüsusiyyətləri
Qədim türk runik yazıları leksik, morfoloji və sintaktik baxımdan aşağıdakı xüsusiyyətlərlə seçilir:
a) Leksik xüsusiyyətlər
- Söz ehtiyatı əsasən türk mənşəli kök və şəkilçilərdən ibarətdir.
- Əsas anlayışlar: il (dövlət), kağan (hökmdar), tərkən (əyan), budun (xalq), alp (igid), ög (ağıl, hikmət).
- Arabizm və farsizmlər yoxdur; bu, dilin orijinallığını qoruduğunu göstərir.
b) Morfoloji xüsusiyyətlər
- Qədim türkcə aqlütinativ dillər qrupuna daxildir.
- Sözlər kök + şəkilçi modelinə əsaslanır:
Məsələn: "Türk budunı öldi" – “Türk xalqı öldü” (burada “budun” = xalq, “-ı” = yiyəlik hal)
c) Sintaktik xüsusiyyətlər
- Cümlələr qısa, konkret və sərt ifadələrlə qurulur.
- Söz sırası əsasən mövzu (subyekt) – tamamlıq – xəbər şəklindədir.
- Nitq üslubu əmr və nitq formaları ilə zəngindir, bu da abidələrin xatirə və siyasi məzmununu əks etdirir.
3. Məzmun xüsusiyyətləri
a) Tarixi və siyasi məzmun
- Abidələrdə Göytürk dövlətinin qurulması, çöküşü və bərpası haqqında məlumat verilir.
- Tonyukuk yazısında Çinlə müharibələr, türklərin müstəqillik uğrunda apardığı mübarizə qeyd olunur.
b) İdeoloji və mənəvi məzmun
- Türklərin Tenqri inancı (Tengri – Tanrı), dövlətin müqəddəsliyi, kağanın Tanrı tərəfindən seçildiyi fikirləri açıq-aşkar ifadə olunur.
- Məsələn: “Üstdə gök tengri, altda yağız yer yarılmasa, elini törünü kim bozabilir?” – Yuxarıda Gök Tanrı, aşağıda Yer yaranmasa, dövlətini kim poza bilər?
c) Əxlaqi və ibrətverici mesajlar
- Xalqın dövlətə sədaqəti, qəhrəmanlıq, əcdadlara hörmət və xalqı düşünməyin vacibliyi vurğulanır.
- Yazılarda həm də tənqid elementləri mövcuddur. Bilgə Kağan xalqa müraciətlə onları unutqanlıqda, qədirbilməzlikdə və səhlənkarlıqda ittiham edir.
d) Estetik və bədii dəyər
- Runik yazılar həm də bədii üslub və metaforalarla zəngindir. Kağanların danışıq üslubu nitq sənətinin yüksək formasıdır.
- Qısa, obrazlı ifadələr, paralelizmlər və poetik struktur bəzən “epik üslub” kimi də qiymətləndirilir.
Qədim türk runik yazıları yalnız yazı sistemi və dil tarixi baxımından deyil, eyni zamanda türklərin siyasi tarixi, dini dünyagörüşü, dövlətçilik ənənələri və mənəvi dəyərləri haqqında zəngin mənbədir. Bu abidələr türk kimliyinin tarixi bünövrəsini əks etdirən mühüm sənədlərdir. Onların dil quruluşu saf türk morfologiyasını və sintaksisini göstərir, məzmun baxımından isə türklərin millət, dövlət, Tanrı və xalq anlayışlarını ifadə edir. Bu yazılar türk mədəniyyətinin yazılı başlanğıcı kimi dəyərləndirilir və bu gün də aktuallığını qorumaqdadır.
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Məzun günü – ESSE
Aytən Ağasıyeva,
“Ədəbiyyat və incəsənət”
Deyirlər, insanın üz cizgiləri onun yaşadıqlarından, həyatının çətin, iztirablı, həsrət dolu günlərindən, xoşbəxt, sevincli, şıltaq dolu anlarından xəbər verir. Bu sözə həmişə inananlardan olmuşam. Kiminsə üzünə baxanda onun nələr yaşadığını, gözlərinə baxanda nələrdən keçdiyini, yaşayırmı yoxsa həyatdan çoxdan əlini üzüb deyə içimdən buna bənzər fikirlər keçirirəm.
