
Super User
Bursada “Qorqud Ata” Türk Dünyası Film Festivalının açılışı olub
Türk dünyası anlamı günümüzün bir trendinə çevrilib. Bu, alqışlanası haldır. Növbəti fakt: Azərbaycanın iştirakı ilə noyabrın 1-də Türkiyənin Bursa şəhərində “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalının açılışı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanın “Həyat, deyəsən, gözəldir” və “Dalan” filmlərinin müsabiqələrdə iştirakı təsdiqlənib. Bundan başqa, müsabiqədən kənar “Dəli Kür” (bərpa olunmuş versiya) və “Otel otağı” filmləri kinosevərlərin görüşündə olacaq.
“Qorqud Ata” Türk Dünyası Film Festivalında münsiflər heyətində tanınmış rejissorlar Elxan Cəfərov və Mehriban Ələkbərzadə yer alırlar.
Festivalın bağlanış mərasimi noyabrın 5-də nəzərdə tutulub. Qalib həmin gün filmlər mükafatlandırılacaq. Ən azından, “Dalan” filminin pyedestalda olacağına inanırıq.
Çənlibeli gözlərindən taniram, eyyy dəli gözlücəm! – Güneydən şeirlər
“Ədəbiyyat və incəsənət” portalının poçtuna Güney Azərbaycandan məktub gəlib. Oxucumuz Kamil Qəhrəmanoğlu yazır:
“Salamlar və uğurlar olsun, əziz Azərbaycanın ədəbiyyat və kültur xadimlərini bir araya toplayan böyük «Ədəbiyyat və incəsənət» dərgisinə, bu dərgidə çalişanlara . Bəli, Cənubi Azərbaycandan - Savalan ətəyindən sizlərə dərin sayğılarım vardır. Bəli, bir neçə "çağdaş şeir" göndərirəm xidmətinizə, umuram, işıq üzü görsün. Sayğılarla: Kamil Qəhrəmanoğlu”.
İki qara atdı gözlərin ...
İki intihar
iki kodeta
iki oğlan cəsədi
iki yaslı gəlin
gözlərinin boyası mor
«büpal»in səmli buludu
«süysü» fac əsi
«Çernobıl»ın atom partlayışı
iki də qalib gözlərin
iki qarğa qoxulu qara üzüm
iki qara bayram
iki edam ağacı
iki bombalanmış gəraylı
iki salam əleyk...
uçə gəlmir gözlərin, köhlən gözlücəm!
gedir məni gözlərin
çapir mənim payiz kefimi
aşır Təbriz qatarımı
köçür dudağimi
uçur kəndimi...
Çənlibeli gözlərindən taniram, eyyy dəli gözlücəm!
ey… Koroğlünün Nigar qəzəbi!
zakasam Afrika gözlərinə
şabaşam «Bakı» əllərinə
«yaman cana sinərdi» gözlərin!
gözlərin Quran, nəhculblağə
qana bələnmiş günah…h…h…h
savablı üsyan
gözlərin dünyanin qan soranlari dı
gözlərin Hitler
Corc dəbliov Buşdu gözlərin
Səddam Hüseyn
dünyanin ikinci savaşinin banisi
Hiroşimanın atomu
Vərziqanin zəlzələsi
və... Kamilin şeiri
“Neskafe” içirəm səni gözlərinə
vəlzzalin əllərinə
əlhəmdi gülüşlərinə
subhan allah gözlərinə... aaaaheyiy…
günəş dabanindan sü içir
haci gilanar gözlərindən və … …
dodağın «Bakı»da bir şəhid qanı
əllərin istiyə salmiş «Müğanı»
batiribdi qana “«Azərbaycanı»
«klibər» saçlarin
«Təbriz”» gözlərin…
Bu cumhüri yaramda...
