
Super User
MÜTALİƏ MƏDƏNİYYƏTİ –16.Mütaliə səmərəliliyi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
16.
MÜTALİƏ SƏMƏRƏLİLİYİ
Bəs mütaliənin səmərəliliyini təmin etmək üçün hansı qaydalara riayət etmək lazımdır?
-mütaliənin səmərəli olması üçün oxucunun əsər haqqında qeydlər aparması məqbuldur.
-bəzi əsəri təkrar mütaliə etmək lazımdır. Təkrar mütaliə biliyi zənginləşdirir. “Nizamini, Füzulini mən artıq oxumuşam” demək yanlışlıqdır. Böyük, dahi sənətkarları nə qədər çox oxusan, bir o qədər çox bilik qazanarsan.
-təkrar mütaliə həm də estetik zövqü inkişaf etdirir. Böyük sənət əsərlərinin təkrar mütaliəsi onların tam anlaşılması, hərtərəfli izah edilməsi üçün lazımdır. Dahi yazıçı Lev Tolstoy Çexov haqqında yazırdı: “O, elə nadir yazıçılardan biridir ki, əsərlərini dəfələrlə təkrar oxumaq olar. Mən bunu öz təcrübəmdən bilirəm”.
-musiqiyə necə ki, təkrar-təkrar dönürsən, bir kitaba da eləcə dönməlisən. Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, Nüsrət Kəsəmənlinin “Gümüş yuxular”, Vahid Əzizin “Əllərimin kölgəsi”, Ramiz Rövşənin “Göy üzü daş saxlamaz” kitablarını oxucuların ayrı-ayrı halda hətta 15-20 dəfə oxumaları faktları vardır.
Növbəti: 17.Mütaliənin mahiyyəti
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)
“Kara Mehmet Çavuş” - Belinay Demir
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə təqdim etdiyi layihədə Türkiyənin “Genç Yürekler” jurnalının seçimində 51 türk müəllifinin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Kara Mehmet Çavuş”
Belinay Demir
Kuvâ-yi Milliye’den Türk Millî Mücadelesinin İsimsiz Kahramanlarına…
Mehmet, buz gibi suda abdest alıp, sabah namazını kılmak üzere yatağından doğruldu. Bütün gece uyumamış olacaktı ki, gözleri kan çanağına dönmüştü. Kıbleye durdu ve uzun-uzun sabah namazının sünnetini eda etti. “Durdum divana, uydum “Kur’an”a, Allah-u Ekber!” diyerek farza niyetlendi. Namazın ardından yakın arkadaşı Hasan küflü demir ranzadan seslendi: “Gece uyumadın deemi! Gerçi benim uyuduğumu kim söyledi? Yağlı urgana gidiyoruz essahtan… Allah büyük. Birazdan zalım gardiyanlar da gelir… N’olurdu, son bir kez yavruma sarılabilseydim. Sen son kez kimi görmek isterdin, Mehmet Çavuş?”
Mehmet, Cihan Harbi’nin hengamesinde cepheden-cepheye koştuğuna mı yansındı, alay sancağıyla Yemen’den yırtık çarıklarla bu kadar yol tepip vatana döndüğü halde asılacak olmasına mı yansındı? Gözleri loş ışıkta köşedeki aynaya çarptı. Mahpus damında bir kırık aynanın köşesine astığı yavuklusu Fadime’nin fotoğrafına uzun-uzun baktı. “Bu hasretlik mahşere kaldı” diye iç geçirdi. Konuşmaya ne mecali, ne de takati vardı. Sanki bir kelime etse kahırdan oracıkta ruhunu teslim edecekti. O sırada koridordan gardiyanların sesi geldi:
“Herkes kalksın, af çıktı, af! Ama her birinize 101 tane değnek vurulacak. Kolay değil öyle cepheden kaçmak!”
Mehmet ile Hasan, duydukları karşısında şoke olmuş halde bir an göz-göze geldiler. Sevinç gözyaşları döken iki asker bir-birlerine sarılabildi ancak. Mehmet Çavuş, “Daha yaşanılacak ömrümüz varmış be, Hasan Efendi” dedi. Avluya dizilen askerler, af çıkmasına mı sevinsin, değnek cezasına mı üzülsün derken bir-bir sıraya girdiler. Fakat, daha onuncu sopadan sonra bayılanlar, bağırışlar, haykırışlar kışlanın dışına yayılmış, feryat eden askerlerin sesi uzaktaki söğüt ağaçlarının hışırtısına karışmıştı. Dört koca yıl Yemen’den Suriye’ye, oradan Erzurum’a cephede açlıkla, düşmanla, hastalıklarla ve türlü uğursuzluklarla mücadele edip sağ çıkan Mehmet, bir an kendine geldi ve üzerindeki ölü toprağını attı, “Cehennemden kurtuldun Kara Mehmet Efe, sopa sana neylesin…” diyerek kendini teselli etti.
Bu esnada, ceza sırasında kışlanın köşesindeki incir ağacına takılan Hasan’ın gözleri, aniden yanındaki askere kilitlendi, eliyle arkadaşına işaret etti. Başında beyaz sarığıyla durmadan bir şeyler mırıldanan asker, bir yerden tanıdık geldi. Halep’te ordugâhtan hatırlamıştı bu adamı. İmam olduğunu hatırladığı bu zatın yüzündeki huşu, ikisini de derinden sarsmıştı. Hasan dayanamadı, atıldı, “Ne mırıldanırsın be Molla, birazdan ruhumuzu teslim edeceğiz burada!” Sarıklı adam, “sakin ol” der gibi kıstı gözlerini. Sıra Hasan’a geldi. İnzibatlar, kan deryasına dönmüş kapkara sopayı vurdukça Hasan’ın bağrışmaları, avluda yankılanıyor, İmam efendinin ettiği dualara karışıyordu. Bir aralık Hasan’ın bağrışları kesildi, askerler vurmaya devam ediyordu. Sopanın acısına dayanamayan Hasan, oracıkta ruhunu teslim edivermişti. Mehmet Çavuş, Hasan’ın cansız bedenine bakıyor, biraz önce sevinçle kucakladığı dostundan bir ses bekliyordu. İnzibatlar, “geç bakalım sıraya” diyerek çekiştirdi Mehmet’i. Sopa atan askerin donuk yüzünü seçti bir aralık. Bu arada sarıklı adam mırıldanmayı kesti, sesli bir şekilde okumaya başladı:
“Elem neşrah leke sadrek, Ve vada'na 'anke vizrek… (Senin göğsünü açıp genişletmedik mi? Belini büken yükünü üzerinden kaldırmadık mı?)
O anda, avluda toplanan mahkum askerler ve inzibatlar sesin geldiği yöne doğru baktı. Ardından, askeri kışlanın kapısında bir uğultu duyuldu. Rahvan atların sesiydi bu gelen. Çok uzaktan askerin biri bağırdı:
“Paşa geldi, Paşa geldi...”
İşgal altındaki vatanı kurtarmak için direniş başlatan Kuvâ-yi Milliyeciler ve Ali İhsan Paşa’nın kolundaki süvari birliği kışlanın dışında soluklandı. Ali İhsan Paşa, mahpuslukların arasından geçerek kumandanın yanına çıktı. O gittikten sonra zabitler sopa cezalarına bir anlık ara vermiş oldu. Ardından Paşa ve yanındaki zabitler aşağı indi. Bir zabit, kalabalığa seslendi:
“Beni mahpusluklar da dahil tüm askerler dinlesin. Vatan elden gidiyor, Yunan İzmir’e dayandı. Mustafa Kemal Paşa, Anadolu’nun her yanında direnişi başlattı. Aranızdan Kuvâ-yi Milliye’ye katılmak isteyenler, bana hüviyetlerini yazdırsınlar.”
