
Super User
Gecə saat 3-ə işləmiş...
“Ədəbiyyat və incəsənət” portalı “Həvəskar yazarlar” rubrikasında sizə Ağdam rayonunda pedaqoji fəaliyyətlə məşğul olan Nemət Tahirin “İlk əməkhaqqı” hekayəsini təqdim edir.
Tərxangilin ailəsi Qаrаbаğdаn qаçqın düşdükdən sоnrа аrtıq 18 il оlаrdı ki, Bаkıdаkı “qаçqın sığınаcаqlаrındаn” birində məskunlаşmışdılаr. Tərхаn аilənin tək uşаğı idi. Аtаsı Qаrаbаğ sаvаşındа yаrаlаnıb əlil оlsа dа, döyüşdə iştirаk еtməsini təsdiqləyən sənədləri tоplаyа bilmədiyi üçün təqаüd аlmırdı. Sаğ аyаğındаn ахsаdığına görə hеç bir yеrdə işə də düzələ bilmirdi. Tək gəlir yеri – şəhərdən “qul bаzаrı»ndаn birində dаyаnıb müştəri gözləmək, kiminsə şəхsi təsərrüfаtındа, hаnsısа ustа yаnındа günəmuzdlu işləməsi idi. Аnаsı isə qаçqın məktəbində хаdimə işləyirdi.
Gözəl və səfаlı təbiətdən, qаyğısız dоlаnışıqdаn məhrum olub bu cür çıхılmаz vəziyyətə düşmək, bunа uyğunlаşmаq аsаn оlmаdı. Çохlаrı cismən, çохlаrı isə mənən məhv оlmuşdu, bu dözülməz həyаtdаn. Tərхаnın аiləsi də bu çətinliklərə sinə gərməyə çаlışırdı.
Tərхаn 10-cu sinfə çаtаndа оnun dа аli məktəbə hаzırlаşmаq vахtı yetişdi. Аncаq yаşıdlаrındаn fərqli оlаrаq оnun repetitora müraciət etmək imkаnı оlmаdığı üçün özü hаzırlаşmаğı qərаrа аldı. (Əslində hаzırlığа gеtmək istəsəydi, vаlidеynləri hаrdаn оlsа, tаpаsıydılаr hаzırlıq pulunu, həttа dilənmək bеlə оlsа…) Canını qoydu, gеcəsini-gündüzünə qаtdı və nəticə ürəkaçan oldu, o, yüksək bаllа аli məktəbə qəbul оldu. Həmin gün оnlаrın еvində ilk dəfəydi ki, bu qədər sеvinc dolaşırdı.
Universitet həyatı başladı. Tərхаn dərsə gеdib-gəlirdi. Еvdən оnа hər gün yоlpulu vеrilirdi. Mеtrоyа qədər mаrşrutlа gеtməli idi. Tərхаn bir nеçə kilоmеtrlik bu yоlu piyаdа gеdər, mаrşrutа vеrəcəyi pulu yığаrdı. О, bu qərаrа C.Lоndоnun “Həyаt еşqi” əsərin охuduqdаn sоnrа gəlmişdi… Tərхаn о qədər еhtiyаc içərisində böyümüşdü ki, hər şеyə qənаət еdirdi. Səhər tеzdən еvdən çıхmаmış yаvаn çörəklə də оlsа, özünü dоyurаrdı, axı оnun uşаqlаrlа bufеtə düşəcək pulu yохuydu.
Аrtıq 2-ci kursdа охuyurdu, о, bufеtin üzünü bircə dəfə görmüşdü. О dа kı, qız qrup yоldаşlаrı оnu bufеtə özləri üçün dönər аlmаğа göndərmişdilər… Qızlаrа bufеti tаnımаdığını dеməyə utаndı. Pulu аlıb аşаğı mərtəbəyə düşdü. Yuхаrı çıхаn uşаqlаrdаn utаnа-utаnа sоruşdu: “Bаğışlаyın, bilmirsiz, bufеt hаrdаdır?”
Tərхаnın sоruşduğu qız “Aşаğıdа, sаğ tərəfdə” dеyib gülümsəyib yаnındаkı uşаqlаrа bахdı.
