Super User

Super User

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli 2024-cü il yanvarın 12-də saat 10:00-da İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı, Ağsu, Qobustan, Şamaxı şəhərlərindən olan vətəndaşlarla görüşəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşlar 2024-cü il yanvarın 9-dək Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (020) 285-31-20 telefon nömrəsi vasitəsi ilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

 

9 yanvar 2024-cü il tarixində “StartupBlink” təşkilatı tərəfindən qlobal startap ekosistemi üzrə mükafatlandırma mərasimi keçirilib. 

 

Sözügedən təşkilat hər il dünyada  startap ekosisteminin ən uğurlu olduğu 100 ölkə və 1000 şəhər seçməklə qlobal startap xəritəsi formalaşdıran mötəbər beynəlxalq təşkilatdır. 

Bu il isə “ASAN xidmət” “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi vasitəsilə innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə  “Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq görülüb.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

 

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Hüseynov Şikar Hüseyn oğlunun Goranboy rayonunda doğulan övladı Mələyin zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürülüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Fonddan məlumat verilib. 

 

Dünyaya yeni göz açan körpənin adına depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

"Onlar bizə əmanət" layihəsi indiyədək 113 şəhid övladını əhatə edib.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

 

Yanvarın 11-də Bakı Konqres Mərkəzində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum keçirilib.

 

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov çıxış edərək 2023-cü ilin ölkə turizmin inkişafı üçün uğurlu il olduğunu və turizmin qeyri-neft sektorunun bir qolu olaraq xüsusi mərkəzə çevrildiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin turizmə ayırdığı xüsusi diqqət və qayğı sayəsində bu sahənin yeni dövrə qədəm qoyduğunu söyləyən sədr deyib: “Prezident İlham Əliyev turizm sahəsini daha da inkişaf etdirir. Bu, turizm sahəsinin beynəlxalq aləmə inteqrasiyasını təmin edir”.

Onun sözlərinə görə, pandemiya dövrünü nəzərə almasaq, Azərbaycana səfər edən əcnəbilərin sayı son illər 3 dəfə artıb. Mehmanxana və mehmanxana tipli gecələmələrin sayında 8 dəfə artım müşahidə olunub.

Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov assosiasiyanın fəaliyyəti barədə danışıb. O qeyd edib ki, məhz Prezident İlham Əliyevin diqqəti və qayğısı turizmin inkişafına böyük töhfə verib. Onun sözlərinə görə, 2011-ci ildən sonra turizmin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. “Azərbaycanda bir çox beynəlxalq hotel brendləri təmsil olunur. Hazırda ölkəmizdə 757 hotel fəaliyyət göstərir”, - deyə o əlavə edib.

E.Əlimuradov diqqətə çatdırıb ki, beynəlxalq təcrübəyə malik olan yerli kadrlar nəyinki Azərbaycanda, həmçinin bir çox xarici ölkələrdə yüksək vəzifələr tuturlar.

“2003-2019-cu illərdə Azərbaycana səfər edən əcnəbilərin sayı 3 dəfə artıb. 2019-cu ildən etibarən pandemiya hotelçilik industriyasına böyük zərbə vurulub. Bir çox hotellər karantin hotellər kimi fəaliyyət göstərirdi. Postpandemiya dövründən sonra hotelçilik sahəsi yenidən canlanmağa başladı”, - deyə E.Əlimuradov bildirib.

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Baş katibi Tural Musayev bələdçilərin fəaliyyətinin turizmin inkişafına təkan verən əsas xidmət sektoru olduğunu qeyd edib. O bildirib ki, ötən dövr ərzində ölkəmizdə turizm bələdçilərin sayı 9 dəfə artıb.

Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin sədri Azər Qəribov səyahət etdiyi ölkələrin adət-ənənələri və fərqli xüsusiyyətlərindən söhbət açaraq, Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsinin əhəmiyyəti barədə danışıb.

Forum çərçivəsində turizm sənayesində ixtisaslaşmış assosiasiyalar birgə bəyanat qəbul edib. Bəyanatda dövlət başçısı tərəfindən aparılan siyasətə tam dəstək ifadə olunub.

Açılış mərasimindən sonra forum işini “Turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 il ərzində əldə edilən uğurlar” və “COP29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözləntilər” adlı panel müzakirələrlə davam etdirib.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Şair Baba Vəziroğlunun (Məsimovun) “Şərəf” ordeni ilə təltif olunması barədə Azərbaycan Prezidenti Sərəncam imzalayıb. 

 

B.V.Məsimovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin

Sərəncamı

11 yanvar 2024, 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şərəf” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2024-cü il

Cümə axşamı, 11 Yanvar 2024 13:28

Sabah Sabirabadda kitab bayramıdır

 

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə əlaqədar olaraq, Sabirabad rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Regional Təhsil İdarəsi, Regional Gənclər və İdman İdarəsi, “Hophopnamə” Kitab Mərkəzi və “Mücrü” nəşriyyatının təşkilatçılığı ilə yanvarın 12-də Sabirabad şəhərində “İKİNCİ HƏYAT” adlı kitab sərgisi keçiriləcək. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Mil-Muğan Regional Mədəniyyət İdarəsindən məlumat verilib. 