Bütün bir kalabalıktan “Çok yaşa Kuvva-yı Milliye!” sesleri gelirken, az önce sopalık olan mahpusların tamamı bu sefer direniş için sıraya girdi. Mehmet Çavuş, sopa yemediğine mi sevinsin, gencecik Hasan’ın öldüğüne mi üzülsün, bilemedi. Bir yandan da, Kuvvacılara katıldığı için gururluydu. Zabitin birine künyesini yazdıran Mehmet Çavuş’un aklına heybesindeki alay sancağı geldi. Hüviyetiyle beraber Yemen’den getirdiği alay sancağını zabite teslim etti. Sancağı gören zabitin gözleri fal taşı gibi açıldı. Zabit, “Senin adın ne, asker?” dedi. “Aksulu Mehmet Çavuş derler kumandanım”. Zabit, kaşlarını çatarak, “Bre adam, bunun sende ne işi var? Çaldın mı yoksa?” diyerek sesini yükseltti. Mehmet Çavuş, sükûnetini koruyarak durumu anlattı:
“Dur, kumandan, hemen celallenme. Benim babam, 93 Harbi’nde savaşmış gazi olmuş, bize vatanı, harbi o belletti. Silah tutmasını bize o öğretti. Bir ağabeyim Balkan Harbi’nde kaldı, birisi Sarıkamış’ta, bir küçüğüm de Çanakkale’de… Hepsi de şehittir. Biz yetiştik, Cihan Harbi çıktı dediler. Orduya aldılar. İki yıl Doğu Cephesinde, iki yıl da Hicaz’da, Yemen’de askerdim. “Nişanda sağlamsın, seni alayın avcı çavuşu yapalım” dediler. Zabitlerim, komutanlarım bana çok güvenirdi. Amma isyancı Araplar çok azıttı kumandan… O harbi bir görseydin. Cehennemdi, cehennem… Hep o keferenin yardımıyla, dindaşları olan bize silah doğrulttular. Cemal Paşa, Fahreddin Paşa, sağ olsunlar, çok direndiler, ama nafile... Biz de çok direndik kumandan, anladın mı? Bu alay sancağı devletimizin yadigârıdır. Ben onu orada bırakır mıyım? Aldım yanıma. Bozguna uğrayan alaydan sağ kurtulan üç-beş askerle iz yok, pusula yok, yalınayak yürüdük, yollarda onlar da tifodan bir-bir can verdiler. Bir ben kaldım işte… Buralara kadar gelebildim güç-bela. Sonrası işte buraya düştüm. Ben harp kaçkını değilim, kumandanım! Anladın mı? Bu elindeki sancak da şahidimdir”.
Zabit, Mehmet Çavuş’u büyük bir şaşkınlıkla dinleyip, sancağı elinden bir çırpıda aldı ve koşarak oradan uzaklaştı. Bir saat sonra kara kalpaklı bir zabit, “Mehmet Çavuş sen misin?” diyerek yanına geldi. Mehmet Çavuş, esas duruşa geçerek “benim, kumandanım” dedi. “Beni takip et” der gibi yapan kara kalpaklı zabit, üstü-başı perişan olan bu adamı Paşa’nın huzuruna çıkardı. Zabit durumu anlattıkça Paşa’nın gözlerinden yaşlar süzüldü. “Demek, bu sancağı buraya kadar taşıdın ha, evlat” diyebildi. Gözleri yaşla dolan Paşa, bir yandan tütün tabakasından çıkardığı cigarasını tellendiriyordu. Bir aralık Mehmet Çavuş’a döndü ve “Senin gibiler var oldukça bu millet, toprağını namerde teslim etmez. Bundan sonra, benim emir çavuşum olacaksın, asker” dedi.
Mehmet Çavuş, “Emredersiniz, Paşam” diyebildi. İlk defa bir Paşa’nın karşısına çıkmıştı. Odadan ayrılırken, Paşa’nın yanındakilere, “Bunu Mustafa Kemal Paşa’ya telgraf geçelim” dedi. Mehmet Çavuş, Mustafa Kemal’in adını ilk o zaman duymuştu. Kuvâ-yi Milliye birliklerine katılmasının ardından bu adı sık-sık duyuyor ve zabitlerin ona büyük bir sevgi ve saygı beslediğini görüyordu. Mehmet Çavuş, Kurtuluş Savaşı’nın başından sonuna kadar Ali İhsan Paşa’nın hizmetinde bulundu. Yeni orduya katılan tecrübesiz askerlere atış talimi yaptırdı. Fiilen, Yunan işgalcilerle çatışmalara katıldı. İzmir’den Kütahya’ya, Eskişehir’den Ankara’ya Türk Kurtuluş Savaşı’na şahitlik etti. Göğsündeki yarayı Kütahya-Eskişehir’de, ayağındaki kurşunları İnönü’de ve Sakarya Meydan Muharebesi’nde almıştı. Zafer kazanılmış ve ordu terhis olmuştu.
Kara Mehmet Çavuş, harbin bitmesinin ardından artık köyüne dönebilirdi. Dile kolay dokuz koca yıl… Belki, köyü bile kalmamıştı ortada. Köyün bütün erkekleri harbe gitmiş, kimi dönmüş, kimisi kalmıştı… Geçen yıllar, “Hey 15’li” türküsüyle cepheye giden Mehmet’i yaşlandırmış, saçı-sakalı bir-birine girmişti. Mehmet Çavuş, 21 günlük yolun ardından bir gece vakti köyüne döndü. “Vatanı kurtardık, harp bitti çok şükür. Anam, gardaşlarım ne haldedir acaba, kim bilir?!” gibi bir ton düşünce ile evine vardı, kapıyı tıklattı. Kapının ardından cılız bir kadın sesi, korkuyla karışık “Kimdir o? Eşkiyaysan git, vere-vere bir kuru buğdayım kalmadı size” diye bağırdı çaresizce. Anasının sesini tanıyan Mehmet, “Ana, benim, ben!” diyebildi. Anası, emin olamadı, kuşkulu bir şekilde, ‘Benim oğlum askerdedir. O daha gelmedi.” dedi. Mehmet Çavuş: “Anaaa, kapının oyuğundan parmağımı göstereyim de inan, oğlun Mehmet’in geldi” dedi. Parmağını oyuktan anasına gösterdi. Anası, kapıyı araladı ve “Konur benli oğlum” diyebildi ve oracıkta yığıldı. Ana-oğul, o gece sabaha kadar söyleştiler. Geçen yıllar ikisinden de birçok şey götürmüştü. Mehmet Çavuş’un vatanı hürriyete kavuşmuş, köyüne dönmüş ve büyük hasreti dinmişti. Mehmet, hanayın üstündeki camdan karşı eve baktı, “Fadime’m nasıl, ana, hâlâ bekler mi beni?” dedi. Anası, birden beyninden vurulmuşa döndü, uzun-uzun iç çekti ve dudaklarından şu mısralar döküldü:
“Kışlanın ardında bir kırık testi,
Askerin üstüne sam yeli esti.
Gelinlik tazeler umudu kesti,
Ah, o Yemen’dir, gülü çemendir,
Giden gelmiyor, acep nedendir?”
