
Super User
ABŞ-da ən populyar kitab janrlarının reytinqi
Janr (Genre [ˈʒɑːnrə]) - bədii ədəbiyyat müxtəlifliyinin seçim imkanlarıdır.
“Ədəbiyyat və incəsənət” portalı preply.com-a istinadən dünyada əhali nisbətinə görə ən çox kitab nəşr edilən və satılan ABŞ-da (bir ildə təxminən 750 milyon nüsxə kitab satılır) ən populyar kitab janrlarının reytinqini təqdim edir.
Adətən, kitablar Fiction [ˈfɪkʃn] – balletristika, bədii ədəbiyyat,
Non—fiction [nɒnˈfɪkʃ(ə)n] – elmi ədəbiyyat və sənədli roman, bir də
Light fiction [laɪt ˈfɪkʃn] – yüngül, “layt” oxunma janrlarına bölünürlər. ABŞ kitab bazarında daha çox elmi ədəbiyyat və sənədli romanlar oxunur. Bu janrların da hər birinin öz alt janrları var ki, reytinqimizi də bu alt janrlar təşkil edir:
1.Fantasy [ˈfæntəsi] – fantastika, fentezi;
2.Science-fiction [ˈsaɪəns ˈfɪkʃn] – elmi fantastika;
3. Battle and war [ ˈbætəl ˈænd ˈwɔːr ] - döyüş və müharibə;
4.Detective and crime [ dɪˈtek.tɪv ˈænd ˈkrɪmɪnəl ]- detektiv və kriminal;
5.Romance / Erotica [roʊmæns / ɪˈrɑːtɪkə] – sevgi romanları və erotika;
6.Career and motivation [ kəˈrɪər ˈænd ˌməʊtɪˈveɪʃən ] - karyera və motivasiya kitabları;
7.Business & Finance[ˈbɪznəs ənd ˈfaɪnæns] – biznes və maliyyə üzrə ədəbiyyat;
8.Chick lit [tʃɪk lɪt] – qadınlar üçün ədəbiyyat;
9.Thriller / Mystery [θrɪlər / ˈmɪstri] – triller və mistika;
10.Autobiography [ɔːtəbaɪˈɑːɡrəfi] – avtobioqrafik kitablar;
11.History [hɪst(ə)ri] – tarixi kitablar;
12.Satire [ˈsætaɪər] – satira;
13.Horror [ˈhɔːrər] – dəhşət;
14.Religious / Inspirational [rɪˈlɪdʒəs / ɪnspəˈreɪʃənl] – dini kitablar, ilhamgətirici kitablar;
15.Health / Medicine [helθ / ˈmedsn] – sağlamlıq barədə və tibbi kitablar;
16.Cook—books [ˈkʊkˌbʊks] – mətbəx kitabları;
17.Travel books [ˈtrævl ˈbʊks] – səyahətlər barədə kitablar;
18.Politics [ˈpɑːlətɪks] – siyasi ədəbiyyat;
19.Children’s books [ˈtʃɪldrən bʊks] – uşaqlar üçün kitablar;
20.Dictionary [ˈdɪkʃəneri] – lüğətlər;
21.Encyclopedia [ɪnˌsaɪkləˈpiːdiə] – ensiklopedik nəşrlər;
22.Series [ˈsɪriːz] – seriya kitabları;
23.Anthology [ænˈθɑːlədʒi] – antologiyalar.
və s.
Daha bir reytinq dövriyyədə olan kitabları oxuduqdan sonra oxucu əhvalının vəziyyəti üzrədir.
1.Thrilling [θrɪlɪŋ] – həyəcanlı;
2.Riveting [ˈrɪvɪtɪŋ] – alüdə edən, diqqəti cəlb eləyən;
3.Scary [ˈskeri] – qorxudan;
4.Gripping [ɡrɪpɪŋ] – çox təsirləndirən;
5.Easy to read [ˈiːzi tə riːd] – yüngül oxunan;
6.Absorbing [əbˈzɔːrbɪŋ] – cəlbedici.
7.Heartbreaking [ˈhɑːrtbreɪkɪŋ] – qəlbi parçalayan;
8.Action—packed [ˈækʃn ˈpækt] – bol təəssüratlı;
9.Predictable [prɪˈdɪktəbl] – sonu əvvəldən bəlli olan;
10.Boring [bɔːrɪŋ] – darıxdırıcı
11.Nonsensical [nɑːnˈsensɪkl] – mənasız;
12.Confusing [kənˈfjuːzɪŋ] – qatmaqarışıq;
13.Realistic [riːəˈlɪstɪk] – realistik
14.Erratic [ɪˈrætɪk] – qəribə, ardıcıl olmayan;
15.Complex [kəmˈpleks] – çətin qavranan;
16.Unpredictable [ʌnprɪˈdɪktəbl] – sonu təxmin edilməyən;
17.Brilliant [ˈbrɪliənt] – parlaq, möhtəşəm;
Və gördüyünüz kimi, parlaq, möhtəşəm, sonu təxmin edilməyən nəşrlərdən alınan təəssüratlar bu cür nəşrlərin defisit olmaları səbəbindən ən son yerlərdə qərarlaşıblar.
