Super User
Gələcəyin yaddaşı – Laçın şəhər gününə
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru
Dünən Laçının günü idi, bu günə aid tədbirləri, yazıları izlədim və yekun olaraq bu yazım yarandı.
Laçın Azərbaycanın könül və hüquq coğrafiyasından irəli çıxıb yenidən bayrağımız altına qayıdanda həyatımız rəngləndi, dünyamız işıqlandı, ruhumuz dirçəldi. Bəli, biz Laçının qurtuluşunda sadəcə torpağın azadlığını yox, bölgənin ruhi-mədəni arxitekturunun dəyişməsini yaşadıq. Şuşanın görünməmiş qəhrəmanlıqla alınması, ardınca Ağdam və Kəlbəcərin geri qaytarılması Laçını Qarabağ–Zəngəzur salnaməsinin son, amma gələcək üçün həlledici səhifəsinə çevirdi. O gündən qüvvələr balansı, təhlükəsizlik anlayışı, geopolitik cığırlar Güney Qafqazda tamam başqa məntiq üzrə yazılır.
Gəlin Laçının beş ildə yaratdığı gerçəkliklərə bir göz ataq:
Dünən “dəhliz” kimi tanınan Laçın bu gün Azərbaycan suverenliyinin kilid dağ qapısıdır. Bir vaxtlar helikopter meydançası belə olmayan Laçın bu il uluslararası hava limanına qovuşdu.
Separatizmin nəfəs yolu bağlandı, bölgədə yabançı güclərin “hakimlik meydanı” daraldı və Rusiya sülhməramsızlarının çıxışı ilə Laçın dövlət sərhədlərimizin hərbi-siyasi sütununa çevrildi.
Dirçələn kəndlər, dağlara yayılan işıq, yurduna qayıdan ailələr bu məkanı artıq cəbhə xəttindən yaşayış və inkişaf bölgəsinə çevirir.
Bəs Laçın hara doğru böyüyür? -
Bu gün Laçın bölgənin yeni təhlükəsizlik arxitekturunda strateji yüksəklikdir.
Dağların qurduğu təbii istehkam Azərbaycan üçün “sabitlik sığortası”dır – bu sığorta insan kapitalı, qala-ailələr və yetkin cəmiyyətlə möhkəmlənir.
Qarabağ–Zəngəzur daşımaçılıq, enerji və kommunikasiya xəritəsinin əsas qovşaqlarından biri də məhz Laçındır.
Ermənistanla mümkün barışın gerçək sınaşığı da buradan keçəcək: bir tərəfdə travmalar, o biri tərəfdə qürurlu qayıdış – bu iki yaddaşın necə uzlaşması bölgənin taleyini müəyyən edəcək.
Laçın artıq barışın tonunu müəyyən edir. - Bir zamanlar kədər susqunluğuna bürünmüş dağlar indi danışır, çiçəkləyir, kəpənək uçurdur, quş yuvasına sinə verir, ov ovlanır, Günəş salamlanır, Aya salavat çevrilir… Dağlar yolçusuna belə deyir:
“Buradan keçən yol gərginliyə yox, aydın sabaha aparmalıdır”…
Laçın bu gün Azərbaycan üçün Güney Qafqazın yeni düzənində strateji ağırlıq mərkəzidir.
Sərhədlərimizi möhkəmləndirdikcə, köçləri sürətləndirdikcə, yollar və kommunikasiya xəritələri genişləndikcə Laçının önəmi daha da artır.
Bax, elə bu səbəbdən 1 dekabr – Azərbaycanın dağlarda yazdığı yeni gələcəyin manifestidir.
Şəhidlər ölmədi, Vətən bölünmədi!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(02.12.2025)
Əkbər QOŞALI
Qarabaldır – özü qədim, adı qəribə olan kənd
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Sizə sosial şəbəkələrdə “gülməli kənd adı” kimi təqdim olunan bir toponimdən söhbət açmaq istəyirəm. Söhbət Oğuz (keçmiş Vartaşen) rayon mərkəzindən 16 km. cənubda, Kərimli kəndinin qərbində, Əlicançayın sol sahilində yerləşən Qarabaldır kəndinin adından gedir. Bu kənd Kərimli İnzibati Ərazi Dairəsinə daxildir. Dəniz səviyyəsindən hündürlüyü 380 metrdir.
Mənbələr göstərir ki, vaxtı ilə Qərbi Azərbaycanda, Gəncə livasının Şəmkir nahiyyəsində və Qax rayonunda bu adda kəndlər, Qarabağda çay, Tovuz rayonunda dağ və s. mövcud olmuş və çoxu indi də var. Qax rayonunda mövcud olan Qarabaldır kəndinin sakinlərinin XVIII əsrin əvvəllərində Oğuz rayonunun Qarabaldır kəndindən köç etdikləri ehtimal olunur. (bunun əksini iddia edənlər də vardır.)
Qarabaldır kəndi Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Burada yaşayan insanlar hələ neolit dövründə oturaq həyat tərzi keçirmişlər. Kəndin ərazisində ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmiş Nekropolun (e.ə IV-I əsrlər), Molla qoruğunun (e. I-IV əsrləri) olması da bunu sübut edir. 1824-cü il kameral təsvirinə görə kənddə 55 həyətdə 120 nəfər kişi, 106 nəfər qadın olmaqla 226 nəfər yaşamışdır. 1886-cı il tarixli Zaqafqaziya bölgəsinin əhalisi haqqında statistik məlumatlar toplusunda da Vardanlı kənd icmasında yerləşən Qarabaldır kəndindən bəhs olunur və orada yaşayan azərbaycanlılar "tatarlar" kimi qeyd olunur. Əhali sayı 106 nəfər olaraq göstərilmişdi.