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)
“Xalqın mədəni sərvəti” layihəsi Bülbülə həsr olunacaq
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Bülbülün Memorial Muzeyi və Bülbül Vokal Məktəbinin birgə təşkilatçılığı ilə "Xalqın mədəni sərvəti" layihəsi 3-5 noyabr tarixlərində Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün əziz xatirəsinə həsr olunacaq.
Layihə çərçivəsində dahi Bülbülün repertuarından ibarət konsert proqramları keçiriləcək.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalıma Gəncə Dövlət Filarmoniyasından məlumat verilib.
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)
“Məni dustaq edən keçmiş...” - Cahan Seyidzadənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalı yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdirir. Bu gün növbə Cahan Seyidzadənindir.
20 MART
İndi yaxşı anlayıram
"Ayrılıq" üç-beş sözə sığdıra biləcəyimiz cümlələr deyilmiş.
"Ayrılıq" pencəyinin sağ cibindən çıxan
doğma xətlə yazılmış "nərdivan" şeiridir.
"Ayrılıq" sonuncu dəfə söykəndiyin divarın
əzbərlədiyim bir neçə santimetrlik yeridir.
"Ayrılıq" ölüm deyil,
ölmək deyil,
"Ayrılıq"
heç vaxt şuxluğunu itirməyən,
aramızda yaşayan diridir.
İndi yaxşı anlayıram,
Bir dəfə vidalaşa bilməyəndə insan
hər gün vidalaşmalı olur doğmalarıyla.
Hər dəfə də bir başqa cür.
Bakının boz və solğun küçələrində
"Ayrılıq" çiyinlərimizə ən ağır yük kimi
Hər dəfə bir başqa cür düşür.
İndi yaxşı anlayıram,
Daha ağac olsam,
yarpağım da səni sevəcək.
İndi yaxşı anlayıram,
mən öləndə torpağım da səni sevəcək...
Mənə uzaqlardan salam yolla,
Elə salam ki, səni xatırlatsın:
Bir körpənin gülümsəməsində,
Bir qağayının səsində,
Bir insanın gəlməməsində.
Bilim ki, bunu sən etdin,
sən etdin, ata.
Hər yerə bahar gəlmişdi,
sən niyə getdin, ata?
MAĞARANIN DİVARINA YAZILMIŞ ŞEİR
Yorğunam.
Yaralıyam.
Qorxuram.
Yaxşı ki, bu mağaranın yerini unutmamışam,
İllər əvvəl tərk edib getdiyim kimidir.
Heç nəyi dəyişməyib, divarlarındakı cızıqlar,
həmin qaranlıq ab-hava.
Axırıncı dəfə gələndə isinmək üçün
qaladığım ocağın izləri də hələ qalıb.
Onda elə bilirdim ki, bura bir daha dönməyəcəm.
Yanılmışdım.
Hər insan kimi.
Çünki bir gün hamı öz mağarasına geri qayıdır,
Çünki ora bizim əbədi sığınacaq yerimizdir.
Özümüzlə baş-başa qaldığımız və yaralarımızı
sağaltmaq üçün qaçıb gizləndiyimiz yer.
Ətrafa göz gəzdirirəm: divardakı şeirə sataşır gözüm.
Mən yazmışdım bunu, günəşli bir aprel səhəri:
Hər fırtına gəlməmişdən əvvəl
öz sakitliyini göndərir
və
bəzi yaralar ən çox sağalandan sonra
göynədir...
Qorxma, balaca, uzat əllərini, mən səni aparmağa gəlmişəm,
Biz sənin saçlarını uzaq diyarların torpaqlarına əkərik.
Saçlarının ətri yayılar evlərə,
insanlar qucaqlarında dəstə-dəstə saçlarını apararlar
sevdiklərinə.
Sonra əllərini uçurarıq səmaya,
qanadlılar kimi yalqız insanların çiyinlərinə qonarlar.
Dünyada savaşlar oldu, balaca;
insanlar savaşdılar...
Yaxşı dost olacaq ikən,
sevgili olacaq ikən,
qarşı-qarşıya dayandılar.
Bəlkə də, bir vaxtlar əcdadları eyni mağaraya sığınıb
birlikdə qorunmuşdu təhlükələrdən.
Əcdadları bir mağaraya sığan insanlar
nəhəng bir dünyaya sığışa bilmədilər.
Sığışdıra bilmədilər təkəbbürlərini bapbalaca qəlblərinə...
Heç vaxt onların olmayacaqlar üçün dayanmadan didişdilər...
Onda balaca bir mamont balası
gülümsəmişdi istehzayla:
həyatda hər şey vərdişdir,
ovlamağa bir şey tapmayanda
özünüzü ovlamağa başlayacaqsınız,
özünüzə çevriləcək silahlarınız.
Bu nağıl deyil, balaca.
Mamont balaları da gülümsəyə bilir, inan...
Dünyadakı bütün canlılar ağlaya bildikləri kimi,
gülümsəyə də bilir...
Mən bapbalaca bir saman çöpündən də
yapışardım, balaca.
Böyüdərdim, böyüdərdim, dünyanın ən
nəhəng çinarı edərdim onu gözümdə,
əgər getməsəydin...
İndi isə
özündən ağır yükü aparmağa çalışan
balaca qarışqayam,
həm də bir az başqayam.
Pişiklərlə danışıb,
çiçəklərə gülürəm,
insanlardan daha çox
ağacları sevirəəəəmmmm.
Gözlərimi dikirəm
Günəşin gözlərinə,
Soruşuram: İnsanın
bu dünyayla dərdi nə?!
Özümü maşınların önünə,
Parkda gəzişən insanların qarşısına atıb
Qışqırmaq istəyirəm:
Anidən baş verəcək hər şey,
anidən.
Birinin ağlında xatirəyə çevriləcəksiniz,
birinin evində əşyaya.
Bir də gəlmək şansınız olmayacaq dünyaya
Onunçün də gec olmadan
qollarınızı açın səmaya
qucaqlayın günəşi,
Yaşayın doya-doya!
***
Mərhum qum hissəciklərindən
yaranmış
kirli şüşə qarşısında dayanıb düşünürəm:
gecəni biz uydurmuşuq
darıxmaq,
darıxmaq,
darıxmaq üçün!
Mərhum qum hissəciklərindən
yaranmış soyuq divarlar arasında
dayanıb düşünürəm:
Keçmişi biz uydurmuşuq
Darıxmaq,
Darıxmaq,
Darıxmaq üçün!
Yəni
Məni dustaq edən keçmiş
işıq da verə bilər...
Ondan nə yaratdığına bağlı...
Məsələn,
mən Tanrını uydurdum ki,
Özümü bağışlaya bilməyəndə
O, məni bağışlasın...
Səni isə uydurdum ki,
Özümü öldürə bilməyəndə
Sən məni öldürəsən...
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)
Komitə sədri qəbul keçirdi
Millət vəkili Fazil Mustafa Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq Məclisdə ilk vətəndaş qəbulunu keçirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, II Qarabağ müharibəsinin şəhidi Emin Abbaszadənin valideynləri Faiq Abbasov və Nərminə Abbasova, II Qarabağ müharibəsinin qazisi İlham Xubyarov, tanınmış QHT sədrləri Vüqar Qədirov, Mətanət Cəfərova, ilahiyyatçı Anar Əliyev və başqaları (toplam 15 nəfər) ilə görüşən Fazil Mustafa, onları ətraflı dinlədikdən sonra, toxunulan mövzularla (ictimai birliklərin, dini qurumların fəaliyyəti, eləcə də, hərbi xidmət zamanı həlak olan övladlarına şəhidlik statusu verilməsi məsələsini qaldıran valideynlərin qayğıları və s. ilə) bağlı fikirlərini bölüşüb.
