Super User
“Küçələrə su səpmişəm” – Vicdanın hökmü, taleyin cəzası
Xanım Aydın,
“Ədəbiyyat və incəsənət”
Azərbaycan kino tarixində bir film var ki, onun gücü hadisələrin çoxluğunda deyil, insan ruhunun dərin qatlarına enə bilməsindədir. Bu film mərhum rejissor Nicat Feyzullayevin 2004-cü ildə ekranlaşdırdığı “Küçələrə su səpmişəm” ekran əsəridir. İlk baxışda sadə kənd həyatından bəhs edən film əslində vicdan, sədaqət, fədakarlıq, günah və insan taleyi haqqında dərin bir fəlsəfi hekayədir.
Onun adı tamaşaçını romantik bir ovqata kökləyir. Azərbaycan musiqisinin ən kövrək mahnılarından biri olan “Küçələrə su səpmişəm” sanki sevgi, həsrət və gənclik xatirələrini yada salır. Lakin filmin süjeti inkişaf etdikcə məlum olur ki, bu romantik adın altında insan taleyini sarsıdan ağır bir faciə gizlənir.

İki əmioğlunun ayrılan yolları
Film-pritça görkəmli yazıçı İsi Məlikzadənin eyniadlı əsəri əsasında çəkilib. Hekayənin mərkəzində iki əmioğlu – Xəlil və Bəhmən dayanır.
Onlar uşaqlıqdan ayrılmaz dost olublar. Lakin bir təsadüf onların taleyini kökündən dəyişir. Ov zamanı baş verən bədbəxt hadisə nəticəsində dostları Tağı həyatını itirir. Silah Bəhmənin əlində olsa da, gələcəyinin məhv olmaması üçün onun yerinə həbsxanaya gedən Xəlil olur.
Bu məqam filmin əsas sualını ortaya qoyur: insan başqasının günahının cəzasını çəkə bilərmi?
Qanun qarşısında bəlkə də mümkündür. Amma həyat qarşısında?
Xəlil beş ilini həbsxanada keçirir. Həkim olmaq arzusu yarımçıq qalır. Sevdiyi qızdan uzaq düşür. Gəncliyinin ən gözəl illərini itirir. Bəhmən isə ali təhsil alır, professor səviyyəsinə yüksəlir, cəmiyyətdə nüfuz qazanır. İllər sonra onların yenidən qarşılaşması filmin ən güclü psixoloji qatını yaradır.

Xəlil – həddindən artıq yaxşı insan
Azərbaycan kinosunda müsbət qəhrəmanlar çox olub. Amma Xəlil obrazı fərqli təsir bağışlayır. Onun faciəsi pis insan olması deyil. Əksinə, həddindən artıq yaxşı insan olmasıdır. Xəlil kin saxlamır. İllər sonra qarşısında dayanan Bəhməni yenə də mehribanlıqla qarşılayır, evinə qonaq aparır. O, bağışlamağı bacarır. Lakin bağışlamaqla unutmaq eyni şey deyil. Filmin ən mühüm ideyalarından biri də burada gizlənir. İnsan bəzən başqasını bağışlasa belə, taleyinin əlindən alınmış illərini unutmağa qadir olmur. Xəlilin daxilindəki ağrı səssizdir. O, bunu dilə gətirmir. Amma tamaşaçı hər baxışında, hər susqunluğunda həmin nisgili hiss edir.

Bəhmən – uğurun kölgəsində qalan vicdan
Filmdə Bəhmən obrazı adi mənfi qəhrəman deyil. O, cinayətkar kimi təqdim olunmur. Əksinə, savadlı, uğurlu və cəmiyyət üçün faydalı bir insandır. Lakin onun daxilində mühüm bir çatışmazlıq var: vicdan yükünü daşımaq istəmir. Bir zamanlar əmioğlusundan öz yerinə həbsə getməyi xahiş edən Bəhmən sonradan bu fədakarlığın həqiqi qiymətini dərk edə bilmir.
Ən təsirli məqamlardan biri də budur ki, Xəlil illər keçsə də mənən böyüyür, Bəhmən isə peşəkar uğurlar qazansa da, mənəvi baxımdan yerində sayır.
Film göstərir ki, insanın əldə etdiyi diplomlar, titullar və vəzifələr onun mənəvi kamilliyinin göstəricisi deyil.

“Küçələrə su səpmişəm” – lirikalı körpü
Filmdə eyni adlı xalq mahnısı adi musiqi müşayiəti funksiyası daşımır.
Bu mahnı Xəlilin itirdiyi gəncliyin, yarımçıq qalmış sevgisinin və həyata çatmayan arzularının simvoluna çevrilir. O, gəncliyində sevdiyi Sadayın evinin yanından keçərkən bu mahnını oxuyurdu. İllər keçir, həyat dəyişir, insanlar dəyişir, amma həmin mahnı dəyişmir. Məhz buna görə film boyu səslənən “Küçələrə su səpmişəm” mahnısı keçmişlə bu gün arasında körpü rolunu oynayır. Filmin sonlarına yaxın tamaşaçı anlayır ki, Xəlil ilk sevgisini də, itirdiyi arzularını da heç vaxt tam unuda bilməyib.
Təbiətin dili ilə danışan kino
Nicat Feyzullayev bu filmdə sözlərdən daha çox təsvirlərin gücünə inanır. Kürlə Arazın birləşib sonra ayrılması təsadüfi detal deyil. Bu, uşaqlıqdan bir-birinə bağlı olan iki əmioğlunun sonradan fərqli istiqamətlərə gedən həyat yollarının simvoludur.
Filmin vizual dili də diqqət çəkir. Masazır duz gölünün ağlığı, kənd mənzərələri, ocaqxananın alovları və təbiət görüntüləri personajların daxili aləmi ilə səsləşir.
Burada təbiət sadəcə fon deyil, hadisələrin iştirakçısıdır.
Böyük aktyorların böyük qarşıdurması
Filmin uğurunda aktyor oyununun xüsusi payı var. Fuad Poladov Xəlilin daxili ağrısını yüksək pafossuz, son dərəcə təbii şəkildə təqdim edir. Onun susduğu məqamlar bəzən uzun monoloqlardan daha təsirli görünür. Rasim Balayev isə Bəhmən obrazında vicdanla karyera arasında sıxışıb qalan bir insanın mürəkkəb xarakterini yaradır. Mehriban Zəkinin canlandırdığı Teybə də filmin emosional yükünü daşıyan mühüm obrazlardan biridir.
Filmin əsas mesajı
“Küçələrə su səpmişəm” əslində bir cinayət hadisəsi haqqında film deyil. Bu film məsuliyyət haqqında filmdir. Müəlliflər göstərirlər ki, insan öz səhvinin nəticələri ilə özü üzləşməlidir. Başqasının çəkdiyi cəza heç vaxt günahı aradan qaldırmır. Əksinə, yeni faciələr yaradır. Xəlil həbsdən çıxır, ailə qurur, yaşayır, işləyir. Kənardan baxanda hər şey qaydasında görünür. Amma tamaşaçı hiss edir ki, onun həyatında heç vaxt dolmayan bir boşluq var.
Bəlkə də filmin ən böyük uğuru məhz budur: o, qəhrəmanlarını nə mühakimə edir, nə də bəraət qazandırır. Sadəcə göstərir ki, insan taleyi bəzən bir anın içində dəyişir və həmin anın kölgəsi ömür boyu onunla qalır. “Küçələrə su səpmişəm” bu gün də aktuallığını itirməyən, insan vicdanının ən həssas nöqtələrinə toxunan filmlərdən biridir. Çünki zaman dəyişsə də, sədaqətin qiyməti, vicdanın yükü və itirilmiş arzuların ağrısı dəyişmir. Bəzi yaralar sağalır, amma bəzi mahnılar kimi insanın daxilində ömür boyu səslənməkdə davam edir.
“Ədəbiyyat və incəsənət”
(18.06.2026)
Məşhur şeirin yazılma səbəbi
Etibar Əbilov,
Neftçaladan.
“Ədəbiyyat və incəsənət”
Unudulmaz Xalq şairimiz Vaqif Səmədoğlunun məşhur şeirinin atamın – dövrünün tanınmış ədəbiyyatşünası İmmaverdi Əbilovun arxivində qorunan nadir əlyazmasını görürsünüz şəkildə.
...Bu məşhur şeirin yazılma səbəbi barədə Vaqif Səmədoğlunun özünün yazdıqları:
"...Moskvada heykəltəraş Sidurun emalatxanasında Nazimin (Nazim Hikmətin – red.) məzar daşının necə olması üstündə məsləhətləşərkən yaxın dostu Rəsul Rza: "Məzar üstündə yalnız ayaq izləri olsun, "bu dünyadan bir Nazim keçdi" duyğusunu oyandırsın" -dedi.
Belə də etdilər. O zaman bir şeir yazdım:
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl...
Bir cüt ayaqqabı qoyun,
ayağı yalın geyib getsin".
“Ədəbiyyat və incəsənət”
(18.06.2026)
Hekayə saatı - Mübariz Cəfərlinin hekayələri
“Ədəbiyyat və incəsənət” portalının Hekayə saatı rubrikasında bu gün sizlərə təqdim ediləcək Mübariz Cəfərlinin iki hekayəsi yəqin ki, marağınıza səbəb olacaq. Elə onların milçəklərə və arılara (?) ithaf edilməsi özlüyündə orijinal və diqqətçəkəndir.
