Super User

Super User

 

Sentyabrın 1-dən 4-dək türk dünyasının mədəniyyət paytaxtı olan Türkiyənin Bursa vilayətində 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalı keçirilir. Azərbaycan ipəyi ilk dəfə bu festivalda nümayiş etdirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festival Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutur.

Azərbaycan sözügedən festivalda Nizami Gəncəvi Vəqfinin təşəbbüsü, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi ilə təmsil olunur. Ölkəmizin festivalda iştirakının əsas məqsədi Azərbaycanın qədim və zəngin ipəkçilik sənətini beynəlxalq arenada təbliğ etmək, eləcə də iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə verməkdir. 

Sərgidə Şəkidə “Azəripək” MMC tərəfindən istehsal olunan ipək nümunələrinin, əsasən qədim Azərbaycan baş örtüyü olan kəlağayının təqdimatı və satışı keçirilir. Bundan əlavə, tədbir boyu Azərbaycan ipəyinin tarixini əks etdirən videomateriallar, ipək və kəlağayı istehsalı zamanı istifadə olunan boya, basma naxış qəlibləri və digər kiçik daşına bilən vasitələrin nümayişi, eləcə də ustad dərslərinin təşkili nəzərdə tutulur.

Tədbirin açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş Azərbaycan stendini ziyarət edib. Vəqfin direktoru Rəfi Qurbanov bələdiyyə sədrinə milli stendimiz haqqında ətraflı məlumat verib. Daha sonra “Azəripək” MMC-nin marketinq və biznesin inkişafı üzrə şöbə müdiri Elvira Məmmədova tərəfindən xarıbülbüllə bəzədilən ipək kəlağayı Alinur Aktaşa hədiyə edilib. 

Dörd gün davam edəcək tədbirdə yerli, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası kimi türkdilli ölkələrin milli ipək nümunələrindən ibarət sərgiləri təşkil olunur. Təşkilatçılar tərəfindən ipək festivalı çərçivəsində hər günə məxsus müxtəlif ekskursiya və mədəni tədbirlərin təşkili də nəzərdə tutulur.

Tədbirdə nümayiş etdirilən Azərbaycan milli geyimləri modelyerlər, Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfova və Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova tərəfindən hazırlanıb. 

Festivalın rəsmi açılış mərasimində Türkiyənin Bursa üzrə dövlət rəsmiləri, Azərbaycanın İstanbuldakı Baş konsolluğunun əməkdaşları, Nizami Gəncəvi Vəqfinin və “Azəripək” MMC-nin rəsmi nümayəndələri, Bursa Azərbaycan İnnovasiya və Həmrəylik dərnəyinin rəhbər heyəti, Bursa Uludağ Universitetində təhsil alan azərbaycanlı gənclər, yerli ipək istehsalçı şirkətlərin rəhbərləri, eləcə də digər yerli və xarici rəsmi qonaqlar iştirak ediblər.

Cümə, 02 Sentyabr 2022 09:48

Van Dammın oğlu Bakıya gəlib

 

Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə ailəsi ilə bağlı paylaşımlar edib. 

 

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, Suada və Kristofer Avropa gəzintisindən sonra Azərbaycana gəliblər. Pianoçu həyat yoldaşı ilə valideynlərinin görüntüsünü yayımlayıb. 

O bildirib ki, Kristofer onların evində qonaq olub. 

Qeyd edək ki, Kristofer və Suada ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah masasına oturub. Suada viza ala bilmədiyi üçün həyat yoldaşından ayrı qaldığını, ABŞ-a gedə bilmədiyini bildirib. Bir müddət əvvəl isə cütlük Avropa gəzintisinə çıxaraq, orada görüşüblər.

 

Dünyanın bir çox ölkələrində bu gün  - 1 sentyabr Bilik günü kimi qeyd olunur. Bu münasibətlə həmyerlimiz, Saxa Yakutiya Respublikasının Fəxri vətəndaşı, əməkdar inşaatçı və üçüncü çağırış Saxa (Yakut) Resublikası Parlamentinin – İl Tümenin  deputatı Əliş Məmmədov seçildiyi Xanqalas  əyalətinin məktəbliləri ilə görüşüb. O həmçinin 20 il bundan əvvəl Xanqalas rayounun Tit Arı kəndində tikdiyi  məktəbdə  də qonaq olub. 