Qarabaldır toponimi diqqət çəkən, maraqlı toponimlərdəndir. Yuxarıda dediyimiz kimi bəziləri toponimi “gülməli kənd adı” adlandırırlar. Bu, əlbəttə, düzgün münasibət və mövqe deyil, toponim barədə məlumatsızlıqdan irəli gəlir. (https://www.yeniavaz.com/ az/news/123780/azerbaycanda-gulmeli-kend-adlari-rus-borisi-mirti-bagirsaq-siyahi).
“Qarabaldır” toponimin yaranması barədə müxtəlif fikirlər və fərziyyələr vardır.
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə (II cild, səh:19) göstərilir ki, bu oykonim qara (burada “böyük” mənasında) və “baldır” (burada çıxınti mənasında) sözlərinin birləşməsindən yaranıb, “böyük çıxıntı” mənasını verir. Əlavə olaraq orada qeyd olunur ki, hələ qədimdən bədən üzvləri ilə oxşarlığı olan coğrafi obyektləri burun, bel, baldır, barmaq, dil və s. kimi sözlərlərlə adlandırmaq qanuna uyğun hal olmuşdur. Bu versiyaya üstünlük verənlər çoxluq təşkil edir. Onu da deyək ki, Azərbaycan Respublikası ərazisində "qara" komponentli 130 yaşayış məntəqəsi vardır. Akademik A.Qurbanov bu toponimi təsviri toponim alandırır. Sifətlə ümumi isimin birləşməsindən əmələ gəlmişdir.
Başqa bir xalq versiyaya görə, kəndin adı “qara” və “bal” sözlərinin birləşməsindən əmələ gəlib və “Qarabal” mənası ifadə edir. Deyilənə görə, tarixən burada insanlar arıçılıqla məşğul olublar. Bu ərazidə arıların nadir yem ehtiyatı olan yemişan tikanı mövcuddur. Onun nektarı isə balın qara rəngə çevrilməsinə səbəb olur (https://bizim.media/az/read/177735/https://bizim. media/az/cemiyyet/177735/adi-ile-meshurlasan-kend-qara-bal-nece-qarabaldir-oldu-foto/)
Bir əcaib versiya da ondan ibarətdir ki, guya burda yaşayanların bədənlərinin rəngi qara imiş. Həqiqətən, əcaib mülahizədir. Bu mülahizəni yürüdənlər hansı məntiqlə bu fikri söyləyiblər, görəsən?
Bir başqa versiyaya görə isə Qarabaldır etnik toponimdir. Xalqımızın etnogenizinin formalaşmasında iştirak etmiş qədim türk tayfalarından birinin adı olub. (E.Nuriyev: “Azərbaycan SSR Şəki-Zaqatala zonasının toponomiyası”, Elm, Bakı-1989, səh:80). C.V.Qəhrəmanovun “Opisanie arxeoqrafiçeskix dokumentov“ və T.M.Musəvinin “Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər)” kitablarında da qarabaldırlar etnosunun və etnotoponiminin adı verilmişir.25 iyun 2022-ci ildə Bakıda “Şuşa şəhəri və türk sivilizasiyası: tarixilik və müasirlik” mövzunda keçirilmiş beynəlxalq konfransın materiallarında da (səh:26) oxuyuruq ki, “Karabaldır yer adı eski türkçe “kara” ve “baldır” kelimelerinden mürekkep bir türk topluluk adıdır. Karabaldır isimli topluluklar Azerbaycandan sonra Anadoluda da yerleşmişlerdir”. Hazırda Türkiyədə “Karabaldır” adlı kənd, çay, bitki, məhəllə, ad və soyadların olması da bunu sübut edir.
Bizim şəxsi fikrimizə görə də, bəli, Qarabaldır toponimi qədim türk etnoslarından birinin adından götürülmüş, “qara” və “baldır” sözlərindən yaranmışdır. Lakin burdakı “qara” rəng yox, güclü və qüvvətli, “baldır” isə elə insan əzası (qılçanın diz ilə topuq arasındakı hissəsi) mənasındadır. “Qarabaldır”ın mənası baldırları (yəni ayaqları) bərk, çox güclü olan, yüyrək, dözümlü və nəhəng insanlar toplusu (tayfası-etnosu) deməkdir. Onu da qeyd edək ki, “baldır” “Kitabi-Dədə Qorqud”un dilində də işlənən somatik leksik vahidlərdən biridir. Məhz “uzunca qoluna-buduna”, “incə baldırlarına” görə Aruz qoca nəhəng və yenilməz görünür: “...qolubudu uzunca, baldırları incә Qazan bәyin dayısı At ağızlı Aruz qoca çaparaq yetişdi: “Çal qılıncını, bәyim Qazan, çatdım!”- dedi”.
Biz həm də Qarabaldır toponiminin “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanları Qarabudaq, Qaragünə və Oğuz boylarından biri olan “Qarabölük”lərlə bağlı ola biləcəyini iddia edirik. Tədqiqatçılar göstərirlər ki, “qara” sözünün işlədilməsi həm də nəsildən nəslə keçən bir əlamətin göstəricisi kimi çıxış edir.
Bəlkə də Qarabaldır toponimi dual təşkilar quruluşu, əksliklər görüşü ilə bağlı yaranıb. Türk dillərində qarabaldır və ağbaldır bitki adlarının, Tovuzda Ağbaldır adlı dağın, Türkiyədə eyni adlı çay, dərə, bulaq və vadinin olması da bu barədə düşünməyə sövq edir.
