Super User

Super User

Cümə, 15 Avqust 2025 10:32

İrəvanda xal qalmadı, yoxsa xan?

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan Azərbaycan Borçalıya, Təbrizə, Dərbəndə, İrəvana bölündü. Səfəvilərin, Əfşarların, Qacarların qılıncını qına qoyması ilə sərhədləri İsfahandan Osmanlıya, Təbrizdən Dəmirqapı Dərbəndə, Şimali Qafqazdan çar Rusiyasına, Borçalıdan Tiflisə, Kartli-Kaxeti çarlığından Türküstana, Pakistandan Hindistana qədər uzanan, qılıncı dünyanın dörd bir yanına işləyən Azərbaycan imperiyaları Çar Rusiyasının Qafqaza gəlişi, Rusiya Türkiyə və Rusiya Qacar müharibələri ilə “Kürəkçay”, “Türkmənçay”, “Gülüstan” dəhşətlərini yaşatdı.

 

Qarabağ xanı İbrahimxəlil xanın üzünü Çar Rusiyasına tutması, “Kürəkçay” müqaviləsinə imza atması ilə parçalanması qısa müddətdə reallaşan, xanlıqlara bölünən Azərbaycanın acı taleyi onu öncə Qarabağda, sonra Gəncədə, sonra da İrəvanda yaxaladı. İstər Çar Rusiyası, istərsə də Şura hökuməti illərində gerçək tarixi qələmə almaq, işğalçı imperiyanın mahiyyətini rəsmi sənədlərə, kitablara köçürmək mümkün olmasa da, xalq yaddaşını tarixi faktlara, gerçək hadisələrə şahidlik etdi.

30-cu illərin dəhşətli repressiyaları zamanı millətin 38 min düşünən beyini, alim, müəllim, şair, yazıçı və dövlət xadimini Türküstana, Sibir çöllərinə sürgün edən, Nargin adasında güllələyib qurd-quşa yem edən çar cəlladları siyasi repressiyaları, mənəvi terroru özündə ehtiva edən şeirləri, sənət əsərlərini, xalq mahnılarını da yasaq etdi: Onlardan biri də son misrasındakı “Təbriz” sözü “Təbiblə” əvəz edilən, məşhur bayatı idi.

O yana döndər məni,

Bu yana döndər məni,

Ürəyim yaralıdır,

Təbrizə göndər məni.

 

38-ci ilin sürgünü tarixə reportasiya kimi daxil oldu

 

1937-ci ilin dəhşətli repressiyalarından öncə Şura hökuməti daha dəhşətli bir terrora imza atmışdı. Çar Rusiyası, “neft bumu” zamanı o taydan bu taya çörək dalıyca gələn on minlərlə azərbaycanlıya “İran casusu damğası vurmaqla ölkədən çıxarmışdı. Çıxarmaq azdı, onların bolşevik Azərbaycanını tərk etməsi üçün cəmi üç gün – 72 saat zaman vermişdi. Azərbaycan tarixinə reportasiya kimi daxil olunan bu qərarın icrası zamanı minlərlə güneyli Xəzər dənizində üst-üstə mindikləri gəmilərdə boğulmuş, böyük bir qismi isə sulara qərq olmuşdu. Bu azmış kimi o taydan bu taya gələn, burada ailə quran güneylilər vəziyyət düzələndən sonra dönmək ümidi ilə ailələrini, övladlarını Azərbaycanın quzeyində qoymuşdular. Bunun digər bir səbəbi də bu taydan olan ailə üzvlərinin sovet casusu kimi hədəfə alınıb zindanlara atılması qorxusu idi. Bu dəhşətli qorxular uzun sürdükcə o taydakı ərini, atasını, qardaşını gözü yaşlı gözləyənlər “Ürəyim yaralıdır, Təbrizə göndər” kədəri ilə bayatılar çağırır, onu laylaya, nəğməyə çevirir, “O taydan bu taya mühacirət edən, Şah rejimindən canını qurtarıb gələn Rübabə Muradovaya qoşulub

Sil, gözünün yaşını,

Ağlama bəsdir

Qaragilə

        deyirdi. O taydakılar isə korun-korun yanır,

Mərəndə gəl,

Xar gülün dərəndə gəl,

Sağlığımda gəlmədin

Barı can verəndə gəl.

        harayı ilə həsrətin bəstəsini yaradırdılar. Bu, Şura hökuməti idi. Onun sözdən söz çıxarmağı, ev yıxmağı, yurd-yuva dağıtmağı var idi.

30-cu illərin dəhşətli repressiyalarından öncə Cümhuriyyət zamanı təsbit olunan əlifba, ana dili, dini etiqad azadlığı ləğv olunur. Mətbuat üzərinə senzura qoyulur. “Qlavlit”, “Xodsovet”, “Pedsovet” yaradılır. Ağabəyim Ağanın məşhur:

Əzizinəm, Qarabağ,

Qara salxım, qara bağ,

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

        bayatısının olduğu kimi ifası xanəndələrə yasaq edilir. Dillərə dastan bayatı bu şəkili alır:

 

Əzizinəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Quruluşun, zamanın diqtəsini, ağrı-acısını, xalq ruhunun kədərini özündə ehtiva edən əsərlərdən, xalq mahnılarından biri də “İrəvanda xal qalmadı” kimi təqdim olunan xalq mahnısı, daha doğrusu xalqın yaddaş ağrısı idi.

 

Bir mahnının tarixçəsi və ya sevginin kədər üzü

 

Ötən əsrin 80-ci illərinə qədər “Kərəmi”, “Ruhani”, “Mansarı”, “Dilqəmi” saz havaları kimi heç bir məclisdə qol qaldırılıb süzülməyən “İrəvanda xan qalmadı” xalq mahnısı “xan” sözünü “xal” ifadəsi ilə əvəz etsə də, düz bir əsr başqa biçimdə təqdim olunub. Əfsanəyə görə “İrəvanda xal qalmadı” mahnısı Azərbaycanın səsi vala ilk yazılan ustad sənətkarı, Şamaxılı mesenat Mahmud Ağanın malikanəsində – “Qızıl salonda” təşkil etdiyi Muğam müsabiqəsinin münsiflər heyətinin sədri, “Qırxpilləkan”ın yaxasında sevdiyi gözələ qırx otaqlı malikanə tikdirən, Müsabiqənin sonunda Mahmud Ağanın bağışladığı “Qızıl Qaval”ı Bakı milyonçusu, mesenat Şəmsi Əsədullayevlə qızının toyunda Seyid Şuşinskiyə bağışlayan Cabbar Qaryağdıoğlu İrəvanın məşhur milyonçularından biri, Məşədi Ələsgərin qardaşı oğlu Əkbər bəyin toyunu aparırmış, toy boyu bəyin tərifi gedir. Qızın atası Cabbar əmiyə yaxınlaşıb qızının – gəlinin də tərifini istəyir. O zamanlar bəy toyunda gəlin iştirak etməzmiş. Guya Cabbar əmi gəlinin atasından qızının “nəm-nişanını” soruşur. Gəlinin atası da, qızının üzündə qoşa xal olduğunu deyir.

Yüz illər bundan öncə Azərbaycanın mənəvi mühitini bilənlər bilir ki, istər gəlin, istərsə də bəy toyunda qızın ata-anası üzdə olmazdı. Bu vəzifəni nəslin ağsaqqal və ağbirçəkləri, gəlin və bəyin yengəsi, vəkili, soldış və sağdışı öz üzərinə alardı.

