Türk Mədəniyyəti və İrsi Fondu BDU-da Azərbaycanın Müstəqillik Gününü qeyd etdi Featured

16 May, 2026-cı il tarixində Bakı Dövlət Universitetində (BDU) Türk dünyasının musiqi brendi və Türk mədəniyyəti və irsinin səfiri, dünya şöhrətli “TURAN” etno-folklor ansamblı tərəfindən möhtəşəm mühazirə-konsert keçirilib. Konsert Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məluçata görə, tədbirin açılışında çıxış edən fondun prezidenti, professor Aktotı Raimkulova Azərbaycan xalqını qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edib. O, bu əlamətdar bayramın Azərbaycan dövlətçiliyinin suverenliyinin, milli birliyinin və gücünün rəmzi olduğunu qeyd edib. Aktotı Raimkulova vurğulayıb ki, müstəqil Azərbaycan Prezident Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında inamla inkişaf edir, beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir və Türk dünyasının inkişafına, birliyinə mühüm töhfələr verir. Professor Aktotı Raimkulova, həmçinin bu qəbildən olan tədbirlərin türk xalqları arasında mədəni əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edib.

"Turan" ansamblının çıxışları Türk dünyasının birliyini, onun qədim köklərini və ortaq mədəni irsini əks etdirən bədii izahlarla müşayiət olunub. Ansambl üzvləri, həmçinin tələbələrə türk xalqlarının folklor sənəti, milli geyimlərin xüsusiyyətləri və qədim musiqi alətlərinin mənşəyi barədə ətraflı məlumat veriblər.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.