
Super User
Müasir Azərbaycan poeziyası: Forma, yoxsa məzmun savaşı?
Rəqsanə Babayeva, rejissor, yazıçı. “Ədəbiyyatvə İncəsənət” üçün
Bir vaxtlar hər şeiri ilə cəmiyyətin nəbzini tutan, xalqın ağrılarını, sevinclərini, ümidlərini özündə cəmləyən Azərbaycan poeziyası bu gün hansı mərhələdən keçir?
Əgər ədəbiyyat cəmiyyətin güzgüsüdürsə, bu gün həmin güzgüyə baxanda nə görürük? Qafiyəyə çevrilmiş emosiya yığınımı? Vizual effektli, ancaq ruhsuz misralarmı? Yoxsa özünü şair adlandıran, amma sözün məsuliyyətini duymayan bir nəslin yüksəlişini?
“Söz” mübarək olanda poeziya yaranır
Poeziya – sadəcə yazılmış misralar deyil. O, dilin ruhudur, xalqın düşüncə modelidir, zamanın içində donmuş bir iç səsdir. Nizaminin, Xaqaninin, Füzulinin, daha sonra Vurğunun, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin poeziyası təkcə ədəbiyyat deyil, eyni zamanda milli kimliyin ifadəsidir.
Bu şairlər üçün forma və məzmun ayrılmaz bütöv idi. Onlar sözü həm işlədirdilər, həm yaşadırdılar. Bu gün isə çox zaman bu iki element – forma və məzmun – bir-birinə qarşı mübarizədədir. Təəssüf ki, bir çox hallarda məzmun bu mübarizədə məğlub olur.
Şeirin “vizuallaşması”: poetik güc, yoxsa estetika illüziyası?
Sosial şəbəkələrdə yayılan şeirlərə diqqət yetirək. Gözəl fon, emosional səs, qalın şriftlərlə yazılmış sözlər... və bəzən içində heç bir fikir dərinliyi, bədii təsvir, fəlsəfi yük yoxdur. İnsanların bəyəndiyi “şeirlər” çox zaman bir-iki romantik cümlənin qafiyəli düzülüşündən ibarətdir.
Bu şeirlərin əksəriyyəti oxucunu düşündürmək yox, təsir etmək məqsədi güdür. Poeziya isə təkcə hiss etdirmək deyil, həm də düşündürmək sənətidir.
Forma ilə oynamaq poeziya yaratmır
Bəzi “müasir” şairlər üçün sərbəst vəzn yazmaq – sərbəst düşünmək deməkdir. Amma sərbəstlik məsuliyyətsizlik deyil. Heç bir vəznə, heç bir qafiyəyə sığmayan “şeirlər” oxuyuruq – nə ritm var, nə harmoniya, nə də daxili intizam. Sadəcə sözlər düzülüb və müəllif özünü poeziyanın yeniləyicisi sayır.
Əgər şeir yalnız forma ilə seçilirsə, onda o, incəsənət yox, eksperimentdir. Poeziya isə eksperimentlərə dözümlü deyil – o ya var, ya da yoxdur.
Yeni nəsil şairlər: Axtarışdamı, yoxsa özündənrazılıqda?
Müasirpoeziyadadəyərliimzalardavar. yenidövrünestetikyükünü daşıyırlar. Onlar üçünformavə məzmunqarşı-qarşıyadeyil – birləşir, sintezolunur. Onlarpoeziyanı “populyarolmaq” vasitəsinə çevirmədənyazırlar. Və bu, şairlikdir.
Ammadigərtərəfdə – populyarlıqxətrinə yazanlar, sosialmediadareaksiyayığmaq üçün şeirə bürünənstatuslarvar. Bu, poeziyanınadındanistifadədir, ammapoeziyadeyil.
Tənqidsusursa, keyfiyyətazalır
Ədəbitənqidbugünpoeziyadayoxkimidir. Heç kim şairitənqidetməkistəmir, çünkiyaonu “qısqanmaqda” ittihamedəcəklər, yadasosialmediadalinç olunacaq. Ammatənqidsizədəbiyyat – gözü bağlı kompasdır.
Əsltənqid – yıxmaqyox, yöngöstərməkdir. Bizklassiklərə buqədərborcluyuqsa, onlarınruhunuyaşatmaq üçüntənqidimühitinbərpası vacibdir.
Poeziyaxalqındilinə düşməlidir
Bəzəndeyirlər: “Şeirxalq üçünyazılmalıdır.” Doğrudur. Ammabuodeməkdeyilki, şeirxalqınədəbizövqünü aşağı salmaqbahasınasadələşdirilməlidir. Xalqındüşüncəsiyüksəlməlidir – poeziyaonuyuxarı çəkməlidir, aşağı yox.
Poeziya – xalqınruhunundanışansəsidir. Osəsyüksəldikcə, cəmiyyətdə qalxar.
Nəticə: Mətnyox, mənaqalacaq
Gələcəkdə bugünyazılanyüzlərlə misraunudulacaq. Ammaiçində məzmunolan, düşüncə olan, ruholan şeirləryaşayacaq.
Poeziya – yazı deyil, niyyətinsəsidir. Niyyətsafdırsa, misrayaşayar.
“Ədəbiyyatvə incəsənət”
(20.08.2025)
\
Əminsiniz ki, bütün elm sahələrinin adlarını eşitmisiniz? – Sonolüminessensiya?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bir çoxlarının xəbəri olmayan, lakin olduqca maraqlı olan bir neçə elm sahəsi vardır. Qərara gəldim, onları araşdırım. Ortaya maraqlı bir material çıxdı. Sizə təqdim edəcəyim bu elm sahələri, əminəm ki, kimlərdəsə məhz bu sahələrdən birinə maraq oyada biləcək.
