Super User
Mühüd – Qazağın ən yüksək zirvəsi, Göyəzən onun kölgəsi
Seymur Atilla,
ehtiyatda olan kapitan
Bu haqqda ilk dəfədir ki, yazacam. Heç zaman heç kimə bu haqqda danışmamışam.
Keçmiş XTQ komandanı, indiki Quru Qoşunları Komandanı Hikmət Mirzəyev haqqında kitab yazmağa başlamışdım. Bu haqqda ilk dəfə vaxtiylə sərhədlərin delimitasiyası vaxtı qrupunun sərəncamına verildiyim, sonralar dostum olan Vətən Muharibəsi Qəhrəmanı, Şuşaya daxil olan 3 tabordan birinin komandiri, mayor Saleh Həsənova dedim. Saleh mənə dedi, gəl Sumqayıta görüşək. Getdim...
Sağolsun öz maşını ilə gəldi, məni qarşıladı, dostları və silahdaşları olmuş gözəl insanların məclisinə apardı. Salehə dedim, belə bir kitab yazıram. Güldü. Əvvəlcə inanmadı. Sonra Hikmət Mirzəyevin qardaşı oğluna zəng etdi ki, belə bir insan var komandana kitab yazır. O da inanmadı. Nəysə bütün inanmayanlara rəğmən o kitabı yazdım, öz hesabıma çap etdirdim. 5 nüsxəsini Faiq Mirzəyevə göndərdim. Mənin adımdan Komandana verin dedim. Həmin vaxt Bakıda məzuniyyətdə idim. Məzuniyyətim bitən günü tanımadığım bir nömrədən zəng gəldi. Komandan sizinlə görüşmək istəyir dedilər. Saldım ayrım damarıma, dedim ki, mən bu gün Laçına qayıdıram. Məzuniyyətim bitir. Arxasınca öz kamandirim zəng etdi ki, məzuniyyətin artırılıb bizi zülümə salma, dəvəl etdikləri yerə getmədən bura qayıtma.
2 saat sonra eyni nömrədən zəng gəldi.
Sizə dediyim adresə gəlin. Qarşılayacaqlar sizi. Həmin yerə getdim. Məxfilik baxımından ərazini demirəm. Məni elə orada bir hörmətlə izzətlə elə bir XTQ mənsubu qarşıladı ki, Düşündüm ki, İlhahi ana da belə oğul doğarmı. Dağ boyda. Ədəb ərkanla buyurun zəhmət olmasa deyərək qərargahı göstərdi. Qərargahın əsas nəzarət buraxılış məntəqəsindəki naryada komandanın şəxsi qonağıdır deyib işarə etdi. Hərbi tələblərə uyğun olaraq smartfon telefonumu nəzarətçiyə təhvil verdim. Əslində heç məndən telefonumu almayacaqdılar. Qalxdıq Qərargahın əsas binasına. Bu dəfə Komandanın köməkçisi məni eyni qaydada hörmətlə qarşılayıb görüş otağına gətirdi. Buyurun. Zəhmət olmazsa, burada gözləyin. Komandan birazdan gələcək. Həmin mərtəbədə sanki həyat durmuşdu. Səssizlik, sükut. 5 dəyqə sonra dəhlizdən eləbir ayaq səsi gəldiki hər kəs sanki buz kəsilmişdi. Hikmət paşa gəldi, əlini uzatdı, mən zabit olduğum üçün, mülkü paltarda olsam da fərəqət komandasında özümü təqdim etdim. Qucaqladı, boynuma sarıldı. Xoş gəlmisən. Buyur otur dedi. Qarşımda canlı bir əfsanə vardı. Qəbul otağında elə bir masa hazırlatmışdıki, masada hər şey vardı. Rahat ol. Çay süz, çəkinmə məndən. Sadə, biraz da, məkanın sahibi kimi ərk edərək. Məndə sevinc qarşıq eləbir həyəcan vardı ki, bilmirdim əlim haradadır, ayağım harada. Çayı da bizə qulluq edən qəbul otağının işçisi süzdü. (Bu qismi gizli saxlamalıyam)
Komandan gözlərini zilləyib mənə baxırdı. Qarşımda XTQ-nin canlı əfsanəsi, döyüş Generalı vardı. Əvvəlcə kitabı vərəqləməyə başladı. Anidən başını qaldırıb dedi:
-Bilirsən, sənin haqqında mənə dediklərində inanmadım. Amma sən bunun əksini subut etdin. Məni elə təsvir etmisənki, özüm də oxuyanda inanmadım. Çox adam mənimlə görüşməyə can atır, amma mən səni görməyi, tanımağı istədim. Maraqlı və sirrli biri idin mənim üçün.
Bunları mənə həyatı və xidməti sirlərlə dolu bir general deyirdi.
Muharibədən, antiterror əməliyyatlarından danışdıq. Məndən bir istəyin varmı? Dediyində, xeyr yoxdur cavabı verdim. Təmənnasız yazmışam, siz də qəbul etdiyiniz üçün təşəkkür edirəm. Canınızın sağlığı. Güldü, çay iç, rahat ol deyərək əliylə işarə etdi. Söhbətimiz o qədər səmimi və rahat idiki, onun zəngin mütaliə dünyasından danışdığımız bir anda başını qaldırıb gözünü mənə zillədi:
-Sən Mühüdün yerlisisən, hə?
-Bəli cənab komandan. Əslən Qazaxdanam.
-Bu kitabı ancaq bir qazaxlı yaza bilərdi, deyib gülümsədi.
-Tanıyırdın Mühüdü?
-Bəli Cənab komandan. Sağikən tanıyırdım.
-Mənim qədər tanıya bilməzsən, deyib dərindən köks ötürdü.
Bu cür insanlarla həmsöhbət olmaq və o anlarda necə stresli və məsuliyyətli abu-havanın olduğunu təsəvvür edə bilmərəm. "Mühüdü mənim qədər tanıya bilməzsən" deyən anındakı o baxışları, o anki hisslərini təsvir etmək çox çətindir. Baxışlarında həm kədər, həm də qürur vardı.
Bir neçə dəqiqəlik sükutdan sonra baxışlarını kitabdan çəkib mənə zillədi. Mühüd Orucov, Pəncəli Teymurov, Samid İmanov, Murad Mirzəyev, bu qəhrəmanlar XTQ-nin döyünən ürəkləri idilər. Onlar bizim əfsanəvi döyüşçülərimiz idilər. Deyərək sözünə davam etdi.
Mən Mühüd haqqında nələrsə öyrənmək üçün can atırdım. Bir qədər nəfəsimi dərib dedim:
-Cənab komandan! Siz də mənin dediklərimlə razılaşarsız ki, əgər Mühüd sağ olsaydı bu döyüşlərdə çox gözəl nəticələri olardı.