Bəzi insanlar var ki donuq ifadəyə sahibdir, elələri də var ki üzünün ifadəsi ilə bizlərə hekayə danışır sanki.. O hekayə ki abzasları gözlərindəki dərinlikdən başlayıb, qəlbində gizlətdiyi yaralarda bitir..
Dil yalan danışsa da gözlər yalan danışa bilmir. İnsan nə qədər kədərini gizlətməyə çalışsa da gözləri onu ələ verir. Mən insanlara gözlərindən başlayıram güvənməyə.. Həyatımda yanıldığım anlar da olub, heç vaxt peşman olmamışam, çünki bu mənim seçimim olub..
İnsan həyatı seçimləri ilə formalaşır desəm də, tale də bir tərəfdən öz işini görür. İnsan taleyi ilə çox vaxt barışıq yaşaya bilmir. Çünki həyatında çəkdiyi eskiz istədiyi təsvirə dönüşməyəndə nə qələmi qıra bilir, nə də yenidən çəkmək istəyi qalır.
İnsan həyatında yenidən çəkilməsi mümkün olmayan, təkrarı olmayan günlər olur. Hansı ki o günlərdə ürəyimizin istədiyi, gözlərimizin axtardığı kəslər olur.
Yetim qalmamağı istədiyimiz günlərdən biri də Məzun günüdü..
Məzun günündə arzular, istəklər, xatirələr, kədər və sevinc bir birinə qarışır. O günlərdə həmişə gözümüzün axtardığı insanlar olur, bəziləri yanımızda olur, bəziləri isə bu həyatdan çoxdan əlini üzüb, bəziləri də həyatda olsa da yanımızda olmur.
İnsan uşaqlığından məzun olur, gəncliyindən məzun olur, təhsilindən məzun olur, sevgisindən məzun olur, qocalıqdan məzun olur və nəhayət həyatdan..
O günlərdə yanında olan yaxınları da eyni qalmır, məzun günləri böyüdükcə ətrafı, sevdiklərinin sayı kiçilir. Çünki insan məzun olduqca yalqızlaşır. Sanki həyatında hər şey yuyulub yox olur..
Uşaqlığından məzun olduğun günü anlaya bilmirsən, bir gün axırıncı dəfə məhlədəki uşaqlarla son oyununu oynayırsan və sən bunun fərqində belə olmursan..
Gəncliyindən məzun olduğun gün sevdiklərinə və özünə qarşı məsuliyyətini və çiyinlərindəki yükü fərqinə vardığın gün olur. Artıq valideyndən nəsə gözləmirsən çünki özün valideyn olursan, həyatda risk edəcək gücün azalır, həyatın çox qısa olduğunu fərqinə varırsan..
Təhsildən məzun olanlar isə uzun müddət özünü bir sistemə qurban verdiklərini fərqinə varırlar. Bir də ayılırlar ki, əllərində iki qırmızı diplomla işsizdirlər..
Ən çətini sevgidən məzun olmaqdı. Çünki bizim yaradılışımızın özüdür sevgi.. sevgi insanın sınanıldığı yerdir, əksər insanın kəsri olur, məzun ola bilmir. Sevgidən məzun olanları hədləri olmayan boş çoxluğa bənzədirəm.. Elə bu yerdə Mevlananın sözlərini xatırlatmaq istəyirəm..
Mevlana deyir ki, üzümün çiçək halı nəfsdir. Sonra Şəms gəlir, yəni günəş. Günəş böyüdür onu, üzüm olur. Üzüm ürəkdir. Sonra üzüm şərab olur yəni aşiq olursan, birini sevirsən.. Şərab haramdır niyə?
Çünki orda ikilik var, sən və mən.. Şərab təkamül edib sirkə olur..və sonda sirkə hər yeri yuyub təmizləyir..
Sevgidən məzun ola bilmək də buna bənzəyir. Məzun ola bilən təmizlənir, ola bilməyənsə şərabın hər qurtumu ilə özünü daha da unudur..