Belə isə, haydı, başladıq.
1. Ksenobiologiya (Xenobiologiya)- Bu elm sahəsi Yer üzündə mövcud olmayan və ya süni şəkildə yaradılmış həyat formalarını öyrənir. Məsələn, qeyri-adi genetik kodlara malik orqanizmlər və ya yadplanetli həyat ehtimalları. Bu sahə həm biologiya, həm də astrobiologiya ilə əlaqəlidir.
2. Kriptozoologiya- Rəsmi elmi cəmiyyətlər tərəfindən tam qəbul olunmayan bu sahə, mifik və ya elmdə hələ sübut olunmamış canlıların (məsələn, Yeti, Loch Ness canavarı) mövcudluğunu araşdırır.
3. Biomimetika (Biomimikriya)- Təbiətdə mövcud olan strukturları və sistemləri təqlid edərək yeni texnologiyalar və materiallar yaratmaqla məşğul olur. Məsələn, quşların qanadlarını təqlid edən dron dizaynları.
4. Sonolüminessensiya- Bu sahə, maye içindəki baloncukların yüksək tezlikli səs dalğaları ilə işıq saçması fenomenini araşdırır. Bu proses hələ tam izah olunmayıb və kvant mexanikası ilə bağlı suallar doğurur.
5. Rəqəmsal arxeologiya- Ənənəvi arxeologiyadan fərqli olaraq, bu sahə köhnə mədəniyyət və sivilizasiyaların izlərini rəqəmsal formatlarda (məsələn, lazer skanerləri və süni intellektlə) təhlil edir. Bəzən itmiş şəhərləri bu yolla "yenidən" kəşf edirlər.
6. Astroseismologiya - Ulduzların "zəlzələlərini" — yəni daxili titrəyişlərini öyrənərək onların strukturu və tərkibi haqqında məlumat toplayır. Günəşin içini görmək üçün istifadə olunan maraqlı bir sahədir.
7. Agnotologiya- Bu elm sahəsi cəmiyyətlərdə məlumatın necə gizlədildiyini, manipulyasiya olunduğunu və ya unutdurulduğunu öyrənir. Yəni, “bilməmək” və “yanlış biliklər”in necə yayıldığını araşdırır.
8. Krioelektronika – Aşağı temperaturda işləyən elektron sistemləri öyrənir. Bu sahə kvant kompüterlərinin inkişafında əhəmiyyətlidir.
9. Bioakustika – Canlıların çıxardığı səsləri və bu səslərin necə istifadə olunduğunu araşdırır. Məsələn, balinaların və yarasaların "danışıq" üsulları bu sahəyə aiddir.
10. Nootropika elmi – Beyin funksiyalarını yaxşılaşdıran maddələri və onların təsir mexanizmlərini öyrənir. Hələ tam öyrənilməyən, amma çox maraqlı sahədir.
11. Ksenobotika – Bioloji hüceyrələrdən ibarət mikroskopik "canlı robotların" yaradılması. Elm və texnologiyanın sərhədlərində gəzir.
12. Etnoastronomiya – Müxtəlif xalqların və qədim sivilizasiyaların göy cisimlərinə dair biliklərini və dünyagörüşünü araşdırır.
13. Neuroestetika – İncəsənət və gözəllik duyğusunun beyin tərəfindən necə qəbul edildiyini və emal olunduğunu tədqiq edir.
14. Chronobiologiya – Canlı orqanizmlərin daxili bioloji saatlarını və bu saatların günün vaxtı, fəsillər və işıqla necə əlaqəli olduğunu öyrənir. Məsələn, insanın yatmaq və oyanmaq ritmləri.
15. Astrobiologiya – Kainatda həyatın mənşəyi, təkamülü və mövcudluq ehtimalını araşdırır. Yəni “kosmosda həyat varmı?” sualının elmi cavabını axtarır.
16. Taksidermiya elmi (biotaxidermiya) – Yalnız heyvanları doldurmaqla deyil, onların formasını və quruluşunu elm və sənət olaraq bərpa etmək sahəsini əhatə edir. Müasir dövrdə bəzən DNT əsaslı rekonstruksiya ilə də məşğul olur.
17. Dermooptika – Gözlərdən istifadə etmədən, bədənin digər hissələri ilə görmə qabiliyyəti iddialarını araşdırır. Hələ də mübahisəli və mistikaya yaxın sahədir, amma bəzi alimlər bu fenomeni elmi üsullarla araşdırırlar.
18. Anemogenez – Külək və hava axınlarının necə əmələ gəldiyini və onların ekologiyaya, mikroiqlimlərə təsirini öyrənir. Xüsusilə kənd təsərrüfatında faydalıdır.
19. Eksoplanetologiya – Günəş sistemindən kənardakı planetləri araşdırır. Bu sahə texnologiyanın inkişafı ilə son illərdə yüksəlişdədir.
20. Koqnitiv kartoqrafiya – İnsanların zehində məkanları necə xəritələşdirdiyini və bu məlumatları necə emal etdiyini araşdırır. Psixologiya, neyroelm və coğrafiya arasında kəsişir.
21. Kinezika (Kinesics) – İnsanların bədən dili, jestləri və qeyri-verbal ünsiyyət formalarını öyrənən sahədir. Psixologiya və sosial elmlərlə sıx bağlıdır.
22. Mekanoqidravlika – Qatı cismlərlə mayelərin qarşılıqlı təsirini araşdırır. Məsələn, su altında işləyən robotların dizaynında istifadə olunur.
23. Paleogenetika – Nəsli kəsilmiş canlıların DNT-lərini bərpa edərək onların genetik tarixçəsini araşdırır. Mamutların genləri üzərində tədqiqatlar bu sahəyə daxildir.