“Ədəbiyyat və incəsənət”
(02.12.2025)
Həm yaxşı şair, həm siyasətçi, həm də redaktor idi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Zeynal Vəfa adı çoxunuza tanış gələcək. Şeirləri ilə, ictimai-siyasi fəaliyyəti ilə, redaktorluğu ilə. Bu gün onun doğum günü, amnadan olmasının 87-ci ildönümüdür.
Zeynalabdin Zeynalov (Zeynal Vəfa) 1938-ci il dekabrın 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Atası Böyük Vətən Müharibəsi cəbhələrində həlak olub. Anasının himayəsində böyüyüb. M. T. Sidqi adına Naxçıvan şəhər 4 nömrəli orta məktəbini bitirdikdən sonra ADU-nun (indiki BDU) filologiya fakültəsində təhsilini davam etdirib.
İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan "Şərq Qapısı" qəzetində başlayıb. Sonra Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor işləyib. Arada Azərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb. Orada savadsızlığın ləğvi sahəsində fəaliyyət göstərib.
Sonra yenə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Yəmən Ərəb Respublikasında tərcüməçi, "Aydınlıq" qəzetində baş redaktorun birinci müavini, "Meydan" qəzetində baş redaktor vəzifələrində çalışıb. 1990–1993-cü illərdə açıqfikirli cəsarətli yazılarına görə hakimiyyət tərəfindən ağır təzyiqlərə məruz qalıb. Evi və redaksiyası dəfələrlə mühasirə halqasına düşüb.
Heydər Əliyevin ilk təbliğatçılarından biri olub. 1991-ci ildə 4 qəzetdə dərc etdirdikdən sonra, öz vəsaiti hesabına yarım milyon kserekopyasını çıxartdırıb 27 rayonda yayımladığı "Şəxsiyyət" adlı monumental yazısını "o böyük şəxsiyyətin yenidən hakimiyyətə qayıdış yolunda yaşıl işıq" adlandırıb.
1993-cü ildən Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan "Azərbaycan" qəzetində baş redaktorun müavini vəzifəsini daşıyıb. Mətbuatda uzun illər səmərəli fəaliyyətinə və yaradıcılıq uğurlarına görə 1995-ci ildə "Qızıl Qələm" mükafatına layiq görülüb. Respublika Prezidentinin 2005-ci il 21 iyul tarixli 924 nömrəli sərəncamı ilə "Tərəqqi medalı" ilə təltif edilib. 2007-ci ildə Milli Müdafiə Nazirliyinin ordu quruculuğu ilə əlaqədar keçirdiyi "Ən yaxşı publisist yazılar" müsabiqəsində birinci dərəcəli mükafatın qalibi olub.
2008-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olub. 2009-cu il dekabrın 25-də Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibi kimi, "Azərbaycançılıq ideyası milli həmrəyliyin təməl prinsipləridir" mövzusundakı publisist yazısına görə diplomla təltif edilib. 22 iyul 2010-cu ildə milli mətbuatımızın 135 illiyi ilə əlaqədar Əməkdar jurnalist adına layiq görülüb.
Zeynal Vəfa poeziya sahəsində fəaliyyətə 12 yaşından başlasa da "Tunc altı" adlı ilk şeiri 1955-ci ildə "Şərq Qapısı" qəzetində işıq üzü görüb. 1970-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Şer və poyemaları rus, ukrayna, özbək, tacik, eston, latış, ərəb və digər dillərdə dərc olunub. Avropa və Asiya şairlərindən xeyli poyetik tərcümələri var.
"Mənim körpə çinarım", "Qəlbimin səsi", "Əgər sevirəm desən","Körpələrin xətrinə","Beşiklərdən gələn səslər","Ömrün beşinci fəsli","Millətin xilaskarı"(Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən poyema), "O dünyaya xəbər verin gələn var" və digər şeir kitablarının müəllifidir. Sözlərinə 70 mahnı bəstələnib.
Yüksək vətənpərvərlik ruhu ilə dolu şer və poyemaları respublikamızın müxtəlif mətbu orqanlarında, həmçinin "Ulduz" və"Azərbaycan" jurnallarında müntəzəm olaraq dərc edilməkdədir. Hazırda publisist yazılarından, yeni şer və poyemalarından ibarət "Kişilərimiz və kişiliyimiz" və "Bir insan ömrünü yaşaya bilsəm" adlı seçilən əsərləri öz nəşrini gözləməkdədir. Zeynal Vəfa 14 mart 2024-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.12.2025)
Həm 2014, həm də 2015-ci illərdə Yüksələn Ulduz Bəstəkarı – Əminə Fiqarova
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Caz musiqisi elitar musiqi janrı hesab edilir. Ötən əsrdə Bakı bir müddət SSRİ cazının paytaxtı imiş. Söhbət dahi cazmen Vaqif Mustafazadənin dövründən gedir.
İndi onun qızı Əzizə Mustafazadə edtafeti bacarıqla davam etdirir. Mənsə sizə başqa bir xanım cazmen – Əminə Fiqarova barədə danışmaq istəyirəm.
2 dekabr 1964-cü ildə Bakıda doğulan Əminə Fiqarova kiçik uşaqikən pianino çalmağı örənib və altı yaşında musiqi bəstələyib. Klassik pianist olmaq üçün Bakı Musiqi Akademiyasında təhsil alıb. 1988-ci ildə Moskva Caz Festivalında olarkən, Caz musiqisinə marağının əsasının yarandığı Rotterdam Konservatoriyasında təhsil almaq üçün qəbul alıb. O, təhsilini Bostonda yerləşən Berklee Musiqi Kollecində tamamlayıb.
