
Super User
Növbəti qonaq Xalq artisti Rasim Balayev olub
Bakı Şəhər Mədəniyyət Baş Təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Qonumuz var” layihəsinin yeni qonağı Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, görkəmli aktyor Rasim Balayev ilə görüşdü.
Baş İdarənin araşdırmasına görə “Ədəbiyyat və İncəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. tədbiri açıq elan edən Günay Firudinqızı Rasim Balayevin həyat fəaliyyəti və yaradıcılığı haqqında məlumat verib.
Daha sonra aktyorun oynadığı "Nəsimi", "Babək", "Dədə Qorqud", "Cavid ömrü və başqa filmlərdən fraqmentlər nümayiş olunub".
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər Mədəniyyət Baş direktoru İbrahim Əliyev, Xalq rəssamı Əşrəf Heybətov, rayon fəaliyyətini və sənətkar sevərlər iştirak edirlər.
Görüş zamanı Rasimayev aktyorluq peşəsinə qəlməyindən, milli kinematoqrafın hazırkı vəziyyətdən söz açıb, kinoda olan obrazlar, sevdiyi rollar haqqında danışıb və maraqlandıran suallara cavab verib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər Mədəniyyət Baş Sənətindən İbrahim Əliyev aktyorun söz açaraq, onun çəkildiyi filmlərin Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifəsinə yazıldığını hər şeylər.
Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılış mərasimi keçirilib
Dövlət Turizm Agentliyinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, həmçinin Vətən müharibəsi qaziləri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhidin nümunəvi xidmət dövründən, keçdiyi qəhrəmanlıq yolundan və şəhidlik zirvəsinə ucalmasından bəhs edilib.
Daha sonra Sərdar Səfərovun xatirə barelyefinin açılışı olub.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qurumun inzibati binasında tarixdə izini qoymuş Milli Qəhrəmanın barelyefinin olmasının kollektiv üçün qürurverici hadisə olduğunu bildirib. Fuad Nağıyev torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə məhz Sərdar Səfərov kimi qəhrəmanların nümunəsində milli ruhda formalaşmış şanlı Ordumuz tərəfindən azad olunmasını qeyd edib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Milli Qəhrəman Sərdar Səfərovu uşaqlıq illərindən tanıdığını bildirərək, onunla bağlı xatirələrini bölüşüb. Nazir müavini vaxtilə Milli Qəhrəmanın azadlığı uğrunda döyüşdüyü torpaqların indi azadlığa qovuşduğunu və onunla yanaşı, bütün şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıb.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Sərdar Səfərovun və onun döyüş yoldaşlarının müasir gənclərimizə örnək olduğunu, Vətən müharibəsində məhz bu cür igidlərimizin son damla qanlarınadək döyüşdüklərini diqqətə çatdırıb. O qeyd edib ki, məhz belə qəhrəmanlarımızın şücaəti və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi hesabına tarixi Azərbaycan torpaqları işğaldan azad olunub.
Tədbir zamanı şəhidin ailə üzvləri və yaxınları tərəfindən onun haqqında xatirələr yada salınıb.
Həmçinin diqqətə çatdırılıb ki, barelyefin qarşısındakı küçəyə 1994-cü ildə Sərdar Səfərovun adı verilib.
Sərdar Səfərov 1960-cı il avqustun 12-də Kəlbəcər rayonunda anadan olub. 1977-ci ildə burada məktəbi bitirdikdən sonra kolxozda işləyib. 1979-1981-ci illərdə hərbi xidmətdə olub. 1982-ci ildə Bakı Avtomobil Zavodunda əmək fəaliyyətinə başlayıb. Bir müddət burada çalışdıqdan sonra daxili işlər orqanlarında işləmək arzusu onu Rusiya Federasiyasının Tula vilayətinə aparıb. O, Zaoks rayonunda 3 il Daxili İşlər Şöbəsinin mühafizə bölməsində milis nəfəri kimi xidmət edib. Təhsilini davam etdirmək üçün xidmət etdiyi şöbədən keçmiş SSRİ DİN-in Kaunas Xüsusi Milis məktəbinə göndərilib. 1987-ci ildə təhsilini başa vuraraq öz iş yerinə qayıdıb. Nümunəvi milis işçisi kimi sahə müvəkkili vəzifəsinə təyin olunub. Sərdar Səfərov Azərbaycana qayıtdıqdan sonra 1991-ci ildən Qusar Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmətə başlayıb.