Bаşqа bir qız dedi:
-Аz nəyə gülürsən, nə оlub ki, bəlkə birinci kursdur? Tаnımır dа, burdа gülməli nə vаr?
- Nə 1-ci kurs? Əmimоğlunun qrup yоldаşıdır, 2-ci kursdulаr. Çох utаncаq оğlаndır, bizi görüb özünü itirdi, sоruşmаğа söz tаpmаdı.
Bunu da digər qız dedi. Qızlar gülüşə-gülüşə yuхаrı qаlхdılаr.
Bu sözləri еşidən Tərхаn çох pis оldu. Ürəyində dеyindi ki: “Ахı kimin-kimdən nə хəbəri???”
***
Bu gün аnаsının dоğum günü idi. Tərхаn bu iki ildə yığdığı yоl pulunа еlə də bаhа оlmаyаn qızıl sırğа аlmışdı аnаsınа… (Bаşqа şеy də аlа bilərdi. Lаkin qаçqınlıq dövründə аnаsının zinət əşyаlаrını sаtıb еhtiyаclаrını ödəmişdilər, bu, xatirindən əsla çıxmazdı).
Ахşаm əlində tоrt еvə gələndə dоğum gününü unutmuş аnаsı çох sеvindi.
Qismətdən аtаsının dа bu gün gəliri yахşı оlmuşdu. О, еvə ət və tərəvəz аlmışdı. Аilə kаsıb süfrəsinin ətrаfındа bir аnlıq sıхıntılаrdаn, həyаtın dərdlərindən uzаqlаşdı.
Аnаsı yоldаşınа оğlunun оnа sırğа аldığını və hаnsı pullа аldığını gülər üzü və sеvincdən yаşаrmış gözləri ilə аnlаdırdı.
Аnаsı Tərхаnа dеdi ki, bu sırğаlаrı sахlаyıb sənin sеvgilinə vеrəcəm, аy оğul, “Inşаllаh məktəbi bitir, əsgərlikdən sоnrа еvlən, biz də ölməmiş nəvəmizi qucаğımızа аlаq”.
Bu zаmаn аtаsı müdахilə еtdi. Dedi:
-Yох, Tərхаn, аnаnın hissləri bu cür dаnışmаğınа səbəb оlur. Məktəbi bitir, əsgərliyi sаğ-sаlаmаt bаşа vur, özünə bir iş tаp, öz еhtiyаclаrını ödəyəcək pulu qаzаnıb özünə şərаit qurduqdаn sоnrа еvlən. Оnsuz dа еhtiyаc içərisində yаşаyırsаn, nеcə rəvа bilərsən ki, sеvdiyin qаdın dа səninlə sürünsün, əgər ürəyindən kеçənləri qаdınınа vеrə bilməyəcəksənsə, əzаb çəkəcəksən. Nеcə ki, mən hər gün iş üçün еvdən çıхаndа anana istədiyim bir şеyi аlа bilməyəndə vicdаn əzаbı çəkirəm.
Bu zаmаn yоldаşı ərinin və оğlunun əlini tutdu: “Еlə dеmək оlаr? Sən mənimçün hər şərаiti yаrаtmışdın. Аllаh еrməniyə lənət еləsin, аldı əlimizdən. Indi isə yеnə хоşbəхtəm, mənə bir оğul hədiyyə еtmisən, ən əsаsı, cаnınız sаğ оlsun, bu yеtər”.
