ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Sənə xatirəm olsun peşmanlıq nəğmələri...

Məhz buna görə yazıram. Çünki yazmaqdan başqa əlimdən heç nə gəlmir. Unutmağı bacarmıram amma yaza bilirəm. Və yazıram. Bəlkə bir gün bu peşmanlıqlar qurtarar, bəlkə də bir gün ürəyim dincələr. Amma o günə qədər qələmim dayanmayacaq.

 

Bu gün etibarilə üçüncü şeirlər kitabım çap olundu. Kitabın ərsəyə gəlməsində məndən öz köməyini əsirgəməyən şair həmkarım Həsən Lütfiyə xüsusi təşəkkür borcluyam. Onunla yanaşı kitabın redaktorlarından olan Əli Xankişiyevə də dərin minnətdarlığımı bildirirəm.

Bu kitabı bitirmək mənim üçün heç də asan olmadı. Bildiyiniz kimi, peşmanlıqdan doğan hisslərin ağırlığı insan həyatında uzunmüddətli təsir buraxır. Keçmişin kölgəsi bu günə qədər uzanır və bəzən elə ağır olur ki, qələmi əldə tutmaq belə çətinləşir. Ancaq məhz bu ağırlıq, bu daxili çarpışma yazdığım şeirləri formalaşdırıb, onlara can verib. Bu nəticədə yazılan şeirlər, oxunan nəğmələr insanın həyat yolunu müəyyən edir.

Kitabın ön sözünü də elə ilk sizlərə təqdim edirəm:

 

MƏN ŞEİRLƏ NƏFƏS ALIRAM

“Bir saat gözlərim şeirsiz qalsa, sanki dünyanın bütün gözəlliklərindən məhrum oluram. Şeir mənim üçün sadəcə sözlərdən ibarət deyil, o, həyatımın özüdür, dərdimin dilidir. Yazdığım hər misra ürəyimin bir parçasıdır, hər bənd isə keçmişimin qanlı səhifəsidir.

Bəzən özümü bu dünyaya aid hiss etmirəm. Sanki başqa bir yerdə həyatım olub, buraya isə sürgün edilmişəm. Bu qəriblik hissi məni boğur. Ətrafımdakılar gülür, amma mən ağlayıram içimdə. Onlar bayram edir, mənim ürəyim matəm tutur. Bəlkə də ona görə yazıram ki, bu dünyanın fəna sərhədlərini aşmaq üçün, bu unutqanlıq dünyasında bir iz buraxmaq üçün.

Üsyanımı yalnız şeirlərlə ifadə edə bilirəm, lakin bəzən bu da kifayət etmir. Sözlərim yorulur, ürəyim isə yorulmur ağlamaqdan. Bəzən qələmi əlimə alıram və özüm də bilmirəm nə yazacam. Sonra baxıram görürəm ki; "Mürəkkəbim də qandı, qələm viran, mən viran."

Elə yazmaq da bir növ qan itirməkdir mənim üçün. Hər şeir bir yaradan açılır..

"Peşmanlıq Nəğmələri" adı da təsadüfi seçilməyib. İnsan ömrünün ən ağır yükü peşmanlıqdır. Gec anlamaqdır hər şeyi.

"Mən sonra anladım ki, hə, bir az gec anladım."

İndi bu gecikmişliklər mənim şeirlərimin ətidir, qanıdır. Peşmanlıq elə bir duyğudur ki, sənin bütün varlığını bürüyür, gecələrini oğurlayır, gündüzlərini əlindən alır.

Neçə dəfə geri dönüb baxmışam keçmişə. Neçə dəfə özümə demişəm ki, kaş o zaman elə desəydim, kaş o anda belə etsəydim. Amma keçmiş dəyişilmir ki. O, daş kimi sərtdir, qayıdılmazdır.

"Gedən "sağ ol" deyəndə, gərək sağ olmayasan."

Amma biz sağ qalırıq axı, yaşayırıq, nəfəs alırıq. Özümüzə düşmanlıq edirik bu sağlığa görə. “Oxuyuram özümə düşmanlıq nəğmələri.”

Bəzən düşünürəm, bəlkə də yazmaq mənim günahımdır. Bəlkə də unutmalıyam hər şeyi, bağlamalıyam o köhnə səhifələri. Amma bacarmıram. Xatirələr qovur məni gecə-gündüz.

 

"O sahildə gözlədim, o son görüş yerində,

içimdən bir ah çəkdim yoxluğuna, bağışla."

 

Etdiyim ahların özü də bir şeirdir, göz yaşlarım ayrıca bir misradır.

İnsan nə vaxt başa düşür ki, əslində nəyisə itirməyib? O şeyi heç əldə etməyib ki, itirsin. Sadəcə xəyal qurub.

 

 "Elə bildim əzəldən tanrı bizi ayırmış,

elə bildim mən səni tanımadım nə vaxtsa."

 

Bu anlama ən acı anlamadır. Çünki göz yaşı tökdüyün insanın həqiqətdə sənin olmadığını, heç vaxt sənin olmayacağını anlamaq ölümdən betərdir.

Oxucularım mənə qol-qanad olur. Şeirlərim sevildikcə, üsyanım bir az da olsa dinə bilir. Hər oxuyan ürək sanki mənim bütün ağrılarıma şərik olur, hər baxış mənim göz yaşlarımı görür. Bəlkə də mənim yazdıqlarım sizin də başınızdan keçib. Bəlkə də siz də eyni döngədə qarşılaşmısınız kiminləsə, baxmısınız onun gözlərinə və heç bir iztirab görməmisiniz.

Bu, üçüncü kitabımdır. Əvvəlki iki kitabda da özümdən yazdım. Hər kitab mənim bir dövrümün şahididir. Birinci kitabda kiçik ümid var idi, ikincidə məyusluq, bu üçüncüdə isə... peşmanlıq. Təmiz, saf, acı peşmanlıq.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2025)

Cümə, 21 Noyabr 2025 16:29

Manaf Dadaşov, kadr bir, dubl iki

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu kino ki var, çox qəliz şeydir…

Rəhmətlik Səməndər Rzayevin “Bəyin oğurlanması” filmində səsləndirdiyi bu fikir daim aktualdır. Yaradıcı heyət üçün ona görə qəlizdir, nə qədər püxtələşsən belə onun bütün sirlərinə bələd ola bilmirsən. Tamaşaçı üçünsə ona görə qəlizdir, bütün həqiqətləri dərk etmək müşkülə cevrilir bəzən…

Kino və teatr aktyoru kimi iki cəbhədə çalışmaq isə bu qəlizliyə daha ciddi boyalar qatır. Çünki, bu xşar sahələr, əslində kökündən fərqli incəsənətlərdir.

