Super User

Super User

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Final gərgin əməyin nəticsini ortaya qoydu, festivalı qənaətbəxş hesab etmək olar. Bəzi xırda-para nöqsanlar isə ilk təcrübənin ayağına yazılsın. Əsas Azərbaycan İncəsənət Məktəbinin rəqs sənətimizin inkişafı üçün verdiyi töhfədir, quruma sadəcə alqış düşür.

 

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə təşkil olunan “1-ci Uşaq Rəqs Festivalı” böyük maraqla qarşılanaraq uğurla yekunlaşdı.

Festivalın əsas məqsədi uşaqların yaradıcılığını təşviq etmək, rəqs mədəniyyətinə olan marağı artırmaq və kollektiv iş bacarıqlarını inkişaf etdirmək idi.

Bu il festivala 28 komanda qeydiyyatdan keçmişdi. Onlardan 23 komanda aktiv iştirakçı, 5 komanda isə qonaq kollektiv kimi səhnədə çıxış etdi. Uşaqlar milli və müasir rəqslərdən ibarət rəngarəng proqram təqdim edərək tamaşaçılara unudulmaz anlar yaşatdılar.

Festivalın sonunda iştirakçı komandalar arasında müxtəlif nominasiyalar üzrə qaliblər müəyyən olundu. Qaliblərə sertifikatlar, diplomlar, mükafatlar və xüsusi hədiyyələr təqdim edildi.

Ötən gün qaliblərin adlarını şəkmişdiksə bu gün bird aha təkrarlayırıq:

 

6–9 yaş qrupu

 

I yer – 3 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi

II yer – İnci Sənət Akademiyası

III yer – İnci Sənət Akademiyası

 

 

10–14 yaş qrupu

 

I yer – 3 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi

II yer – 4 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi

III yer – Nərgiz Rəqs Qrupu

 

Tədbirin təşkilatçıları bildirirlər ki, festivalın gələcək illərdə daha geniş miqyasda təşkil olunması və ənənəvi tədbirə çevrilməsi planlaşdırılır. Nəcib təşəbbüsdür. İşləri avand olsun!

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə - Zəfərimizin 5 illik yubileyi ərəfəsindəMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” adlı  kitabı işıq üzü gördü. Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının timsalında sadə insanların qələbəyə verdikləri töhfələrə, bu 5 il ərzində quruculuq fəaliyyətinə həsr edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab ölkə gündəmindəki bütün əhəmiyyətli hadisələrə yerində reaksiya verən müəllifin qələmindən çıxan növbəti uğurlu iş kimi diqqət çəkir.

 

Elmi redaktoru Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor, Milli Məclisin deputatı Eldar Quliyev, redaktoru Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçiyev, rəyçiləri ehtiyatda olan general-mayor, sabiq millət vəkili Vladimir Timoşenko və filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli olan, informasiya dəstəyiniSeymur Əliyev və Nazxanım Cəlilli həyata keçirən kitabın Eldar Quliyev tərəfindən yazılmış ön sözü özlüyündə kitabın bütün dəyərlərini özündə əks etdirməyə hesablanıbdır. Eldar Quliyev yazır:

“Tarixin ən şərəfli səhifələri qəhrəmanlıqla, xalqın birliyi və milli ruhun ucalığı ilə yazılır. Azərbaycan xalqı 2020-ci ilin payızında – 44 günlük Vətən müharibəsi və  2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal antiterror tədbirləri zamanı məhz bu birlik və əzmkarlıqla öz adını dünya tarixinə qızıl hərflərlə yazdırdı. Biz o günlərdə əsrlərlə gözlədiyimiz tarixi ədalətin bərpasına şahidlik etdik. Qazanılan möhtəşəm Zəfər nəticəsində xalqımız öz torpaqlarına sahib çıxdı. Bu böyük Qələbənin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin polad iradəsi, qətiyyətli rəhbərliyi və milli liderlik məharəti həlledici rol oynadı. Onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etdi, millətimizin qürurunu və gələcəyini özünə qaytardı.

Zəfərdən sonrakı beş il isə tarixi Qələbəni daha da möhkəmləndirən, onu yeni mərhələyə – quruculuq və dirçəliş dövrünə daşıyan mühüm bir epoxanın başlanğıcı oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, “Böyük Qayıdış” proqramı, ağıllı kənd və şəhər layihələri, yollar, hava limanları, məktəblər və xəstəxanalar bu torpaqlara yenidən həyat gətirdi. Cənab Prezidentin “Biz Qarabağı cənnətə çevirəcəyik” sözləri artıq bu günün reallığını əks etdirir.

Bu dövrdə xalqla birlikdə olan, Vətən müharibəsinin ruhunu gənc nəslə aşılamaqda əvəzsiz rol oynayan ictimai təşkilatlardan biri də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatıdır. Digər qurumlarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurası ilə də hər zaman səmərəli əməkdaşlıq edən, daim dövlətin yanında yer alan bu təşkilat təkcə veteranların deyil, hər bir vətəndaşımızın hüquqlarını müdafiə edir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə xüsusilə son illərdə görülən işlər – paytaxtda və ölkəmizin müxtəlif bölgələrində təşkil olunan vətənpərvərlik tədbirləri, şəhid ailələrinə və qazilərə göstərilən dəstək, təbliğat işləri, Qarabağ həqiqətlərinin ictimaiyyətə çatdırılması və gənclərlə aparılan maarifləndirmə fəaliyyəti bu təşkilatın Zəfərin qazanılmasında və sonrakı dövrdə xidmətlərini təsdiqləyən dəyərli nümunələrdir. Qeyd etmək lazımdır ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı öz missiyasını sadəcə ötən müharibələrin xatirəsini yaşatmaqla məhdudlaşdırmamış, əksinə, tarixin aktiv iştirakçısı olmuşdur.

Bu baxımdan Cəlil Xəlilovun “İlham Əliyev: müharibənin qalibi, sülhün müəllifi” kitabı Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ən böyük Qələbənin, onun ardınca xalqımızın göstərdiyi səylərin, fədakarlıqların, quruculuq əzminin və gələcəyə olan inamın salnaməsidir”.

3 fəsildən ibarət olan, faktlarla, tarixi xronikalarla, fotoşəkillərlə zənginləşdirilmiş kitabın həm yazılış tərzi, həm dili, həm tərtibatı o qədər mükəmməl qurulub ki oxucunu yormur, onu bir bölümü oxuyan kimi digərini oxumağa yönəldir.

Cəlil Xəlilov bu kitabda Müzəffər Ali Baş Komandanımızın müharibə dövründə və sonrakı illərdə göstərdiyi müdrik liderlik keyfiyyətlərini, sarsılmaz iradəsini, xalq ilə birliyini faktlarla və düşünülmüş təhlillərlə oxucuya təqdim edir. Əsərdə dövlət başçısı qələbə və tərəqqi yolunda misilsiz xidmətləri ilə yanaşı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının uğurlu fəaliyyəti, veteranların qələbəyə verdikləri töhfələr, həyata keçirilən tədbirlər, görülən işlər, çıxışlar, müsahibələr və s. diqqətə çatdırılır. Eləcə də möhtərəm Prezidentimizin rəhbərliyi ilə Vaşinqtonda diplomatiyamızın əldə etdiyi uğurlar və digər nailiyyətlər 8 Noyabr Zəfərinin məntiqi sonluğu, şanlı yekunu kimi dəyərləndirilir. Kitabda təsvir olunan hadisələr və fikirlər bir daha sübut edir ki, Prezident  İlham Əliyev təkcə müharibənin qalibi deyil, eyni zamanda bölgəyə sabitlik və sülh gətirən uzaqgörən bir lider, gələcəyə yönəlmiş qurucu bir dövlət başçısıdır. Sülhün müəllifi olmaq üçün yalnız güclü olmaq kifayət deyil, həm də humanist, ədalətli və iradəli olmaq gərəkdir.

