Super User

Super User

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfəri çərçivəsində Azərbaycan və özbək xalqlarının görkəmli şairi Maqsud Şeyxzadənin Daşkənd şəhərində ucaldılmış heykəlini ziyarət edib, onun abidəsi üzərinə güllər qoyub və əziz xatirəsini ehtiramla yad ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Fondun prezidenti Maqsud Şeyxzadənin iki qardaş xalqın – Azərbaycanın və Özbəkistanın fəxri olduğunu, öz yaradıcılığı ilə hər iki dövlətin bir-birinə daha da yaxınlaşmasına dəyərli töhfələr verdiyini bildirib. M.Şeyxzadənin bədii irsini yüksək qiymətləndirən Günay Əfəndiyeva onun həm də türk ədəbiyyatının təbliği istiqamətində geniş fəaliyyət göstərdiyini, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhdimqulu Fəraqi, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun, Rəsul Rza, Nazim Hikmət, Osman Sarıvəlli və sair kimi türk dünyasının böyük söz sənətkarlarının əsərlərini özbək dilinə tərcümə etdiyini vurğulayıb. 

Səfər çərçivəsində Fondun nümayəndə heyətini Özbəkistan Mədəni İrs Agentliyinin birinci müavini, görkəmli alim, professor Tursunəli Kuziyev və digər rəsmilər müşayiət ediblər.

 

Rusiya Federasiyasının Qələbə Muzeyi tərəfindən “Muzeylər Qələbə haqqında” adlı beynəlxalq video müsabiqəsi keçirilmişdir. Qələbə Muzeyinə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan və Moldovanın 120-dən çox muzeyindən XX əsrin ortalarının hərb tarixinə dair muzey ekspozisiyalarından bəhs olunan 130-dan çox  videoçarx təqdim olunmuşdur. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyi Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və istiqlalı uğrunda apardığı mübarizəni özündə əks etdirən eksponatların təqdim olunduğu videoçarxla bu müsabiqədə iştirak etmişdir.

Qələbə Muzeyinin rəsmi internet saytında 60 mindən çox internet istifadəçisinin iştirak etdiyi onlayn səsverməyə əsasən Azərbaycan İstiqlal Muzeyi “Tamaşaçıların Seçimi” mükafatına layiq görülmüşdür.

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi Qələbə Muzeyi ilə 2018 – ci ildə birgə əməkdaşlıqla bağlı imzaladığı memoranduma əsasən müxtəlif layihələr çərçivəsində sərgi və müsabiqələrdə iştirak etmişdir.

Çərşənbə, 23 Noyabr 2022 09:30

Bu gün Əhməd Cavadın 130 illiyi qeyd ediləcək

Bu gün - noyabrın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cəfər Cabbarlının ev-muzeyi Əhməd Cavadın 130 illiyi münasibətilə “Çırpınırdın Qara dəniz” adlı tədbir keçirəcək. 

 

Baş İdarənin mediaya açıqlamasına istinadən edərək “Ədəbiyyat və incəsənət” xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçiriləcək tədbirdə elm, ədəbiyyat, mədəniyyət xadimləri, təhsil işçiləri, muzey, kitabxana əməkdaşları, məktəblilər və tələbələr iştirak edəcəklər.

Qeyd edək ki, 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın anadan olmasının 130 illiyi tamam olub. Prezident İlham Əliyevin 20 aprel 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizdə böyük şairin yubiley tədbirləri geniş qeyd edilir.

 

Ötən gün BP şirkəti Azərbaycanın möhtəşəm milli sənət nümunələrindən biri olan qurama sənəti haqqında kitabın ictimaiyyətə təqdimatını və qurama sərgisinin açılışını edib.

 

“Ədəbiyyat və incəsənət” portalı BP-nin mediaya açıqlamasına istinadən xəbər verir ki, tədbir İçərişəhərdə yerləşən Şirvanşahlar Sarayı Kompleksində Milli Qurama Festivalı çərçivəsində keçirilib.