Komitə sədri qaldırılan vacib məsələlər üzrə müvafiq dövlət orqanları ilə müzakirə aparacağını, müraciət məktubları göndərəcəyini bildirib.
İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyəti, planları barədə danışan Fazil Mustafa, Milli Məclisdə vətəndaş cəmiyyəti institutları ilə bağlı aparılmış müzakirələr, qəbul edilmiş qanunlar, qanunlara əlavə və dəyişiklər barədə məlumat verib.
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)
Azərbaycan Milli Konservatoriyasının yaradıcısı - SİYAVUŞ KƏRİMİNİN 70 İLLİYİNƏ
Azərbaycan Mİlli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi 70 yaşın astanasında
Azərbaycan Milli Konservatoriyası
yarandığı gündən milli ənənələrimizi, milli irsimizi, milli mədəniyyətimizi qoruyan, inkişaf etdirən musiqi məbədidir. Yarandığı gündən bu missiyanı özündə layiqincə daşıyır. Söhbət artıq 24 ildir fəaliyyət göstərən təhsil ocağından gedir.
Onun yaranma tarixini yada salsaq Azərbaycan mədəniyyətinin dirçəlməsi və gələcəyi üçün çox böyük nailiyyətlərə imza atan, Azərbaycanın bu gününü öz uzaqgörən siyasəti ilə ta o zamanlardan duyub dərk edən Ulu Öndər Heydər Əliyevin 2000-ci il 13 iyunda imzaladığı fərman nəticəsində Azərbaycan Mİlli Konservatoriyası yarandı və öz çətin şərəfli fəaliyyətinə ilk addımlarını atdı.
Ulu Öndər Heydər Əliyevin etimad etdiyi o dövrdə artıq yetərincə tanınmış yenilikçi, gözəl bəstəkar Siyavuş Kərimini rektor təyin etdiyi gündən Azərbaycan Mİlli Konservatoriyasının təməli qoyuldu.
Musiqi kolleci və İncəsənət Gimnazıyası Azərbaycan Milli Konservatoriyasının tərkibinə keçirildi.
Ulu Öndər, Ümumilli Lİder Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Milli Konservatoriyasının daimi binası olmasa da çox böyük əzmlə işinə davam edirdi.
Rektor, xalq artisti Siyavuş Kərimi bütün çətinliklərə baxmayaraq Azərbaycan mədəniyyətinə töhvə olan Milli Konservatoriyanı böyük sevgiylə yaşadırdı.
Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə AMK Kompleksinin tukintisinə dair qərar imzalayır və işə başlanılır. 2012 ci ldə Azərbaycan Milli Konservatoriyasının binasının tikilməsinə maliyyə vəsaiti ayrılması barədə sərəncam imzalayır və nəhayət 2014-cü il fevralın 13 də AMK-nın indiki gözəl, möhtəşəm bunası hazır olur. AMK ailəsinin heç zaman unutmayacağı bu gündə, binanın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edir. Tədrsin yuksək səviyyədə keçirilməsi təmin olunmuş yeni binada yaradılmış muzey, kitabxana sinif otaqları konsert zalları ilə tanş olurlar. Milli Konservatoriyanın müəllim,professor və mədəniyyət xadimləri ilə sənətkarlarla görüşürlər. Bunanin açılışı münasibəti ilə rektor, xalq artisti Siyavuş Kərimini və mədəniyyət xadimlərini, müəllim və sənətkarları təbrik edirlər.
24 ildir fəaliyyət göstərən sənət ocağını, o gündən bu günə qədər bu missiyanın öhdəsindən layiqincə gələn Azərbaycan Respublikasının xalq artisti Siyavuş Kərimi sanki bir musiqi təhsil ocağı deyil bir məbəd, bir mədəniyyət ocağı edə bildi. Azərbaycan Milli Konservatoryasının ənənələri və prinsipləri: Azərbaycan Milli Konservatoriyasının nəzdində tələbələrdən
ibarət xor və xalq çalğı orkestrləri fəaliyyət göstərir. AMK nın sabahları çox maraqlı olur. Tələbələr səhər saatlarında foyelərdə məşqlər edirlər. Xalq artisti Siyavuş Kərimi və onun idarə heyəti prorektorlar, kafedra mudirləri, ümumiyyətlə rəhbərlik hər səhər tələbələrin məşq prosesini izləyir.
Rektor tələbələrlə görüşür, elə yerindəcə fikir mübadiləsi aparır. Bu xor və orkestrlər demək olar ki Azərbaycanda keçirilən
beynəlxalq tədbirlərdə, Azərbaycan Respublikasının xusisi bayramlarında iştirak edirlər. Azərbaycanda fəaliyyət göstərən müxtəlif dövlətlərin səfirliklərində tədbirlərə dəvət alırlar. Respublika günərində yaxından iştirak edirlər. Onların konsert fəaliyyətinin təməli elə tələbəlik illərindən qoyulur.
Azərbaycan Mİlli Konservatoriyasında Azərbaycan mədəniyyətinin çox taninmiş simaları dərs deyir. Burada tələbələr sənətkarlardan, musiqi sahəsinin xiridarlarından dərs alirlar.
Tələbələrin hərtərəfli inkişafı üçün universitetimizdə elmi konfranslar, Musiqi saatları keçirilir. Musiqi saatları universitetin ənənələrindən biridir. Rektor Siyavuş Kəriminin təşəbbusi ilə yaradılmış Musiqi saatları Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən hər həftə yerinə yetirilir.
Buraya müxtəlif kurslardan öz istedadlarını nümayiş etdirmək istəyən tələbələr müraciət edir. Bu da onların öz sahələrini inkişaf etdiirmələrinə böyük zəmin yaradlr.
AMK da artıq neçə ildir ki “Xalq çalğı Alətləri” Festivalı keçirilir. Hər həftəsi bir musiqi alətini təmsil edən yüksək səviyyədə keçirilən festivala çoxlu iştirakçilar qatılır . Mədəniyyət Kanalı tərəfindən canlı olaraq izlənilir və böyük əks sədaya səbəb olur.
AMK da musiqi günləri ölməz sənətkarlarımızın yubileyləri, xatirə günləri, ədəbi görüşləri keçirilir.
Əlamətdar günlər qeyd olunur, konsertlər keçirilir, beynəlxalq elmi praktiki konfranslar təşkil olunur.
AMK da fəaliyyət göstərən kafedralar hər il iki dəfə hesabat konsertləri, festivallar, müsabiqələr təşkil edirlər, Müsabiqələr nəzəriyyəçilər, müsiqişünas tələbələr üçün də keçirilir.
AMK hər şeydən öncə hər gün həyat qaynayan bir universitet olmaqla yanaşı sənətkarlar və öz işinin biliciləri ilə əhatə olunmuş bir təhsil ocağıdır. Qeyd etməliyəm ki, Azərbaycan Milli Konservatoriyası Türk dövlətləri arasında bir çox türk dövlətlərinin Milli Konservatoriyaları ilə memorandumlara imza atıb. Bir çox Universitetlərdən Milli Konservatoriyaya təcrübə üçün tələbələr gəlir. Son günlərdə Kurmanqazı adına Qazaxıstanın Milli Konservatoriyasının bir qrup tələbəsi AMK da təcrübə keçdi. Rektor Siyavuş Kərimi digər Universitetlərin rektorları və ordan gələn tələbələrə qarşı qayğıkeş münasibət bəsləyir.