“İlham Əliyev: müharibənin qalibi, sülhün müəllifi”  kitabı tarixi Qələbəmizlə yanaşı, qələbədən sonrakı illərdə xalqımızın necə birlikdə çalışdığını, dövlətimizin rəhbərliyinin uzaqgörənliklə torpaqlarımızda necə quruculuq və dirçəliş işləri apardığını, hər bir azərbaycanlının bu prosesdə fəal iştirak etdiyini göstərən qiymətli sənəddir.

1-ci fəsil “Yolumuz İlham Əliyev yoludur” adlanır.

Fəsil Azərbaycan Prezidentinin bu məşhur sitatı ilə başlayır:

“44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı.

44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü qəhrəmanlıq dastanı idi. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi.

Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atdı və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını da geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik."

Müəllif qeyd edir ki, qalib xalq öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında qazanılmış möttəşəm qələbənin sevincini, təntənəsini hər gün yaşayır, Zəfər günü isə bir ayrı qürurverici, iftixargətirici gündür.

Tarixi salnaməçilik baxımından, 44 günlük Vətən müharibəsi — 2020-ci ilin 27 sentyabrından 10 noyabrınadək Azərbaycan ilə Ermənistan arasında baş vermiş silahlı münaqişədir. Əslində isə, bu 44 gün özlüyündə daha böyük anlam kəsb edir, çünki bu qısa müddət ərzində Azərbaycan təqribən 300 illik bir dövr davam edən ən ağır, ən müşkül bir problemini həll etmiş oldu. Bu müharibə Qarabağ bölgəsi və ətraf ərazilərin azad olunması ilə nəticələndi və bölgənin siyasi xəritəsində mühüm dəyişikliklərə səbəb oldu.

Müharibə dövründə bütün dünya Azərbaycan ordusunun sücaətini, ildırımsürətli müharibədə əldə etdiyi inanılmaz müvəffəqiyyətləri görür, bu fenomenal döyüş taktikasından vəcdə gəlirdi. Cəbhədə döyüş gedən müddətdə Müzəffər Ali Baş Komandan həm də dünya mediasının önünə çıxmışdı, müsahibələr verir, hər bir əcnəbiyə Qarabağ barədə əsl həqiqəti başa salırdı. Cəlil Xəlilov Preridentin bu yorulmaz fəaliyyətinə xüsusi önəm verir.

“Bir insanda nə qədər enerji olarmış!  Razılaşın ki, bu boyda fədakarlıq bəzən yuxusuz gecələr hesabına başa gəlirdi. Qarşısına məqsəd qoymuş adam məhz bu cür fədakarlıq gösrətməlidir, cənab Prezident həm də öz vətəndaşlarına bir örnək göstərirdi həmin günlərdə” – yazır müəllif.

Digər yazıda İlham Əliyev qlobal arenada Azərbaycan imzasını təsdiqləyən lider kimi təqdim edilir, onun Zəfərdən sonrakı 5 il ərzində beyəlxalq arenadakı fəaliyyətinə diqqət ayrılır.

Azərbaycan bu gün dünya xəritəsində strateji anlamda yeni bir məna kəsb edir. İstər enerji, istər nəqliyyat, istərsə də diplomatik fəaliyyət sahələrində ölkəmiz Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən körpü rolunu oynayır. Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, Zəngəzur nəqliyyat qovşağı kimi layihələr bir zamanlar ideya səviyyəsində olan yolları real infrastruktur layihələrinə çevirib. Bu böyük uğur yalnız maddi resurslarla deyil, siyasi iradə, beynəlxalq etimad və düşünülmüş strateji yanaşmalarla mümkün olmuşdur.

Prezident İlham Əliyevin çıxışlarında tez-tez vurğuladığı kimi "söz imzadır", yəni Azərbaycan bu gün beynəlxalq razılaşmalarda etibarlı tərəfdaş, sözünə sahib olan dövlət kimi tanınır. Azərbaycanın xarici siyasətində əsas yer tutan məqamlardan biri balanslı, çoxvektorlu və praqmatik yanaşmadır. Bu gün ölkəmiz həm Avropa İttifaqı, həm Türk Dövlətləri Təşkilatı, həm də Qoşulmama Hərəkatı çərçivəsində fəal iştirak edir. 2025-ci ilin may ayının önəmli hadisələri - Avropa Siyasi Birliyi Zirvəsində iştirak, Budapeştdə Türk Dövlətləri Təşkilatının Zirvəsi, Prezidentin Macarıstana işgüzar səfəri və strateji bəyanatları Azərbaycanın qlobal miqyasda artan rolunun aydın göstəricisidir. Macarıstanın Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında səsləndirdiyi fikirlər - "onun sözü imzasına bərabərdir", "ondan öyrənməliyik" - bu etimadın yalnız protokol səviyyəsində deyil, real siyasi münasibətlər səviyyəsində formalaşdığını göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Budapeştdə səsləndirdiyi “Müzəffər Prezident, əziz Qardaşım bölgəyə sülhü gətirəcək Lider olaraq tarixə adını yazdıracaq” fikri bu liderliyin region miqyasından çıxaraq türkdilli dünyada və qlobal siyasətdə qəbul olunduğunun sübutudur.

“Bugünkü dünya şəraitində liderlər çoxdur, lakin öz millətini qlobal siyasətdə layiqincə təmsil edən, gələcəyin təhlükələrini qabaqlaya bilən, eyni zamanda dost və tərəfdaş ölkələr üçün dayaq olan liderlər azdır. Prezident İlham Əliyev bu baxımdan öz siyasi məktəbini yaradan liderlər sırasındadır. Onun fəaliyyəti, təkcə bir ölkənin yox, regionların və sistemlərin taleyinə təsir edə bilən uzaqgörənlik, təmkin və qətiyyət nümunəsidir.

Prezident İlham Əliyev quran, yön verən və qoruyan dövlət başçısıdır. Onun siyasətində bu günlə yanaşı, gələcəyin də konturları aydın görünür. Elə buna görə də bu gün Azərbaycan oyunçu deyil, oyunun qurucusudur”- deyə Cəlil Xəlilov Azərbaycan Prezidentinin hazırkı rolunu olduqca dolğun xarakterizə edir.

Azərbaycan bu gün yalnız sabit bir ölkə deyil, həm də təlatümlü dünyada sabitliyin mənbəyidir. O, gücü necə bölüşəcəyini və necə bölüşərək gücləndirəcəyini bilən müdrik və güvənilən tərəfdaşdır. Azərbaycanın nailiyyətləri və artan nüfuzu artıq “Azərbaycan Modeli” adlandırılan bir dövlətçilik fəlsəfəsinin formalaşmasına səbəb olub. Bu modelin memarı isə əlbəttə ki Prezident İlham Əliyevdir. Bu uğurların ən çox sevindirici tərəfi isə onların xalqla birlikdə və xalq üçün qazanılmasıdır.