Birləşmiş Ştatlarda olduğu müddətdə Kolorado, Aspendə Thelonious Monk Jazz Kaloniyasında iştrak edib. Sonradan ailə həyatı qurduğu fleytaçı Bart Platteau ilə birlikdə dünyanın fərqli yerlərində caz konsertlərində çıxış etməyə başlayıb.
Onun albomları olan "September Suite" və daha yaxınlarda buraxılan "Blue Whisper"i o Nyu Yorkda Blue Note Jazz Club-da ifa edərkən 11 sentyabr 2001-ci ildəki hadisələrdən ilhamlanıb. Çikaqolu tənqidçi Neil Tesser xüsusilə də onun iki "September Suite" və "Come Escape With Me" albomları ilə onu müasir aparıcı bəstəkarlardan biri kimi qiymətləndirir.
Fiqarovanın bəstələrini İsraildən olan musiqiçi Shlomit Butbul üçün bəstələdiyi musiqili əsərlər olan "Diana" və "Tehora" da təşkil edir. O, 13 albom bəstəkarı olub və həm 2014, həm də 2015-ci illərdə "DownBeat"-in Yüksələn Ulduz Bəstəkarı seçilib.
“Ədəbiyyat və incəsənət”
(02.12.2025)
Balacaağanı tanıyanınız varmı?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Biz ədəbiyyatımızı necə bilirik? Şairlərimiz barədə nə qədər məlumatlıyıq? Məsələn, çar imperiyası isitlası dövrü yazarlarımızı yaxşımı tanıyırıq? Balacaağa adlı şair necə, ağlınızda varmı?
Balacaağa adı ilə el arasında çağırılan Həsənəliağa xan Qaradaği 1848-ci il 28 yanvar tarixində Şuşada hərbi xidmətçi ailəsində anadan olub. 8–9 yaşa çatdıqda Şuşaya gələn əmisi Məhəmmədhüseynağa xan Qaradağski Balacaağanı Şuşada fəaliyyət göstərən rus Qəza məktəbinə qoyub Tiflisə qayıdıb. Həsənəliağa 1866-cı ildə Qəza məktəbini bitirib. Əmisinin göndərdiyi maddi vəsait hesabına o, Şuşanın Tazə məhəllə adlanan yerində ev tutub, tək yaşamağa başlayıb.
Rus təhsilli Balacaağa ərəb, fars dillərini, islamın əsaslarını öyrənmək üçün qonşuluğunda yaşayan Mirzə Bəşir Yusifzadənin atası Mirzə Ələkbər Yusifzadədən dərs almaq qərarına gəlib. Mirzə Ələkbər Yusifzadə ərəb, fars dillərini Həsənəliağaya öyrədib, Sədi, Firdovsi, Nizami, Xaqani, Füzuli və sair şairlərin əsərlərini orijinalda mənimsəməyə kömək edib. Şeiriyyata böyük həvəs göstərərək özü də qəzəl, müxəmməs yazmağa başlayıb.
1882-ci ildə I hissəsi, 1888-ci ildə isə II hissəsi çapdan çıxan "Vətən dili" dərsliyində Həsənəliağa Xan Qaradağskinin müəllifi olduğu 11, tərcümə etdiyi 23 nəzm əsəri özünə yer tapıb. Bu həmin "Vətən dili" dərsliyidir ki, 40 ilə yaxın bir dövrdə Azərbaycan uşaqlarının əsas dərs vəsaiti olub.
Həsənəli ağa Xan-Qaradağskinin bizə gəlib çatan şeiriyyatı sırasında 50-dən çox qəzəl, müxəmməslər, növhələr, onlarla məktub vardır. "Məclisi-fəramuşan" poetik məclisinin ən fəal iştirakçılarından biri Həsənəliağa olub. Şair kimi təxəllüsü Qaradağidir. Əsərləri əsasən Azərbaycan dilindədir. Bununla yanaşı fars dilində yazmış olduğu bir neçə qəzəl müəllifidir.
Həsənəliağa gözəl xəttat olub. Bir misal olaraq onu qeyd etmək olar ki, o, Mir Mehdi Xəzaninin "Kitabi-tarixi-Qarabağ" əsərini şikəstə-nəstəliq xətti ilə köçürərək bu qiymətli tarixi abidəni günlərimizə gəlib çatmasına xidmət göstərib.
1929-cu ildə Həsənəliağa Xan Qaradağski xəstələnib, dekabr ayının 2-də Şuşa şəhərində vəfat edib və hörmətlə şəhər qəbiristanlığında (Böyük qəbiristanlığın şəhərə ən yaxın hissəsində) dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.12.2025)
Bəli, o, kinomuzun korifeyidir
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu qədər filmə çəkilən, bu qədər tanınan, sevilən bir başqa aktyor varmı?
Onun təkcə elə repertuarını sadalamaq nə qədər vaxt aparar...
Bu gün onun anım günüdür.
Yad etməyimiz mütıləqdir.
Azərbaycan SSR Dövlət mükafatı laureat, Azərbaycan SSR xalq artisti Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunub.
1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayıb. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlib və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynayıb.
Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edib. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışıb. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərib.
Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri olub. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçib. Onun yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunur. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı olub. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapıb ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşıb. M. Əzizbəyov, N. Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları dediklərimizi bir daha təsdiq edir.
Xalq yazıçısı İ.Əfəndiyevin "Atayevlər ailəsi" pyesi əsasında hazırlanan televiziya tamaşasında M.Dadaşovun yeni ampluada yaratdığı Atayev obrazı çox uğurlu ekran qəhrəmanı olub.
Tarixi şəxsiyyətlər də Məlik Dadaşovun ifasında çox real alınıb. Kinorejissor Əjdər İbrahimov aktyoru bir neçə filmində çəkib. "İyirmialtılar" və "Ulduzlar sönmür" filmlərində o, M. Əzizbəyovun və N. Nərimanovun çox real tarixi obrazlarını ekranda əbədiləşdirə bilib.