Memorandumlar öz mədəniyyət ocaqları və universitetlər arasında da bağlanıılr. Bir çoxlarının içində yenə də bir misal Naxşıvan Dövlət Universitetini gətirə bilərəm .AMK-nın professor heyəti, sənətkarları Naxçıvan Dövlət Universitetində ustad dərsləri təşkil edirlər. Hətta musiqi təhsilində bəzi proqramlarını belə onlardan əsirgəmirlər.
Uzun illərdən sonra qürur yerimiz olan müqəddəs torpağımız Xankəndidə fəaliyyətə başlayan Qarabaq Universitetinə AMK nın bir neçə əməkdaşı getmiş və orda iş fəalıyyətinə başlamışdır.Bu da AMK ailəsi üçün böyük iftixar və sevinc hissi aşılayır.
Azərbaycan Milli Konservatoriyasının reallığı, prinsipləri və ənənələri sonsuzdur. Əvvəla başlıca məqsəd Azərbaycan mİlli musiqisini, muğamı, milli musiqi alətlərimizin qorunması, AMK da fəaliyyət göstərən milli musiqi alətləri labarotiyası, muğamı son dərəcə yüksək peşəkarlıqla tədris edən sənətkarlar, öz işinin, peşəsinin incisi olan bir -birindən istedadlı müəllim, professor ordusu bütün bu dediklərimə zəmin yaradır.
Bu sadaladıqlarım Azərbaycan mədəniyyətinə gərəkli bir amildir. Bİzim mənəvi dəyərlərimizdən biri də mən deyərdim ki gərəklilərindın biri olan milli musiqimizdir.
Bayağı musiqilərdən, anlamsız ifaçılardan uzaq olmaq, musiqimizi qorumaq borcumuzdu. Bilirik ki, bədxah düşmənlərimiz bizim musiqimizə əl uzadır, onu dünyanın hər bir yerində öz adina çıxır. Əlbəttə, Azərbaycan musiqisini öz çalarlarında öz gözəlliyində tərənnüm edən bir nəsil yetişdirilməlidir. Hansı ki Azərbaycan Milli Konservatoriyasının başlıca prinsipi elə bundan ibarətdir.
Məni bu yazını yazmağa vadar edən bir başqa məqam var. Düşünürəm ki, bu sayaq nailiyyətlər nə dərəcədə təqdirəlayiqdir. Bir işin öhdəsindən yalnız bu cür gözəl incəliklə gəlmək mümkündürmü?
Bəli Mümkündür Azərbaycan Milli Konservatoriyası ailəsi bu müqəddəs işdə başı ucadır.
Bu günlərdə Azərbaycan Milli Konservatoriyasının yaradıcısı və butun sadaladıqlarıma nail olan insan, təkcə Azərbaycan Musiqi təhsilində deyil, Azərbaycan mədəniyyətinə, incəsənətinə gərəkli olan xalq Artisti Siyavuş Kəriminin 70 yaşı tamam olur.
iyavuş Kərimi Rafiq Babayev ənənəsindən gələn gözəl sənətkarımızdır. Həzin melodiyalar yaradıb, ürəklərə yola tapan sənətkarımızdır.
AMK haqqında mən bir neçə silsilə yazılar yazmışam. Bu yazıları mənə yazmağa vadar edən Azərbaycan Milli Konservatoriyasının abu-havası, burda olan sənətkarlar və ən başlıcası Siyavuş Kərimi ozu olub. Çünki hər gün bir rektorun öz sənət dostlarına, tələbələrə, personala olan diqqət və qayğısı mənə elə gəlir ki danilmaz bir həqiqətdir.
Mən Azərbaycan Milli Konservatoriyası haqqında ümumi mülahizələrimi yazaraq,
mədəniyyətimiz adına Siyavuş Kərimiyə təşəkkür etmək istəyirəm.
Çünki nəticədə uzun illərin səyi və gecə-gündüz çalışmaqla, öz ətrafına doğru kadrlar toplamaqla o, musiqi təhsili üçün Azərbaycan milli irsi, ənənəsi, mədəniyyəti, üçün çox böyük bir töhvə bəxş edə bilib.
70 ilin astanasında olan xalq artisti, Azərbaycan İncəsənəti üçün əvəzedilməz sənətkar, gözəl bəstəkar, Şərəf və Şöjrət ordenləri ilə təltif olunmuş,
bütün bu titulların fövqündə duran ali insanlığa malik Siyavuş Kərimini təbrik edir, Azərbaycan Milli Konservatoriyasının böyük nəaliyyətlərini davam etdirmək, daha böyük ucalıqlara yol açmağı diləyirəm.
Gözəl bəstəkar xalq artisti Siyavuş Kərimiyə 70 yaşın astanasında daima yaradıcılıq uğurları və yenilikləri arzu edirəm. Musiqi mədəniyyətimizi qorumaqda olan Azərbaycan Milli Koservatoriyası daha uca məqamlara yetişərək onu daima fərəhləndirsin.
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)
Heydər Əliyev və Səməd Vurğun ocağı
“Ədəbiyyat və incəsənət” portalı filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Heydər Əliyev və Səməd Vurğun ocağı” məqaləsini təqdim edir. Burada Ümummilli liderin Səməd Vurğunun ailəsinə göstərdiyi diqqət və qayğı barədə söz açılır.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ustad şair Səməd Vurğun şəxsiyyəti və yaradıcılığına olan ehtiramı, məlum olduğu kimi, onun ocağından nur alanlara-övladlarına münasibətdə da davam etmişdir. Bunu Yusif Səmədoğlunun 60 illik yubileyindəki çıxışında ulu öndər özü də təsdiq edirdi: Səməd Vurğunun bütün ailəsinə mən həmişə böyük hörmət-ehtiramla münasibət göstərmişəm. Gənc vaxtlarımdan Səməd Vurğunun şeirlərini, əsərlərini sevərək onların təsiri altında həm təhsil almışam, həm formalaşmışam. Ona görə də onun ədəbi irsinə Azərbaycanda həmişə böyük hörmət edilməsi və ondan istifadə olunması üçün bütün imkanlardan istifadə edib lazımi tədbirlərin görülməsinə çalışmışam".
H.Əliyev çıxışında Yusif Səmədoğlunun ədəbiyyatımız və mədəniyyətimiz qarşısındakı xidmətlərini, bir yazıçı kimi özünəməxsusluğunu yüksək dəyərləndirməklə yanaşı, onun Vurğun ocağına mənsubluğunu da xüsusi vurğulayır, deyirdi: "Yusif Səmədoğlu bizim millətimizin xoşbəxt insanlarından biridir. Çünki o, böyük şair, böyük insan, böyük alim Səməd Vurğunun oğludur. Səməd Vurğunun övladı olmaq, onun tərbiyəsini almaq, onun ailəsində böyümək özü böyük bir nemətdir, böyük bir xoşbəxtlikdir. Bəlkə, elə bu bəs olardı. Ancaq, bununla yanaşı, bu kökün üstündə, bu ailə ab-havasının içində böyüyüb, ərsəyə gəlib atasının yolunu davam etdirmək və cəmiyyətdə özünəməxsus, məhz özünəməxsus yer tutmaq, bu, böyük xoşbəxtlikdir, cəmiyyətimizin içində insan üçün, şübhəsiz ki, nemətdir".