Təqdim etdi: Murad Yolçuyev
Şəkildə: Amerikanın ən məşhur və ən böyük kitab mağazası olan Nyu-York’s Strand bookstores
Ukraynalı aktyorlar ADMİU-nun tələbələri üçün master-klass keçirib
Kino
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Ukraynanın “Qara kvadrat” improvizasiya teatrının aktyorları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri ilə görüşüb.
Komitədən bildiriblər ki, görüşdə əvvəlcə Ukraynanın “Qara kvadrat” improvizasiya teatrı barədə məlumat verilib. Sonra teatrın aktyorları tələbələrlə səhnə qabiliyyəti və səhnə danışığı üzrə interaktiv master-klass keçirib.
Sonda ukraynalı aktyorlar jurnalist-yazar Elşad Eyvazlının Xocalı soyqırımına həsr olunmuş “Böyüməyən uşaqlar” əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşadan bir parça nümayiş etdiriblər.
“Bergen” filmi rekord sayda izləmə göstəricisi qazanıb
Türkiyə kinematoqrafiyasının yeni nailiyyəti olan və viziona martın 4-də girən “Bergen" filmi cəmi iki həftə ərzində 2 milyon 644 min 300 dəfə izlənilməklə mövcud rekordu qırmağa nail olub.
“Ədəbiyyat və incəsənət” portalı Türkiyə mediasına istinadən məlumat verir ki, “Bergen” bioqrafik və dram janrlı filmdir, müğənni Bergenin həyat hekayəsindən bəhs edilir. Filmin rejissoru Mehmet Binay və Caner Alperdir, ssenarisi Sema Kaygusuz və Yıldız Bayazıtə məxsusdur. Baş rolda Farah Zeynep Abdullah oynayır.
China Daily” qəzetində Bakıdakı Miniatür Kitab Muzeyi haqqında məqalə yayımlanıb
Çinin nüfuzlu ingilisdilli “China Daily” qəzeti Bakıdakı Miniatür Kitab Muzeyi haqqında məqalə yayıb.
AzərTAC-ın təqdim etdiyi “Bakı Miniatür Kitab Muzeyi “Ginnesin rekordlar kitabı” tərəfindən dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi tanınıb” adlı məqalədə gözəl sahili, palçıq vulkanları, keçmişin və müasirliyin qovuşduğu Azərbaycan paytaxtının turizm baxımından üstünlüklərindən söz açılıb. Bakının turistlər üçün maraq kəsb edən yerlərindən biri kimi 2002-ci ildə kolleksiyaçı Zərifə Salahovanın İçərişəhərdə yaratdığı muzeyin kitab fonunda təxminən 7 min miniatür nəşr var.
Bildirilib ki, muzeydə Azərbaycanda və xaricdə müxtəlif dövrlərdə nəşr olunmuş dini və mədəni, habelə ölkələr və şəhərlər haqqında maraqlı miniatür və mikro kitablar sərgilənir.
Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.
AzərTAC-ın “China Daily” qəzeti ilə informasiya mübadiləsi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq əlaqələri mövcuddur. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar, xalqımızın mədəni irsi haqqında AzərTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.
Mədəniyyət Nazirliyi 30 min manat mükafat fondu olan heykəltəraşlıq müsabiqəsi elan edir
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli 3096 nömrəli Sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilmişdir ki, bununla da bağlı Mədəniyyət Nazirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilir. Onlardan biri də heykəltəraşlıq müsabiqəsinin elan edilməsidir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malik Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltəraşlıq abidələrinin qorunmasıdır.
Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər aparılmaqdadır.
Müsabiqənin şərtləri:
Heykəltəraşlar tərəfindən Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltəraşlıq nümunələrinin tunc, mərmər və bürünc materialdan heykəllər hazırlanaraq Mədəniyyət Nazirliyə təqdim edilməlidir. Təqdim olunan heykəltəraşlıq nümunələrinin minimal 50 sm. olmaqla 1 metr hündürlüyünədək hazırlanması əsas şərtlərdən biridir.
Mükafatlar:
Birinci yer (1 nəfər) – I dərəcəli diplom və 8000 manat
İkinci yer (2 nəfər) – II dərəcəli diplom və 4000 manat
Üçüncü yer (3 nəfər) – III dərəcəli diplom və 3000 manat
Həvəsləndirici mükafat (10 nəfər) – 500 manat
Müsabiqənin müddəti:
Müsabiqə 15 mart - 15 iyun 2022-ci il tarixlərində keçiriləcəkdir.
