Super User

Super User

 

Türk dünyasının 2040-cı il hədəflərini, baxışını ifadə edəcək önəmli addımları müəyyənləşdirmək üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin alimləri, araşdırmaçı yazarları, ictmai xadimlər, QHT və KİV təmsilçiləri Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetinin Türküstan Qərargahında bir araya gəlib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı seminarın Ədəbiyyat və İncəsənət sessiyasında çıxış edib. Onun çıxış etdiyi sessiyadan başqa daha 8 sessiya (Tarix, Siyasi-Beynəlxalq münasibətlər, Enerji, İqtisadiyyat, Hüquq, Səhiyyə, Dil, Turizm) təşkil olunub.

Türk Dünyasının 2040 hədəfləri baxımından Ədəbiyyat və İncəsənət üzrə baxışlarını bölüşən Əkbər Qoşalı Azərbaycan ədəbiyyatşünaslarının ünlü “Ortaq keçmişdən ortaq gələcəyə” kəlamının işığında öz fikirlərini bölüşüb, təkliflərlə çıxış edib. O, həmçinin “Türk xalqları ədəbiyyatı dövrləşməsi”nə dair özünün irəli sürdüyü konsepsiyanı açıqlayıb. 

Ə.Qoşalı seminarda iştirak edən Avrasiya Yazarlar Birliyi başqanı Dr. Yaqub Öməroğlu, Qazaxıstan Yazıçılar Birliyi başqanı Uluqbek Esdevlet, Özbəkistanın Xalq şairi Xurşid Dövran, Qırğızıstanın keçmiş Dövlət katibi, akademik Osmankun İbrahimov, TÜRKSOY Baş katibinin keçmiş müavini Prof.Dr. Fırat Purtaş, evsahibi universitetin prorektoru Dos.Dr. Əsgər Turgambayev, bu universitetdə təhsil alan Azərbaycanlı tələbələr və b. ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələlərdə fikir mübadiləsi aparıb.

Onu da vurğulayaq ki, seminar Türk Dövlətləri Təşkilatı, Türkiyə Mədəniyyət-Turizm Nazirliyi, Türkiyə Cümhuriyyətinin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türk Tarix Qurumu, Əhməd Yəsəvi Universiteti və TİKA-nın dəstəyi ilə keçirilib. “Türk Dünyası 2040 Vizyonu” Əsas Bəlgəsinin qəbul edildiyini ilk dəfə Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ötən ilin noyabrında İstanbulda keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında duyurmuşdu. Türküstan seminarında irəli sürülmüş önəmli təkliflər Türk Dövlətləri Təşkilatının gələn ay Səmərqənddə keçiriləcək növbəti Zirvə Toplantısına təqdim olunacaq.

Qeyd edək ki, ikigünlük seminarın açılış törənində Prof. Dr. Cengiz Tomar (Hoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetinin rektor vəkili), Dr. Janar Temirbekova (Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetinin rektoru), Prof.Dr. Birol Çetin (Türkiyə Tarix Qurumunun başqanı), Prof.Dr. Muhittin Şimşek (Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universiteti Mütəvəlli Heyətinin başqanı), Ömər Kocaman (Türk Dövlətləri Təşkilatı Baş Katibinin müavini), İkram Adırbek (Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü) və başqaları çıxış edib.

 

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının yeni kitabı nəşr olunub. “Vətəndaşlığın əlifbası” adlanan irihəcmli bu əsər məzmununa, toxunduğu mövzulara görə “Ömür kitabı”nın davamı sayıla bilər. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, elmi-fəlsəfi fikirlər, xalqımızın taleyi ilə bağlı təhlillər, Vətənlə, millətlə bağlı düşüncələr toplanan bu kitab çağdaş Azərbaycanın ideoloji fikrınə əvəzsiz töhfədir. 

Xalq şairi özü kitab haqda deyir: “Vətəndaşlığın əlifbası” Yurd və Yurddaşlıq haqqında düşüncələrimdən doğub. Etno-psixologiya, milli ruh üzərində elmi araşdırma deyildir, öz həyat təcrübəmdən doğan sonuc və arzulardır. Bu düşüncələri oxuculara paylaşmağa dəyərmi? Bu sual məni uzun müddət düşündürüb. Sonda “hər damlada bir həyat, hər sözdə bir hikmət var!” deyimini xatırladım. Kimsəyə ziyanı dəyməz”.

Kitabın özünü bu ölkənin vətəndaşı sayan hər kəs üçün maraqlı olacağı şübhəsizdir. 