 

Qürur, qeyrət, ləyaqət – İrəvanın saray-siyasət dili

 

İrəvan kimi klassik saray ənənələrinə, Osmanlı, Səfəvi, Qacar və Əfşar müqəddəsliyinə bağlı olan bir diyarda, kəcavəsi bəzənən, gərdəyi biçilən, duvağı al-qumaşdan, ipəkdən seçilən, 40 gün toyu çalınan, 40 gün də gərdəkdə saxlanıb həya pərdəsi qorunan bir gəlinin atası bəy toyunda qızının tərifini istəməz, bunu qüruruna, qeyrətinə sığışdırmazdı.

İrəvanda xan qalmadı,

Daha məndə can qalmadı,

O xal nə xaldı, qoşa düzdürmüsən?

De, görüm nə xaldı qoşa düzdürmüsən?

Nə az, nə çox, düz yüz il “İrəvanda xal qalmadı” oxundu. Cabbar Qaryağdı oğlunun Qurban Pirimovun, Seyid Şuşinskinin, Sadıxcanın, Bülbülün, Xan Şuşinskinin, Yaqub Məmmədovun, Qədir Rüstəmovun, Baba Mahmudoğlunun, Elmira Rəhimovanın ifasında ruhun qida yeri olan, hətta Elmira Rəhimova və Baba Mahmudoğlunun ifasında duet olaraq Azərbaycan Radiosunda lentə alınan əsər əslində özündə daha kədərli faktı, milli dövlətçilik və milli mənəvi dəyərlər tariximizlə bağlı həqiqəti ehtiva edir.

Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının tədqiqatlarından, Azərbaycan Folkloru Antologiyasından əldə olunan məlumatlara istinad edərək deyə bilərik ki, “yeddi bənddən və hər bəndi də yeddi misradan ibarət olan mahnı İrəvan kəlməsi ilə başlayır. Milli mənlik, milli kimlik uğrunda mücadiləni, Çar Rusiyasının “Qafqazı parçala, hökm sür!” siyasətini, irticanı əks etdirən əsərin ana xəttini başqa mətləb təşkil etsə də, misralar sevgi üzərində təqdim olunur:

İrəvanda xan qalmadı,

Gəncədə sultan qalmadı,

Daha məndə can qalmadı,

Ay qız, o xal nə xaldır?

Sən ora düzdürmüsən?

Ay qız o nə xaldır?

Sən üzə düzdürmüsən?

Professor Məhərrəm Qasımlının da qeyd etdiyi kimi “Misralardan da göründüyü kimi sanki təzad var: xanla, sultanla başlayan misralar sonradan bir gözəlin tərifinə, vəsfinə çevrilir”. Bir az öncə də qeyd etdiyimiz kimi mahnı Şuşalı Cabbar Qaryağdı oğlu tərəfindən İrəvan şəhərində imkanlı bir mülkədarın, Məşədi Ələsgərin qardaşı oğlu Əkbər bəyin toyunda yaranıb. Deyirlər, məşhur toya mahalda, üstəlik Qarabağda, Şirvanda, Tiflisdə məşhur olan xanəndələr sıra-sıra mahnılar, təsniflər oxuyur, məclisin abı-havasını təzələyirmiş. Bu dəmdə gəlinin atası qızının da tərifini istəyir. Gəlinin üzündəki nişanədən xəbər tutan Cabbar əmi onun tərifini dillərə dastan edir. İllərlə “İrəvanda xan qalmadı, Gəncədə sultan qalmadı” deyib tarixi həqiqətin girdabında əriyən xalq ötən əsrin 80-ci illərində milli müstəqilliyin, “Qarbaçov perestoykasının” imkanlarından istifadə edib, əsl həqiqəti, özü də tarixi həqiqəti yerinə qoyur. “İrəvanda qalmayan xanın, Gəncədə qalmayan sultanın xal yolunda, yar yolunda deyil, azadlıq yolunda Xala – Qara xala döndüyünü sübut edir.

 

Firudin Şuşinskinin üzə çıxardığı həqiqət

 

Milli-mənəvi dəyərlər tariximizdə Şuşinksi imzası, künyəsi ilə sənətin, səltənətin sultanı olan bir cüt qoşa qanadın, Seyid Şuşinski və Xan Şuşinskidən sonra Firudin Şuşinski boy verdi. Azərbaycan muğamlarının ustad bilicisi, milli muğam məktəblərinin və xalq mahnılarının məşhur tədqiqatçısı professor Firudin Şuşinski. Məhz bu mütəfəkkir alimin iradəsi, ciddi tədqiqatları sayəsində Şirvan, Abşeron, Qarabağ musiqi, muğam mühitləri, muğam ifaçıları, xalq mahnılarında ehtiva olunan əsas mətləblər üzə çıxarıldı. Məhz bu qüdrətli alim sübut etdi ki, Cabbar Əmiyə qədər lentə yazılan “İrəvanda xan qalmadı” xalq mahnısı məhz Çar Rusiyasının diqtəsi ilə ortadan götürülüb. Cabbar əmi hadisəni yaşatmaq, faktı qorumaq üçün onun sonuna “Bir gözəlin vəsfini” əlavə edib. “İrəvanda xanın, Gəncədə sultanın qalmadı”ğını, xalqın yaddaşında xala döndüyünü sənətin dili ilə aləmə yayıb.

Əsl həqiqət isə Gəncə xanlığının, İrəvan xanlığının işğalını, Cavad xanın və Hüseynqulu xanın övladları ilə birlikdə faciəli sonunu, general Sisianovun Gəncə qalasında, qraf Paskeviçin İrəvan qalasında tökdüyü qanı özündə ehtiva edir. Tarixi həqiqətlər, həm də mənbələr sübut edir ki, 1827-ci il oktyabr 6-da general Paskeviçin komandanlığı altında Çar ordusu gərgin mübarizədən, uzun sürən döyüşlərdən sonra İrəvan qalasını mühasirəyə alır və Qalanın müqavimətini qırır.

 

Qraf Paskeviç imperator tərəfindən "Qraf Erivanski" tituluna layiq görüldü

 

Qədim tarixə, zəngin mədəniyyətə, strateji əhəmiyyətə malik olan İrəvan xanlığını, Çuxur Sadd bəylərbəyliyini, "Osmanlı dövləti ilə Qacarlar dövləti arasında strateji mövqedə yerləşən İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804 və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət 1827-ci il oktyabrın 1-də ermənilərin qala divarlarının zəif yerlərini rus komandanlığına nişan verməsi nəticəsində süqut etdi. Qaladan kənardakı düşərgəsində olan

Paskeviçə İrəvan qalasının alınması xəbəri çatanda artıq rus əsgərləri talana başlamışdılar. Qaladakı evlərin hamısı top mərmilərindən yerlə-yeksan olmuş, küçələr meyitlərlə dolmuşdu. Oktyabrın 2-də qalanın cənub darvazasının önündə qələbə paradı keçirilmişdi. Zəfər marşı çalınmış və toplardan yaylım atəşi açılmışdı. Bu zaman zədələnmiş qala divarlarının bir hissəsi uçmuş, çoxlu insan tələf olmuşdu. İrəvan qalasının alınmasına görə Paskeviç imperator tərəfindən "Qraf Erivanski" tituluna və II dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülmüşdü. Digər generallar da yüksək mükafatlar almışdılar. Bir müddət sonra "İrəvan qalasının alınması uğrunda" xüsusi medal da təsis edilmişdi. İmperatorun buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilmişdi. İrəvan qalasının alınması xəbəri Rusiya imperatoru I Nikolaya Riqada olarkən çatdırılmışdı. Həsən xanın qılıncını çara təqdim etmişdilər. Çar da öz növbəsində həmin qılıncı Riqada olmasının xatirəsi olaraq şəhər ratuşuna bağışlamışdı (Həmin qılınc hazırda Kremlin "Silahlar Palatası"nda saxlanılır). Peterburqa qayıtdıqdan sonra imperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibəti ilə dualar etmişdilər. İrəvan qalasının işğalı zamanı götürülmüş açarları və dörd bayrağı paytaxt sakinlərinin alqış sədaları altında küçələrdə gəzdirilmişdi".