çürüyüb süyüd hülüsü
ah ... bü cumhüri yaramda
yarali körpə ölüsü
ah ... bü cumhüri yaramda
toydü məndə kifir tan-tan
ağlaşır bütün türkistan
diksinir iki qəbristan
ah ... bü cumhüri yaramda
yarami sərmişlər dara
itdi hürür məndə yara
hürə-hürə bü cumhüra !
ah ... bü cumhüri yaramda
borda bir maral quzusu
hi görür tüfəng yuxusu
gözləri ölü quyusu
ah ... bü cəmhüri yaramda
Con Tolkien ən çox pul qazanan rəhmətəgetmişlər siyahısında birincidir
Bazar ertəsi "Forbe"s jurnalının versiyasına görə son bir ildə ən çox həyatda olmayan məşhurların siyahısı dərc olunub. “Ədəbiyyat və incəsənət” portalı nəşrə istinadən xəbər verir ki, siyahıda birinci yerdə İngilis yazıçısı və filoloqu Riçard Con Tolkien (1892-1973) gedir.
Qeyd edək ki, “Forbes"in reytinqinə 1 noyabr 2021-ci ildən bu ilin 30 oktyabrına qədər mirası ən çox gəlir gətirən 13 mərhum tanınmış sima daxil edilib. Hesablamalara satışdan əldə edilən mənfəət, axın platformalarında dinləmə, lisenziya sövdələşmələrinin bağlanması və s. aid olunub.
Siyahıya daxil olan bütün məşhurlar ümumilikdə 1,6 milyard dollardan çox pul "qazanıblar" ki, bu da ötən ilin göstəricilərindən 72% çoxdur. Bu, "Forbes"in analoji reytinqləri tərtib etməyə başladığı 2001-ci ildən bəri ən əhəmiyyətli illik artımdır.
Reytinqdə ikinci yerdə "Coca-Cola"nın "BodyArmor"dakı payının satışından bir il ərzində 400 milyon dollar "qazanmış" amerikalı basketbolçu Kobe Brayant (1978-2020) qərarlaşıb. Üçüncü yeri bir il ərzində sərvəti 250 milyon dollar artıran britaniyalı musiqiçi və aktyor Devid Boui (1947-2016) tutur.
Siyahıda həmçinin, Elvis Presli (1935-1977), Ceyms Braun (1933-2006), Maykl Cekson (1958-2009) kimi şəxslərin də adı var.
Riçard Con Tolkien yəqin bildiniz kimdir, milyonca tirajla çıxan “Üzüklərin hökmdarı” nı yazan yazıçı.
Günün fotosu: Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü nəticəsiz oldu
Günün fotosu: Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü nəticəsiz oldu
Yeganə o oldu ki, İlham Əliyev və Nikol Paşinyan Vladimir Putinə söz verdilər ki, fikir ayrılığını silah gücüylə həll etməyəcəklər.
Foto: Euronews
Əzizə Mustafazadə Vaqif Mustafazadənin məzarını ziyarət edib
Xalq artisti Əzizə Mustafazadə atası, caz muğamının banisi, görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin məzarını ziyarət edib.
“Ədəbiyyat və incəsənət” bizim media-ya istinadən xəbər verir ki, sənətçi atasının ziyarətinə oğlu ilə birgə yollanıb.
Əzizə həmçinin V.Mustafayevin ev muzeyinə də baş çəkib.
Həmin anları isə o, çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Ə.Mustafazadə uzun müddətdir ki Almaniyada yaşayır. Sənətçi Bakıya ötən bazar konsert proqramı ilə çıxış etməkçün gəlmişdi.
Dünən Mədəniyyət Nazirliyində nə baş verdi? Tutulanlar kimlər idi?
Təbii ki, dünən - noyabrın 1-də Mədəniyyət Nazirliyində baş verənlər gündəmi zəbt etdi. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi, həbs olunanlar var.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əməliyyat nəticəsində ilk olaraq nazirliyin Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov saxlanılıb. Daha sonra nazirliyin Protokol Şöbəsinin rəisi Kamil Rzayev nəzarətə götürülüb.
