
Super User
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Qovurmali göbələk şorbası
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Qovurmali göbələk şorbasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Qovurma – 78 qr
§ Göbələk – 60 qr
§ Soğan – 15 qr
§ Kök – 35 qr
§ Pomidor (və ya tomat) – 45 qr
§ Yaşıl bibər – 30 qr
§ Kartof – 35 qr
§ Alça (və ya quru alça) – 10 qr
§ İstiot – 0,5 qr
§ Duz – 6 qr
HAZIRLANMASI:
Göbələk yuyulur, təmizlənir, nazik samanvarı doğranır, baş soğan təmizlənir, yuyulur, xırda doğranır. Pomidor yuyulur, doğranır. Kök yuyulur, təmizlənir, sürtkəcdən keçirilir. Kartof təmizlənir, yuyulur, xırda kvadrat şəklində doğranır. Qovurma qazana yığılır və ocağa qoyulur. Qovurma tam qızdıqda soğan və göbələk qazana əlavə olunur. Ərzaqlar qızardıqda digər tərəvəzlər əlavə edilir və tovlanır (qarışdırılır və qızardılır). Daha sonra pomidor, alça, işgənə əlavə edi- lir və bişməyə qoyulur. Bişənə yaxın isə duz, istiot, ədviyyat vurulur. Qaynayandan sonra 25-30 dəqiqə ərzində hazır olur.
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)
Qayıdım gəlim, görüşək dedi, ancaq qayıtmadı
VAQİF MUSTAFAZADƏNİN 84-CÜ DOĞUM GÜNÜNƏ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Görkəmli bəstəkar Tofiq Quliyev onu çox sevirdi, “oğlum” deyib əzizləyirdi. Onun dahiyanə caz-muğam sintezindən heyrət və məmnunluq duyurdu.
Bəli, Vaqif Mustafazadə həqiqətən də fitri istedada malik idi.
Növbəti qastrol səfəri Özbəkistana idi, yola düşərkən Tofiq Quliyevə dedi ki, qayıdım gəlim, görüşək. Ancaq qayıdıb gələ bilmədi. Çox cavan yaşında ömrü yarıda qırıldı.
Ötən gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü idi. Anadan olmasının 84-cü ildönümü tamam olan orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə, qeyd etdiyimiz kimi, muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək muğamla cazın sintezini yaradıb. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.
Bu cəhətdən, musiqimizin dünyada fəal təbliğatçısı olan Şahin Novrəslini qeyd edə bilərik.
1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəllimi olan anası məşğul olur. Elə anasının ixtisası da balaca Vaqifin gələcək taleyini həll edir. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Vaqif Bakı Musiqi Akademiyasına daxil olur və burada kiçik konsertlər verir, klublarda çıxış edir. O, bu dövrdə əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edirdi.
Deyilənə görə, o illərdə qadağalar aradan götürülür, qərbə bağlanan qapılar açılır, qərb mədəniyyəti sosializm düşərgəsinə - SSRİ-yə sirayət edirdi.
1964-cü ildən Vaqif Mustafazadə “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib, beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olan Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır.
O, 1979-cu il dekabrın 16-da - həmin o əvvəldə qeyd etdiyimiz Tofiq Quliyevə qayıdarkən görüşmək vədi vermiş səfəri zamanı Daşkənddə ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)
Bu gün Xalq Yazıçısı İsmayıl Şıxlının 105 illiyi Yazıçılar Birliyində qeyd ediləcək
Könül, “Ədəbiyyat və incəsənət”
Bildiyiniz kimi, martın 22-də Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 105 illik yubileyidir. Ədəbiyyat tariximizə “Dəli Kür” kimi möhtəşəm bir roman bəxş etmiş İsmayıl Şıxlı həm də azərbaycançılıq məfkurəsinin formalaşmasında, müstəqillik hərəkatında müstəsna fəaliyyət göstərmiş, böyük ictimai-siyasi xadim olmuşdur.
105 illik münasibətilə Azərbaycan Ədəbiyyat Fondu Azərbaycan Yazıçılar Birliyinin, Milli Məclisin Mədəniyyət Komitəsinin və “Qazax” Xeyriyyə-İctimai Birliyinin dəstəyi ilə “Onun ölməyən dünyası” adlı tədbir təşkil edəcək.
Tədbir bu gün - martın 18-i saat 14.00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçiriləcək!
Tədbirdə Xalq yazıçısı Anar, Xalq şairi Nəriman Həsənzadə, akademiklər Nizami Cəfərov, Qəzənfər Paşayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Nağıqızı, ədəbiyyatşünas Məti Osmanoğlu, İsmayıl Şıxlının tədqiqatçısı, professor Təyyar Salamoğlu, İsmayıl Şıxlının oğulları Elçin və Fərrux Şixlılar, eləcə də digər elm və ədəbiyyat nümayəndələri, media mənsubları iştirak edəcəklər.
Tədbirin moderatoru Azərbaycan Ədəbiyyat Fondunin Baş direktoru Varis olacaq.
Tədbirdə çıxışlarla yanaşı, aşıq musiqisi də ifa ediləcək, böyük yazara həsr edilmiş şeirlər də səsləndiriləcək. Habelə, İsmayıl Şıxlının 105 illiyi münasibətilə ən yaxşı esse müsabiqəsinin qalibi Nurəddin Ədiloğlu mükafatlandırılacaq.
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)
Babək Qurbanovun arzusu idi... –TÜRKİYƏDƏN GƏLƏN BİR MƏKTUB
OSMAN SARIVƏLLİNİN MƏRHUM OĞLUNUN 85-Cİ İLDÖNÜMÜ ƏRƏFƏSİNDƏ ARZUSUNU GERÇƏKLƏŞDİRİRİK
“Ədəbiyyat və incəsənət” portalı REDAKSİYANIN POÇTUNDAN rubrikasında bu gün Türkiyədən göndərilmiş bir məqaləni sizlərin diqqətinə çatdırır. Müəllifi Sənətşünaslıq Elmləri Doktoru, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru İlqar Cəmiloğlu İmamverdiyevdir.
