Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalı “Ən yaxşı şeirlər” rubrikasında bu dəfə sizə Cəlilabadda yaşayıb yaradan tanınmış şair 

Əlizadə Nurinin “Bu ömür bir qazan qardı” şeirini təqdim edir. 

 

Yoxdu bu qəmin yiyəsi,

Götür qoy gözün üstünə.

Sinəmdəki yaraları

Kim sərib duzun üstünə?

 

Səs deyil hər haray- həşir,

Canımız bir sevda nəşi.

Tuta bilmədik günəşi,

Yıxıldı tozun üstünə.

 

Yerdi əsən, yeldi əsən?

Axsaq imiş o tələsən.

Qələm yorulub deyəsən,

Əyilib sözün üstünə.

 

Qəfəs deyil, amma dardı,

Yer üzü damar-damardı...

Bu ömür bir qazan qardı-

Qoymuşuq közün üstünə...

Çərşənbə, 25 May 2022 11:00

Adilə Nəzərdən yeni kitab gəlir

 

“Həyat müqəddəs kitablardakı açar sözlərdədir. Yazarların yazdıqları kitablar isə açar sözlərin izahıdır, mənə görə. 

 

Kitab oxuyaq ki, həyatı öyrənək. Həm də hər yaşda” - deyən Adilə Nəzərin yeni kitabı işıq üzü görüb. 

Martın 26-da, saat 12-də AYB-nin Natəvan klubunda “Bir ovuc gün işığı” kitabı ədəbiyyatsevərlərə təqdim olunacaq. Kitabda vətənpərvərlik, türkçülük və sevgi mövzusunda, o cümlədən, Zəfər bayramı, Şəhidlər, Qazilər haqqında şeirlər yer alıb.

 

“Müasir İpək yolu” turizm marşrutunun inkişaf etdirilməsi ölkələrimiz arasında inkişaf etməkdə olan əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. 

 

AzərTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə deyib.

Agentlik sədri Azərbaycanda turizm sənayesinin özünü bərpa etməyə başladığını, ölkələrimiz arasında turizm əlaqələrinin inkişafı və turist mübadiləsinin artırılması üçün qarşılıqlı təbliğatın aparılmasının önəmini, ölkəmizdə gəlmə statistikasında türk dövlətlərinin payının çoxalmasına ümid etdiyini vurğulayıb.

O, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin tarixi köklərlə bir-birinə bağlılığı, ortaq tarix və mədəni irsə sahib olma kimi amillərlə yanaşı, coğrafi yaxınlıq, vizasız gediş-gəliş və birbaşa uçuşların olmasının turizm əlaqələrinin, eləcə də dostluq və qarşılıqlı anlaşma üzərində qurulan əməkdaşlığın inkişafına öz töhfəsini verdiyini bildirib.

O, həmçinin işğaldan azad edilmiş torpaqlarımızın böyük turizm potensialına malik olduğunu, bu ərazilərdə Azərbaycan hökuməti tərəfindən genişmiqyaslı quruculuq işləri aparıldığını, tezliklə Qarabağın regional turizm destinasiyasına çevriləcəyini və azad edilmiş ərazilərin bərpa olunması dövründə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələrin önəmini qeyd edib.

Tədbirdə çıxış edən TDT-in baş katibi Bağdad Amrayev göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək üzv ölkələr arasına əlaqələrin bütün müstəvilərdə inkişafının turizm sahəsinə də müsbət təsir etdiyini qeyd edib. O, Şamaxı şəhərinin 2022-ci il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə təbrik edib, bu təşəbbüsün davam etdirilməsinin üzv ölkələr arasında qarşılıqlı məlumatlılığın artırılmasına töhfə verəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, tədbirdə ölkələr arasında turizm üzrə müxtəlif sahələrdə, o cümlədən qış turizmi üzrə əməkdaşlıq, müştərək turizm məhsullarının yaradılması istiqamətində əməkdaşlıq kimi məsələlər ətrafında müzakirələr aparılır.

Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə Özbəkistanın Baş nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abduxakimov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev, Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşanquliyev, eləcə də təşkilatda müşahidəçi statusa malik Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi iştirak ediblər. 