Ən nəhayət, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də əməliyyatla bağlı başlanılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub.
Tutulanlar nədə ittiham olunur, hələ bəlli deyil.
Maraqlı bir xatırlatma edək: mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov 2020-ci ildə DTX-nin keçirdiyi əməliyyatda saxlanılmışdı və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdi.
Ortada 2 ildə DTX-nın yeni tərkibli Mədəniyyət Nazirliyinə 2 dəfə güzar etməsi faktı dayanır.
Yeri gəlmişkən, DTX tərəfindən hələ heç bir rəsmi açıqlama olmadığı halda mediada Mədəniyyət Nazirliyi və həbs olunanlar haqqında aşağılayıcı məlumatlar yayılır, bizcə bu, etik normalara sığmır.
Mövzunu gündəmdə saxlayacağıq.
Rəsm qalereyası: Soltan Soltanlı, “Pərəstişkar"
Rəsm qalereyası: Soltan Soltanlı, “Pərəstişkar"
Kətan, yağlı boya. 90x86 sm. 2022.
www.soltan-soltanli.com
Aşağı pula toya gedən müğənnilərin zülmü
“Şəhər toyları rayon toylarından baha olur. Rayonda yaşayan insanların o qədər pulu yoxdur. Amma şəhərdə yaşayan insanların imkanı var. Şəhərdə müğənninin dediyi qonorarı verirlər. Amma rayonda gərək insanın imkanını nəzərə alasan".
“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Yusif Mustafayev qonaq olduğu "Günün sədası" verilişində deyib.
Az qonorara qanə olduğunu söyləyən sənətçi məhz buna görə ayda 25 toya getdiyini açıqlayıb.
Ən çox oxunan: Alim Qasımov yaşını bilmir
Xalq artisti Alim Qasımov hələ də öz yaşını bilmədiyini açıqlayıb.
“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, bu barədə xanəndə "Maqazin plus" verilişinə müsahibəsində deyib.
O, bildirib ki, şəxsiyyət vasiqəsindəki tarix yanlış qeyd olunub.
“Nə doğulduğum ili bilirəm, nə də ayı. Şəxsiyyət vəsiqəmdə də dəqiq deyil, ya 2 il balaca yazıblar, ya 3 il, ya da 1. Hansı ay dünyaya gəldiyimi isə ağıllarına nə gəlib, onu yazıblar. Ad günüm dəqiq bilinmir. Avqustun 14-ü 1957-ci il olaraq qeyd olunub".
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Litva karaimləri” adlı konfrans keçirilib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva Respublikasının ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı çərçivəsində “Litva karaimləri” adlı konfrans və sərgi təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, konfrans Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Litva Respublikası arasındakı əlaqələrin tarixini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tarixi şəraitlərdən asılı olaraq, bir sıra türk xalqlarının müxtəlif ölkələrə köçərək, orada məskunlaşmasından söz açıb. O, hazırda azsaylı türk etnik kökənli xalqlarla münasibətlərin bərpa olunmasının və genişlənməsinin müşahidə olunduğunu qeyd edib. Fondun prezidenti türk xalqlarının inteqrasiyasına türk dövlət başçıları, eləcə də Türk Əməkdaşlıq Təşkilatları tərəfindən diqqətin və dəstəyin göstərildiyini vurğulayıb. Günay Əfəndiyeva türk xalqlarının məskən saldığı ölkələrdən biri olan Litva Respublikasının ərazisində yaşayan türk etnik kökənli milli azlıqlara – tatar və karaimlərə göstərilən münasibəti təqdirəlayiq hal kimi qiymətləndirib: “Təsadüfi deyil ki, ötən il Litva Respublikası tərəfindən ölkədə “Litva tatarlarının İli”, bu il isə “Litva karaimlərinin İli” elan olunub. 2021-ci ildə Fond ilə Litva Respublikası arasında Litva tatarlarının və karaimlərinin tarixi və mədəni irsinin qorunması, həmçinin daha da geniş təbliği məqsədilə Əməkdaşlıq Memorandumu imzalanıb. Fondda Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin iştirakı ilə Litva tatarlarının yetişdirdiyi görkəmli şəxsiyyətlərin nadir portretlərini, onların adət-ənənələrini əks etdirən tarixi fotoşəkillərin nümayiş edildiyi “Litva Tatarları” sərgisi açılıb”.