 

Manaf Dadaşov 21 noyabr 1981-ci ildə Bakıda anadan olub. 2002—2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kütləvi tədbirlər və tamaşalar rejissorluğu" ixtisası üzrə təhsil alıb. 1 oktyabr 2002-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyordur.

Teatrdakı ilk rolu rejissor Nicat Kazımovun quruluşunda Ərəb xalq nağılı olan "Ələddinin sehrli çırağı" tamaşasında carçıı obrazı olub. Türkiyə, Rusiya, Tatarıstanda qastrol səfərlərində olub. Bir neçə bədii filmlərdə və teleseriallarda çəkilib. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülüb.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

1. Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — carçı

2. Xeyir və Şər (N.Gəncəvi) — şah

3. Ana qaz (R.Rza) — qonşu

4. Qaraca qız (S.S.Axundov, A.Şaiq) — qaraçı; Oruc

5. Ağ dəvə (Elçin) — 2-ci NKVD işçisi

 

YUĞ teatrı

- Günlərin bir günündə (İbrahim İbrahimli)

 

Akademik Milli Dram Teatrı

- Kölgə (Y.Şvarts) — maliyyə naziri

 

Filmoqrafiya

1. Yol yoldaşları

2. Əlvida, cənub şəhəri

3. Hökmdarın taleyi

4. Üfüqü ötənlər

5. Sirr

6. Həkimlər

7. Bir ovuc torpaq

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün 21 noyabr. Təqvimi vərəqlədik və bəzi əlamətdar hadisələri qeyd etməyi özümüzə borc bildik.

 

21 noyabrda qeyd olunan bayram və xüsusi günlər

Ümumdünya Televiziya Günü – 1996-cı ildən BMT tərəfindən təsdiq olunub.

Leykemiya ilə Mübarizə Günü (bəzi ölkələrdə qeyri-rəsmi qeyd olunur).

Milli Gün – Banqladeş (Silk hissəsinin tarixi ilə əlaqədar bəzi bölgələrdə qeyd edilir).

 

Dünya üzrə baş vermiş tarixi hadisələr

Siyasət və dövlətçilik

1620 – Mayflower razılaşması imzalanıb. ABŞ-ın gələcək siyasi mədəniyyətinin əsaslarından sayılan bu sənəd Plymouth koloniyasının ilk özidarə qaydalarını müəyyənləşdirdi.

1783 – Montgolfier qardaşları ilk sərbəst, idarə olunan hava şarı uçuşunu həyata keçirdi. İnsanlıq tarixində aeronavtikanın başlanğıcı hesab olunur.

1877 – TomasEdisonfonqrafı təqdimetdi. Bu, səsin ilk qeydə alınması texnologiyasının doğulduğu gündür.

1920 – “Qanlı Bazar günü” (Bloody Sunday). Dublin şəhərində IRA ilə britaniya qüvvələri arasında baş vermiş qarşıdurma nəticəsində çoxlu insan öldürüldü.

1945 – Yuqoslaviya respublika elan edildi. Krallığın ləğv edilməsi ilə J.B. Tito rəhbərliyində yeni siyasi quruluş formalaşdı.

1977– Brüsseldə NATO qərargahının yeni binası rəsmi açıldı.

1979 – ABŞ səfirliyi İslamabadda hücuma məruz qaldı. Səfirliyə edilən hücum nəticəsində diplomatik böhran yaşandı.

Elm, texnologiya, mədəniyyət

1905 – Albert Eynşteynin fotoeffektlə bağlı məqaləsi “Annalen der Physik” jurnalında dərc olunub. Bu iş onun Nobel mükafatına gedən yol idi.

1964 – Nyu-Yorkdakı Verrazzano–Narrows körpüsü istifadəyə verildi. Açıldığı zaman dünyanın ən uzun asma körpüsü idi.

1992 – Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyev partiyanın sədri seçildi.

1994 – Azərbaycan Əhalinin Sosial Müdafiəsi Fondu yaradıldı. Sosial müdafiə sisteminin əsas dayaqlarından biri kimi fəaliyyətə başladı.

1995 – Toy Story filmi nümayiş olundu. Tamamilə kompüter animasiyası ilə çəkilmiş ilk tammetrajlı cizgi filmi kimi kino tarixində dönüş nöqtəsi oldu.

Faciələr

1980 – MGM Grand Hotel yanğını (Las-Veqas). ABŞ tarixinin ən böyük otel yanğınlarından biri – 85 nəfər həlak oldu.

1996 – Mud Dayı təyyarə qəzası (Efiopiya sahilləri). Qarətçilərin müdaxiləsi nəticəsində təyyarə ələ keçirildi və dənizə düşərək yüzlərlə insanın ölməsinə səbəb oldu.

 

 Dünya üzrə 21 noyabrda doğulan məşhurlar

Volter (1694–1778) – Fransız maarifçisi, filosof, yazıçı.

Fransa kralı II Fransua (1544–1560) – Fransa monarxı.

Hetti MakDeniel (1895–1952) – “Küləklə aparılanlar” filmində roluna görə ilk afroamerikalı “Oskar” laureatı.

Nadir Vəlixanov (1926–1995) – yazıçı, ədəbiyyatşünas, publisist; Şuşada anadan olmuşdur.

Goldie Hawn (1945) – ABŞ aktrisası, komediya ustası.

Marlo Thomas (1937) – ABŞ aktrisası və ictimai xadim.

Harold Ramis (1944–2014) – “Ghostbusters” filminin ssenari müəllifi və aktyoru.

Björk (1965) – İslandiyalı dünya səviyyəli müğənni və bəstəkar.

Mehman Sayadov (1972–1992) – Qarabağ müharibəsi qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı; Qərbi Azərbaycanın Günəşli kəndində doğulmuşdur.