Türkmənistan mədəniyyət nazirinin müavini Nursahet Şirimov isə tədbirə onlayn qoşulub.

Görüşdə “Türk dünyası turizm paytaxtı təşəbbüsü” ilə bağlı qaydaların təsdiqi və “Türk Dövlətləri Təşkilatının Turizm üzrə Yol Xəritəsi” sənədinin qəbul edilməsi planlaşdırılır.

Xəbər verdiyimiz kimi, Şamaxı şəhəri 2023-cü il üçün "Türk dünyasının turizm paytaxtı" seçilib, bu barədə qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mayın 24-də bu münasibətlə Şamaxıda ilk tədbir keçirilib. Bu, Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşüdür. 

Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə təşkilatın Baş katibi Bağdad Amreyev, Özbəkistanın Baş nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abduxakimov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev, Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşanquliyev, eləcə də təşkilatda müşahidəçi statusa malik Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi iştirak ediblər. Türkmənistan mədəniyyət nazirinin müavini Nursahet Şirimov isə tədbirə onlayn qoşulub.

Tədbiri açan Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev söyləyib ki, “Müasir İpək Yolu turizm marşrutunun inkişaf etdirilməsi ölkələrimiz arasında inkişaf etməkdə olan əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.”

Fuad Nağıyev Azərbaycanda turizm sənayenin artıq özünü bərpa etməyə başladığını, ölkələrimiz arasında turizm əlaqələrinin inkişafı və turist mübadiləsinin artırılması üçün qarşılıqlı təbliğatın aparılmasının önəmini, ölkəmizdə gəlmə statistikasında türk dövlətlərinin payının çoxalmasına ümid etdiyini vurğulayıb.

O, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin tarixi köklərlə bir-birinə bağlılığı, ortaq tarix və mədəni irsə sahib olma kimi amillərlə yanaşı, coğrafi yaxınlıq, vizasız gediş-gəliş və birbaşa uçuşların olmasının turizm əlaqələrinin, eləcə də dostluq və qarşılıqlı anlaşma üzərində qurulan əməkdaşlığın inkişafına öz töhfəsini verdiyini bildirib. 

Fuad Nağıyev “Müasir İpək Yolu” turizm marşrutu kimi müştərək turizm məhsullarının yaradılması istiqamətində işlərin intesivləşdirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin azad edilmiş torpaqların böyük turizm potensialına malik olduğunu, bu ərazilərdə Azərbaycan hökuməti tərəfindən genişmiqyaslı quruculuq işləri aparıldığını, tezliklə Qarabağın regional turizm destinasiyasına çevriləcəyini və azad edilmiş ərazilərin bərpa olunması dövründə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələrin önəmini qeyd edib. 

Görüşdə “Türk Dünyası Turizm Paytaxtı təşəbbüsü” ilə bağlı qaydaları təsdiq edilib və “Türk Dövlətləri Təşkilatının Turizm üzrə Yol Xəritəsi” sənədi qəbul edilib.

Tədbirdə çıxış edən təşkilatın Baş katibi Bağdad Amreyev göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək üzv ölkələr arasına əlaqələrin bütün müstəvilərdə inkişafının turizm sahəsinə də müsbət təsir etdiyini qeyd edib. O, Şamaxı şəhərinin 2023-cü il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilməsi münasibətilə təbrik edib, bu təşəbbüsün davam etdirilməsinin üzv ölkələr arasında qarşılıqlı məlumatlılığın artırılmasına töhfə verəcəyini diqqətə çatdırıb. 

Qeyd edək ki, tədbirdə ölkələr arasında turizm üzrə müxtəlif sahələrdə, o cümlədən qış turizmi üzrə əməkdaşlıq, müştərək turizm məhsullarının yaradılması istiqamətində əməkdaşlıq kimi məsələlər üzrə müzakirələr aparılıb.

Ədəbiyyatımıza adını qızıl hərflərlə yazdırmış Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir. 

 

Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü.

Bu gün Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhhətin anadan olmasının 148-ci ildönümü tamam olur.

Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyir.