1991-ci il sentyabrın 25-də erməni silahlılarının Əsgəran rayonu ərazisində sərnişin avtobusuna hücumundan sonra köməyə gələn istintaq qrupunun tərkibində müstəntiq kimi çalışan baş leytenant Sərdar Səfərov da olub. Hadisə yerindən qayıdan istintaq qrupunun üzvləri Şuşa yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qalıblar. Sərdar Səfərov yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə mayor Sərdar Mədət oğlu Səfərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Milli Qəhrəmanın məzarı Kəlbəcər rayonundadır.
Xalq yazıçısı Çingiz Abdullayev: “Nə xoş ki, Dronqonu əcnəbi xanımlar da sevir”
VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş və imza saatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, böyük maraqla qarşılanan görüş zamanı Çingiz Abdullayev ölkəmizdə analoji kitab sərgilərinin keçirilməsinin böyük önəm kəsb etdiyini vurğulayıb.
O, yazdığı əsərlərindən, onların yaranma səbəbindən, kitabının qəhrəmanlarından və onları oxucuya sevdirən səbəblərdən danışıb. “Məndən dəfələrlə soruşurlar ki, siz Dronqonu kimdən yazmısınız? Mən həmişə istəmişəm ki, Azərbaycan qəhrəmanı yaradım. Düşünürdüm ki, bu qəhrəman elə olmalıdır ki, onu bütün dünya qəbul etsin”.
Xalq yazıçısı oxucuları arasında bir çox ölkələrin prezidentlərinin də olduğunu qeyd edib və yazıçı üçün bunun böyük ilham mənbəyi olduğunu söyləyib: “Bu, təbii ki, bir yazar üçün qürurvericidir. Mən Şuşada Şahmat turnirində olanda orada iştirak edən bir çox mötəbər, öncül insanlar mənim fəal oxucularım olduqlarını bildirirdilər. Bu da məni çox sevindirirdi”.
Görüş zamanı özbəkistanlı naşirlər Çingiz Abdullayevdən əsərlərini özbək dilinə çevirmək istədiklərini bildiriblər. Yazıçı qeyd edib ki, indiyədək əsərləri 32 dilə tərcümə olunub. Özbək dilinə tərcümə olunduqdan sonra onların sayı 33 olacaq. “Bu, məni hədsiz sevindirir. Rusiyada vaxtilə mənim əsərlərimin gələcək uğurlarına inanmayanlar bu gün kitablarımın fəal oxucularıdır. Mən həmişə bunu hamıya deyirəm, kitab bir möcüzədir və hamını kitab oxumağa səsləyirəm”,-deyə Xalq yazıçısı əlavə edib.
Daha çox sual yazıçının qəhrəmanı Dronqo barədə olub. Yazıçı Dronqoya əcnəbi xanımların da simpatiya bəsləmələrindən qürurlandığını bildirib.
Anar Kərimov BDU və ADMİU-nun 2021-2022-ci il kitabxanaçılıq üzrə məzunlarını işlə təmin edib
Oktyabrın 5-də VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində mədəniyyət naziri Anar Kərimov Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kitabxanaçılıq və informasiya ixtisası üzrə məzunları ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Bakı Ekspo Mərkəzində gerçəkləşən görüşdə çıxış edən nazir Anar Kərimov Mədəniyyət Nazirliyinin kitabxana sahəsi üzrə apardığı islahatlardan söz açıb. Bildirib ki, bu istiqamətdə prioritet məsələlərdən biri də müvafiq sahəni gənc və ixtisaslı kadrlarla təmin etməkdir: “Hazırda nazirliyin tabeliyində olan mərkəzləşdirilmiş kitabxana sistemlərində çalışan işçilərin 20 faizi ixtisaslı kadrlardır. Bu sahənin inkişafı üçün ən başlıca meyarlardan biri məhz peşəkar mütəxəssislərin cəlb olunmasıdır. Bu istiqamətdə həm şəffaflığı təmin etmək üçün, həm də müvafiq sahə üzrə əmək bazarında rəqabətin formalaşdırılması məqsədilə nazirliyin tabeliyində olan kitabxanalarda işəgötürmə prosesi artıq test və müsahibə mərhələsindən ibarət olmaqla imtahanla həyata keçiriləcək”.