H.Əliyev çıxışının davamında yenə də ata ilə oğul arasında paralellər aparır: S.Vurğuna Azərbaycan xalqının hədsiz məhəbbəti, hörmət və ehtiramınıı xatırladır. XX əsrdə mədəniyyətimizdə, ədəbiyyatımızda, ictimai-siyasi həyatımızda Səməd Vurğunun xidmətlərinin böyüklüyü səbəbindən xalqın onu sağlığında da sevib ona sitayiş etdiyinə şahidlik edir. Əlavə edir: "İndi artıq 40 ildir ki, o, dünyasını dəyişib, ancaq xalq nəinki onu unutmur, daim onun yaradıcılığından bəhrələnir, onun əsərlərini sevə-sevə oxuyur, onun əsərlərinin təsiri altında tərbiyələnir. Bu gün müstəqil Azərbaycanda milli azadlıq şəraitində, müstəqillik şəraitində Səməd Vurğunun əsərləri bizim hamımız üçün və xüsusən gələcək nəsil üçün, bu günün gənc nəsli üçün böyük bir sərvətdir. Ona görə də bu gün biz Yusifin yubileyini qeyd edərkən bütün Səməd Vurğun ailəsinin hamısına öz ehtiramımızı, öz hörmətimizi bildiririk. Mən Yusifi doğmuş, dünyaya gətirmiş, bəsləmiş, böyütmüş, onu tərbiyə etmiş Xavər xanımı təbrik edirəm. Səməd Vurğunun bütün ailəsini təbrik edirəm. Şükürlər olsun ki, Səməd Vurğunun ailəsi artıq bir neçə nəsildən ibarətdir... Bu ailə mühitində, Səməd Vurğun ab-havasında yaşamış, böyümüş övladlar Səməd Vurğuna layiqdirlər və bu gün Yusifin yubileyini qeyd edəndə, güman edirəm, onun üçün ən yüksək qiymət odur ki, atasının adına layiqdir. Həm yaradıcılığı ilə, yaratdığı əsərlərlə, həm ictimai-siyasi fəaliyyəti ilə, həm də ziyalılığı ilə, davranışı ilə, insanlara münasibəti ilə atasının adına layiqdir. Güman edirəm, bu, ən yüksək qiymətdir".
Göründüyü kimi, H.Əliyev Y.Səmədoğlunun ən böyük xüsusiyyəti və dəyərini onun "həm yaradıcılığı, həm ictimai-siyasi fəaliyyəti, həm də ziyalılığı ilə atasının adına layiq övlad" olmasında görür və onun atasının yolunu davam etdirməsini-ədəbi xələfi olmasını, hətta, qəhrəmanlıq sayır, deyir ki, atasının yolu ilə gedib, atasının ədəbi xələfi olaraq, onun işini davam etdirərək, özünü ədəbiyyata, mədəniyyətə həsr etmək böyük bir şərtdir, deyə bilərəm ki, böyük bir qəhrəmanlıqdır.
Bu yanaşma ulu öndərin, bir tərəfdən ustad şairin şəxsiyyəti və yaradıcılığına sevgisindən qaynaqlanırdısa, digər tərəfdən şairin övladlarının özlərinin yaradıcılığı, xalqa xidməti və şəxsiyyətləri ilə bağlı olmuşdur.
Ulu öndər paralelləri davam etdirir: Y.Səmədoğlunun çox istedadlı yazıçı olmasından əlavə, atası kimi, "böyük ictimai-siyasi xadim" olduğunu da xatırladır və əlavə edir ki, Səməd Vurğunu da biz, təkcə şair kimi, alim kimi, yazıçı kimi yox, eyni zamanda, böyük bir ictimai-siyasi xadim kimi həmişə xatırlayırıq və o, tariximizə belə daxil olubdur. Ən gənc yaşlarından Azərbaycanın o dövrdəki ictimai-siyasi həyatında çox böyük fəaliyyət göstərmişdir.
1980-1990-cı illərin Xalq hərəkatında Y.Səmədoğlunun fəaliyyətini xüsusi vurğulayan H.Əliyev deyirdi: "Azərbaycanın həyatı üçün və xüsusən son illərdə Azərbaycanda milli azadlıq hərəkatının inkişafı üçün, xalqımızda milli dirçəliş, milli oyanış hisslərinin yaranması və inkişafı üçün, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə üçün onun fəaliyyəti çox əhəmiyyətli, çox gərəkli olmuşdur. Əgər 80-ci illərin sonunda – 90-cı illərin əvvəllərində Azərbaycanda coşub qalxmış xalq hərəkatından danışırıqsa, burada biz Yusif Səmədoğlunun fəaliyyətini xüsusi qeyd etməliyik. Bir hörmətli insan kimi, ziyalı kimi o, həmin illərdə böyük rol oynadı və onun öz adı da, atasının adı da o vaxt bizim milli azadlıq hərəkatımıza çox böyük kömək etdi".
H.Əliyev ardınca Moskvada təcrid olunmuş şəraitdə yaşadığı vaxt 1990-cı ilin qanlı yanvar gecəsini – Y.Səmədoğlunun "Azadlıq" radiosu ilə bağlı məlum çıxışını xatırladır. Əlavə edir ki, Azərbaycanın o ağır dövründə, 20 Yanvar faciəsi ərəfəsində və 20 Yanvar faciəsi zamanı o aylarda, o illərdə Yusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri idi və onun siyasi fəaliyyəti, ictimai fəaliyyəti çox olub. Onun böyük siyasi fəaliyyəti də ancaq elə o illərdə, o dövrlərdə başladı və bu da məhz Azərbaycanda milli azadlıq hərəkatına təkan verməkdən, Azərbaycanı müstəqillik yolu ilə aparmağa səy göstərməkdən ibarət olmuşdur. Bunların hamısına görə də, bir daha deyirəm, Yusif atasının adına layiqdir. Eyni zamanda onun özünün yüksək adı var. Bütün bunlara görə də bizim ictimaiyyətdə, xalq içində Yusif böyük hörmət qazanıbdır və şəxsən mənim də ona bir yazıçı kimi, ictimai-siyasi xadim kimi, insan kimi böyük hörmət və ehtiramım var"...
H.Əliyev çıxışının davamında S.Vurğunun şəxsiyyəti və yaradıcılığına, eləcə də ailəsinə olan hörmətinə görə onun ailəsindən də özünə qarşı həmişə hörmət və ehtiram gördüyünü diqqətə çatdırır, şairin ailəsi ilə görüşlərini özü üçün "ən əziz xatirələrdən" hesab edir və belə əziz xatirələrdən birini, eyni zamanda ibrətamiz bir hadisəni –1990-cı ildə Moskvadan qayıtdıqdan sonra Naxçıvanda təcrid olunmuş çox ağır şəraitdə yaşadığı vaxt yanına, gözləmədiyi halda Aybəniz Vurğunqızının gəldiyini xatırladır. Əvvəlcə Aybəniz xanımın kiminləsə işi olduğundan Naxçıvana gəldiyini güman edən Ümummilli liderə sonradan məlum olur ki, o, yalnız Ulu öndəri "görüb, salam vermək üçün" gəlib. H.Əliyevin yanına o vaxt çoxları getsə də, bu görüş onun üçün, özünün də etiraf etdiyi kimi, çox qiymətli olub: "Ona görə ki, o, Səməd Vurğun ailəsinin nümayəndəsidir. Bir də ona görə ki, Naxçıvan ağır şəraitdə idi, təyyarələrin gediş-gəlişi çox çətin idi. Görün, qadın yalnız mənə salam vermək, mənimlə görüşmək üçün gəlmişdir. Bu, məni həm sevindirdi, həm də bir daha təsdiq etdi ki, yaxşı insanlar, saf ürəkli insanlar bizim cəmiyyətimizdə çoxluq təşkil edir...