2009-cu ildə Atatürk Universitetindən Gaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında Magistr dərsinin açılması üçün, keçmiş müdirimiz Fəxri Çepik bəyin rəsmi dəvəti ilə, Osman Sarıvəlli ocağının alim övladı, Fəlsəfə Elmləri Doktoru Professor Babək Qurbanov pedaqoji fəaliyyətini bu ali təhsil qurumunda davam etdirdi. Birgə çalışdığı illərdə məsləkdaşları arasında ud dərsini tədris edən Müzəffər Uslunu da kəşf etmiş oldu. Bu kəşf sadəcə ud mütəxəssisi kimi deyil, həm gözəl səsə malik vokalist kimi, türk təbiri ilə desək, “əfəndi” bir insan kimi, öz sözünü, rəftarını, yerini-yurdunu bilən, həm də etikanı gözləyən əxlaq sahibi olmaqla yanaşı, təvazökar bir şəxsiyyət, ən əsası isə daha iki keyfiyyətini üzə çıxarmışdı. Biri bəstəkar kimi, bir digər cəhəti də şair olması. (Bir çox lirik şeirləriniyeni melodiyalarla süsləyib, təsirli tembrə malik yanıqlı səslə ifa etməsini də bu sətirlərin müəllifi olaraq özüm üçün kəşf etdim.)
Babək müəllim öz kəşfində yanılmamışdı. Bu səbəblə də Vazeh Şabranlı adında vətən övladımızın şeirlərini türkcəyə çevirməsi zamanı Müzəffər müəllimin redaktorluq tövsiyyəsinə çox ehtiyac duydu. Bir neçə ay kəlmələrin, misraların, beytlərin, şeirin məzmununa xələl gəlmədən türkcəyə,obrazlı deyim tərzinə sadiq qalmaq şərti ilə nəql ediləbilməsində ortaq məşvərət, müzakirə sayəsində nəhayət ki, 213-cü ildə 132 səhifəlik "Dirilik və Zaman"adlı kitab, Ankaranın“Yıldız” yayınevi tərəfindən, məhz Babək müəllimin xeyriyyəçiliyi sayəsində Türkiyədə yayınlanmış oldu. Kitabın 2-ci səhifəsindəki yazını dəyərli oxucularımla paylaşmaq istərdim: “Vazeh Şabranlı, "Dirilik ve Zaman", 2013, Türkceye çeviren. Prof.Dr. Babek Kurbanov, Editör: Şair, müzisyen, Öğr.Gör. Muzaffer Uslu, ISBN 978-605-61939-0-3, Sertifika №. 20763, “Yıldız” yayınevi, Ankara, S.132”.
Müzəffər bəyin redaktorluq işi prosesində Babək müəllim, “konservatoriyamızın şairi”nin zərif misralara bələnmiş poetikasına heyranlığını gizlətməyib nəhayət günlərin birində dedi: “Müzəffər bəy, gəl bütün şeirlərini toplayıb bir araya gətirək. Kitabın ön sözünü də türkcə mən yazıb Türkiyəmizdə yayınladaq”. Bu təklifi hər şeir yazana rəva bilməzdi Osmanoğlu. Heyrət etdim Babək müəllimin bu təklifinə. Sanki xəyalım çaşmışdı. Azərbaycanın onlarla istedadlı şair övladları haqda silsilə məqalələr yazıb nəşr etdirən, bir çox vətən şairlərimizin şeir kitablarına ön söz yazan Babək müəllim indi də Müzəffər Uslu adlı xocamızın şeirlərinə aid məqalə vəya kitaba ön söz yazmaq məramını dilə gətirmişdi. Bu arzusunda bir həqiqət olduğuna mən də sonralar inandım. Yeri gəlmişkən Babək müəllim kimi həlim xasiyyəti, gözü-könlü tox, təmənnasız insandan biri də Müzəffər Bəyin olduğunu etiraf etməliyəm. Müzəffər bəy Babək müəllimin bu xeyirxahlıq niyyətindən çəkinirdi nədənsə? Heç inana bilmirdi ki, öz şeirlərinin mövzusu, misraların obrazlı deyim tərzi nəhəng alimimiz Babək Qurbanovu heyrətləndirdiyinə. Təəssüf edirəm ki, xoş məram sonucsuz qaldı. Nə Babək müəllim, nə də Müzəffər bəy bu ülvi niyyətə çata bilmədilər. Babək müəllim 28 mart 2019 tarixində Haqq dünyasına qovuşduqdan sonra da, o təmənnasız təklifxəyalımda sadəcə təklif olaraqqaldı. Yəqin ki, güclü təxəyyülü, peşəkar qələmi ilə Müzəffər bəyin poetik yaradıcılıq məziyyətləri haqda orijinal, “Babəkanə fikir”lərlə xalqımıza tanıdacaqdı.