24. Psixolingvistika – Dilin beyin tərəfindən necə emal olunduğunu və dil ilə düşüncə arasındakı əlaqəni öyrənir. Ən çox süni intellekt və dil öyrənmə texnologiyalarında istifadə olunur.
25. Speleologiya – Mağaraları öyrənən elmdir. Bu sahə geologiya, biologiya və hətta arxeologiya ilə kəsişir. Yeraltı həyat formaları və qədim insan izləri üçün əvəzsizdir.
26. Thanatologiya – Ölüm, ölümə yanaşma, matəm və ölümdən sonrakı mərasimləri tədqiq edir. Psixologiya, fəlsəfə və antropologiya ilə əlaqəlidir.
27. Tegumentologiya – Dəri və onun əlavələrini (saç, dırnaq və s.) öyrənən sahədir. Tibb və kosmetologiyada önəmli rol oynayır.
28. Ekonofizika – Fizikanın riyazi modellərindən istifadə edərək iqtisadi sistemləri araşdırır. Məsələn, fond bazarındakı xaotik hərəkətləri fizika ilə analiz edir.
Necədir?
Əlbəttə ki, çox maraqlıdır.
Sizləri maraqlandıra bildim deyə əlbəttə ki çox xoşbəxtəm.
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün master-klass keçirilib
19 avqust 2025-ci il tarixində F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün master-klass təşkil edilib. Yaradıcı məşğələdə Sabunçu Sosial Xidmətlər Mərkəzində sosial reabilitasiya proqramına cəlb olunan əlilliyi olan uşaqlar iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, master-klass çərçivəsində uşaqlar gildən hazırlanmış fiqurların rənglənməsi prosesinə cəlb edilərək səmərəli vaxt keçiriblər. Kitabxana əməkdaşları uşaqlara fiqurların hazırlanma texnikası və boyanma qaydaları barədə məlumat verib, yaradıcı prosesin hər mərhələsində onlara dəstək olublar.
Master-klassın keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqları yaradıcılıq fəaliyyətinə təşviq etmək, estetik zövqlərini formalaşdırmaq və asudə vaxtlarının səmərəli təşkilinə xidmət etməkdir.
Sonda uşaqları maarifləndirmək məqsədilə “İlbizin evi” və “Əlifba” animasiya filmləri nümayiş olunub. Animasiyalar uşaqların yeni biliklər əldə etməsinə və maariflənməsinə imkan yaradıb.
Qeyd edək ki, Respublika Uşaq Kitabxanası tərəfindən mütəmadi olaraq təşkil olunan bu tip yaradıcı fəaliyyətlər sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına, emosional və sosial inkişafına, həmçinin mədəni mühitə cəlb edilməsinə töhfə verir.
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
REDAKSİYANIN POŞTUNDAN - Coşqun Xəliloğlu deyir, düz ad dünyaya dəyər
“Ədəbiyyat və incəsənət” portalının Redaksiya poçtundakı növbəti məktub Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğludandır. O, “Xəstə tələsməklə deyil” adlı şeirini ünvanlayıb. Şeir ibrətamizdir, bir növ, gənclərə ağsaqqal məsləhətidir.
XƏSTƏ TƏLƏSMƏKLƏ DEYİL
Xəstə tələsməklə deyil,
Armud vaxtında dəyəcək.
Ağac barlı- bəhərlisə
Barı budağın əyəcək.
Kim gəncliyin keçirsə boş,
Qocalığı olarmı xoş?
Payız keçib gələndə qış,
Ötən ömrə neyləyəcək?
Kamilliyə can atmayan,
Yatan ağlın oyatmayan,
İşləməyən, yaratmayan
Ən sonda dizin döyəcək.
Yağacaq, bulud dolarsa,
Bir də açmaz gül solarsa,
Yük daşdan ağır olarsa,
Tərəzi gözün əyəcək.
Başa salmaq deyil asan.
İnadkarsa, tərssə insan.
O görürsə sökülür dan,
“Qaranlıq düşür”, -deyəcək.
Coşqun, ömrü vermə bada,
Bir qonaqdsan bu dünyada,
Layiq ol düz, təmiz ada-
“Düz ad” dünyaya dəyəcək.
14.08.2025
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
"Küləyi çəkən rəssam" – 37 yaşında faciəli şəkildə dünyasını dəyişən Tofiq Cavadov
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın ilk neorealist rəssamı kim olub?
Cavabı inanıram ki, az adam biləcək. Cavab Tofiq Cavadovdur. Görkəmli rəssamlar yetişdirən Azərbaycanın bir rəssamı da Tofiq Cavadov olub. Fevralın 7-də onun 100 illik yubileyi baş tutdu. Bu gün isə anım günüdür. Təsəvvür edin ki, o, cəmi 37 il yaşayıb, faciəli şəkildə həlak olub.
Tofiq Cavadov 7 fevral 1925-ci ildə Bakı şəhərində anadan olub. 1945–1948-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub. 1948–1952-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsində təhsil alıb. Əyyub Məmmədov, Əbdül Xalıq, Əyyub Hüseynov və Baba Əliyev kimi Azərbaycan rəssamlarından dərs alıb.
1950-ci illərin ikinci yarısından etibarən Tofiq Cavadov yaradıcılığında yeni mərhələyə — neorealizm dövrünə başlayır. Neorealizm mərhələsi neft və ağır sənayeyə həsr olunmuş tabloların və fəhlə obrazlarının timsalında özünü büruzə verir. "Neftçilər", "Sənaye mənzərəsi", "Operator qız", "Neftçi", "Poladəridən sexdə", "Poladəridənin portreti" kimi əsərləri bu dövrün məhsuludur.