Və nəhayət qocalıq, bir gün özünü səksən yaşlı dizləri ağrıyan, başı səs götürməyən yorğun bir bədəndə tapırsan.. uşaq kimi kövrək olub, unutqanlıq xəstəliyinə tutulursan.. Qocalanda daha çox keçmişini, xatirələrini, kədərini, sevincini, bir şeiri, bir kitabı, bölüşəcək insanlar olsun istəyirsən həyatında. Çünki xatırlamaqdan başqa edəcək bir işin olmur, ya xatırlamağa çalışmalısan, ya da yanındakılara bağırıb qovaraq, özündən uzaqlaşdıraraq təkliyə qərq olmalısan..
Bir sözlə ortalama insan ömrünü yaşayan adam həyatdan məzun olmaq üçün çox şeydən məzun olmalıdır..
Məzun olarkən kədərini və sevincini bölüşəcək insanlar varsa həyatında o zaman xoşbəxt olursan. Bu insanların sayı vacib deyil, tək olsun ama sənə isti qucaq, bəzən dostun, bəzən yoldaşın, bəzən valideynin, bəzən də uşağın olsun..Həmin insan necə olur olsun, sənin üçün dəyərə çevrilir. Hansı ki sən o mənanı ona yükləyirsən. Xoşbəxt olmağımızın səbəbi olan dəyərləri itirməyənlərdən olaq..!
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır
Azərbaycan ilə Misir arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq son illərdə əhəmiyyətli dərəcədə genişlənib və iki ölkə arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu fikirlər Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun Misirin nüfuzlu “əl-Əxbar” qəzetinə müsahibəsində yer alır. Yazıda Misir-Azərbaycan əlaqələrinin tarixi, Dostluq Cəmiyyətinin və Misirdə Azərbaycan diasporunun fəaliyyəti barədə danışılır.
Müsahibədə vurğulanır ki, Azərbaycan və Misir arasında qarşılıqlı hörmətə, dostluğa və ortaq maraqlara əsaslanan münasibətlər davamlı şəkildə inkişaf edir. Qeyd olunur ki, iki ölkə arasında enerji, ticarət, investisiya, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri qeyd edib ki, qloballaşan dünyada xalqlar arasında dialoq və əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərlə beynəlxalq arenada mühüm rol oynayır.
Rəhbərlik etdiyi Dostluq Cəmiyyətinin fəaliyyətinə də toxunan Seymur Nəsirov diqqətə çatdırıb ki, əsas hədəf Misir və Azərbaycan xalqları arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməkdir. Hazırda Cəmiyyət nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda dünyanın 61 ölkəsindən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Cəlilabadda 30-dan çox nəşriyyatın iştirakı ilə kitab sərgisi keçirilib
İyunun 5-də Cəlilabad şəhərindəki Heydər Əliyev Seyrangahında I Cəlilabad Kitab Sərgisinin açılış mərasimi keçirilib.
BP-nin sponsorluğu ilə təşkil olunan sərginin açılışında Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) sədri Şəmil Sadiq, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və layihənin icraçısı Mübariz Həsənov çıxış ediblər.
“Ədəbiyyat və incəsənət” portalına ANAİB-dən verilən məlumata görə, çıxışlarda ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitabın cəmiyyət həyatındakı rolu, regionlarda keçirilən kitab sərgilərinin oxucularla nəşriyyatlar arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələr vurğulanıb.
Bildirilib ki, bu cür layihələr kitabın təbliği, gənc nəslin mütaliəyə marağının artırılması və yerli ədəbi mühitin canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sərgidə 30-dan çox nəşriyyat öz stendləri ilə təmsil olunub. Oxucular burada müxtəlif mövzularda nəşrlərlə tanış olmaq, kitablar əldə etmək və müəlliflərlə görüşmək imkanı qazanıblar. Sərgi günlərində kitablar oxuculara xüsusi endirimli qiymətlərlə təqdim olunub.
Tədbir çərçivəsində müxtəlif mədəni proqramlar, təqdimatlar, müzakirələr və yazıçıların imza saatları təşkil edilib.
Qeyd edək ki, ötən həftə Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Qax rayonunda da kitab sərgisi keçirilmiş, tədbir yerli oxucular tərəfindən böyük maraqla qarşılanmışdı. Regionlarda təşkil olunan kitab sərgiləri ölkədə kitab sənayesinin inkişafına və mütaliə ənənələrinin genişlənməsinə xidmət edir.