Beləliklə:
Mübariz CƏFƏRLİ
AMADƏ
Milçəklərə
Arı ilə milcək pəncərəsində xırda bir deşik olan balaca bir otaqda qalsa, arı bayıra yol axtara-axtara min kərə özünü şüşəyə, özü də az qala şüşənin eyni yerinə vurub tələf olacaq. Cünki bir xətlə, eyni cürə hərəkət eləyib azadlığa qovuşmaq istəyir. Loru dildə desəm, başı dəfələrlə divara, pəncərəyə dəysə də, inadından dönmür, yolunu dəyişmir. Milçəksə usanmadan, yorulmaq bilmədən dolanbac, ziqzaqlı şəkildə otağın hər tərəfində uçacaq, nəhayət, pəncərədəki balaca deşiyi tapıb bayıra çıxacaq. Bəzi adamlar da belədi. Ağıllı fikirləşincə dəli vurub çayı keçir. Dünyadan bixəbər, ancaq işbaz, çevik adam gecə-gündüz qapılar döyə-döyə, sağa-sola vurnuxa-vurnuxa, böyüklərin qabağında əyilə-əyilə, mənsəb sahiblərinin əlindən-ayağından öpə-öpə özünə bir gün ağlayır, ətəkləri yalaya-yalaya öz ali məqsədinə, arzusuna çatıb sanballı bir vəzifə sahibi olur. Nadanların aqillərdən yaxşı, firavan yaşamasının səbəbi budu. Müdriksə ətalətə mübtəladı... Bunların hansı üstündü demək, sormaq, beləliklə də, müdriklə çevik nadanı eyni daş-tərəziyə qoymağın özü mizanı elə bəri başdan əymək deməkdi. Hərəsinin öz yeri, öz işi, öz yaşam tərzi var. Müdrik ona görə var-dövlət dalınca qaçmır ki, dünya malı adidən-adi görsənir ona. Həm də yanını yerdən qaldırmağa tənbəllik eləyir. Belə çıxır ki, tənbəllik özü də müdriklik əlamətidi. Amma sözsüz ki, müdriklik-nadanlıq, yaxşılıq-pislik nisbi anlayışdı. Ölçülər azca dəyişən kimi o anlayışlar da kəlləmayallaq olur, nadan müdrikə, müdrik səfehə, yaxşı pisə, pis isə əladan-əlaya çevrilir. Çünki heç nə dayanıqlı deyil, hər şey hərəkətdədi. Ona görə kənara çəkilib ağıllı-ağıllı hər şeyə qiymət verməyə tələsməyək. Onsuz da verdiyimiz qiymət düz, dəqiq olmayacaq. Bir də ayılıb görəcəyik ki, ya həddindən artıq baha dəyərləndirmişik lazımsız misi, ya da qızıla, lələ öz layiqli qiymətini verə bilməmişik. Qiymət qoyan nəinki heç nəyin əsl dəyərini bilmir, eləcə də özünün ən dəyərsiz varlıq olmağından xəbərsizdi. Necə deyiblər onu; ləldir, əşrəfdir, düşübdü nadan əlinə. Zər qədrini zərgər bilər. Zərgər də ki yoxdu, bəndələrdən əlini üzüb, məhşərəcən qalxıb göyün yeddinci qatına. Sözümün canı ondadı ki, məxluqun bütün dəyərləri dəyişkəndi. Bu günün qəhrəmanı sabahın qurbanlığıdı. Özünə dəyər verə bilməyən külli-kainatı necə qiymətləndirib aləmlərin sirrinə vaqif olacaq? Balaca bir cücünün, ağcaqanadın, milcəyin əlində aciz qalan başından çox-çox yekə işlər görmək istəyindədi. Əzəmətli fateh lövğa-lovğa necə demişdi kasıb müdrikə? “Ey böyük alim, ürəyindən keçənləri de, əmr eləyim bir göz qırpımında hüzuruna gətirsinlər”. Müdrik də cavab vermişdi ki, bacarırsansa, milçəklərin kökünü kəs, milçəklər məni çox incidir. Beləcə, fateh başından yekə qələt elədiyini anlamışdı. Məxluq milçəkləri yox eləmək xəyalına düşsə, öz nəsli qırılar. Bu dünyada neçə min növü olan milçəyin öhdəsindən fağır məxluq necə gəlsin? Sənə, sənin yaratdıqlarına inanmayana lənət, Xudaya! Demə, qidalanmayan milcəklər də varmış Yer üzündə. Əlbət ki, məxluq çox yazıqdı, qorxaqdı, bütün yaramazlıqları da elə qorxusundan törədir. Yox olanlar Yaradanın iradəsi ilə qeybə çəkilir. İnsan dağıdıcıdı, qırıcıdı, qan tökəndi, fitnə-fəsad törədəndi, şükür ki, tamam yox eləmək qüdrəti yoxdu onda. Yoxsa Yer üzü çoxdan məhv olmuşdu.
O ki qaldı milçəklərin amadə yeməyinə, hazıra nazir olmağına, milçəklərin zəhmətkeş arılarla, qarışqalarla müqayisəsinə, mən bunu da düzgün saymıram, hər yaradılanın öz yeri var. Həm də Yer üzündəki bütün müqayisələr qüsurludu...
Milçəklərin hazıryeyən olmağı da cəfəngiyatdı. Bağışla məni, hazıryeyən yalnız nəcis milçəkləridi, zibillik milçəkləridi. Dadlı xörəyə daraşan sapalaq arasında əzilib xurd-xəşil olmağı da gözünün altına almalıdı. Həmişə, hər yerdə belədi, havayı ləzzətin bədəlini gec-tez canınla ödəməlisən. Ölənlərin behiştlik, mənim rəhmətlik atamın yekə əlləri vardı. Yay vaxtı süfrə başında oturanda hərdən əllərini vurardı bir-birinə. Baxardıq ki, ovuclarının arasında əzilib içi çıxan milçəklərin sayı-hesabı yoxdu. Kişi heç əllərini də yumazdı bir şapalaqda qırx milçəyi əzəndən sonra. Başlayırdı heç nə olmayıbmış kimi Allah verəndən iştahla yeməyə. Özü də əllə, qaşıqsız, çəngəlsiz-filansız... Ancaq yavan çörəyi belə elə iştahla yeyərdi ki, baxanın ağzının suyu axardı. Yazıq iş-güc, əkin-biçin adamı idi. Səhərdən-axşamacan, gecə-gündüz torpaqla əlləşirdi, bel, kətmən əlindən düşmürdü. Çəkdiyi zəhmət onu iştaha gətirirdi, eynən maşın kimi də, məni sürmüsənsə, zəhmət çək, nöyütümü, benzinimi tök. Özü də qədd-qamətli, dimdik, şümal kişi idi rəhmətlik. İndiki kişilərin çoxunun qarnı ona görə hamilə arvadlara bənzəyir ki, zəhmət çəkməmiş, işləməmiş, tər dabanlarından axmamış bir ucdan yeyir. Bilmirəm, nə təhər deyim ki, Allaha-Tanrıya xoş getsin, elə bil həyətdə dayanıb sürülməmiş, üstündə milçəklər yatan maşına bir ucdan benzin tökürlər. O vaxt milcəkqıran-zad nə gəzirdi? Ya təzək yandırardıq ağcaqanadların, qara milçəklərin, uçan-qaçan min cürə qurdun, cücünün, həşəratın əlindən, ya da ertədən girərdik miçətkənə. Bəzən şamını da elə miçətkəndə eləyənlər olurdu. İndi cürbəcür dərmanlar çıxıb, evə vurursan, milçək kandardan içəri girmir, ətirfason mayeləri bədəninə sürtürsən, ağcaqanad sənə yaxın durmur. Hamısı pul tələsidi. Adamlar gündə bir hoqqa çıxarırlar, odu söndürüb külü ilə oynayırlar. Xəbərləri yoxdu ki, zahiri bər-bəzəyə aludə olub min ildi nəinki yerlərində sayırlar, il-ildən geriləyirlər. Yuxudadılar hələ, dərin bir yuxuda, məhşər günü qəfil ayılıb görəcəklər ki, dərin, dibsiz, qaynar bir quyunun içinə düşüblər. Onda da gec olacaq, day əlləri heç yana çatmayacaq...
Sənin işlərin nə təhər gedir? Evdə oturmağından belə başa düşürəm ki, bekarçılıqdı, iş gördürən yoxdu hələ ki... Neynək, darıxma, qismət Allahdan, verən də odu, alan da... Məxluqu da qınamalı deyil, qazancı qarnına güclə çatır, day svarka-mvarka işi heç kəsin yadına düşmür. Hərdənbir dincəlmək də lazımdı, gecə-gündüz işləyib dünya malından ötrü özünü öldürmək səfehlikdi. Hara istəyirsən, fırla, milçək olmaq qarışqa kimi min bir zillət çəkməkdən yaxşıdı. Necə deyiblər onu, ağıllı olub yerin-göyün fikrini eləyinçə, özünü dəliliyə vur, qoy sənin dərdini çəksinlər. Nə isə, sənə ləzzətli küftə-bozbaş gətirmişəm, dur qızdır, bu günlük onu ye, sabaha Allah kərimdi...
BAL
Arılara
Deyirlər, arıların beş gözü var. Necə gözü olur-olsun, mən arıların ifrat zəhmətkeşliyin divanəlik, səfehlik sayıram. Baxmayaraq ki, “Quran”da da bal arısına aid məxsusi surə var. Bununla belə, işləyə bilməyən, xəstə arının qanadlarını yolub yuvadan kənara ataraq tələf eləmək qəddarlığın son həddidi. Yaratdığını, min bir dərdin dərmanı olan balını qədirbilməz məxluq yeyəcəksə, zillət çəkməyin mənası nədi? Düzdü, ayılar da meşədəki balı yeməyi xoşlayır, arının balından savayı südü də çox xeyirlidi. Amma bunun o xeyri yaradana, arılara nə dəxli? Gecə-gündüz zəhmət çək, gündə neçə kilometr uç, hər güldən bir qətrə toplayıb can dərmanı yarat ki, naşükür adamlar acından ölməsin. Artıb, çoxalıb qarışqa kimi düzü-dünyanı tutsun, güc toplayaraq hər yeri dağıdıb xarabazara çevirsin, məhşər gününü yaxınlaşdırsın. İnsan ruzi tapmayıb aclıqdan gəbərməliydi, kökü kəsilməliydi ki, bu dünya, Yer üzü rahat nəfəs alsın. Dağıdıcı üçün ruzi yaratmaq onunla əlbir olub öz-özünə qənim kəsilməkdi. Qəddar arı ailəsinin kəskin qaydaları xəstə balasını yeyib heç olmasa fiziki birləşmək duyğusunu gerçəkləşdirən pişiklərin adətindən də qat-qat dözülməzdi. Pişik balasını aclıqdan yox, əlacsızlıqdan, istədiyindən yeyir. Balası ilə bir yerdə olmaqdan ötrü... Qədim, antik dövrdə də təxminən belə rituallara rast gəlinirdi. Ad çəkmək istəmirəm, amma sevimli, bilikli sagirdləri, tələbələri ilə cinsəl yaxınlıq eləyən filosoflar vardı. Hər bir tələbə arzulayırdı ki, ustadı onunla yaxınlıq eləsin, çünki bu yaxınlıq həmin tələbənin seçilmiş olmasından, ən yüksək mərtəbəyə çatmasından xəbər verirdi. Bəzi antik filosoflar haqqında məhz buna görə ölüm hökmü çıxarılmışdı. Bu işin dinimizə zidd olduğu ilə, çox böyük günah sayılması ilə işim yoxdu. Hərçənd bunun tarixi bizim dinimizdən çox-çox əvvəllərə gedib çıxır, elə İslamdan qabaqkı dinlər də bu işin ən bağışlanmaz suç olduğunu deyirdi. Bu öz yerində, əsas məsələ heyvanların, həşəratların, insanların qoyduğu qaydadakı öləzik oxşarlıqdadı. Xəstə körpəni yeyib onunla birləşmək, işləyə bilməyən balasının qanadlarını yolub öldürmək, bir də ki öz oğlun qədər istədiyin ən istedadlı tələbənlə yaxınlıq eləmək... Şübhəsiz bu qaydalardan ən iyrənci adamlarınkıdı, ona görə ki, quramadı, nəfsə, şəhvətə xidmət eləməkdi. Hələ mən bunun dini tərəfini qoyuram bir qırağa. Beləcə, yenə eyni nəticəyə gəlirik; Adəm övladı yaranmışların ən yararsızı, ən murdarıdı... Yaradan belə murdar məxluqu yalnız dağıdıcılığına görə xəlq eləyə bilərdi.