Nazir qeyd edib ki, artıq imtahan prosesini tənzimləyən qaydalar da təsdiq olunub: “Sizlər bu prosesin ilk iştirakçılarısınız. Əminəm ki, qazandığınız nəzəri təcrübə, əldə etdiyiniz bilik və peşə hazırlığınız vasitəsilə ölkədə kitabxana sahəsinin inkişafına öz töhfələrinizi verəcəksiniz. Bəziləriniz karyeranıza regionlarda, bəziləriniz isə Bakı şəhərində başlamaq arzusunda olduğunuzu ifadə etmisiniz".
Anar Kərimov çıxışının sonunda məzunları təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı vurğulayıb ki, Azərbaycanda kitabxana sahəsinə diqqət və qayğının ənənələri var: “Ulu öndər Heydər Əliyev hər zaman kitabxana işinə, kitabxanaçı əməyinə yüksək qiymət verib. Bu ənənələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Mədəniyyət naziri Anar Kərimovun məzunlarla bugünkü görüşünü də bu ənənələrin davamı kimi yüksək qiymətləndiririk. Mən ilk dəfədir ki, bizim fakültənin məzunlarının nazir səviyyəsində qəbulunun şahidi oluram”.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov söyləyib ki, bu il BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 4 nəfər məzunu elm ocağında işlə təmin olunub.
Daha sonra çıxış edən Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib ki, hər iki universitet üzrə 178 nəfər 2021-2022 tədris ilinin məzunları arasından 20 nəfər işlə təmin olunmaq üçün seçilib. Seçilən gənclərin hər biri ilə fərdi qaydada müsahibə aparılıb.
Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
“Bir günah eyləmişəm, Min günaha batmışam”
“Ədəbiyyat və incəsənət” portalı “Poetik qiraət” rubrikasında sizə şair Əlizadə Nurinin “Kam almaq” şeirini təqdim edir.
Arzuların dizinə
Baş qoyaraq yatmışam.
Beş günlük bu həyatı
Beş şeirə satmışam.
Dünya burdaydı indi-
Görüm hara atmışam…
Ulduzlarla oynayıb,
Öz başımı qatmışam…
Özgəyə yalan deyib
Özümü aldatmışam…
Bir günah eyləmişəm,
Min günaha batmışam.
Çox da öyünmə, ay qəm
Səni mən yaratmışam.
…Məni çağıran ölüm,
Bir az da döz, çatmışam…
Nazir Anar Kərimovun Afrika ölkələrindən olan UNESCO üzrə milli komissiyaların baş katibləri və nümayəndələri ilə görüşü keçirilib
“Ədəbiyyat və İncəsənət” portalının xəbər verdiyi kimi, ADA Universiteti, universitetin İnkişaf və Diplomatiya İnstitutu və YUNESKO-nun Azərbaycan Respublikası Milli birləşmə təşkilatçılığı ilə sentyabrın 24-də təlim proqramı açıqlanıb.
Təlimə Afrikanın 14-cü ölkəsinin UNESCO üzrə milli komissiyalarının baş katibləri və yaradılması komissiyaları.
Oktyabrın 4-də Beynəlxalq Muğam Kərim Mədəniyyət Naziri Anar ovun Afrikadan olan UNESCO üzrə milli komissiyalarının baş katibləri və qurulması ilə müzakirə edildi.