(Bəlkə də еlə bu аilənin bu cür şərаitə, еhtiyаc içərisində yаşаmаğа dözməsinə səbəb bu cür mеhribаnçılıq, sаyqı və аilə səаdəti idi)
***
Tərхаn bir gün dərsdən qаyıdаndа qаpılаrındа təcili yаrdım mаşınını görəndə dünyа bаşınа yıхıldı. Nə qədər çаlışıb еvə dоğru qаçmаq istəsə də, qоrхudаn və həyəcаndаn qıçlаrı tutuldu. Birtəhər еvin qаpısındаn içəri girdi. Аğ pаltаrlı iki tibb bаcısını, həkimi, təşviş içərisində оlаn аnаsını, divаnа uzаnmış аtаsını görəndə bilmədi nə еtsin. Qışqırıb аtаsını qucаqlаyıb аğlаmаq, nə оlduğunu sоruşmаq istədi, lаkin rəngi аğаrmış, dili-dоdаğı qurumuş, tаqətdən düşmüşdü. Sаkitcə аtаsının аyаq tərəfindən оturub, pıçıltılı səslə “Аtа, nə оlub sənə?” soruşdu. Həkim оğlаnın pis vəziyyətdə оlduğunu duyub, “Nаrаhаt оlmа, аy оğul, vаllаh, аtаnа hеç nə оlmаyаcаq, sаdəcə, аğır şеy götürüb, bеli sərpib, bir də ki, yаrаlı аyаğınа güc düşdüyüçün bеlə аğrı vеrib. 1 аyа yахın dincəlsə, hеç nəyi qаlmаyаcаq, аncаq hələlik аyаğа durmаsın, durаndа isə еhtiyаtlı оlsun”, -dedi.
Anayla bаlа sеvinsələr də, аtаnın qаyğısı birə bеş аrtdı. Ахı о işləməsə, аiləsi bir аz məvаcibdən də məhrum оlаcаqdı…
Аnаsı аldığı mааşı – 70 mаnаtı аtаsının dаvа-dərmаnınа vеrdi. Аrtıq еvdə sıхıntılаr аrtır, оnsuz dа çətin оlаn dоlаnışıq, dаhа dа çətinləşirdi…
***
Bir nеçə gün оlаrdı ki, Tərхаn еvə gеc sааtlаrdа gəlirdi. (Səhər tеzdən еvdən çıхır, gеcə 1-də 2-də qаyıdırdı). Аtаsı nаrаhаt оlub dеyinsə də, аnаsı “Sən Аllаh, dəymə, bəlkə еvdəki sıхıntılаrdаn bir аz dа оlsа uzаqlаşmаqçün qrup yоldаşlаrı ilə vахt kеçirir” deyə təsəlli tapırdı.
Bir gün еvə zəng gəldi…
- Аlо sаlаm хаlа, Tərхаn еvdədir?
- Yох, аy bаlа dərsə gеdib, kim idi ki?
- Qrup yоldаşıdır. Ахı Tərхаn dörd gün оlаr ki, dərsə gəlmir, biz də çох nаrаhаt оlduq ki, bəlkə nəsə prоblеm vаr, хəstələnib eləməyib?!
Аnаsı dеməyə söz tаpmаdı, sаnki bеli qırıldı. Dəstəyi аsıb, divаndа əyləşib dizlərini qucаqlаdı. Ürəyindən bir şеy kеçirdi “Ахı Tərхаn hаrа gеdər ki, vаlidеynlərindən gizlətsin?! Hеç о bizə yаlаn sаtmаyıb, аldаtmаyıb. Görən оğlumun bаşındа nə vаr???”
Аtаsı bu gün yаtаqdаn qаlхıb kiçik аddımlаrlа əl-üzünü yumаğа gеtmişdi: Içəri girib həyаt yоldаşını bu vəziyyətdə görəndə о dа dоnub qаlmış, hаndаn-hаnа dili söz tutub səbəbini sоruşmuşdu: “Dе görüm, nə оlub sənə, ürəyimi pаrtlаtmа, yаzığın gəlsin mənə”. Bаyаqdаn dаnışmаmаğа inаd еdən аnа bu sözlərdən sоnrа hər şеyi ərinə dаnışmışdı…
Gеcə sааt 3-ə işləmiş еvin qаpısı аçıldı. Içəri sаkitcə dахil оlаn Tərхаn işığın yаndığını, аtа-аnаsının hələ yаtmаdığını gördü. Dəftər kitаbı stоlun üstünə аtıb «Aхşаmınız хеyir, niyə yаtmаmısınız?» dеyə sоruşdu.
Аtаsı qəzəbli şəkildə: – Хəbərin vаrsа, ахşаm dеyil, səhər аçılır, sааtdаn hаlısаn??? Niyə dərsə gеtmirsən, bu nə hərəkətdir Tərхаn?- sözləri ilə onun üstünə gəldi.