Əlini bir anlıq süfrədən çəkərək söylədi:
-Şuşaya daxil olan 3 XTQ taborundan birinin komandiri olacaqdı. Onlara döyüş tapşırığı ver və bütün rabitə vasitələrini söndür. Əmin ol ki, onlar ələ keçməyəcək, onlar əsir düşməyəcək, onlar son damla qanlarınacan vuruşacaq, son gülləsini də özünə sıxacaq.
Mən ümüdlü və sevincək halda “İnşAllah bu Vətən bu torpaq belə igidlər yenə yetişdirəcək. Ümid edirəm ki, Qazaxdan Mühüdün davamçıları olacaq”, -dedim.
Başını qaldırıb qürurla və əminliklə söylədi:
-Amma Qazaxdan ikinci bir Mühüd olmayacaq.
Böyük bir sükut çökdü otağa. Ayağa qalxıb məni bərk-bərk qucaqladı.
Başqa bir zamanda, başqa bir yerdə yenə görüşək, söhbət edək, -deyərək sağollaşdı. Gəldiyim kimi hörmət və səmimiyyətlə yola saldılar məni. O görüşdə hərbidən, ədəbiyyatdan, döyüşçü generalın nəsihətlərindən və bir çox mövzulardan danışsaq da Mühüd haqqında dedikləri bu gün də yaddaşımdan itməyib. Daha sonra Mühüdü tanıyan döyüş yoldaşları ilə həmsöhbət oldum. “Mühüd bir əməliyyatda varsa deməli o əməliyyat bizim xeyrimizə bitməlidir. Başqa yolu yox idi” - dedilər.
“O muhasirəyə düşsə də düşmən onu və rəhbərlik etdiyi qrupu heç vaxt canlı ələ keçirə bilməz. Çünki orada Mühüd var, kəşfiyyatımızın əfsanəvi Mixaylosu var” dedilər.
Qürur və hörmətlə!
“Ədəbiyyat və incəsənət”
(21.11.2025)
Pianonun sükutdan doğulan inqilabı – PORTRET CİZGİLƏRİ
Qərib-Kənan Qəribli, “Ədəbiyyat və incəsənət” üçün
Klassik musiqinin insan ruhunda açdığı pəncərələr var; bəzən ağır, bəzən zərif, amma həmişə dərin və mənalı… Bu dərinliyin kənarında isə illərdir eyni sədaqət, eyni yanğı ilə dayanan bir ad var: İslam Manafov. Onun hekayəsi yalnız səhnələrə sığmayan; auditoriyalara, gənc istedadların qəlbinə və bizim mədəni yaddaşımıza yayılan bir yolçuluqdur.
Uşaqlıqda cücərən möcüzə
Bakı küçələrinin səsli-küylü dünyasında böyüyən balaca bir uşağın pianoya olan marağı zamanla böyük bir sənət yoluna çevrildi və beləliklə də İslam Manafovun balaca yaşlarında belə piano üzərindəki hakimiyyəti ətrafındakı hər kəsi heyrətləndirirdi…
1979-cu ildə gənc pianistlər müsabiqəsində qazandığı birincilik onun sənət qapısını açan ilk açarı oldu. Artıq hamının bu gəncin gələcəkdə böyük pianist olacağına ümidlərini artırdı.
Beləcə, bu gəncin təhsil almasının Moskva dövrü başladı. Belə bir deyim var:
“Açılan yeni səma və sənət istedadla başlayar, amma intizamla böyüyər”. İslam Manafovun Moskva Dövlət Konservatoriyasına aparan yolu da məhz belə bir böyümənin çox maraqlı hekayəsidir.
A. A. Nasedkin və M. A. Fyodorova kimi musiqi nəhəngləri ilə çalışmaq onun təkcə bir pianist deyil, bir böyük sənət dünyasının formalaşmasına səbəb oldu. Moskvanın soyuq, amma öyrədici mühiti onun səhnədəki ehtirasına sərtlik, peşəkar ifasına isə dərinlik gətirdi…
Səhnədə musiqi ilə bir maraqlı nağıl danışan
O, səhnəyə sadəcə notları çalmaq üçün çıxmır; hər əsərin hekayəsini səsin dili ilə yenidən qurur. Və beləliklə də, səhnədə musiqi ilə tamaşaçılara bir maraqlı nağıl danışır.
Sergey Prokofyevin üsyankar tonlarında da, Sergey Raxmaninovun duyğu selində də, Frederik Şopenin kədərli lirikasında da öz ruhundan bir parça daşıyır. Tənqidçilərin “coşqun enerji ilə incə zəkânın qovuşması” kimi təsvir etdiyi performanslarında dinləyici yalnız musiqi deyil, bir maraqlı yolçuluq yaşayır.
Gənclərlə qurulan körpü
İslam Manafovun ən qiymətli xüsusiyyətlərindən biri sənəti yalnız səhnədə qoymamasıdır. “Uşaqlarla və Gənclərlə musiqiyə səyahət” layihəsi onun cəmiyyətlə qurduğu bağın ən güclü və maraqlı nümunələrindəndir. O, konsert salonlarını yalnız tədris deyil, kəşf məkanına çevirərək yüzlərlə gəncin içindəki istedad qığılcımını oyatdı. Bu layihəni Türkiyəyə aparması isə iki qardaş xalq arasında daha bir mədəni körpünün qurulmasına səbəb oldu. Belə bir deyim var ki, “incəsənət sərhədsiz bir dünyadır”. İslam Manafov da özünün sənəti ilə həqiqətən də iki qardaş xalq arasında çox möhtəşəm bir körpü qurdu. Elə bir körpü ki, bundan sonra həmin körpüdən hər iki xalqın incəsənət adamları keçəcəklər. Və öz sənətlərini peşəkarlıqla tamaşaçılara çatdıracaqlar. İki xalq arasında daha mehriban, yaxın bağlar quracaqlar.
Akademik kimlik: səssiz, amma davamlı irs
Müəllim İslam Manafovun Bakı Musiqi Akademiyasında yetişdirdiyi tələbələr onun qəlbdən gələn, amma səs-küysüz mirasının bir parçasıdır desək daha doğru olar. Belə ki, o, təkcə məlumat verən müəllim deyil; musiqinin ruhunu öyrədən çox maraqlı, peşəkar bir bələdçidir. Yəqin buna görə də tələbələri onu çox sevir.
Beynəlxalq arenada sənət elçisi
2016-cı ildə Hannoverdə dünya şöhrətli prodüser Kristofer Alder ilə birgə lentə aldğı Şopen albomu İslam Manafovun beynəlxalq sənət kimliyinin ən parlaq əkslərindən biridir. Çünki bu albom sadəcə bir musiqi yazısı deyil; illərin zəhmətinin, zəriflik və sənət fədakarlığının səsə çevrilmiş çox maraqlı formasıdır.