Nə gözlərini bərəldib diqqətlə qulaq asırsan? Başa düşürəm ki, heç nə qanmırsan. Səndə qəbahət yoxdu, hərdən mən özüm də öz fikirlərimin arasında dolaşıb qalıram, çıxış yolu tapa bilmirəm. Adamları da heyvanlarla, həşəratlarla müqayisə eləmək olar? Mən onları müqayisə eləmirəm, bərabər də tutmuram, mən balaca bir kəndin axundu kimi hökm verirəm özlüyümdə. Hökm verməyə ixtiyarım olmasa da, illərdi gəldiyim nəticəni dilimə gətirirəm: İnsan nəinki heyvandan, həşəratdan da aşağıdı. Əstəğfürullah, təkcə Qurbanolduğum tərəfindən seçilmiş müqəddəslərdən savayı... Əfsus ki, onların da, həyatlarını bu yolda fəda eləyənlərin də gücü yetmədi adamları düz yola gətirməyə...
Mənə adi adam kimi baxma, nə dediyimi yaxşı bilirəm mən. Sənin başının tükü sanı kitab oxumuşam. Hərçənd, sənin də saçın seyrəlib. Keçəlləşirsən yavaş-yavaş... Mənim rəhmətlik dədəm də cavan vaxtından dazlaşmışdı. Yazığın yel xəstəliyi də vardı, sümüklərinin, oynaqlarının ağrısından səhərəcən yata bilmirdi rəhmətlik. Yazda cürbəcür arılar tutub soxurdu maykasının altına ki, vursun arılar onu. Arının zəhəri də xeyirlidi axı... Di gəl, arılar da neştərini sıxmurdu, batırmırdı onun bədəninə, vurmurdu onu... O qədər tənbəki çəkmişdi ki, təkcə üst-başından yox, bədənindən, qırmızımtıl dərisindən də tütün iyi gəlirdi kişinin. Arılar da sakitcə mürgüləyirdi, gəzirdi kişinin maykasının altında, azadlığa çıxmağa məqam axtarırdı, vəssalam. Dədəm də gözləməkdən bezikib axırda deyinə-deyinə, hirslə əynindəkini soyunurdu, əzilib xurd-xəşil olan arılar düşürdü yerə, qurtulanlarsa tez uçub gedirdi.
Mən dədəmə oxşamamışam, dayılarıma çəkmişəm, saçlarım coddu, sıxdı, ancaq qar kimi ağappaqdı. Lap şaxta babaya oxşayıram. Saçım ağ, bığım-saqqalım ağ... Amma saçın ağarmağındansa elə tökülməyi yaxşıdı. Hərçənd, indi buna da çarə tapıblar, keçəl başa tük əkirkər, ağ saçı rəngləyib qapqara qaraldırlar. Bir növ, Allaha demirəm, zamana kələk gəlirlər indiki kişilər. Odey, Şirzadın oğlu çənə Bayram lap ağını çıxardıb; arvad kimi saçını saraldıb, eləyib sapsarı... Sən də görmüsən, yəqin. O abır-həya bilməz Bayram sarı başı ilə səhərdən-axşamacan şəstlə o yana gedir, bu yana gedir. Utanmaq-zad da qalmayıb adamlarda. Nə deyim, vallah, indi heç bilmək olur ki, kim hansı məzhəbə qulluq eləyir. Kimin əlinə nə gəlir, sürtür başına ki, belə moddu... Məxluq lap yolunu azıb. Əzəldən var idi hüsnü-cəmalı, indi də olub dəli Bayraməli...
Arı dedim, yadıma düşdü, sənin üçün bir banka xalis bal gətirmişəm, acanda çörəyin üstünə yaxıb yeyərsən. İstəsən, bir az kərə yağı da qatarsan. Yağnan balı bir-birinə qarışdıranda lap ləzzətli olur...
“Ədəbiyyat və incəsənət”
(18.06.2026)
Biri ikisində - Aynur Haqverdinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində sizlərə Aynur Haqverdinin şeirləri təqdim edilir.
Sevib-sevilib, ayrılıq acısı yaşayanları xüsusən təsirləndirəcək bu şeirlər.
Şeir nədir, bir az xatırladan, bir qədər kədər, nisgil gətirən, bir az da ümidləndirən...
Nə bir ulduz axır göylərdən,
Nə bir kirpik düşür gözlərimdən
dilək tutmağa.
Bir ümid yeri də yoxdur
Səni orada unutmağa...
Əminik ki, bəyənəcəksiniz. Xoş mütaliələr.
Aynur HAQVERDİ
ÇƏRÇİVƏDƏKİ ŞƏKİL
Çərçivədəki şəklimizin sən olan tərəfini kəsib,
təyyarə düzəldib,
uçurmuşam lap uzaqlara…
Bəlkə də, bir sevinc payı göndərmişəm
Göydə təyyarə görəndə sevinən uşaqlara.
Dağları, çayları dolanıb gəzən küləklərdən
Daha istəmirəm ətrini sənin.
Səni boğulmaqdan qurtaran köpəyintək
Daha istəmirəm xətrini sənin.
Məni sularına daş atdığım
Balıqların ahı tutdu –
Amma balıqlar atdığım daşları unutdu.
Daha darıxmıram, deyim biləsən…
Otağımın pəncərəsinə
Günəş şəkli çəkmişəm,
Gecələr qorxmayım deyə.
Şəkil demişkən...
Şəklin...
Çərçivədə yerin bomboş qalıb.
Üstəlik, məzartək qaralıb.
ŞEİR ADAM
Yenə ağlımdan keçdin, gözləri şeir adam,
Dəyişdi ab-havam, nəfəsi ətir adam.
Sevgimi yağır göydən, islanmısan lap tamam,
İslanmaq da gözəldir, götürmə çətir, adam.
Yenə yadıma düşdün, qaranlıq düşən kimi,
Yenə bir dilək tutdum, ulduz sürüşən kimi.
Bəxş etdiyin fərəhlə qəlbim görüşən kimi,
Hisslərim dastan olur, yerişi sətir adam.
Yenə xəyalın gəlib, gözlərimdə dincəlir,
Röyalar ərşə çıxır, görsə, xəyalın gəlir.
Saatın əqrəbləri ömrümün bağrın dəlir,
Vüsalı məlhəm təki özünlə gətir, adam.
SƏNİ UNUTMAQ
Səni unutmaq asan olardı,
Birgə çərpələng uçurduğumuz
Küləklər olmasaydı.
Bir zamanlar məni bəzədiyini
Çiçəklər olmasaydı,
Səni unutmaq asan olardı.
Sevgimizin şahidi
Günəş, Ay olmasaydı…
Təqvimdə fəsillərdə
Ən sevimli fəslin:
Yay olmasaydı.
Bahardan sonra payız gəlsəydi,
Səni unutmağa nə vardı ki?!
Səhərlər Günəş doğmasaydı,
Axşamlar Ay çıxmasaydı,
Səni unutmağa nə vardı ki?!
Küləklər əsməsəydi,
Çiçəklər bitməsəydi...
Səni unutmağa nə vardı ki?!
SƏNƏ NƏ?
Sənə nə necəyəm, nə təhərəm mən?
Yerlə yeksən olmuş bir şəhərəm mən.
Mən bir şəhərəm ki, küçələrinə
Su səpir gözümün gileyli yaşı.
Mən bir şəhərəm ki, uca yerinə,
Deyirlər: “bağrımın yanıqlı başı”.
Mən bir şəhərəm ki, gecələrinə
Ay doğmur, dərd doğur onun yerinə.
Dərd doğur, qəm doğur üstümə mənim,
Kədər dostum olub, sevinc düşmənim.
Gecəm şəhərimə kəsilib qənim,
Gecədən qaradır məndəki səhər.
Bir gün çıxıb gəlsən uzaqdan əgər,
Dalanım qüssədir, döngəmsə qəhər,
Çörəyim doyurmur, suyumsa zəhər.
Mən bir şəhərəm ki, baharı, yayı
Küləkdən, sazaqdan bol edir payı.
Ümidi, sevinci boğulur tamam
Yağışlar yağanda, daşanda çayı.
Mən bir şəhərəm ki!
Yerlə-yeksən olmuş bir şəhərəm mən,
Şeirdən boylanan bir kədərəm mən.
Taleyim əlləri aça bilməyən
Bərk-bərk düyünlənmiş bir qəhərəm mən.
Sənə nə necəyəm, nə təhərəm mən?
SƏNİ GƏTİRƏN YUXULAR
Səni gətirən yuxular çoxdan unudulub,
İçinə qənd salıb arxanca atdığım
sular dönüb bulud olub.
Bəlkə də, indi həmin bulud pəncərənə
Narın-narın yağmaq istəyir.
Bilirəm, əllərin indi
başqasının əllərinə dəyir,
Gözlərin indi başqa qəlbi isidir…
Bilirəm, yanındakı çox xoşbəxt biridir.
Gecənin gündüzdən nə fərqi?!
Günəş də ömrümə şəfəq saçmır daha,
Dodaqlarım sevincdən qaçmır daha.
Qəlbimdə min dua,
Əllərim yalvarır Allaha…
Sən gedəli arzular boylanmır sabaha.
Bəlkə də, indi evinin üstündə
Bir dəli şimşək çaxır.
Bəlkə də, yanındakı sənə qısılaraq
Pəncərədən səmaya baxır.
Sanki qırıq-qırıq edilmiş qəlblərin
Çatlarının göylərdə əksidir ildırım.