Bu əhvalatdan keçən müddət ərzində hərdən müsaid olduğu zaman Müzəffər bəydən rica edirdim ki, yeni şeirləri ilə məni “məftun” etsin.Tərəddüd içindəbəzi nümunələr mənə oxuyardı. Hər bir şeirin misralarındakı lirik melodiyanı, mənanın kəlmələr fonunda axıçılığı, rəvanlılığı, zövqlə yerbəyer edilmiş, poetikliyə bələnmş incəmisraların obrazlı tərzdə düzümündəki “səliqə-sahman”, əsl şairlərə məxsus ədəb-ərkan qaydaları dinləyici kimi məni də heyrətləndiriridi. Hərdən ürəyimdə öz-özümə deyirdim ki, “bu şairimizin konservatoriyada nə işi var?”. Şairimiz Mustafa İsgəndərzadənin təbiri ilə desək “Təpədən-dırnağa əsl şairdir”. Bəzən də rica edib şeirlərindən bir neçəsini əlyazma halında alıb gizlicə “Hecetaşları” adlı dərgiyə göndərirdim ki, çap etsinlər. Anadolu insanı da tanış olsunlar. Bu “fəaliyyətimdən” heç xəbəri olmadı bir müddət. İstedadlı şairimiz Tayyib Atmacaya bu haqda heç xahiş etmədim də. Bilirdim ki profesional qələm əhli kimi, Tayyib bəy şeirə, sözə çox həssas və tələbkar şəxsiyyətdir. Xoşuna gəlməsə çap etməyəcək. Bu həqiqəti bildiyim üçün hansı şeirini uyğun gördümsə, Tayyib bəyin könül rızasıyla 10-a yaxın nümunəni müəllifdən pünhan yayınlanmasına vəsilə olduğumu etiraf etməliyəm. Hətta bir il ərzində (2021) Müzəffər bəy Londonda Türk musiqisindən dərs dediyi zaman, bir şeirini Tayyib bəy çap olunmasına razılıq verdikdən sonra, istedadlı bağlama müəllimi Yaşar Seçkinin vasitəsi ilə müəllifə çatdırılmasına nail olmuşdum. Hər dəfə yayınlanan şeirə görə də, Babək müəllimin arzusunu qismən yerinə yetirməklə bir qədər təsginlik tapırdım mənən.
Bir gün yenə poetik ruhlu lirik şeir həsrəti ilə “mənəvi aclığ”ımı hiss etdiyim zaman sinfinə üz tutub şeir oxumasını təvəqqə etdiyimdə könülsüz olduğunu sezdim. Bu dəfə çarəsiz qalıb Mənsur Göyçəli adlı istedadlı şairimizin “Üstə” rədifli qoşmasını əzbər deməklə Müzəffər bəyin şairlik dünyasını lərzəyə salmaq istədim:
Qara bir geyimli qadın görsəniz,
Söyləyin gəlməsin ölümün üstə.
Ondan yetim qalan yaralı eşqim,
Hələ də, can verir qolumun üstə.
Büründük həyatda qara bir dona,
Eşqimiz beləcə yetişdi sona.
Onu bir bəy atmış, məni bir sona,
Düşmüşük tən yarı zülümün üstə.
Hərə öz işində, öz dünyasında,
Aparır, gətirir öz mayasında,
Mənsə xam-xəyalın çarpayısında,
Qıvrılıb yatıram külümün üstə.
Qəmim sevincimin ötdü sayını,
Axtarıb tapmadım ömür tayımı,
Yaradan verəndə sevgi payımı,
Bilmirəm kim çıxdı yolumun üstə?
Mənsuram talemdə neçə yol azı,
Vüsala həsrətlə qaldım tamarzı,
Ötürdüm baharı, verdim payızı,
Qönçədə saralmış külümün üstə.
Bu şeiri dinlədikdən sonra Müzəffər bəy bir anda təlatümə gəldi. Və bu poetik misraların sahibini - müəllifini xəbər alıb, yazılı halda 5 bənddən ibarət poetik nümunəni məndən istədi. Təbii ki, arzuma çatdığım üçün şeiri yazıb Müzəffər bəyə təqdim etdim. Həyəcanını hiss edib öz-özümə dedim: “şeir Müzəffər bəyi yerindən oynadıb” deyəsən. Bu anı dəyərləndirib məhəbbət mövzusunda olan lirik xasiyyətli bir neçə şeirlərini oxumasını rica etdim. Daha tərəddüdə yer qalmadığı üçün nəhayət razı oldu. Və mən “Sultanım”, “Nasıl yar olayım ben?” adlı sözün təsiri ilə iki musiqi də “icad edib” 2021-ci ildə “İksad yayınevi” tərəfindən yayınlatdığım “Ürəyimin nəğmələri” adlı kitabımın 299 və 303-cü səhifələrinə daxil etdim.
Müzəffər Uslu xocamızın Babək Qurbanov haqda düşüncələrini də təqdim etmək istərdim: “Prof. Dr. Babek Kurbanov ile bir şiir kitabı için birkaç hafta boyunca yakın çalışma imkanıbulmuştum. Bu süre içerisinde bana sürekli bir şiir kitabı çıkarmam konusunda telkinlerde bulunmuştu. Babek Hoca gibi kıymetli bir insanın benim için böyle bir temennide bulunması elbette çok önemli ve değerliydi. Onun bu arzusunu mümkün olan ilk fırsatta yerine getirmek düşüncesindeyim. "Başaklar, boş iken dimdiktir; doldukça eğilir" derler. Babek Hoca, olgun, hoşgörülü ve mütevazı tavırlarıyla ne kadar dolu bir insan olduğunu hemen hissettirmişti bana. Konuştuğu zaman her cümlesinden ne kadar birikimli bir insan olduğu seziliyordu. O'nu tanımak şerefine ulaşanlardan birisi olduğum için kendimi çok mutlu ve şanslı hissediyorum. Ruhu şad, mekânı cennet olsun.”
Müzəffər bəyin çoxmövzulu şeirlərindən bəzi nümunələri oxucularımıza təqdim etməklə unudulmaz elm xadimimizin, 53 kitabın, 700 məqalənin müəllifi, Fəlsəfə Elmləri Doktoru, Professor Babək Qurbanovun arzusunu yerinə gətirmək istədim, 85-ci ildönümü ərəfəsində. Aşıq Hüseyn Saraclının təbiri sayağı “Babək Qurbanovun ruhuna rəhmət oxumaqla, Müzəffər Usluya can sağlığı, yaradıcılıq uğurları arzulayıram”.
Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrimizin simvolu kimi Müzəffər bəyin bir neçə poetik inciləri ilə xalqımızıtanış edərək, ruhu haqq dünyasında olan Babək Osmanoğlunun 85 illik yubileyi ərəfəsində ömrü vəfa etmədiyi ülvi məramını yerinə yetirmək istəyirəm bu fani dünyamızda, əziz oxucularım. Lütfən bu lirik nümunələri Babək müəlliminin ruhunun təqdimatı olaraq qəbul edin. Ruhu şad, məkanı cənnət olsun əvəzolnmaz, yeridolmaz, unudulmaz Babək Osmanoğlunun. Amin...
SULTANIM
İki elim kanda olsa fark etmez,
Koş gel desen gelmezmiyim Sultanım?
Ömrüm bitse içimdeki aşk bitmez,
Ben kalbimi bilmezmiyim Sultanım?
Varsın beni cümle alem kınasın,
Mühüm değil, yarsın yaram kanasın.
İçim yansın, gözlerim kan ağlasın,
Sen gül desen gülmezmiyim Sultanım?
Ayrılık kar etmez gerçek sevene,
Bir daha görseydim bulup bahane.
Gayrı bir ateşe oldum pervane,
Sen öl desen ölmezmiyim Sultanım?
ÖMÜR DENİLEN FASIL
Kalıcı sanma sakın hazandaki nakışı;
Bu Eylül’ler, Ekim’ler, Kasım’lar da geçici.
Kuran, kurmuş düzeni; baharı, yazı, kışı.
Günler, haftalar, aylar, mevsimler de geçici.
Yokuşlar biter birgün; inişe geçer düzler.
Gün batar, ay yükselir, gece olur gündüzler.
Bir bir silinir, gider gördüğün bütün yüzler.
Yaren, yoldaş, akraba, hısımlar da geçici.
Kimi ekmek peşinde, kimileri şatafat.
Kiminin bütün derdi çalım, caka, iltifat.
Sanma sana kalacak liyakatsiz mükafat;
Her büyüye kapılma, tılsımlar da geçici.
Asırlar geçip gitmiş, dur da bir düşün hele!
Gerçek mi olan biten? var mı yoksa bir hile?
Zamanla hayal olur en sevdiklerin bile
Kolkola fotoğraflar, resimler de geçici
Bir peşrev ile başlar "ömür" denilen fasıl.
An gelir, sazlar susar; sessizlik olur hasıl.
Sahneden ineceğiz, onu düşün sen asıl.
Serenatlar, meyanlar, taksimler de geçici.
Her ziya birgün söner, binbir çerağın olsa,
Sonun bir servi altı, mor sümbül bağın olsa,
Hanların, hamamların, zümrüt konağın olsa,
Gözünden sakındığın cisimler de geçici.
SEVDİĞİM
Hakkın adaleti işlemez sanma;
Herkes ettiğini çeker sevdiğim.
Sabahı getiren güneşe kanma;
Batınca karanlık çöker sevdiğim.
Kendinden saklayıp o, ar ettiğin,
Kâr edeyim derken zarar ettiğin,
Uğruna kalbimden firar ettiğin,
Kalbini yerinden söker sevdiğim.
Kapıldın da bir nevnihâl ergene;
Pire için kıydın koca yorgana.
Güvenip de bir tazecik gürgene,
İnsan bir orman mı yakar sevdiğim?
Ha uyup gitmişsin gönül sancına,
Ha beni çekmişsin darağacına.
Ben pervane iken senin acına,
Başkaları dudak büker sevdiğim.
Deniz yok sayılmaz bir dere için.
Bir kol kesilir mi bir yara için?
İnsan şu çok seven biçare için
Bir damla gözyaşı döker sevdiğim.
Reva mıydı bana o birkaç satır?
Silinir mi birden kaç yıllık hatır?
Başlattığın yangın seni kuşatır;
O kibrit seni de yakar sevdiğim.
Herşeyi mahvettin bir hiç uğruna.
Kim olsa kırılır küserdi buna.
Düşman yıkamaz da dizse kurşuna;
Dostun bir tek sözü yıkar sevdiğim.
Sen bana nimettin, ben sana veli
Mutlu musun bari, gittin gideli?
Unutma, her şeyin vardır bedeli
Mazlumun ahı da çıkar sevdiğim.
Fırtınalar koptu bir bardak suda.
Kıyamet değil ya geçecek bu da.
Biz kanlı-bıçaklı, düşman pusuda,
Bir zafer selamı çakar sevdiğim.
Daha fazla kırma şu seven canı.
Karıştırma bence sapla samanı.
Akıtma zehrini; bekle zamanı.
Gübre saçan gül mü kokar sevdiğim?
Artık gülüyorum olup bitene.
Lafım yok, gönlümden çekip gidene.
Sen de kırıp-dökme, susmayı dene;
Derin sular, sessiz akar sevdiğim...
YETMEDİMİ?
Bir müebbet mahkumu sorgular gibi bakıp
Gözlerinle sualler sorduğun yetmedimi?
Azadsız köle gibi boynuma zincir takıp
Senelerdir peşinden yorduğun yetmedimi?
Ne hayallerim vardı karşıma çıkmasaydın
Yol bulmuş su misali gönlüme akmasaydın
Harabeye dönmezdim sen yakıp yıkmasaydın
Bahtımı alev alev sardığın yetmedimi?
Ben böyle istemedim, bu değildi emelim
Birbirine uymadı niyetimle amelim
Her sarsıntı sonrası yara aldı temelim
Hayatımın hattını yardığın yetmedimi?
Biter diye bekledim belki günün birinde
Merhamete gelirdi kim olsaydı yerinde
Ben şefkat bekledikçe, senin her seferinde
En umulmadık yerden vurduğun yetmedimi?
Hergün bir başka derdi atıp gittin önüme
Şahit olan var mıdır tek bir mutlu günüme?
Müselman olsa bari,ta’n eyleyen dinime!
Günahlarımı sayıp durduğun yetmedimi?
Kar yağdırdın başıma, tam güneş açacakken
Taş koydun yollarıma tam senden kaçacakken
Göç mevsimi sanıp ta, bikarar uçacakken
Kanadımı kırk yerden kırdığın yetmedimi?