Filmoqrafiya
- 777 №-li sexdə
- Ağlar-güləyən
- Axırıncı aşırım
- Atayevlər ailəsi
- Baldızoğlu
- Bir məhəllədən iki nəfər
- Bir qalanın sirri
- Birisigün, gecəyarısı...
- Bizim küçə
- Bizim küçənin oğlanları
- Böyük dayaq
- Cazibə qüvvəsi
- Dağlarda döyüş
- De ki, məni sevirsən!
- Dəli Kür
- Evin kişisi
- Fəryad
- Fətəli xan
- Gənc qadının kişisi
- Gözlə məni
- Güllələnmə təxirə salınır!...
- Hacı Qara
- Xalqlar Dostluğu muzeyi
- İnsan məskən salır
- İstintaq davam edir
- İyirmialtılar
- Kiçik leytenant
- Kontor
- Koroğlu
- Leyli və Məcnun
- Mezozoy əhvalatı
- Müsahibə götürən adam
- O dünyadan salam
- Orijinal üsul
- Təhminə
- Ulduz
- Ulduzlar sönmür
- Uşaqlığın son gecəsi
- Dmitri Kantemir Moldova istehsalı
- Yaramaz
- Yarımçıq qalmış mahnı
- Yenilməz batalyon.
Bu uzunluqda repertuar listəsi görmüşdünüzmü?
Azərbaycan SSR xalq artisti Məlik Dadaşov 2 dekabr 1996-cı ildə Bakıda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(02.12.2025)
Həm Qurd Kərim, həm Təlxək?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Əks qütblər, iki antoqonist tərəflər, antonimlər... Bir aktyor həm Qurd Kərim kimi cəsur, mərd, əzazil, ciddi, hətta qorxunc obraz yarada, həm də həm Təlxək obrazı? Razılaşın ki, yalnız fitri istedad lazımdır ki, bu cür iki zidd xarakterlər yarada biləsən.
Atamoğlan Rzayev 1912-ci ildə Bakının Əmircan qəsəbəsində doğulub. Qəsəbədəki beş sinifli məktəbin birinci pilləsində oxuyub və sonra Fabrik və Zavod Məktəbində (FZU) təhsil alıb. Bakı Teatr Texnikumunu 1932-ci ildə bitirib. Əvvəlcə Bakı Türk İşçi Teatrında işləyib. 1935-ci ildə Milli Dram Teatrının aktyor truppasına üzv olub. Arada filarmoniyada, mədəniyyət nazirliyində işləyib və 1957-ci ildən yenə MDT-a qayıdıb.
Atamoğlan Rzayevin teatrdakı daha parlaq rolları Kürd Musa ("Vaqif", Səməd Vurğun), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəbi, Daşdəmir, Şərif ("Od gəlini", "Dönüş" və "Almaz", Cəfər Cabbarlı), Təlxək, Heydər, Kərim ("Pəri cadu", "Köhnə dudman" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Həsənov ("Kimdir müqəssir?", Hüseyn Muxtarov), Baner ("Arzu", İmran Qasımov), Ədhəm ("Bahar", Məmmədhüseyn Təhmasib), Sadıq ("Xoşbəxtlər", Sabit Rəhman) obrazlarıdır.
Bu obrazlardan əlavə Rəis ("Şöhrət və ya unudulan adam", Nazim Hıkmət), Rikardo ("Rəqs müəllimi", Lope de Veqa), Xanmurad ("Bahar suları", İlyas Əfəndiyev), Montano, Kleomen ("Otello" və "Qış nağılı", Vilyam Şekspir), Fəxrəddin ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), İlya ("Cehizsiz qız", Aleksandr Ostrovski), İlqar ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Çərkəz ("Dağlar qızı" Adil Babayev), Fyodorov ("Qaliblər", Boris Çirskov) obrazlarıdır.
Mükafatları
- "Əməkdə fərqlənməyə görə" medalı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
Atamoğlan Rzayev 2 dekabr 1966-cı ildə Bakıda qəflətən vəfat edib.
Allah rəhmət eəsin.
“Ədəbiyyat və incəsənət”
(02.12.2025)
Türk çadır mədəniyyətindən monumental memarlığa keçid
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Ədəbiyyat Fondunun “Ədəbiyyat və incəsənət” portalında yayımlanan Türk dünyası haqqında olan layihəsində bügünkü söhbətimiz Türk memarlıq ənənəsi: çadır mədəniyyətindən monumental memarlığa keçid barədədir.
Türk memarlıq ənənəsi tarixi boyunca köçəri həyat tərzinin formalaşdırdığı yüngül konstruksiyalardan başlayaraq dövlətçilik və şəhər mədəniyyətinin inkişafı ilə monumental memarlıq nümunələrinə qədər uzanan çoxşaxəli inkişaf xəttini əhatə edir. Erkən türk icmalarının yaşayış məkanı olan çadır, xüsusilə də, Bozox və Kökox ənənələri ilə bağlı yurt tipi türk memarlığının ilkin konstruktiv prinsiplərini müəyyənləşdirirdi. Dairəvi plan, mərkəzi dayaqlar, taxta çubuqlardan qurulan karkas və keçə örtük kimi elementlər konstruksiyada həm yüngüllük və daşına bilənlik, həm də sərt iqlimlərə uyğunlaşma imkanları yaradırdı. Bu struktur daha sonrakı dövrlərdə türk memarlığının mərkəzilik, simmetriya, ritm və funksional harmoniya prinsiplərinə təməl təşkil etmişdir.