İrəvanda tökülən günahsız qanı, mücahid, şəhid xanın və xanlığın faciəsini isə xalq öz yaddaşında qəm dəftərinə, kədər nəğməsinə çevirdi.

 

İrəvanda xan qalmadı,

Gəncədə sultan qalmadı.

O xan, nə xandır ora düzdürmüsən?

De görüm nə xandır, ora düzdürmüsən?

Daha məndə can qalmadı,

O xan nə xandır qoşa düzdürmüsən?

 

Çar mənim, xan mənim,

İxtiyar mənim,

Xalqa nə borcdur?

Belə düzdürmüşəm.

Çarım deyibdir,

Qoşa düzdürmüşəm.

 

102 ilin həqiqəti Sərdərabad qalasından Zəfər paradına

 

Bu müdhiş, müdhiş olduğu qədər də quruluşun, zamanın aynası olan əsərdə mühafizə olunub qorunan həqiqətdən sonra 1828-ci ildə bölünüb parçalanan Azərbaycan ikiyə bölündü. “Kürəkçay”, “Türkmənçay”, “Gülüstan” dağını daşıyan xalq Şərqin ilk Demokratik Cümhuriyyətini qurana qədər Sərkərdə-xaqan ucalığı əlindən alındı. “İrəvanda xal qalmadı” deyib dinlədiyimiz xalq mahnısı, xalqın yaddaşı kimi taleyimiz oldu. Çar cəlladları düz 300 il Azərbaycanda meydan suladı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi ilə Şuşa qalasında, Xudafərin körpüsündə Bayrağa dönən xalq “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaratdı. 1827-ci il oktyabrında Sərdərabad qalasını, qala qarışıq İrəvan xanlığını işğal edən general Paskeviç xalqın qəzəbindən çəkinib xanın və oğlunun cənazəsini ay-qaranlıq gecədə torpağa verdi. Öncə isə İrəvan Şeyxülislamını çağırıb onların dəfnini təşkil etməsini əmr etdi. “O xan nə xandır qoşa düzdürmüsən?” “Çarım deyibdir, qoşa düzdürmüşəm” misraları belə yarandı. “Xal mənim, yar mənim” deyil, “Çar mənim, ixtiyar mənim” deyənlərin dərsi, üstündən 102 il ötəndən sonra Azadlıq Meydanında – Zəfər-Qələbə Paradında, 44 günlük Vətən Müharibəsindən sonra Qarabağdan, Şərqi Zəngəzurdan, döyüş bölgəsindən girov kimi gətirilən hərbi texnikanın nümayişi zamanı verildi. İrəvan qalasının açarlarını, xanın Qılıncını Riqada görüb qürrələnən, 1828-ci il martın 20-də İrəvan xanlığının ərazisində Erməni vilayəti yaradan I Nikolayın, general Paskeviçin ruhunun yerindən oynadığı gün, dünya Həsən xanı   Sarı Aslanı Peterburq zindanından xilas etdirən Fətəli şah Qacarın simasında mənsub olduğu millətin, məmləkətin əzəmətini etirafda bulundu.

“İrəvanda xan qalmadı, Gəncədə sultan qalmadı” kədəri ilə yaşayan, repressiya, mənəvi terror və müharibə illərində belə varlığını qoruyan millətin üstünə 20 Yanvar, Xocalı dəhşətləri zamanı da gecə gəldilər.

Tanrının ad verib, ordum dediyi əsil olan Türk Şuşa qalasına dan yeri söküləndə, Gün doğanda “Ruh bədənə girən kimi girdi!” Məlik şahın “Biz türklərik, bir ölər, min dirilərik!” nidası gerçəyə çevirdi.

Türkülər türkün taleyidi. “İrəvanda xan qalmadı” , “Çırpınırdı Qara dəniz”, “Ya azad ol, ya tamam yan”, “Ey Vətən”, “Ölkəm”, “Azərbaycan” nəğmələri eyni ruhun havası, həm də davasıdı! Bunu “Türkün şanlı bayrağını Qarabağdan asan”, onu Şəhid qanı ilə sulayan, ürəyinin başından, gözünün nurundan cücərdən Millətdən savayı kim anlayar ki?!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) X.B.Natəvan adına 4 №-li kitabxana filialı “Yubileylər silsiləsi” tədbirləri çərçivəsində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir təşkil etdi.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxandan verilən məlumta görə, Ulu Öndər Heydər Əliyev və Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir Bəxtiyar Vahabzadənin öz səsi ilə söylədiyi “Vətən” şeiri ilə başladı.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq qonaqları salamladı. O bildirdi ki, dövlət başçısı Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı 21 fevral 2025-ci il tarixində Sərəncam imzalanmışdır. Lətifə Məmmədova Xalq şairinə Ulu Öndər tərəfindən çox dəyər verildiyini vurğuladı, şairin yaradıcılığı, Şəkidəki Ev muzeyi, M.Kaşqari adına Beynəlxalq fond tərəfindən Şəkidə B.Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfrans haqqında qısa məlumat verdi. O qeyd etdi ki, B.Vahabzadənin Vətən və vətənpərvərlik, şəhidlər, ana dilimiz, ana haqqında gözəl şeirləri var. O, şairin lirik şeirlərinə toxundu, şairin 1975-ci ildə yazdığı “Muğam” poeması haqqında da məlumat verdi.

4 №-li kitabxana filialının müdiri Kamilə Novruzova B.Vahabzadənin həyat və yaradıcılığının əsas məqamlarına toxundu. O qeyd etdi ki, Xalq yazıçısı Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar kitabxanada silsilə tədbirlər, şeir və inşa müsabiqələri təşkil olunacaq.

Şair Aləmzar İlay çıxışında B.Vahabzadənin Vətənə, xalqa bağlılığından danışdı. O bildirdi ki, B.Vahabzadənin Vətən haqqında şeirləri hər birimizə örnəkdir. Aləmzar İlay şairin “Görən hara gedir bu millət” şeirini səsləndirdi.

 “Qızıl qələm” mükafatı laureatı, şair Natella Nur B.Vahabzadə ilə bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, şairlə ilk dəfə tələbəlik illərində görüşüb və B.Vahabzadə ona avtoqrafı ilə kitab bağışlayıb və adının sonuna “Nur” yazılmasını tövsiyə edib.

Şair Bayram Aşıqlı B.Vahabzadənin vətənpərvərliyindən, onun bayrağa olan sevgisindən danışdı.