1955–1956-ci illərdən Tofiq Cavadovun yaradıcılığında "Buzovna" dövrü başlayıb. Bu dövrdə rəssam özünün "Buzovnada küçə", "Kənd mənzərəsi", "Buzovna aşırımı" və bu silsilədən olan digər Abşeron mənzərələrini yaradıb. 1959–1961-ci illərdə "Avtoportret" əsərini yaradıb. 1963-cü ildə Rasim Babayev və Fazil Nəcəfovla birlikdə "Göyərçin" uşaq jurnalının bədii tərtibatını edir. Sonuncu böyük əsəri olan "Külək" tablosunu 1963-cü ildə yaradıb.
Filmoqrafiya
- Üfüqü ötənlər
"Küləyi çəkən rəssam" - Tofiq Cavadovla bağlı qardaşı Cavad Mircavadovdan anasına xitabən:
"Oğlun çox böyük bir əsər yaradıb, elə bil, öz həyatına rekviem həsr edib"
Tofiq Cavadovdan bu əsər haqqında soruşulub:
- Bu əsərdə nəyi təsvir etmisən?
Cavabında qeyd edib:
- Bu küləkdir, məni aparır, bu, sonuncu əsərimdir.
Külək onun ən ciddi əsəri olub. Bu əsər sonuncu əsəri olub və yarımçıq qalıb. Əsərdə Abşeron küləyindən qorunmaq və yıxılmamaq üçün bir-birinə qısılan qadınlar əks olunub.
“Bu küləkdir, məni aparır, bu, sonuncu əsərimdir” deyən rəssam sanki vaxtsız öləcəyini duyurmuş.
Rəssam ailəsi ilə Moskvaya gedibmiş. 20 avqust 1963-cü ildə Moskvadan Bakıya qayıdacağı günü 37 yaşlı rəssam Moskva–Serpuxov elektrik qatarının Çepelyova stansiyasında qatara gecikdiyi üçün, hərəkətdə olan qatarın qapılarından yapışır ki, onu saxlasın. Amma vaqonların arasına düşərək dünyasını dəyişir.
Ölümündən 50 il sonra, 2013-cü ildə rəssamın fərdi sərgisi keçirilib. Bu gün onun əsərləri Müasir İncəsənət Mərkəzində nümayiş etdirilir.
Rekviem - katolik ənənəsində mərhumun xatirəsinə həsr olunan dini matəm messasıdır. Eyni zamanda, bu, bir çox bəstəkarın bu mərasim üçün yazdığı musiqi əsərlərinin də adıdır. Rekviyem, adətən, "Requiem aeternam dona eis, Domine" (Ey Allah, onlara əbədi rahatlıq ver) kəlmələri ilə başlayan latın dilindəki matəm duasının sözlərinə yazılır.
Bu əsər, katolik dini mərasimlərində ifa olunsa da, konsert salonlarında da ifa edilərək, geniş auditoriyaya çatdırılır.
Rekviyem janrının ən məşhur nümunələri arasında Motsartın Rekviyemi (Requiem d-Moll (KV 626)), Berliozun Rekviyemi, Verdidən Rekviyem və Brahmsın Rekviyemi var,
Tofiq Cavadovun anası, bu sözləri elə-belə deməyib ki: "Oğlun çox böyük bir əsər yaradıb, elə bil, öz həyatına rekviem həsr edib"
Allah rəhmət eləsin!
P.S. Portalımızın Rəsm Qalereyasında bu gün “Külək” tablosu nümayiş etdirilir. Buyurub baxa bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
RƏSM QALEREYASI, Tofiq Cavadov, “Külək”
RƏSM QALEREYASI, Tofiq Cavadov, “Külək”
Sonuncu böyük əsəri olan "Külək" tablosunu vaxtsız vəfat etmiş rəssam Tofiq Cavadov1963-cü ildə yaradıb.
Əmir Teymur kəllədən qala yapdı – TARİXƏ RAKURS
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru. “Ədəbiyyat və incəsənət” üçün
Dünya fatehi Əmir Teymur İsfahana varan zaman Şirvan Şahlığında olduğu kimi, qan qardaşlarına qılınc sıyırmaq istəmədi. O, Əhli-Beytə bağlı idi. Şirvan Haşimilərə və Qüreyşilərə, Peyğəmbər əleyhissəlama bağlı olduğu kimi. İsfahan, Məşhəd, Qum da onun üçün əziz idi.
Bu şəhərlərə Əhli-Beytin iki nümayəndəsinin - İmam Rzanın və onun bacısı Məsumə xanımın ayağı dəymişdi. Onun biri Qumda, digəri Məşhəddə dəfn edilmişdi. Amma hər ikisi öncə İsfahanda himayə tapmışdı. Bu səbəbdəndə o, isfahanlılara xəbər yollamışdı. Onların biət edəcəyi təqdirdə canlarına qıyılmayacağını söyləmişdi. Vədə xilaf çıxan İsfahanlılar onun barış təklifinə rəğmən ordusunun bir qismini İsfahanda qoyub digər bölgələrə yürüşə çıxan dünya fatehinin uzaqlaşdığına əmin olduqdan sonra Teymurlu əsgərlərinə qılınc sıyırdılar. Xəbəri alar-almaz geri dönən Əmir Teymur İsfahanın qala divarlarından içəriyə qədəm qoyan kimi tarixi əmrini verdi: “Hər kim ki, şəhər meydanına iki kəllə gətirib adını yazdırmasa, onun kəlləsini alaram. Fatehin əmri arxasında dayanan iradənin gücünə bələd olan əsgərlərin hər biri Qəzəbdən xilas üçün iki kəllə ilə dönür. Bu minvalla hər biri 2 min kəllədən ibarət 28 qüllə əmələ gəlir. Qəzəbi soyumayan Əmir Teymur gətirilən kəllələrin bir qismini İsfahanın qala divarlarına hördürür. Ona biət etməyən, andını pozan, xəyanət edən isfahanlıları belə cəzalandırır.