 

Dünya üzrə 21 noyabrda vəfat edən məşhurlar

Henry Purcell (1659–1695) – İngilis barokko bəstəkarı.

Lev Yashin (1929–1990) – Futbol tarixinin ən məşhur qapıçılarından biri, “Qara Panter”.

Abdus Salam (1926–1996) – Nobel mükafatlı pakistanlı fizik, elektrozəif qarşılıqlı təsir nəzəriyyəsinin müəlliflərindən biri.

Quentin Crisp (1908–1999) – İngilis yazıçısı və aktyoru.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Məni heyran etdi Xızı dağları...”

Xızı çox kiçik rayondur, amma buradan necə böyük mədəniyyət xadimlərimiz çıxıbdır. Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Npvruz, Zeynəb Xanlarova, Nisə Qasımova, Məmmədbağır Bağırzadə... Və daha neçəsi, o cümlədən – Ruhəngiz Allahverdiyeva.

 

Ruhəngiz Allahverdiyeva 21 noyabr 1955-ci ildə Xızı rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra "Təranə” gənclik ansamblında müğənni kimi fəaliyyətə başlayıb. 1973-cü ildən başlayaraq əvvəl Filarmoniyada, daha sonra isə "Azkonsert" qastrol birliyində "Lalə" qızlar ansamblının solisti olub, keçmiş SSRİ məkanının bir çox şəhərlərində, xarici dövlətlərdə, o cümlədən Türkiyədə, Almaniyada, Macarıstanda, Vyetnamda, Əfqanıstanda qastrol səfərində olub.

Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil edib. 1976-cı ildə Azərbaycanda keçirilən "İstedadlar axtarırıq" festivalının qalibidir.

Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.15 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 2 oğlu və bir qızı var.

 

Filmoqrafiya

1. Qış nağılı. I film - Zəroş xala

2. Qış nağılı. II film - Zəroş xala

3. Qız qalası

4. Hərənin öz payı+tayı

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2025)

 

 

Cümə, 21 Noyabr 2025 09:02

Əriklər, Əncirlər və Almalar

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Natürmort janrının ən mükəmməl işləri bizim rəngkarlıqda məhz bu rəssamın adı ilə bağlıdır. Əslində meyvələri çəkmək çox çətindir, xüsusən, onları elə şəkirsən, kənardan baxan əl uzadıb götürmək istəyir…

 

Mahmud Tağıyev 11 iyun 1923-cü ildə Bakıda anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1949–1953-cü illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində, 1953–1956-cı illərdə isə İ. Repin adına Leninqrad Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.

Mahmud Tağıyevin erkən yaradıcılığının əsas mövzuları natürmort və mənzərə əsərləri hesab olunur. O, 1960-cı illərdən başlayaraq sənaye və kənd təsərrüfatına aid mövzuları araşdırıb. Rəssam Azərbaycanda sovet tikililərinin quruculuq prosesinin əsas məqamlarını təsvir edib. Bunlara Mingəçevir su anbarı və Sumqayıt alüminium zavodunun təsvirləri daxildir. M. Tağıyev bu illər ərzində portret janrını araşdırmağa davam edib və xüsusi olaraq tarixi portret janrına müraciət edib

Rəssamın yaradıcılığına "Əriklər" (1969), "Əncirlər" (1974), "Eyvan" (1987), "Natürmort", "Yaz gülləri" (1993), "Lalələr", "Almalar" (1993), "Məcnun", "Leyli", "Güldanda güllər", "Dağlarda bahar", "Bakı", "Neft emal zavodunun işıqları", "Avarçəkən", "Yuxu", "Çılpaq", "Dədə Qorqud", "Səməd Vurğun", "Yeddi gözəl" və başqa əsərlər daxildir.

Mahmud Tağıyevin Bakıda (1947-ci ildə Xalidə Səfərova ilə birgə, 1958, 1969, 1993), Moskvada (1990, 1988-ci illərdə X. Səfərova ilə birgə) fərdi sərgiləri keçirilib. Onun əsərləri Rusiya, Türkiyə, Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İran, Suriya və Misirdə sərgilənib

1946-cı ildə rəssam Xalidə Səfərova ilə ailə qurub və həmin ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. O, 21 noyabr 2001-ci ildə Bakı şəhərində vəfat edib. Rəssam Tağı Tağıyevin qardaşı, Əkrəm Tağıyevin atasıdır.

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı

- Zaqafqaziya respublikalarının 1-ci bienallının diplomu (Tbilisi, Gürcüstan SSR)

- "Müasir Azərbaycan incəsənəti" rəssamlıq müsabiqəsinin 3-cü mükafatı (BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən Bakıda təşkil olunub)

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2025)

Cümə, 21 Noyabr 2025 15:43

Türk dillərinin geneoloji təsnifatı

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası haqqında olan layihəsində bügünkü söhbətimiz Türk dillərinin geneoloji təsnifatıbarədədir.

 

 Türk dillərinin geneoloji təsnifatı müasir türkoloji araşdırmalarda tarixi-müqayisəli metod əsasında müəyyənləşdirilən sabit bir struktur kimi qəbul edilir. Geneoloji bölgünün formalaşmasında əsasən N.A. Baskakovun “Тюркские языки”, Talat Tekinin Orxon və qədim türk dili ilə bağlı tədqiqatları, Gerard Clausonun etimoloji araşdırmaları, həmçinin Lars Johanson və Éva Csatónun redaktə etdikləri “The Turkic Languages” kimi fundamental mənbələr əsas rol oynayır. Bu mənbələrə görə türk dillərinin mənşəcə bölünməsi ilk mərhələdə iki böyük qola ayrılır: Oğur (Bulqar) qolu və Şərqi Türk qolu. Oğur qolunun yeganə yaşayan nümayəndəsi çuvaş dilidir və geneoloji xətt baxımından digər bütün türk dillərindən ən erkən ayrılmış dil kimi qəbul edilir. Qolun digər tarixi üzvləri bulqar və xəzər dilləri  artıq tükənmiş dillərdir və onların varlığı yalnız tarixi mənbələrdən və dolaylı linqvistik bərpa metodlarından bilinir.