Türk dövlətlərinin yaranması və xüsusilə şəhər mədəniyyətinin gücləndiyi Orta Asiya mühitində memarlığın yeni formaları meydana çıxmışdır. Uyğur dövlətləri dövründə şəhərsalma, qalalar, məbədlər və inzibati binalar formalaşmış, buddist və manixey təsirlər memarlıqda dekorativ elementlərin inkişafına səbəb olmuşdur. Monumental tikililərdə ağac konstruksiyaların daş və kərpiclə birgə tətbiqi, eyni zamanda yaş taxta oyma sənətinin inkişafı bu mərhələnin xarakterik xüsusiyyətlərindən sayılırdı.
Karaxanlı dövrü türk memarlığında monumental həcmli tikililərin meydana çıxmasında yeni mərhələ təşkil etdi. Qəbirstanlıq kompleksləri, günbəzli türbələr və minarələr memarlığın şəhərsilkiləşməsini artırdı. Bu dövrün məşhur minarələrindən olan Burana və ya Özgən məqbərələri Orta Asiyanın erkən islam-türk memarlığının formalaşdığını göstərən mühüm nümunələrdir. Kərpic memarlığının yüksəlişi, dekorativ kərpic naxışlarının tətbiqi və günbəz konstruksiyalarının təkmilləşdirilməsi türk memarlığının özünəməxsus üslub xəttini yaratdı.
Səlcuq memarlığı türk memarlıq ənənəsinin ən parlaq mərhələlərindən biri olmuşdur. Səlcuqların hakimiyyəti dövründə yaranmış karvansaralar, mədrəsələr, ribatlar, körpülər və məscidlər həm funksional, həm də ideoloji baxımdan dövlətin təsir gücünü əks etdirirdi. Bu dövrdə memarlığa daxil olan “dörtiwanlı” plan sxemi, mərkəzi həyəti əhatə edən dörd eyvanlı quruluş sonrakı türk-islam memarlığına dərin təsir göstərmişdir. Səlcuq memarlığında kərpic, daş və gips elementlərinin harmoniyası, geometrik və kalligrafik ornamentlərin geniş tətbiqi və monumental giriş tağları bu dövrün əsas estetik xəttini təşkil edirdi.
Anadolu Səlcuqları və sonrasında Osmanlı dövrü türk memarlığını daha yüksək mərhələyə çatdırmışdır. Osmanlı memarlığı xüsusilə klassik dövrdə geniş miqyaslı günbəz sistemləri, çoxsahəli məscid kompleksləri, saraylar, hamamlar və şəhərsalma strukturları ilə seçilir. Memarlığın konstruktiv prinsiplərində mərkəzi günbəz sxeminin inkişafı, sivri tağların istifadəsi, geniş daxili məkanların yaradılması və nisbətlərin harmoniyası Osmanlı üslubunun əsasını təşkil etmişdir. Bu proses memarlığın həm funksional, həm estetik, həm də simvolik səviyyədə zirvəyə çatmasına imkan yaratmışdır.
Şərqi Türküstan, Altay-Sayan bölgələri, Qazan və Krım xanlıqları kimi digər türk siyasi mərkəzlərində də regional memarlıq üslubları formalaşmış, bu üslublar yerli coğrafiya və mədəniyyət xüsusiyyətləri ilə türk memarlıq ənənəsinin əsas konstruktiv prinsiplərini birləşdirmişdir. Qış sərtliyinə uyğun taxta memarlığı, qalalı şəhər strukturları və dini tikililərdə qarışıq konstruksiya elementləri türk memarlığının çoxşaxəli karakterini göstərir.
Beləliklə, türk memarlıq ənənəsi çadır mədəniyyətindən başlayaraq monumental memarlığa qədər uzanan inkişaf xəttində həm köçəri həyatın konstruktiv prinsiplərini, həm də şəhər dövlətlərinin siyasi və mədəni gücünü əks etdirən kompleks bir mədəni irs yaratmışdır. Bu irs türk xalqlarının sosial-iqtisadi, dini və siyasi tarixi ilə sıx bağlı olub, minilliklər boyunca müxtəlif regionlarda özünəməxsus memarlıq üslublarının formalaşmasına zəmin hazırlamışdır.
“Ədəbiyyat və incəsənət”
(02.12.2025)
Qərbi Azərbaycana aid tarixi toponimlərin dilçilik analizi və dəyişdirilmə mexanizmləri: etimologiya və siyasi təsirlər
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Qərbi Azərbaycana aid tarixi toponimlərin dilçilik analizi bu ərazidə əsrlər boyu mövcud olmuş türk, irani, erməni və digər etno-mədəni qatların qarşılıqlı təsirini öyrənmək baxımından son dərəcə dəyərli mənbə hesab olunur. LakinXIXəsrinsonlarındanbaşlayaraqXXəsrboyuncaregionuntoponimmühitində ardıcıldəyişiklikləraparılması buadlarınetimologiyasını yalnızdilçilikyox, həmdə siyasiproseslərkontekstində araşdırmağı zəruriedir.
Tarixitoponimlərdəkitürkcə adlandırmaənənəsi – “qala”, “kənd”, “qalaçı”, “qarasu”, “güney”, “dağ”, “oba”, “çay”, “təpə”, “sarı”, “qara”, “ağ”, “gödək”, “uzun”, “böyük”, “kiçik” kimikomponentlər – bölgədə qədimtürkdilliyaşayışınizləriniəksetdirir. Ortaəsrmənbələri, ocümlədən Əl-Öməri, HəmdullahQəzvinivə müxtəlifOsmanlı tərtibləriXVIIəsrdənbaşlayaraq İrəvan, Göyçə, Zəngibasar, Dərələyəz, Ağrısovə digəryaşayış məntəqələrinintürkmənşəliadlarını xüsusiqeydedir. Buadlarhəmcoğrafi-relyefxüsusiyyətlərini, həmdə tayfavə sülalə adlarını əksetdirirdi: məsələn, Şorlu (Şorlutayfası), Qarapapaq, Kəngərli, Ayrum, Qaraşad, Göyçəkayavə s. kimiadlarhəmetnoqrafik, həmdə leksik-sosiolinqvistikqatlaramalikdir.