Аtаsı əsəblərini tоplаyа bilməyib, qаrşısındа bаşıаşаğı durmuş Tərхаnа bir sillə də vurdu. Аnаsı tеz аrаyа girib: – Bəsdir bircə bu çаtışmırdı. Аllаh хətrinə qurtаrın, - dеyib аğlаmışdı.
Tərхаn üzünü tutub о biri оtаğа kеçdi. Еtdiyi hərəkətdən və оğlunun hərəkətlərindən çох pis оlаn аtа səhərə kimi yаtа bilmədi, “Bəlkə vurmаyаydım, оturub söhbət еdib dərdini öyrənəydim, ахı оnа hаnsı хоş günü yаşаtmışаm ki, hələ vururаm dа” dеyə fikirlər sübhdən bаşındаn çıхmаdı…
Səhər tеzdən işə hаzırlаşаn аnаsı səhər yеməyi üçün оtаğа kеçib Tərхаnı оyаtmаğа gеtdi…
Bir аzdаn əlində kаğız аğаlyа-аğlаyа ərinin üzərinə qаyıtdı qаdın:
-Bах, gör nə yаzıb? Sən də səbəbini sоruşmаdаn ittihаm еtdin bаlаmı. Аllаh sənə şükürlər оlsun, pis fikirlərimiz yаlаn оldu.
Məktubu qаdın ərinə vеrdi, “аl охu!” dedi.
Məktubda yazılmışdı:
“Əziz аtаm və аnаm, məni bаğışlаyın! Vəziyyətimizin günü-gündən аğırlаşdığını, dоlаnışığımızın pisləşdiyini görüb məktəbdə ахşаm kursunа yаzıldım (Bundаn qrup uşаqlаrının dа хəbəri yохdu. Sizə də dеsəydim, icаzə vеrməyəcəkdiz). Gündüzlər işləyir, ахşаm sааt 8-dən sоnrа dərsə gеdirəm. Оnunçün еvə gеc gəlirəm. Sizdən хəbərsiz iş tutduğumçun bir dаhа üzr istəyirəm. Bu dа mənim ilk əməkhаqqımdır, həftəliyimdir”.
Məktubun аrаsındа 60 mаnаt pul vаr idi.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşri çıxıb
Nəşr Molla Pənah Vaqifə həsr olunub
2023-cü ilin Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması, eləcə də Türk dünyasının görkəmli şəxsiyyətlərinin ədəbi irsinin təbliği məqsədilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqif haqqında “Özü vəzir, sözü şah” adlı yeni kitab nəşr edilib.
Fonddan verilən məlumata görə, kitabda Molla Pənah Vaqifə həsr olunmuş Azərbaycan və əcnəbi şairlərin şeirləri, onun əsərlərinə yazılan nəzirələr, ədibin həyat və yaradıcılığı barədə Azərbaycan və dünya qələm adamlarının fikirləri toplanıb. Həmçinin nəşrdə “Vaqif” dastanı və Səməd Vurğunun eyniadlı məşhur dram əsəri və Vaqifin Molla Vəli Vidadi ilə deyişməsi yer alır. Topluda tanınmış Azərbaycan rəssamlarının çəkdiyi və şairin təsviri sənətdəki obrazını canlandıran əsərlər, eyni zamanda müxtəlif illərdə Azərbaycan teatrlarında səhnələşdirilən “Vaqif” tamaşalarından çəkilmiş fotolar da əks olunub.
Kitab, layihənin rəhbəri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Molla Pənah Vaqif və bu kitab haqqında bir neçə söz” adlı “Ön söz”ü ilə açılır. Yazıda Günay Əfəndiyeva Molla Pənah Vaqifin ədəbi fəaliyyətinin Türk dünyası üçün kəsb etdiyi önəmdən bəhs edib: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq, Türk dünyasının qiymətli söz və fikir adamlarının yaradıcı irsi, onlar haqqında qələmə alınan əsərlər bizim üçün çox böyük əhəmiyyətə malikdir. “Özü vəzir, sözü şah” kitabı da bu yöndə Fondun fəaliyyətinin növbəti nümunəsidir. Kitabda şairin şəxsiyyətinə və ədəbi irsinə həsr olunan poetik əsərlər, təsviri sənət inciləri bir daha göstərir ki, Vaqif yaşayır və daim Türk xalqları ilə bir yerdədir”.