Müəllif onu da qeyd edir ki, bu uğurlar eyni zamanda Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının da qürur mənbəyidir. Veteranlar yaxşı bilirlər ki, bu gün əldə olunan uğurlar sülh, sabitlik, güc və nüfuz göstərilən fədakarlıqların, əzmkarlığın və vətənpərvərliyin bəhrəsidir. Təşkilat adından səslənən bu birlik və etimad bir daha sübut edir ki, Azərbaycanın gücü təkcə ordusunda deyil, xalqının həmrəyliyində və liderinə olan sarsılmaz inamındadır. Bu inamın ən parlaq nümunələrindən biri də Prezident İlham Əliyevin müharibə veteranları və qazilərlə keçirdiyi görüşlərdir. Bu görüşlər formal deyil. Onlar dövlətin yaddaşının, şəhidlərə və qazilərə olan mənəvi borcunun canlı ifadəsidir.

Hər bir görüşdə Prezidentin göstərdiyi diqqət, sədaqətli xidmətlərə verdiyi yüksək qiymət, Təşkilata bəslədiyi etimad veteranlar üçün böyük bir mənəvi dayaqdır. Veteranlar bu diqqəti yalnız şəxsi ehtiram kimi deyil, dövlətin öz tarixinə, mübarizə yoluna və qəhrəmanlarına sahib çıxmasının nümunəsi kimi dəyərləndirirlər. Təşkilatın üzvləri bu görüşləri ömrün ən qürurlu anları kimi yaşayıb, bir səslə bəyan edirlər: “Biz Prezident İlham Əliyevlə görüşümüzlə fəxr edirik! Bu görüş bizim üçün şərəfdir, gücdür, Vətənə xidmətin dövlət səviyyəsində təsdiqidir!”

Bu sözlərdə təkcə təşəkkür yox, bir tarix yatır. Bu fəxarət hissi yalnız keçmişə bağlılıq deyil,  gələcək nəsillərə örnək olacaq bir xalq-lider birliyinin təntənəsidir.

Bu fəsildə Prezidentin şəhid və qazi ailələrinə diqqət və qayğısı, Azərbaycanın Ümummilli lideri Heydər Əliyev, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva barədə də maraqlı, oxunaqlı məqalələr yer alıbdır.

 “Gündəm hadisələrinə reaksiya” adlanan 2-ci fəsildə polkvnik günümüzün ən əsas siyasi-iqtisadi-sosial hadisələrinə operativ rekasiyalarını oxucularına təqdim edir. O həm rəhbərlik etdiyi qurumu “Veteran adı şərəfli olduğu qədər də məsuliyyətlidir və hər kəs bu məsuliyyəti dərk etməlidir. 100 minə yaxın üzvü olan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bu gün dünyanın 37 ölkəsi ilə əməkdaşlıq edir. Və ölkə rəhbərinin apardığı siyasəti, məqsədyönlü işləri bu dövlətlərdə layiqincə təbliğ edir. Təşkilatın qısa bir zamanda gördüyü işlərə Azərbaycan və beynəlxalq kütləvi infosmasiya vasitələri geniş yer ayırır və bu işlər media nümayəndələri tərəfindən müntəzəm işıqlandırılır” cümlələri ilə xarakterizə edir, həm ordu quruculuğumuz barədə geniş bəhs etməklə “Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə haqlı olaraq qürur duyur” deyə hökm edir, həm Azərbaycanın Global Terrorism Index 2025 antiterror reytinqində ən təhlükəsiz ölkələr sırasına yüksəlməsinə diqqət çəkir. Ayrıca,  2025-ci ilin 3-4 iyul tarixlərində Azərbaycanın Xankəndində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü, Azərbaycan Respublikasının xarici siyasətində mühüm istiqamətlərdən biri olan dünya miqyasında güc mərkəzlərindən sayılan Çin Xalq Respublikası ilə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın perspektivləri, yeni dönəmdə Azərbaycan-İran münasibətləri, 2025-ci ilin iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən 5 saatlıq görüş, III Şuşa Qlobal Media Forumu, Prezident İlham Əliyev 25 sentyabr 2025-ci il tarixində Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı tarixi çıxışı, milli təhlükəsizlik sistemində dövlətimizin təhlükəsizliyinin eibarlı təminatı barədə barədə dəyərli fikirlər söyləyir.

Ən nəhayət, “Veteranlar təşkilatı tədbirlərdə” adlanan sonuncu, 3-cü fəsildə təşkilatın yalnız cari – 2025-ci ildəki tədbirlərinə işıq salınır. Onlar o qədər geniş və rəngarəngdir ki, oxucu hətta bir qurumun bu qədər fəallıq göstərdiyinə inana da bilmir. Həqiqətən də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı öz  missiyasını şərəflə yerinə yetirir. Cəlil Xəlilov bu missiyanı kitabında açıqlayır:

Müharibə, əmək və silahlı qüvvələr veteranlarının sosial, hüquqi və mənəvi maraqlarını müdafiə etmək. Onların cəmiyyətə layiqli şəkildə inteqrasiyasını təmin etmək;

Veteranların rifah halının yaxşılaşdırılması üçün dövlət qurumları və digər təşkilatlarla əməkdaşlıq etmək, onların sosial müdafiəsini gücləndirmək;

Gənc nəslə vətənpərvərlik, dövlətə və xalqa xidmət idealını aşılayan tədbirlər həyata keçirmək. Veteranların qəhrəmanlığını təbliğ edərək milli-mənəvi dəyərlərin qorunmasına töhfə vermə;

Müharibə veteranlarının qəhrəmanlıq tarixini qorumaq, gənc nəsillərə ötürmək və Azərbaycan xalqının şərəfli keçmişini unudulmaması üçün fəaliyyət göstərmək;

Veteranlar arasında birlik və həmrəyliyi təmin etmək, onların sosial aktivliyini artırmaq, mədəni və ictimai həyatlarında fəallıqlarını dəstəkləmək.

Təşkilatın fəaliyyəti, həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində və dövlətin sosial siyasətinə uyğun şəkildə aparılır.

 

Cəlil Xılilov yazır: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq ilboyu onlarla tədbir keçiririk, bu tədbirlər, missiyamızın həyata keçirilməsinə xidmət edir. Həmçinin, keçirdiyimiz görüş və tədbirlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, 8 Noyabr zəfəri, eləcə də bu zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə dövlətimizin apardığı abadlıq və quruculuq işləri haqqında auditoriyaya, hədəf qruplarına geniş məlumat verir, beynəlxalq birliyi bununla bağlı məlumatlandırmağa çalışırıq.”

Gəlin sadəcə bu tədbirlərin tarixi ardıcıllıqla bir qisminə nəzər yetirək:

20 YANVAR, ŞƏHİDLƏR XİYABANININ ZİYARƏTİ

7 APREL, “XOCAVƏND ƏMƏLİYYATININ” İLDÖNÜMÜ TƏDBİRİ

16 APREL. DAĞISTAN VƏ AZƏRBAYCAN VETERANLARININ BİRGƏ FORUMUNDA İŞTİRAK

17 APREL.DƏRBƏND KİTABXANASI VƏ ADMİU DƏRBƏND FİLİALINA KİTAB HƏDİYYƏLƏRİ

18 APREL. GÖRKƏMLİ DÖVLƏT XADİMİ ƏZİZ ƏLİYEVİN ABİDƏSİNİN ZİYARƏTİ

23 APREL, ŞƏKİDƏ “ZƏFƏRDƏN ZƏFƏRƏ GEDƏN YOL” ADLI TƏDBİR

24 APREL, GƏNCƏDƏ “ZƏFƏRDƏN ZƏFƏRƏ GEDƏN YOL” ADLI TƏDBİR

6 MAY, SUMQAYITDA “ZƏFƏRDƏN ZƏFƏRƏ GEDƏN YOL” ADLI TƏDBİR

7 MAY, BELARUS VƏ RUSİYA SƏFİRLƏRİ İLƏ GÖRÜŞ

9 MAY, 102 YAŞLI MÜHARİBƏ VETERANININ ZİYARƏTİ

10 MAY, ULU ÖNDƏRİN MƏZARININ ZİYARƏTİ

19 MAY, NAXÇIVANDA “8 NOYABR ZƏFƏRİ SUVERENLİYİMİZİN QARANTIDIR” MÖVZUSUNDA KONFRANS

19 MAY, NAXÇIVAN ALİ MƏCLİSİNDƏ GÖRÜŞ

13 İYUN, “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ” AKSİYASI

19 İYUN, LAÇINDA “8 NOYABR ZƏFƏRİ SUVERENLİYİMİZİN QARANTIDIR” MÖVZUSUNDA KONFRANS

21 İYUN, 50-YƏ YAXIN VETERANIN PULSUZ TİBBİ XİDMƏT ALMASI

26 İYUN, SİLAHLI QÜVVƏLƏR GÜNÜNÜN QEYD OLUNMASI

15 AVQUST, “ZƏFƏRİMİZİN SÜLHƏ APARAN YOLU” ADLI KONFRANS

3 SENTYABR, QUSARDA “İLHAM ƏLİYEV -QƏLƏNBƏNİN MEMARI, SÜLHÜN MÜƏLLİFİ” ADLI  KONFRANS

8 SENTYABR, ZAQATALADA “İLHAM ƏLİYEV - QƏLƏNBƏNİN MEMARI, SÜLHÜN MÜƏLLİFİ” ADLI  KONFRANS

8 SENTYABR, ŞƏHİD ABAKAR HACIYEVİN AİLƏSİNİN ZİYARƏTİ...

Və təsadüfi deyil ki, kitab Azərbaycan Prezidentinin veteranlarla bağlı sitatları ilə (“Veteranlar xalqımızın fəxridir. Cəmiyyətin ən dəyərli insanlarıdır. Hər bir vəzifəli şəxs, onlara böyük diqqət və qayğı göstərməlidir.”) tamamlanır.

Cəlil Xəlilov postskrimpumda yazır:

“Əlbəttə, təqvimdəki günlər bitmədiyi kimi, insan fəaliyyəti də bitməz, tükənməz. Zəfər qazanmış qalib xalqın qalib fərdləri olaraq hər birimiz üzümüzə açılan yeni sabahlara yeni hədəflərlə, əzmlə, qətiyyətlə gedirik. Bunu bizə qazanılan Zəfərin memarı olan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz yorulmaz fəaliyyəti, tükənməz enerjisi, əzmi və qətiyyəti ilə təlqin edir.

Azərbaycan böyük yolun başlanğıcındadır.

Bu yol bizi işıqlı gələcəyə aparır.

Yolumuz açıq olsun!”

Bu da müəllifin, xalqımızın, dövlətimizin sanki kredosu, yol xəritəsidir.

Azərbaycan xalqı böyük xalqdır. Bu xalqın içindən möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab  İlham Əliyev kimi lider çıxırsa, bu xalq yenilməz rəşadətli ordu yaradırsa, bu xalq səngərdən qələmə, qələmdən qəlbə Zəfər ruhunu daşıyırsa, o xalqı heç bir qüvvə məğlub edə bilməz. Bizim qələbəmiz  əbədi və dönməzdir.

“İlham Əliyev: müharibənin qalibi, sülhün müəllifi”  kitabı da bu əbədi Qələbənin tarixi şahididir. Əminik ki,  bu kitab təkcə bir əsər yox, həm də milli yaddaşın bir parçası olacaq, buu torpağın hər qarışı üçün can verən şəhidlərimizin, bu Qələbəni xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandanımızın və bu ruhu yaşadan sadə insanların şərəfinə bir ehtiram nişanəsi kimi yaşayacaq.

Son olaraq oxuculara səslənir, bu qiymətli kitabı oxumaq üçün onları təşviq edirik. Hədsiz faydalanacağınıza tam zəmanət veririk.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

 

 

 

 

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən “Gülçöhrə və Əsgər” tamaşasının premyerası oldu. Son illərdə Azərbaycan nəsrinə “Yarıçmıq əlyazma” kimi roman, Azərbaycan dramaturgiyasına “Sehirbazlar dərəsi” kimi tamaşa verməklə mədəniyyət xəzinəmizi zənginləşdirən Xalq yazıçımız növbəti dəfə hamımızı xoş mənada təəccübləndirdi, zövqümüzü oxşadı. Bu dəfə musiqili tamaşa ilə, özü də mədəniyyətimizin qızıl incisi sayılan Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin davamı olaraq hazırlanan bir tamaşa ilə.

 

“Gülçöhrə və Əsgər” ikihissəli musiqili dramının dünənki premyerasını Azərbaycan Prezidentinin qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, Prezident Administrasiyasının Siyasi Partiyalar və qaninvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digər tanınmış dəvlət xadimləri izləyirdilər.

Tamaşanın quruluşçu rejissoru Əsgər Əsgərov, dirijoru Fəxrəddin Atayev, baletmeysteri Nigar Şahmuradova, xormeysteri Vaqif Məstanovdur, bəstəkarı Cavanşir Quliyevdir.

Səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, İlqar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Atilla Məmmədov, aktyorlar Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Elçin İmanov, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Nicat Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.

 

İndisə gəlin tamaşa barədə AzərTAC-a verilən bəzi rəylərə diqqət yetirək:

Cavanşir Quliyev, tamaşanın bəstəkarı, Əməkdar incəsənət xadimi:

-Bu əsər “Arşın mal alan”dan fərqli olaraq xoşbəxt sonluqla bitmir. Süjet gözlənilməzdir və tamaşaçını daim diqqətdə saxlayır. Bu səbəbdən həm maraqlı, həm də dəyərli təcrübə oldu”.

Səmədzadə Xasiyev, Əsgər obrazının ifaçısı, Prezident mükafatçısı:

 -Əsgərin musiqili komediyadakı şən və romantik tərəfi və yeni əsərdəki dramatik taleyi aktyor kimi mənə geniş ifadə imkanları yaradır. Bu rol üzərində işləmək həm məsuliyyətli, həm də yaradıcı baxımdan dəyərlidir. Əsgər və Gülçöhrə tarixin qaranlıq və sərt dönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrün mənzərəsini yaradırlar. Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər, Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam sevgi hekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini və sarsılmaz ruhunu əks etdirən bədii salnamədir.

Elnarə Nağdəliyeva, Telli obrazının ifaçısı:

 -Obrazın daxili gücünü və yumşaq xarakterini tamaşaçıya çatdırmağa çalışdım. Telli obrazı ağasına və xanımına sadiqliyi ilə seçilir. Bütün gərginliyə, təhlükələrə və çətinliklərə baxmayaraq, o, xanımını və bəyini tək qoymur, onlarla birlikdə İrana, İstanbula, sonra isə Fransaya qədər uzanan çətin yola çıxır.

 

Tamaşadan sonra Kamal Abdulla və yaradıcı heyət alqışlara və gül-çiçəyə qərq oldular. Bu, premyeraya toplaşanların ən dəruni rəğbət hisslərindən xəbər verirdi.

Bəli, teatarımız tarixində növbəti hadisə baş tutdu, dahi Üzeyir Hacıbəylinin  məşhur komedik əsərinə olduqca maraqlı dramatik interpretasiya.

Tamaşa barədə ətraflı təhlil yazıları da verəcəyik.