Şərqi Türk qolu isə türk dillərinin böyük əksəriyyətini birləşdirir və daxilində bir neçə əsas geneoloji alt qrup formalaşdırır. Bu alt qrupların müəyyənləşdirilməsi dilçilikdə yalnız struktur fərqlərinə deyil, həm də tarixən izləndiyi təsdiqlənən qohumluq əlaqələrinə əsaslanır. Şərqi qolda ən geniş yayılmış və tarixi cəhətdən əsaslı şəkildə müəyyənləşdirilmiş qruplardan biri Oğuz dilləridir. Oğuz qrupu Azərbaycan, Türkiyə türkcəsi, türkmən, qaqauz, salar və xalac dillərini əhatə edir. Bu qrupun geneoloji bütövlüyü oğuz tayfa birliklərinin tarixi hərəkət marşrutu və siyasi təşkilatlanması ilə uyğun gəlir. Oğuz dillərinin müstəqil bir qrup kimi formalaşması məsələsi O. Pritsak və F. Sümer kimi tədqiqatçıların əsərlərində geniş şəkildə əsaslandırılmışdır.

Şərqi Türk qolu daxilində ikinci böyük geneoloji qrup Qıpçaq dilləridir. Müasir türkoloji ədəbiyyatda bu qrup bir neçə yarıma ayrılır: qıpçaq-poloves qolu (qaraçay-balkar, qumuq), qıpçaq-noğay qolu (tatar, başqırd, qazax, qaraqalpaq, noğay) və bəzi tədqiqatçılara görə keçid xüsusiyyətləri daşıyan Krım-tatar dili. Qıpçaq dillərinin geneoloji birliyi Baskakov və Samoyloviçin təsnifatlarında ardıcıl şəkildə göstərilib və bu təsnifat müasir elmdə də etibarlı sayılır.

Şərqi Türk qolunun digər mühüm geneoloji qolu Karluk (Uyğur–Özbək) dilləridir. Bu qrupa yeni uyğur və özbək dilləri daxildir. Uyğur yazı ənənəsinin qədimliyi və çoxəsrlik yazılı korpusun mövcudluğu bu qrupun tarixi inkişafını daha aydın şəkildə izləməyə imkan verir. Talat Tekin və Clausonun araşdırmalarında karluk qrupunun türk dilləri içində ayrıca və müstəqil bir geneoloji xətt kimi formalaşdığı təsdiq edilir.

Türk dillərinin geneoloji təsnifatında Sibir türk dilləri də ayrıca qrup kimi qəbul olunur. Bu qrupa yakut (saxa), dolqan, tuva, tofar, xakas, şor və çulım dilləri daxildir. Bu dillərin tarixi inkişafı, coğrafi izolasiya səbəbindən, digər türk qruplarından ayrılıqda izlənə bilir və onların geneoloji vahid kimi təqdim olunması həm Werner, həm də Vajdanın Sibir türkcəsi ilə bağlı tədqiqatlarında əsaslandırılmışdır.

Bəzi təsnifatlarda Altay dili ayrıca bir qrup kimi verilsə də, müasir türkoloji mənbələrdə altay dili adətən Sibir türkcəsinin tərkibində qiymətləndirilir. Kırğız dili də bəzi tədqiqatçılar tərəfindən ayrıca bir qol kimi təqdim edilsə də, geniş qəbul edilən təsnifatda Şərqi Türk qolu daxilində ayrıca bir yarımqrup kimi göstərilir.

Beləliklə, etibarlı akademik mənbələrə əsaslanan geneoloji bölgü göstərir ki, türk dillərinin mənşəcə ən əsas və sabit təsnifatı Oğur qolu ilə Şərqi Türk qolunun iki əsas budağından ibarətdir. Şərqi Türk qolu isə öz daxilində Oğuz, Qıpçaq, Karluk, Sibir və bəzi lokal qruplara bölünür. Bu təsnifat türk dillərinin tarix boyu keçdiyi inkişaf mərhələlərini və tayfa birliklərindən müasir dillərə qədər davam edən geneoloji ardıcıllığı ən dolğun şəkildə əks etdirən model kimi qəbul olunur.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2025)

 

 

                                                         

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

  

Qərbi Azərbaycanın etnik tərkibində dəyişikliklərin tarixçəsi bölgənin qədim dövrlərdən başlayaraq müxtəlif siyasi, hərbi və demoqrafik proseslərin təsiri altında formalaşmış mürəkkəb inkişaf yolunu əks etdirir. Bu ərazilər, indiki Ermənistan dövlətinin yerləşdiyi torpaqlar  qədim zamanlardan etibarən türk mənşəli tayfaların məskunlaşdığı, daha sonra isə Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər kimi Azərbaycan dövlətlərinin siyasi hakimiyyətində olmuş geniş bir coğrafiyanı əhatə edirdi.

 

Orta əsrlərdə Azərbaycan türklərinin bölgədə dayanıqlı demoqrafik üstünlüyü formalaşmış, kənd təsərrüfatı, ticarət, şəhər mədəniyyəti və hərbi-siyasi quruluş əsasən yerli türk-müsəlman əhalinin fəaliyyəti üzərində yaranmışdı. Bu dövrdə erməni əhalisi bölgənin müəyyən hissələrində mövcud olsa da, onların kütləvi şəkildə nəinki İrəvan, həm də Göyçə, Zəngəzur və digər Azərbaycan ərazilərində məskunlaşması yalnız sonrakı əsrlərdə baş vermişdir.

Etnik dəyişikliklərin kəskin şəkildə başlaması XIX əsrin əvvəllərinə təsadüf edir. 1826–1828 Rusiya-İran müharibəsindən sonra bağlanan Türkmənçay müqaviləsi ilə İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə qatıldı. Çar Rusiyası Cənubi Qafqaza nəzarəti gücləndirmək və bölgədə özünə siyasi dayaqlar yaratmaq üçün ermənilərin kütləvi şəkildə İran və Osmanlı torpaqlarından köçürülməsini planlı şəkildə təşkil etdi. 1828–1830-cu illərdə baş tutan bu köçürmələr nəticəsində bölgəyə on minlərlə erməni gətirildi və tarixi demoqrafik nisbət dəyişməyə başladı. Rəsmi Rusiya arxivlərinin məlumatları həmin illərdə İrəvan şəhəri və xanlıq ərazisində müsəlman əhalinin çoxluq təşkil etdiyini, lakin köçürülən erməni ailələrinin sayının sürətlə artdığını göstərir. Bu proses XIX əsrin sonuna qədər davam edərək, bölgənin etnik strukturunda fundamental dəyişikliklər yaratdı.