Azərbaycanın musiqiyə açılan pəncərəsi
İslam Manafovun repertuarı sanki iki mədəniyyətin ortaq nəfəsi kimidir: Belə ki, bu arada Azərbaycanın səmimiyyəti, Türkiyənin duyğusu və Avropa klassik musiqisinin irsi bir araya gəlir. Bununla da böyük peşəkarlıq yaranır. Ona görə də o, bu səbəbdən yalnız bir pianist deyil; mədəniyyətləri birləşdirən incə, uzaqgörən bir elçidir desək daha doğru olar..
Son söz: Barmaqlardan ötən yol
Dahi sənət adamları deyirlər ki, “Sənətçinin dəyəri yalnız çaldığı notlarda deyil, insanların qəlbində buraxdığı izlərdədir”. İslam Manafovun izi isə səhnənin işıqları sönsə belə uzun müddət yaddaşlardan silinmir. Bu musiqilər tamaşaçıları dərindən düşünməyə məcbur edir. Məhz buna görə də o, təkcə bir ifaçı deyil; musiqiyə ruh qatan, gənclərə yol açan, mədəniyyətə toxunan bir ustaddır. Və onun hər çıxışı bizə görünməyən bir həqiqəti xatırladır:
Belə bir maraqlı deyim var: “Sənət, insanı insan edən ən səssiz inqilabdır”. Bax, İslam Manafovun da sənəti səssiz inqilab olmaqla tamaşaçıların qəlbinin ən incə tellərinə yüksək peşəkarlıqla təsir edir və o, tamaşaçıların qəlbində özünün uca heykəlini ucalda bilir. Biz də belə həmyerlimizlə fəxr etməliyik və onu lazım olan səviyyədə təbliğ etməliyik. Axı o, öz ustalığını öz sənəti ilə dünya xalqlarına çatdırır. Və bununla da Azərbaycanı dünyada layiqincə təbliğ edir.
“Ədəbiyyat və incəsənət”
(21.11.2025)
Sənə xatirəm olsun peşmanlıq nəğmələri...
Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Sənə xatirəm olsun peşmanlıq nəğmələri...
Məhz buna görə yazıram. Çünki yazmaqdan başqa əlimdən heç nə gəlmir. Unutmağı bacarmıram amma yaza bilirəm. Və yazıram. Bəlkə bir gün bu peşmanlıqlar qurtarar, bəlkə də bir gün ürəyim dincələr. Amma o günə qədər qələmim dayanmayacaq.
Bu gün etibarilə üçüncü şeirlər kitabım çap olundu. Kitabın ərsəyə gəlməsində məndən öz köməyini əsirgəməyən şair həmkarım Həsən Lütfiyə xüsusi təşəkkür borcluyam. Onunla yanaşı kitabın redaktorlarından olan Əli Xankişiyevə də dərin minnətdarlığımı bildirirəm.
Bu kitabı bitirmək mənim üçün heç də asan olmadı. Bildiyiniz kimi, peşmanlıqdan doğan hisslərin ağırlığı insan həyatında uzunmüddətli təsir buraxır. Keçmişin kölgəsi bu günə qədər uzanır və bəzən elə ağır olur ki, qələmi əldə tutmaq belə çətinləşir. Ancaq məhz bu ağırlıq, bu daxili çarpışma yazdığım şeirləri formalaşdırıb, onlara can verib. Bu nəticədə yazılan şeirlər, oxunan nəğmələr insanın həyat yolunu müəyyən edir.
Kitabın ön sözünü də elə ilk sizlərə təqdim edirəm:
MƏN ŞEİRLƏ NƏFƏS ALIRAM
“Bir saat gözlərim şeirsiz qalsa, sanki dünyanın bütün gözəlliklərindən məhrum oluram. Şeir mənim üçün sadəcə sözlərdən ibarət deyil, o, həyatımın özüdür, dərdimin dilidir. Yazdığım hər misra ürəyimin bir parçasıdır, hər bənd isə keçmişimin qanlı səhifəsidir.
Bəzən özümü bu dünyaya aid hiss etmirəm. Sanki başqa bir yerdə həyatım olub, buraya isə sürgün edilmişəm. Bu qəriblik hissi məni boğur. Ətrafımdakılar gülür, amma mən ağlayıram içimdə. Onlar bayram edir, mənim ürəyim matəm tutur. Bəlkə də ona görə yazıram ki, bu dünyanın fəna sərhədlərini aşmaq üçün, bu unutqanlıq dünyasında bir iz buraxmaq üçün.
Üsyanımı yalnız şeirlərlə ifadə edə bilirəm, lakin bəzən bu da kifayət etmir. Sözlərim yorulur, ürəyim isə yorulmur ağlamaqdan. Bəzən qələmi əlimə alıram və özüm də bilmirəm nə yazacam. Sonra baxıram görürəm ki; "Mürəkkəbim də qandı, qələm viran, mən viran."
Elə yazmaq da bir növ qan itirməkdir mənim üçün. Hər şeir bir yaradan açılır..
"Peşmanlıq Nəğmələri" adı da təsadüfi seçilməyib. İnsan ömrünün ən ağır yükü peşmanlıqdır. Gec anlamaqdır hər şeyi.
"Mən sonra anladım ki, hə, bir az gec anladım."
İndi bu gecikmişliklər mənim şeirlərimin ətidir, qanıdır. Peşmanlıq elə bir duyğudur ki, sənin bütün varlığını bürüyür, gecələrini oğurlayır, gündüzlərini əlindən alır.
Neçə dəfə geri dönüb baxmışam keçmişə. Neçə dəfə özümə demişəm ki, kaş o zaman elə desəydim, kaş o anda belə etsəydim. Amma keçmiş dəyişilmir ki. O, daş kimi sərtdir, qayıdılmazdır.
"Gedən "sağ ol" deyəndə, gərək sağ olmayasan."
Amma biz sağ qalırıq axı, yaşayırıq, nəfəs alırıq. Özümüzə düşmanlıq edirik bu sağlığa görə. “Oxuyuram özümə düşmanlıq nəğmələri.”
Bəzən düşünürəm, bəlkə də yazmaq mənim günahımdır. Bəlkə də unutmalıyam hər şeyi, bağlamalıyam o köhnə səhifələri. Amma bacarmıram. Xatirələr qovur məni gecə-gündüz.
"O sahildə gözlədim, o son görüş yerində,
içimdən bir ah çəkdim yoxluğuna, bağışla."
Etdiyim ahların özü də bir şeirdir, göz yaşlarım ayrıca bir misradır.
İnsan nə vaxt başa düşür ki, əslində nəyisə itirməyib? O şeyi heç əldə etməyib ki, itirsin. Sadəcə xəyal qurub.
"Elə bildim əzəldən tanrı bizi ayırmış,
elə bildim mən səni tanımadım nə vaxtsa."