 

Tit Arı məktəbində  bu il 43 şagird təhsil alacaq. Bu il isə birinci sinfə gedənlərin sayı 4 nəfərdir. Onlardan  3-ü qız, biri isə oğlandır.

Azərbaycanlı həmvətənlimiz 1 sentyabr Bilik günü münasibəti ilə Tut Arı Kənd məktəbinin kollektivini tədris ili münasibəti ilə təbrik edib. Birinci sinifə gedən 4 şagirdə xüsusui hədiyyələr təqdim edib. Deputatın görüşünə gələn kənd sakinləri və məktəbdə oxuyan digər şagirlər də hədiyyəsiz qalmayıblar. İmkansız ailələrə yardım da edilib. 

Xanqalas rayonun Tit Arı kənd məktəbinin direktoru  Elvira Petrovna Bilik günündə çıxış edərkən deyib:

-Əliş Zabit oğlu Məmmədov  və onun rəhbəri olduğu “Yakutsement” İstehsalat Birliyi bizim məktəbin hər zaman təzələnməsində, müasirləşməsində öz dəstəyini əsirgəmir. O bu gün də bizim birinci sinfə gedən uşaqlarımızla birlikdə, bütün şagirdlərimizi sevindirməyi bacardı.

Saxa (Yakut) Respublikasının İl Tümenin deputatı Əliş Məmmədov deyir ki, Xanqalas  Ulusu onun ilk əmək fəaliyyətinə başladığı yerdir. Bu ulusun tərkibində olan bütün əhalinin problemlərinin həll olunmasında, onların həyat şəraitinin yaxşılaşdırılmasında, kommunikasiya və yol problemlərinin həllində bir deputat kimi öz əməyini əsirgəmir və əsirgəməyəcək. Elə buna görə də türk yurdu Xanqalas Ulusunun sakinləri ona “Xanqalas ulusunun Fəxrı vətəndaşı” adını veriblər.

 

Aida Eyvazlı

 

“Ədəbiyyat və incəsənıt” oxu.az-a istinadən xəbər verir ki, Boqotadakı Mərkəzi Parkda hər yaşdan olan 16.000 musiqiçi və xor ifaçısı toplaşıb.

Onlar Bethovenin 9 nömrəli simfoniyasından bir parça, argentinalı müəllifin "Sülh göyərçinləri" mahnısını və daha dörd musiqi parçasını ifa ediblər.

"Bu, inanılmaz təcrübədir. Özünü iynə üstündə hiss edirsən, çünki gözəl musiqiçilər görürsən. Bu qədər gözəl ifaçılar arasında olmaq və musiqiyə qarışmaq necə gözəldir", - deyə iştirakçılardan biri hisslərini ifadə edib.

Konsertdə Boqota Filarmonik Orkestri də çıxış edib.

Tədbir yerli hakimiyyət orqanları, ölkənin Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənib.

Cümə axşamı, 01 Sentyabr 2022 12:30

Günün fotosu: Qorbaçova rəhmət deyirlər

Günün fotosu: Qorbaçova rəhmət deyirlər

 

SSRİ-ni dağıtdığına görə Qərb liderləri dünən 92 yaşında vəfat etmiş sonuncu SSRİ prezidenti Mixail Qorbaçova rəhmət oxuyurlar. Xüsusən ABŞ prezidenti Co Bayden bu şəxsi sülh uğrunda mübariz adlandırır.

Amma biz azərbaycanlılar Qarabağ probleminə görə, 20 yanvar qətliamına görə onu lənətləyirik.

 

Foto: Euronews

Ötən günlərdə portalımızda Amerika şairəsi Jennifer Rathbun’un şeirləri dərc edilmişdi. 

New York-da fəaliyyət göstərən "Artpoetika Press" mediası Jennifer Rathbun’un azərbaycanca şeirlərini öz Facebook səhifəsində paylaşıb. Paylaşımın mətni belədir:

“Əziz dostlar, kataloqumuzda fəaliyyət göstərən şair və tərcüməçi Jennifer Rathbun’un  şeirləri Azərbaycanda Ümid Nəccari tərəfindən tərcümə edilərək “Ədəbiyyat və incəsənət” portalında nəşr edilmişdir. Bu doğmalığı şeirdə hiss etmək üçün bizə qoşulun.”