Tarixi faktlar onu da sübut edir ki, Əmir Teymurun bu qəzəbinə digər bir səbəb də vardı: Ona xəbər çatır ki, İsfahanı Lut peyğəmbərin zamanındakı Tanrıya, İslama zidd əməllər bürüyüb. Bu səbəbdən də o, kişiliyini unudan “kişiləri” qılıncdan keçirtdirir. Onların kəlləsindən qüllələr yaptırmaqla digərlərinə dərs verir. Bu gün Avropanın bir çox parlamentlərinin ratifikasiya etdiyi qanunların qarşısına adı çəkiləndə dizləri titrəyən, “Topal Teymur” dedikləri, Makedoniyalı İsgəndər və Bonapart Napoleonla müqayisə etdikləri dünya Fatehi Əmir Teymur çıxsaydı yəqin öz qılınclarına doğranar, kəllələrindən yeni qüllələr yapılardı!
“Qılınc”ın qüdrətini, “Hökmdar”ın hökmünü göstərdi
Əmir Teymur Türk və İslam mədəniyyətini çevrələyən ölkələrin himayədarı qismində çıxış etdi. Millətinə və dininə asi çıxanlara “Qılınc”ın qüdrətini, “Hökmdar”ın hökmünü göstərdi. Millətini və dinini aşağılayanlara tarixi dərs verdi. O dərslərdən birini də o, bu gün İran adlanan tarixi Azərbaycan torpağında həyata keçirmişdi. İsfahanda kəllədən qüllə tikib, hasar hörən Əmir Teymur “Şahnamə”nin müəllifinin məzarının önünə gəlib, çənəsini qılıncının tiyəsinə söykəyib söyləmişdi: “Qalx, qalx, qalx! Ömrü boyu əsərlərində aşağıladığın millətin qüdrətini gör!” Firdovsi “Şahnamə” əsərində Turanı İran qarşısında aşağılamış, Alp-Ərtonqanı haqq etmədiyi şəkildə təqdim etmişdi! Bu Qılıncın qüdrətinin, Qələmin qüdrəti qarşısında hesabatı idi. Əmir Teymur günahsız yerə kəllə alıb baş kəsməz, milləti və məmləkəti tərəqqidən saxlayan qanunlara imza atmazdı!
Dünya Fatehi Əmir Teymurun bu əzəmətini Turan, Türk dünyası, Tanrının köç əylədiyi, peyğəmbərləri xəlq etdiyi Şərq 44 günlük Vətən Müharibəsindən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin simasında yaşadı!
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
Bu gün Maestro Niyazinin doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Drijor, SSR xalq artisti Niyazi Tağızadə 1912-ci il avqustun 20-də (bəzi mənbələr 7 iyul göstərir) Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən biriydi və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi.
Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb.
İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925–1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirib. 1929–1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alıb. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib.
Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb.
Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə, onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı isə dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənib, Çexiyada "Suprafon", ABŞ-də "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb.
Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlar edib. Niyazi məşhur hind filosofu R. Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra" baletini yazıb. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilib. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə edib.
Filmoqrafiya
- Almaz
- Arazın o tayında
- Arşın mal alan
- Axşam konserti
- Bəstəkar Müslüm Maqomayev
- Bəxtiyar Vahabzadə
- Bir məhəllədən iki nəfər
- Bir qalanın sirri
- Cazibə qüvvəsi
- Doğma xalqıma
- Əsl dost
- Fətəli xan
- İyirminci bahar
- Kəndlilər
- Kölgələr sürünür
- Liderlik missiyası. 1-ci hissə
- Maestro
- Maestro Niyazi
Təltifləri və mükafatları
1. Sosialist Əməyi Qəhrəmanı
2. "SSRİ xalq artisti" fəxri adı
3. "Azərbaycan SSR xalq artisti" fəxri adı
4. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
5. "Ermənistan SSR xalq artisti" fəxri adı
6. "Stalin" mükafatı (2-ci dərəcə) (konsert-ifaçılıq fəaliyyətinə görə)
7. "Stalin" mükafatı (2-ci dərəcə) ("Gülşən" tamaşasına görə)
8. "Lenin" ordeni
9. "Oktyabr inqilabı" ordeni
10. "Qırmızı əmək bayrağı" ordeni
11. "Şərəf nişanı" ordeni
12. "Əmək veteranı" medalı
Niyazinin böyük bəstəkar və dirijor olmasında əsas dəstəkçilərindən biri də ömür gün yoldaşı Həcər xanım olub. Onların tanışlığının maraqlı tarixçəsi vardır:
Bir gün Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilib. Irandan olan əslən Cənubi Azərbaycanlı tələbə olan Həcər xanımla da elə Mahaçqalada tanış olub. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışıb. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırlıblar və yaxın münasibətləri yaranıb. Niyazi bəy Həcər xanımı burada görüb və bir-birlərinə aşiq olublar.
Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyiblər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur. Həcərin ailəsi bu izdivaca heç cür razı olmayıb. Gənclər 1933-cü ildə qaçıb gizlincə evlənmək qərarına gəliblər. Elə belə də ediblər.
Bir müddət Ağdaşda qohumlarıgildə qalıblar. Evliliklərinin ilk illəri əziyyətli keçib. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı olmayıb. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdiriblər. Onların nigahı 1940-cı ildə rəsmiləşdirilib. Gənclər harda, necə yaşayacaqlarını bilməyiblər. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə xoşbəxt ömür sürüblər.