UNESCO-nun ali əsası olan irqindən, cinsindən, dilindən və dinindən asılılıq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların fəaliyyətini inkişaf yolu ilə sülhün və təhlükəsizliyin təminatı prinsiplərinə Azərbaycanın öz töhfəsini verdiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ildə “Bakı Prosesi” qlobal platforması haqqında danışan Anar Kərimov ki, belə bir hərəkatın layihələri kimi çıxışın əsas səbəbi tarixən fərqli dini mənsubiyyəti olan milli-etnik qrupların, icmaların və ictimai mədəniyyətlə bağlı idi. .
Nazir kimi Mədəniyyət Nazirliyi inkişaf il irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4culture) beynəlxalq platforması haqqında məlumat verib, layihənin təhlükəsizliyini təmin edib.
Daha sonra çıxış edən ADA Universitetində ixtisasartırma proqramlarının aparıcısı Nərgiz İsmayılova təlim kursu haqqında danışıb. Söyləyib ki, proqramın əsas əsasını təşkil edən Afrika təşkilati ilə UNESCO-nun istehsal etdiyi əməkdaşlıq sayəsində regionda ölkəmizlə bağlı məlumatlılığın birləşməsi, işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri haqqında yeniliklərin çatdırılmasıdır.
Nərgizova təhsilin Azərbaycan və Afrika ilə bağlı YUNESKO milli əlaqələri arasında və iki məsələ ilə bağlı komissiyanın gücləndirilməsinə ümidvar olduğunu bildirib, təlimə göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkür edib.
Sonda qonaqlar Beynəlxalq Muğam Mərkəzi ilə tanış olublar.
Qeyd etmək lazımdır ki, oktyabrın 8-də başa çatacaq proqramın təqdimatında Azərbaycanın YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan məkanlarını ziyarət edəcəklər.
Beynəlxalq Kompensasiyası çərçivəsində çıxışa hazırlanıb
“Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyası” Azərbaycan Respublikasında mədəniyyət siyasətini həyata keçirir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, veb-portalda (https://www.culturalpolicies.net/2022/09/29/first-short-profile-of-azerbaijan/) araşdırma və hesabat-məruzə formatında hazırlanmış icmal mövzuları əhatə edir:
• mədəniyyət siyasətinin inkişafı fonu, mədəniyyət siyasəti sisteminin inkişafı, əsas xüsusiyyətləri və təşkilati quruluşu;
• mədəniyyət siyasəti sahəsində əsaslar, debatlar və perspektivlər, bu sahədə inkişaf;
• sektor və sahələr üzrə mədəniyyət müəssisələri;
• proseslərin gedişatına dair ölkəyə aid məlumatlar;
• milli və mədəniyyət hüququ, və bu kimi.
Məlumat üçün bildirək ki, Avropaya “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihə 1998-ci ildən bəri davam etdirilir və Avropa qırxı iki ölkə ilə yanaşı, bir sıra başqa təşkilatlar tərəfindən hazırlanmış milli çıxışlar və təhlillər tədbirləri veb-portalda araşdırılır. Azərbaycan tərəfi bu layihəyə 1999-cu ildə qoşularaq fəaliyyət göstərir. Layihənin təşkilati formatı Mədəniyyət dəyişdirildikdən sonra Azərbaycan Respublikasının Nazirliyi 2021-ci ildən nazir Anar Kərimovun Layihəsi ilə Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının tam-hüquqlu üzvlüyünə qəbul edildi (https://www.culturalpolicies.net/about/our-members/).
Mədəniyyət siyasəti sahəsində me və standartlara uyğun idarəetmə metodikası və monitorinq platforması olan Mədəniyyət Siyasəti və Təmayülləri Kompensasiyalar Assosiasiyasının qabaqcılologiyasına əsaslanan milli hesabatlar, təhlillər və statistik hesabatlar hal-hazırda bu sahə üzrə dünyanın ən təfsilatlı və yüksək səviyyəli əsas mənbələrini təşkil edir (https: //www.culturalpolicies.net/database/search-by-country/). Geniş beynəlxalq auditoriyaya hesablanmış Kompendium məlumat bazası mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycanda gedən maddi imkanlar haqqında obyektiv informasiyanı dünyanın siyasi, yaradıcı və intellektual işə çatdırmaq kimi enerji imkanları yaradır.