XIX əsrin sonlarında aparılan 1897-ci il Rusiya imperiyasının ilk ümumi siyahıyaalması artıq İrəvan quberniyasında iki əsas etnik qrupun, yəni azərbaycanlıların və ermənilərin demoqrafik baxımdan nisbətən yaxın mövqedə olduğunu göstərirdi. Müsəlman (azərbaycanlı) əhali əsasən kəndlərdə və geniş ərazi boyu yaşayırdı, erməni əhalisi isə həm kənd, həm şəhər mühitində getdikcə möhkəmlənirdi. İqtisadi fəaliyyət sahələrində də tədrici dəyişikliklər meydana gəlmiş, ticarət və sənətkarlıqda ermənilərin payı artmağa başlamışdı. Bu dövrdə 1905–1906-cı illərdə baş vermiş erməni-müsəlman qarşıdurmaları etnik gərginliyi dərinləşdirdi və bölgənin gələcək demoqrafik taleyinə təsir göstərdi.

Birinci Dünya Müharibəsi və Rusiya imperiyasının süqutu Qərbi Azərbaycanda etnik vəziyyəti daha da ağırlaşdırdı. 1918–1920-ci illərdə bölgədə siyasi hakimiyyət boşluğu, yeni dövlətlərin yaranması və müharibə şəraiti etnik toqquşmalar, qırğınlar və məcburi köçürmələr dalğası yaratdı. Bu illər ərzində azərbaycanlı kəndlərinin böyük hissəsi dağıdıldı, əhali ya qətl edildi, ya da köçməyə məcbur edildi. Ermənistan Respublikası qurulduqdan sonra bölgədə azərbaycanlıların demoqrafik çəkisi daha sürətlə azalmağa başladı və yeni etnik reallıq formalaşdı.

Sovet hakimiyyətinin qurulması ilə Qərbi Azərbaycan ərazisi Ermənistan SSR-ə daxil edildi. Formal olaraq millətlərarası bərabərlik və təhlükəsizlik siyasəti elan edilsə də, faktiki olaraq azərbaycanlıların sayı hər onillikdə azalmaqda davam edirdi. 1920–1930-cu illərdə aparılan sovet siyahıyaalması materialları azərbaycanlıların müəyyən sayda və nisbi sabitliklə mövcud olduğunu göstərsə də, siyasi qərarların, torpaq islahatlarının və inzibati dəyişikliklərin nəticəsində onların payı tədricən aşağı düşürdü.

Ən kütləvi və həlledici dəyişiklik 1948–1953-cü illərdə SSRİ rəhbərliyinin qərarı ilə həyata keçirilən deportasiyalar olmuşdur. Ermənistan SSR-dən Azərbaycana doğru on minlərlə azərbaycanlı ailəsi zorla köçürüldü. Bu deportasiyalar nəticəsində Qərbi Azərbaycanın kəndlərinin böyük hissəsi boşaldı, yüz illər boyu mövcud olmuş Azərbaycan etnik məkanı parçalandı və ermənilərin bölgədə demoqrafik üstünlüyü tam şəkildə təmin edildi. Deportasiya dalğaları yalnız fiziki yaşayış məkanının dəyişməsi ilə deyil, həm də mədəni, sosial və tarixi yaddaşın qırılması ilə nəticələndi.

Sovet dövrünün son mərhələsi və xüsusilə 1988–1991-ci illər Qərbi Azərbaycanın etnik tarixində sonuncu kütləvi dönüş nöqtəsi oldu. Qarabağ münaqişəsinin başlanması ilə Ermənistan ərazisində yaşayan azərbaycanlılar tam şəkildə qovuldu. Bir neçə il ərzində yüz minlərlə azərbaycanlı öz dədə-baba yurdlarından çıxarılaraq qaçqın vəziyyətinə düşdü. Beləliklə, Qərbi Azərbaycan əraziləri tarixində ilk dəfə olaraq azərbaycanlılardan tamamilə təmizləndi və bölgənin etnik tərkibi radikal şəkildə dəyişdi.

Bütün bu proseslər göstərir ki, Qərbi Azərbaycanın etnik tərkibi təbii demoqrafik inkişafın deyil, əsasən siyasi qərarların, savaşların, kütləvi zorakılıqların və dövlət siyasətlərinin nəticəsində dəyişmişdir. XVII–XIX əsrlər boyunca türk-müsəlman əhalinin üstünlük təşkil etdiyi bu coğrafiya XX əsrin sonuna gəldikdə tamamilə fərqli etnik mənzərəyə çevrilmişdir. Tarixi faktlar sübut edir ki, bölgənin demoqrafik dəyişiklikləri təkamül xarakterli deyil, məcburi miqrasiya, deportasiya, etnik təmizləmə və inzibati müdaxilələrin nəticəsi olaraq formalaşmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2025)

 

 

Афаг Шихлы,

поэт-переводчик, член Союзов писателей Азербайджана, России и Евразии.

 

В мир филологии, словно комета, ворвалась ослепительная новинка – изысканное издание университета Хазар, книга профессора Исахана Исаханлы "Азербайджанский поэтический венок Сергею Есенину". Автор, признанный мэтр азербайджанского есениноведения, доктор филологических наук, увенчанный Международной Есенинской премией и, к тому же, проректор университета Хазар, сотворил не просто научный труд, а волнующий гимн единству культур и вечной любви к поэтическому слову. Это творение уже пленило сердца российских есениноведов, вызвав в их среде искренний и неподдельный интерес.

 

"Азербайджанский поэтический венок…", словно сотканный из нежнейших нитей любви и глубочайших знаний, поражает своей искренностью и проникновенностью.

Исахан Исаханлы, посвятивший многие годы своей жизни изучению жизненного пути и творчества Сергея Есенина, создал не просто академическую работу, а вдохновенный диалог между азербайджанской и русской литературами. Каждая страница этого труда свидетельствует о кропотливом труде исследователя, с щедростью делящегося своими открытиями с миром.