İlkin mərhələ:
15.03.22– 15.06.22
– müsabiqənin elan edilməsi, rəssamların dəvət olunması, müsabiqə iştirakçıları tərəfindən heykəllərin işlənib hazırlanması, heykəllərin qəbulu
Əsas mərhələlər:
– heykəllərin nəzərdən keçirilməsi, iştirakçıların ilkin seçimi
– qalibin seçilməsi və elan edilməsi
– heykəlin təşkilat komitəsi tərəfindən qəbul edilməsi.
Müsabiqədə iştirakın şərtləri:
1. Müsabiqədə şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar yerli və xarici heykəltəraşlar iştirak edə bilərlər.
2. Namizədlər müsabiqədə iştirak etmək üçün təyin edilmiş nümunə üzrə ərizəni təqdim etməlidirlər. Ərizə bilavasitə namizəd tərəfindən doldurulur. Ərizənin bütün bəndlərinin doldurulması mütləqdir. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan heykəllər qəbul edilir.
3. Namizədlər tərəfindən təqdim olunmuş heykəllər üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müvafiq materialları müsabiqəyə göndərmiş şəxs daşıyır.
4. Müəllif ərizə vermək və nəzərdən keçirilməsi üçün heykəli təqdim etməklə (elektron şəkildə təqdim etmək də mümkündür) seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün heykəli Mədəniyyət Nazirliyinə (Bakı şəhəri, Hökümət Evi) təqdim etmək və ya elektron poçt vasitəsilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərmək lazımdır.
5. Müsabiqənin təşkilat komitəsi verilmiş heykəllər arasından yalnız bir qalib müəyyənləşdirir. Müsabiqə iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq; müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.
6. Heykəllərin təqdim edilməsi üçün son tarix: 15 iyun 2022-ci il.
7. Müsabiqənin mövzusu “Şuşa”.
8. Hekəlin materialı: tunc, mərmər və bürünc
Hər bir heykəl həm fərdi iştirakçı, həm də komanda tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən çox olmamalıdır.
Müsabiqəyə yekun vurulması:
Finalda iştirak edən heykəl nümunələri müsabiqənin populyarlaşdırılması və daha geniş tamaşaçı kütləsinə çatdırılması məqsədilə təşkilatçı tərəfindən KİV-də işıqlandırıla bilər. Bu halda heykəl layihəçilərinin müəllifliyi qorunub saxlanılır.
Və ən nəhayət: Doldurulmuş qeydiyyat forması 15 iyun 2022-ci il tarixinədək müsabiqənin təşkilat komitəsinə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına “Şuşa şəhərinə həsr olunmuş heykəlin hazırlanması üçün müsabiqə” başlığı ilə göndərilməlidir.
Əziz heykəltəraşlar, necə deyərlər, bu meydan, bu şeytan.
Şəkildə: Şuşada Xurşidbanu Natəvanın heykəli. Əminik ki, bu müsabiqə Şuşada ucaldıla biləcək abidələrin üzə çıxmasına şərait yaradacaq.
Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir
Bu saatlarda Nizami Kino Mərkəzində müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.
Vida mərasimində tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərhumun cənazəsi Nizami Kino Mərkəzinin matəmsayağı bəzədilmiş böyük səhnəsində postament üzərinə qoyulub.
Tabutun önünə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti adından əklil qoyulub.
Cənazənin ətrafına müxtəlif təşkilatlar adından da əklillər düzülüb.
Qeyd edək ki, mərhum birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Ən çox oxunan xəbər Türkmənistanda yeni prezidentin seçilməsi olub
Türkmənistanda növbədənkənar prezident seçkisinin nəticələri açıqlanıb. MSK-nın məlumatına görə, “olduqca demokratik və şəffaf keçirilən” seçkidə qalib Serdar Berdiməhəmmədov olub.
O, hazırkı dövlət başçısının oğlu, baş nazirin müavinidir.
Onun seçicilərin, demək olar ki, 73% -nin səsini toplaması gözlənilməz sayıla bilər. Belə ki, türkmən MSK-sı adətən 90 rəqəmi civarında hərəkət edir. Görünür, dünyada baş verən siyasi kataklizmlər pambıqla baş kəsmək siyasətində pambığın miqdarında dəyişiklik etmək kimi azacıq korrektələrə rəvac verib.
Ümumilikdə, respublikanın başçısı postuna doqquz namizədin iddia etməsi görüntüsü də pambığın qədərinin dəyişilməsinə dəlalət edir, ölkədə seçkiqabağı debat isə təbii ki aparılmayıb.
Ukrayna müharibəsi gündəmi zəbt elədiyi bir zamanda Türkmənistan seçkiləri barədə xəbər dünya mətbuatında ən çox tirajlanan xəbərlərdən olub.