Sanki ağlatdığımız insanları
Bizə xatırlatmaq üçün yağır yağışlar…
Arxanca atdığım sular
Bulud olub qatar-qatar.
Bəlkə də, pəncərənizi
Döyəcləyir yağışlar.
Bəlkə də, yanındakı
ən gözəl paltarını geyir
və
Əzizim, gəl gedək
Yağışda rəqs edək, – deyir.
İçinə qənd salıb arxanca atdığım
Sular üstünüzə yağır bir-bir…
MƏN Kİ
Mən ki səni sevmişdim dəli mart yağışında,
Eşqinlə islanmışdım baharın ağuşunda.
Axı biz and içmişdik payızında, qışında
Sevgimizi ipisti saxlaya bilək, adam.
Axı nə dəyişdi ki, gözlərində şaxtadır?!
Elə baxma nə olar, məgər bu eşq saxtadır?!
Gözlərindən qor uman qəlbim donmuş taxtadır.
Bu sazağa dözərmi könlümdə dilək, adam?
O soyuq baxışların necə də yandırır e,
Ölən eşqin halını gözlərin andırır e.
Eşq ölüncə soyuyub baxışlardan boylanar.
Of, soyuq baxışlardan, de, necə yanmaq olar?
Axı soyuqluq hara, yanıb kül olmaq hara?
Gör, bu həyat bizlərə nələri qandırır e,
Soyuqluq yandırarmış, var belə kələk, adam.
ÜMİD YERİ
Yadından biryolluq çıxardanda məni,
Qəlbimi özümə qaytaraydın kaş.
Ruhum göylərə meylini salır
Ağaranda gün, qaralanda qaş.
Eşq yuxusu töküləndə
Gözlərimdən yavaş-yavaş
Könlünə yatmaq istəmişdim, sadəcə.
Axan qanlı göz yaşımla, kirpiyimlə
Yuxularım ərşə çəkilir hər gecə.
Gecələr göylərdən axan ulduzlar
Qaranınbəyazdanaldığı
Birqisaspayıdır, bəlkə də.
Göydənaxanulduzlarda
Gözdəndüşənkirpiklərintayıdır, bəlkə də.
Nə birulduzaxırgöylərdən,
Nə birkirpikdüşürgözlərimdən
diləktutmağa.
Bir ümidyeridə yoxdur
Sənioradaunutmağa.
“Ədəbiyyat və incəsənət”
(18.06.2026)
“Tələbə yaradıcılığı” – Gültəkin Məmmədovanın “Zaman” essesi
“Tələbə yaradıcılığı” rubrikasında bu gün sizlər Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Gültəkin Məmmədovanın “Zaman” adlı essesi ilə tanış olacaqsınız.
GÜLTƏKİN MƏMMƏDOVA,
“ZAMAN”
Vaxt, zaman, saat, dəqiqə, saniyə... Günümüzün ən mühüm hissələrini — xoşbəxt, bədbəxt, gülərkən, ağlayarkən bir-birinin dalınca qaçan 3 əqrəbdən ibarətdir, deyilmi? Saat dəqiqəni, dəqiqə saniyəni izləyir. Ancaq yenə də fırlanıb, dönüb-dolaşıb bumeranq kimi eyni şeyi təkrarlayır və iki əsas hissədən ibarət: yarısı və tamam işlənmiş hissə, qalmış hissə. Heç düşünmüsünüzmü? Heç zamanı incələmisinizmi?
Mənə görə bu həyatda hər bir melodiya, film, heykəl, abidə, alət bir insanı və bir insanın xarakterini xarakterizə edir. Məndən soruşsanız, sən hamısı tikili və ya abidəsən, Piza qülləsi deyərəm. Niyəmi? Vaxtı ikən bir zəng qülləsi olan bu bina bir tərəfi çöküb və üzərində iş aparılaraq düzəldilməyə çalışılmış, lakin olmadığı üçün bir neçə il ara verilib və qüllə özünü torpağa tam bərkidərək əyilməyini dayandırıb. Sonra yenidən onun bir yanını tikərək ucaltmaq istəyiblər. Torpağın alışdığı çəkidən artıq olduğu üçün yenidən batıb və belə-belə təkrar olunub. Sonra isə elə buraxıblar və hal-hazırda UNESCO-nun Ümumdünya İrsi Siyahısındadır, var olduğu kimi.
Əlaqə budur ki, mən də ailəmin gələcəklə bağlı bağları üçün zəng səsi yox, uşaq səsi gəlsin deyə dünyaya gətirdikləri uşağam. Uşaqlıqdan məni formalaşdırmağa çalışsalar da, hər zaman bir yanım ruhumun aid olduğu, öyrəşdiyi torpağa meyilli olub və zamanla belə-belə davam edib. Nə qədər bir yanımı düzəldib məni çiyinlərimə yük yükləsələr də, batmağa davam etmiş, var olduğum formada böyüməyə davam etmişəm və dərinliyim mənim qəbul olunmadığım tiki ilə doludur.
Alət hansı? Piano. Niyə? Çünki o qədər incə musiqi alətidir ki, onu sadəcə ifa etmək üçün deyil, hiss etmək üçün ifa etməlisən. İncə toxunsan incə, sərt toxunsan sərt reaksiya verir. Sənin məni necə ifa etməyin, mənim isə özümü sənə o cür ifadə etməyimdən asılıdır.
Bax, görürsünüz? Hər birinə bir misal çəkərəm. Ancaq bütün insanlar, bütün varlıqlar hamısının bir-biri ilə oxşar bir cəhəti və bir aləti var: saat. Bəli, bəli, saat hər bir şəxsin həyat tərzi və xarakterinə uyğundur. İnsanın yaşam boyunca 3 əsas yaş dövrü var: uşaqlıq, yetkinlik, qocalıq. Saatda neçə ox idi? Aa, təsadüfə bax, o da 3. Saniyə uşaqlıq kimi çevik, tez, aktiv. Dəqiqə yetkinlik kimi normal, öz tempində. Saat isə qocalığımız kimi ağır və ən axırıncı, özü üçün asta-asta gedir.
İnsanın həyatda 2 yaşam xüsusiyyəti olur: bir yaşayıb yaşadığı, iki yaşayacağı, yaşamaq istədiyi. Aa, bax yenə təsadüf, saat da iki hissədir: biri işlənmiş, biri qalmış. Necə də uyğundur, düz deyilmi? İşlənmiş həyatımda yaşadığım hissəni, qalmış isə həyatda hələ davam edəcəyimiz hissəni simvolizə edir.
Bəs geri nə qaldı? Yarısı və tamam. Biz yaşadığımız vaxt ərzində iki dəfə həyatımızın yarısını necə gəldi yaşayırıq, geri qalanını isə artıq bir gün tamamlanacaq deyə istədiyimiz kimi yaşamaq lazımdır deyirik və tamamlanana qədər də elə gedir. Bəzən bu həyatın acımasız üzü bəzilərini elə yarıda, tamamlanmadan dayandırır.
Bəzən özümə sual verirəm: doğrudan da bizmi vaxtı idarə edirik, ya vaxtmı bizi idarə edir deyə? Cavab yox. Çünki biz nə qədər idarəli olsaq da, o öz zamanında tamam olub dayanacaq. Bunun üçün zamanında hər şeyin qədrini, dəyərini bilmək gərəkdir. Çünki zaman özünə yenidən geri çəkilərək düzəldilmə şansı tanısa da, bizlərə o şansı tanımır. İtirdiyimiz zamanı geri ala bilmirik.
Doya-doya yaşayın, hər anın dadını çıxarın. Vaxtında sevin, sevilin. Qırmadan, tökmədən, incitmədən. Ağlayaraq deyil, gülərək yaşamaq lazımdır bu zamanı.
Bəlkə də mənə dəli deyirsiniz. “Bir saata bu qədərmi anlam yükləyər insan?” Bəzilərinizsə “Bu qədər boş vaxtın var, oturub bunu yazırsan” deyə düşünür. İnsanlarda düşüncə tərzi və anlayış fərqlidir. Mən bunu yazıramsa, bir şeyləri anlamışam. Vaxt itirərək, o vaxt çərçivəsində sevdiklərimi, dəyərli hər hansı bir şeyi, şansları, fürsətləri anlayanda isə artıq mən də yarısını yaşamış oluram. Yazıram ki, oxuyun. Bəlkə anlayarsınız. Siz mənim kimi yarısına gəlib keçəndən sonra anlamayın, artıq yarısına gələndə anlamış olun deyə.
Olmayacaq şeylər üçün boşuna qaçmayın. Olacaq şeyləri boşuna əlinizdən verməyin. Əlinizdə olanı itirib, itirdikdən sonra sızlamayın. Hər şeyin öz zamanı, öz vaxtı var və əsla nəsə üçün zamanı, zəmanəni günahlandırmayın. Zaman da öz axarında gedir: 1,2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12... birdən-birə 1-dən 12-yə atlamır. Zəmanə də öz axarında gedir, dünya elə özü üçün fırlanır, zaman da onunla.
Siz dəyişmisiniz, sizin düşüncəniz, sizin tərziniz dəyişib müasir dövrə keçid etmisiniz və ayaqlaşa bilmirsinizsə, bunda nə zaman, nə zəmanə günahkardır. Zamanın dili yoxdur bunu belə et deyə. Sizsiniz yaradan, yandıran, ərsəyə gətirən.
Sadəcə anlayın ki, zaman zamandan dəyərlidir. Hər anınızın qədrini bilin. Zaman sizi irəli aparır. Nə geri getmə şansınız, nə də o anı geri gətirmə imkanınız yoxdur. Tanrı belə zamanı geri alıb digər dinləri yox edib İslamı saxlamır və hər zamanında bir elçi ilə gələcəyi düzəltməyə çalışırsa, insan övladının nə həddinə?
Bax, görürsünüz? Bəziləriniz kimi burada da düşüncəmi dinə bağladım. Axı biz hər ZAMAN nə etsək də, bütün günahı işləyib sonra yoluna müsəlman kimi davam edən bir toplumuq.
Bəlkə də düşünürsünüz ki, yersiz idi bu sözüm. Əslində Qiyamət Günü “saat” olaraq adlandırılır və onun vaxtını yalnız Allahın bildiyi vurğulanır. Siz də bu dünyadan o saat tamam olana qədər, ilk halınızdan son halınıza qədər yaşayırsınız.
Həyatınız boyunca etdiyiniz hər şey — yaxşısı ilə, pisi ilə, doğrusu ilə, səhvi ilə — bir-bir üst-üstə yığılır. Sonda isə bütün bu yaşananlar tamamlanır.