На 344 страницах этого уникального издания органично переплелись научный анализ, трепетные поэтические откровения и личные воспоминания автора. Исахан Исаханлы, выступив в роли составителя, редактора и автора проникновенного предисловия "Сергей Есенин в стихотворениях", сумел собрать под одной обложкой редчайшие жемчужины – стихотворения, посвященные Есенину азербайджанскими поэтами на протяжении десятилетий.

Особую ценность представляет собой публикация первого в азербайджанской литературе стихотворения, прославляющего гений Есенина, – "Сергей Есенин" Али Назима, представленное в двух графических формах – кириллицей и арабским шрифтом, словно подчеркивая историческую связь и многообразие культурных влияний, обогативших обе литературы.

В результате многолетних, поистине титанических изысканий автору удалось собрать богатейшую библиографию, включающую в себя 42 стихотворения азербайджанских авторов на родном языке, 69 произведений, написанных на русском языке, 42 перевода с азербайджанского на русский, а также стихи двух российских поэтов, посвященные Есенину, в оригинале и в переводах на азербайджанский язык. Эта кропотливая работа, несомненно, станет бесценным сокровищем для будущих исследователей есенинского творчества.

Камертоном личного, трепетного отношения автора к великому поэту стали фотографии, запечатлевшие Исахана Исаханлы в памятных местах, связанных с именем Есенина: в Москве, Рязани, Константиново, Мардакане (Aзербайджан), а также в его личном кабинете на фоне есенинского уголка. Эти снимки не просто оживляют повествование, но и передают ту глубокую любовь и уважение, которое питает ученый к предмету своего исследования.

Думаю, что наша команда, трудившаяся над созданием этого уникального издания: художник Мехди Самади, компьютерный дизайнер Нармина Гасымова и я - автор этих строк, внесли свой вклад в создание гармоничного и эстетически привлекательного произведения.

"Азербайджанский поэтический венок Сергею Есенину" – это не просто еще одна книга о великом русском поэте, это вдохновенный гимн дружбе и взаимопониманию между народами, выраженный в поэтических строках и научных исследованиях. Этот труд, несомненно, обогатит как азербайджанское, так и российское есениноведение и станет настольной книгой для всех, кто ценит высокую поэзию и научный поиск.

Следует отметить, что Исахан Исаханлы – лауреат престижной Международной Есенинской премии "О Русь, взмахни крылами". Эта премия, учрежденная в 2005 году Союзом писателей России и Национальным фондом развития культуры при поддержке Института мировой литературы им. А. М. Горького РАН и журнала "Осиянная Русь", является признанием выдающихся заслуг в области изучения и популяризации творчества Сергея Есенина. Есенинский комитет института возглавляет доктор филологических наук, главный научный сотрудник Гусева (Шубникова-Гусева) Наталья Игорьевна. Руководит премией первый секретарь Союза писателей России, поэт Геннадий Иванов, а сопредседателем и председателем жюри является поэт, писатель Дм. Дарин, председатель отборочного жюри Международной Литературной Премии им. Сергея Есенина "О РУСЬ, ВЗМАХНИ КРЫЛАМИ", член Высшего творческого совета Московской городской организации Союза писателей России.

В 2025 году Исахан Исаханлы был удостоен этой высокой награды в номинации "перевод", что стало ярким подтверждением его высочайшего авторитета в области есениноведения. Примечательно, что еще в 2015 году он был отмечен этой наградой за свои критические работы ("Взыскующим взглядом"). К сожалению, торжественное награждение, прошедшее 24 октября 2025 года в московском музее Есенина, прошло без личного присутствия Исахана Исаханлы, которого подвело здоровье. Однако мы уверены, что признание его заслуг стало лучшим лекарством и стимулом для дальнейших творческих свершений.

Признание коллег и почитателей таланта Исахана Исаханлы звучит как прекрасное дополнение к уже сказанному о его новой книге. Слова искренней благодарности и восхищения, адресованные профессору, словно сплетаются в еще один поэтический венок – венок признательности и уважения. Доктор филологических наук, главный научный сотрудник, руководитель есенинского комитета при Институте мировой литературы имени А. М. Горького Российской академии наук, Наталья Игорьевна Гусева (Шубникова-Гусева) с восторгом отметила: «У нас в России еще нет такого подобного издания. Оно – ПЕРВОЕ и ВЕЛИКОЕ!» Она подчеркнула мастерство переводчика, глубокое понимание поэзии Есенина и подвижнический труд, объединяющий азербайджанских переводчиков.

Ирина Машенкова и Владимир Середа из Тамбовского университета имени Державина, находящиеся сейчас в Узбекистане, выразили искреннюю благодарность за подарок: "…в Тамбове нас ожидает встреча с Вашей книгой и увлекательное чтение - как говорили в детские годы Есенина, душеполезное!"

Сергей Трифонов, член Международного Есенинского общества «Радуница», библиофил и создатель сайта esenin.ru, назвал книгу "замечательной" и отметил, что материалы из этой книги могут пополнить раздел "Есенин на языках народов мира" на его сайте Есенин.ру.

Поэт, писатель, председатель отборочного жюри Международной Литературной Премии им. Сергея Есенина "О РУСЬ, ВЗМАХНИ КРЫЛАМИ" Дм. Дарин, подчеркнул всеобщую заботу о здоровье Исахана Исаханлы и выразил уверенность, что победа в номинации "Переводы" послужит дополнительным лекарством. "Дорогой Исахан! Весь Есенинский мир следит за Вашим здоровьем! Нет сомнений, что Всевышний не допустит ухудшений или замедления восстановительного процесса, и Вы скоро встанете на ноги! – написал он в своем письме.

Ветеран УФСБ России по Рязанской области, подполковник в отставке, рязанский есениновед Юрий Вадимович Блудов отметил, что это отличное и солидное издание, а также его заинтересовали стихи самого Исахана Исаханлы и замечательные фотографии в конце книги.

Доктор филологических наук, профессор Сергей Пяткин из Арзамаса, назвал подарок Исахана Исаханлы "шикарным" и выразил свою благодарность теплыми, дружескими словами: "Горжусь Вашей творческой, научной и подвижнической деятельностью!"