“Vətəndaşlığın əlifbası” “Qanun” nəşriyyatında çıxıb, “Əli və Nino” kitab mağazaları şəbəkəsində satışdadır.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın müəllifi, həmmüəllifi, layihə rəhbəri olduğu və özbək dilinə uyğunlaşdırılmış bir neçə yeni kitabının Özbəkistanda imza mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, imza mərasimi Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti və ədəbiyyati günləri çərçivəsində, qardaş ölkənin Nəvai şəhərində təşkil edilib. 

Mütəfəkkir şair Əlişir Nəvainin adını daşıyan vilayətdə kitablarının təqdimat və imza mərasiminin keçirilməsindən qürur duyduğunu bildirən Q.Paşayeva təqdim olunan kitablar haqqında ayrı-ayrılıqda məlumat verib, onların səciyyəvi xüsusiyyətlərindən söz açıb. 

“Sizə təqdim olunan kitablar Azərbaycanın zəngin mədəniyyəti, klassiklərimizin yaradıcılığı, ölkəmizin həqiqətləri və ortaq dəyərlərimiz haqqında məlumatlardan, mülahizələrdən, yaradıcılıq örnəklərindən ibarətdir. Onu da deməyi özümə borc bilirəm ki, imza mərasiminin “Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində, Azərbaycanın və Özbəkistanın dəyərli ziyalıları, yaradıcı insanları və tələbə-gənclərin iştirakı ilə keçirilməsi mənim üçün xüsusilə xoşdur. İnanıram ki, bugünkü təqdimat və imza mərasimi yeni əlaqələrin təsisinə vəsilə olacaq”, - deyə Milli Məclisin Mədəniyyət komitəsinin sədri bildirib. 

Sonra Qənirə Paşayeva həmmüəllifi, müəllifi, layihə rəhbəri olduğu kitablarını oxucular üçün imzalayıb, öz ürək sözlərini yazıb.

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununa start verilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına YAP-dan məlumat verilib.

 

“Azərbaycan İntellektual Klublar Assosiasiyası” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində YAP yerli təşkilatlarını və Gənclər Birliyini təmsil edən 77 komandanın iştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar Bakı, Quba, Şəki, Şəmkir, Ağcabədi, Masallı və Göyçayda təşkil olunub. 

Komandaları ümumilikdə təmsil edən 616 nəfər gənc Heydər Əliyevin həyat və fəaliyyəti, Yeni Azərbaycan Partiyasının 30 illik tarixi, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə və ölkəmizin müasir tarixində baş verən mühüm hadisələrlə əlaqədar sualları cavablandırıblar.

Hər qrup üzrə 3 qalib komanda (ümumilikdə 21 komanda) 6 noyabr tarixində Gülüstan Sarayında keçiriləcək final mərhələsində I-III yerlər üzrə mübarizə aparacaqlar.

 

Əlcəzairin “Əl Hərir” və ərəb ölkələrinin vahid “Tourismnews” portallarında Şuşada “Dədə Qorqud Türk Dünyası Film Festivalı” keçiriləcəyi barədə AzərTAC-ın xəbəri yayımlanıb. 

 

Xəbərdə qeyd olunub ki, festivalın Şuşada keçiriləcəyi barədə məlumat verən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan tədbirin təşkilində məqsədin ortaq film istehsalı və türk respublikalarının nazirlərinin bir araya gəlməsi olduğunu deyib. 

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, festivalda Azərbaycandan 22, Özbəkistandan 43, Qırğızıstandan 23, Qazaxıstandan 21, Türkmənistandan 5 və muxtar respublikalardan 17 kino mütəxəssisi iştirak edəcək. 

Tədbirə, həmçinin türk kino sənayesinin tanınmış prodüserləri, rejissorları, ssenaristləri və aktyorlarından ibarət 200-ə yaxın qonaq dəvət olunub.

Bazar ertəsi, 31 Oktyabr 2022 14:00

Günün fotosu: Cənubi Koreyada matəmdir

Günün fotosu: Cənubi Koreyada matəmdir

 

Seulda Helloin bayramı zamanı qarışıqlıq düşmüş, insanlar bir-birini taptalamışlar. Nəticədə 150 nəfər ölmüş, 80 nəfər xəsarət almışdır. 

Dünən ölkədə bir həftəlik matəm elan edilmişdir.  

 

Euronews

 

Kurtlar Vadisi" serialındakı Polat Alemdar obrazı ilə dünyanın bır sıra ölkələrində milyonların rəğbətini qazanan Necati Şaşmaz ürəyindəki problemlə əlaqədar yerləşdirildiyi xəstəxanadan evə buraxılıb.

Bu barədə aktyorun özü "Instagram" hesabından məlumat verib.