Bu anlama ən acı anlamadır. Çünki göz yaşı tökdüyün insanın həqiqətdə sənin olmadığını, heç vaxt sənin olmayacağını anlamaq ölümdən betərdir.
Oxucularım mənə qol-qanad olur. Şeirlərim sevildikcə, üsyanım bir az da olsa dinə bilir. Hər oxuyan ürək sanki mənim bütün ağrılarıma şərik olur, hər baxış mənim göz yaşlarımı görür. Bəlkə də mənim yazdıqlarım sizin də başınızdan keçib. Bəlkə də siz də eyni döngədə qarşılaşmısınız kiminləsə, baxmısınız onun gözlərinə və heç bir iztirab görməmisiniz.
Bu, üçüncü kitabımdır. Əvvəlki iki kitabda da özümdən yazdım. Hər kitab mənim bir dövrümün şahididir. Birinci kitabda kiçik ümid var idi, ikincidə məyusluq, bu üçüncüdə isə... peşmanlıq. Təmiz, saf, acı peşmanlıq.
“Ədəbiyyat və incəsənət”
(21.11.2025)
Manaf Dadaşov, kadr bir, dubl iki
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu kino ki var, çox qəliz şeydir…
Rəhmətlik Səməndər Rzayevin “Bəyin oğurlanması” filmində səsləndirdiyi bu fikir daim aktualdır. Yaradıcı heyət üçün ona görə qəlizdir, nə qədər püxtələşsən belə onun bütün sirlərinə bələd ola bilmirsən. Tamaşaçı üçünsə ona görə qəlizdir, bütün həqiqətləri dərk etmək müşkülə cevrilir bəzən…
Kino və teatr aktyoru kimi iki cəbhədə çalışmaq isə bu qəlizliyə daha ciddi boyalar qatır. Çünki, bu xşar sahələr, əslində kökündən fərqli incəsənətlərdir.
Manaf Dadaşov 21 noyabr 1981-ci ildə Bakıda anadan olub. 2002—2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kütləvi tədbirlər və tamaşalar rejissorluğu" ixtisası üzrə təhsil alıb. 1 oktyabr 2002-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyordur.
Teatrdakı ilk rolu rejissor Nicat Kazımovun quruluşunda Ərəb xalq nağılı olan "Ələddinin sehrli çırağı" tamaşasında carçıı obrazı olub. Türkiyə, Rusiya, Tatarıstanda qastrol səfərlərində olub. Bir neçə bədii filmlərdə və teleseriallarda çəkilib. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülüb.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
1. Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — carçı
2. Xeyir və Şər (N.Gəncəvi) — şah
3. Ana qaz (R.Rza) — qonşu
4. Qaraca qız (S.S.Axundov, A.Şaiq) — qaraçı; Oruc
5. Ağ dəvə (Elçin) — 2-ci NKVD işçisi
YUĞ teatrı
- Günlərin bir günündə (İbrahim İbrahimli)
Akademik Milli Dram Teatrı
- Kölgə (Y.Şvarts) — maliyyə naziri
Filmoqrafiya
1. Yol yoldaşları
2. Əlvida, cənub şəhəri
3. Hökmdarın taleyi
4. Üfüqü ötənlər
5. Sirr
6. Həkimlər
7. Bir ovuc torpaq
“Ədəbiyyat və incəsənət”
(21.11.2025)
Ümumdünya Televiziya Günü, ilk hava şarı və Volter
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu gün 21 noyabr. Təqvimi vərəqlədik və bəzi əlamətdar hadisələri qeyd etməyi özümüzə borc bildik.
21 noyabrda qeyd olunan bayram və xüsusi günlər
Ümumdünya Televiziya Günü – 1996-cı ildən BMT tərəfindən təsdiq olunub.
Leykemiya ilə Mübarizə Günü (bəzi ölkələrdə qeyri-rəsmi qeyd olunur).
Milli Gün – Banqladeş (Silk hissəsinin tarixi ilə əlaqədar bəzi bölgələrdə qeyd edilir).
Dünya üzrə baş vermiş tarixi hadisələr
Siyasət və dövlətçilik
1620 – Mayflower razılaşması imzalanıb. ABŞ-ın gələcək siyasi mədəniyyətinin əsaslarından sayılan bu sənəd Plymouth koloniyasının ilk özidarə qaydalarını müəyyənləşdirdi.
1783 – Montgolfier qardaşları ilk sərbəst, idarə olunan hava şarı uçuşunu həyata keçirdi. İnsanlıq tarixində aeronavtikanın başlanğıcı hesab olunur.
1877 – TomasEdisonfonqrafı təqdimetdi. Bu, səsin ilk qeydə alınması texnologiyasının doğulduğu gündür.
1920 – “Qanlı Bazar günü” (Bloody Sunday). Dublin şəhərində IRA ilə britaniya qüvvələri arasında baş vermiş qarşıdurma nəticəsində çoxlu insan öldürüldü.
1945 – Yuqoslaviya respublika elan edildi. Krallığın ləğv edilməsi ilə J.B. Tito rəhbərliyində yeni siyasi quruluş formalaşdı.
1977– Brüsseldə NATO qərargahının yeni binası rəsmi açıldı.
1979 – ABŞ səfirliyi İslamabadda hücuma məruz qaldı. Səfirliyə edilən hücum nəticəsində diplomatik böhran yaşandı.
Elm, texnologiya, mədəniyyət
1905 – Albert Eynşteynin fotoeffektlə bağlı məqaləsi “Annalen der Physik” jurnalında dərc olunub. Bu iş onun Nobel mükafatına gedən yol idi.
1964 – Nyu-Yorkdakı Verrazzano–Narrows körpüsü istifadəyə verildi. Açıldığı zaman dünyanın ən uzun asma körpüsü idi.
1992 – Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyev partiyanın sədri seçildi.
1994 – Azərbaycan Əhalinin Sosial Müdafiəsi Fondu yaradıldı. Sosial müdafiə sisteminin əsas dayaqlarından biri kimi fəaliyyətə başladı.
1995 – Toy Story filmi nümayiş olundu. Tamamilə kompüter animasiyası ilə çəkilmiş ilk tammetrajlı cizgi filmi kimi kino tarixində dönüş nöqtəsi oldu.
Faciələr
1980 – MGM Grand Hotel yanğını (Las-Veqas). ABŞ tarixinin ən böyük otel yanğınlarından biri – 85 nəfər həlak oldu.
1996 – Mud Dayı təyyarə qəzası (Efiopiya sahilləri). Qarətçilərin müdaxiləsi nəticəsində təyyarə ələ keçirildi və dənizə düşərək yüzlərlə insanın ölməsinə səbəb oldu.
Dünya üzrə 21 noyabrda doğulan məşhurlar
Volter (1694–1778) – Fransız maarifçisi, filosof, yazıçı.