Bırak artık gideyim, senin olsun şeref şan
Al zafer kaftanını, gururla giyin kuşan
Beni böyle yenilmiş, beni böyle perişan
Karşında iki büklüm gördüğün yetmedimi?
VEFASIZ!
Demek gidiyorsun kaçarcasına,
Nedir bu acelen, koşma vefasız?!
Ansızın bir engel çıkar karşına,
Zamanı gelmeden taşma vefasız!
Bir kere bakmazmı insan ardına?
Hiçmi vefan yoktu gönül yurduna?
Beni bırakıp da dünya derdine,
Açtığın yarayı deşme vefasız!
Sevinme sarayım, hanım var diye,
Övünme şöhretim, şanım var diye.
Düşün, bir nefeslik canım var diye,
Düşün de haddini aşma vefasız!
Kapana kıstırmış gibi avını,
Sen büyüt bakalım gurur devini.
Bir kiracı girip, gönül evini,
Tarumar ederse şaşma vefasız!
Sağır sultan duydu ettiğim ahı,
Kimsenin kimsede kalmaz günahı,
Hesaba çekilir ecesi şahı,
Mahşerde elime düşme vefasız!
BEN SENİ UNUTMAM
Aradan geçse de aylar mevsimler,
Kırılsa, sararsa, solsa resimler,
Silinse yürekten bir bir isimler,
Ben seni unutmam unutamam ki?
Yağmurlar yağmayı unutsa bile,
Güneşler doğmayı unutsa bile,
Bu yürek atmayı unutsa bile,
Ben seni unutmam unutamam ki?
Saçıma kar yağsa bükülse belim,
Ellerim tutulsa kırılsa telim,
Lal olsa türküler söyleyen dilim,
Ben seni unutmam unutamam ki?
Sanma ki bu sevda zamanla geçer,
Hakkın verdiğine neylesin na’çar,
Bağrımda dururken bu paslı hançer,
Ben seni unutmam unutamam ki?
Seneler bu ömrü tüketse bile,
Bu can, bu bedeni terk etse bile,
Kabrimin üstünde ot bitse bile,
Ben seni unutmam, unutamam ki?
HEP YARIM KALACAKSIN
Kolumu, kanadımı kırıp, öyle gittin ya,
Sanma, gittiğin yerde bahtiyar olacaksın.
Sonunda seni benden, beni senden ettin ya,
Ey sevgili, sen bensiz hep yarım kalacaksın.
Belki bir zaman böyle safalar süreceksin,
Her gün başka bahçeden çiçekler dereceksin.
Bu zafer sarhoşluğu çok sürmez, göreceksin.
Ey sevgili, sen bensiz hep yarım kalacaksın.
Merhametsiz yüreğin kurtulamaz iflastan,
Pişmanlık içeceksin doldurduğun her tastan.
Hisseni alacaksın bana kalan mirastan.
Ey sevgili, sen bensiz hep yarım kalacaksın.
Ben geldim sanacaksın irkilerek, her seste.
Göğsüne dolacağım, aldığın her nefeste.
Yavrusunu kaptırmış bir kuş gibi, kafeste,
Ey sevgili, sen bensiz hep yarım kalacaksın.
Sabah, akşam, her yerde, caddede, kaldırımda,
Ardından geleceğim, attığın her adımda.
Öyle mağrur, kusursuz yer etsen de yadımda,
Ey sevgili, sen bensiz hep yarım kalacaksın.
Hayalim dolaşacak gölge gibi, çevrende.
Hep beni göreceksin, eşte, dostta yarende.
Nereye gidersen git, şu koskoca evrende
Ey sevgili, sen bensiz hep yarım kalacaksın.
Aklına düşeceğim eski bir fotoğrafta.
Beni anlatacaksın belki bir itirafta;
Çaresiz kalacaksın, kalmış gibi Araf’ta
Ey sevgili, sen bensiz hep yarım kalacaksın.
Uzar gider küllerim, içtiğin sigarada,
Titreyen alev benim, üflediğin çırada.
Sanma ki sen tamamsın, diğer yarın burada,
Ey sevgili, sen bensiz hep yarım kalacaksın.
Bu hesap yarım kalır, kapanmadan defterim.
Gel de halimi bir gör, ben senden de beterim.
Ölsen bile, kabrinde bir ot olur biterim
Ey sevgili, sen bensiz hep yarım kalacaksın.
(17 Aralık 2022. London)
BİLSEYDİM
Bilseydim ki, ayrılık kapımızı çalacak,
Demir sürgü çekerdim en arkasına kadar.
Bilseydim, yurdum böyle viran kalacak,
Savaşırdım kanımın son damlasına kadar.
Sen istedin bir anda köprüleri atmayı;
Bir küçük kıvılcımdan bir yangın yaratmayı.
Beni kandıramazdı bıraktığın sus payı,
Bilseydim ki aşkımız kalmayacak payidar.
Bilseydim böyle, izin verir miydim vedaya?
Bilsem katlanmaz mıydım, dönsem bile gedaya
Yalvarır, yakarırdım avuç açıp Hüda’ya;
Bilsem bu ayrılığa olur muydum hissedar?
Şimdi bir boşluktayım, Araf’ta sürgün gibi.
Şimdi ne gecem gece, ne günlerim gün gibi.
Bir yanım "git, bul" diyor, bir yanım ölgün gibi.
Çekip de gitmeseydin kalmazdım böyle naçar.
Gel de gözlerinle gör bıraktığın eseri,
Ne gönlümde takat var, ne gözlerimin feri.
Ben eski ben değilim artık dönsen de geri
Baharları yitirdim mevsim bende sonbahar.
NASIL YÂR, OLAYIM BEN?
Unut derdi kederi, bahtiyar ol diyorsun,
Kederden gayrım yok ki, bahtiyar olayım ben?!