Niyazi 2 avqust 1984-cü ildə dünyaya gözlərini qapayıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
Onun adının mənası- bağışlayan, əhv edən və ya mərhəmətli deməkdir...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Fərasətlidir və dünyanı təkbaşına idarə edəcək qədər güclüdür. Böyük işlərdə iştirak etməyi, insanları doğru yola yönəltməyi, kütləni idarə etməyi yaxşı bacarır. Reaksiyalarından niyyət və məqsədlərini təxmin etmək mümkündür. Həyatı dərindən anladığı üçün risk etməkdən, yeni yollar sınamaqdan və fərqli üsullar tətbiq etməkdən çəkinmir. Cəsarətli olduğundan qadağa və qaydalardan qorxmur və həyatını inamla yaşayır. Desəm sərt adamdır, yanılaram. Çünki nəcib, səxavətli və qoruyucu bir xarakterə malikdir. Haqsızlığa dözümü yoxdur və tanımadığı birisinin belə hüquqlarının tapdalanmasına dözmür. Ümumiyyətlə, o, humanist və niyyəti xoş insandır. Risk etməkdən çəkinmədiyi üçün böyük uğurlara imza ata bilir...
Deyir ki:- “Mən böyük ailənin üzvü olmuşam. Beş bacı və beş qardaş. Ailənin böyük övladı olaraq yükün ağırlığı həmişə mənim çiyinlərimdə olub. Atam fəhlə baba, təsərrüfatımız isə ağır olub. Lap kiçik yaşlarımdan atamla birgə çiyin-çiyinə çalışmışam. Kənddə müəllim işləyə-işləyə aspiranturaya qəbul oldum. Qısa vaxt ərzində dissertasiyam hazır oldu. Amma o dönəmdə Azərbaycanda arxeologiya ixtisası üzrə dissertasiya şuraları yox idi. Dissertasiyaları hazır olan gənclər SSRİ-nin başqa şəhərlərində müdafiə etməyə məcbur idilər. Bizim bəzi əməkdaşlar Tbilisidə, İrəvanda, Moskvada, Leninqradda müdafiə edirdilər. Mənim dissertasiyam hazır olanda Azərbaycana yaxın ərazilərindəki müdafiə şuraları da bağlandı. Moskva və Leninqradda isə həddən artıq böyük növbə var idi. Yəni işimi aparıb ora verib illərlə gözləməli idim. Mən bu səbəbdən Kiyevə getdim. Mənə qədər bizimkilərdən arxeologiya üzrə Kiyevdə heç kim müdafiə etməmişdi. Xoşbəxtlikdən Kiyevdə çox yaxşı qarşılandım. Bu, hər dəfə yadıma düşəndə qürurlanıram. Müdafiə zamanı Moskvadan olan opponentim professor Fyodrov-Davıdov mənə birbaşa doktorluq elmi dərəcəsinin verilməsini təklif etdi...”
Şanslı insandır. Sücaət göstərməkdən çəkinmir və son dərəcə cəsürdur. Bəzən impulsiv davranışlar sərgiləsə də, yeri gələndə insanların könlünü almağı bacarır. Onun əsas xüsusiyyətlərindən biri də güclü istək və arzularına qapılmasıdır. Bu səbəbdən də hadisələrə səbəb olan real şeylərə neytral yanaşır. Ən müsbət cəhəti isə ürəyinin təmiz olmasıdır. Başqalarına tolerant yanaşa bilir...
Bakı Slavyan Universitetinin professoru, tarix elmləri doktoru, Habil Məmmədov onu belə xarakterizə edir: “Professor Qafar Cəbiyev Azərbaycanın bir çox orta əsr şəhərləri, qalaları, xanəgahları, türbə və ziyarətgahlarının tədqiqində xüsusi xidmətləri olan arxeoloq alimlərimizdəndir. Mübaliğəyə yol vermədən deyə bilərm ki, o özünün fundamental elmi tədqiqatları ilə yanaşı, jurnalistika, təhsil və maarifçilik işi sahəsindəki fəaliyyəti ilə də elmi ictimaiyyətin və geniş oxucu auditoriyasının hörmətini qazanan mükəmməl alim obrazı ilə tanınır. “Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “Bura Vətəndir”, “Girdiman tarixi”, “Girdiman. Tarixi və tarixi coğrafiyası”, üç ciliddən ibarət “Orta əsr Ağsu şəhəri”, “Ağsuçay-Girdimançay hövzəsinin arxeoloji abidələri” adlı əsərləri, ali məktəblər üçün yazmış olduğu “Azərbaycan tarixi” və “Azərbaycan arxeologiyasının əsasları” adlı dərslik və dərs vəsaitlərinin hər biri elm fədaisinin gərgin əməyinin və səmərəli elmi-pedaqoji fəaliyyətinin məhsuludur...”
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı professor, əməkdar jurnalist Qafar Cəbiyevdir. Adı çox gözəldir. Qafar adı Allahın epitetlərindən olan bağışlayan, əhv edən və ya mərhəmətli mənasını daşıyır. O, 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlib. 1973-cü ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, daha sonra isə Milli Akademiyanın Tarix İnstitutunun aspiranturasına qəbul olunub. 1985-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsinə yiyələnib. 25 monoqrafiyanın, 130-dan çox elmi, 350-dən çox elmi-publisistik məqalənin müəllifidir...