 

Fotolar AzərTAC-ındır.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

 

 

 

18 noyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Akademiyasının 15-ci ildönümü münasibətilə Türkiyənin paytaxtı Ankarada keçirilən tədbirdə iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, tədbirdə çıxış edən Fondun prezidenti Aktotı xanım Raimkulova Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, ötən 15 il ərzində Akademiya Türk dünyasının tarixi, dili, mədəniyyəti və mənəvi irsinin araşdırılmasını prioritetə çevirərək, bu sahədə aparıcı elmi mərkəzlərdən birinə çevrilmişdir.

Çıxışının davamında Türk Mədəniyyəti və İrsi Fondunun Türk Akademiyası ilə birgə həyata keçirdiyi layihələrin Türk xalqlarının tarixi-mədəni irsin qorunmasına verdiyi töhfələri qeyd edərək, bu səmərəli əməkdaşlığın gələcəkdə daha geniş təşəbbüslərlə davam edəcəyinə inamını ifadə edib.

Tədbirdə Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, Türkiyənin hökumət təmsilçiləri, elmi qurumların və ali təhsil müəssisələrinin rəhbərləri, həmçinin Türk Dövlətləri Təşkilatı (TDT), TÜRKSOY, TÜBA, TÜBİTAK, YTB, YUNESKO Türkiyə Milli Komissiyası və digər nüfuzlu qurumların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Yubiley mərasimi çərçivəsində kitab və foto sərgi də təşkil olunub, Türk dövlətləri arasında əlaqələrin inkişafı mövzusunda panel müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)


 

 

 

18 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Pakistan İslam Respublikasının informasiya texnologiyaları və telekommunikasiya naziri Şaza Fatima Xavajanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, görüş zamanı Pakistanın paytaxtı İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin təsis olunması istiqamətində icra edilməkdə olan işlərlə əlaqədar geniş müzakirələr aparılıb.

Pakistanlı nazir “ASAN xidmət” mərkəzinin qurulması istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib. O, pilot mərkəz fəaliyyətə başladıqdan sonra Pakistanın digər bölgələrində də “ASAN xidmət” mərkəzlərinin yaradılacağını bildirib.

Xatırladaq ki, cari ilin 10 sentyabr tarixində Pakistan İslam Respublikasının Baş nazirinin iştirakı ilə İslamabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb.

Nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın, ASAN İnnovativ İnkişaf Mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

Noyabrın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Özbəkistan Gənc Tamaşaçılar Teatrının hazırladığı “Муха-Цокотуха” adlı musiqili tamaşa nümayiş olunub.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətbuat katibinin AzərTAC-a verdiyi məlumatına görə, hər iki teatr arasında mədəni əməkdaşlıq haqqında imzalanmış ikitərəfli memoranduma əsasən nümayiş olunan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Malika İskandarova, quruluşçu rəssam Yevgeniya Biserova, bəstəkar Baxodir Zokirovdur.

Tamaşadan əvvəl rejissor, Əməkdar artist Nicat Kazımov çıxış edərək Özbəkistan teatrının yaradıcı heyətini və tamaşaçıları salamlayıb. Daha sonra Özbəkistan Gənc Tamaşaçılar Teatrının baş rejissoru və tamaşanın quruluşçu rejissoru Malika İskandarova səhnəyə dəvət olunub. O, bu kimi qarşılıqlı əməkdaşlığın yaradıcılıq və mədəniyyət müstəvisində müsbət töhfələr verəcəyini qeyd edib.

Daha sonra uşaqların böyük marağına və sevincinə səbəb olan tamaşa təqdim olunub.

Korney Çukovskinin nağılı əsasında hazırlanan eyniadlı səhnə əsərində Fayzulla Askarov, Abdullax İsmoilov, Şaxnoza Sultanova, Şerzod Axmedov, Feruza Atakuziyeva, Firuz Xudayberdiev, Uluqbek Rustamov, Nargiz Rustamova, Dilnavoz İsmatullaeva, Dilnavoz Axmedova iştirak edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

 

Vətən müharibəsində şanlı Zəfərin 5 illiyi münasibətilə şəhid və qazi övladlarının İstanbul şəhərinə səfəri başa çatıb.

Daha öncə xəbər verdiyimiz kimi iştirakçılar Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Anım mərasimində, şəhid Anıl Kaan Aybek adına məktəbdə keçirilən xatirə tədbirində iştirak edib, eləcə də Gaziosmanpaşa Kaymakamlığında görüş keçiriblər.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfər çərçivəsində daha bir görüş Gaziosmanpaşa Kızılay şöbəsindəİstanbul Valisi Davut Güllə olub. Görüş zamanı iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycan və Türkiyə şəhid və qazi övladlarının bu kimi görüşlərinin xalqlarımız arasında sarsılmaz birliyin göstəricisi olduğu vurğulanıb. Bu əməkdaşlığın gələcəkdə də qarşılıqlı səfərlərin təşkil olunacağı bildirilib.Gaziosmanpaşa kaymakamlığında iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.

 Onlar İstanbulda Yerəbatan Sarnıcı muzeyində, Topqapı sarayında, Dolmabahçe sarayında, Ayasofya Camisində olublar. Bununla yanaşı Beşiktaş stadion turu, Üsküdar sahildə gəzinti, İstanbul boğazında gəmi  ilə səyahət təşkil edilib.

Qeyd edək ki, səfər zamanı Vətən müharibəsinin şəhid və qazilərinin övladlarını Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə, “YAŞAT” Fondunun məsul əməkdaşı Aqşin Balahəsənli müşayiət ediblər.

Bu səfər şəhid və qazi övladlarının qardaş Türkiyə ilə tanışlığı, həmçinin Vətən müharibəsi qəhrəmanlarının ailələrinə göstərilən diqqət və qayğının daha bir nümunəsi kimi dəyərləndirilir.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ağalar İdrisoğlu,
Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, jurnalist. “Ədəbiyyat və incəsənət” üçün

 

  

Mən həmişə belə fikirləşmişəm ki, tibb sahəsində çalışan həkimlər, tibb işçiləri və hətta orada  işləyən  texnki işçilər belə Ulu Tanrının yerdə olan elçiləridir. Axı Ulu Tanrı onlara insanların taleyini tapşırıb. Adicə texniki işçi belə xəstəyə etinasız olsa, bu, həmin xəstəyə pis təsir edir. Tale də mənə həmişə bu insanların ən müsbət cəhətlərini görməyi nəsib eləyib. Təkcə özüm xəstəxanada yatanda və xəstəliyimlə bağlı onlara müraciət edəndə yox, ən yaxın adamlarımı xəstəxanaya aparanda  belə onlardan yalnız böyük diqqət, qayğı və xoş münasibət görmüşəm.

 

Məndən Bakıda, yəni paytaxda işləyən tibb işçiləri inciməsin, Sumqayıt səhiyyəsində çalışanlar mənə elə gəlir ki, bu sahədə daha diqqətcil, qayğıkeş  və mehribandırlar. Çünki Sumqayıtda bu sahəyə  çox savadlı həkim, öz işinin peşəkarı və yüksək təşkilatçı insan Elnur həkim Azadxanov rəhbərlik edir. O, Sumqayıt səhiyyəsinə rəhbərlik etdiyi gündən əlindən gələni edir ki, bu şəhərdə səhiyyə yüksək səviyyədə olsun və bu sahədə çalışanlar da xəstələrə qarşı çox cavabdehli olsunlar. Mən Sumqayıtdakı bütün tibb müəssisələrində  bunun bir daha şahidi oluram.  Bəli. Rəhbər yerində olanda və öz işini biləndə bu çox yaxşı olur.