"Keçmiş olsun diləkləriniz qəbul oldu. Təşəkkür edirəm. Keçmiş oldu. İşimizin başındayıq", - deyə 50 yaşlı aktyor bildirib.

Qeyd edək ki, N.Şaşmaz sinə ağrısı, sol qolunda ağrı və uyuşma kimi şikayətlərlə xəstəxanaya müraciət edib. Ona damar açma əməliyyatı edilib. Əməliyyat 3 saat davam edib. Ona koronar arteriya xəstəliyi olaraq bilinən ürək damarlarında tıxanıqlıq diaqnozu qoyulub.

Yeri gəlmişkən onu da xatırladaq ki, N.Şaşmaz məşhur serialdan uzun illər sonra türkiyəli tanınmış ifaçı Mazhar Alansonun musiqi proqramına qatılıb. 50 yaşlı Şaşmazın görünüşündəki dəyişiklik pərəstişkarlarını xeyli təəccübləndirib.

Bazar ertəsi, 31 Oktyabr 2022 15:00

Türkiyənin ən yaxşı modelləri məlum olub

 

Ötən gün 35-ci "Best model of Turkey" yarışmasının finalı baş tutub.

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, qaliblər Büşra Karakaş və Emir Mayacı olub.

Təşkilatçı Ekran Özerman və yarışmanın ötənilki qalibləri də gecədə yer alıb. Müğənni Ömür Gedik mahnıları ilə tədbirə rəng qatıb.

Disko rəqqası - məşhur hind kinoaktyoru Midhun Çakraboti bütün həyatı boyu yalnız bir qadını sevib. Cütlük praktiki olaraq yarım əsrdir birlikdədir.

 

“Ədəbiyyat və incəsənət” portalı Kinoafişa.info-ya istinadən xəbər verir ki, Mitdhun Çakraboti haqlı olaraq Bollivudun əsas ulduzlarından biri hesab olunur. Dünyada milyonlarla pərəstişkarı olan  istedadlı bir sənətçiyə o, sevgisini elan edir, lakin qız onun ürəyini qazanmaq cəhdlərinə məhəl qoymur. Amma gəncliyindən əsil ailə adamı olmağı və həyatını bir qadına həsr etməyi xəyal edən Midhun həmin qızdan əl çəkmir. Söhbət məşhur Yogita Balidən gedir. Qıza onun inadkarlığı xoş gəlir və onunla tanış olur. Məşhurlar tezliklə bir-birlərinə aşiq olurlar və evlənirlər.

Aktyorun özünün dediyinə görə, seçimindən heç vaxt məyus olmayıb. Birlikdə yaşadığı illər ərzində sənətçi karyerasını tərk edən və dörd varisini böyütməyə başlayan sevgilisini sevməyi dayandırmayıb. Eyni zamanda, əsl müvəffəqiyyətini yalnız onu dəstəkləyən və tərifləyən Yogita sayəsində əldə etdiyini də gizlətmir.

 

Şəkillərdə: “Disko rəqqası" (1982), "Qərib" (1974) filmlərində cütlük.

 

Bakı Musiqi Akademiyasının Opera Studiyasında Şərqin görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilib.

 

Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin yaydığı məlymata görə, “Musiqi naminə həyat” adlı konsert proqramı Bakıdakı Rus Evi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə “Stolitsa” RT teatrının direktoru, “Bakı” Müəllif Mahnıları Klubunun vitse-prezidenti Vəfa Qavrilova-Məmmədova tərəfindən təşkil olunub.

Konsert proqramında beynəlxalq müsabiqələr və festivallar laureatları - Əminə Zülfüqarova, Nigar Həsənova, Mahir Tağızadə, Əzizə Ağazadə, Adil Axundov, Cəmalə Abdinzadə, Nailə Xasiyeva, Fəqan Həsənli, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri Samir Səmədov, Fatimə Xələfova, Azərbaycanın Əməkdar artistləri Cəmilə Kərimova, Aleksey Miltıx, Sahib Paşazadə, Nərgiz Əliyeva, Sabah xoru (bədii rəhbər və dirijor Dmitri Babayev) iştirak ediblər. 

Tədbirin sonunda Fikrət Əmirovun qızı Sevil xanım iştirakçılara təşəkkür edib. 

Fikrət Əmirov XX əsrin dünya musiqi mədəniyyəti tarixinə müasirliyin musiqi ənənələri ilə milli mədəni irsinin birləşməsinin böyük ustadı kimi daxil olub. Uzunmüddətli yaradıcılıq fəaliyyətinə görə F.Əmirov bir çox mükafatlara, o cümlədən Stalin mükafatına, SSRİ Dövlət mükafatına, SSRİ Xalq artisti adına layiq görülüb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.