Bir sual verim sizə: heç ZAMAN sözünütərsinə oxumağı sınamısınız?
Nə isə, boş verin… bu da mənim sadəcə düşüncəm idi.
“Ədəbiyyat və incəsənət”
(18.06.2026)
“Hardan bilinəcəkdi, kim nə çəkdi!” – Yalçın Türkay, Təbriz
Habil Yaşar,
“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə Çağdaş türk dünyası ədəbiyyatı layihəsində bu gün yolumuz Təbriz şəhərinədir.
Bugünkü qonağımız türk dünyasının mənəvi kodlarını özündə daşıyan Təbrizdə yaşayıb-yaradan Yalçın Turkay bəydir. Gəlin onu yaxından tanıyaq.
1981-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Yazıçılıq fəaliyyətinə 2002–2003-cü illərdə başlamışdır. Əsərləri İranda nəşr olunan “Yarpaq”, “Yaşmaq”, “Heydər Baba”, “Ban” və “Sancı” dərgilərində, eləcə də İraqda çap olunan “Katibəl Türkəmani” və Türkiyədə yayımlanan “Kardeş Kalemler – Aylıq Avrasiya Edebiyat” dərgilərində dərc edilmişdir.
Müəllifin əsərləri “Baş Çıxaran Ölüm”, “Ağ Məqbərələr” və “Azərbaycan Şairləri” adlı antoloji kitablarda da yer almışdır.
Ali təhsilini psixologiya ixtisası üzrə başa vurmuşdur və lisans dərəcəsinə malikdir.
Çap olunmuş və nəşrə hazırladığı əsərlər:
* “Qızıl Mucahidlər” (2008) – şeirlər toplusu
* “Sonuncu Dua” (2013) – Əli Səmid Kürün şeirlər toplusu
* “Yaz Bayramı” (2014) – Mirəli Seyidovun mifologiya sahəsində tanınmış əsəri
* “Dövlətim Məhəbbət, Varım Sevgidir” (2014) – Nəbi Xəzrinin lirik şeirlər toplusu
* “Daş” (2018) – Əli Kərimin şeirlər toplusu
* “Payız Məktubu” (2018) – Paşa Qəlbinurun şeirlər toplusu
* “Qumarbaz” (2019) – Fyodor Dostoyevskinin məşhur əsərinin nəşri
* “Daha Dəhşət” (2019) – Cabir Novruzun şeirlər toplusu
* “Cəza Köynəyi” (2019) – Xəlil Rza Ulutürkün şeirlər toplusu
* “Popcorn Yeyən Ənqa Quşları” (2021) – türkcə şeirlər toplusu.
ESTOKASTİK
Bəlkədə min il sonra,
Çox sadəcə bir qız-uşağı -
Qulaqlarına hedfon taxaraq
Səksəkəylə
Geym oynayırda indimizi!!
Yaxud, bəlkə də indi,
Hansısa bir sabahda;
Daş üstə cızılacaq
Şəkil fikiriyik kimi,
Prosə keçiririk -
Varılmaqçün
Cızılmaqçün
Xeyli soralar üçün -
Neandertal birisinin
Gözlərində -
Barmaqlarında...
İŞDİR DƏ, BU DA BİR İŞDİR
Yorumsuz bir hünəri əsər imiş-
Sən demə bu varaq!
Təmamilə mübhəm olduğuna baxmayaraq-
-Bu əsər-
Səy etməsənsə də-
Üst-üstə səni götürəcəkdir, sözsüz ki;
Sadalaya bilmədiyin,
Sui təfahümlərə sarı sansordan xeyli- xeyli iraq!
Söhbət deyildir sadə desəm,
Söz:
-silinməyəcəkdir, iztirablardan gedir bu arada-
Bu arada-
Yara da, elə- belə bir məfhum deyildir illər sonra-
Yeri qalsın dərisinin üstündə illərdən sonra!
Sonra-
Qanyaddaşından silinsin,
Sonra-
Bilinsin cərahətinin izi, bilinib- bilinməz!
Bilinməz! Hardan bilinəcəkdi, kim nə çəkdi!
Çəkdi nə kimin yaranı?! Haranı?
Haranı, kim çəkib?!
Kim çəkib- gedib?!
Gedib, çəkdiyini kim nə biləcəkdir kiminkini?!
Kimin kini, yandırıb da- yaxdı ömür boyu-
Kiminki kimi, kiminsə hayatını?!
Hayatını kiminsə itirdi?!
Hayatını kiminsə batırdı?!
Atırdı başından,
Qanyaddaşından-
Elə düşünürdü silinilmişdir,
Silinmişdir-
Silmişdir...
İşdir da bu da bir işdir!
Yeri qalmışdır dərisinin üstündə,
illərdən sonra...
Bir də-
Tənhalığında sığındığı yeri varmışdır illərdən sonra.
İztirablardan pənah aparıb da-
Təskin tapmışdır o yarada!
Bu arada-
Yorumsuz bir hünəri əsər-imiş-
Sən demə bu varaq!
Təmamilə mübhəm olduğuna baxmayaraq...
“Ədəbiyyat və incəsənət”
(18.06.2026)
Redaksiyanın poçtundan - Pərvanə Əliqızının “Sünbül hörüklər” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyanın poçtundan rubrikasında bu gün sizlərə Pərvanə Əliqızının “Sünbül hörüklər” hekayəsi təqdim edilir. Portalımız vasitəsilə ədəbi debüt edən müəllifin bu, sizlərin diqqətinizə çatdırdığımız sayca 4-cü hekayəsidir.
Deyirlər, keçmişə qayıtmaq olmur. Yalnız xatirələrə dalmaqla nəyisə yada salmaq mümkündür. Bilmirəm, bəlkə də, zamanın əksinə getməyi bacarmışdım, yaxud otuz iki il boyunca ən kiçik detallarına qədər xatırladığım o tablonun içinə sızmışdım.
Yolboyu gördüklərim mənə bugünün reallığı kimi görünmürdü. Elə bil müharibə filmlərinin çəkiliş meydançasına gəlmişdim. Bütün müharibə filmləri kimi bunun da minlərlə baş qəhrəmanı vardı.
Yola dörd nəfər çıxmışdıq. Bir ailənin dörd üzvü: atam, qardaşım, bacım. Hərəmiz bir cür yaşayırdıq bu hissləri.
Sükan arxasında əyləşən qardaşım məni həvəsə gətirmək üçün:
– Görəcəksiniz, səfərimiz çox rahat keçəcək, – dedi.
Bacım: – Bircə tez gedib çatsaydıq, – desə də, ürkək baxışlarından həyəcanı, bir az da qorxusu aydınca oxunurdu.
Atam anasının qucağına tələsən uşaq kimi gözünü yoldan çəkmir, arada dərindən köks ötürürdü. Hamısı bir az kədərli görünsə də, mən heç kimə bildirmək istəmədiyim çılğın bir sevinc yaşayırdım. Çünki əmanətimə qovuşacaqdım.
Məni orada illərdir əmanət qalan bir parçam gözləyirdi!
Evimizə – yataqda üzülüb sümük yığınına dönmüş xəstəyə bənzəyən o xarabalığa çatdıq. Başqa vaxt olsa, ağlayardım, üsyan edərdim.
Amma indi yox!
Zamanı aşıb geri qayıtmışdım.
Ağlamaq olmazdı.
Bu günü çox arzulamışdım!
Əlimi üstündə gəzdirdiyim qırmızı çay daşlarının istiliyi məni uşaqlığıma qaytardı.
Hamı sağdır: anam, nənəm, qonşular, şəhid sinif yoldaşım... Məhəlləmizin toy-büsatlı, çal-çağırlı vaxtlarıdır. Uzun saçlarımı sünbül hörürəm. İndi kol-kos basmış, addım atanda ilan yuvasına toxunmaqdan qorxduğum yollarda, təzə çantamı yellədə-yellədə məktəbə gedirəm.
Həyatımızın sakitliyini birdən-birə top və raket səsləri pozur. Bir də evimizlə vidalaşdığım gün düşür yadıma. Hörüklərimi kəsib divarın içindəki balaca oyuğa qoyduğum, evdə işləyən ustaların yarımçıq atıb getdiyi palçıqla üstünü suvadığım anı xatırlayıram.
Son anda da doğma həyətimizdən ayrılıb gedəcəyimizə inanmıram!
Bəs niyə çox sevdiyim saçlarımı burda əmanət qoyuram?
Bəlkə, getmək istəmədiyim üçün?
Yox, deyəsən, qəlbimin bir yanı ilə də uzun, əzablı ayrılığa inanıram.
Araya illərin amansız həsrəti düşdü. Hər ümidimi itirəndə: “Evimizdən uzaqlarda ölsəm də, bir parçam ordadır” – deyib təskinlik tapdım.
Ovaxtdan heç vaxt saçlarımı uzatmadım. Hərdən ərkim çatan qızların uzun saçlarına sığal çəkib dedim: “Mənim də belə hörüklərimi vardı!” İnanmadılar.
Geridə qoyub gəldiyim həsrət, əzab və ayrılıq dolu illərin ağrısını çıxmaq üçün özümə söz vermişdim: bu gün burada düz otuz iki ilin yaşanmamış bütün sevincini yaşayacağam.
Susuzluqdan soluxmuş yarpaqları və az qala yerdəki bütün alaq otlarını öpüb oxşayırdım. Deyəsən, onlar da məni tanıyır, xəfif-xəfif titrəyirdilər.
Hamısının qorxusunu ciyərimə çəkdim!
Qəddimi dikəldib təbəssümlə atama baxdım, nə düşündüyünü duymağa çalışdım. Ürəyimdən keçəni oxudu:
– Heç elə bil aradan illər keçməyib! Yenə öz evimdəyəm...
Təəccübləndim. Nə qəribə idi. Eyni anda ikimizin də eyni hissi yaşamışdıq.
Qardaşmla bacım boş çöllərə baxıb, bir vaxtlar evimizin yaşıllıqlar içində necə itib-batdığından danışdılar, evimizin arxadakı təpənin daha da kiçildiyini dedilər.
Sonra hərə bir kənara çəkilib gizlincə göz yaşlarını sildi.
Atam, qardaşım və bacım köçkünlükdə itirdiyimiz əzizlərin xatirəsini yad etmək üçün nənəmgilin həyətinə gedəndə, vaxt itirmədən uçub-tökülmüş balaca daş topasının arasında axtarışa başladım. Atamın “ehtiyatlı ol” xəbərdarlığını nəzərə almadım.