Sumqayıtdakı 1 nömrəli xəstəxanada və onun poliklinkikaslnda olanda, burada çalışanların da  təkcə mənə qarşı yox, bütün xəstələrə böyük mehribançılığını görürəm.  Bu yaxınlarda həmin xəstəxananın poliklinikasında olanda,  Qangötürmə otağında bir xanım mənə mehribançlıqla yaxınlaşıb salam verdi və məni çox yaxşı tanıdığını da bildirdi. Təvazökarlıqdan uzaq olsa da mən  respublikada  həm yazıçı, həm rejissor-altyor və jurnalist kimi üzdə olan insanlardan biriyəm. Məni hətta küçədə tanıyıb yaxınlaşan, salam verən insanları da çox görürəm. Amma həmin xanım belə dedi:

-Mən sizi təkcə rejissor-aktyor, yazıçı-jurnalist kimi yox, həm də atamın dostu kimi tanıyıram.

-Atanız kimdir,-deyə mən ona sual verdim.

-Mən, Məhərrəm həkim Kazımovun qızıyam.

Bu vaxt gözlərim qarşısında nurani, gülərüz, uca boylu, çox mehriban, müdrik insan olan Məhərrəm həkim canlandı. Həmin vaxtlar biz cavan idik. O, ağ saçlı, uca boylu və təkcə xəstəxanada yox, həm də xəstələr arasında böyük nüfuz sahibi olan  xeyirxah şəxsiyyət idi. Və xanımın sifətinə baxanda gördüm ki, bir suyu elə Məhərrəm həkimə oxşayır. O, təkcə həkim yox, həm də çox təşkilatçı insan idi. Belə ki,  Məhərrəm Kazımov uzun illər 1 nömrəli xəstəxanada baş həkimin müavini olmuşdu. Şəhərin bütün işlərində də yaxından iştirak edirdi.

-Mənim  adım Səadətdir. Bu adı atam qoyub və istəyib ki, mən hər işlərimdə səadətə çatam... Amma səadətə çatmaq indiki zəmanədə çox çətindir...

-Səadət xanım. Niyə elə deyirsiz? Bayaq mən dəhlizdə dayananda  otaqdan çıxan xəstələr sizin haqqınızda çox xoş sözlər deyirdilər. Hamısı da bu sözləri deyirdi:

-Çox mehriban tibb bacısıdır.  Özü də işinin peşəkarıdır. Adamdan qanı elə ustalıqla alır ki, heç adamın ruhu da incimir.

Mənim bu sözlərimdən sonra  Səadət xanım  gülümsünüb belə dedi:

-Atam həmişə deyirdi ki, xəstə tibb işçisinə müraciət edəndə onu özünə pənah qapısı bilir. Ona görə də xəstəni öz doğman kimi qəbul eləməlisən və çox diqqətlə qulaq asmalısan ki, hər şeyi sənə deyə bilsin. Səni özünə ən mərhəm adam bilsin. Mən də həmişə atamın bu vəsiyyətinə əməl edirəm. Artıq  iyirmi  ildir ki, bu sahədə çalışıram və təvazökarlıqdan uzaq olsa da  sevinirəm ki, həmişə hamı məndən razı qalıb.

- Səadət xanım mən çox istərdim ki, sizin haqqınızada yazım və qoy oxucularımız da görsünlər ki, atasının davamçısı olan, öz sənətinin vurğunu olan necə tibb işçiləri var.

Əvvəlcə razılaşmaq istəmədi, amma mən təkid edəndən sonra razılaşdı. Beləliklə, əziz oxucular Sədaət xanım haqqında sizə qısa məlumat verim.

Qısa arayış:  Səadət Məhərrəm qızı Babayeva 1974-cü ilin  noyabr ayının 17-də Sumqayıt səhərində anadan olub. O, Sumqayıt şəhərindəki 28  nömrəli tam orta məktəbi bitirib. Həkimlik sənətinə sevgi  onda rəhmətlik  atası  sayəsində  yaranıb. Belə ki, həmin vaxtlar atası Məhərrəm Kazımov çox tanınan bir insan idi. Məhz buna görə də belə məşhur həkimin qızı olamaq  ona həmişə qürur verirdi. Axı Sumqaylt səhiyyəsində Məhərrəm həkimin oz dəsti xətti və ensiklopedik tibbi biliyi  vardı. Səadət xanım da, qardaşı İlham da tibb sahəsində ondan cox sey öyrənirdilər.  Qardaşı İlham, həkim olub və bu gün də atası Məhərrəm həkimin bir vaxtlar işlədiyi 1 nömrəli xəstəxananın  Dializ şöbəsinin həkimidir. Səadət xanımın da arzusu həkim olmaq olub. Məhz buna görə də Moskavaya gedib və orada əla qiymətlərlə Tibb İnstitutuna daxil olub. Amma ayrı-ayrı səbəblərdən iki il sonra təhsilini yarımçıq qoyub, Azərbaycana qayıdıb və burada məktəbəqədər tərbiyəçi təhsilini alıb. Amma tibb sahəsində çalışmaq ona rahatlıq verməyib. Məhz buna görə də Azərbaycan Respublikası Səhiyyə  Nazirliyinin nəzdində olan və Sumqayıtda yerləşən Əziz  Əliyev adına Tibb  Texnikumuna daxil olub.  2005-ci ildə həmin texnikumun “mamallq isi” ixtisasl uzrə fakültəsini  bitirb. Amma tibb bacısı işləmək arzusu çox olduğuna görə həmin vaxtdan o da bir vaxtlar atasının işlədiyi və baş həkimin müavini olduğu 1 nömrəli xəstəxananın poliklinikasında tibb bacısı kimi fəaliyyətə başlayıb. Bu il onun tibb bacısı kimi fəaliyyətinin iyirmi ili tamam olub. Əlbəttə, iyirmi il böyük müddətdir. Artıq insan öz işində püxtələşir.

-Səadət xanım, sizin atanız Məhərrəm həkim çox yaxşı həkim idi və Sumqayıt səhiyyəsi üçün əvəzsiz işlər görmüşdü. Bir övlad kimi bu haqda nə deyə bilərsiniz?

- Mənim övlad kimi atamı tərifləməyim bəlkə də etik cəhətdən düz deyil. Amma atam uzun illər həm həkim, həm şöbə müdiri və həm də baş həkimin müavini olduğuna görə Sumqayıt camaatı ilə həmişə təmasda olub. Şəhərin bütün ictimai işlərində yaxından iştirak edib. Ona görə də bura gələn yaşlı xəstələr biləndə ki, mən Məhərrəm həkimin qızıyam mənə çox böyük hörmətlə, sevgi ilə yanaışırlar. Bu, mənim üçün ən böyük mükafatdır. Həm də belə məşhur həkimin qızı olmaq da məndə özümə qarşı böyük cavabdehlik yaradır. Çalışıram ki, öz işimlə həm kollektivdə, həm də xəstələr arasında həmişə hörmət qazanım. Atamın başını uca edim.

-Siz Moskvada təhsil alırdınız. Valideynləriniz də bununla fəxr edirdilər. Bəs  necə oldu ki, təhsilinizi yarımçıq qoyub, Vətənə qayıtdınız və tibb bacısı olmağa qərar verdiniz?

- Bəli. Həkim olmaq böyük arzum idi. Əla qiymətlərlə də  Moskvada ali məktəbə qəbul olmuşdum. Amma sən saydığını say, gör tale nə sayır... Ailə vəziyyətilə əlaqədar olaraq, təhsilimi yarımçıq qoydum. Bəli. Əgər Moskvada təhsilimi bitirmiş olsaydım, indi mən də saylb- secilən həkimlərdən biri olardım. Əfsus ki, həyatda hər şey biz arzuladıgımız kimi nəticələnmir.. .  Bəli, bitirsəydim... kas ki...  Amma ali məktəbi  bitirə  bilmədim ...