Fransa kralı II Fransua (1544–1560) – Fransa monarxı.
Hetti MakDeniel (1895–1952) – “Küləklə aparılanlar” filmində roluna görə ilk afroamerikalı “Oskar” laureatı.
Nadir Vəlixanov (1926–1995) – yazıçı, ədəbiyyatşünas, publisist; Şuşada anadan olmuşdur.
Goldie Hawn (1945) – ABŞ aktrisası, komediya ustası.
Marlo Thomas (1937) – ABŞ aktrisası və ictimai xadim.
Harold Ramis (1944–2014) – “Ghostbusters” filminin ssenari müəllifi və aktyoru.
Björk (1965) – İslandiyalı dünya səviyyəli müğənni və bəstəkar.
Mehman Sayadov (1972–1992) – Qarabağ müharibəsi qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı; Qərbi Azərbaycanın Günəşli kəndində doğulmuşdur.
Dünya üzrə 21 noyabrda vəfat edən məşhurlar
Henry Purcell (1659–1695) – İngilis barokko bəstəkarı.
Lev Yashin (1929–1990) – Futbol tarixinin ən məşhur qapıçılarından biri, “Qara Panter”.
Abdus Salam (1926–1996) – Nobel mükafatlı pakistanlı fizik, elektrozəif qarşılıqlı təsir nəzəriyyəsinin müəlliflərindən biri.
Quentin Crisp (1908–1999) – İngilis yazıçısı və aktyoru.
“Ədəbiyyat və incəsənət”
(21.11.2025)
Xızının daha bir ad etmiş nümayəndəsi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Məni heyran etdi Xızı dağları...”
Xızı çox kiçik rayondur, amma buradan necə böyük mədəniyyət xadimlərimiz çıxıbdır. Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Npvruz, Zeynəb Xanlarova, Nisə Qasımova, Məmmədbağır Bağırzadə... Və daha neçəsi, o cümlədən – Ruhəngiz Allahverdiyeva.
Ruhəngiz Allahverdiyeva 21 noyabr 1955-ci ildə Xızı rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra "Təranə” gənclik ansamblında müğənni kimi fəaliyyətə başlayıb. 1973-cü ildən başlayaraq əvvəl Filarmoniyada, daha sonra isə "Azkonsert" qastrol birliyində "Lalə" qızlar ansamblının solisti olub, keçmiş SSRİ məkanının bir çox şəhərlərində, xarici dövlətlərdə, o cümlədən Türkiyədə, Almaniyada, Macarıstanda, Vyetnamda, Əfqanıstanda qastrol səfərində olub.
Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil edib. 1976-cı ildə Azərbaycanda keçirilən "İstedadlar axtarırıq" festivalının qalibidir.
Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.15 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 2 oğlu və bir qızı var.
Filmoqrafiya
1. Qış nağılı. I film - Zəroş xala
2. Qış nağılı. II film - Zəroş xala
3. Qız qalası
4. Hərənin öz payı+tayı
“Ədəbiyyat və incəsənət”
(21.11.2025)
Əriklər, Əncirlər və Almalar
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Natürmort janrının ən mükəmməl işləri bizim rəngkarlıqda məhz bu rəssamın adı ilə bağlıdır. Əslində meyvələri çəkmək çox çətindir, xüsusən, onları elə şəkirsən, kənardan baxan əl uzadıb götürmək istəyir…
Mahmud Tağıyev 11 iyun 1923-cü ildə Bakıda anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1949–1953-cü illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində, 1953–1956-cı illərdə isə İ. Repin adına Leninqrad Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.
Mahmud Tağıyevin erkən yaradıcılığının əsas mövzuları natürmort və mənzərə əsərləri hesab olunur. O, 1960-cı illərdən başlayaraq sənaye və kənd təsərrüfatına aid mövzuları araşdırıb. Rəssam Azərbaycanda sovet tikililərinin quruculuq prosesinin əsas məqamlarını təsvir edib. Bunlara Mingəçevir su anbarı və Sumqayıt alüminium zavodunun təsvirləri daxildir. M. Tağıyev bu illər ərzində portret janrını araşdırmağa davam edib və xüsusi olaraq tarixi portret janrına müraciət edib
Rəssamın yaradıcılığına "Əriklər" (1969), "Əncirlər" (1974), "Eyvan" (1987), "Natürmort", "Yaz gülləri" (1993), "Lalələr", "Almalar" (1993), "Məcnun", "Leyli", "Güldanda güllər", "Dağlarda bahar", "Bakı", "Neft emal zavodunun işıqları", "Avarçəkən", "Yuxu", "Çılpaq", "Dədə Qorqud", "Səməd Vurğun", "Yeddi gözəl" və başqa əsərlər daxildir.
Mahmud Tağıyevin Bakıda (1947-ci ildə Xalidə Səfərova ilə birgə, 1958, 1969, 1993), Moskvada (1990, 1988-ci illərdə X. Səfərova ilə birgə) fərdi sərgiləri keçirilib. Onun əsərləri Rusiya, Türkiyə, Ukrayna, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İran, Suriya və Misirdə sərgilənib
1946-cı ildə rəssam Xalidə Səfərova ilə ailə qurub və həmin ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. O, 21 noyabr 2001-ci ildə Bakı şəhərində vəfat edib. Rəssam Tağı Tağıyevin qardaşı, Əkrəm Tağıyevin atasıdır.
Mükafatları
- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı
- Zaqafqaziya respublikalarının 1-ci bienallının diplomu (Tbilisi, Gürcüstan SSR)
- "Müasir Azərbaycan incəsənəti" rəssamlıq müsabiqəsinin 3-cü mükafatı (BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən Bakıda təşkil olunub)
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.11.2025)
Türk dillərinin geneoloji təsnifatı
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası haqqında olan layihəsində bügünkü söhbətimiz Türk dillərinin geneoloji təsnifatıbarədədir.
Türk dillərinin geneoloji təsnifatı müasir türkoloji araşdırmalarda tarixi-müqayisəli metod əsasında müəyyənləşdirilən sabit bir struktur kimi qəbul edilir. Geneoloji bölgünün formalaşmasında əsasən N.A. Baskakovun “Тюркские языки”, Talat Tekinin Orxon və qədim türk dili ilə bağlı tədqiqatları, Gerard Clausonun etimoloji araşdırmaları, həmçinin Lars Johanson və Éva Csatónun redaktə etdikləri “The Turkic Languages” kimi fundamental mənbələr əsas rol oynayır. Bu mənbələrə görə türk dillərinin mənşəcə bölünməsi ilk mərhələdə iki böyük qola ayrılır: Oğur (Bulqar) qolu və Şərqi Türk qolu. Oğur qolunun yeganə yaşayan nümayəndəsi çuvaş dilidir və geneoloji xətt baxımından digər bütün türk dillərindən ən erkən ayrılmış dil kimi qəbul edilir. Qolun digər tarixi üzvləri bulqar və xəzər dilləri artıq tükənmiş dillərdir və onların varlığı yalnız tarixi mənbələrdən və dolaylı linqvistik bərpa metodlarından bilinir.
