Fitri istedad, növbədənkanar üzvlük, açıq qapılar Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Söhbətim klassik musiqi janrında fəaliyyət göstərən və parlayan bir bəstəkar barədədir, Vasif Allahverdiyev barədə.  Yaradıcılıq fəaliyyəti ilətanış olduqca siz də onun yaratdıqlarına heyranlığınızı fizlədə bilməyəcəksiniz.

 

Bəstəkar Vasif Allahverdiyev 16 oktyabr 1963-cü il Naxçıvan şəhərində mühəndis ailəsində anadan olub. Vasif ilk musiqi təhsilini Sumqayıt şəhər 2 nömrəli uşaq musiqi məktəbində alıb. Burada o, bu gün də ehtiramla xatırlayıb, minnətdar olduğu sevimli müəllimi Əlislam Aslanoğludan tarın sirlərini öyrənib. Qeyd etmək lazımdır ki, ilk dəfə tarda çalmağı ona dayısı Naxçıvan Muxtar Respublikasının tanınmış tarzəni, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Tağı Tağıyev öyrətmiş və hər zaman gənc bəstəkara öz dəstəyini göstərib.

Tağı Tağıyev adı Allahverdiyevlər ailəsində təkcə qohumluq əlaqələrinə görə deyil, eyni zamanda bu şəxsiyyət, ailədə böyüyən iki gənc musiqiçinin - Vasif, Ceyhun Allahverdiyevlərin yaradıcılıq həyatında mühüm və müstəsna yeri, xidmətləri olan, daim qürurla yada saldıqları ilk müəllimləri kimi hörmətlə qəbul etdikləri ziyalıdır.

Təhsilini müvəffəqiyyətlə başa vuran Vasif, 1979 cu ildə Naxçıvan musiqi texnikumuna tar ixtisası üzrə qəbul olur. Bir il təhsil aldıqdan sonra təhsilini 1980 cil ildə Asəf Zeynallı adına musiqi texnikumunda davam etdirir. Texnikumda təhsil alan Vasif, eyni zamanda fakultativ olaraq Vasif Adıgözəlovun sinifində bəstəkarlıqla da məşğul olur. 1983 cü ildə buranı fərqlənmə ilə bitirən gənc musiqiçi elə həmin il, Üzeyir Hacıbəyov adına Azərbatycan Dövlət Konservatoriyasına daxil olur.

Üzeyir Hacıbəyov tərəfindən yaradılan Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyət istiqamətini özündə əks etdirən Azərbaycan Bəstəkarlar İttifaqının nizamnamə tələbinə bir sıra formalar daxildir. Bəstəkar irəli sürdüyü tələb üzrə ittifaqa müraciət etməli, əsərləri dəfələrlə dinlənilib müzakirə edilməli, konsert tədbirlərdə ifa olunaraq, bəstəkar və musiqişünaslar tərəfindən rəy yazılmalıdır. İdarə heyəti tərəfindən qərar qəbul edildikdən sonra təqdimat möhürlənib təsdiq olunmalıdır. Üzvlüyə bu kimi uzun proses keçdikdən sonra, təsdiq üzrə bəstəkar ittifaqa dəvət olunub, üzvlük kitabçası ilə təltif edilir. Lakin Vasif Allahverdiyevin ittifaqa üzvlüyü növbədənkənar, bu prosedurlarsız olmuşdur. Sözsüz ki, Vasifin əsərləri bu dövrə qədər dəfələrlə ölkənin bir sıra konsert salonlarında ifa olunmuş, dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdı.

 

Simfonik əsərləri

1. “Atatürk” simfoniyası (3 hissəli)

2. " Heydər Əliyev - ömür yolu " simfonik poeması

3. Simli orkestr üçün musiqi. (Teymur Göyçayevə həsr olunub)

4. " Sənsizlik elegiyası" Metso saprano və orkestr üçün. (H.Əliyevə həsr olunub)

5. " Suenos" xəyallar.

6. " Rəqs" simfonik orkestr üçün.

 

Kamera və kamera instrumental əsərləri

- " Zəminxarə " səs və kamera orkestri üçün.

- " Türkü " (zərb alətləri və orkestr üçün)

- " Hara gedirsən " səs və kamera orkestri üçün.

- " Gözləyəcəyəm səni " səs və orkestr üçün.

- " Bəlkə görüşdük " səs və orkestr üçün.

 

XÇA əsərləri

1. " Cəngi sədası "

2. " Azərbaycanım"

3. " Azərbaycan torpağıyam odası " (4 səsli qarışıq xor və xça orkestri üçün)

 

Fortepiano yaradıcılığı

1. Gənclik süitası (5 hissəli) (qızı Türkan Allahverdiyevaya həsr olunub)

2. 8 Prelüd (C.Allahverdiyevə həsr olunub)

3. " Gül açar " xalq mahnısının mövzusu əsasında variasiyalar.

4. Fortepiano silsiləsi 4 hissəli (Arif Məlikova həsr olunub)

5. Sonatina 3 hissəli (İsmayıl Hacıbəyova həsr olunub)

 

Mahnı və romanslar

1. Azərbaycanım (söz: Maya Heydərqızı)

2. Hara gedirsən

3. Gözləyəcəyəm səni (söz: Maya Heydərqızı)

4. Bəlkə görüşdük (söz: Telman Biləsuvarlı)

5. O yollar (söz: Maya Heydərqızı)

6. Qəmli hekayə ( söz: Cavid)

 

Mükafatları

10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.