Dilçilikmüstəvisində toponimlərinetimologiyası onlarınfonetikquruluşu, semantikmotivasiyası və morfolojitərkibiəsasındamüəyyənedilir. QərbiAzərbaycanbölgəsindəkitürkmənşəliadlarınböyükqismi şəffafsemantikquruluşamalikdir: məsələn, Qızılgöl (rəng+coğrafiobyekt), Sarıyaqub (antroponim+coğrafiobyekt), Ağkilsə (rəng+memarlıqobyekt), Daşkənd (material+“kənd”). Bəzihallardaisə dahaqədim, arxaikformalar – “göləsən”, “çaxırlı”, “şiştəpə”, “şörəyel” kimileksikvahidlər – həmqədimtürkdillərinin, həmdə yerlidialektxüsusiyyətlərininnümunələrinisaxlayır. Regiondauzunmüddətazərbaycanlıların üstünlüktəşkiletməsibutoponimqatını davamlı şəkildə qorumuş, müxtəliftarixidövrlərdə mərkəzivə yerlihakimiyyətintəsirindənasılı olmayaraqxalqağızındamöhkəmlənməsinə səbəbolmuşdur.
Toponimlərindəyişdirilmə mexanizmləriisə daha çoxXIXəsrinəvvəllərindənbaşlayaraqsiyasiməqsədlərə bağlı şəkildə həyatakeçirilmişdir. 1828-ciilTürkmənçaymüqaviləsindənsonraRusiyaimperiyasınınaparmış olduğuidarəçiliksiyasətinəticəsində əraziyə kütləvi şəkildə erməniəhalininköçürülməsifonundatoponimmühitinə müdaxilə edilməyə başlanmışdı. Budövrdənetibarənəvvəlcə xəritə tərtiblərində, sonraisə rəsmiinzibatisənədlərdə bəzitürkmənşəliadlarınfonetik şəkildə təhrifolunması, ruscaformayasalınması və yaermənicələşdirilməsiprosesibaş verdi. Lakinbudəyişikliklərsistematikdeyildivə əsasənrusidarə aparatınınfonetikyazı normaları ilə bağlı idi. Məsələn, “Ağkilsə” → “Akhkilisa”, “Qarakilsə” → “Karakilisa” formalarınasalınırdı.
XXəsrinəvvəllərindənbaşlayaraqxüsusilə 1918–1920-ciillərvə dahasonraSovetErmənistanınınformalaşması dövründə toponimsiyasətiməqsədyönlü şəkildə həyatakeçiriləndövlətsiyasətinə çevrildi. 1930–1938-ciillər, 1946–1950-ciillərvə 1960–1990-cı illərarasındaErmənistanSSRNazirlərSovetitərəfindənminlərlə türkmənşəliyeradı dəyişdirildi. Bumexanizminəsasprinsipləriaşağıdakılaridi:
– türkmənşəliadların “ideolojicəhətdənuyğunolmayan”, “tarixifunksiyasını itirmiş” adı kimitəqdimedilməsi;
– yeniadlarınqədimermənitarixinə (ürari, erməni, albankimitəqdimedilənmənbələrə) uyğunlaşdırılması;
– bəzihallardatəmizfonetikyaxınlıqəsasındaermənicə oxşarformayaradılması;
– etnoqrafikadların (tayfa, sülalə, şəxsadlarının) tamamilə dəyişdirilməsi;
– kəndvə şəhərlərinsosial-mədənikimliyinisilməkməqsədiilə dini, tarixivə coğrafikomponentlərinbaşqasistemlə əvəzlənməsi.
Məsələn, Basarkeçər → Vardenis, Ağbulaq → Lusakunk, Göyçə → Sevan, Zod → Sotk, Aşağı Şorca → Nerkin Şorzhakimidəyişikliklərbusiyasətintipiknümunələridir. Buadlarınböyükqismisemantikbağlılığını tamamilə itirmiş, tarixilikaspektiaradanqaldırılmışdır. Toponimlərindəyişdirilməsiyalnızinzibatihadisə olmayıb, eynizamandaetno-mədəniyaddaşınməhdudlaşdırılması məqsədidaşıyırdı. Maddimədəniyyətnümunələrikimitoponimlərinsanlarıntarixivarlığını, mənəvibağlarını və ərazikimliyiniifadə etdiyindən, onlarındəyişdirilməsikollektivyaddaşabilavasitə təsirgöstərirdi.
Dilçilikanalizigöstərirki, dəyişdirilmiş toponimlərin çoxundayeniermənicə adlarbölgəninrealcoğrafixüsusiyyətləriilə uyğungəlmir. Bu, onlarınetimolojideyil, ideolojimotivasiyailə seçildiyinisübutedir. Digərtərəfdən, yerliəhaliarasındaköhnə adlarınağızdan-ağıza ötürülməsibutoponimsistemininyaddaşdaqorunmasına şəraityaratmışdır. QərbiAzərbaycanıntarixitoponimləribugündə yaşayış məntəqələrininetniktarixi, qədimtürkdilliəhaliqatlarınınyerləşmə arealı və bölgəninmədəniinkişafxəttihaqqındabirbaşadilçiliksübutları verir.