Ancaq düşünürəm ki, ən ali zirvə gozəl ailə basçısı  olmaqdı və bu yük çox erkən yaşlarımdan mənim çiynimə düşdü. Beləliklə, bu gün mən ali zərvədə olan bir anayam. İki igid oğul böyütmüşəm. Böyük oğlum Emin Kazlmov 44 günlük Vətən müharibəsində iştirak edib. Çoxlu orden, medallar alıb və Zəngilanda üç rəngli bayarağımızı qaldıran igidlərimizdən biri olub. İkinci oğlum Mehdi  ( Mixaylo) bu gün Azərbaycan ordusunda layiqincə xidmət edir.  Deməli, hər iki oğlum Vətən qarşısında öz borclarını yerinə yetiriblər. Ana üçün məgər bunadna da böyük fəxaraət olarmı?

 - Siz Sumqayıt şəhərindəki 1 nömrəli xəstəxanada çox cavabdehli bir sahədə çalışırsıznız. Bu xəstəxanaya da daha çox xəstələr gəlir. Hər gün də sizə çoxlu xəstələr müraciət edir. Mən görəndə siz onları necə səbrlə, mehribanlıqla qarşıalyıb, onlardan qan görürüsüz və necə mehribançılıqla da yola salırsız, buna heyran qalıram. Açığı özü də heç kim qan vermək istəmir. Əsasən də kişilər qan verməkdən qorxurlar. Siz bunu necə edirsiniz ki, heç kim sizdən narazı qalmır? Siz bilən əsl tibb işçisi necə olmalıdır?

-  ( Gülümsünür) Tibb sahəsində çalışan insanlar ona müraciət edən xəstələrə öz doğmaları kimi yanaşmasalar, bu sahədə uğur qazana bilməzlər. Bunu mən atamda görmüşəm və çalışıram ki, onun nəsihətlərinə, vəsiyyətlərinə əməl eləyim. Bəli. Bu gün xəstəxanalara müraciət edən insanlarımız çoxdur. Axı biz otuz il Qarabağ kimi cənnətməkan torpaqların dərdini çəkmişik. Oradan Sumqayıta gələn yüz minlərlə qaçqınları, köçkünləri görmüşük. Hələ üstəgəl Qərbi Azərbaycandan da üç yüz mindən çox qaçqın, köçkünlərimiz olub. Onların da böyük bir hissəsi  Sumqayıtda məskunlaşıb. Mənim atam Qərbi Azərbaycandan idi. Onun necə torpaq həsrəti çəkdiyini biz hər zaman görürdük. Deməli, həmin cənnətməkan yerlərimizdən zorla çıxarılan insanlarımızda stresslər, depressiyalar yaranıb. Stress və depressiya da çoxlu xəstəliklərin ilk ocağı olur... Çoxlu xəstəliklər yaradır. Ona görə də bizə müraciət edən xəstələrə biz ən əziz  doğmamız kimi baxırıq ki, onlar bizdən narazı olmasınlar. Özü də sizi inandırım. Əgər tibb  işçisi bir xəstəyə laqeyd yanaşsa, həmin xəstə bir də həmin tibb işçisisnin yanına getməz. Həm də həmin tibb işçisi haqqında həmişə pis danışar. Deməli, xəstələrimiz bizim ən böyük təbliğatçılarımızdır. Ona görə də əsl tibb işçisi özünü  Böyük Yaradanın yerdə elçisi bilməli və xəstələrə də belə mehribançılqla yanaşmaldır.

-Sizin xəstəxananın baş həkimi Mətləb həkim Musayev həm yaxşı təşkilatçı, həm yaxşı həkim və həm də böyük ziyalıdır. Həddindən artıq səbrə malik bir insandır və xəstəxanaya müraciət edən insanlarla da çox mehribandır.  Bəs onun  iş yerində işçilərə münasibəti necədir?

- Xəstəxanamızın bas həkimi Mətləb Musayev  uzun illər bu xəstəxanada həkim işləyib. Yəni bu xəstəxananın “mətbəxini” yaxşı bilir. COVİD-19 dəhşətli xəstəliyi vaxtı onu bu xəstəxanaya baş həkim vəzifəsinə irəli şəkdilər. İnanın ki, o, hər gün, günün 24 saatını xəstəxanada olurdu və bu işə çox böyük səbrlə, peşəkarlıqla rəhbərlik edirdi. O, özü iki dəfə COVİD xəstəliyinə tutulsa da bu çətin işdən geri çəkilmədi. Bütün həkimləri, tibbi işçilərini, texniki işçiləri bu işə həvəsləndirdi ki, hamı xəstələrin sağalması üçün əlindən gələni etsinlər. Mən özüm də həmin vaxtı bütün günü burada olurdum. Yaxşı işimə görə həmin vaxtı mənə fəxri fərman da verdilər.  Məhz buna  görə də bizim xəstəxanada  bütövlükdə  respublika üzrə  COVİD-19-dan ölən xəstələr çox az oldu.

Mətləb həkim  bütün işçilərə qarşı çox səmimi insandır. Və həm də bizə  ozguvənimizə stimul verir. Biz də çalışırıq ki, öz işimizlə  onun etimadını doğruldaq. Deməli, belə mehriban, hamıya eyni gözlə baxan, öz işinin peşəkarı, yüksək təşkilatçı insanla çox işlər görmək olar və biz də həmin işi görürük. Məhz buna görə də bütün xəstələr bizim xəstəxanadan razı gedirlər. Bilirsiniz ki, rəhbər yerində olanda məhz belə də olur. Elə Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Elnur həkim Azadxanov da bu şöbəyə rəhbərlik etdiyi gündən əlindən gələni edir ki, bu şəhərdə səhiyyə yüksək səviyyədə olsun. Elnur həkim də, Mətləb həkim də hər ikisi  dəyərli insanlardır. Onlar gozəl urəyə malik xeyirxah olduqlarına  görə, bu şəhərdəki bütün tibb müəssisələrində çalışanlar  özguvənlik qazanıblar. Və onların  simasında da butun həkimlərimizə, tibb işçilərimizə  öz minnətdarlığımı bildirirəm . Məhz buna görə də xəstələr də həmişə həkimlərimizdən, tibb işçilərimizdən  razılıq  edirlər. Uzun illərdir ki, Sumqayıt səhiyyəsi respublikada birinciliyi qoruyub saxlayır. Bu, elə özü böyük fəxarətdir.

-Siz böyük ziyalı və vətənpərvər insanın tərbiyəsini alıbsınız. Atanız təkcə yaxşı həkim və zıyalı yox, həm də vətənpərvər insan idi. Biz artıq Qarabağdakı qələbəmizin beş illiyini qeyd edirik. Bu haqda siz nə deyə bilərsiniz?