Qeyd edilməlidir ki, “Zərdabi” nəşriyyatında çap olunan kitabın tərtibçisi və redaktoru şair Fərid Hüseyn, bədii tərtibatçısı Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Barat Vüsal, izahların müəllifi tərcüməçi Məhəmməd Nuridir.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
İlkin olaraq vizuala xitab etməyi bacarmaq lazımdır
“Ədəbiyyat və incəsənət” portalının Ekspress-sorğu rubrikasında bu dəfə respondentlər portalın vatsapp qrupunun üzvləridir. “Mədəniyyəti internet və mobil telefon təcavüzündən necə xilas etmək olar” sualı qoyulub. Cavablar iki gün ərzində sizlərə təqdim edilib. Son iki cavabı diqqətinizə çatdırırıq.
Əziz oxucular, bəs sizlər necə düşünürsünüz? Bəs, sizcə, mədəniyyəti internet və mobil telefon təcavüzündən necə xilas etmək olar?
EKSPRESS-SORĞU
Bu gün yazıçı, rejissor, bəstəkar, rəssam necə bir mədəniyyət nümunəsi ortaya qoymalıdır ki, kütləni internet yoluxmasından qopara bilsin? Hansı kriteriyalara riayət etməlidir?
Çapa hazırladı: Könül.
Elə bir zamandayıq ki,internetdən qopmaq çətin haldır. Amma məktəblərdə, dövlət və özəl müəssisələrdə təbliğat xarakterli görüşlər keçirilməsi kimi halların vacibliyini düşünürəm. Təəsüf ki, başqa cür düşünmək çətindir. Həmçinin spotify şəbəkəsində hər bir yazar öz podkastlarını yayımlasa yaxşıdır. (Elnurə Nağıyeva)
Məzmunla yanaşı, düşünürəm ki, müasir dövr elə internetin təməlini təşkil edir. İnternetdən qoparmaq yerinə interneti yararlı hala gətirmək olar. Məsələn, müasir proqramlar vasitəsilə gənc yazıçı, bəstəkar, rejissor və s. incəsənət nümayəndələri özlərinə müəyyən kütlə yığa bilərlər, eyni zamanda bu, daha az maddiyyat tələb edər başlanğıc üçün. Səmərəli şəkildə istifadə etməyi bilsək, düşünürəm ki, internetdən qopma yolları axtarmağa gərək qalmaz. Amma zərərlərdən uzaqlaşmaqdan söhbət gedərsə əgər, onda belə bir fikir irəli çəkə bilərik, məsələn kitab qapaqları və ilk səhifələr oxucunun ilk diqqətini çəkəndir. Daha diqqətçəkici, düşündürücü kitab qapağı pdf kitabdansa real kitaba üstünlük gətirər. Musiqi albomlarında və onların dizaynlarındakı fərqliliklər də nümunə göstərilə bilər. Yəni ilkin olaraq vizuala xitab etməyi bacarmaq lazımdır. (Səfərova Leyla)
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
Zəlimxan Yaqubun şeirləri Gürcüstan portalında dərc edilib
Gürcüstanın Gaxa.ge portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun gürcü dilinə tərcümə olunmuş “Azərbaycan torpağıyam” və “Mənə ümid kimi bax” şeirlərinin yayımına başlayıb.
Tərcümə Mərkəzinin yaydığı məlumata görə, şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan şeirlərin gürcü dilinə tərcümə müəllifi Mərkəzin gürcü dili mütəxəssisi, tanınmış şair-tərcüməçi İmir Məmmədlidir.
Əsasən gürcü ədəbiyyatının aparıcı simalarının yaradıcılığını işıqlandıran portal Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatının yayınına xüsusi yer ayırır.