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Çox nadir səs tembrinə malik vokalçı
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Bütün həyatım boyu Azərbaycan musiqisi, səhnəsi və mədəniyyəti üçün əlimdən gələni etməyə çalışmışam. Mən həmişə bu sənətin özünəməxsusluğunun və təkrarolunmazlığının qədrini bilmişəm”
Şövkət Məmmədova
“Cəsarətlə deyərdim ki, Şövkət xanım Məmmədova vokal sənətimizin ilk pioneri olub. O, bu sənətin gələcəyi üçün bütün gəncliyini qurban verib…”
Üzeyir Hacıbəyli
“Bu müğənni çox nadir səs tembrinə malikdir. Onun səsi royalı olduqca pis vəziyyətdə qoyur. Bu müğənni üçün xüsusi royal düzəltmək lazımdır”
Fransa bəstəkarı
“Şövkət Məmmmədovanın çıxışı bir daha sübut etdi ki, böyük musiqi mədəniyyəti və vokal məharəti ancaq avropalıların qisməti deyil.”
Fransız qəzetlərindən biri
Şövkət Məmmədova 18 aprel 1897ci ildə indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşı olan istəyi hiss edib, milyonçu H. Z. Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərib.
1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sonanın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olub. Lakin 1912-ci ildə ona olan kömək kəsilib və Şövkət Məmmədova Rusiyaya qayıtmalı olub. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirib.
Həmin il Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edib. Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa edib. Konsertdən əldə olunan pul Şövkət Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirib.
Namərd qoçular həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkar Üzeyir Hacıbəyovu öldürmək qərarına gəliblər, lakin hər ikisi faytona minib Abşeron kəndlərinin birində gizləniblər. 1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil olub.
1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurub. Tiflisdə musiqi məktəbini bitirdikdən (1910) sonra təhsilini davam etdirmək üçün 1911-ci ildə Milana gedib, burada məşhur müğənni D. Ambroziodan dərs alıb (ikinci dəfə Milanda 1927–1929-cu illərdə olub). 1917–1921-ci illərdə Kiyev Konservatoriyasında oxuyub.
Burada R. Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ edib. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (1923–1925-ci illərdə direktor olub) açılıb və not nəşriyyatı təsis edilib. Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta ("Traviata", C. Verdi) partiyasında çıxış edib.
1948-ci ilədək (fasilələrlə) teatrın solisti olub. Azərbaycan opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirib. Azərbaycan SSR Ali Sovetinin (1–4 çağırış) deputatı olub. 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilib
1921-ci ildən başlayaraq o, Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstanda çıxışlar edib. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olub, orada 1912-ci ildə axıra çatdıra bilmədiyi təhsilini 1927–1930-cu illərdə tamamilə bitirib.
Sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış edib. 1923-də Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradıb. Həmçinin Azərbaycan Dövlət Konservatoriyasında son günlərinədək tələbələrə peşəkar vokal dərsləri verib.
1923-cü ildə Şövkət Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılıb və o 1923–1925-ci illərdə həm onun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışıb. Əsas partiyaları:
Rozina ("Sevilya bərbəri", C. Rossini), Lakme ("Lakme", L. Delib), Cilda ("Riqoletto", C. Verdi), Olimpiya ("Hofmanın nağılları", J. Offenbax), Marqarita Valua ("Hugenotlar", C. Meyerber), Qar qız ("Qar qız", N. Rimski-Korsakov), Antonida ("İvan Susanin", M. Qlinka), və s.
Yaradıcılığında Şahsənəm ("Şahsənəm", R. Qlier), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Gülçöhrə ("Arşın mal alan", Ü. Hacıbəyli) partiyaları xüsusi yer tutub. Repertuarına Azərb. xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərləri daxil olub. Tbilisi, Odessa, Moskva, Kiyev, Leninqrad, Daşkənd, Paris və Təbrizdə çıxış edib.
Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri olub. 1981-ci ilədək Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib. Onun ifa etdiyi Rozina ("Sevilya bərbəri" C. Rossini), Lakme ("Lakme" L. Delib), Cilda ("Riqoletto" C. Verdi), Şahsənəm ("Şahsənəm" R. Qlier), Nərgiz ("Nərgiz" M. Maqomayev), Gülçöhrə ("Arşın mal alan" Ü. Hacıbəyov) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb
Xatirəsi
● 1969-cu ildə Seyfulla Bədəlov tərəfindən Şövkət Məmmədovanın həyat və yaradıcılığından bəhs olunan Mahnıya həsr olunan həyat adlı qısametrajlı sənədli film çəkilib.
