
Super User
Günün fotosu: Fransa etiraz edir
Günün fotosu: Fransa etiraz edir
1.3 milyon fransız küçələrə çıxaraq Pensiya islahatlarına etiraz edir. Və xalqın qəzəbi hakimiyyəti geri çəkilməyə vadar edəcək.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
“Popun kralı” haqqında film çəkilir: Baş rolun ifaçısı açıqlandı
Amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi, “Popun kralı” adını qazanan Maykl Ceksonun həyatı barədə film çəkilir.
Əfsanəvi ifaçını bayopikdə bacısı oğlu Cəfər Cekson canlandıracaq.
Qazeta.ru xəbər verir ki, bu barədə filmin rejissoru olacaq Antuan Fukua özünün “Instagram” hesabında xəbər verib
Onun sözlərinə görə “Lionsgate” şirkəti ilə “Maykl” (“Michael”) adlı layihə üzərində işləyir.
Filmin prodüserləri isə Qrem Kinq, Con Brank və Con Makkleyn olacaqlar.
Ssenarini əvvəllər “Qladiator” və “Aviator” filmlərini hazırlayan Con Loqan yazıb.
Qeyd edək ki, 13 “Grammy” mükafatı qazanan Maykl Cekson 2009-cu ildə 50 yaşında vəfat edib.
Xatırladaq ki, dünya ulduzu haqqında olan film “CinemaPlus” kinoteatrlar şəbəkəsində də yayımlanacaq.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
Prezident gəncləri mükafatlandırdı
Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109‑cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2023-cü il Gənclər üçün Prezident mükafatları verilsin:
Axundova Ülviyyə Süleyman qızı
Əliyev Kamran Əbülfəz oğlu
Əliyeva Adilə Həbib qızı
Həşimov Orxan İlqar oğlu
Hüseynli Cabbar Rasim oğlu
İslamov Bəxtiyar Qabil oğlu
Məsimov Nicat Rafiq oğlu
Nağıyeva Mehriban Vidadi qızı
Zəkəryəzadə Tural Namiq oğlu
birgə fəaliyyətə görə:
Xəlilov Şahin İlqar oğlu
İmanzadə Günay Fikrət qızı.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2023-cü il
Uğur qazanmaq üçün lazım olan 15 keyfiyyət
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
Növbəti dəfə “Möhkəm ailəyə malik olmaq” barədə danışacağıq.
“Ədəbiyyat və incəsənət”
(02.02. 2023)
“Türkiyədə isti münasibətlər gördüm”
Gənc yazar Habil Yaşar yaradıcılığı ilə bağlı qardaş Türkiyədə bir çox tədbirlərə qatılıb, mükafatlandırılma məeasimlərində iştirak edib.
Yazar “Ədəbiyyat və incəsənət” portalına bildirib ki, İstanbul şəhərində ədəbi vəqflərdən biri tərəfindən "Günəş" mükafatına layiq görülüb. Tezliklə onu "Beyaz Tv" də izləyə biləcəksiniz, televiziya onunla bağlı süjet hazırlayıb. Eyni zamanda o, İzmir şəhərində "Yazsader"in törənində başqan Cemal Durmaz bəy tərəfindən "Edebiyyat onur ödülü” nə layiq görülüb. Bursa şəhərində isə "Fevki Ala Türk Müziği Korosu"nun başqanı Fatma Gündoğdu xanımım təşkilatçılığı ilə "Ördekli Kültür Mərkəzi”ndə yazarımızın oxucularla görüşü keçirilib.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
Bu gündən kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
Fevralın 2-dən etibarən bütün kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişi başlanacaq.
“Azərbaycanfilm” kinostudiyasının ictimaiyyətlə əlaqələr və marketinq şöbəsindən bildirilib ki, kinoalmanax 3 qısametrajlı filmdən ibarətdir.
Kinoalmanaxın tərkibindəki “Sizə məktub var...” filmi “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Məzahir Həşimov, əsas rolların ifaçıları Əli Əliyev və Dəniz Tacəddindir. Ekran əsərində öz sevgisini cəbhədəki əsgərdə axtaran gənc xanım, ən yaxın dostunu müharibəyə yola saldıqdan sonra hər şeydən xəbərdar olur. Amma artıq gecdir…
Digər “Arxa cəbhə” filmi Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” müsabiqəsi çərçivəsində çəkilib. “Karvan Production”ın istehsalı olan filmin rejissoru və ssenari müəllifi Gülay Babayeva, əsas rolların ifaçıları Kəmalə Piriyeva və Niyaz Qasımovdur. “Arxa cəbhə” adlı ekran əsərində ailəsini Bərdədə qoyub özü döyüşə gedən oğlan filmin əsas qəhrəmanıdır. O, vaxtaşırı arxa cəbhədə, Bərdədə qalan ailəsi ilə danışır. Bir gün bu danışığı bir bomba partlayışı pozur.
