Super User

Super User

 

Sentyabrın 6-da Gənclər və İdman Nazirliyinin, Şüvəlandakı Xəzər Gənclər Evinin  təşkilatçılığı ilə yazıçı Varisin Xəzər rayonunun gəncləri ilə görüşü keçirilmişdir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şüvəlan, Mərdəkan və Buzovna qəsəbələrindən tədbirə qatılan gənclər 2 saat ərzində yazıçıdan ayrı-ayrı fərdlərin uğur yolunun, karyera yüksəlişinin sirlərini öyrənmiş, mütaliənin faydası, çağdaş dövrün ədəbiyyatı barədə maraqlı məlumatlar almışlar. Eyni zamanda onlar yazıçıya yaradıcılığı ilə bağlı suallar ünvanlamışlar. 

Maraqlı tədbir gənclərin özləri ilə gətirdikləri kitabları imzalatmaqla və Ailə fotosu çəkdirməklə sonuclanmışdır.

 

 

Bu gün Beynəlxalq Muğam Mərkəzində Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş caz konserti təqdim olunacaq.

 

Konsert proqramında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək. 

Həmçinin sentyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində məşhur yapon ifaçısı Yamamoto Kyoko “Dostluq ili” adlı konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, məşhur caz ifaçısı olan Yamamoto Kyoko Yaponiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin inkişafına töhfələr verib.

Çərşənbə, 07 Sentyabr 2022 13:30

Günün fotosu: Britaniyanın yeni Marqaret Tetçeri

Günün fotosu: Britaniyanın yeni Marqaret Tetçeri

 

Liz Trass Britaniya hökumətinə başçılıq etməyə hazırlaşır. Onu Britaniyanın yeni Marqaret Tetçeri adlandırırlar.

 

Foto: Euronews

Çərşənbə, 07 Sentyabr 2022 12:30

Burak Özçivitin serialında 2 yeni sima

 

Türkiyəli aktyor Gökhan Mumcunun yeni layihəsi bəlli olub. “Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, Gökhan Burak Özçivitin baş rolunu ifa etdiyi "Kuruluş Osman"da rol alacaq. 

 

Onunla birgə layihəyə qatılan digər bir sima isə Miray Akaydır.

Qeyd edək ki, Gökhan sonuncu dəfə "Eşkıya dünyaya hükümdar olmaz" serialında rol almışdı.

 

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən xəbər verir ki, aktyor serialın hər bölümü üçün 200 min, aylıq isə 800 min lirə (təxminən 74 min 840 manat) məvacib alacaq.

Yıldırım ekran işində "Ömər" obrazına həyat verəcək.

Çərşənbə, 07 Sentyabr 2022 10:30

Ən çox oxunan: Süni intellekt bədii film yaradacaq

 

Ölmədik, bu günü də gördük. Alman eksperimentator Fabian Ştelzer süni intellektdən (Sİ) istifadə edərək film yaradacaq. Müəllif gələcək "Duz" adlı filmindən bir səhnə təqdim edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı qazeta.ru-ya istinadən xəbər verir ki, müəllifin sözlərinə görə, film tamamilə neyron şəbəkələr dəsti ilə yaradılacaq. Bu şəbəkələr sayəsində görüntü və personajların səsləri, eləcə də xüsusi effektlər yaradılacaq. 

F.Ştelzer kino sahəsində yenilikçi olmaq niyyətindədir və süni intellektin onun ssenarisi üzrə tammetrajlı film yarada biləcəyinə inanır. 

Eksperimentatorun yaradacağı “Duz” layihəsi kosmonavtların qəribəliklərlə zəngin olan planetdəki sərgüzəştlərinə həsr olunacaq. Filmin davamı isə izləyicilərin özlərindən asılıdır. Müəllifin tapıntısına görə, tamaşaçılar ideyadan ilhamlanaraq neyron şəbəkələr üçün mətn təlimatlarını özləri tərtib edəcəklər.

Çərşənbə, 07 Sentyabr 2022 14:00

Hafiz Əhmədovdan “Varislərlə müsahibələr”

 

Jurnalist Hafiz Əhmədovun müəllifi olduğu "VARİSLƏRLƏ MÜSAHİBƏLƏR" kitabının birinci hissəsi işıq üzü görüb. Dünyanın harasında yaşamalarından aslı olmayaraq, Azərbaycanın tarixində mühüm yer tutan görkəmli şəxsiyyətlərin ailə üzvləri, varisləri ilə eksklüziv, tarixi müsahibələri, fotolarla birlikdə, ilk dəfə məhz bu kitabda yayımlanır. 