“Uğurlu yol” qəzetinin məsul işçisi Nüsrət Əlioğlu bildirdi ki, Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, Bəxtiyar Vahabzadə kimi şairi var. O, B.Vahabzadənin gələcək nəsillərə örnək olmasını arzuladı.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəal oxucusu, şair Aytəkin Mehmanqızı çıxışında B.Vahabzadənin sözünün işığına yığışdığımızı bildirdi. Xalq şairinə ithaf etdiyi şeirini səsləndirdi və gələcək nəsillərin dahi insanları unutmadığını qeyd etdi. O, B.Vahabzadənin “Bir ürəkdə dörd fəsil” şeirini səsləndirdi.

“Gənclik gələcək press” və “Sənət dünyası” qəzetinin baş redaktoru, Əməkdar mədəniyyət işçisi, “Gənclik” nəşriyyatının direktoru Adil Abdullayev B.Vahabzadənin onun müəllimi, çox tələbkar, səmimi, xeyirxah insan olduğunu fəxrlə qeyd etdi. Və çıxışını bu sözlərlə yekunlaşdırdı: “O, bizə Vətəni sevməyi, dilimizin saflığını, onu qorumağı öyrətdi, şair bizə həyat dərsi keçirdi”.

Yazıçı, publisist Əli Yusif Xalq şairi Bəxtiyar Vahabzadənin alim, müəllim olduğunu, gördüyü işlərin əvəzolunmazlığından danışdı. Bildirdi ki, B.Vahabzadə millət üçün əlindən gələni etmişdir.

 “Qızıl Zəngilan” jurnalının layihə rəhbəri və təsisçisi Tarverdi Abbasov B.Vahabzadənin özəl xarakterli olduğunu və bunu ən yaxşı Ulu Öndər Heydər Əliyevin bildiyini, bütün parlament iclaslarında ona söz verdiyini vurğuladı.

Şair-publisist Tubu İman şairin “Bir salama dəymədi” şeirini səsləndirdi.

“Qızıl Zəngilan” jurnalının redaktoru Möhübbət Qurbanov, “Xalq hakimiyyəti” qəzetinin baş redaktoru Surxay Hümbətov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Zəngilan Rayon Veteranlar Təşkilatının sədri Ənvər Qarayev, şair Şəhla Qarabağlı B.Vahabzadə ilə bağlı xatirələrindən danışdı. Tədbir iştirakçıları Bəxtiyar Vahabzadənin xeyirxah əməllərindən, onun gənclər haqqında ibrətamiz çıxışlarından danışdılar.

Tədbirdə B.Vahabzadəyə həsr olunan videoçarx izlənildi:https://www.youtube.com/watch?v=lC5LnmdPuxo&t=127s

 

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikası öz əhatə dairəsini genişləndirir. Bu dəfə sizlərə Özbəkistan tələbəsi Qizlarxon İbrohimovanın “Yarışmadan sonra” adlı hekayəsini təqdim edirik.

Qızlarxon 2006-cı ildə Sırdərya vilayətinin Hovos bölgəsində doğulub. Cizzak Dövlət Pedaqoji Universiteti Özbək dili və Ədəbiyyatı Fakültəsinin 2-ci kurs tələbəsidir. Özbəkcə və türkcə cocuq düzyazıları yazır. Əsərləri ədəbiyyat dərgilərində, mətbuatda dərc edilir.

Təqdim etdiyimiz “Yarışmadan sonra” hekayəsi türk dilindədir.

 

 

QIZLARXON İBROHİMOVA

“YARIŞMADAN SONRA”

HEKAYƏ

 

Spor müsabakaları sona erdi. Öğrencilerin sevinçli sesleri ve zafer çığlıkları sürekli yankılanıyor. Okul yönetimi de ödül törenini başlattı. Ama nedense Galibcon'un yüzünde en ufak bir sevinç kırıntısı yok. Gergin ve memnuniyetsiz olduğu açıkça görülüyor.

Arkadaşlarına veda etmeyi istemeyen Galibcon, hızlı adımlarla evine yürüdü. Artık hiçbir şeyden memnun olmadığı belliydi, kendi kendine fısıldayıp duruyordu. "Olamaz. Hem koşuda hem de top atma yarışlarında sonuncu oldum." Yolda bulduğu tutkal şişesine sinirle tekme attı ve fısıldamaya devam etti. "Takım arkadaşlarım neden bana bağırıp duruyor? Sepeti çok yükseğe koymaları benim suçum mu? Basketbol turnuvasındaki yenilgimizden tek sorumlu ben değilim!" Yoldaki su birikintilerinin arasından umursamazca yürüdü. "Satrançtaki rakibim bir hile yaptı. Atımı göremedim. Bir hamle daha yapsam hiçbir şey değişmezdi. Ama o bunun kurallara aykırı olduğunu söylüyor. Her şey kurallara aykırı değildir. Sonuçta herkes hata yapar."

Golibcon, kendi kendine böyle tartışırken eve nasıl geldiğinin farkında bile değildi. Annesinin sonuçlarını merak ettiğini bilen Golibcon, sessizce kapıyı açıp içeri baktı. Kimsenin bakmadığından emin olur olmaz, spor çantasını rafın yanına koyup odasına koştu.

Mutfakta akşam yemeğini hazırlayan annesi, oğlunun geç kalmasından endişelenip onu aramaya başladı, ancak rafın yanındaki çantayı görünce rahatladı. Golibcan'un yarışma hakkında heyecanla konuşacağını tahmin etmişti. Ancak konuşmaması onu biraz düşündürdü. Yani yarışma Golibcan için iyi bitmemişti. Oğluna şimdi bundan bahsetmemek daha iyiydi.

Kapıyı hafifçe tıklatıp oğluna seslendi:

   Oğlum burada mısın?

   Evet, anne, geldım.

Galibcan sıkıntılı bir sesle cevap verdi.

   Acıkmış olmalısın. Yemek hazırladım. Çık da ye.

   Yemek istemiyorum. Biraz dinlenmek istiyorum. Çok yorgunum.

   Oğlum, hazırladığım yemeği en son ne zaman yediğini hatırlamıyorum. Bir dene. Çok lezzetliydi, – dedi annesi yalvaran bir ses tonuyla.

   Tamam anne. Başka zaman. Sana söyledim, yemek istemiyorum.

Oğlunun bu cevabı annesini çok üzdü. Galibcana bir daha bahsetmemek en iyisiydi. Dinlenirse aklı başına gelir. Annesi böyle bir umutla tek kelime etmedi.

Akşam çöktü. Şehrin hafif gürültüsü dışında etrafta hiçbir ses yoktu. Galibcan nedense huzursuzca uyandı ve acıktığini hisetti. Bir süre restorandan yemek sipariş etmeyi düşündü. Tam telefonunu alıp sipariş verecekken, annesinin sözleri aklına geldi: "Oğlum, hazırladığım yemeği en son ne zaman yediğini hatırlamıyorum." Ve yüreği biraz burkuldu.

Golibcan'un annesi haklıydı. Golibcan evde en son ne zaman yemek yediğini kendisi bile bilmiyordu. Acıkır acıkmaz hamburger veya pizza sipariş ediyordu. Çok lezzetliydiler. Özellikle de çok çabuk hazırlandıkları için. Golibjon, annesinin bu yiyeceklerin ne kadar zararlı olduğu ve çok miktarda tüketilmemesi gerektiği konusundaki sözlerini dinlemedi. Sokak büfelerinde fast food yemeyi ve gazoz içmeyi seviyordu. Annesinin hazırladığı yemekler de lezzetliydi. Ama nedense Golibcan bu yiyeceklerin tadını hatırlamakta zorlanıyordu.