 

“Ədəbiyyat və incəsənət” portalı bizim media-ya istinadən xəbər verir ki, Kocaelidə konsertin sonunda həddindən artıq yorulan müğənni səhnədən enərkən pilləkanlardan yerə yıxılıb. 

Mühafizəçilərin köməyi ilə ayağa qaldırılan Kaya təcili xəstəxanaya aparılıb. Emrenin çiyni və ayağının çatladığı açıqlanıb. 

E.Kayanın meneceri Gizem Demir müğənninin səhhətinin yaxşı olduğunu, yıxılmağa həddindən artıq yorğunluqdan yaranan təzyiq problemi səbəb olduğunu bildirib.

 

Gürcüstanda ənənəvi olaraq hər il keçirilən beynəlxalq klassik musiqi festivalı - “Tsinandali - 2022” bu il də keçirilir, açılış sabah - sentyabrın 2-də olacaq.

Budəfəki klassik musiqi festivalında Gürcüstan musiqiçiləri ilə yanaşı, Azərbaycan, Ukrayna, Türkiyə, Qazaxıstan və Ermənistan musiqiçiləri iştirak edəcəklər.

Festival sentyabrın 2-də Kaxeti bölgəsinin Tsinandali kəndindəki knyaz Çavçavadze adına konsert sarayında keçiriləcək.

Sentyabrın 11-də başa çatacaq musiqi bayramında dünya miqyaslı dirijorların rəhbərliyi ilə müxtəlif ölkələrin klassik və bəstəkar mahnıları də səslənəcək.

 

Berlində ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş konsert keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAC-a bildiriblər ki, komitənin dəstəyi və Almaniyada fəaliyyət göstərən “Khari-Bülbül“ Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə baş tutan konsert Şuşanın qədim, eyni zamanda, müasir tarixini, ölkəmizin Qarabağdakı parlaq Qələbəsini, həmçinin Diaspor Gənclərinin Üçüncü Yay Düşərgəsini əks etdirən videogörüntülərin nümayişi ilə başlayıb.

Sonra Bakıdan gəlmiş “Ritm” rəqs qrupunun ifasında Azərbaycanın milli rəqsləri təqdim edilib. 

Tədbirin sonunda Almaniya Azərbaycanlıları Alyansının sədr müavini, “Khari-Bülbül” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Sevda Bədəliori və digərləri çıxış edərək iştirakçılara və qonaqlara minnətdarlıqlarını bildiriblər.

 

“Ədəbiyyat və incəsənət” portalı jurnalist Aida Eyvazlının Azərbaycan və Özbəkistanın xalq artisti, tanınmış müğənni Nəsibə Abdullayeva ilə müsahibəsini  təqdim edir.

 

Dünən səhər-səhər xəbər saytlarında Özbəkistanın xalq artisti Nəsibə Abdullayevaya Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı ilə “Xalq Artisti” fəxri adının verilməsi xəbərini oxudum. Uyğun bir saatda  telefonuna yazıb təbrik etdim. Həm də ismarıc səs göndərdim ki, vaxtı olduğu zaman mənimlə telefon əlaqəsi qursun.

Bizim vaxtla gecə saat 11-də, Özbəkistan vaxtı ilə isə gecə saat 12-də 1985-ci ildən dostluq etdiyim Nəsibə Abdullayeva ilə söhbətimiz baş tutdu. Bir daha təbrik etdim. Dedi, bilirəm ki, sizin ailənizdə məni hamı sevir, hər kəsə salamımı çatdırın.

Sonra aldığı mükafatla bağlı müsahibə yazmaq istədiyimi dedim. Dedi, bəlkə sonraya qalsın, indicə  Özbəkistan Respublikasının Müstəqilliyinin 30 illiyi ilə münasibəti ilə keçirilən konsertdən çıxmışam, yorğunam, bir neçə gün müsahibə verməyə vaxtım olmayacaq.

