”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Beyləqan rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 18 may–Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, aparatın əməkdaşları, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov, şəhid ailələrinin üzvləri, peşə məktəbinin tələbələri, rayonun ümumtəhsil məktəblilərinin müəllim-şagirdləri, gənclər, rayon ictimaiyyətinin nümayəndələri və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.
Dövlət Himninin sədaları altında Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsinin yad edilməsilə başlayan tədbiri giriş sözü ilə Yeganə Məmmədova açaraq muzey əməkdaşlarını təbrik edərək muzeylərin xalqımızın tarixi yaddaşının qorunması, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsi və gənclərin maarifləndirilməsi istiqamətində mühüm rol oynadığını bildirmiş, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İlii” elan olunmasının əhəmiyyətini qeyd etmiş, tarixi abidələrin, milli memarlıq nümunələrinin və mədəni irsimizin qorunmasının vacibliyindən bəhs etmişdir.
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəsi Məhəmməd Qələndərov, ziyalı Nuşirəvan Əzimov və digər çıxış edənlər muzeylərin cəmiyyət həyatındakı rolunu, tarixi irsin qorunmasında və gələcək nəsillərə ötürülməsində vacibliyini, muzeylərin cəmiyyətin maariflənməsində, mədəni irsin təbliğində və gələcək nəsillərin milli ruhda yetişməsində mühüm missiya daşıdığını bildirmiş və muzey əməkdaşlarını Beynəlxalq Muzeylər Günü münasibəti ilə təbrik etmişdir.
18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə işlərində fərqlənən muzey əməkdaşları MİHİ-nin Beyləqan Komitəsi tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.
Tədbirdə məktəblilərin iştirakı ilə “Eksponatların tarixçəsi” adlı səhnələşdirilmiş təqdimatın nümayişi tədbir iştirakçılarının marağına səbəb olub.
Sonda rayonun mədəniyyət müəssisələrinin hazırladığı rəngarəng rəqslər və şən musiqilər təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(19.05.2026)