Kitab qurama sənətinə dair müxtəlif dillərdən Azərbaycan və ingilis dillərinə tərcümə edilmiş tədqiqat materialının toplusudur. Bu material daha öncə Bakı və rayon muzeylərinin fondlarında, eləcə də şəxsi kolleksiyalarda saxlanılan 18-ci və 19-cu əsrlərə aid qurama kompozisiyaları haqqında mövcud fotoşəkillər və məlumatlar əsasında hazırlanıb.

Qurama sərgisində isə tanınmış qurama ustalarının əl işləri nümayiş etdirilir. Sərgi ictimaiyyətə açıqdır və BP əlavə olaraq bir ay ərzində sərgini ödənişsiz şəkildə ziyarət etmək imkanı yaradıb.

BP sözügedən kitaba və sərgiyə milli qurama sənətinə dair məlumatla daha geniş auditoriyanın tanış olması üçün imkan yaratmaq və Azərbaycanın zəngin mədəni irsini təbliğ etmək məqsədilə sponsorluq edib.

Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycanın sənətkarlıq mədəniyyətində özünəməxsus yeri olan bu ecazkar milli sənət nümunəsinin təbliğinə dəstək olmaqdan məmnunuq. Qurama sənəti ölkənin bütün bölgələrində mövcuddur və bu sənət növü ilə əsrlər öncə məşğul olublar. Ümid edirik ki, bu gün təqdim olunan kitab və açılışını etdiyimiz sərgi Azərbaycanın mədəni irsinin bu qədim və rəngarəng bədii nümunəsinin daha geniş auditoriya tərəfindən öyrənilməsinə və araşdırılmasına kömək edəcək”.

Layihənin ümumi dəyəri təxminən 72 min manatdır. Bu məbləğə tədqiqat materialının redaktor tərəfindən nəzərdən keçirilməsi və tərcüməsi, kitabın nəşri, eləcə də sərginin sponsorluq xərcləri daxildir.

Layihə “İçərişəhər” Muzey Mərkəzi tərəfindən həyata keçirilib.

 

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Tunisdə 24-27 noyabr tarixlərində baş tutacaq 42-ci Beynəlxalq Poeziya festivalında Azərbaycanı təmsil edəcək.  

“Ədəbiyyat və incəsənət” portalına İntiqam Yaşarın verdiyi məlumata görə, dünyanın bir çox ölkələrindən ədəbiyyat nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbirə Tunisin Tozour şəhəri ev sahibliyi edəcək. Tədbirdə şeirlər oxunacaq, müxtəlif panellərdə ədəbi müzakirələr təşkil olunacaq. Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçəcək.

Çərşənbə axşamı, 22 Noyabr 2022 16:30

Mədəniyyət naziri ICESCO-nun konfransında iştirak edib

 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Mərakeşin qədim paytaxtı Fəs şəhərində BMT-nin Sivilizasiyalar Alyansının bu gün öz işinə başlayacaq 9-cu Qlobal Forumu ərəfəsində muzeylərin sivilizasiyalar arasında dialoqun və sülhün təmin edilməsində roluna həsr olunmuş konfrans keçirib. 

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos iştirak ediblər. 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, forumda giriş nitqi söyləyən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik müxtəlif mədəniyyətlər və qədim sivilizasiyaların zəngin irsini qoruyub saxlayan muzeylərin fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, COVID-19 pandemiyası muzeylərin fəaliyyətinin yeni çağırışlar fonunda və yüksək texnoloji nailiyyətlər əsasında qurulmasının zəruriliyini göstərdi. 

Azərbaycanın mədəniyyət naziri çıxışında ölkəmizdə muzeylərin fəaliyyəti, dövlətin bu mühüm mədəniyyət obyektlərinə diqqət və qayğısından danışıb. O, həmçinin Ermənistanın işğalı dövründə Azərbaycan xalqının qədim irs nümunələri olan muzeylərin dağıdılması, eksponatların qarət olunması barədə məlumat verib. Nazir diqqətə çatdırıb ki, hazırda azad olunmuş ərazilərdə mədəniyyət obyektlərinin bərpası işləri aparılır. 

BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi çıxış edərək, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. O qeyd edib ki, mədəni irsin təbliğinin sivilizasiyalar arasında dialoqda rolu məsələləri Alyansın 9-cu Qlobal Forumunda da müzakirə ediləcək.

Çərşənbə axşamı, 22 Noyabr 2022 15:56

Bu gün görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyidir

 

Musiqi, ümumən mədəniyyət tariximizdə yüksək yer tutan  görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 100-cü ildönümü məhz bu gün  tamam olur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu münasibətlə tanınmış mədəniyyət xadimləri və Azərbaycan Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının əməkdaşları Fəxri xiyabana gələrək Fikrət Əmirovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sənətkarın ömür yolundan və yaradıcılığından danışıb. Bildirib ki, bəstəkar musiqinin bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı “Şur” simfonik muğamıdır. Sonralar o, bu janrda “Kürd-ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Fikrət Əmirovun bəstələri əbədiyaşardı və bu əsərlər daim onu yaşadacaq. Bu gün Fikrət Əmirovun əsərləri dünyanın demək olar ki, hər yerində səslənir. 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə deyib ki, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Qara Qarayev üçlüyünün nümayəndəsidir. Fikrət Əmirovun simfonik əsərləri dünyanın dahi dirijorların repertuarında səsləndirilib. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfoniyasının ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli diqqətə çatdırıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun anadan olmasının 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə və ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunur.

Tədbirdə çıxış edən digər natiqlər də Fikrət Əmirovun bənzərsiz yaradıcılığından söz açıblar.

Xüsusi ilə qeyd edilib ki, Fikrət Əmirovun anadan olmasının 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilib və bu yubiley noyabrın 3-də Parisdə, UNESCO-nun mənzil-qərargahında qeyd edilib.

Görkəmli şəxsiyyətin ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət” portalına sevilən şairimiz Qulu Ağsəs yeni şeirini təqdim edib. Buyurun, ata həsrətinin ümumiləşdirilməsindən ibarət bu şeiri oxuyun. 

 

 

 

Atam

bu dünyada

o dünyanın

cəhənnəm əzabını çəkib,

 

Qırx bir-qırx beşdə

faşistlərlə döyüşüb Kerçdə -

atəş kəsiləndə,

ya da siqaret fasiləsində

 

Gülablıda odun doğrayıb,

axura ot töküb...

Üzünü xatırlamıram deyə,

hərdən elə bilirəm,

məni öləndən sonra əkib...

 

Bir tikə çörəyin dərdindən

gecə yatmayıb,

gündüz yatmayıb,

tabutdan başqa heç yerdə

ayaqlarını oxxaynan uzatmayıb...

 

Şəkli də qalmayıb

darıxanda  köksümə sıxım,

bütün ömrü dincəlsəm də doymuram -

atamın yorğunluğu

mənim canımdan çıxır...

Çərşənbə axşamı, 22 Noyabr 2022 10:30

“Ya özün gəl, ya da xəbər yolla…”

 

İntiqam Yaşar yazır

 

Bir neçə il öncə tanınmış ifaçı Ayşen Mehdiyevanın ifasında "Kara tren" adlı bir mahnı eşitmişdim. Demək olar ki, eşitdiyimdən bu yana o mahnını tez-tez dinləyirəm. Sonra öyrəndim ki, mahnı Türkiyənin məşhur müğənnisi Yavuz Bingölün ifasında Türkiyədə çox sevilib. Ötən dəfə Balıkəsirdə şeir festivalı çərçivəsində təşkil olunan görüşlərin birində Özhan Eren bəylə tanış olduq.  Söhbət əsnasında bildim ki, illərdi dinlədiyim mahnının müəllifi Özhan bəy imiş. Mahnı isə çox ağrılı bir tarixə istinad edir. Birinci dünya savaşının getdiyi  1915-ci illər Türkiyə bir neçə cəbhədə döyüşərkən gedənlərin dönmədiyi, çoxunun taleyinin  bilinmədiyi acıları anladır. Hərbiyə aid daşımaların çoxu qatarlarla olduğundan insanlar stansiyalarda gecələyir, kimisi əsgər yola salır, kimisi dönən yaralı əsgərlərdən öz doğmalarının aqibətini öyrənməyə çalışır, iki sətirlik bir məktubun yolunu gözləyir.  