“Hasar” filmi də Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” müsabiqəsi çərçivəsində çəkilib. “Ultra Production”ın istehsalı olan filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, əsas rolların ifaçıları Vidadi Həsənov, Leyli Vəliyeva, Nurlan Süleymanlı və Əlibala Əsgərovdur. “Hasar” adlı ekran əsərində Birinci Qarabağ müharibəsində oğlunu itirən Elçin Qələbədən sonra doğma diyarına qayıdır və erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə çalışır. Lakin düşmənin kor olan oğlunun itməsi onun işlərinə mane olur.
Ümumilikdə Birinci, İkinci Qarabağ müharibələri və müharibədən sonrakı vəziyyəti əhatə edən kinoalmanax dram janrındadır.
Qeyd edək ki, filmin kinoteatr nümayişindən əldə edilən gəlir “YAŞAT” Fonduna ianə ediləcək.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
Sevgililər günündə Türkiyənin sevilən müğənnisi Ferhat Göçer Bakıda konsert verəcək
Qədəm qoyduğumuz Fevral ayı Bakıda gurultulu estrada proqramları ilə yadda qalacaq. O cümlədən Türkiyə ulduzu Ferhat Göçerin çıxışı ilə.
Fevralın 14-də - Sevgililər günündə Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin konserti təşkil olunacaq. YouTube platformasında milyonluq səddi çox erkən aşıb keçən,
ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan sevgi mahnıları ilə pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
Kukla Teatrının fevral repertuarı açıqlanıb
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı fevral ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb. Şəklə diqqət edin:
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
"Diskotekanı ölkəyə mən gətirmişəm, Dubts-dubts ritmi almaq üçün..." - Niyaməddin Musayev
Müğənni, Xalq artisti Niyaməddin Musayevin adı çəkiləndə hamının üzündə xoş təbəssüm oyanır. Haqqında lətifələr qoşulan sənətkarımız bu obrazda özünü heç də pərt hiss etmir, insanlara gülüş bəxş etmək də bir istedaddır.
Xalq artisti “Künc-bucaq" YouTube layihəsində qonaq olarkən yenə bizləri güldürüb. Bir nəzər yetirək:
-O zamanlar diskoteka anlayışı Azərbaycanda yox idi. "Udarnik" var, ona vururdular, amma musiqi düz gəlmirdi. "Dubts-dubts" ritmi almaq üçün həmin "udarnik"ə "poduşka" qoyur, min dənə iş görürdüm. Sadə ritmlər olmurdu. Diskotekanı, o ritmləri ölkəyə mən gətirmişəm. Yeniliklər var, amma o diskotekada da milli ruh olmalıdır. Milli ruh olmasa, o mahnı sevilməz, nə də onu başqa xalqlar qəbul edər. Necə şeirlərdə söz yığınağı var, musiqidə də eyni şey olacaq. Ona görə də alınmaz.
Və yaxud bu fikir:
-Aparıcılar hansı müğənnilərlə yaxınlıq edirlər, onları da tərifləyib, reklam edirlər. Həmin müğənnini böyüdüb, böyük sənət kimi qələmə verirlər. Baxırsan ki, qabiliyyəti də yoxdur. O aparıcılar mənim gətirdiyim janr haqda bir kəlmə də olsun danışmırlar. Elə bil içlərində paxıllıq, qısqanclıq var. Uğurlu insanam. Ulu öndər Heydər Əliyev tərəfindən qiymətləndirilmişəm. Özüm-özümə bu qiyməti verməmişəm. Onlar da bilməlidirlər ki, bu janrı yaradan Niyaməddin Musayevdir.
Və bu:
-Nəğmələrimi oxuyan aranjimançılar özlərindən müştəbehdirlər. Musiqimə elə notlar əlavə edirlər ki, tamam yad olur. O musiqi ilə bu musiqi tamam uzlaşmır. Musiqidə gətirdiyim stili, janrı və nəfəsi xarab edir. Müğənnilərin əksəriyyəti musiqini düz oxumurlar.
Sonda da bir gülümsəyən smaylik.
(Mətnin stenoqramı axşam.az-dan götürülmüşdür)
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)
Meyxana ustadları biznesmenin itinə meyxana deyiblər və qalmaqal yaşanıb
Ötən gün Bakıda şadlıq saraylarının birində meyxana ustadları itə meyxana deyiblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, saytlarımızın yerləşdirdiyi bu xəbər ən çox oxunan mədəniyyət xəbər kimi gündəmi zəbt edib.
İtə meyxana deyilməsi meyxana xridarlarının kəskin etirazına səbəb olub.
Hadisə meyxana ustası Mübariz Maştağalının ad günündə baş verib. Belə ki, Sadiq adlı biznesmen meyxana sifariş verib və itinin təriflənməsini istəyib.
Məclisdə iştirak edən meyxana ustadları - Ağamirzə, Mehman Əhmədli, Akif Arif, Mübariz Maştağalı sifarişi böyük həvəslə yerinə yetiriblər.
Biz sənəti niyə bunca ucuzlaşdırırıq? Yadımıza böyük Seyid Əzim Şirvaninin yüz illər öncə yazdığı misralar düşür:
İt deyil, o dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.
Bəli, biz dəyişmirik ki, dəyişmirik.
“Ədəbiyyat və incəsənət”
(02.02.2023)