Professor Habil Məmmədov daha sönra söyləyir: “Qafqaz Albaniyası tarixinin arxeoloji aspektdə dərindən və hərtərəfli araşdırılması Qafar müəllimin elmi fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. AMEA-nın Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri olduğu dönəmdə məhz onun təşəbbüsü ilə albanşünaslığın bir sıra aktual problemləri gündəmə gətirilməklə öz müsbət həllini tapıb. Onun Azərbaycan albanşünaslığına verdiyi ən böyük töhfə isə Girdiman tarixinə dair fundamental tədqiqatlardır. Sovet dönəmində təhrif edilən, ermənilər tərəfindən saxtalaşdırılan Girdiman problemi professor Qafar Cəbiyevin araşdırmaları və çox möhtəbər elmi dəlilləri əsasında yenidən işləndi. Sələflərindən fərqli olaraq məhz o ilk dəfə Girdiman vilayətinin Albaniyanın qərbində və ya şimal-qərbində deyil, məhz Şirvan ərazisində olduğunu elmi cəhətdən sübuta yetirib. Qafar müəllimin ömür yolunun əhəmiyyətli bir hissəsi də pedaqoji fəaliyyətə həsr olunub. O, 1990–2003-cü illərdə Bakı Dövlət Universitetinin Şəki filialının dosenti, 2008–2017-ci illərdə ictimai əsaslarla Azərbaycan Müəllimlər İnstitutunun ictimai fənnlər kafedrasının müdiri, 2018–2020-ci illərdə isə Bakı Qızlar Universitetinin professoru kimi pedaqoji fəaliyyətlə də məşğul olub. Azərbaycan tarixi və Azərbaycan arxeologiyası fənlərini tədris edib...”
Daim problem və çətinliklərlə qarşılaşmasına baxmayaraq, ömrü boyu həyatdan zövq alan insandır. Ehtiraslı bir enerjiyə sahibdir. Onun həyata sevgisi yoluxucu və ruhlandırıcıdır. Qorxmaz, qətiyyətli olduğundan heç bir təhlükədən çəkinmir. Həmişə aktiv və dinamikdir. Mərddir, qürurludur və ağayanə adamdır. Bir sözlə, o, əsl kişidir və kişiliyə xas olan bütün xüsusiyyətlərə sahibdir...
“Arzu edib, amma yarımçıq qalan heç bir işim yoxdur. Allaha şükür, ürəyimdən keçən hər şeyə nail olmuşam. Mənim üçün tələbəlik illərimdə əlçatmaz hədəf aspiranturaya qəbul olmaq idi, bunu bacardım, real görünməyən hədəf alimlik dərəcəsini almaq idi, onu da almışam. Bakıda bir gecə qalmağa yerim, qohum evi olmayıb, indi Bakıda evim də, şəraitim də var. Rayon qəzetində ilk məqaləm çıxanda qanad açıb uçurdum. Heç güman etməzdim ki, nə vaxtsa hər biri 500-600 səhifədən ibarət 20-yə qədər kitabın müəllifi olacam. Bir sözlə, elə bir nisgilli arzum qalmayıb. Ürəyimdən keçən hər bir şeyi Allah mənə nəsib edib. Qarabağ problemi hər kəs üçün çox böyük nigarançılıq idi. Amma 30 ilin tamamında torpaqlarımız Ordumuzun şücaəti ilə, qəhrəmanlıqla düşmən tapdağından azad edildi. Qarabağ problemi bizim alnımızda damğa idi. Artıq bu damğa götürülüb. 44 gün ərzində erməni əsgərləri tülkü kimi yuvalarına qaçıb gizləndi. Bu qüruru yaşamaqdan böyük xoşbəxtlik varmı?”- söyləyir.
Çox məğrurdur, insanların ona yazığı gəlməsinə nifrət edir. Kiməsə aid olmağı sevmir, azad və müstəqildir. Sərbəst və rahat hərəkətləri ilə ətrafındakı insanların diqqətini çəkir. İnsanlarla söhbət etməyi və onlarla yaxın münasibət qurmağı sevir. O, heç vaxt fikirlərini bölüşməkdən qorxmur və son dərəcə cəsarətlidir. O, mürəkkəb və demək olar ki, qeyri-mümkün problemləri necə həll edəcəyini yaxşı bilir...
Deyir ki:- “Bu gün gənclər ölkəmizin bütün sahələrində xüsusi çəkiyə malikdir. Çox məmnunluqla deyə bilərəm ki, gənclərimizin əksəriyyəti onlara həvalə olunmuş missiyanı ləyaqətlə icra edir. Özlərindən əvvəlkilərin etmədiyi, edə bilmədiyi, etmək istəmədiyi, etmək iqtidarında olmadıqları vəzifəni icra edirlər. Mən gənclərin olduqları mövqedən asılı olmayaraq, öz peşəsinin sirlərinə dərindən bələd olmasını istəyrəm. Onlara tövsiyəm odur ki, peşələrinin nəzəriyyəsi ilə yanaşı praktikasını da yaxşı bilsinlər. Gənclərimizə hər hansı post etibar ediləndə bərbəzəkli kabinetlərdə, əzəmətli kreslolarda oturub ancaq göstəriş verməsinlər. Göstəriş və əmr verdikdə də elə etsinlər ki, kimsə onlara gülməsin, qarşıdakı hiss etsin ki, onlar bu işi daha yaxşı bilir. Hər hansı sahəyə gedəndə də düşünməlidilər ki, mən bu sahəni digərlərindən yaxşı bilirəmmi?! Yarıtmaz iş tutana irad bildirə biləcəmmi?! Bəzi vəzifədə olan özündən razı, müştəbeh gənclər yaşlı nəsli sadəcə keçmişin qalığı, sovet dövründən qalan köhnə düşüncəli kimi görürlər. Onlar bilməlidr ki, cəmiyyət və dövlət ağsaqqalın hikməti, cavanların qüdrəti ilə daha qüdrətli olar. Gənc nəsil yaşlı nəslin bilik və təcrübəsindən yararlanmalıdır ki, onların etdiyi səhvləri təkrar etməsinlər...”