Beləliklə, QərbiAzərbaycanərazisində toponimlərinetimologiyası yalnızdilhəyatınındeyil, həmdə tarixi, siyasivə demoqrafikprosesləringüclü göstəricisidir. XIX–XXəsrlərdə aparılansistemliaddəyişiklikləribölgəninmədənikimliyininzəiflədilməsisiyasətinintərkibhissəsiolmuş, lakinxalqyaddaşındaqorunanadlarbutarixiqatlarınyenidənbərpası üçünmühümelmibazayaratmışdır.
“Ədəbiyyat və incəsənət”
(02.12.2025)
Napoleon, Cannı Versaçe və Britni Spirs
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq
Bank işçisi günü
Banklara borcu olmayan az adam taparsınız. Kim ki dara düşür, gerisini fikirləşmədən özünü dünyada analoqu olmayan fazilərlə kredit verən Azərbaycan banklarının boyunduruğu altına salır. Sonra da pulu qaytara bilməyib cəzaya məruz qalır. Bank işçisi günündə banklarımıza insaf, əhalimizə isə “dar gün kreditinə” düçar olmamağı arzulayıram.
Birləşmiş Ərəb Əmirliyinin müstəqilliyi günü
Bizlərdə Dubay sözünə pis baxırlar, “Dubaya gedib gəlir” ittihamı ən pis ittihamdır. Amma Dubaya tək elə həmin anlamda gedilməz ki, ora gəzməyə, məişət texnikası, avtomobil almağa da gedilər.
Vaxtı ilə Dubayın da daxil olduğu Birləşmiş Ərəb Əmirliyi Britaniyanın müstəmləkəsi idi, “müvəqqəti Oman” adı altında 9 şeyxlik birləşmişdi. 1971-ci ilin bu günündə Əbu-Dabi, Dubay, Şarca və digərləri öz müstəqilliklərini elan etdilər, birləşdilər, ən varlı əmirlik olan Əbu-Dabi paytaxt elan edildi, onun şeyxi Zaid bin Sultan ilk əmir oldu. Bu gün BƏƏ dünyanın ən inkişaf etmiş ölkələri sırasında yer alır, əhali tam rifah içindədir. Əlbəttə ki, neftlərinin hesabına. Dekabrın 2-si və 3-də əmirliyin əhalisi müstəqilliyi coşqu ilə bayram edəcək. İdarələr, məktəblər işləməyəcək, küçələr qələbəlik olacaq, bayram mərasimləri keçiriləcək. Ərəblər səxavətlə öz əcnəbi qulluqçularına pul paylayacaqlar. O cümlədən məlum səbəbdən Dubaya gedənlər də ikiqat qazanc əldə edəcəklər.
Soruşacaqsınız ki, ərəb kişiləri niyə ucdantutma ağ libasa bürünürlər. Cavab verirəm: ağ uzun libas – zəhgin yaşamağa bir işarədir. Soruşacaqsınız ki, bizim də neftimiz var, bəs biz niyə zəngin yaşamırıq? Bu dəfə cavab verməyəcəyəm.
Spirsin, Versaçenin və Jorjun doğulduğu gün
Bu gün beynəlxalq quldarlıqla mübarizə günüdür. Allah hər birimizi mənəvi qul olmaqdan qorusun. Bu gün oyuncaq dəmiryolu günüdür. Deyilənə görə oyuncaq dəmiryolu kolleksiyalarını ən çox eks dəmiryolu nazirləri toplayırlar. “Laosda müstəqillik, Kubada hərbi qüvvələr, Belarusda hüquqşünas günüdür” kəlmələrini yaza-yaza fikir məni Amerika mətbəxinə çəkir, görəsən onlarda hansı bayramdır deyə düşünürəm, deməzsənmiş, milli oladi şirniyyatı günüymüş.
1991-ci ilin bu günündə qardaş Ukrayna müstəqilliyini elan edib, ilk olaraq bunu tanıyan Kanada və Polşa olub. 1981-ci ildə Amerikanın pop-divası Britni Spirs doğulub. (Bizim də divamız, gərək ki, Aygün Kazımovadır). 1982-ci ildə Yuta universitetinin cərrahları pensiyaçı Barni Klarka ilk süni ürək qoyublar, bu ürəklə həmin şəxs 112 gün yaşayıb. 1969-cu ildə Sietl və Nyu-York arasında 191 sərnişinlə ilk Boinq təyyarəsi uçub. 1946-cı ildə Canni Versaçe doğulub, dünyanın ən ünlü kuturyelərindən biri. Əfsus ki, bu böyük şəxsiyyəti öz evinin kəndarında güllələyiblər. 1923-cü ildə dünyanın ən gözəl soprano səsli müğənnisi hesab edilən yunan Kallas Mariya dünyaya gəlib. 1901-ci ildə amerikalı Kinq Jilett ikitərəfli birdəfəlik lezvaya patent alıb. Təbii ki, üz, o cümlədən bığ qırxmaq rahatlaşıb. 1870-ci ildə Roma İtaliyanın paytaxtı elan edilib. 1852-ci ildə Fransa prezidenti Napoleon Bonopart özünü Fransanın imperatoru elan edib. 1859-cu ildə pauntalizm cərəyanının banisi olan fransız rəssam Sera Jorj doğulub. 1823-cü ildə ABŞ prezidenti Ceyms Monro Avropa ölkələrinin Amerika qitəsinin işlərinə qarışmamaq prinsipini irəli sürüb. 1814-cü ildə də Alfons Fransua de Sad adlı fransız yazışı dünyadan köçüb. Bəli, sadizmin yaradıcısından söhbət gedir.
“Ədəbiyyat və incəsənət”
(02.12.2025)