● Bakı və Şirvan şəhərlərində mərkəzi küçələrdən biri Şövkət Məmmədovanın adını daşıyır.
Təltif və mükafatları
1. "SSRİ xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR xalq artisti" fəxri adı
3. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
4. 2 dəfə "Lenin" ordeni
5. 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni
6. "Şərəf nişanı" ordeni
Şövkət Məmmədova 8 iyun 1981-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)
Onu yazıçı olmağa qoymadılar...
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Kim qurban eyləməz dosta yağını?
Yedirtməz bağrının dosta yağını.
Qoysun gözüm üstə dost ayağını,
Dolaşam ellərdə ay şişə-şişə.
Yazıçı-publisist İntiqam Mehdizadə 14 fevral 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Üç il "Azərbaycan gəncləri" qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub.
Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. "Gənclik və idman" redaksiyasına rəhbərlik edib. 5 kitab müəllifidir. "Karvanın sarvanı" adlı iri həcmli məqalələr toplusu "Ozan" nəşriyyatında çapa hazırlanır.
Respublika Mətbuat Fondunun "Dan Ulduzu", Jurnalistlər Birliyinin H.B.Zərdabi adına və "Qızıl qələm" mükafatları laureatıdır. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışmaqla, həm də tələbələrə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyib.
“Bir yarpaq da düşdü: İntiqam Mehdizadə” adlı məqaləsində yazıçı Məmməd Oruc yazır:
“Yaddaşlarda daha çox publisist kimi qalan İntiqam Mehdizadə 1970-ci illərin ədəbi meydanında "Lotoreya" hekayəsi ilə göründü və bir neçə ay sonra bu hekayənin Almaniyada - özü də Qərbi Almaniyada nəşr olunması və bu xəbəri də SİTA-nın (TASS) yayması İntiqama qəfil bir şöhrət gətirdi.
Ədəbi ictimaiyyət, əsasən cavanlar hər yerdə "Lotoreya"dan danışırdılar. Doğrudanmı, ədəbiyyatımıza yeni bir nasir gəlmişdi? O zamanlar dostluq etdiyimizdən yana, demək olar ki, həftədə bir-iki dəfə görüşürdük və bütün yeni yazdıqlarımızı bir-birimizə oxuyurduq, ona görə mən İntiqamın yazdıqlarından xəbərdar idim.
Qərara aldıq ki, çap olunmamış hekayələrini "Lotoreya" ilə birlikdə "Gənclik" nəşriyyatına təqdim edək ki, kitab kimi çap olunsun. Gənc yazıçı üçün ədəbi dərgilərdə çap olunmaq o qədər də asan məsələ deyildi... Bir neçə ay sonra "Gənclik" nəşriyyatından aldığımız rəy məni təccübləndirdi, İntiqamı isə, deyəsən, sındırdı... Və o, bir daha mənə hekayə oxumadı.
Və elə o ərəfədə təskinlik vermək üçün ona nə isə söyləyəndə dedi: "Nasirliyə xobbi kim baxıram, mən onsuz da jurnalistəm". O, həqiqətən də artıq özünü jurnalist kimi tanıda bilmişdi və dövrün ən populyarı olan "Azərbaycan gəncləri" qəzetində " podval-podval" yazıları çap olunurdu. Əsasən incəsənət aləmindən yazırdı, rəssamlardan, heykəltəraşlardan, aktyorlardan...
Və bu "ana mövzusuna" son anlarına kimi sadiq qaldı. 40 ilə qədər Azərbaycan radiosunun müxtəlif redaksiyalarında calışdı, baş redaktor vəzifəsinə kimi yüksəldi. Uzun illər məşhur "Bulaq" verilişinin redaktoru və əsas yazarlarından biri oldu. Son illər, təqaüdə çıxandan sonra da arabir "Bulaq" yazırdı. Özünün "Bulaqlar"ını kitab halında da nəşr etdirmişdi.