Professor Qafar Cəbiyev media sahəsində də səmərəli fəaliyyət göstərib. O, 1990–2004-cü illərdə “Azərbaycan” qəzetinin Balakən–Şəki bölgəsində xüsusi müxbiri, 2004–2019-cu illərdə Milli Televiziya və Radio Şurasının üzvü, 2013–2019-cu illərdə Şura sədrinin müavini olub. “Can Azərbaycan”, “Yazılan qalacaq”, “Düşüncələr” və “Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları” kimi iri həcmli publisistik əsərləri jurnalist kimi də uğurlu fəaliyyət göstərdiyindən xəbər verir. Jurnalistikada xidmətlərinə görə “Qızıl qələm” və “Humay” mükafatlarına, “Əməkdar jurnalist” fəxri adına layiq görülüb...
Bəli, Qafar müəllim ötən müddətdə rəngarəng və maraqlı şəxsiyyəti ilə hamının sevimlisi olmağı bacarıb. Onun üçün daxili gözəllik həmişə vacib olub. Bu günlər Qafar müəllimin yubileyi oldu- 75 yaşı tamalandı. Onu bu münasibətlə təbrik edir, ağrı-acısız günlər arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)
Sabah İncəsənət məktəb və mərkəzlərinə ixtisas və məktəb seçimi mərhələsi başa çatır
Avqustun 14-dən etibarən Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulunun ixtisas və məktəb seçimi mərhələsinə başlanılıb, sabah son gündür.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyi nə istinadən seçimin təfrrüatlarını təqdim edir:
Qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən qeydiyyatdan keçdikləri hesab vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər. Hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı verilir.
Bildirilir ki, xarici ölkə vətəndaşları müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşıb məktəb və ixtisas seçimi edə biləcəklər.
Qəbul prosesi ödənişsiz təhsil üzrə aşağıdakı yaş hədləri çərçivəsində həyata keçirilir:
Musiqi alətləri ixtisasları üzrə:
* fortepiano, simli alətlər (7 illik təhsil): 6–8 yaş
* fortepiano, simli, nəfəs, zərb və xalq çalğı alətləri (5 illik təhsil): 8–12 yaş
Vokal, estrada oxuma, xanəndəlik və xor ixtisasları üzrə:
* vokal, estrada oxuma və xanəndəlik (5 illik təhsil): 7–11 yaş
* xor ixtisası (7 illik təhsil): 7–10 yaş
Təsviri sənət ixtisasları üzrə:
* rəssamlıq və heykəltəraşlıq (4 illik təhsil): 8–12 yaş
Xoreoqrafiya ixtisası üzrə:
* 5 illik təhsil: 6–10 yaş
11 illik təhsil sistemi üzrə (musiqi və incəsənət məktəbinin 5 və 7-ci sinif bazasından qəbul):
* Minimum yaş: 13 yaş
* Əlavə şərt: Namizəd müvafiq ixtisaslar üzrə incəsənət məktəb və mərkəzlərinin cari və ya ötən ilin məzunu olmalıdır.
Ödənişli əsaslarla təhsil üçün isə minimum yaş hədləri saxlanılmaqla, maksimum yaş 29 olaraq müəyyən edilib.
Qeyd edək ki, qəbul prosesi müsabiqə prinsipi əsasında həyata keçirilir. Namizədlər topladıqları bala uyğun olaraq ixtisaslar üzrə reytinq sırası ilə yerləşdirilir və müəyyən olunmuş plan yerləri çərçivəsində qəbul olunurlar. Hər bir ixtisas və məktəb üzrə plan yerə sonuncu qəbul olunan namizədin balı keçid balı hesab edilir.
Məktəb və ixtisas seçiminin nəticələri elan olunduqdan sonra namizəd (18 yaşa çatmayanların valideyni və ya qanuni nümayəndəsi) aşağıdakı sənədlərini sistemə yükləyir və sistem üzərindən təhsil alacağını təsdiqləyir:
şəxsiyyət vəsiqəsi;
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi (xarici ölkə vətəndaşları üçün)
sağlamlıq haqqında tibbi arayış;
3x4 sm ölçüdə fotoşəkil;
VIII sinfə qəbul olunanlar üçün musiqi təhsili haqqında şəhadətnamənin surəti, cari tədris ilinin məzunlarına münasibətdə təhsil aldıqları məktəbdən arayış.
Ödənişli təhsilə qəbul olunanlar digər sənədlərlə yanaşı təhsil haqqının ödəniş qəbzini də əlavə etməlidirlər.
Təhsil haqqının aylıq məbləği Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi üzrə 150 AZN, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi üzrə incəsənət məktəblərində 120 AZN, digər regionlar üzrə 100 AZN təşkil edir.
Təhsil haqqı müvafiq bank hesabına köçürülməklə sentyabr-yanvar ayları üçün sentyabr ayının 10-dək (I və VIII sinfə qəbul olunanlar təsdiq üçün sənədlərini yerləşdirdikdə), fevral-iyun ayları üçün fevral ayının 1-dək ödənilir.
Məlumat üçün qeyd edək ki, bu il ilk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə 2025/2026-cı tədris ili üzrə təhsilalanların qəbulu vahid elektron sistem üzərindən həyata keçirilib. 25 aprel-25 may tarixlərində elektron sistem üzərindən 18862 müraciət qeydiyyata alınıb, iyun ayında I və VIII siniflərə qəbul imtahanları keçirilib. Qəbul imtahanlarında 16252 namizəd iştirak edib. İmtahanların nəticələri elan edildikdən sonra apelyasiya müraciətlərinə baxılıb.
“Ədəbiyyat və incəsənət”
(20.08.2025)