Belə olduqda, qərara gəldik ki, bir blits-müsahibə edək, ətraflı müsahibəni sonraya saxlayaq. Və başladıq:

 

-Nəsibə xanım, azərbaycanlı pərəstişkarlarınız bu xəbərə çox sevindilər. Bütün xalqın ürəyindəndir bu. Özbəkistanda  da çox sevilirsiniz, bir nömrəlisiniz, lakin Azərbaycan üçün də o qədər əzizsiniz. Bunu özünüz də gözəl bilirsiniz.

-Bilirsiniz, bu mənim üçün çox vacibdir. Mən çox istəyərəm ki, Azərbaycan Prezidentinin imzası ilə layiq görüldüyüm bu fəxri ad, adından da göründüyü kimi, həqiqətən xalqın adından verlsin. Mən çox istəyirəm ki, xalq prezidentin verdiyi qərardan şad olsun, razı olsun. Ona görə ki, prezidentin imzasıyla verilən ad onun imzasına layiq olmalıdır. Qoy kənardan deməsinlər ki, filankəs bu ada layiq deyil.

-Xəbəriniz varmı, bu gün bütün xəbər saytları sizin fəxri ad almağınızı necə sevinclə yayırdılar? Bəs siz özünüz xəbəri necə aldınız?

-Səhər yuxudan oyananda facebook səhifəsini açdım və burada öz şəklimi və  adımı gördüm... Və sonra təbriklər yağmağa başladı, zənglər hələ də kəsilmək bilmir...

-Təbriklərin hamısı Azərbaycandanmı gəlir?

-Yox, həm Azərbaycandan, həm Özbəkistandan təbriklər almaqdayam.

-Nəsibə xanım, sizə Özbəkistandan gələn təbriklər, əlbəttə ki, həm də özbək xalqının Azərbaycan musiqisinə verdiyi dəyərdir. Sizin üçün bu mükafata layiq görülməniz gözlənilməz oldumu?

-Bilirsiniz, cənab İlham Əliyev bu ilin iyun ayının sonlarında Özbəkistanda rəsmi səfərdə olanda onun şərəfinə təşkil olunan musiqili proqramlarda mənim də iştirakım təsdiq olunmuşdu. Azərbaycan Prezidentinin şərəfinə verilən əsas konsertdən sonra hər iki prezident - cənab Şavkat Mirziyayev də, cənab İlham Əliyev də səhnə arxasında Özbəkistanın sənət adamları ilə görüşdülər. Həmin görüşdə prezidentlər dedilər ki, biz belə qərara gəlmişik, Azərbaycanın və Özbəkistanın artistlərini fəxri adlarla mükafatlandıraq. Özbəkistan prezidenti dedi ki,  mütəxəssislərlə məsləhət edib, belə qərara gəlinib ki, bu ada ən layiqli və birinci namizəd Nəsibə Abdullayevadır. Azərbaycan Prezidenti isə dedi ki, Müstəqillik günündə Nəsibə xanımı təltif edərik. Şəxsən mən elə bilirdim ki, bu təltiflər Azərbaycanın Müstəqillik günündə olacaq. Ona görə də bu gün Sərəncamın çıxması mənim üçün gözlənilməz oldu.

-Nəsibə xanım, əslində bu əlamətdar hadisə də sübut edir ki, Azərbaycan və Özbəkistanın  həm Müstəqillik bayramları, həm də  bütün sevincli günləri hər iki ölkə üçün eyni cür əlamətdar olur. Bu, həm xalqlarımızın, həm də dövlətlərimizin diplomatiyasıdır.

- Mən istəyirəm deyəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına minnətdaram. Siz bilirsiniz ki, mən Azərbaycanı, Azərbaycan musiqisini necə sevirəm. Mən bu mahnıları 42 ildir ifa edirəm. Azərbaycan  mahnıları ifa edərkən, musiqilərini səsləndirərkən, heç vaxt hər hansı bir mükafat haqqında düşünməmişəm. Sadəcə, bu musiqilərə vurğunam. Azərbaycan musiqiləri  doğulduğum gündən mənim həyatımda olub. Mən onları sevmişəm, sevirəm, nə qədər ömrüm varsa, sevəcəyəm. Bir onu bilirəm ki, hər zaman bu mahnıları böyük məhəbbətlə ifa etmişəm, yaşatmışam. Azərbaycan xalqı var olsun ki, dünyanın hər yerində sevilən, dinlənilən belə gözəl musiqi xəzinəsinə malikdir.