Kitab "Çapar" yayınlarına çap olunub. 

 

Hafiz Əhmədov yazır:

“Mən bir jurnalistəm, işim də başqalarına suallar verməkdir. Özümə verdiyim sual isə bu idi: "Görəsən, mənim başıma bir iş gələrsə bu qədər tarixi müsahibə, fotoların axı necə olacaq? Harada itib-batacaq?!" Bu sual məni çox narahat edirdi. Hörmətli Yusif İlhamoğlu bəy mənə zəng edib kitabla bağlı təklif edən zaman keçirdiyim hissləri heç vaxt unutmaram. Çünki, illərlə çəkdiyin əməyim, əziyyətim yerdə qalmayacaqdı. Bu müsahibələrin necə, hansı şəraitdə hazırlandığını isə bir mən, bir də Yaradan bilir...

Sonda isə bir məqamı da qeyd edim, sizə çoxları daş ata bilər. Çox əziyyətli olsa da siz həmin daşları bir yerə toplayın, üst-üstə qoyun, bir ev tikin, bir lampa da yandırın - işıq olsun.  

"VARİSLƏRLƏ MÜSAHİBƏLƏR" kitabı da məhz evlər, yanan işıqlardı. Bütün yollarımız aydın olsun...”

Çərşənbə, 07 Sentyabr 2022 15:00

Kitablar 80 faiz endirimlə satılacaq

 

Bilik Günü ərəfəsində – sentyabrın 9-dan 11-dək paytaxtın Nizami rayonundakı Heydər Əliyev adına parkda “Bilik” kitab sərgisi keçiriləcək.

 

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə məktəbli ləvazimatı, test topluları, çantalar, həmçinin bədii əsərlərin satışı olacaq.

Sərgidə iştirak edəcək 24 nəşriyyat və mağaza öz məhsullarına 80 faizədək endirimlər nəzərdə tutub.

Sərgi çərçivəsində həmçinin yazıçıların imza saatları, əyləncəli şou-proqramlar, şeir saatları, canlı musiqi, ustad dərsləri və s. tədbirlə təşkil olunacaq.

Çərşənbə, 07 Sentyabr 2022 13:00

“Can Cankaya” Bakıda çıxış edəcək

 

Sentyabrın 23-dən 30-dək Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcəyi barədə sizləri məlumatlandırmışdıq. 

 

Həmin festival çərçivəsində sentyabrın 24-də “Enerji Club”da Türkiyənin tanınmış “Can Cankaya” kvarteti çıxış edəcək.

Qrupun yaradıcısı Can Çankaya İstanbulun caz səhnəsində öz nəslinin aparıcı musiqiçilərindən biri sayılır. O, “Uilyam Paterson Universiteti”ndə magistr dərəcəsinə yüksəlib, Harold Mabern, Malqryu Miller və Ceyms Vaydman ilə fortepiano və ansambl üzrə təhsil alıb. Bu illər ərzində o, dünyaşöhrətli sənətçilərlə birgə müxtəlif beynəlxalq caz festivallarında səhnəni bölüşüb, çoxsaylı albomlar yazdırıb. “Can Çankaya” kvarteti Engin Recepogullari, Kagan Yıldız və Ferit Odman kimi İstanbulun ən çox sayılıb seçilən musiqiçilərinin görüş yeridir. Kvartet bu dəfə də orijinal və ənənəvi caz kompozisiyalarını ifa etməklə festivala rəng qatacaq.

Çərşənbə, 07 Sentyabr 2022 12:00

Bakıda “Kids Festival”ı təşkil olunacaq

 

Sentyabrın 10-11-də Bakıda Uşaq musiqi və incəsənət məktəblərinin Xalq çalğı alətləri şöbəsində ifa edən şagirdlərin iştirakı ilə “Kids Festival”ı keçiriləcək. Festival “Cultural Network House” (“Mədəniyyət Şəbəkələr Evi”) Assosiasiyası və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayevin rəhbərliyi ilə həyata keçirilən “Ustad dərsləri” layihəsi əsasında reallaşacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə istinadən xəbər verir ki, festivalda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin “Nağara” ansamblı, H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin “Saz” Ansamblı, Şüvəlan qəsəbə Mədəniyyət Evinin və Xətai rayon Mədəniyyət Mərkəzinin nəzdindəki “Səma” rəqs ansamblı iştirak edəcəklər.

Bundan əlavə, animasiya şousu, teatr tamaşaları, nağıl saatı, uşaqlar və böyüklər üçün ustad dərsləri də festival proqramına daxildir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.