Şərqi Türk qolu isə türk dillərinin böyük əksəriyyətini birləşdirir və daxilində bir neçə əsas geneoloji alt qrup formalaşdırır. Bu alt qrupların müəyyənləşdirilməsi dilçilikdə yalnız struktur fərqlərinə deyil, həm də tarixən izləndiyi təsdiqlənən qohumluq əlaqələrinə əsaslanır. Şərqi qolda ən geniş yayılmış və tarixi cəhətdən əsaslı şəkildə müəyyənləşdirilmiş qruplardan biri Oğuz dilləridir. Oğuz qrupu Azərbaycan, Türkiyə türkcəsi, türkmən, qaqauz, salar və xalac dillərini əhatə edir. Bu qrupun geneoloji bütövlüyü oğuz tayfa birliklərinin tarixi hərəkət marşrutu və siyasi təşkilatlanması ilə uyğun gəlir. Oğuz dillərinin müstəqil bir qrup kimi formalaşması məsələsi O. Pritsak və F. Sümer kimi tədqiqatçıların əsərlərində geniş şəkildə əsaslandırılmışdır.
Şərqi Türk qolu daxilində ikinci böyük geneoloji qrup Qıpçaq dilləridir. Müasir türkoloji ədəbiyyatda bu qrup bir neçə yarıma ayrılır: qıpçaq-poloves qolu (qaraçay-balkar, qumuq), qıpçaq-noğay qolu (tatar, başqırd, qazax, qaraqalpaq, noğay) və bəzi tədqiqatçılara görə keçid xüsusiyyətləri daşıyan Krım-tatar dili. Qıpçaq dillərinin geneoloji birliyi Baskakov və Samoyloviçin təsnifatlarında ardıcıl şəkildə göstərilib və bu təsnifat müasir elmdə də etibarlı sayılır.
Şərqi Türk qolunun digər mühüm geneoloji qolu Karluk (Uyğur–Özbək) dilləridir. Bu qrupa yeni uyğur və özbək dilləri daxildir. Uyğur yazı ənənəsinin qədimliyi və çoxəsrlik yazılı korpusun mövcudluğu bu qrupun tarixi inkişafını daha aydın şəkildə izləməyə imkan verir. Talat Tekin və Clausonun araşdırmalarında karluk qrupunun türk dilləri içində ayrıca və müstəqil bir geneoloji xətt kimi formalaşdığı təsdiq edilir.
Türk dillərinin geneoloji təsnifatında Sibir türk dilləri də ayrıca qrup kimi qəbul olunur. Bu qrupa yakut (saxa), dolqan, tuva, tofar, xakas, şor və çulım dilləri daxildir. Bu dillərin tarixi inkişafı, coğrafi izolasiya səbəbindən, digər türk qruplarından ayrılıqda izlənə bilir və onların geneoloji vahid kimi təqdim olunması həm Werner, həm də Vajdanın Sibir türkcəsi ilə bağlı tədqiqatlarında əsaslandırılmışdır.
Bəzi təsnifatlarda Altay dili ayrıca bir qrup kimi verilsə də, müasir türkoloji mənbələrdə altay dili adətən Sibir türkcəsinin tərkibində qiymətləndirilir. Kırğız dili də bəzi tədqiqatçılar tərəfindən ayrıca bir qol kimi təqdim edilsə də, geniş qəbul edilən təsnifatda Şərqi Türk qolu daxilində ayrıca bir yarımqrup kimi göstərilir.
Beləliklə, etibarlı akademik mənbələrə əsaslanan geneoloji bölgü göstərir ki, türk dillərinin mənşəcə ən əsas və sabit təsnifatı Oğur qolu ilə Şərqi Türk qolunun iki əsas budağından ibarətdir. Şərqi Türk qolu isə öz daxilində Oğuz, Qıpçaq, Karluk, Sibir və bəzi lokal qruplara bölünür. Bu təsnifat türk dillərinin tarix boyu keçdiyi inkişaf mərhələlərini və tayfa birliklərindən müasir dillərə qədər davam edən geneoloji ardıcıllığı ən dolğun şəkildə əks etdirən model kimi qəbul olunur.
“Ədəbiyyat və incəsənət”
(21.11.2025)
Qərbi Azərbaycanın etnik tərkibində dəyişikliklərin tarixçəsi
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Qərbi Azərbaycanın etnik tərkibində dəyişikliklərin tarixçəsi bölgənin qədim dövrlərdən başlayaraq müxtəlif siyasi, hərbi və demoqrafik proseslərin təsiri altında formalaşmış mürəkkəb inkişaf yolunu əks etdirir. Bu ərazilər, indiki Ermənistan dövlətinin yerləşdiyi torpaqlar qədim zamanlardan etibarən türk mənşəli tayfaların məskunlaşdığı, daha sonra isə Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər kimi Azərbaycan dövlətlərinin siyasi hakimiyyətində olmuş geniş bir coğrafiyanı əhatə edirdi.
Orta əsrlərdə Azərbaycan türklərinin bölgədə dayanıqlı demoqrafik üstünlüyü formalaşmış, kənd təsərrüfatı, ticarət, şəhər mədəniyyəti və hərbi-siyasi quruluş əsasən yerli türk-müsəlman əhalinin fəaliyyəti üzərində yaranmışdı. Bu dövrdə erməni əhalisi bölgənin müəyyən hissələrində mövcud olsa da, onların kütləvi şəkildə nəinki İrəvan, həm də Göyçə, Zəngəzur və digər Azərbaycan ərazilərində məskunlaşması yalnız sonrakı əsrlərdə baş vermişdir.
Etnik dəyişikliklərin kəskin şəkildə başlaması XIX əsrin əvvəllərinə təsadüf edir. 1826–1828 Rusiya-İran müharibəsindən sonra bağlanan Türkmənçay müqaviləsi ilə İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə qatıldı. Çar Rusiyası Cənubi Qafqaza nəzarəti gücləndirmək və bölgədə özünə siyasi dayaqlar yaratmaq üçün ermənilərin kütləvi şəkildə İran və Osmanlı torpaqlarından köçürülməsini planlı şəkildə təşkil etdi. 1828–1830-cu illərdə baş tutan bu köçürmələr nəticəsində bölgəyə on minlərlə erməni gətirildi və tarixi demoqrafik nisbət dəyişməyə başladı. Rəsmi Rusiya arxivlərinin məlumatları həmin illərdə İrəvan şəhəri və xanlıq ərazisində müsəlman əhalinin çoxluq təşkil etdiyini, lakin köçürülən erməni ailələrinin sayının sürətlə artdığını göstərir. Bu proses XIX əsrin sonuna qədər davam edərək, bölgənin etnik strukturunda fundamental dəyişikliklər yaratdı.