-  Gənc müğənni kimi Özbəkistanın Əməkdar artisti adını 1987-ci ildə aldınız. Mən də o vaxt Daşkənddə tələbə idim. Bizim universitetdə konsert verirdiniz. Orada tanış olduq.  Sizi artıq Azərbaycanda da tanıyırdılar.  32 yaşınızda isə ən gənc ifaçı kimi Özbəkistanın xalq artisti adına layiq görüldünüz.

-Hətta 32 də deyil, 31 yaşım var idi. O günlər unudulmazdır. Bu gün isə həm də ona görə sevinirəm ki, Özbəkistanın incəsənət və musiqi tarixində ilk  Özbəkistan xalq artistiyəm ki, həm də Azərbaycanın xalq artisti adına layiq görülmüşəm.

- Nəsibə xanım, 26 avqustda Azərbaycan Prezidneti İlham Əliyev Laçın rayonunun erməni işğalından tam azad olması haqqında yeni tvit yazdı. Həmin günü sizin  ifa etdiyiniz “Ay Laçın” mahnısını sosial media səhifələrimdə yerləşdirdim. İndi sizin ifa etdiyiniz “Ay Laçın” mahnısını Laçının özündə  30 il əvvəl səsləndirdiyimiz kimi səsləndirə bilirik. Laçının dağları, düzləri səsinizi dinləyir...

-Mən yenə də Azərbaycan xalqını təbrik edirəm.

- Bir danılmaz həqiqət də var ki, bizim musiqilərə, mahnılara Nəsibə xanım ikinci ömür, ikinci nəfəs verir. Sizin səsinizdə musiqilər daha əsrarəngiz, daha çox yaşayan olur. Daha sevimli olur. Biz də buna görə sizə minnətdarıq. Onu da bilirəm ki, siz özünüzü heç vaxt şou-biznesə qatmırsınız, sənətinizə ciddi yanaşırsınız.

-Bəli, mən heç vaxt özümü şou-biznesdə görməmişəm, həmişə də belə qalacağam. Başqa cür ola bilmərəm. 

-Ötən il sizinlə müsahibələrimin birində dediniz ki, istəyərdiniz, Azərbaycanın Zəfəri haqqında sizin ifa etməyiniz üçün bir mahnı yazılsın. Sizin bu arzunuzun həyata keçməsi üçün sorğu keçirdik, tanınmış bəstəkarımız, Azərbaycanın Xalq Artisti,  professor Faiq Şücəddinov bu xeyirxah işi öz üzərinə götürdü. Həmin mahnı nə zaman ərsəyə gələcək, məlumatlısınızmı?

- Faiq müəllimlə elə ilk telefon danışığımızdan dost olduq. Hələ üz-üzə görüşməmişik. Lakin onun təklif etdiyi musiqi və mahnı elə bil ki, mənim ruhuma biçilib. Bu mahnı Azərbaycan bəstəkarı tərəfindən şəxsən mənim ifam üçün yazılan ilk mahnıdır. Buna görə, Faiq müəllimə də,  təşəbbüskar kimi sizə də çox minnətdaram. Yadınıza gəlirsə,  bir dəfə  mən sizə demişdim ki, o mahnının belə gec ərsəyə gəlməsinə mənim COVİD virusuna yoluxmam səbəb oldu. Uzun müddət oxuya bilmədim. İndi mahnı hazırdır. Təkcə səsimin “oranjerovkası” qalıb. Bu yaxınlarda, Allah  qoysa, yazarıq, hazır olan kimi mən sizə xəbər edəcəm...

-Xeyirli və uğurlu olar, İnşallah.

 

Azərbaycanın Xalq Artisti Nəsibə Abdullayevanı çox yormamamq üçün  15 dəqiqədən sonra, sağollaşdıq ki, Özbəkistanın müstəqillik bayramı şənliklərində iştirakı bitəndən sonra yenidən zəngləşək...

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.