Gel yenelim kaderi, bana yâr ol diyorsun,
Kendime hayrım yok ki sana yâr olayım ben?
Hayeller esir düşmüş, hislerim ziyan olmuş,
Bağım yeşile küsmüş, bahçeler viran olmuş.
Yüreğim taşa kesmiş, iki gözüm kan olmuş,
Hangi gönül yurduma şehriyar olayım ben?
Denizlerim kurudu, çöller gibiyim şimdi,
Alev alev yanarken, küller gibiyim şimdi.
Yaprakları dökülmüş, güller gibiyim şimdi,
Tükenmiş yok olmuşum, nasıl var olayım ben?
Kara duman misali başımda tütme yeter,
Derman olma derdime, yeni dert kılma yeter.
Dua beklemem senden, beddua etme yeter,
Bırak beni halimce, ihtiyar olayım ben.
Şəkillərdə:
qapaq şəkli: Prof.Dr.Babək Qurbanov və Prof.Dr. İlgar İmamverdiyev məzuniyyət törəninə gedərkən.
Foto: Ayhan Kılınç 2017;
mətn şəkli: Şair fitrətli musiqiçi Müzəffər Uslu və Prof.Dr. İlqar İmamverdiyev
Foto: Ayhan Kılınç 19.02 – 2024.
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)
Lənkəran yazarları Novruzun gəlişini qeyd ediblər
AYB Lənkəran Bölməsinin "Söz" ədəbi məclisi 16 mart 2024-cü il tarixdə yazın gəlişi münasibətilə "Elimizə Novruz gəlir" adlı tədbir keçirib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli məlumat verib.
Tədbiri giriş sözü ilə açan bölmə sədri Novruz bayramının Azərbaycan xalqının Milli bayramı olduğunu qeyd edərək tədbir iştirakçılarını qarşıdan gələn bayram münasibətilə təbrik edib. Q.Cəfərli builki Novruzun əsas özəlliyin - bayramın 30 ildən artıq düşmən tapdağında olan torpaqlarımızın tam bütövlüyü şəraitində qeyd olunacağını xüsusilə vurğulayıb.
Novruz bayramının tarixi və bu günü haqqında Lənkəran Diyarşünaslıq Muzeyinin direktoru, Lənkəran Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova danışıb. Leyla xanım xalqımızın bu böyük bayramı xüsusi təmtəraqla qeyd etdiyini, qadağa olunduğu dövrlərdə belə Novruz ənənələrini yaşatdığını, son on illərdə bayramın dövlət səviyyəsində keçirildiyini bildirərək təbrik iştirakçılarına bayram təbrikini çatdırıb.
Sonra söz digər iştikçılara verilib. Rayonun tanınmış ağsaqqal ziyalılarından Teyyub Rzayev və Fəxrəddin Canıyev, "Zərban" TV-nin təsisçisi, yazıçı Hafiz Mirzə, Qarabağ qazisi Pərviz Məmmədov, "Qalib Lider" xəbər portalının əməkdaşı, jurnalist Mahilə Qurbanova, tanınmış mədəniyyət işçisi Ağacəfər Fətullayev, Əməkdar məşqçi İdrak Dadaşov, yazıçı və şairlərdən Səyavuş Süleymanlı, Ağamir Cavad, Nəriman Azəri, Salman Məmmədoğlu, Əliməmməd Ağazadə, Qorxmaz Kamil Kadusi, Əhməd Haqsevər, Məmməd Əvəzoğlu, Əlizadə Əsədov, Eldar Tahirov, Ziya Dilsuz, Eldar İlqaroğlu, Hidayət Ölməz, Əfsanə Soltan, Faiq Hüseynov və başqaları çıxış edərək Novruz ənənələrindən, ədəbiyyatda və ictimai həyatda bu adətlərin rolundan danışıb məclisdəkiləri təbrik ediblər. Şairlər bahara həsr etdikləri şeirlərini oxuyublar.
Tədbirin Baharqızı - gənc qiraətçi Aytac Qurbanovanın ifa etdiyi bahar bayramına həsr olunmuş şeirlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Mahilə Qurbanova əməkdaşı olduğu xəbər portalı adından rayonun idman və mədəniyyət sahələrində göstərdikləri yüksək fəallığa görə əməkdar məşqçi Əlizadə Əsədova və mədəniyyət işçisi Ağacəfər Fətullayevə fəxri diplomlar təqdim edib.
Məclisi idarə edən Qafar Cəfərli iştirak edənlərə minnətdarlığını bildirərək tədbiri yekunlaşdırıb. Sonda xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, AYB regional bölmələri arasında öz çoxşaxəli fəaliyyəti ilə Lənkəran bölməsi daim seçilməkdədir. Lənkəranda ədəbi həyat öz axarı ilə davam etməkdədir, bu da, təbii ki, sevindirici haldır.
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)
“Çalışın, sizin barənizdə heç kəs hər şeyi bilməsin” - Robin Şarmanın uğura yönəldən kəlamları
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Robin Şarmanın kitablarından bəyənib seçdiyim bəzi fikirləri əziz oxucularıma təqdim etməkdəyəm.
Robin Şarmanı həmkarlarından fərqləndirən əsas cəhətləri hansılardır? İlk öncə, onun klassik fəlsəfənin taftalogiya şəkli almış aforizmlərindən xeyli uzaqda dayanaraq müasir, 3-cü minillik fəlsəfəsini yaratmaq istəməsi cəhdi.
Robin Şarma yazır:
1. Çalışın, sizin barənizdə heç kəs hər şeyi bilməsin. Şəxsiyyətinizi sirli saxlayın.
2. Tam yetkin şəxsiyyət olmağın əlaməti - baş verən hər şeyə öyrənmək səbəbi kimi baxmaqdır. Daim öyrənin. Hətta müəllimlərin də müəllimi var.