Mən bu faktı yüksək qiymətləndirməyimə görə xatırlayıram. Ona görə xatırlayıram ki, bu, Səməd Vurğun ailəsidir. Həmin görüşdə mən Səməd Vurğunu bir daha yaxından hiss etdim. Bunların hamısı bizi bir-birimizə mehriban, sadiq olmağa dəvət edir".
H.Əliyev Aybəniz Vurğunqızının "yüksək keyfiyyətə malik bu nəcib hərəkəti"ndən digər insanların ibrət götürməsini də tövsiyə edir. O, şairin övladlarının ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında, eləcə də müstəqilliyimizin qazanılması sahəsində öz fəaliyyətlərini yüksək dəyərləndirməklə yanaşı, onların atalarından gələn genetik kodların (istedadın, cəsarətin, xeyirxahlığın, nəcibliyin) daşıyıcıları olduqlarını xatırlatmağı da lazım bilir...
Yeri gəlmişkən, xatırladaq ki, H.Əliyev S.Vurğunun ədəbi irsinə hörmətlə yanaşmaqla yanaşı, şairin ailə üzvlərini də daim diqqətində saxlamış, onların ağır günlərində yardımçısı olmuşdur. H.Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrlərdə şairin ailəsinin onun qayğı və diqqətini hiss etdiyini təsdiqləyən S.Vurğunun həyat yoldaşı Xavər xanım şairin ev-muzeyinin məhz H.Əliyevin təşəbbüsü ilə yaradıldığını, onun açılışdan qabaq muzeyə gəlib təmirlə maraqlandığını, şairin ailə üzvləri ilə görüşdüyünü, hər bir eksponatı diqqətlə nəzərdən keçirdiyini, muzeyin açılışına çox məşhur simaları dəvət etdiyini, şairin 70 illik yubileyini Bakıda və Moskvada təmtəraqla keçirdiyini, eləcə də 1996-cı ildə onun 90 illik yubileyi ilə bağlı xüsusi sərəncam imzaladığını, sərəncamdan sonra bütün bölgələrdə "Səməd Vurğun günləri" keçirildiyini, 1997-ci il martın 6-da, 1975-ci ildə olduğu kimi, muzeyə gəldiyini, o böyük şəxsiyyətin özünün də "Vurğun şeirlərinin vurğunu" olduğunu diqqətə çatdırır.
Yusif Səmədoğlunun ağır xəstəliyə düçar olduğu vaxtlarda H.Əliyevin əlindən gələni əsirgəmədiyi də Xavər xanımın xatirəsində yer alıb: "Mənim möhtərəm prezidentim Yusifi Bakıya qayıdandan sonra da (Almaniyada müayinədən qayıtdıqdan sonra-A.S.) nəzarəti altında saxlayırdı. Hətta xəstəxanada yatanda da ona baş çəkməyə getmişdi. Ona deyirdi ki, səninçün hər şey edəcəyəm. Moskvadan Yusifə baxmağa xüsusi həkim də gətirtmişdi. Mən hiss edirdim ki, o, mənim qayğıma bir qardaş kimi qalır. Yusifə həmin vaxt "Xalq yazıçısı" fəxri adı və "Şöhrət" ordeni də verdi. Vəfatından sonra da onun yaşadığı binaya xatirə lövhəsinin vurulması və məzarüstü abidəsinin düzəldilməsi barədə sərəncam verdi. Yusifə əsl ata qayğısı göstərdi. Heydər Əliyevin fərmanı ilə oğlum Vaqif Azərbaycanın "Xalq şairi", mən və qızım Aybəniz "Əməkdar mədəniyyət işçisi" fəxri adına və prezident təqaüdünə layiq görülmüşük. Mən belə bir dahini, belə bir qayğıkeş insanı necə unuda bilərəm"...
Şairlər özlərindən sonra bir "iz qoymaq" istəyi ilə yazıb yaradar-ömür xərcləyərlər... və "iz" adı altında da, təbii ki, əsərlərini ("əsər" sözünün mənası da elə "iz" deməkdir) nəzərdə tutarlar. Ustad şair və böyük şəxsiyyət Səməd Vurğun isə "iz qoymaq" seçiminə bir qədər fərqli yanaşıb: o, istiqbala (özündən sonraya-gələcəyə) əsərləri ilə yanaşı, övladlarını da (öz ifadəsi ilə desək, şöhrətini, heykəlini, adını yox) yadigar qoymaq istəyində olub. Bəlkə, şair övladlarının ədəbiyyat adamı olacaqlarını heç xəyalına da gətirməyib, onların sənətindən-peşəsindən asılı olmayaraq, zamanın sınağından üzüağ çıxmalarını, şərəfli ömür sürmələrini, vətənə layiqli övlad kimi yetişmələrini arzulayıb. Lakin, zaman şairin arzusunu "korrektə edib". Tale elə gətirib ki, övladları (Yusif və Vaqif Səmədoğlular) atalarının həm "ədəbi xələfi"nə, həm də ictimai-siyasi sahədə davamçısına çevrilib. Başqa sözlə, şairin həm öz əsərləri zamanın sınağından üzüağ çıxıb-poetik düsturunu verdiyi azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin təməl prinsiplərindən birinə çevrilmiş, həm də övladları atalarının yolunu (həm sənət, həm də ictimai-siyasi baxımdan) şərəflə davam etdirmişlər. Azərbaycanda ilk olaraq özünün layiq görüldüyü "Xalq şairi" fəxri adını (təbii ki, "Xalq yazıçısı" adı da eyni statusun daşıyıcısıdır) oğulları da ləyaqətlə daşımaqla yanaşı, müstəqilliyimizin qazanılmasında da yaxından iştirak etmişlər.
Beləliklə də ustad şairin arzusu çin olmuş – o, istiqbala, milli ədəbiyyatımıza və dövlətçiliyimizə "əsərləri və övladları ilə birlikdə" əvəzsiz xidmət göstərmişdir. Bu əvəzolunmaz xidmət isə məhz "bir insan kimi formalaşmasında, təhsilində, əxlaqında, mənəviyyatında çox böyük rol oynamış, əsərlərindən bəhrələnmiş, onlardan mənəvi qida almış, ədəbi irsinə Azərbaycanda hörmətlə yanaşılması və ondan istifadə edilməsi üçün lazımi tədbirlər görmüş" Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində əsl qiymətini almışdır.
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)
AFORİZM BOXÇASI - Y.Simonis: “Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan”
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə aforizmlərdən ən seçmələrini verməyi məqsədyönlü hesab edirəm.
Bu gün daha 10 aforizm:
Yüksəyə qalxmaq istəyirsənsə, lap aşağıdan başlamalısan.
Y.Simonis
İnsan həyatına müdriklik deyil, uğurlar yön verir.
Siseron
Kiçik uğurlarınızla qürrələnməyin.
Sokrat
Layiq olmadan qazanılan uğurlar narahatlıq doğurur.
H.Spenser
Dünyanın böyük adamları öz istəklərinə böyük zəhmət və əziyyət sayəsində çatmışlar.