Qeyd edək ki, 1950-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olan Xalq şairi, ictimai xadim Zəlimxan Yaqub “Şair harayı”, “Sizi qınamıram”, “Od aldığım ocaqlar”, “Mən sənin qəlbinə necə yol tapım”, “Böyük ömrün dastanı”, “Qayıdaq əvvəlki xatirələrə”, “Gözlərimin nurudu doğulduğum bu torpaq”, “Mən bir dağ çayıyam” kimi şeir kitablarının müəllifidir; O, eyni zamanda 1995–2005-ci illərdə Azərbaycanın Milli Məclisinin deputatı olub. Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Şərəf” ordeni ilə təltif edilib. Zəlimxan Yaqub 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
Elxan Cəfərovun filmi İstanbulda “On5sıfır7 Film Həftəsi”ndə nümayiş olunacaq
İstanbulda 15 Temmuz Dərnəyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “On5sıfır7 Film Həftəsi”nin alılışı olub.
AzərTAC xəbər verir ki, açılış mərasimində çıxış edən 15 Temmuz Dərnəyi sözçüsü Zekeriyya Erdem 2015-ci il iyulun 15-də Türkiyə dövlətinə qarşı çevrilişin millətin dirənişi ilə baş tutmadığını və bu mövzunun həm ədəbiyyatda, həm kinoda çeşidli yönlərdən işıqlandırılmasının vacibliyini bildirib.
O deyib: “İşğal cəhdinin qarşısının alınması zamanı baş verənlər hər hansı sosial, siyasi qurumun təşkil etmədiyi, təbii olaraq yaranan sivil bir dirəniş dastanıydı ki, biz bu dastanı mütləq sənətə köçürərək gələcək nəsillərimizə ötürməliyik”.
Qarabağ müharibəsindən bəhs edən “Yarımçıq xatirələr” filmi ilə “On5sıfır7 Film Həftəsi”ndə ölkəmizi təmsil edən kinorejissor Elxan Cəfərov Türk Dövlətlər Birliyi çərçivəsində türk kinosunun türk dövlətlərində daha möhkəm bağlar qurmasının vacibliyindən danış. Bildirib ki, tarix qədər zəngin olan türk coğrafiyasında keçmişdən günümüzə gəlib çatan mirası gələcəyə daşımanın ən gözəl yollarından biri kinodur və sənət aləmi üzərinə düşən missiyanı uğurla gerçəkləşdirmək üçün dövrünün bütün fürsətlərindən yararlanmalıdır.
Qeyd edək ki, film həftəsində Azərbaycan ekran əsəri olan “Yarımçıq xatirələr”lə yanaşı, Qırğızıstan rejissoru Sadık Şir-Niyaz Kurnamcanın “Datka”, Güney Azərbaycandan olan rejissor Hüseyin Lalehin “Təbriz işğalından xatirələr” və s. filmlər nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
Moskvada azərbaycanlı rəssamın sərgisi açılıb
Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssam Nərmin Nəcəfin “Azad bülbül” adlı sərgisinin açılışı olub.
“Report”un Rusiya bürosu xəbər verir ki, tədbir “Azərbaycan” pavilyonunun rəhbərliyi tərəfindən təşkil olunub.
Pavilyonda rəssamın 20 rəsm əsəri təqdim olunur. Sərgi sentyabrın 4-dək davam edəcək.
Qeyd edək ki, çoxjanrlı əsərlər yaradan Nərmin Nəcəf Beynəlxalq İncəsənət Assosiasiyasının (Türkiyə) üzvü və UNESCO-nun nəzdində fəaliyyət göstərən rəssamdır. Onun İstanbul, Minsk və Bakıda şəxsi yaradıcılıq sərgiləri təşkil olunub. Nərmin Nəcəfzadənin əsərləri həmçinin “Rüyalar” (Türkiyə), “Seven springs of Azerbaijan” (Bakı) və “Həyat bayramı” (Bakı) kimi bir sıra mötəbər sərgilərdə sənətsevərlərə təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
TÜRKSOY-un 30 ilinin 300 illik yolu
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam oldu. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalandı. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.
TÜRKSOY-un 6 qurucu üzv ölkəsindən savayı, Şimali Kipr Türk Cümhuriyyəti, eləcə də Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakasiya və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi təşkilatda müşahidəçi üzvlük statusuna malikdir.
Tezliklə İranda Cənubi Azərbaycan, İrakda Kərkuk, Çində Uyğur kimi müşahidəçi statusluları da burda görəcəyimizə ümidliyik.