XIX əsrin sonlarında aparılan 1897-ci il Rusiya imperiyasının ilk ümumi siyahıyaalması artıq İrəvan quberniyasında iki əsas etnik qrupun, yəni azərbaycanlıların və ermənilərin demoqrafik baxımdan nisbətən yaxın mövqedə olduğunu göstərirdi. Müsəlman (azərbaycanlı) əhali əsasən kəndlərdə və geniş ərazi boyu yaşayırdı, erməni əhalisi isə həm kənd, həm şəhər mühitində getdikcə möhkəmlənirdi. İqtisadi fəaliyyət sahələrində də tədrici dəyişikliklər meydana gəlmiş, ticarət və sənətkarlıqda ermənilərin payı artmağa başlamışdı. Bu dövrdə 1905–1906-cı illərdə baş vermiş erməni-müsəlman qarşıdurmaları etnik gərginliyi dərinləşdirdi və bölgənin gələcək demoqrafik taleyinə təsir göstərdi.
Birinci Dünya Müharibəsi və Rusiya imperiyasının süqutu Qərbi Azərbaycanda etnik vəziyyəti daha da ağırlaşdırdı. 1918–1920-ci illərdə bölgədə siyasi hakimiyyət boşluğu, yeni dövlətlərin yaranması və müharibə şəraiti etnik toqquşmalar, qırğınlar və məcburi köçürmələr dalğası yaratdı. Bu illər ərzində azərbaycanlı kəndlərinin böyük hissəsi dağıdıldı, əhali ya qətl edildi, ya da köçməyə məcbur edildi. Ermənistan Respublikası qurulduqdan sonra bölgədə azərbaycanlıların demoqrafik çəkisi daha sürətlə azalmağa başladı və yeni etnik reallıq formalaşdı.
Sovet hakimiyyətinin qurulması ilə Qərbi Azərbaycan ərazisi Ermənistan SSR-ə daxil edildi. Formal olaraq millətlərarası bərabərlik və təhlükəsizlik siyasəti elan edilsə də, faktiki olaraq azərbaycanlıların sayı hər onillikdə azalmaqda davam edirdi. 1920–1930-cu illərdə aparılan sovet siyahıyaalması materialları azərbaycanlıların müəyyən sayda və nisbi sabitliklə mövcud olduğunu göstərsə də, siyasi qərarların, torpaq islahatlarının və inzibati dəyişikliklərin nəticəsində onların payı tədricən aşağı düşürdü.
Ən kütləvi və həlledici dəyişiklik 1948–1953-cü illərdə SSRİ rəhbərliyinin qərarı ilə həyata keçirilən deportasiyalar olmuşdur. Ermənistan SSR-dən Azərbaycana doğru on minlərlə azərbaycanlı ailəsi zorla köçürüldü. Bu deportasiyalar nəticəsində Qərbi Azərbaycanın kəndlərinin böyük hissəsi boşaldı, yüz illər boyu mövcud olmuş Azərbaycan etnik məkanı parçalandı və ermənilərin bölgədə demoqrafik üstünlüyü tam şəkildə təmin edildi. Deportasiya dalğaları yalnız fiziki yaşayış məkanının dəyişməsi ilə deyil, həm də mədəni, sosial və tarixi yaddaşın qırılması ilə nəticələndi.
Sovet dövrünün son mərhələsi və xüsusilə 1988–1991-ci illər Qərbi Azərbaycanın etnik tarixində sonuncu kütləvi dönüş nöqtəsi oldu. Qarabağ münaqişəsinin başlanması ilə Ermənistan ərazisində yaşayan azərbaycanlılar tam şəkildə qovuldu. Bir neçə il ərzində yüz minlərlə azərbaycanlı öz dədə-baba yurdlarından çıxarılaraq qaçqın vəziyyətinə düşdü. Beləliklə, Qərbi Azərbaycan əraziləri tarixində ilk dəfə olaraq azərbaycanlılardan tamamilə təmizləndi və bölgənin etnik tərkibi radikal şəkildə dəyişdi.
Bütün bu proseslər göstərir ki, Qərbi Azərbaycanın etnik tərkibi təbii demoqrafik inkişafın deyil, əsasən siyasi qərarların, savaşların, kütləvi zorakılıqların və dövlət siyasətlərinin nəticəsində dəyişmişdir. XVII–XIX əsrlər boyunca türk-müsəlman əhalinin üstünlük təşkil etdiyi bu coğrafiya XX əsrin sonuna gəldikdə tamamilə fərqli etnik mənzərəyə çevrilmişdir. Tarixi faktlar sübut edir ki, bölgənin demoqrafik dəyişiklikləri təkamül xarakterli deyil, məcburi miqrasiya, deportasiya, etnik təmizləmə və inzibati müdaxilələrin nəticəsi olaraq formalaşmışdır.
“Ədəbiyyat və incəsənət”
(21.11.2025)
Симфония памяти: "Азербайджанский поэтический венок Сергею Есенину"
Афаг Шихлы,
поэт-переводчик, член Союзов писателей Азербайджана, России и Евразии.
В мир филологии, словно комета, ворвалась ослепительная новинка – изысканное издание университета Хазар, книга профессора Исахана Исаханлы "Азербайджанский поэтический венок Сергею Есенину". Автор, признанный мэтр азербайджанского есениноведения, доктор филологических наук, увенчанный Международной Есенинской премией и, к тому же, проректор университета Хазар, сотворил не просто научный труд, а волнующий гимн единству культур и вечной любви к поэтическому слову. Это творение уже пленило сердца российских есениноведов, вызвав в их среде искренний и неподдельный интерес.
"Азербайджанский поэтический венок…", словно сотканный из нежнейших нитей любви и глубочайших знаний, поражает своей искренностью и проникновенностью.
Исахан Исаханлы, посвятивший многие годы своей жизни изучению жизненного пути и творчества Сергея Есенина, создал не просто академическую работу, а вдохновенный диалог между азербайджанской и русской литературами. Каждая страница этого труда свидетельствует о кропотливом труде исследователя, с щедростью делящегося своими открытиями с миром.
На 344 страницах этого уникального издания органично переплелись научный анализ, трепетные поэтические откровения и личные воспоминания автора. Исахан Исаханлы, выступив в роли составителя, редактора и автора проникновенного предисловия "Сергей Есенин в стихотворениях", сумел собрать под одной обложкой редчайшие жемчужины – стихотворения, посвященные Есенину азербайджанскими поэтами на протяжении десятилетий.
Особую ценность представляет собой публикация первого в азербайджанской литературе стихотворения, прославляющего гений Есенина, – "Сергей Есенин" Али Назима, представленное в двух графических формах – кириллицей и арабским шрифтом, словно подчеркивая историческую связь и многообразие культурных влияний, обогативших обе литературы.