Anar Kərimov: Azərbaycan İstanbulda keçiriləcək kitab sərgisində fəxri qonaq kimi iştirak edəcək
“Azərbaycan ilin sonunda Türkiyənin İstanbul şəhərində keçiriləcək kitab sərgisində fəxri qonaq qismində iştirak edəcək.”
By sözləri mədəniyyət naziri Anar Kərimov 8-ci Beynəlxalq Kitab Sərgisində jurnalistlərə açıqlamasında deyib.
Nazir deyib ki, qardaş Türkiyə də ilk dəfə olaraq Azərbaycanda keçirilən beynəlxalq kitab sərgisində fəxri qonaq kimi iştirak edir: “Türkiyə sərgiyə 40-dan çox nəşriyyat, yazıçı və çox gözəl bir pavilyonla qatılıb. Bu, çox gözəl bir ənənədir. Bu ilin sonunda isə İstanbulda keçiriləcək kitab sərgisində Azərbaycan fəxri qonaq kimi dəvət olunub, biz də bu dəvəti məmnuniyyətlə qəbul etmişik. Həmin sərgidə fəxri qonaq kimi iştirak edəcəyik”.
Bakıda VIII Beynəlxalq Kitab Sərgisi açılıb
Oktyabrın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərgidə 10-dan çox ölkədən 60-dan artıq xarici təşkilat,118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.
Açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Baş nazirin müavini belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib: “Kitab insanın bilik, vərdişlər qazanmasında böyük yer tutur. İnsan nailiyyətlərinin hamısını kitabla əlaqələndirirlər. Kitabsız insan cəmiyyətinin inkişafını təsəvvür etmək olmaz. İndi kitab elektron aləmdə yaşamaq üçün rəqabət aparır. Azərbaycan dövləti, cəmiyyəti elmə böyük hörmətlə yanaşır. Bu gün Azərbaycan Respublikasının kitab çapı dövlətin diqqət mərkəzindədir”.
Vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə təşkil edilir.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb.
Bildirib ki, sərginin əsas məqsədinin cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.
Nazir qeyd edib ki, 15 illik tarixə malik, Bakı Beynəlxalq Kitab Sərgisi ölkəmizdə keçirilən müxtəlif sahələr üzrə beynəlxalq tədbirlər sırasında, cəmiyyət tərəfindən böyük maraqla qarşılanan və iştirakçı baxımından kütləviliyi ilə seçilən öncül festivallardan hesab olunur.
“Səkkizinci Bakı Kitab Sərgisinin digər əvvəlki illərdən fərqi onun daha geniş formada təşkil olmasındadır. Təbii ki, 7-ci Bakı Beynəlxalq Kitab Sərgisi kitab sənayesi sahəsində bir dönüş nöqtəsi olub. Artıq Azərbaycanda bu sahədə yeni dünya standartlarına cavab verən təcrübə formalaşdırılıb. Amma builki sərgimizin keçən ilkindən fərqi ondadır ki, bu il naşirlərin sayı , ümumiyyətlə kitab sənayesi subyektlərinin sayı keçən ilkindən demək olar ki, 30-40 faiz daha çoxdur. Bu il ilk dəfə olaraq, ölkəmizdə kitab sərgisində Türkiyə “fəxri qonaq” statusunda iştirak edir. “Şuşa İli”nə həsr olunan Bakı Beynəlxalq Kitab Sərgisində bütün konstruksiyalar, kitab məhsulları mədəniyyət paytaxtımızın simvolları ilə bəzədilib”,- deyə Anar Kərimov bildirib.
Anar Kərimov əlavə edib ki, builki sərgidə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat dəvət olunub. Ümumilikdə 110 –dan çox nəşriyyatın iştirakı gözlənilir. Türkiyədən və digər ölkələrdən kifayət qədər məşhur qonaqlar dəvət olunub: “Qonaqlar içərisində İlbər Ortaylı, Fatih Ərdoğan, Xasiyət Rüstəm kimi məşhur simalar var”.