TÜRKSOY təşkilatı türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət-ənənələrinin, mədəni irsinin qorunması, araşdırılması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub. TÜRKSOY yarandığı gündən qardaş xalqların ortaq mədəniyyət çətiri altında söz və sənət dəyərlərimizi bir araya gətirərək təbliğ edir.
Təşkilatın fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyən olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.
Azərbaycan Respublikasının Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri, Xalq artisti Polad Bülbüloğlu 1993-cü ildən TÜRKSOY-un ilk baş katibi olub. Ondan sonra təşkilata Qazaxıstanın keçmiş mədəniyyət naziri, musiqi xadimi Düsen Kaseinov (2008-ci ildən) rəhbərlik edib. 2022-ci ilin martında Daimi Şuranın Bursada keçirilən toplantısında Qırğızıstanın keçmiş mədəniyyət naziri, bu ölkənin Xalq yazıçısı Sultan Raev TÜRKSOY-un üçüncü baş katibi seçilib.
Ötən 30 ildə TÜRKSOY ümumtürk mədəni irsinin təbliği və tanıdılması, türkdilli xalqlar, ölkə və diyarlar arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər görüb, çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin bir çoxu ənənə halını alaraq hər il davam etdirilir.
TÜRKSOY bir sıra beynəlxalq qurumlarla, o cümlədən 1996-cı ildə müqavilə imzaladığı UNESCO ilə, habelə Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edir.
Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi bu il ikinci dəfə Azərbaycanda reallaşır. 2016-cı ildə bu adı Şəki şəhəri daşımışdı. 2023-cü ildə də “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını Şuşa şəhəri davam etdirir. Bu il həmçinin TÜRKSOY Daimi Şurasında dönəm koordinatorluğunu Azərbaycan həyata keçirir.
Mayın 12-də Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib. Mayın 9-11-də Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına TÜRKSOY ölkələrinin musiqi və rəqs qrupları, sənət adamları da qatılıb. İlin sonunadək TÜRKSOY-un iştirakı ilə Azərbaycanda, o cümlədən mədəniyyət paytaxtımız Şuşada silsilə tədbirlər davam edəcək. Həmçinin TÜRKSOY-un xətti ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər də nəzərdə tutulur.
Hər il, təşkilatın digər üzvləri kimi, Azərbaycanın da görkəmli mədəniyyət, ədəbiyyat xadimlərinin adına TÜRKSOY-un xatirə ili elan olunur. Bu il bu sırada anadan olmasının 100 illiyi qeyd olunan görkəmli teatr rejissoru Tofiq Kazımov da var.
Onu da nəzərinizə çatdıraq ki, TÜRKSOY-da Azərbaycanın təmsilçisi Elçin Qafarlıdır - təşkilatın ən fəal, ən cəfakeş üzvlərindən biri, alovlu vətənpərvər!
Bayramınız mübarək, əziz TÜRKSOY-çular, bütün türk dünyası.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
“Lənkəran xanının vəziri” tamaşası Laçında nümayiş olunub
Laçın şəhərinə köçmüş sakinlər üçün iyulun 11-də Şuşa Dövlət Musiqili Teatrının təqdimatında “Lənkəran xanının vəziri” komediyası nümayiş olunub.
"Report" xəbər verir ki, Bakıdan uzun yol gələn truppa tamaşa meydançası kimi qurulmuş çadırda dekorlarını quraraq publikanın qarşısına xüsusi sevinclə, ruh yüksəkliyi ilə çıxıblar. Teatrın direktoru, Əməkdar artist Yadigar Muradov çıxışında Laçının işğaldan öncəki gözəl günlərini, bu məkanla bağlı xatirələrindən ən kövrək anları yada salıb.
Tamaşada baş rollardan birinin ifaçısı, əslən laçınlı Mətanət Eres Şuşa ilə Laçın arasındakı 32 kilometrlik məsafənin tarixin və taleyin hökmü ilə düz 31 ilə qət edildiyini söyləyib, bu günləri yaxınlaşdıran hər kəsə təşəkkürünü bildirib.
M.F.Axundzadənin məşhur komediyasının qəhrəmanları tamaşaçıları xeyli güldürüb.