 

Gözüm yolda gönlüm darda

Ya kendin gel yada haber yolla

Gözüm yolda gönlüm darda

Ya kendin gel yada haber yolla

Duyarım yazmışsın iki satır mektup

Vermişsin trene halini unutup

Duyarım yazmışsın iki satır mektup

Vermişsin trene halini unutup

Kara tren gecikir belki hiç gelmez

Dağlarda salınır da derdimi bilmez

Dumanın savurur halimi görmez

Gam dolar yüreğim gözyaşım dinmez

Kara tren gecikir belki hiç gelmez

Dağlarda salınır da derdimi bilmez

Dumanın savurur halimi görmez

Gam dolar yüreğim gözyaşım dinmez

Yara bende derman sende

Ya kendin gel yada bana gel de

Yara bende derman sende

Ya kendin gel yada bana gel de

Duyarım yazmışsın iki satır mektup

Vermişsin trene halini unutup

Duyarım yazmışsın iki satır mektup

Vermişsin trene halini unutup

Kara tren gecikir belki hiç gelmez

Dağlarda salınır da derdimi bilmez

Dumanın savurur halimi görmez

Gam dolar yüreğim gözyaşım dinmez

Kara tren gecikir belki hiç gelmez

Dağlarda salınır da derdimi bilmez

Dumanın savurur halimi görmez

Gam dolar yüreğim gözyaşım dinmez

Kara tren gecikir belki hiç gelmez

Dağlarda salınır da derdimi bilmez

Dumanın savurur halimi görmez

Gam dolar yüreğim gözyaşım dinmez

Kara tren gecikir belki hiç gelmez

Dağlarda salınır da derdimi bilmez

Dumanın savurur halimi görmez

Gam dolar yüreğim gözyaşım dinmez.

 

Çox dəyərli, səmimi insan olan Özhan bəy Çanaqqala savaşından bəhs edən "Son məktub" filminin də ssenari müəllifi və rejissorudur.  Filmin 2015-ci ildə Azərbaycanda da təqdimatı olub.

Çərşənbə axşamı, 22 Noyabr 2022 12:30

"Erşan Kuneri"yə görə Cem Yılmazdan şikayət ediblər

 

Türkiyənin məşhur komediya oyunçusu Cem Yılmaz haqqında İstanbul Baş Prokurorluğuna şikayət daxil olub.

 

“Ədəbiyyat və incəsənət” lent.az-a istinadən xəbər verir ki, "Asılılığa və siqaretə yox!" dərnəyi bu il yayımlanan erotik, komediya serialı "Erşan Kuneri"də spirtli içkini və siqareti hədsiz təbliğ etdiyinə görə aktyordan şikayət edib.

 

Vəkil Ekrem Çatalkaya şikayət ərizəsində "Bir insanın bu qədər israrla bütün filmlərdə siqaret səhnələri qoyması düzgün deyil. Buna ancaq maddi fayda əldə etmək adını vermək olar", - o, bildirib.

Qeyd edək ki, həmin dərnək İstanbul Vergi İdarəsi Bildiriş və Şikayətlərin Qiymətləndirilməsi müdirliyinə ərizə ilə müraciət edərək, Cem Yılmaz haqqında araşdırma aparılmasını və hər hansı bir qanun pozuntusunun aşkar ediləcəyi təqdirdə prokurorluğa məlumat verilməsini istəyib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.