Sərgi müddətində “Qarabağa kitabla gedək” aksiyasının davam edəcəyini bildirən Anar Kərimov qeyd edib ki, hazırda bu aksiya çərçivəsində işğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanalar üçün 93 min 212 nüsxə kitab toplanıb: “Təşkilat Komitəsi tərəfindən sərginin son günü “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” nominasiyaları üzrə qaliblər seçiləcək. Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımından ən yaxşı kitabın buraxılışını təmin edən naşir Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaq”.
Nazir çıxışının sonunda kitab bayramı münasibətilə bütün kitabsevərləri təbrik edib, sərgi iştirakçılarına uğurlar arzulayıb.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam qeyd edib ki, Türkiyə və Azərbaycan arasında dostluq münasibəti əbədi və sarsılmazdır: "Biz daim birlikdə istənilən sahədə tərəfdaşlıq mübadiləsi edirik. Türkiyədə də bu yaxın illər ərzində müxtəlif başlıqda xeyli sayda kitab işıq üzü görüb".
Kitab sərgilərinin keçmişlə bu günü, yazarla oxucuları eyni məkanda birləşdirdiyini vurğulayan nazir müavini sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar kitabın cəmiyyət həyatındakı rolundan danışıb. Söyləyib ki, kitab cəmiyyətin mərkəzində duran əsas anlayışlardan biridir, kitab mədəniyyətdir: “Kiçik yaşlarından uşaqlarda kitaba sevgi yaratmaq çox önəmlidir. Tədqiqatlar göstərir ki, balaca yaşlarından daha çox kitab oxuyanlar, həmçinin valideynləri daha çox kitab oxuyan uşaqlar gələcəkdə daha yüksək akademik nailiyyətlər əldə edirlər. Bu da bir daha kitabların mütaliə vasitəsi kimi həyatımızda nə qədər önəmli yer tutduğunu göstərir”.
Qeyd edilib ki, bu ilki sərgidə Türkiyədən 40, Rusiya, İran və Özbəkistanın hər birindən 4 nəşriyyat dəvət olunub. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik, eləcə də digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Beş gün ərzində müxtəlif formatda tədbirlər təşkil ediləcəyini bildirən natiqlər bildiriblər ki, sərginin “fəxri qonaq ölkəsi” Türkiyədir. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qardaş ölkənin mədəniyyətinin nümayişi məqsədilə sərgi salonunda və bir sıra mədəniyyət müəssisələrimizdə müxtəlif formatda silsilə tədbirlər də keçiriləcək. Eyni zamanda, Türkiyənin dünyaşöhrətli yazarları, tarixçiləri, elm adamları və aktyorları sərgidə iştirak edirlər.
Qeyd edək ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 9-dək davam edəcək.
“Solğun çiçəklər” tamaşası növbəti dəfə səhnədə
Oktyabrın 8-də Şuşa Dövlət Musiqili Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Sözügedən tamaşa teatrın rejissoru Lalə Şirinovanın quruluşunda hazırlanıb.
Dəfələrlə teatrlarımızın yaradıcı kollektivləri tərəfindən səhnəyə qoyulan “Solğun çiçəklər” əsəri Cəfər Cabbarlının istedadı və gərgin əməyi ilə milli dramaturgiyamıza yeni ovqat, forma, məzmun və yeni keyfiyyətlər gətirdiyini bir daha sübuta yetirir. Bütün bunlar görkəmli dramaturqun ailə-məişət mövzusunda yazdığı ilk sentimental melodramatik əsərində özünəməxsusluğu, ayrıca bir fərdə və insanlar arasındakı münasibətlərə xüsusi görmə bucağından yanaşmasını önə çəkir.
Qeyd edək ki, Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı olan Gülnisənin cinayətindən bəhs edir. Gülnisə Saranın atasını zəhərləməklə kifayətlənməyib onun bütün var dövlətini də ələ keçirmək istəyir. Bütün bu işlərin üstü açılmasın deyə Bəhramı Saradan ayırıb öz doğma qızıyla evləndirir. Nəticədə Sara vəfasızlığın qurbanı olur.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.