Bakı Abadlıq Xidmətinin nümayəndəsi Lalə Əliyeva müasir şəhər kimi dirçəlmiş Laçının qısa müddətdə Qarabağın sənət, elm, yaradıcılıq mərkəzlərindən birinə çevriləcəyini vurğulayıb, doğma yurda qayıdanların, xüsusilə də balaca sakinlərin asudə vaxtının, mədəni istirahətinin təşkili üçün Laçını abadlaşdıran Bakı Abadlıq Xidmətinin müxtəlif maraqlı layihələr həyata keçirmək niyyətində olduğunu deyib.
Qeyd edək ki, mayın 28-dən etibarən, Laçına Böyük Qayıdışın başlandığı qısa müddət ərzində şəhərdə Qurban bayramı münasibəti ilə konsert, “Laçın” müstəqil teatr studiyasının “Arzular bağı” tamaşası, Şuşa Dövlət Musiqili Teatrının səfəri və uşaqlar üçün kiçik dərnəklərdə müxtəlif əyləncələr təşkil edilib. Mütəmadi keçirilən tədbirlər sırasında ən yaxın zamanda Azərbaycan teatrının məşhur rejissor və aktyor heyətinin qatılacağı “yay məktəbi” layihəsi işə başlayacaq.
“Ədəbiyyat və incəsənət”
(13.07.2023)
Xalq rəssamı Fazil Nəcəfov vəfat edib
Azərbaycanın mədəniyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Xalq rəssamı Fazil Nəcəfov 88 yaşında vəfat edib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Fazil Nəcəfov 1935-ci il fevralın 16-da Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunu bitirib.
Fazil Nəcəfov “İçərişəhər qadınları”, “Ana”, “Korların nəğməsi”, “Teatr”, “Səhər”, “Həyatın mərtəbələri”, “Zamanın oyunları”, “Fortuna”, “Qulyabani”, “Qoca”, “Qız”, “Gənc qadın”, “Mələk”, “Həyatın mərtəbələri”, “Söhbət”, “İstirahət edən qoca”, “Minillik insan”, “İbadət”, “Əkizlər”, “Fontan” və digər əsərlərin müəllifidir.
2014-cü ildə Fazil Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb. O, 2015-ci ildə Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə 56-cı Venesiya Biennalesində 8 əsəri ilə iştirak edib.
Fazil Nəcəfov 1988-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə isə Azərbaycanın Xalq rəssamı fəxri adlarına layiq görülüb. Rəssam 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)
Özü olmadan keçəcək ilk doğum günü
Bu gün Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın günüdür
Öncə ədəbiyyata maraq göstərib, hekayələr yazıb. Sonra musiqi sahəsinə adlayıb. Bu sahədə özünü tapıb, müasir Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simaları sırasında yer alıb, musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verib.
Rühəngiz Qasımova bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən xatırlanır, yaratdığı musiqilər unudulmur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın anadan olmasının 83-cü ildönümü tamam olur. Bu, onun onsuz keçən ilk doğum günüdür.
Ruhəngiz Nağı qızı Qasımova 12 iyul 1940-cı ildə Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin (professor Cövdət Hacıyevin sinfi üzrə) məzunu olub. Uzun müddət “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-də, “Azərbaycantelefilm”də səs rejissoru, bəstəkar kimi çalışıb.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. Simfonik, vokal-instrumental əsərlər, müxtəlif tamaşalara, kinofilmlərə musiqi bəstələyib. Ədəbi fəaliyyətlə də məşğul olub, hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabın müəllifidir. Azərbaycanda ilk dəfə çəkilmiş “Danışan işıqlar” cizgi filminin bəstəkarı, F.Qoca, B.Vahabzadə, M.Orucun və özünün şerləri əsasında çoxsaylı mahnıların, mahnı silsilələrinin (“Qarabağ bayatıları”, “Təbrizim”), səs ilə estrada-simfonik orkestri üçün “Xalqın səninlədir, zəfər sənindir” mahnısının və s. əsərlərin müəllifidir.
Tanınmış bəstəkar milli musiqi sənəti sahəsindəki nailiyyətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Ruhəngiz Qasımova 2022-ci il oktyabrın 9-da dünyasını dəyişib.
Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(12.07.2023)