Fondun prezidenti diqqətə çatdırıb ki, karaimlər Litvada yaşayan ən kiçik türk mənşəli etnik qrupdur. Trakayda məskunlaşan karaim icması əsrlər boyu öz adət-ənənələrini, inanclarını və ən əsası dilini qoruyub saxlayıblar. Onların dili qıpçaq qrupuna aiddir və BMT tərəfindən qorunan dillərdən biridir. Karaimlərin sayının az olmasına baxmayaraq, türk dünyasında özünəməxsus yerə sahibdirlər və Litva cəmiyyətinin də önəmli parçasıdırlar.
Günay Əfəndiyeva Fondun “Litva karaimlərinin İli”nin açılışı çərçivəsində keçirdiyi tədbiri xatırladaraq, deyib: “Tədbir Litva Respublikasının birinci xanımı Diana Nausedienenin Fondu ziyarət etməsi ilə gerçəkləşdi. Diana Nausediene ilə xalqlararası inteqrasiyanın önəmindən, hər bir xalqın ümumbəşəri irsə bəxş etdiyi töhfələrdən, multikultural və tolerant dəyərlərin əhəmiyyətindən bəhs etdik. Daha sonra isə Litvanın Azərbaycandakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində karaimlərə həsr etdiyimiz sərgiyə baxış keçirdik. Bu gün yenidən karaim irsini tanımaq və tanıtmaq üçün konfrans təşkil edirik, sərgi açırıq, bir araya gəlirik. Karaimlərin əsrlərin dərinliyindən gələn tarixi-mədəni irsini öyrənir, onların keçmişinə bir daha nəzər salırıq”.
Tədbirdə çıxış edən Litva Respublikasının Azərbaycandakı səfiri Egidius Navikas Fondun fəaliyyətini türk dünyası ilə digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun təşviqi və inkişafına töhfə kimi qiymətləndirib. Səfir Litva Respublikasının Azərbaycandakı səfirliyi ilə Fondun bir sıra birgə layihələrinin həyata keçirilməsinin önəminə toxunaraq, uğurlu əməkdaşlıqdan böyük məmnunluq duyduğunu dilə gətirib.
Litva Karaimləri Mədəniyyət Assosiasiyasının sədri Karina Firkaviciute konfransda təqdimatla çıxış edərək, karaimlərin qədim tarixi, mədəniyyəti, keçmişdən bu günə keçdiyi yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. K.Firkaviciute karaimlərin dili, dini inancları, sayı, eləcə də rəhbərlik etdiyi icmanın özünəməxsusluğunun qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlərdən danışıb.
Konfransın sonunda qarşılıqlı şəkildə hədiyyələr təqdim olunub.
Tədbir çərçivəsində karaimlərin adət-ənənələrini, yaşayış tərzini, milli geyimlərini əks etdirən rəsmlərdən ibarət sərgi açılıb. Sərgi Litva karaimlərinin sənətçiləri Rytas Linge və Augusta Firkovic tərəfindən ifa edilən milli musiqi və mahnılarla müşayiət olunub.
Tədbirdə rəsmilər, Fonda üzv və müşahidəçi ölkələrin, eləcə də digər dövlətlərin səfirləri, Litva karaimlərinin təmsilçiləri, ictimai xadimlər iştirak ediblər.