Все эти слова, наполненные искренним уважением и восхищением, стали еще одним ярким свидетельством значимости труда Исахана Исаханлы и его вклада в развитие есениноведения.

"Азербайджанский поэтический венок Сергею Есенину" – это яркое подтверждение того, что поэзия не знает границ и способна объединять сердца людей по всему миру!

P.S. Я могу с уверенностью сказать, что судьба подарила мне счастье многолетней дружбы с Исаханом Исаханлы. Зная о его творчестве и таланте, возможно, больше, чем кто-либо другой, я с особым трепетом вспоминаю работу над этой книгой, куда вошли и мои стихи и переводы. Я уже давно осознала, с каким замечательным и талантливым человеком меня свела жизнь – человеком, который еще не раз порадует азербайджанскую и русскую литературу множеством прекрасных книг и стихотворений. Исахан Исаханлы - это человек, боготворящий Есенина, человек, который посвятит множество добрых дел укреплению дружбы между Азербайджаном и Россией, человек, чей вклад в литературу невозможно переоценить. Именно в этом контексте хотелось представить книгу профессора Исахана Исаханлы "Азербайджанский поэтический венок Сергею Есенину".

                                                                                 (19.11.2025 Москва.)

“Ədəbiyyat və incəsənət”

(21.11.2025)

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Sizə nəql edəcəyim növbəti maraqlı hadisə ötən əsrdə Ağdamda vaqeə olubdur. Ağdamda erməni hiyləsinin üstünü bir osetin açıbdır və haylar rüsvay olublar.

 

Kazakların Qarabağda ermənilərin başına gətirdiyi müsibətlər və müsəlmanlara qarşı isə hörmətlə yanaşmaları erməniləri çox narahat edirdi. Odur ki, ermənilər paxıllıqdan rahat ola bilmir, onların başlarına gətirilmiş müsibətlərə müsəlmanların da düçar olması və kazaklar yanında hörmətlərini itirməsi üçün tədbirlər tökürdülər.

Xankəndində ermənilər iki rus kişisinə və övrətlərinə üç yüz manat pul verərək onlardan xahiş etdilər ki, müsəlmanların da dövlət yanında müqəssir olmaları üçün bir tədbir görsünlər, bizim kimi kazaklar onların da mal-dövlətini qarət etsin və qadınlarının ismətlərinə toxunsunlar. Ruslar bu təklifi qəbul edərək ermənilərin məqsədini həyata keçirmək üçün övrətləri ilə arabaya minib Ağdama yola düşdülər.

Onlar iki bağın arasından keçən yola çatanda birdən dad-fəryad çəkdilər:

— Ay gəlin, müsəlmanlar bizi soydular, əynimizdə, əlimizdə hər nə var idi, aldılar! Bizi lüt etdilər!

Bu qərarla Ağdam hakiminin yanına gəldilər. O, rus idi. Hakim gördü ki, bu dörd nəfəri elə soyublar ki, əyinlərində alt paltardan başqa bir şey qalmayıb. Hamısı soyuqdan tir-tir əsirlər. Hakim qəzəblənərək əhvalatı dərhal generala yazmaq və müsəlmanları tənbeh etmək istədi.

Bu zaman müsəlman olan yasavul osetin hadisədən şübhələndi, hakimin yanına daxil olaraq rusların gəldiyi arabada axtarış aparmaq üçün icazə istədi. Osetin hakimdən razılıq əldə etdikdən sonra gəlib arabanın içindəki otu o tərəf-bu tərəfə çəkib yoxlayanda gördü ki, ruslar və onların övrətlərinin bütün paltarları və çəkmələri otun altındadır.

 

Əhvalatdan xəbərdar olan hakim qeyzlənərək həmin rusların və arabaçının döyülməsi haqqında əmr verdi. Övrətlərə isə dedi ki, bu saat doğrusunu deyin görüm bu nə işdir, yoxsa sizi həbsxanaya göndərəcəyəm.

Matuşkalar dedilər ki, bizi nə döyün, nə də həbsxanaya göndərin, əhvalat belədir: qımdatlar bizə üç yüz manat pul verərək bu hiyləyə təhrik etdilər ki, biz müsəlmanları belə bir əməllə günahlandıraq və bunun nəticəsində ruslar onları cəzalandırsınlar. Biz də bunu edə bilmədik. Hiyləmizin üstü açıldı.

Müsəlmanlar onlara qarşı yönəldilmiş bu hiylənin üstünü açdığına görə xeyli pul yığıb həmin osetinə verdilər və böyük təşəkkürlərini bildirdilər.

Beləliklə, ermənilərin növbəti hiyləsi faş olub, rüsvay oldular. Ona görə də atalar deyib ki, başqasına quyu qazanın özü düşər. Yaxud, hər nə əkərsən, onu da biçərsən.

(Mir Möhsün Nəvvabın "1905-1906-ci illərdə erməni-müsəlman davası" əsərindən istifadə edilməklə)

 

“Ədəbiyyat və incəsənət”

(21.11.2025)

Cümə, 21 Noyabr 2025 10:02

Bir qüllənin sirri

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi 

 

  Sizə  Oğuz rayonundakı qədim, amma çox qədim tarixi hadisələrin şahidi olmuş, turistlərin də hədsiz maraq göstərdikləri  Muxas  qülləsindən söz açmaq istəyirəm. Bu qüllə Oğuz rayonunun Muxas kəndinin şimalında, Daşağıl keçidinin qarşısında, Daşağılçayın sol sahilində yerləşir. İnventarlaşdırılaraq rayonun yerli əhəmiyyətli abidələri siyahısına daxil edilmişdir. 

 

Qüllə yerləşdiyi dağ yamacının relyefinə uyğun olaraq şimal, cənub və qərb tərəfləri düzbucaqlı, şərq tərəfi isə yarımdairəvi formada tikilmişdir. Abidənin ətrafında hasar yoxdur. Qüllənin perimetri 24,7 metrdir. Qüllə qalığının hündürlüyü 11,6 metr, diametrinin qalınlığının hündürlüyü 11,6 metr, divarlarının qalınlığı aşağı hissədə 1,5 metr, yuxarı hissədə bir metrdir. Qüllənin özünəməxsus xüsusiyyətindən biri də odur ki, onun yerdən giriş qapısı yoxdur. Deyilənə görə, qülləyə asma nərdivanla daxil olurmuşlar. Bunu qüllənin qərb divarının hündürlüyündə qapı yerinin olması da sübut edir. Qapı kvadrat formalı olub, qüllənin içərisinə doğru iki pillə ilə enir.  