 

Sanki Galibcan'un düşüncelerini okumuş gibi midesi guruldadı. Galibcan beceriksizce mutfağa doğru yürüdü.

Sokak lambalarının pencereden içeri vuran ışığı mutfağı loş bir şekilde aydınlatıyordu. Mutfaktaki tuhaf sessizlik, sanki yerde ve masada bir şey hareket ediyormuş gibi bir şey tarafından bozulmuş gibiydi. Galibcan'un bedeni korkuyla doldu ve hemen ışığı yaktı.

Hiçbir şey yok. Ama neden elmalar ve fındıklar dağılmış? Çok garip. Mutfağa fare mi girdi? Mümkün. Geçenlerde bir sınıf arkadaşı, sakladığı tüm şekerleri bir farenin yediğini söylemışti. Kardeşi bunu kendi gözleriyle görmuş. "Zararlılar bizim evimize de ulaştı mı," diye Golibcan endişeyle.

Elmalardan birini almak için uzanıyordu ama elma yuvarlanıp gitti. "Bu ne?" diye şaşkınlıkla sordu. Başka bir elmaya uzanıyordu ama o da yuvarlanıp gitti. Bunun üzerine şaşıran Golibjon, kaçan elmalardan birinin peşinden koşup sıkıca yakaladı. "Çok ilginç. Benden mi kaçıyorsun?" diye merakla elmayı iki yana baktı. Sıradan bir elmaydı. Golıbcan hiçbir şey anlayamadı.

Elmayı alamayınca sertçe sallamaya başladı. Sonra elmadan bir ses geldi: "Dur! Bırak!" Bunu duyan Galibcan korktu ve elmayı fırlattı. Elma yere düşüp kırıldı ve korkudan geri sıçrayıp taş gibi duvarın köşesine yığıldı. Ne nefes alabildi ne de gözünü kırpabildi.

   Aman Tanrım! Ne yaptın? Sana ne yaptım? Aman Tanrım!

Yerdeki çatlak elma inliyordu.

   Meyve yemeyi sevmiyorsun, aptal çocuk, hiç yemeye zahmet etmiyor musun?

 Masanın altına bir elma daha yuvarlandı. Diğer elmalar ve kuruyemişler de yuvarlanıp Golibcan'u sardı. Hepsi hoşnutsuz bir şekilde Golibcan'a bağırıyordu.

   Ben... ben...

Galibjon bir şeyler söylemek isterdi ama ağzından hiçbir şey çıkmazdı, sanki dili tutulmuş gibiydi. Ne de olsa konuşabilen bir meyveyle hiç karşılaşmamıştı ve birinden duysa bile inanmazdı.

   Onu rahat bırak!

"Çılgın," – dedi hüzünlü bir ses tonuyla, birdenbire ortaya çıktı.

   Herkes hemen buzdolabına geri dönsün! Çatlak elmaya da yardım edin! –dedi, yerdeki suyu damlayan elmayı işaret ederek.

   Ben... Ben... Ben bunu istememiştim. Özür dilerim!" –dedi Golibcan, suçluluğunun farkına vararak.

   Özür dilemene gerek yok. Önünde akan suyun değersiz olduğunu söylerler. Bize değer vermediğini çok iyi biliyoruz.

Ceviz umursamazca yolculuğuna devam etti.

   Neden değervermiyorum ki? Evet ediyorum. Hepınıze değer veriyorum. –diye söyledi Golibcan aceleyle.

   Pek sayılmaz. Değer verseydın şatranç yarışmasını kaybeder miydin? Ceviz yediğini bile hatırlamıyorsun, ama yine de değer verdiğini söylüyorsun. Biliyor musun, ceviz hafızanı güçlendirir. Sağlığına iyi gelen ürünleri yemeyerek kaybettıkden sonra rakıbını  suçladın.

   Bir elma yeseydi, basketbol maçında kesinlikle basket atardı. O zaman takım arkadaşları ona kızmazdı. Bir elma yemenin ona güç vereceğini bile düşünmemişti. Bu yüzden ne koşu yarışını ne de gülle atmayı kazanamadı. Bizi sağlıksız yiyeceklerle takas etti.

 Elma böylece İçini döktü.

   O bana da değer vermiyor.

Ses bir yerden geliyordu.

   Neden bahsediyorsun?

Köşede duran Galibcan, etrafına dikkatle baktı.

   Bu annenin yaptığı yemek.

Kelime sıkıştı.

Golibcan sessizce tencereye yaklaştı. Tencerenin kapağını dikkatlice açıp yemeğe baktı. Mutfağı mis gibi bir koku kapladı. Yemeği gördüğünden beri aç olan Golibcan'un iştahı daha da açıldı.

   Affet beni! –dedi utanan Golibcan.

   Annenden af dile, benden değil. Keşke annenin senin için sevgiyle yemek hazırlamak için ne kadar çok çalıştığını bilsen. Ama sen bu yemekleri hep reddediyorsun. Anneni incitiyorsun. Bugün beni de reddettin. Annen buna çok üzülüyor. Kendin düşün! Hazır bir yemek, bir gazlı içecek bizden daha mı iyi olabilir?

   Hayır... –dedi Ghalibcan, başını eğerek. Gözleri yaşlarla doldu.

   Bir hata yaptım. Elbette hatamın kefaretini ödeyeceğim. Hepinize minnettarım. Göreceksiniz! –dedi kendinden emin bir şekilde.

Galibcan eline kaşıklardan birini alıp annesinin hazırladığı yemeğin tadına baktı. Ah, ne kadar lezzetliydi! Bir kaşık daha tattıktan sonra, istemeden, "Daha önce hiç bu kadar lezzetli yemek yememiştim," diye haykırdı.

Biri geliyor! Herkes acele etsin ve yerlerine dönsün! - dedi fındıklardan biri. Elmalar ve fındıklar hemen yerlerine döndüler. Buzdolabındaki bir elma, Golibcan'a "Gördüklerini kimseye anlatma!" diye bağırdı.

Mutfak kapısı yavaşça açıldı ve annesi endişeli bir ifadeyle içeri girdi.

   Galibcan. Gece yarısı mutfakta ne yapıyorsun oğlum?

   Acıktım.

   Eğer acıktıysan muhtemelen bir şeyler ısmarlamışsınızdır.

Annesi sordu.

   Hayır, bir şey sipariş etmedim. Anne, yaptığın yemeği yiyeceğim. Çok lezzetli. Uzun zamandır bu kadar lezzetli yemek yememiştim. . Şimdi hep senin hazırladığın yemekleri yiyeceğim. Sevgiyle hazırladığın yemekleri reddettiğim için beni affet. Bunu bir daha asla yapmayacağım! Asla abur cubur veya gazlı içecek tüketmeyeceğim. Hazırladığınız yemeklere, meyve ve sebzelere.değer vermiyor Kendim üzerinde çalışacağım, sağlıklı yiyeceklerden güç alacağım ve bir sonraki yarışmayı kesinlikle kazanacağım. Anneciğim, ilerde benimle çok gurur duyacaksın!

Galibcan annesinden her şey için özür diledi.