Kökündən qopmuş fidanlar küləyin qabağında necə büzüşüb titrəşirdisə, vətənsizlik də bizi eləcə gözüqıpıq eləmişdi. Başımı qaldırıb atama baxdım. Bir əlini gözünə günlük edib, o birini belinə qoymuşdu. Harasa diqqətlə baxırdı. Bəlkə, o da məhəlləmizin çal-çağırlı günlərinə boylanırdı. Həmişəkindən şux, həmişəkindən gümrah görünürdü. Daha da ümidləndim. Artıq heç nədən qorxmurdum.
Daşları tələsik kənara atmağa başladım. Günəşin istisindən çox, içimdəki yanğı yanaqlarımı qarsırdı. Üzümdəki tər damcıları çənəmin altında birləşib torpağa damcılayırdı. Dizlərimi yerə atıb daşların arasını axtarırdım. Getdikcə inadım artır, daha sürətlə hərəkət edirdim.
Atam gözünü uzaqlardan çəkib soruşdu:
– Xəzinə axtaranlar kimi bu daşın-torpağın arasından nə eşələnirsən?
– Saçlarımı!
Əvvəl heç nə başa düşmədi. Məsələnin nə yerdə olduğunu yadına salanda asta addımlarla mənə yaxınlaşdı, əlini o vaxtdan heç uzanmayan saçlarımda gəzdirdi, astadan nəsə pıçıldadı. Gözləri doldu. Səssizcə qolumdan tutub məni ayağa qaldırdı.
İkimiz də susub yerdən qaldırdığım daşların altında qaynaşan cürbəcür həşəratlara baxdıq. Siçan-siçovul yuvası ilə dolu idi buralar. İndi evimizin sakinləri bunlar idi.
Təəssüflə başımı qaldırıb uçub-dağılmış divara baxdım. Qulağımda anamın səsi cingildədi: “Bu evə sən doğulan il köçmüşük, evimiz səninlə yaşıddır!”
Elə o an anladım: həmyaşıdım evimiz ruhumu o hörüklərlə özünə bağlamışdı. Məni geri çəkib gətirən də otuz il boyu heç vaxt qırılmayan bu bağ idi. Hörüklərim öz müqəddəs missiyasını yerinə yetirib torpağa qarışmışdı. İndi mən bu torpağın, bu torpaq isə mənim bir parçam idi.
Gün yavaş-yavaş əyilirdi. Ot basmış yollarda maşın və insan səsləri artmağa başladı. Evlərini ziyarətə gələnlər geri dönürdü. Yoldan keçənlər biri-birini tanımasalar da, dayanıb gözaydınlığı verirdilər:
– Həmişə vətəndə!
Hamının üzünə qüruba enən günəşin işığına bələnmiş təbəssüm qonurdu.
Biz geri dönəndə artıq şər qarışırdı. Yolun hər iki tərəfində dalğalanan sünbül zəmilərinin rəngi tündləşir, get-gedə torpağa qarışan sünbül hörüklərimin rəngini alırdı.
“Ədəbiyyat və incəsənət”
(18.06.2026)
Sovet ideologiyasının bütləşdirdiyi Maksim Qorki
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Sovet ideologiyası onu bütləşdirmişdi, hər bir müttəfiq respublikada onu bir nömrəli proletar yazıçısı kimi tanıyır, ona ehtiram göstərirdilər. Ölümündən sonra da uzun illər bütləşdirilmişdi Maksim Qorki. Amma indi baxıb görürük ki, rus ədəbiyyatının Tolstoy, Dostoyevski, Çexov kimi dahilərinin yanında Maksim Qorki xeyli zəif və miskin görünür...
Aleksey Maksimoviç Peşkov – təxəllüsü Qorki 1868-ci il martın 16-da (28) Nijni Novqorodda, babası, boyama emalatxanasının sahibi Vasili Vasilyeviç Kaşirinə (1807-1887) məxsus olan Kovalixinskaya küçəsindəki daş bünövrə üzərində taxta evdə anadan olub. Qorki nəqliyyatçı olan atasını 5 yaşında ikən itirib və anası yenidən ərə getdiyindən anadan olduğu Novqoroda qayıdıb.
Alekseyin anası ona oxumağı, babası Kaşirin isə kilsə savadının əsaslarını öyrədib. Qısa müddət kilsə məktəbində oxudu, sonra çiçək xəstəliyinə tutulub və məktəbi tərk etmək məcburiyyətində qalıb. Daha sonra anası və ögey atası ilə birlikdə yaşadığı Kanavinoda iki illik ibtidai məktəbi bitirib. 11 yaşında tamamilə yetim qalıb, nənəsi və babası tərəfindən Həştərxanda böyüdülüb.
Nağılları ilə böyüdüyü nənəsinin onun formalaşmasında böyük təsiri vardır. Qorki yalnız bir neçə ay məktəbə gedə bilib. 8 yaşında işləməyə başlayıb, bunun sayəsində Rusiyanın fəhlə sinfinin həyatı ilə yaxından tanış olub. Bir gəmidə qabyuyan işləyərkən oxumağa kitab marağı yaranıb.
1884-cü ildə Aleksey Peşkov Kazana gəldi və Kazan Universitetinə daxil olmaq istəsə də, uğursuz olub. İlk gənclik illərini Kazanda keçirən Qorki, 1887-ci ilin dekabr ayında hətta intihara cəhd edib. O, ov tüfəngi ilə özünü ağ ciyərindən vurub və mühafizəçi polis Peşkovu rayon xəstəxanasına aparıb və orada uğurlu əməliyyat olunub.
Yara ölümcül deyildi, lakin ömürlük nəfəs yolu xəstəliyinə səbəb olub. Sonrakı 5 il boyunca müxtəlif işlərdə çalışaraq, daha sonra yazılarında istifadə edəcəyi bir çox təəssüratı əldə etdiyi böyük Rusiya səyahətinə çıxıb. 1885—1886-cı illərdə V. Semyonovun çörəkbişirmə və suxari zavodunda işləyib.
1887-ci ildə isə xalqçı Andrey Stepanoviç Derenkovun (1858—1953) çörəkxanasında çalışıb. Bu müəssisənin gəliri Kazandakı xalqçılar hərəkatının gizli maarifçilik dərnəklərinin maliyyələşməsinə yönəldilib. Həmin il Peşkov həm nənəsini, həm də babasını itirib: A. İ. Kaşirina 16 fevralda, V. V. Kaşirin isə 1 mayda vəfat edib.
Psixiatr, professor İ. B. Galantın fikrincə, 1920-ci illərin ortalarında yazıçının şəxsiyyətini və əsərlərinin psixopatoloji əsaslarını araşdırarkən, gənc yaşlarında Aleksey Peşkov psixi cəhətdən qeyri-sabit olub və bundan çox əziyyət çəkib. İ.B. Galant məktubunda Qorkiyə onun keçmişində “psixi xəstəliklərin bütöv dəstəsi”nin olduğunu bildirib.
Psixiatr M. O. Şaykeviç də 1904-cü ildə oxşar nəticələrə gəlib və Qorkinin qəhrəmanlarındakı psixoloji xüsusiyyətlər haqqında “Maksim Qorkinin qəhrəmanlarının psixopatoloji cizgiləri” adlı məqalə yazıb. Yaşlı Qorki bu diaqnozları rədd edib, özünü sağalmış psixopat kimi qəbul etmək istəməyib, lakin tibb araşdırmalarının qarşısını almağa gücü çatmayıb.
1888-ci ilin oktyabrında Qryaze—Tsaritsın dəmir yolunun Dobrinka stansiyasında gözətçi kimi işə düzəlib. Bu müddətdə qazandığı təəssüratlar “Keşikçi” və “Darixmaq xatirinə” hekayələrinin əsasını təşkil edib. Daha sonra Xəzər dənizi sahillərinə gedərək balıqçı artelində çalışıb.
1889-cu ilin yanvarında şeir formasında yazdığı şəxsi ərizə ilə Borisoqlebsk stansiyasına, sonra isə Krutaya stansiyasına əvəzedici olaraq keçirilib. Burada stansiya rəisinin qızı Mariya Basarqinaya vurulur və onun atasından istəsə də, rədd cavabı alıb. On il sonra artıq ailəli yazıçı ona yazdığı məktubda:“Mən hər şeyi xatırlayıram, Mariya Zaxarovna. Yaxşı şeylər unudulmur — həyatda onları unuda biləcək qədər çox deyil...” — deyə yazırdı. Peşkov kəndlilər arasında Tolstoy tipli kənd təsərrüfatı koloniyası yaratmaq istəyirdi, bunun üçün kollektiv məktub tərtib edib və Lev Tolstoyla görüşmək niyyətində idi, lakin Tolstoy qəbul etmir.
Peşkov “heyvanlar üçün” yazısı olan yük vaqonunda Nijni Novqoroda qayıdıb. 1889—1893-cü illərdə (fasilələrlə) Peşkov vəkil A. İ. Laninin katibi işləyir. 1898-ci ildə Qorki “Oçerklər və hekayələr”in ilk cildini ona ithaf edib və “Onun təsiri mənim təhsilimin inkişafında ölçüyəgəlməz dərəcədə böyük oldu” — deyə yazıb.
1889-cu ilin sonunda – 1890-cı ilin əvvəlində Peşkov Nijni Novqorodda yazıçı V. G. Korolenko ilə tanış olub və ona “Qoca palıdın nəğməsi” poemasını göstərib, lakin Korolenko əsəri kəskin tənqid edib. 1889-cu ilin oktyabrında Peşkov Laninin yanında katib işləyib və həmin ay tələbə hərəkatının Kazanda dağıdılmasının əks-sədası olaraq ilk dəfə həbs edilib
“Korolenkonun vaxtı” oçerkində bu hadisəni təsvir edib. O, tələbə–kimyaçı N. Z. Vasilyevlə dostlaşır və fəlsəfə ilə tanış olub. 1891-ci il aprelin 29-da Peşkov Nijni Novqoroddan “Rusiya boyu” səyahətə çıxıb. Volqada, Don boyunda, Ukraynada, Krımda və Qafqazda olub, yolun böyük hissəsini piyada qət edib.
Noyabrda Tiflisə gəlib və dəmir yolu emalatxanasında işləyib. 1892-ci ilin yayında Abxaziyada Suxum—Novorossiysk şossesinin tikintisində iştirak edib, sonra qısa müddət Bakıda neft mədənlərində işləyib — bunu həyatı boyu gördüyü ən ağır iş adlandırıb. Sonra yenidən Tiflisə qayıdır, zirzəmidə başqa fəhlələrlə birgə yaşayıb.