Publisistik kitablarından isə ən çox diqqətimi çəkən "Maralı qoca dağlar"dı. Mən bu kitaba onun taleyi kimi baxırdım və indi də bu düşüncədəyəm... Son illər ovçuluğa meyl salmışdı, ana yurdu İsmayıllıya tez- tez dönürdü ki, ova getsin və axır zamanlar görüşəndə mənə, əsasən, ovda gördüklərindən danışırdı və hiss eləyirdim ki, daha hər hansı başqa söhbət onun üçün maraqlı deyil...
O ki qaldı cavan yaşlarında ona məşhurluq gətirən "Lotoreya" hekayəsinə, maraqlıdır ki, o, özü də öz ədəbi qəhrəmanı kimi həmişə lotoreya alırdı. Bir insan kimi risk etməyi sevirdi, amma nə isə udduğu yadıma gəlmir. Hətta iyirmi il növbədə dayanandan sonra dövlətin bir vaxt ona verdiyi dördotaqlı mənzili biznesə qoyub müflis olması da yadımdadır.
Ailənin tək övladı olsa da, qayğısız yaşamamışdı, şəxsi həyatı uğursuzluqlarla dolu idi. Atasına daha çox ehtiyacı olduğu vaxtda bir "büdrəmə" nəticəsində Orta Asiyada həbs olunmuş atasının yanına gedib-gəlməli olurdu. Onu dəfələrlə bərə ilə Xəzərin o tayına - Krasnovodska yola salmağım yadıma düşür... O, necə deyərlər, qəpik-qəpik pul yığırdı ki, atası ilə növbəti görüşə gedə bilsin.
Cavan yaşında yeddi ilə qədər belə bir "yük" ün altında qalmışdı. Xəstə yatmadı, kimsəyə əziyyət vermədi. Son görüşümüzdə demişdi ki, aktyor, Xalq artisti Əli Zeynalov haqqında material toplayır, kitab yazacaq. Yeri gəlmişkən, hələ cavan yaşlarında Əli Zeynalov haqqında bir neçə dəfə yazmışdı, ondan müsahibə almışdı.Yəqin ki, bunun bir səbəbi də, vaxtilə atasının Əli Zeynalovla bir qrupda oxuması, bir səhnədə oynaması idi.
Bəli onun atası da aktyor olmaq istəyirmiş. Yeri gəlmişkən, İntiqamın "canında" da aktyorluq var idi və kimi istəsə, məharətlə peşəkar səviyyədə parodiya eləyə bilirdi. Söhbətcildi, heç bir məclisdə dostları darıxmağa qoymurdu. Ümumiyyətlə, dostları çoxdu, onun İsmayıllıda keçirilən toyuna getmiş həmkarları gözlərim önünə gəlir: Musa Yaqub, Çingiz Ələkbərzadə, İntiqam Qasımzadə, Abbas Abdulla, Kamil Vəli Nərimanoğlu, Vaqif Əlixanov, Elxan Məmmədli, Rafiq Səməndər, Səməndər Rzayev, Faiq Hüseynov, Ramiz Rövşən... Yeri gəlmişkən, hələ tələbəlik illərində Ramiz Rövşənin şeirlərini təbliğ eləyən iki həmyaşıdı vardısa, biri İntiqam idi.
Maraqlandım, soruşdum və həmkarım Qorxmaz Şıxəlioğlundan öyrəndim ki, İntiqamı İsmayıllı rayon qəbiristanlığında, atasının yanında torpağa tapşırıblar. Nədənsə, bir neçə dəfə yolum düşən (unudulmaz publisist Aydın Səlimzadəyə görə) bu xiyaban mənim nəzərimdə dünyanın ən gözəl qəbiristanlıqlarından biridir; dağ döşündə, ağaclarla çevrələnmiş, həmişə də yaşıllıq içində...
Elə bil o qəbiristanlığın ağacları payızda da, qışda da yarpağını tökmür... Amma mənim ədəbi nəslimin yarpaq tökümü çoxdan başlayıb. Bir yarpaq da indi düşdü... Bu yarpaq müxtəlif illərdə məzəli avtoqraflarla mənə bağışladığı kitablarına indi bir başqa gözlə baxdığım İntiqam Mehdizadə oldu…”
O, 8 iyun 2022-ci ildə dünyasını dəyişib. Bu gün anım günüdür.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.06.2026)