C.Teylor
Rahat yaşamaq və uğur qazanmaq üçün səy göstərmək lazımdır.
A.Tomas
İnsan uğur qazana bilməsə də, əgər o, uğur üçün əlindən gələni edibsə, heç vaxt onu qınamaq fikrinə düşməyin.
C.Vaşinqton
Kürək çəkməyi bacarana qayıqda həmişə yer tapılar.
Afrika xalqları atalar sözü
Uğur qazanmaq üçün bir az da laqeyd olmaq lazımdır.
Alman atalar sözü
Səndən hərəkət, məndən bərəkət.
Azərbaycan atalar sözü
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)
Bu gün "Füyuzat" jurnalının 118 yaşı tamam olur
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Həyat füyuzatdır demirik, həyat füyuzata meyildir deyirik!"
Bu gün milli mətbuat və ictimai fikir tariximizdə mühüm və özünəməxsus yeri olan "Füyuzat" jurnalının ilk sayının nəşrindən 118 il ötür.
Milli məfkurə tariximizdə çox böyük əhəmiyyətə malik olan "Füyuzat" jurnalı 1 noyabr 1906-cı ildə Azərbaycanın böyük mütəfəkkiri Əli bəy Hüseynzadənin redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə nəşr olunmağa başlamışdır.
1906-1907-ci illərdə nəşr olunan "Füyuzat" jurnalı öz ətrafına Məmməd Əmin Rəsulzadə, Həsən bəy Zərdabi, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlmasi, İsmail bəy Qaspıralı, Həsən Səbri Ayvazov kimi dövrün tanınmış ziyalılarını toplamışdır.
Lakin təəssüf ki, jurnalın sadəcə 32 sayı işıq üzü görmüşdür. 1907-ci ildə milli və mütərəqqi fikir və ideyalar təbliğ etdiyindən dolayı çar höküməti tərəfindən jurnalın fəaliyyəti dayandırılmışdır.
1907- ci ilin 1 noyabrına qədər nəşri davam etmiş və bu müddət ərzində 32 nömrəsi çıxmış jurnal 32-ci yəni son nömrəsində "Pərdə eniyor" adlı son məqaləsi ilə oxucularına "əlvida!" demişdir.
Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu 2007-ci ildə jurnalı bərpa etmiş və tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ın davamı kimi 33-cü nömrədən çap etdirməyə başlamışdır.
2021-ci ilin mart ayından etibarən isə jurnalın baş redaktoru Mübariz Yunusdur.
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)
Deyl Karnegi, abortlara içazə və “Otello”
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri təqdim edirik:
1 noyabr. Beynəlxalq Veqan Günü
Olduqca maraqlı bir təqvim günüdür. Veqanlar - ən ciddi vegetarianlardır, onlar öz rasionlarından təkcə ət, quş və balıq ətini çıxarmırlar, həm də canlı mənşəli bütün ərzaqlardan – yumurtadan, süddən, baldan və s.-dən belə imtina edirlər. Onlar dəridən, xəzdən, ipək və yundan olan paltarlar belə geymirlər. Vegetarianlıq qədim Hindistanda yarandığından bu gün dünya vegetarianlarının 70 faizindən çoxu hindusdur, həmçinin veqanların da böyük əksəriyyəti hindusdur. 87 ildir ki mövcud olan veqanlıq hərəkatına ayrıca təqvim günü həsr etmək, bilin ki, insanlığı canlı təbiəti bunca çalıb-çapmamağa çağırışdır.
1 noyabr. Qranadada Beynəlxalq caz festivalının açılışı
10 gün davam edəcək bu festival kifayət qədər mötəbər sayılır, adətən 27 gün davam edən festivalın formatına pandemiya təbii ki, dəyişiklik edibdir. Burada daha çox etnik musiqi və caz-fyujn səsləndirilir. Müxtəlif illərdə Mayn Devis, Oskar Piterson, Xerbi Henkok, Dayana Kroll kimi ulduzlar festivalda iştirak ediblər. Teatrto İzabel la Katolika səhnəsində düzənlənən festivala maraq o qədər böyükdür ki, bir ay öncədən bütün biletlər satılmış olur, ona tək yerlilər deyil, əcnəbilər də gəlib baxırlar.
Deyirəm, görəsən bizim möhtəşəm cazmenlərimiz var, tək elə birini deyim, İsfar Sarabski, o, Qranadaya getsə öz virtuoz ifası ilə necə də alqışlar qazanardı, bəlkə hətta Qran-priyə də layiq görülərdi...
1 noyabr. Samxeyndən Ksinonavroya və Movembəyə qədər
Samxeyn günü. Məhsul yığımının qurtardığını bildirən kelt bayramıdır. Beynəlxalq Ksinonavro günü. Bu bir üzüm növüdür, ondan qırmızı süfrə şərabı istehsal olunur. Yunanıstanın simvollarından biri sayılır. Bütün müqəddəslərin günü. Bu günü katolik kilsəsi ölkələri qeyd edirlər. Şabalıd bayramı. Bu günü Qalisiyada – İspaniyada qeyd edirlər. Koreyada itlər günü, Yaponiyada özünümüdafiə qurbanları günü, Meksikada ölülər günüdür, Uelsdə Qalan Geaf günü – Helloin bayramını xatırladan bir bayram qeyd olunur. Ən maraqlı qeydetmə Avstraliyadadır – Movember günü. Bir aylıq mərasimin başlanğıcından kişilər bığ saxlayır, prostat və digər kişi xəstəliklərinin təhqiqi sahələrinə könüllü ianələr ödəyirlər.
ABŞ-da isə qızardılmış molyuska günüdür. Ardına qulaq asın. ABŞ-da həm də milli paştet günüdür. Davamı da var. ABŞ-da milli sirkə günüdür. Və hətta bu da bəs olmayıb, amerikalılar bu günə həm də ev heyvanları aşpazı gününü salıblar. Bəxtəvər o ev heyvanlarının başına ki, bizimkilər kimi artıq-urtuq yemirlər, xüsusi aşpaz hazırlayan dürlü qidalarla qidalanırlar.
O ki qaldı tarixi hadisələrə, 1991-ci ilin bu günündə Çeçenistan müstəqilliyini elan edib, 1955-ci ildə dünyaşöhrətli Amerika psixoloqu və kouçu Deyl Karnegi dünyaya əlvida deyib. 1955-də həm də SSRİ-də abortlara icazə verilib, 1950-ci ildə Amerika Basketbol Liqasında qaradərililərə iştiraka icazə veriblər, 1927-ci ildə Azərbaycanda da çoxlu azarkeşi olan Kiyevin “Dinamo” futbol klubu yaranıb, 1800-cü ildə Con Adams Ağ Evdə məskunlaşan ilk ABŞ prezidenti olub. 1604-cü ildə Londonun Uaytholl Kral sarayının ziyafət zalında Şekspirin “Otello” faciəsinin premyerası keçirilib. 1512-ci ildə Mikellancelonun rəsmlərlə bəzədiyi Sikstin kapellasının açılışı olub.
1 noyabra aid daha iki hadisə var. 1755-ci ilin 1 noyabrında dəhşətli zəlzələ Lissabon şəhərini tam dağıdıb, on minlərlə insan həlak olub, yüz minlərlə insan yaralanıb.1906-cı ilin 1 noyabrında isə Əli Bəy Hüseynzadənin redaktorluğu ilə “Füyuzat” jurnalının ilk sayı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət”
(01.11.2024)