Müəssisələrdə idarəçilərin özbaşınalığı barədə faktları yazılı şəkildə toplamağı təklif edib. Tiflis tanışları Peşkovun qüvvətli bədən quruluşunu, kobud davranışlarını və yerişini qeyd edirdilər. O, Bayrona təqlid edərək şeirlər yazıb və qonşularına “Kain” və “Manfred”dən parçalar əzbər oxuyub. Sonralar bu qeydlər əsasında “Qız və ölüm” poemasını yazıb.
Tiflisdə inqilabçı Aleksandr Kalyujnı ilə tanış olub. Onun təkidi ilə Keşkov başına gələn hadisələri qələmə almağa başlayıb. “Makar Çudra”nın əlyazması hazır olanda Kalyujnı jurnalist Vladimir Tsvetnitskinin köməyi ilə hekayəni “Kavkaz” qəzetində nəşr etdirib. Nəşr 12 sentyabr 1892-ci ildə çıxıb və imza — “M. Qorki” olub.
Bu təxəllüsü Peşkov özü seçib. O deyib: “Axı ədəbiyyatda Peşkov yazmaq olmazdı...”. Həmin ilin oktyabrında Peşkov Nijni Novqoroda qayıdıb. 1893-cü ildə gənc yazıçı “Volqar” və “Voljski vestnik” qəzetlərində bir neçə hekayə dərc etdirib. Onun ədəbi müəllimi Korolenko olub.
Həmin il 25 yaşlı Peşkov ilk, nikah qeydiyyatı olmayan evliliyini Qorkinin sonralar “Birinci sevgi haqqında” (1922) hekayəsində təsvir edəcəyi mama-ginekoloq Olqa Kamenskaya ilə bağlayıb. Onlar 1889-cu ildən tanış olublar, Kamenskaya ondan 9 yaş böyük olub və qız övladı vardı.
1894-cü ilin avqustunda Korolenkonun tövsiyəsi ilə Peşkov kontrabanda ilə məşğul olan sərgərdan haqqında “Çelkaş” hekayəsini yazıb və “Rusoye boqatstvo” jurnalına təqdim edib. 1895-ci ildə Korolenko ona Samaraya köçməyi məsləhət görüb və Peşkov burada peşəkar jurnalist kimi işləməyə başlayıb, “Yequdiil Xlamida” təxəllüsü ilə məqalə və felyetonlar dərc etdirib.
Təxəllüs istehza ilə seçilib, üslub isə dini ədəbiyyatın yüksək, arxaik nitqinə bənzədilib. “Fikirlər və aforizmlər” rubrikası məşhur olub. İki ilə yaxın müddətdə Peşkov Samara qəzetlərində 500-dən çox yazı dərc etdirib. 1895-ci ilin iyununda “Çelkaş” nəhayət çap edilir və Qorkiyə ilk böyük ədəbi şöhrət gətirib.
1895-ci ildə “Samara qəzeti”ndə “Babushka Akulina” oçerki dərc edilir – gələcək “Uşaqlıq” povestinin ilk cizgiləri. 30 avqust 1896-cı ildə Samara Vznesensk kilsəsində Qorki var-yoxdan çıxmış zadəganın qızı, gimnaziyanı yenicə bitirən və “Samara qəzeti”nin korrektoru Yekaterina Voljinaya ilə evlənib.
1896-cı ildə xəstəliyi ağırlaşıb və o, bronxitdən sətəlcəmə keçirib. 1897-ci ilin yanvarında ona ilk dəfə vərəm diaqnozu qoyulub. Qorki Krımda müalicə alıb, sonra arvadıyla birlikdə Poltava yaxınlığında kənddə sağalıb, burada ukrayn dilini də öyrənməyə başlayıb. 21 iyul 1897-ci ildə burada onların ilk övladı – Maksim dünyaya gəlib.
1896-cı ildə Qorki Nijni Novqorod yarmarkasında Şarl Omonun kafşantanında “Sinematoqraf” aparatının ilk kino nümayişi haqqında rəy yazıb. 1897-ci ildə Qorki “Rus fikri”, “Yeni söz” və “Şimal poçtası” jurnallarında əsərlər dərc etdirib. “Konovalov”, “Zazubrina”, “Qoltvada yarmarka”, “Orlovlar”, “Malva”, “Keçmiş adamlar” və digər hekayələri çap olunub.
Həmin ilin oktyabrında yazıçı öz ilk böyük əsəri – “Foma Gordeyev” romanı üzərində işləməyə başlayıb. 1890-cı illərdə Qorki nitsşeçiliklə əlaqəli, ən çox "sərxoşlar" haqqında romantik qısa hekayələrin müəllifi kimi şöhrət qazanıb. Bu hekayələrin bəziləri heç vaxt təkrar nəşr olunmayıb. Digərləri isə Qorkinin ilk kitabı olan “Oçerklər və hekayələr”in bir hissəsini təşkil edib.
Kitaba Qorkinin ən məşhur hekayələri “Makar Çudra”, “Qoca İzərgil”, “Çelkaş”, “Yol yoldaşım”, “Bir dəfə payızda”, “Orlovlar”, “Keçmiş insanlar” daxildir. 1899-cu ildə Qorki ilk romanı olan "Foma Qordeyev"i, ardınca isə “Üçü” nəşr edib. Onun ilk pyesi olan “Məşşanlar” də həmin dövrdə nəşr olunub.
1902-ci ildə Maksim Qorki incə sənət sahəsi üzrə fəxri akademik seçilib. Sovet dövründə o, Nijni Novqorod Universitetinin fəxri professoru adına layiq görülüb. Qorki 5 dəfə Nobel mükafatına namizəd göstərilib: 1918, 1923, iki dəfə – 1928 və 1933-cü illərdə. 1932-ci ildə, hələ yazıçının sağlığında, onun doğma şəhəri Nijni Novqorod Qorki adlandırılıb və 1990-cı ilə qədər bu adı daşıyıb.
Keçmiş SSRİ dövlətlərinin demək olar ki, hər bir böyük yaşayış məntəqəsində Qorki küçəsi olub və ya indi də mövcuddur. 2013-cü ildə Rusiyada 2110 küçə, prospekt və dalan Qorkinin adını daşıyıb, əlavə olaraq 395-i isə Maksim Qorkinin tam adı ilə qeyd olunub. Maksim Qorkinin şərəfinə Saxalin adasında Qorkovskaya dağı, Antarktidada isə Qorki dağ silsiləsi adlandırılıb.
1936-cı il mayın 27-də Maksim Qorki Krımdakı Tesselidə istirahətdən sonra səhhəti yaxşı olmayan vəziyyətdə qatarla Moskvaya qayıdıb. Vağzaldan birbaşa Malaya Nikitskaya küçəsindəki Ryabuşinski malikanəsində yerləşən “rezidensiyasına” gedərək qripə yoluxmuş nəvələri Marfa və Daryanı görmək istəyib, virus ona da keçib.
Ertəsi gün o, Novodeviçye qəbiristanlığında oğlunun məzarını ziyarət edərkən soyuq və küləkli havada üşüdüb və xəstələnib. Qorki üç həftə Qorkidə yataqda qalıb. 8 iyuna doğru xəstənin artıq sağalmayacağı aydın olub. Stalin ölüm ayağında olan yazıçının yanına üç dəfə — 8, 10 və 12 iyunda — gəlib.
Qorki özündə fransız ədəbiyyatından, qadın yazıçılardan və onların kitablarından, fransız kəndlilərinin həyatından danışmağa güc tapıb. 18 iyun səhər saat 11 radələrində Maksim Qorki Qorkidə, 69 yaşında, oğlunun ölümündən cəmi iki ildən bir az çox sonra vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(18.06.2026)
Əski milli dəyərlərimizə özünəməxsus bədii münasibət göstərmək istəyən gənc yaradıcı
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"Çağdaş bədiiproseslərin çoxtəzadlı biraxarakökləndiyi, yaradıcıların "müasir" görünməkyarışınınmillibədiidəyərlərimizə ziyangətirdiyininqabarıqgöründüyü indiki şəraitdə bəzənbütünbunlarınəksini özündə yaşadansənətnümunələrinə də rastgəlməkolur.
Vurğuladığımızbuyenivə özünəməxsusbədiitutumugəncrəssamGünayMehdizadəninmüxtəlifmövzuluvə janrlı əsərlərində görməkmümkündür. Əvvəlcə onunmüxtəlifsərgilərdə nümayiş olunanrəngkarlıqlövhələri, sonraisə özü ilə şəxsitanışlığımdansonraəminoldumki, rəssamlıqməkanımızaəskimillidəyərlərimizə özünəməxsusbədiimünasibətgöstərməkistəyində olanbirgəncyaradıcı gəlib."
2022-ciildə Draqo Ştambukunmüəllifiolduğu "Zefir" əsərində G. Mehdizadəyə ithafedilən "Qədimbədiiənənəyə yenimünasibət" adlı bölmə yeralıb. Həminbölmədə Drago ŞtambukGünayMehdizadəninyaradıcılığını baxyuxarıdakı kimi qiymətləndirib.
Günay İsrail qızı Mehdizadə 18 iyun 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə kompüter proqramlaşdırılması ixtisası üzrə təhsil alıb. Rəssamlığa yönəlməsində Azərbaycan yazıçı-publisisti və jurnalisti, "Azərbaycan" jurnalının nəsr şöbəsinin müdiri, bir neçə filmin ssenari müəllifi Sara Oğuz xanım Nəzirovanın mühüm rolu olub.
Günay Mehdizadə Azərbaycanın Əməkdar Rəssamı Bəyimxanım Hacızadə və SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsgər Əsgərov kimi iki böyük sənətkardan 8 ilə yaxın xüsusi təhsil alıb. Bu istiqamətdə aldığı təhsil və ərsəyə gətirdiyi əsərlər onun peşəkar səviyyəyə çatmasına böyük töhfə verib.
Bu gün Günay Mehdizadə rəsmi olaraq Türkiyə və Azərbaycan rəssamı hesab olunmaqdadır. Rəssamın əsərləri Azərbaycan Respublikası Müəllif Haqları tərəfindən qorunmaqdadır. 2011-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2012-ci ildə Günay Mehdizadənin "Milli Qablar" əsəri Dünya Uşaq Ensiklopediyasına qeydə alınıb.
Rəssamın 2012-ci ildə qələmə aldığı "Novruz" əsəri "Azərbaycan Təsviri Sənətində Tarix və Şəxsiyyət" kitabına salınıb. 2013-cü ildə Beynəlxalq yarışmanın qalibi olan Günay Mehdizadə 2014-cü ildə Türkiyədə dördüncü Beynəlxalq Canlı Rəsm Simpoziumunda Azərbaycanı təmsil edib.