Muxas qülləsi üçmərtəbəli olmuşdur. Onun birinci və ikinci mərtəbələri yaxşı qalmış, üçüncü mərtəbəsinin yuxarı hissəsi uçub dağılmışdır. Muxas qülləsi çay daşı və kirəcməhlulundan tikilmişdir. Daşların içərisində 1 x 0,5 x 0,5 metr ölçüdə iri düzbucaqlı sal (qaya daşı) daşlar da var. Tikintidə cərgə üsulu hörgüsündən istifadə edilmişdir.  Tədqiqatçılar qüllənin tikilmə üsuluna görə Bakı, Ramana və Nardaran qalalarına oxşadığını yazırlar.

Arxeoloq F.Qədirov 1965-ci ildə burada iki sahədə, qüllənin qərb və şərq divarlarının dibində kəşfiyyat qazıntısı aparmışdır. Qazıntı zamanı çoxlu sayda şirli və şirsiz, cızma naxışlı saxsı məmulatları (qazan, kasa, bardaq, boşqab, xeyrə və s.) tapılmışdır. Arxeoloq “Azərbaycanın şimal müdafiə istehkamları” əsərində göstərir ki, bu qala təxminən IX əsrdə tikilmiş, ondan XIV əsrədək istifadə edilmişdir. 

AYB-nin üzvü, şair-tədqiqatçı Y.Rzayev isə özünün “Oğuz abidələri” kitabında qalanın ilk öncə atəşpərəstlik təlimi və ayinlərini icra etmək üçün, həm də IX əsrdə yox, ondan çox-çox əvvəllər tikildiyini ehtimal edir. 

Muxas qülləsi tikinti xüsusiyyətlərinə və inşaat materiallarıan görə Qəbələ şəhəri müdafiə istehkamlarını xatırladır.

Tədqiqatçıların yekdil fikrinə görə, qüllə qarovul məntəqəsi kimi düşmən qoşunlarının hərəkətini müşahidə etmək rolunu daşımışdır. Orta əsrin gözətçi məntəqələri kimi Muxas qülləsi də yadelli işğalçılardan, qəfil basqınlardan qorunmaq üçün tikilmişdir. Qəfil düşmən basqınlarını ilk dəfə buradan görüb el-obaya xəbər verirmişlər. Bəd xəbəri tez çatdırmaq üçün gecə tonqallardan, gündüzlər tüstüdən və çaparlardan istifadə etmişlər.

Muxas qülləsinin təxminən 40 km cənub-şərq tərəfdə yerləşən qədim Qəbələ şəhəri xarabalıqlarının varlığına əsasən də demək olar ki, bu qüllə bir qarovul məntəqəsi kimi Qəbələ hakimlərinin əlində olmuş və şimal tərəfdən Daşağıl keçidi vasitəsi ilə olan hərbi təhlükənin qarşısını almaqda müşahidə əhəmiyyəti daşımışdır.

 

S.Mürvətqızı “525-ci qəzet”də çap olunmuş “Tolerant mühiti ilə seçilən Oğuz rayonu dini və milli dözümlülükdə nümunəvi bölgədir” məqaləsində yazır ki, “Tarixi mənbələrə görə, Böyük Qafqaz sıra dağlarından Azərbaycana keçmək üçün 13 dağ keçidi var. Onlardan ikisi Oğuz rayonu ərazisində yerləşir və həmişə də bu keçidlər fəal rol oynayıb. Tarixin müxtəlif dönəmlərində həmin keçidlər vasitəsilə yadellilər Azərbaycan ərazisinə hücumlar edib. Təsadüfi deyil ki, məsələn, Daşağıl keçidinin qarşısında Muxas qülləsi yerləşdirilib. Bu abidə eramızın VI-VII əsrlərinə aid müdafiə istehkamı rolunu oynayan, Alban dövlətinə xas olan bir abidədir. Yerli camaatın-Daşağıl əhalisinin dediklərinə görə, orada Qaravul dərəsində onların ilk keşikçi dəstəsi dururdu. Düşmən buradan hücum edəndə onlar tonqal yandırıb Muxas qülləsinə xəbər verirmişlər. Muxas qülləsindən bu xəbər tonqalla Malux qalasına ötürülürdü. Oradan da Aydınbulaq, daha sonra Göyçayın Gavur qalasına, oradan isə indiki Çuxurqəbələ ərazisində yerləşən Gavur qalaya məlumat ötürülürmüş. Beləliklə, həmin hücumdan cəmi 10-15 dəqiqə sonra Albaniyanın paytaxtında (Qəbələdə) məlum olurdu ki, şimal keçidini düşmənlər pozublar. Düşmənin qarşısını almaq üçün ilk hərbi dəstənin yerləşdirildiyi yer də Malux qalası (Muxas qülləsindən 10-15 km. cənubda yerləşən bu qala-şəhər e.ə.təxminən II əsrdə yaranmış, XIII-XIV əsrlərdə tənəzzülə uğramışdır-İ.V.) olub. Burada sayı 1000-1500 nəfərə çatan hərbi dəstə yerləşirmiş”.

 

Yuxarıda da qeyd etdiyimiz kimi, unikal bir məkanda mövqe tutan və  rayon tarixinin nişanələrindən olan Muxas qülləsi turistlərin xüsusi maraq göstərdiyi tarixi memarlıq abidələrindən biridir. Hər il buranı xeyli sayda yerli və xarici turist ziyarət edir. Zənn edirik ki, abidədə  təmir və bərpa işləri aparılarsa, yolu təmir olunarsa, ətrafında abadlıq işləri görülərsə, turistlərin sayı daha çox olar.

 

“Ədəbiyyat və incəsənət”

 

(21.11.2025)

                                                                 

          

 

 

 

43 -dən səhifə 2595

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.