“Hophopnamə” Kitab Mərkəzində  düzənlənəcək sərgi saat 11-dən 18-ədək fəaliyyət göstərəcək, sərginin məqsədi Regionlarda mütaliəyə olan marağın artırılmasıdır. 

Onu da qeyd edək ki, sərgidə nümayiş olunan bütün kitablar 1 (bir), yaxud 2 (iki) manat şərti qiymətlə satışa çıxarılacaq.

 

Təşkilatçılar hədəf qrupunda olan iştirakçılara bu mətndə müraciət ünvanlayıblar: 

“Əziz oxucular, kitabsevərlər, məktəblilər!

Siz hər kitab oxuyanda ağaclar ölümdən sonrakı həyata inanırlar, sizin oxuduğunuz hər kitab ağaclara yenidən can verir, onlara ikinci həyat bəxş edir və əbədiyyət qazandırır”.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

 

Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqədə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Finalçıların adları öncəki günlərdə açıqlanıb və finalçılar aşağıdakılardır:

Elay İsmayılov;

Xanbala Mahmudov;

Cavid Babayev;

Orxan Cuvarlı;

Bəşir Niftəliyev;

Şəhriyar Bəhmənov;

Səma Quliyeva;

Pərviz Əlyaroğlu.

Qalib və mükafatçıların adları yanvar ayının 18-də elan olunacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

AzərTAC  xəbər verir ki, builki müsabiqə “Sahildə qadınlar” mövzusuna həsr olunub.

Festivala 2023-cü il dekabrın 25-dən sonra istehsal olunan 3-7 dəqiqəlik animasiya, bədii və sənədli filmləri olan müəlliflər müraciət edə bilərlər. Müraciət pulsuzdur və bir müəllif istənilən sayda film təqdim edə bilər. Filmlərin qəbulu fevralın 15-də başa çatır.

Festivalın əsas məqsədi bədii və mədəni dəyəri yüksək olan orijinal və keyfiyyətli qısametrajlı filmlərin istehsalını təşviq etməkdir. Bundan əlavə, ümumilikdə qadınların, cəmiyyətin və medianın, gənclərin, qısametrajlı film çəkənlərin, bu günün və gələcəyin media prodüserlərinin maarifləndirilməsi, mövzu ilə bağlı ictimai həssaslığın artırılması hədəflənir.

Ətraflı məlumatı bu linkə (https://kastob.org.tr/tr/) keçid edərək əldə etmək olar.

Festival qaliblərinin 2024-cü ilin martında mükafatlandırılması planlaşdırılır.

Qeyd edək ki, KASTOB Türkiyənin Qara dəniz regionunda 24 əyalət federasiyasını birləşdirən qeyri-hökumət təşkilatıdır.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Fevralın 28-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə “Muğam gecələri” adlı layihə həyata keçiriləcək.

 

Layihə çərçivəsində Xalq artisti Mənsum İbrahimov Gəncədə ilk dəfə solo konsert proqramı ilə çıxış edəcək.

 

Xanəndəni tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edəcək.

 

Biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından, eləcə də iticket.az saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

 

 

Ötən gün Azərbaycanın hərbi xadimi, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin İsgəndər oğlu Məmmədovun doğum günü idi. 

 

Şahin İsgəndər oğlu Məmmədov 10 yanvar 1961-ci ildə Qazax rayonu, Yenikənd kəndində (indiki Ağstafa rayonu, Zəlimxan kəndi) anadan olub.

O, 1986-cı ildə DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbini və 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirib.

Ş.Məmmədov 1979–1981-ci illərdə SSRİ DİN Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1982–1986-cı illərdə SSRİ DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb, 1986–1992-ci illərdə isə SSRİ DİN-in Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini — qərargah rəisi vəzifələrinədək yüksəlib.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Şahin Məmmədov 9 iyun 1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilib.

O, 1992–1997-ci illərdə Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarında hərbi hissə (əlahiddə tabor) komandiri, hərbi hissə (briqada) komandirinin müavini — qərargah rəisi, hərbi hissənin (alay) komandiri vəzifələrində xidmət edib.

Xidməti ərzində 1998-ci ildən 15 noyabr 2013-cü ilədək Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini — Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi, Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrinədək yüksəlib.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli 1384 nömrəli Sərəncamı ilə Şahin Məmmədova “general-mayor” hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli 64 nömrəli Sərəncamı ilə isə Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şahin Məmmədov Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatlarında da fəal iştirak edib. Onun 1992-ci ilin sentyabr ayında Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi altında yüksəklik düşməndən azad edilib. Şahin Məmmədovun özü isə döyüşlər zamanı yaralanıb.

Daxili Qoşunlar komandanı Şahin Məmmədov bir çox medallarla, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 10 mart 2012-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 29 iyun 2019-cu il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilib.

11 mart 2015-ci il tarixdə general-leytenant hərbi rütbəsi verilib.

Ailəlidir, 3 övladı var.

 

 "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin İsgəndər oğlu Məmmədovu doğum günü münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar diləyir.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.