-Bəli. Qarabağdakı qələbəmizdən, Zəfər sevincimizdən beş il ötür. Bu qələbəni, Zəfər sevincini  bizə yaşadan şəhidlərimizə hər bir azərbaycanlı borcludur. Şəhidlər bizim qürur yerimizdir. Biz həmişə onları böyük  ehtiramla yad edib, onlara rəhmət diləyirik. Qazilərimizə can sagllgl arzulayırıq. Əlbəttə, bu qələbəni əldə etməyimizdə əsas qüvvə və insan Ali Baş Komandanımız cənab İlham Əliyev olub. Bunu heç bir azərbaycanlı yadından çıxarmamalıdır. 44 gunluk  Vətən muharibəsi  mənim də həyatıma, sağlamlığıma  boyuk təsir edib. Belə ki, boyuk oglum Emin Kazlmov da bu cətin muharibənin, canlı  mubarizənin qəhrəmanlarlndan biridir.  Açığı həmin 44 gündə demək olar ki, mən yatmadım. Həmişə televizorun qarşısında əyləşib və Qarabağda gedən müharibəni böyük həyəcanla, bir əsgər anası kimi izləyirdim. Təkcə öz oğluma görə yox, döyüşdə olan bütün oğullara görə həyacanla  izləyirdim. İgidlərimiz torpaqlarımızı qarış-qarış azad etdikcə və bu haqda deyildikcə sevinirdim və həmişə də sevnc  göz  yaşı axıdırdım.

Sevinirəm ki, üç rəngli bayragımızın  Zəngilanda dalgalanmasına, ucalmasına səbəb olan igidlərdən biri  də məhz mənim oğlum Emindir. Kiçik oglum  Mehdi (Mixaylo)  da bu gün Cəbrayılda sərhəddə keşik çəkən sərhəd qosunlarında xidmət edir. Mən azərbaycanlı analarımızı, qadınlarımızı  dünyanın ən qüdrətli anaları cərgəsində görürəm. Çünki onlar belə igid övladlar yetişdirib, Vətənə əmanət veriblər. Bilirsiniz ki, tibb aləmində belədir ki, oğlanlar məhz anaların genlərinin daha çox daşıyıcısıdırlar. Deməli, bizim övladlarımız-oğullarımız  igidliyə  görə Tomris, Taclı bəyim, Həcər xanım, Tuti Bikə kimi nənələrimizdən dərs alıblar. Onların davamçılarıdırlar. Amma ermənilər Anahid kimi tərbiyəsizin davamçılarıdırlar... Bu 44 günlük Vətən müharibəsində bizdən bir nəfər belə fərari olmadı, amma ermənilərdən on mindən çox fərari oldu. Bu da mənim yuxarıda dediklərimə bir sübutdur.

-Bu gün xəstəlik çox artıb. Mən hər dəfə xəstəxanada olanda ora gələn xəstələrin günü-gündən çox olduğunun şahidi oluram. Siz tibb sahəsində böyük təcrübəsi olan mütəxəssis kimi insanların xəstələnməməsi və xəstəxanaya gəlməməsi üçün onlara nə təkliflər verərdiniz?

 - Mən bayaq yuxarıda xəstəliklərin artamsının səbəblərini dedim. Otuz illik Vətən həsrəti, qaçqınlıq, köçkünlük sağlamlığımıza  öz təsirini göstərib... Bir tərəfdən də yediyimiz qidaların təmiz olmaması, insanlarımızın yoxsulluq içində yaşaması, uşaq pullarının verilməməsi istər-istəməz insanlarımıza təsir edir. Təbiətin də çirkin olması öz növbəsində. Dünyada bu qədər müharibələrin  olması da  hamıya təsir edir. Bütün bunlar da ayrı-ayrı xəstəliklər yaradır. İnsanlarımızın xəstələnməməsi üçün hər kəs öz həkimi olmalı və ən azından ildə iki dəfə tam müayinədən keçməlidir. Yediyi yeməklərə fikir verməlidir.  Dünya şöhrətli məşhuh təbib İbn Sina dediyi kimi, hər bir insan  yediyi yeməyi orqanizminə dərman bilməlidir.  Çox yeməməlidir. Hər bir yeməyində də pəhriz saxlamalıdır. 

Tibb sahəsində çalışanlar da  öz işlərini sevməli və öz sənətlərinin peşəkarı olmalıdırlar ki, xəstələrə lazım olan kimi xidmət edə bilsinlər. Mən də öz isimi sevirəm. Mənim işim  həm çətin,  həm də məsuliyyətlidir. Belə ki, Qanalma otagına orqanizmində olan butun xəstəliklərlə bagll muraciət edirlər həddindən artıq  çoxdur. Ona görə də çallsıram hər kəsi oz dogmam kimi qarsılayım və böyük segi ilə də yola sallm. İşlədiyim  xəstəxananı  və mənimlə çallsan kollektivimizi də çox sevirəm. İşimlə, peşəmlə qurur duyuram. Sevilən tibb bacısı olmaq və  xəstələrin hörmətini qazanmağa çalışıram. Həmişə də şöbəmizin adını yuksək tutmaga çalışıram. Hər hansı  ağrı ilə otağımıza girib qan verən adamın üzündə gülüş, sevinc yaradlb, səadət bəxs edə bilirəmsə o zaman adımın Səadət olmagına çox sevinirəm. Dünyanın belə qarışıq vaxtında, qazan kimi qaynadığı dövrdə  hər bir insanın xoş sözə, diqqətə, mehribançılığa böyük ehtiyacı var.Məşhur rus yazıçısı Fyodor Dostoyevskinin  belə maraqlı kəlamları var: “Dünyanı gözəllik xilas edəcək”. “Dünyada qalib olmaq istəyirsənsə, əvvəl özünə qalib ol”. Ona görə də hər bir insan səbrlə, dözümlə özünə qalib gəlib, sağlamlığını qoruya bilər və güzəranını da yaxşılaşdırar. Əgər biz başa düşə bilsək ki, dünyada ən böyük var-dövlət sağlamlıqdır, onda özümüzə fikir verərik. Sağlamlığımızı da qoruyarıq.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

 

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Balığı at dəryaya, bunu balıq da bilməlidi, bunu xaliq də bilməlidi, bunu dəryadakı o biri balıqlar da bilməlidi.

2.

Nazim Hikmət: “Arıya bənzər bir yeri yox, amma yenə də bənzəyir arıya.” Dərinliyinin hüdudu olmayan misralar şairi - Nazim Hikmət.

3.

Məqamın sirri vardı - donuqluğundaydı.

4.

“ Üç almayla nağıl sehri açılmaz.

Sehr əgər sehrdisə - sirdi.

Yol da elə. Kömək edir az-maz,

Yaşamağa kömək edir. Edirdi!”

5.

Böyük Zaman və onun ətrafında hər biri öz balaca, çəlimsiz vaxtı ilə atılıb-düşən bizlər...

6.

Demokratiya ölkəni yox, ölkə demokratiyanı doğmalıdır.

7.

Volter: “Mən sənə nifrət edə bilərəm, amma mən həyatımı verərəm ki, sən öz fikirlərini sərbəst şəkildə ifadə edə biləsən.”

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

 

 

 

 

Çərşənbə, 19 Noyabr 2025 15:07

ANAR, “Son bahar şeiri”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

ANAR, ŞEİRLƏR

SON BAHAR ŞEİRİ

 

“Bu sevda nə sevdadır”,

İnsanın ağlını başından alır,

Bir gün hər şey dağılır, çökür,

Sevgidən kədərli şeirlər qalır.

 

Nə sən günahkarsan, nə mən gühahkar,

Qismətim bax belə yazılıb, yəqin.

Mənim İLK saydığım təkrarmış, təkrar,

Köhnə kinoları seyr etmək təkin.

 

Mən də bu sevgiyə aldanmış idim,

Bu sevgi də, demə, növbəti yalan.

Bir başqa sevgidə yaşanılandan

Mənə ötənlərdən mirastək qalan.

 

Mənə söylədiyin o incə sözlər

Öncə söylənibmiş bir başqasına.

Ürək param-parça parçalanmasın,

Necə tab gətirsin, səbr etsin buna?!

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.