Əsərləri 2013-cü ildə gənc Azərbaycan rəssamlarının Milanda (İtaliya) keçirilən sərgisində böyük tamaşaçı rəğbəti qazanıb. 2014-cü ildə simpoziumda yaratdığı "Nar" əsəri Konyanın Modern Muzeyində sərgilənməkdədir. 2015-ci ildən isə "Atatürk Portreti" əsəri Ankarada Atatürk Ev Muzeyində sərgilənməkdə və Türkiyə Cumhuriyyəti sərvəti kimi dəyərləndirilməkdədir.
2017-ci ilin May ayında Bakı Yunus Əmrə İnstitunun təşkilatçılığı ilə İzmir Balçova Bələdiyyəsi və Kardeşlik İşbirliyi Dərnəyinin birgə əməkdaşlığı ilə "Rənglərin Qardaşlığı" layihəsinə rəssam-kurator kimi qatılaraq, iki ölkənin mədəniyyətini, sənətini və qardaşlığını təmsil edib.
2016–2017-ci illərdə Günay Mehdizadə xüsusilə tarixi əsərlər üzərində çalışıb. Müstəqilliyimizin 25-ci ildönümü zamanı Ulu Öndər Heydər Əliyevin portretini yaratmağa müvəffəq olub. Daha sonra "Atatürk Dönəmi", "Modern Türkiyə", "Xocalı Soyqrımı" əsərlərini yaradıb.
2018-ci il iyul ayında Moskvada Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının üç günlük konfransı keçirilib və Günay Mehdizadə Azərbaycanı təmsil edib. 2019-cu il 6 mart tarixində "Fairmont Hotel"in təşəbbüsü ilə, Günay Mehdizadənin ikinci tərz sərgisi olub.
2019-cu il 23 aprel XIV dəfə keçirilən Beynəlxalq Məktəblərarası Teatr festivalında layihənin Azərbaycan üzrə rəhbəri, tərtibatçısı və dekoratoru Günay Mehdizadənin təşkilatçılığı ilə festival baş tutub.
2020-ci il 11 iyunda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, tanınmış rəssam Günay Zebicin koordinatorluğu ilə Bakının Qaradağ rayonundakı "Qobu Park-3" yaşayış kompleksində, "Xarı bülbül" Təlim və İstehsalat Birliyində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş "Biz birlikdə güclüyük! / We Are Stronger Together!" adlı tədbir keçirilib.
2021-ci ildə Bakıda Günay Zebiçin (Mehdizadə) layihə rəhbəri, ssenari müəllifi, dekaratoru, personaj kostyumlarının ideya müəllifi olduğu, Türkiyə və Azərbaycanın iki böyük şairini ictimaiyyətə tanıdan "Nizamidən Yunusa: Birlik ilə Baxmaq" adlı teatr tamaşası səhnələşdirib və 7 may tarixində Beynəlxalq Muğam Mərkəzində tamaşaçısız səhnəyə qoyulub
2023-cü ilin dekabrın ilk həftəsində Əskişəhər Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə "Kent Müzeleri Kompleksi" sərgi salonunda "İstiqlal" adlı solo sərgisi baş tutub. Sərgi Türkiyə Cümhuriyyətinin yaranışının 100-cü ildönümünə həsr edilib.
Sərgidə Türkiyə Cümhuriyyətinin qurucusu və ilk rəhbəri Mustafa Kamal Atatürkün gənclik illəri, əsgərlik həyatı və Cümhuriyyətə rəhbərlik etdiyi dövrü təsvir edən əsərlərlə yanaşı 1993–2003-cü illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə ithaf edilən əsərlər də təqdim olunub.
Hal-hazırda Günay Mehdizadə Bursa Zəki Müren Gözəl Sənətlər Litseyi və AMK tərkibində İncəsənət Gimnaziyasının "Qardaş Məktəb" layihəsinin ideya müəllifi, təşkilatçısı və iki dövlətin mədəni əlaqələrinin inkişafı üçün önəmli hesab edilən layihənin baş kuratoru kimi çıxış etməkdədir.
Təltifləri və mükafatları
- 2017-ci ildə 28 may - 1 iyun tarixlərində İzmirdə təşkil edilmiş "Rənglərin qardaşlığı" layihəsində layihə kuratoru kimi verdiyi töhfəyə görə Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım tərəfindən təşəkkürnamə ilə təltif edilib.
- Mudahya İlçə Milli Təhsil müdiri Suat Topal tərəfindən Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə təşəkkürnamə ilə təltif edilib.
- 2019-cu il 5 may tarixində beynəlxalq 14-cü liseylər arası teatr festivalında iştirakına görə Kayseri Böyükşehir bələdiyyə rəhbəri Memduh Büyükkılıç tərəfindən təşəkkürnamə ilə təltif edilib.
- Son 3 ildəki ən yüksək nailiyyətlərinə görə 2020-ci ildə "Azərbaycan qadın mükafatı" fəxri tituluna layiq görülüb
- 2022-ci il fevral ayının 25-də "Names (adlar)" adlı fərdi sərginin rəssam kuratorluğuna və ictimai fəallığına görə Azərbaycan Rəssamlar İttifaqı və Xətai sənət Mərkəzi tərəfindən diplomla təltif edilib.
“Ədəbiyyat və incəsənət”
(18.06.2026)
Keçid dövrünün acı gülüşü və insan mənəviyyatı: "Həm ziyarət, həm ticarət" filmi
Murad Vəlixanov,
"Ədəbiyyat və İncəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycan kinosunun 1990-cı illər mərhələsi sovet imperiyasının dağılmasından sonra insanların yaşadıqları psixoloji sarsıntıları, iqtisadi çətinlikləri və dəyişən dəyərlər sistemini əks etdirən filmlərlə xarakterizə olunur. Görkəmli rejissor Rasim Ocaqovun ekranlaşdırdığı "Həm ziyarət, həm ticarət" tammetrajlı bədii filmi məhz həmin dövrün canlı, səmimi və ibrətamiz bir güzgüsüdür. Film, qazanmaq naminə qürbətə üz tutan sadə Azərbaycan ziyalısının timsalında bütöv bir cəmiyyətin mənəvi sınağını işıqlandırır.
Rasim Ocaqov və Rüstəm İbrahimbəyov yaradıcılığının növbəti şedevri
Filmin uğurunun təməlində milli kinomuzun iki nəhəng imzasının – yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun ssenarisi və Rasim Ocaqovun rejissor baxışı dayanır. Onların birgə işlədiyi bu ekran əsəri insan xarakterlərinin dərinliyi, dialoqların həm düşündürücü, həm də yumoristik dili ilə seçilir.
Çəkilişləri Bakıda və İstanbulda aparılan film, müstəqilliyin ilk illərində azərbaycanlıların xaricə, xüsusən də Türkiyəyə kütləvi şəkildə "alver" məqsədilə getdiyi tarixi dövrü vizual yaddaşa köçürür.
Obrazların təzadı və aktyorların unudulmaz oyunu
"Həm ziyarət, həm ticarət" filmi aktyor ifası baxımından milli kinomuzun ən zirvə nöqtələrindən biridir:
Hacı İsmayılov (Mustafa): Filmin əsas qəhrəmanı olan coğrafiya müəllimi Mustafa obrazı Hacı İsmayılovun ifasında unudulmaz bir xarakterə çevrilib. Mustafa köhnə dünyanın prinsipləri ilə yaşayan, vicdanlı, təmiz, lakin ailəsini dolandırmaq üçün məcburən İstanbula alverə gedən yazıq bir ziyalıdır. Onun yad bir mühitdə, ticarət dünyasında yaşadıqları həm güldürür, həm də ürək ağrıtır.
Nurəddin Mehdixanlı (Səlim): İkinci əsas obraz olan Səlim isə Mustafanın tam əksidir. O, yeni dövrün, kapitalizmin qaydalarına tez uyğunlaşan, rəhmsiz, pragmatik və qazanmaq üçün hər şeyə hazır olan bir gəncdir. İki fərqli dünyagörüşün toqquşması filmin əsas dramatik xəttini təşkil edir.
Səidə Quliyeva, Həmidə Ömərova, Cahangir Novruzov və digərləri: Filmdə rol alan digər ustad aktyorlar da Bakıdan İstanbula uzanan bu çətin yolda qarşılaşan insan tiplərini çox təbii şəkildə canlandırıblar.
Filmin süjet xətti və dəyişən insan taleləri
Süjetin mərkəzində coğrafiya müəllimi Mustafanın həyat yoldaşı ilə birlikdə İstanbula etdiyi səfər dayanır. Mustafa bu səfəri həm vaxtilə oxuduğu, xəritədə gördüyü yerləri ziyarət etmək (həm ziyarət), həm də bir az pul qazanmaq üçün Bakıdan apardığı bəzi malları satmaq (həm ticarət) imkanı kimi görür. Lakin İstanbulun amansız reallıqları, alver mühitinin qanunları və qohum hesab etdiyi Səlimin xəyanəti Mustafanı ağır mənəvi və maddi böhranla üz-üzə qoyur.
Müəlliflər film boyu tamaşaçıya çox mühüm bir sual ünvanlayırlar: İnsan hər cür maddi sıxıntıya baxmayaraq öz ləyaqətini, daxili təmizliyini qoruya bilərmi, yoxsa pulla idarə olunan yeni dünya onu da öz çarklarında əzəcək? Filmin sonunda Mustafanın hər şeyini itirməsinə rəğmən öz insanlığını qoruması, ekran əsərinin əsas mənəvi qələbəsidir.
Zamanın sınağından keçən ekran incisi
"Həm ziyarət, həm ticarət" filmi Emin Sabitoğlunun film üçün bəstələdiyi və İstanbul küçələrinin ruhunu əks etdirən hüznlü, lirik musiqisi ilə bütövləşir. 1990-cı illərin acı gerçəkliklərini ironiya və dramın vəhdətində təqdim edən bu film, bu gün də böyük maraq və nostalji ilə izlənilir.
Portalınızın oxucuları üçün bu məqalə, həm keçid dövrünün sosial çətinliklərini xatırlamaq, həm də Rasim Ocaqov kinosunun insana olan dərin sevgisini və fəlsəfəsini yenidən təhlil etmək baxımından çox zəngin və cəlbedici bir material olacaqdır.
“Ədəbiyyat və incəsənət”
(18.06.2026)