İlk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş A.Səhhət sonralar da Azərbaycan dövrü mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edir. Onun şeiriyyətinin əsas mövzusu vətən idi.

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə xuda

Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə nanü-nəmək,

Vətəni, məncə, unutmaq nə demək ?!

Anadır hər kişiyə öz vətəni,

Bəsləyib sinəsi üstündə onu

-deyən şair vətən müqəddəsliyinin tərifini yazmışdır. Şeirin hər misrasında vətən məfhumunun insan həyatı üçün nə qədər vacib olduğu isbat olunur. Əgər vətən mövzusunda yazılan bütün şeirlər bir yerə toplanılsaydı, heç şübhəsiz ki, bu şeir onların şahı olardı.

1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görür. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur.

O, Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirir.

1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.

Şairin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. Türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövrü mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi.

Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.

Ruhu şad olsun!

Çərşənbə axşamı, 24 May 2022 13:30

Günün fotosu: Dünyada hazırda 100 milyon qaçqın var

Günün fotosu: Dünyada hazırda 100 milyon qaçqın var

 

Dünyada qaçqınların sayı 100 milyonu keçib. Bu qaçqın sayını 6 milyon nəfər artıran Ukraynanın hesabına başa gəlib. Bu tarixi

rekorddur.

Bu barədə BMT-nin Qaçqınların işi üzrə yucarı komissariatı məlumat yayıb.

Foto: Euronews

 

Davosda Dünya İqtisadi Forumunun birinci gününün əsas hadisələrindən biri Ukrayna Prezidenti Vladimir Zelenskinin virtual çıxışı olub. O, forum iştirakçılarını neft embarqosuna qədər Rusiyaya qarşı maksimum sanksiyalar tətbiq etməyə, bütün Rusiya banklarının bloklanmasına və Rusiya ilə ticarətin tamamilə dayandırılmasına çağırıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir. 

 

"İndi elə bir məqam yaranıb ki, dünyada kobud gücün hökm sürüb sürməyəcəyi aydınlaşır. Əgər hökm sürərsə, onda bizim düşüncələrimiz heç maraqlı da deyil. Və Davosda bizim daha toplanmağımıza da ehtiyac yoxdur. Niyə? Kobud güc onu dəf etmək istəyənləri fəth etməkdən başqa heç nəyə can atmır. Və o, diskuta salmır, dərhal öldürür. Rusiyanın Ukraynada indi biz burda sizinlə ünsiyyət qurarkən elədiyi kimi", - Zelensky deyib. 

O, Ukraynaya yardım etmiş bütün ölkələrə təşəkkür edərək bildirib ki, Qərb preventiv sanksiyalar tətbiq etmədən etdiyi səhvini nəzərə almalıdır və bu, onun fikrincə, müharibənin qarşısını ala bilərdi. Ukrayna prezidenti gələcəkdə reaksiya verməməyə, preventiv hərəkət etməyə, hər hansı təcavüzün qarşısını almaq üçün Yeni təsir vasitələri yaratmağa çağırıb:

"Ölümcül atışları gözləməyin. Rusiyanın kimyəvi, bioloji və ya Allah eləməsin, nüvə silahı tətbiq etməsini gözləməyin. Təcavüzkarda dünyanın kifayət qədər müqavimət göstərməyəcəyi təəssüratı yaratmayın. Azadlığı və normal, bütün dünya nizamı üçün faydalı olan stabilliyi dərhal maksimal şəkildə qoruyun".

Bu dəfə Davosda Rusiya Federasiyasının nümayəndələri yoxdur: Dünya İqtisadi Forumu Rusiya ilə münasibətləri və Rusiya iş adamları ilə strateji tərəfdaşlığı dondurub.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva TÜRKSOY-un yeni seçilmiş Baş katibi Sultan Rayevlə görüşüb.

 

Fonddan bildirilib ki, görüşdə iki qardaş təşkilat arasında mövcud tərəfdaşlığın daha da genişlənməsi və türk dünyasının zəngin mədəniyyətinin, tarixinin, irsinin təbliği yönündə birgə addımların atılması mövzusunda danışıqlar aparılıb. 