Annesi onu sıkıca kucdu ve ona inandığını söyledi.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

 

 

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun adı Azərbaycanda birdən-birə dilə düşdü. Rus cəlladları Yekaterinburqda iki qardaşını öldürmüşdülər, o da medianın qarşısına çıxıb açıqlamalar verirdi. Ağır dərddir əlbəttə.

Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Seyfəddin Hüseynli. İstedadlı naşir, tərcüməçi.

Bu gün onun doğum günüdür.

 

Seyfəddin Hüseynli 15 avqust 1976-cı ildə Ağdam rayonunun Mərzili kəndində doğulub. 1993–2002-ci illərdə Bakı Dövlət Universitetində və Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. Filologiya üzrə magistr dərəcəsi var. 1998-ci ildən dövri mətbuatda fəaliyyət göstərir. 1999-cu ildən 525-ci qəzetin əməkdaşıdır. 2001-ci ildən həmin qəzetin ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavinidir.

2007–2009-da Müdafiə Nazirliyinin "Azərbaycan Ordusu" qəzetində hərbi müxbir olub. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013–2015-ci illərdə "Kitabçı" jurnalının şef redaktoru olub. 2014-cü ildə "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru təyin edilib. 2021-ci ildə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi sədrinin müavini təyin edilib.

Ədəbiyyat və sənət məsələləri ilə bağlı tərcümələri, tənqidi-təhlili məqalələri, esseləri, çıxışları, müsahibələri "525-ci qəzet", "Kaspi", "Ədəbiyyat qəzeti", "Artkaspi.az", "Kulis.az", "Publika.az", "Sim-sim.az", "Avanqard.net", "Qafqazinfo.az", "Milli.az", "Manera.az" kimi nüfuzlu media orqanlarında, "Azərbaycan", "Ulduz", "Dünya ədəbiyyatı" kimi ədəbi dərgilərdə, həmçinin bir neçə antologiyada dərc edilib və vaxtaşırı dərc olunmaqdadır.

İngilis, rus, yapon, fransız, alman, ispan, ərəb, ukrayna dillərində, Türkiyə türkcəsində yaradılmış çox sayda ədəbi əsəri (roman, hekayə, esse, memuar) – klassik və çağdaş dövr ədiblərinin yaradıcılığından nümunələri Azərbaycan dilinə (orijinaldan və ya ikinci dil vasitəsilə) çevirib.

 

Görkəmli ingilis yazıçı Culian Barnsın "Man-Booker" mükafatına layiq görülən "The Sense of an Ending" romanını "Aqibət duyğusu" adı ilə Azərbaycan dilinə tərcümə edib. 2017-ci ildə "TEAS–Press" tərəfindən kitab halında nəşr olunan bu tərcümə əsəri son dövrün ən uğurlu bədii tərcümə işlərindən biri kimi dəyərləndirilib.

Nobel mükafatlı italyan yazıçı, XX əsrin ən parlaq ədəbi simalarından olan Luici Pirandellonun hekayələrinin Azərbaycan dilinə ilk tərcüməçilərindən biridir. 2021-ci ildə L. Pirandellodan tərcümə etdiyi seçmə hekayələr "Bəzi öhdəliklər" adı ilə kitab halında nəşr olunub.

 

Mükafatları

 2009-cu ildə ədəbi yaradıcılığına görə Prezident Təqaüdünə layiq görülüb. 2016-cı ildə Azərbaycanda media sahəsində ən nüfuzlu mükafat hesab edilən Ali Media Mükafatının laureatı olub. 2018-ci ildə Azərbaycan Yaradıcılıq Fondu tərəfindən "2018-ci ilin Ədəbiyyat Adamı" seçilib və Fondun xüsusi mükafatı ilə təltif olunub.

Yunus Əmrə irsinin Azərbaycanda nəşri və təbliğindəki roluna, həmçinin Azərbaycanın Xalq Yazıçısı Anarın 80 illiyi ilə bağlı Türkiyədə keçirilən tədbirlərdə fəal iştirakına görə Türk Ədəbiyyatı Vəqfi tərəfindən mükafatlandırılıb. 2019-cu ildə "Dünya ədəbiyyatı" dərgisinin hazırlanmasına və nəşrinə görə Əhməd bəy Ağaoğlu adına mükafata layiq görülüb.

2019-cu ildə "Aqibət duyğusu" tərcümə kitabı üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb. 2022-ci ildə bədii tərcümə və ədəbi əlaqələr sahəsində fəaliyyəti Türk dünyasının UNESCO-su hesab olunan TÜRKSOY-un baş katibi Sultan Rayev tərəfindən "Çingiz Aytmatov" medalı ilə təltif edilib.

2005–2022-ci illər arasında Azərbaycan və Türkiyə ictimai mühitində, mediada və ədəbiyyatda hərbi vətənpərvərliyi ardıcıl təbliğ etdiyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən fəxri diplomlar və xatirə hədiyyələri ilə təltif olunub. 2020-ci ildə 44 günlük II Qarabağ Müharibəsi zamanı Azərbaycan ordusuna ictimai müstəvidə (maddi və təbliğati) dəstəyin təşkili yönündə fəaliyyəti müvafiq qurumlar tərəfindən fəxri fərmanlar və təşəkkürnamələrlə qiymətləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Ərdəbildə yaşayan Səid Sadiqifərdir.

 

 

Səid Sadiqifər

Ərdəbil

 

Kələfcələr bətnində göyərmiş çiçək idin

Məndilindən qan qopurdu

Gözlərinə daldıqca

Sözlərinə kədər hopurdu.

Qırmızıları sovuşdurmuşdun

Qaralarla yaralar ortasındaydın,

Bu sən idin, sən...

Min bir gecəni bir saatda gəlmişdin

Gəlişinlə gedişini duymadı zaman

Sən yox idin, yox...

Dörd nala çapırdılar kəhər atlarını

İndi varkən, adını yazdı yaz

Dadını dadmadı qaranquş

Adresini sıçratdı çil sərçə

Bizi ovsununa saldı sazaq

Divarların zəhminə sığındıq

Qırov bağlandıq dağdağan üzərində

Çatlaqlara bağırdıq

Daş bağlasın bu küçəni

Gəlmədi asta gəlişin

Əsmədi əsmər xəbərin

Kecikdi bütün sözcüklər

O küçə tinində yerini boş saxladıq

Tumurcuqlandı mavi həvəsin

Arxamızca su səpməyə tapılmadı ana

Pas bağlandı dilimiz.

Yağdırdılar qızıl gülləni

Yola saldılar qamçılarla

Qandallara əmanət dostum

O gecə sükutunu öpdüm,

Öpdüm dostum...

Səni vurarlar, dizi üstə çökərsən.

Günortası çalınar qara zurna:

Azadlığa ümid, dustaqları unut.

Dustaqlardan xiyabanlara dolayı yol gedir.

Biraz töşkünü dər dostum

Söylə, söylə ki, nələr gəldi başına!

Yox, yox,

Zəhər içkisinə dözümüm yox

Məni burda saxla.

Sərçənin sonu acı olur

Ertənin edamına lənət.

Sarı şəfəqin sarılığına salam,

Dumanın sərtliyinə alqış.

Gəlmədin

Və bizim görüşümüz səhərə qaldı...

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

Cümə, 15 Avqust 2025 08:29

VAQİF SƏMƏDOĞLU, “Anara”

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU,

      ANARA

 

Diogen çıraqları yanır

yanır, qardaşım, hey!