В результате многолетних, поистине титанических изысканий автору удалось собрать богатейшую библиографию, включающую в себя 42 стихотворения азербайджанских авторов на родном языке, 69 произведений, написанных на русском языке, 42 перевода с азербайджанского на русский, а также стихи двух российских поэтов, посвященные Есенину, в оригинале и в переводах на азербайджанский язык. Эта кропотливая работа, несомненно, станет бесценным сокровищем для будущих исследователей есенинского творчества.
Камертоном личного, трепетного отношения автора к великому поэту стали фотографии, запечатлевшие Исахана Исаханлы в памятных местах, связанных с именем Есенина: в Москве, Рязани, Константиново, Мардакане (Aзербайджан), а также в его личном кабинете на фоне есенинского уголка. Эти снимки не просто оживляют повествование, но и передают ту глубокую любовь и уважение, которое питает ученый к предмету своего исследования.
Думаю, что наша команда, трудившаяся над созданием этого уникального издания: художник Мехди Самади, компьютерный дизайнер Нармина Гасымова и я - автор этих строк, внесли свой вклад в создание гармоничного и эстетически привлекательного произведения.
"Азербайджанский поэтический венок Сергею Есенину" – это не просто еще одна книга о великом русском поэте, это вдохновенный гимн дружбе и взаимопониманию между народами, выраженный в поэтических строках и научных исследованиях. Этот труд, несомненно, обогатит как азербайджанское, так и российское есениноведение и станет настольной книгой для всех, кто ценит высокую поэзию и научный поиск.
Следует отметить, что Исахан Исаханлы – лауреат престижной Международной Есенинской премии "О Русь, взмахни крылами". Эта премия, учрежденная в 2005 году Союзом писателей России и Национальным фондом развития культуры при поддержке Института мировой литературы им. А. М. Горького РАН и журнала "Осиянная Русь", является признанием выдающихся заслуг в области изучения и популяризации творчества Сергея Есенина. Есенинский комитет института возглавляет доктор филологических наук, главный научный сотрудник Гусева (Шубникова-Гусева) Наталья Игорьевна. Руководит премией первый секретарь Союза писателей России, поэт Геннадий Иванов, а сопредседателем и председателем жюри является поэт, писатель Дм. Дарин, председатель отборочного жюри Международной Литературной Премии им. Сергея Есенина "О РУСЬ, ВЗМАХНИ КРЫЛАМИ", член Высшего творческого совета Московской городской организации Союза писателей России.
В 2025 году Исахан Исаханлы был удостоен этой высокой награды в номинации "перевод", что стало ярким подтверждением его высочайшего авторитета в области есениноведения. Примечательно, что еще в 2015 году он был отмечен этой наградой за свои критические работы ("Взыскующим взглядом"). К сожалению, торжественное награждение, прошедшее 24 октября 2025 года в московском музее Есенина, прошло без личного присутствия Исахана Исаханлы, которого подвело здоровье. Однако мы уверены, что признание его заслуг стало лучшим лекарством и стимулом для дальнейших творческих свершений.
Признание коллег и почитателей таланта Исахана Исаханлы звучит как прекрасное дополнение к уже сказанному о его новой книге. Слова искренней благодарности и восхищения, адресованные профессору, словно сплетаются в еще один поэтический венок – венок признательности и уважения. Доктор филологических наук, главный научный сотрудник, руководитель есенинского комитета при Институте мировой литературы имени А. М. Горького Российской академии наук, Наталья Игорьевна Гусева (Шубникова-Гусева) с восторгом отметила: «У нас в России еще нет такого подобного издания. Оно – ПЕРВОЕ и ВЕЛИКОЕ!» Она подчеркнула мастерство переводчика, глубокое понимание поэзии Есенина и подвижнический труд, объединяющий азербайджанских переводчиков.
Ирина Машенкова и Владимир Середа из Тамбовского университета имени Державина, находящиеся сейчас в Узбекистане, выразили искреннюю благодарность за подарок: "…в Тамбове нас ожидает встреча с Вашей книгой и увлекательное чтение - как говорили в детские годы Есенина, душеполезное!"
Сергей Трифонов, член Международного Есенинского общества «Радуница», библиофил и создатель сайта esenin.ru, назвал книгу "замечательной" и отметил, что материалы из этой книги могут пополнить раздел "Есенин на языках народов мира" на его сайте Есенин.ру.
Поэт, писатель, председатель отборочного жюри Международной Литературной Премии им. Сергея Есенина "О РУСЬ, ВЗМАХНИ КРЫЛАМИ" Дм. Дарин, подчеркнул всеобщую заботу о здоровье Исахана Исаханлы и выразил уверенность, что победа в номинации "Переводы" послужит дополнительным лекарством. "Дорогой Исахан! Весь Есенинский мир следит за Вашим здоровьем! Нет сомнений, что Всевышний не допустит ухудшений или замедления восстановительного процесса, и Вы скоро встанете на ноги! – написал он в своем письме.
Ветеран УФСБ России по Рязанской области, подполковник в отставке, рязанский есениновед Юрий Вадимович Блудов отметил, что это отличное и солидное издание, а также его заинтересовали стихи самого Исахана Исаханлы и замечательные фотографии в конце книги.
Доктор филологических наук, профессор Сергей Пяткин из Арзамаса, назвал подарок Исахана Исаханлы "шикарным" и выразил свою благодарность теплыми, дружескими словами: "Горжусь Вашей творческой, научной и подвижнической деятельностью!"
Все эти слова, наполненные искренним уважением и восхищением, стали еще одним ярким свидетельством значимости труда Исахана Исаханлы и его вклада в развитие есениноведения.
"Азербайджанский поэтический венок Сергею Есенину" – это яркое подтверждение того, что поэзия не знает границ и способна объединять сердца людей по всему миру!
P.S. Я могу с уверенностью сказать, что судьба подарила мне счастье многолетней дружбы с Исаханом Исаханлы. Зная о его творчестве и таланте, возможно, больше, чем кто-либо другой, я с особым трепетом вспоминаю работу над этой книгой, куда вошли и мои стихи и переводы. Я уже давно осознала, с каким замечательным и талантливым человеком меня свела жизнь – человеком, который еще не раз порадует азербайджанскую и русскую литературу множеством прекрасных книг и стихотворений. Исахан Исаханлы - это человек, боготворящий Есенина, человек, который посвятит множество добрых дел укреплению дружбы между Азербайджаном и Россией, человек, чей вклад в литературу невозможно переоценить. Именно в этом контексте хотелось представить книгу профессора Исахана Исаханлы "Азербайджанский поэтический венок Сергею Есенину".
(19.11.2025 Москва.)
“Ədəbiyyat və incəsənət”
(21.11.2025)