Görüşdə TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin əhəmiyyəti nəzərə alınaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKSOY-un birgə əməkdaşlığı çərçivəsində keçirilə biləcək mədəni tədbirlər barədə müzakirələr edilib.

Beynəlxalq Türk Əməkdaşlıq Təşkilatların rəhbərləri türk xalqlarının qədim maddi-mədəni dəyərlərinin bütün dünyada genişmiqyaslı tanıdılmasının vacibliyindən söz açaraq, bu istiqamətdə görülə biləcək işlərlə bağlı fikir mübadiləsi aparıblar.

 

Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir. 

 

Nazirlikdən bildirilib ki, layihənin "Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Mehmandarovların malikanə kompleksinə həsr olunub.

Şuşada yerləşən Mehmandarovların malikanə kompleksi Mehmandarovlar ailəsinə məxsusdur və Azərbaycanın tarix-memarlıq abidələrindən biridir.

Azərbaycan xanlıqlarının, o cümlədən, Qarabağ xanlığının idarəetmə sistemində bir çox mülki və hərbi vəzifələri yerinə yetirən Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanə kompleksi inşa olunub.

Şuşa şəhərində yerləşən Mehmandarovların malikanə kompleksinə böyük yaşayış evi, kiçik yaşayış evi və məscid daxildir. Həmçinin daha sonralar məscidə gedən yolun üstündə bulaq tikilib.

Mehmandarovların malikanə kompleksi ilk dəfə 1977-78-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılıb.

Mehmandarovların böyük yaşayış binası sovet dönəmində Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib.

19 may 1987-ci il tarixindən vaxtilə Mehmandarovlar ailəsinə məxsus olan yaşayış kompleksində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlayıb. 1992-ci ildə filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilib.

Müharibə dövründə Mehmandarovların malikanə kompleksinə də ciddi ziyan dəyib, dağıntılar törədilib. Mülkdə olan əksər tikililər yerlə-yeksan edilib. Mehmandarovların kiçik yaşayış binası isə ermənilər tərəfindən Şuşa Tarix Muzeyi kimi fəaliyyət göstərirdi. Kompleks ərazisindəki məscid isə ermənilər tərəfindən mənimsənilmiş və Geologiya Muzeyinə çevrilmişdi.

İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir.

Həyata keçirilən işlər çərçivəsində Mehmandarovların malikanə kompleksi də bərpa edilir.

 

Azərbaycan Bəstəkarlar İttifaqının konsert zalında UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, İttifaqın sədri, professor Firəngiz Əlizadənin yaradıcılığı ilə bağlı çəkilmiş sənədli filmin təqdimatı olub.

 

AzərTAC xəbər verir ki, sənədli filmdə bəstəkarın əsərlərinin məşhur, tanınmış orkestrlər, ifaçılar tərəfindən ifası, elm və incəsənət xadimlərinin Firəngiz xanım haqqında ürək sözləri öz əksini tapıb. 

Tədbirdə Firəngiz Əlizadə film haqda qısa da olsa fikirlərini bölüşüb. 

Bildirilib ki, filmdə istifadə olunmuş materiallar müxtəlif illərin yaradıcılıq məhsuludur. Tanınmış musiqi xadimləri - Habil Əliyevin, Arvo Pyatın, Mstislav Rostropoviçin, Qalina Mikeladzenin, İrina Şostakoviçin və bir çox elm xadimlərinin Firəngiz xanım haqda çıxışları filmə daxil edilib. 

Bəstəkarın film boyunca “Habilsayağı”, “Gitara üçün fantaziya”, “Muğamsayağı”, “Nağıllar”, “Dəniz”, “İthaf”, “Nasimi Passion”, “İntizar” əsərlərindən fraqmentlər təqdim olunub. Bu əsərlər Almaniya, İsveçrə, Paris, Portuqaliya, Argentina, Rusiya və digər ölkələrin konsert zallarında böyük təntənə ilə səslənib. 

Filmdə 2007-ci ildə bəstəkara UNESCO-nun “Sülh” artisti, 2019-cu ildə isə “Ağa Xan” mükafatlarının verilməsi anları da yer alıb. 

Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.