Bu pəncərə

o pəncərə

bizim pəncərə...

hər pəncərə bir Diogen çırağı.

Həyat dərk olunur

hər pəncərədə.

Ağılla dərk olunur,

yumruqla,

dodaqla,

qardaşım, hey!

İşıqlar yanacaq,

pəncərə işıqları

kainatın

Diogen çırağı –

Günəş

qalxana qədər.

İşıq dərk olunacaq onda,

qardaşım, hey!

Diogen çıraqları yanır:

bu pəncərə,

o pəncərə.

pəncərələr.

İstəmirəm sönsün

Diogen çıraqları.

Pəncərə,

çıraq olmaq istəyirəm,

qardaşım, hey!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Unutmayacağımız sənətkarlardan biri də Azərbaycan SSR əməkdar incəsənət xadimi Yusif Bağırovdur. O, 20 yanvar 1924-cü ildə Bakıda anadan olub. İlk təhsilini Bakıda alıb. 1941-ci ildə Bakı Teatr Texnikumuna olsa da, cəbhəyə yollanaraq təhsilini yarımçıq qoyub. 1945-ci ildə müharibədən qayıtdıqdan sonra Bakı Teatr Texnikumunun aktyorluq fakültəsində Mehdi Məmmədov, Məhərrəm Haşımov və Aleksandr Tuqanov və başqalarından dərs alaraq təhsilini davam etdirib. Burada təhsil aldığı müddətdə Ağasadıq Gəraybəylidən səhnə texnikası, Kazım Ziyadan isə səhnə danışıqları istiqamətində məsləhətlər alıb.

 

1947-ci ildə Bakı Teatr Texnikumunu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Teatr İnstitutunun (hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olub və buranı 1952-ci ildə başa vurub. Diplom işi olaraq Ağəli Dadaşovun səhnələşdirmiş olduğu Mir Cəlal Paşayevin "Dirilən adam" əsərini tamaşaya hazırlayaraq ilk debütünü həyata keçirib.

Yusif Bağırov təhsilini başa vurduqdan sonra fəaliyyətini Gəncə Dövlət Dram Teatrına bağlayıb, teatrın quruluşçu rejissoru, 1966–1995-ci illərdə isə baş rejissoru kimi fəaliyyət göstərib. 1956-cı ildən 1966-cı ilə qədər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib. Həmin illərdə "Koroğlu", "Kölgələr sürünür", "Əhməd haradadır?", "Mən rəqs edəcəyəm" bədii filmlərinin ikinci rejissoru kimi fəaliyyət göstərib. Ümumiyyətlə, Yusif Bağırov karyerası ərzində 100-dən artıq bədii filmi Azərbaycan dilinə dublyaj edib.

 Şəmsi Bədəlbəyli ilə birgə Fikrət Əmirovun "Gözün aydın" əsərini Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya hazırlayıb. Rejissor, həmçinin  M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor sənətindən dərs deyib. Yusif Bağırov Gəncə Dövlət Dram Teatrında 33 illik fəaliyyəti dövründə yüzlərlə əsərə quruluş verib və onlar Gəncə Dövlət Dram Teatrının repertuarının əsasını təşkil edib.

 

Filmoqrafiya

- Kölgələr sürünür

- Koroğlu

- Əmək və qızılgül

- Əhməd haradadır?

 

Rejissor 15 avqust 1995-ci ildə Gəncədə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

ElmanEldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Min doqquz yüz çoxdanıncı illər idi. Azərbaycan Sovet Sosialist Respublikasının Sumqayıt şəhərinin 8-ci mikrorayonunda qayğısız uşaqlıq illərimi yaşayırdım. "Bolluq" idi. Hər şey- yağ, ət, qənd, hətta siqaret, kibrit də talonla satılırdı. Evin böyük uşağı olduğum üçün talonla verilən ərzaqları almaq mənim boynuma düşmüşdü. Zarafat deyil, ailəmizə ayrılan kərə yağını, əti və digər ərzaqları almaqdan ötrü ayda bir neçə dəfə gecədən səhərə qədər növbədə dayanırdım...

 

...O, bizim mikrorayonun əsas ərzaq mağazasının üstündə, yəni binanın ikinci blokunda yaşayırdı. Rəhmətlik aktyor Kamil Məhərrəmovdan bir mərtəbə yuxarıda. O vaxtlar yeni il qabağı mağazalarda növbələr daha da uzanırdı. İnsanlar “Paytaxt salatı” hazırlamaqdan otrü, konserviləşdirilmiş yaşıl noxud, xama, mayonez və ya kolbasa almaq üçün bu növbələrdə saatlarla vaxt itirirdilər. Onu ilk dəfə həmin növbələrdən birində görüb yadda saxlamışdım. Çox gülərüz, açıqsözlü və necə deyərlər, döyüşkən bir qadın kimi tanıyırdım. Nə isə, sonradan bildim ki, Sumqayıt Dövlət Dram Teatrının aktrisasıdır...

 

Haqqında söhbət açdığım Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində, böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində dünyaya gəlib. Orta təhsilini Bakıda, 20 saylı məktəbdə bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə versə də, lakin müsabiqədən keçə bilməyib. Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə gedib. 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil aldıqdan sonra, aktrisa kimi əmək fəaliyyətinə başlayıb. 1973-1975- ci illərdə Lənkəran Dövlət Dram Teatrında, 1975-1989-cu illərdə Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Sonra uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi fəaliyyət göstərib və həmin universitetin professoru elmi adına layiq görülüb. 1989-cu ildə Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 2013-cü ildə "Şöhrət” ordeni ilə təltif olunub. 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır...

 

Deyir ki:- “Mən sevilən və kifayət qədər tanınan kişinin ailəsində anadan olsam da, amma varlı bir ailədə doğulmamışam. Ona görə də heç zaman harın hərəkətlərə yol verməmişəm. Başımı aşağı salıb öz işimi vicdanla icra etmişəm. Atam 1925-ci ilin mart ayının 11-də anadan olmuşdu, 1969-cu ilin mart ayının 23-də vəfat etdi. Baharda doğuldu, baharda da dünyasını dəyişdi. Əslən Qubalı idi, ancaq Bakıda anadan olub. Anası Qızılgül xanım, atası Səfər kişi, ailədə də 3 qardaş, bir bacı olublar. Səhnəyə necə gəlməsi barədə ətraflı məlumatım olmasa da, bilirəm ki, gənc yaşlarında dram dərnəklərinə gedib. İkinci dünya müharibəsində iştirak eləyib və yaralanıb, kontuziya alaraq, lal-kar kimi ordudan tərxis olunub. Ürəyi partlamasın deyə, o dövrün incəsənətə qiymət verməyi bacaran insanları onu xora götürüblər ki, heç olmasa oxuyanların arasında ağzını açıb-yumsun. Bir dəfə evə gələndə az qalıb tramvayın altına düşsün və həmin anda qışqırıb, o hadisədən sonra dili açılıb, qulağı eşidib. Atamın çox qısa ömür yolu və yaradıcılıq fəaliyyəti olsa da, ölümündən 53 il keçməsinə baxmayaraq, hələ də xalqın yaddaşından silinməyib. Mən inanıram ki, bir əsr də keçsə, silinməyəcək. Mənə elə gəlir ki, sənətkarın övladı mütləq sənətkar olmalıdır ki, onu yaşada bilsin. Bəşir Səfəroğlunun dövründə çoxlu sənətkarlar olub, öz zəmanələrinə görə yaxşı tanınıblar, amma əksəriyyəti yaddan çıxıb. Bəşir Səfəroğlunu isə indi hətta uşaqlar da tanıyır...”