3. Düşünmə keyfiyyəti həyat keyfiyyətini müəyyənləşdirir. Fikirlər canlı varlıqlardır, xırda enerji qığılcımlarıdır.
4. Sənin həyatına məna qatan insanlarla daha çox bir yerdə ol. Həmişə eləmək istədiyin şeyləri elə. Arzuladığın qayaya dırmaş, hansısa bir alətdə ifa etməyə başla, yağışın altında rəqs elə, yeni işə başla. Musiqini sevməyi öyrən, daha bir xarici dil öyrən, uşaqlıqda malik olduğun heyrətlənmək xüsusiyyətini yenidən özünə qaytar.
5. Möcüzəli anların qədrini bil, onlarda çim!
6. Özündə zamanın necə qiymətli olması barədə çox dərin düşüncə yarat. Başqa insanlara imkan vermə ki, bu çox qiymətli kapitalı səndən alsınlar. Və onu elə fəaliyyət növlərinə qoy ki, bunu etməyə dəysin.
7. Həyatda uğur göstəriciləri nə əşyalar, nə pul, nə cəmiyyətdəki yerinizdir. Bu, həyatdan aldığımız sevincdir.
8. Xoşbəxtlik düzgün düşüncələrlə gəlir, düzgün düşüncələr təcrübə ilə gəlir, təcrübə isə səhv düşüncələrlə gəlir.
9. Fiziki hərəkətlərə vaxt ayırmayanların həmin vaxtı öz xəstəliklərinə ayıracağı qaçılmazdır.
10. Əksər insan öz evinin arxasındakı mövcud bağçadan həzz almaq əvəzinə, haradasa üfüqlərdən uzaqlarda yerləşən hansısa sirli, möcüzəli bağçanı arzulayır.
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)
Şəhidlər barədə şeirlər – Rəvan Məlikov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Rəvan Məlikova həsr edilmiş şeirlə tanış olacaqsınız.
RƏVAN ƏLİABBAS OĞLU MƏLİKOV
(06.03.1996.-01.10.2020.)
Kürdəmirin Şıxımlı kəndindən olan olan, Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
QORXMAZ RƏVAN
Sizə söhbət açım mən kürdəmirli Rəvandan,
Vətəni candan artıq sevən bir qəhrəmandan.
O, qısaca ömrünü yaşadı ləyaqətlə,
Vətənə xidmət etdi sonsuz bir sədaqətlə.
Şıxımlının mərd, qoçaq cəsurlarından biri,
Düşmənə qan udduran məğrurlarından biri.
İllər keçdi, böyüdü, çatdı on səkkiz yaşa,
Rəvan kənd məktəbini bitirdi, vurdu başa.
Hərbi xidmət zamanı, vaxtı gəldi, yetişdi,
Bu necə də şərəfli, müqəddəs yol, gedişdi.
Əsgər oldu, bərkidi, bütövləşdi orduda,
Elə bir məktəb keçdi, mətinləşdi orduda.
Əsgərliyi qurtarıb qayitdı kəndlərinə,
Çarə tapılmalıdır Vətənin dərdlərinə.
Düşündü: - Pünhan kimi, yenə də əsgər olsam,
Vətən daşı yastığım, evimsə səngər olsa…
Qardaşım kimi mən də ordumuzda qalaram,
Məqamında düşməndən intiqamı alaram.
Əsirlikdə qalammaz yurdun, çiçəyi, gülü,
Meşəsi, bulaqları, nə də Xarıbülbülü.
…Sevinirdi, orduda xidmət edəcək Rəvan,
Qalib kimi Şuşaya bir gün gedəcək Rəvan.
Hər kəs əməli ilə, alır əsil qiymətin,
Xidmətdə əsgərlərin qazanmışdı hörmətin.
Başladı müharibə, ölüm-dirim savaşı,
Haqq işimiz yolunda, namus-torpaq davası.
Ali Baş Komandandan sonsuz ilham alındı,
Ordumuzun gücüylə şanlı zəfər çalındı.
Rəvan da döyüşürdü qorxmaz bir əsgər kimi,
Düşməni tar-mar edən igid cəngavər kimi.
Deyirdi, Türk oğluyuq, göstərməliyik hünər,
Türkün qəlbi millətlə, Vətən ilə döyünər.
Vuruşların birində Rəvan canından keçdi,
Tanrı cənnətlik üçün əziz bəndəsin seçdi.
Zəfər tariximizdə Rəvanın da var adı,
Xalqımız da unutmaz belə əziz övladı.
“Ədəbiyyat və incəsənətz”
(18.03.2024)
“Alagöz” və Aygün Kazımova konsert verəcəklər
Mayın 9-da Bakı Konqres Mərkəzində möhtəşəm rəqsləri, göstərdiyi əsrarəngiz şoularla Türkiyədə və dünyada tanınmış “Alagöz” rəqs ansamblının və Azərbaycanın Xalq artisti Aygün Kazımovanın təqdim etdiyi “Qardaşlıq dastan”ı adlı möhtəşəm konsert və şou-proqram keçiriləcək.
Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığını nümayiş etdirəcək, “İMZA” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilir.
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)
Qəlb və sevginin rəqsindən ibarət balet tamaşası rəğbətlə qarşılanıb
Özbəkistanın Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşasının təqdimatı olub.
Məşhur balet tamaşası iki gün - martın 16-da və 17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində təqdim edilib,
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir.
Tamaşanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva, mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları və digər qonaqlar izləyiblər.
Məşhur alman xoreoqrafı və baletmeysteri Raul Raymondo Rebekin quruluş verdiyi əsər UNESCO tərəfindən bəşəriyyətin Qeyri-maddi mədəni irs siyahısına daxil edilən qədim xalq rəqsi Lazgiyə (Ləzgi) həsr olunub.