Foto: Euronews
Günün fotosu: Taxıl böhranı təhlükəsi yaranıb
Günün fotosu: Taxıl böhranı təhlükəsi yaranıb
Ukraynada gedən müharibə və bununla əlaqədar tətbiq edilən antirusiya sanksiyaları qlobal miqyasda ərzaq təhlükəsizliyi üçün təhlükə yaradır. Bu barədə BMT-nin baş katibi Antoniu Quterriş bildirib.
Foto: Euronews
Rusiyada yarpaq tökümü: “Netflix” də ölkədən gedir
Ukraynaya qarşı işğalçı müharibə öz sözünü deyir. Sanksiyalar davam edir. “Netflix” və “Amazon Prime” da Rusiyadakı fəaliyyətini dayandırmağa hazırlaşır.
Bu məşhur film platformaları Ukraynada baş verənlərə etiraz əlaməti olaraq bu addımı atacaqlarını bildiriblər.
Qeyd edək ki, “Netflix” bu qərarı ilə Rusiyanın kino büdcəsinə ciddi təsir göstərəcəyini düşünür.
Mədəniyyət Nazirliyinin “Şuşa söhbətləri” layihəsinin təqdimatı olub
Martın 15-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və təşəbbüsü ilə reallaşan “Shusha talks” (“Şuşa söhbətləri”) adlı layihənin təqdimatı olub. Layihənin əsas məqsədi Qarabağın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdir.
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə çıxış edərək layihə haqqında məlumat verib.
Bildirib ki, layihə çərçivəsində ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, blogerlər və yaradıcı sənayenin nümayəndələrinin “Şuşa İli” ilə bağlı nazirliklə əməkdaşlığını genişləndirmək məqsədilə görüşlər keçiriləcək və fikir mübadiləsi aparılacaq.
Mədəniyyət naziri Anar Kərimov çıxış edərək deyib ki, "Şuşa söhbətləri" layihəsi "Şuşa ili"nə həsr edilib: “Bu gün biz önəmli bir layihəyə start veririk. Layihə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin "Şuşa İli" elan edilməsinə həsr olunub. Bütün tədbirlərimizdə Şuşanı ana xətt kimi təbliğ etməliyik. Bu il Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyi qeyd olunacaq. Şuşanın əhəmiyyəti təkcə onun tarixindən yox, həm də Azərbaycan mədəniyyətinin beşiyi olmasındadır. Nazirliyin bütün layihələrində Şuşanın əhəmiyyətinin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə təbliğ olunmağı vacibdir”.
Nazir vurğulayıb ki, Şuşa mədəniyyət paytaxtımız olaraq azadlığının ikinci ildönümünü yaşamaqdadır: “Bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandana, Ordumuza təşəkkür edirik. İstəyirik ki, Şuşa söhbətləri vasitəsilə Şuşanın dəyərini təbliğ edə bilək. “Şuşa söhbətləri” çərçivəsində biz müxtəlif insanları-jurnalistləri, blogerləri, tarixçiləri dəvət edəcəyik. Bu, bir başlanğıcdır. İlboyu belə müzakirələr keçirəcəyik. Layihənin uğurundan asılı olaraq növbəti illərdə də bunu davam etdirməyi düşünürük. Burada vətəndaş cəmiyyətinin iştirakı çox önəmlidir”.
A.Kərimov hər kəsi layihənin ictimai müzakirəsində fəal iştirak etməyə çağırıb. O qeyd edib ki, bundan sonra hər ay bu mövzuda görüşlər keçiriləcək.
Sonra “Şuşa söhbətləri” layihəsinin təqdimatı olub.
Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova çıxışında layihənin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Burada təcrübə də çox önəmlidir. Düşünürəm ki, görüləcək işlər çox peşəkar şəkildə təqdim olunacaq. Bu istiqamətdə görüləcək işləri həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq layihələrdə təqdim edə biləcəyik”.
Tanınmış fotoqraf Reza Deqati Şuşa ilə bağlı xatirələrindən danışıb. O, Şuşada fotoqrafiya məktəbi açmaq istədiyini bildirib: “Həm fotoqraf, həm memar, həm də tarixçi kimi çox maraqlıdır ki, necə olub Şuşada bu qədər ziyalılar yetişib. Bu cür yerlər dünyada azdır. Mən istəyirəm ki, Şuşada fotoqrafiya məktəbi yaradım, dünyanın müxtəlif ölkələrindən ora fotoqraflar gəlsin. Bu, fotofestival şəklində də ola bilər. Bilirsiniz, foto indi dünyanın ən birinci dilidir. Fotonun dili ilə bütün dünya ilə danışmaq olar”.
Tədbir müzakirə və çıxışlarla davam edib.
Qeyd edək ki, layihə çərçivəsindəki müzakirələrin Şuşada da keçirilməsi planlaşdırılır.