 

Afaq xanım ilk rollarından özünü istedadlı, işgüzar, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək sevilməyə başlayıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Bir vaxtlar Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır. O, teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar"ında Darçınbəyim, Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam"ında Zəhra, Əli Əmirlinin "Bala başa bəla"sında Suğra, Məcnun Vahidovun "Yarımştat"ında Ayna, Aqşin Babayevin "Nekroloq"unda Gülya rollarını ifa edib və "Afaq gülür güldürür" şousunda müxtəlif, rəngarəng obrazlar yaradıb. Azərbaycanfilmin istehsalı olan “Bəxt üzüyü” filmində Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib...

 

“Ömrümün hər anı məni sevindirir. Mən bu sənətdə mənliyimi, kimliyimi təsdiq etməyi bacardım. Heç vaxt kimin qızı olduğumu unutmadım və Bəşir Səfəroğlunun övladı kimi üzərimə düşən məsuliyyəti hiss etdim, ancaq bu adın kölgəsində gizlənmədim, itib batmadım. Xoşbəxtəm ki, mənim sənətimi sevənlər və qiymətləndirənlər var. Xoşbəxtəm ki, sənətkar adını qazana bildim, xalqın artisti oldum”- söyləyir…

 

...Sabah - avqustun 15-i Afaq xanımın 70 yaşı tamam olur. Onu bu münasibətlə ilk təbrik edən biz olaq. Ona cansağlığı, ağrı-acısız günlər arzulayaq.

Çox yaşasın!..

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Ərdəbildə yaşayan Səid Sadiqifərdir.

 

 

 

Səid Sadiqifər

Ərdəbil

 

 

Bir qaya, önü sıldırım.

Bir dağ, kölgəsi uçurum.

Ağ çiçək daşı yarmasaydı

Yeddi kəfəni, yeddi saniyədə çürütmüşdüm

Avara sərgərdan...

Yenə də çöllərin göbəyində

Torpaq soyuqluğunu axtarıram

Günəşin gəlinliyini sevmədim

Təpənin sərinliyinə inanıram

Qartal uçuşu

Çaylaqlar qorxu

Yaralı-yaralı sınırlara sarı

Və üzü aşağı enən bir ümid.

Ancaq dərənin suyu qasırğa dadı verir

Nə sahil, nə sərçə,

Nə gec, nə ertə!

Könülsüz sevişdilər

Və qızıl meşənin qələmi qırmızını sevir

Obanın boğanağı ötəri olur

Buludlar sərilincə

Dumanlar damazlıq saxlanılır.

Mən işıqlar keşikçisiyəm

Ucqarlara elçi

Dustaqlara nişanlı

Bir sürgünün son hekayəsini oxuyarkən:

“Döyüşçü yurda dönməyincə

Boz at kişnəməz

Və payız gecəsində,

Armud çiçəkləri sakuraya qısqansa

Mənim sifətimə dolu yağacaq.”

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İsmayıl bəy Qutqaşınlı — XIX əsrin birinci yarısında yaşayan görkəmli Azərbaycan maarifçisi, yazıçı, diplomat və hərbçi olub. O, Azərbaycan realist nəsrinin ilk nümayəndələrindən biri, maarifçilik ideyalarının daşıyıcısı və ilk azərbaycanlı general‑mayor kimi tanınıb. Onun həyatı və fəaliyyəti çoxcəhətli olub, həm ədəbi, həm də siyasi-ictimai sahədə mühüm izlər buraxıb.

 

"Uşaqlıq və təhsil"

 

İsmayıl bəy 14 iyul 1806-cı ildə Qutqaşın mahalında (indiki Qəbələ rayonu) anadan olub. Soylu və zadəgan bir ailədə doğulub. Kiçik yaşlarından ərəb və fars dillərini öyrənib, Şərq ədəbiyyatı və İslam elmləri ilə tanış olub. Sonralar rus məktəblərində təhsilini davam etdirib və hərbi təhsil alaraq rus dilini də mükəmməl mənimsəyib.

 

"Hərbi fəaliyyəti"

 

1822-ci ildə İsmayıl bəy rus ordusuna yazılıb və Peterburqda hərbi kadet məktəbini bitirib. O, Rusiya imperiyasının müxtəlif hərbi kampaniyalarında, o cümlədən:

1826–1828-ci illərdəki Rus–İran müharibəsində, 1828–1829-cu illərdəki Rus–Osmanlı müharibəsində,

Dağıstan və Qafqazda baş verən üsyanların yatırılmasında iştirak edib.

Bu xidmətlərinə görə İsmayıl bəy müxtəlif orden və medallarla təltif olunub, 1847-ci ildə general-mayor rütbəsi alıb və Azərbaycanın bu rütbəyə yüksələn ilk övladı olub. Xüsusilə Müqəddəs Georgi ordeninə layiq görülməsi onun hərb sahəsindəki şücaətini göstərir.

 

"Ədəbi və maarifçilik fəaliyyəti"

 

İsmayıl bəy Qutqaşınlı Azərbaycan nəsrinin inkişafında mühüm rol oynayıb. O, romantizm və realizm üslubunu birləşdirən ilk yazıçılardan biridir.

 

Əsas əsərləri:

 

1. "Rəşid bəy və Səadət xanım" — Bu, Azərbaycan ədəbiyyatında ilk realist povest hesab olunur. Əsər fransız dilində yazılıb və 1835-ci ildə Varşavada çap olunub. Əsərdə sevgi, ailə dəyərləri və cəmiyyətin gerilikləri əks olunur.

2. "Tutu xanım" — Bu əsərin adı məlum olsa da, əlyazması günümüzə gəlib çatmayıb.

3. "Səfərnamə" — O, 1852-ci ildə Həcc ziyarətinə gedib və bu səfəri ilə bağlı xatirələrini ərəb dilində yazıb. Bu səfərnamədə həm dini duyğular, həm də sosioloji müşahidələr yer alıb.

Onun maarifçilik fəaliyyəti məktəb və maarif ocaqları açmaqla, xalqı savadlandırmaq çağırışları ilə yadda qalıb. Şamaxı və Qutqaşında uşaqlara dərs deyib, həmçinin bir neçə tərcümə işi ilə də məşğul olub. O, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Qasım bəy Zakir kimi dövrünün ziyalıları ilə yaxın münasibətdə olub.

1850-ci illərdə təqaüdə çıxaraq doğma torpaqlarına — Qutqaşına və Şamaxıya qayıtmış, burada ictimai fəaliyyət və müəllimliklə məşğul olub. 14 avqust 1861-ci ildə Ağdaş karvansarasında nahar zamanı həyat yoldaşı Tutu xanımla birlikdə zəhərlənib və vəfat edib. Onun nəşi doğulduğu Qutqaşında dəfn olunub.

 

 "İrs və xatirə"

 

 Azərbaycan tarixində həm hərbçi, həm də maarifçi və ədib kimi dərin iz qoyan şəxsiyyətlərdən biridir. Onun adı bu gün:

- Küçələrə verilib (Bakı və Qəbələdə)

- Yubileyləri qeyd olunur

- Əsərləri yenidən nəşr edilir.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.