Tamaşadan əvvəl Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev jurnalistlərə açıqlamasında Azərbaycanla Özbəkistan arasında mədəni münasibətlərin son vaxtlar ən yüksək səviyyədə inkişaf etdiyini bildirib. Qeyd edib ki, ötən il Bakıda keçirilən Özbəkistan Mədəniyyət Günləri, eləcə də Azərbaycan kollektivlərinin Özbəkistana səfərləri hər iki ölkənin mədəniyyət xadimləri tərəfindən çox böyük sevgi ilə qarşılanır. “Özbəkistan səfərləri doğrudan da hər zaman bizim mədəni əlaqələrin inkişafına çox böyük yardım olur”, - deyə Ə.Lalayev əlavə edib.
Xorazm vilayətinin Dövlət Filarmoniyasının rəqqasəsi Gülnaz Artıkova tamaşa üzərində artıq 4 ildir ki, çalışdıqlarını söyləyib. O, Dubay, Moskva, Sankt-Peterburq şəhərlərində, həmçinin Almaniya, Türkiyə və bir çox ölkələrdə çıxış etdiklərini bildirib.
Özbəkistanın Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının prima-balerinası, Özbəkistanın Əməkdar artisti Nadira Hamrayeva Bakıya gəldiyi üçün çox xoşbəxt olduğunu deyib: "Bizim mədəniyyətlərimiz çox yaxın, dillərimiz oxşardır, musiqi alətlərimiz ahənglidir. Ən əsası isə, xalq və klassik sənətimizə olan sevgimizi digər ölkələrə ötürmək imkanımız var. Həmçinin bu tamaşa Özbəkistanda balet truppası və folklor sənətçiləri arasında yaradılan ən inanılmaz layihələrdən biridir".
Sonra “Lazgi. Qəlb və sevginin rəqsi” baleti tamaşası təqdim edilib.
Süjet min illər əvvəl Böyük İpək Yolu ilə Orta Asiyadan keçən karvan dövründən başlayır. Səhranın hərarətində şamanların nəğmələri altında "Sevgi" oyanır və ölümsüz "Qəlb" öz əbədi rəqsinə başlayır. Bu, keçmişdən gələcəyə fantastik səyahət, çoxəsrlik ənənələri və xalq xüsusiyyətlərini təcəssüm etdirən qəlbin və əsrlər boyu onu izləyən sevginin hekayəsidir.
Xalqın tarixi, əcdadların xatirəsi, ruhların səsi - baletin hər bir pərdəsində zamanlar arasındakı əlaqə güclənir və buna görə də finalda "Qəlb" və "Sevgi" bölünməz bir bütövə çevrilir.
Baletin əsasında rəqsə və həyatın özünə olan sevgi dayanır. Xalq müdrikliyini təcəssüm etdirən və bir çox sirlərlə əhatə olunan Xorəzm rəqsinin tarixi üç min il əvvələ aiddir. Maraqlı enerji, alovlu hərəkətlər, mürəkkəb rəqs təsvirinə əsaslanan unikal üslub lazgini görkəmli mədəniyyət fenomenə çevirir. Özbəkistan milli baletinin tamaşası ilk dəfə 2021-ci ildə ictimaiyyətə təqdim edilib və dərhal tamaşaçıların rəğbətini qazanaraq mühüm sensasiyaya çevrilib.
Balet tamaşası üzərində dövrümüzün görkəmli rəssamlarından ibarət beynəlxalq komanda işləyib. Musiqisi bəstəkar Devidson Cakonello tərəfindən yazılıb, dünya şöhrətli yapon multimedia rəssamı Yoko Seyama heyrətamiz dekorlar və işıq effektləri yaradıb.
Librettonun müəllifi və xoreoqrafı məşhur alman rəqqası, Dortmund baletinin baletmeysteri və “NRV Junior” baletinin bədii rəhbəri Raul Raymondo Rebekdir. O, 1987-2008-ci illərdə Berlin Dövlət Operasının, “Essendəki Aalto teatrı” adlı Alman Opera və Baleti Truppasının aparıcı solisti olub, “Prix de Lausanne” də daxil olmaqla, nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Uilyam Forsayt və İrji Kiliandan Moris Bejara qədər, Rudolf Nureyevdən Rolan Petiyədək dünya səhnəsinin bir çox ulduzları ilə işləyib. Baletmeyster və xoreoqraf kimi Almaniya, Avstriya, İsveçrə, Monako, ABŞ, Kanada, Yaponiya və Honkonqdan olan kollektivlərlə əməkdaşlıq edib. Beləliklə, onun quruluş verdiyi əsərlər Astana, Berlin, Dortmund, Karlsrue, Münhen, Nyu-York, Seul və Ştutqart teatrlarının repertuarlarını bəzəyib.
“Ədəbiyyat və incəsənət”
(18.03.2024)
“ASAN xidmət"in “RoboCode” düşərgəsi yekunlaşıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “RoboCode” robotik kodlama düşərgəsi başa çatıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Bağlanış tədbirində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, “Bilişim Vadisi”nin baş icraçı direktorunun müavini Tuba Öztepe, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “SAHA Robotics” şirkətinin vitse-prezidenti və Azərbaycan üzrə meneceri Eray Çobanoğlu, düşərgə iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Düşərgə müddətində formalaşan 9 komandadan final mərhələsinə keçən 3 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Nəticələrə əsasən “Difai” komandası 1-ci, “eRRobotX” komandası 2-ci, “RookieBots” komandası isə 3-cü yerə layiq görülüb.
Sonda qalib komandalara mükafatlar təqdim olunub.
Qaliblər həmçinin “Bilişim Vadisi” kampusunda və “SAHA Robotics” şirkətində təcrübə keçmək imkanları qazanıblar.
1 ay davam edən düşərgədə qeydiyyatdan keçən 448 müraciətçidən kriteriyalara uyğun olaraq seçilmiş 90 nəfərinə “ROS'un əsasları” , “Robotların simulyasiya edilməsi”, “Robot hərəkət sistemləri” və s. mövzularda onlayn və fiziki təlimlər keçirilib.
Strateji tərəfdaşlar: "Azersun Holding", Coffee'nJOY”.
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)