
Super User
Bakı şəhərində olan tarix-memarlıq abidələrinin mühafizəsi ilə bağlı birgə əməkdaşlıq tədbirləri müzakirə edilib
Mədəniyyət Nazirliyində Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşdə müvafiq rayonları tarix-memarlıq abidələrinin ümumi vəziyyətinə və mövcud problemlərə diqqət çəkilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş mühafizə olunan tarix və mədəniyyət abidələrinin siyahısına əsasən dövlət reyestrinə daxil edilən və Mədəniyyət Nazirliyi tərəfindən yeni aşkar olunan abidələrin müştərək mühafizə tədbirləri ilə bağlı müzakirələr aparılıb.
Mədəniyyət Nazirliyi ilə yerli icra hakimiyyəti orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Eyni zamanda xüsusi mülkiyyətdə olan və yaşayış sahəsi kimi istifadə edilən tarix-memarlıq abidələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılma müddətinin maksimum sürətləndirilməsi və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair vahid strateji xəttin işlənib hazırlanmasının zəruriliyi vurğulanıb.
“Cahil bu sevdanı duymaz” - Məmməd İsmayılın doğum gününə
Şair Məmməd İsmayılın doğum günü münasibəti ilə “Ədəbiyyat və incəsənət0 portalı Elxan Zal Qaraxanlının “Türkün sevdasından doğulan şair” yazısını təqdim edir.
Bu gün ustadımız və poeziyazımızın patriarxı Məmməd İsmayılın doğum günüdür. O, ilham pərilərinin sevimlisidir və mən onun həmişə gənc ruhuna heyranam. Bu yazı da böyük şairimizə Qaraxanlı ərməğanıdır.
Bir nisgil, bir həsrət var Məmməd İsmayılın şeirlərində. Qaranlıqda da, aydınlıqda da işıq saçan bir həsrət.
O həmişə bu həsrətlə yaşayıb, ömrü boyu, addım-addım, misra- misra bu həsrətə doğru gedib və bu həsrətin sevdasına tutuşmuş ürəyini başı üstündə işıq saçan alova çevirərək minlərlə, bəlkə də milyonlarla insanı bu sevdayla yoluxdurub.
Türkün sevdasıdır bu sevda, Qızıl Alma sevdasıdır. Bölünə-bölünə, döyülə-döyülə sonda qalib olan qızıl almasını axtaran türkün. Mənim qavramımda Türk kəliməsi etnik mənsubiyyətdən çox yuxarıda dayanan bir məvhumdur, türk Ulu Törə kitabında verilənləri öz içində bəsləyib bu ideallarla yaşayan inanlara Tanrı tərəfindən verilən bir ünvandır. Sevdasına və savaşına bürünüb Tanrısına doğru gedən insandır. Tanrıdağa, Ulular Uçmağına gedən yolda başı dik, sevda və savaş mələklərinin əhatəsində ləyaqətlə irəliləyəndir. Onun arzular məkanı əbədiyyətdir.
Məmməd İsmayılın həsrəti də bu arzular məkanına yetmək yolunda ləyaqətli yaşamaq arzusudur. Ürəyini el yolunda alovlandırmaq nisgilidir. Onun həyatı da, yaradıcılığı da bu istəyin gerçəkləşməsinə xidmət eləyib həmişə. Tovuzda da, Bakıda da, Türkiyədə də.
Məmməd İcmayılın ürəyində yaşatdığ istəkləri saf və arı duyğulardan bəslənib yoğrularaq, şeir şəklində bişib sonsuz sayda insanlara mənəvi qida oldu. Ətrafdakılar çox zaman böylə duyğuların daşıyıcılarını anlaya bilmirlər. Könüllərinin qaralığından onlara ağ qarğa kimi baxırlar, çünki cahil gözsüzdür, haqq işığını görə bilməz. Amma bu haqq işığıdır cəhalət zülmətini dağıdıb parçalayan xilaskar. Göy Tanrının sonsuzluğundan mayalanan haqq işığı sevdasıdır Məmməd İsmayıl sevdası. Cahil bu sevdanı duymaz, amma var bu sevda, Məcnunun Leylası kimi var, Abbasın Gülgəzi kimi var. Məmməd İsmayılların içində tutuşub tonqallaşır, öz işığını misra-misra şeirləşdirib ətrafa yayaraq zülmətsevərləri pərişan edir.
Mən həmişə Məmməd İsmayılın şeirlərini oxuyanda, ürəyini yanar bir almaya çevirib başı üzərinə qaldırmış bir uşaq canlanır gözlərim önündə. Qorkinin ürəyini atəşə çevirən Dankosuna bənzəyən bir uşaq. O, ürəyinin işığıyla insanlığın yolunu aydınladır, amma bəzən insanların bu ürəyi tapdadığı da olur, fəqət o dayanmır, gedir, çünki onun getdiyi yol Tanrı işığı ilə aydınlanıb, böyük bir sevdanın duasıyla mıhürlənib.
Və o gedir! “Allah-məni qurd elə, “Allah məni qurd elə” deyə - deyə üzü gündoğana doğru qaça-qaça yenilməz ordulara yol göstərir, türk atlarının nallarının iz saldığı yerləri yurd eləyir. İlahi sevdadan doğulan, üzü-gözü mas-mavi işıq saçan bu xilasçı Qurd, Qızıl Almasından ötrü qəribsəmiş türk axınçılarını qazanmalara doğru aparır.
Məmməd İsmayıl Türkün bağrından, ilahi yurd həsrətindən doğulmuş bir şairdir. Tovuzda doğulub bütün Turana söz işığı saçan Dədə Qorquddur. Onun sevdası da, savaşı da bu qarışıq dünyada əlçatmaz görünən həsrət pərdəsini aralayıb ölməzliyə yol açmaq istəyidir. O doğulduğu gündən bu yana içində ölməz bir sevda yaşatdı və yaşatdığı sevda ilə oxucularını da yoluxdurdu və özü də şeiri ilə, sözü ilə, yaşam tərzi ilə türklüyün sevdasına çevrildi. Bu sevda həmişə eyni yaşdadı, Tanrıdağda da, Orxunda da, Tovuzda da, Anadoluda da.
Türkün sevgisidir Məmməd İsmayılın şeirləri. Bu türkülər həmişə yam - yaşıldır, təzə-tərdir, həmişə eyni atəşlə yanır. Onun 20 yaşında da, 60 yaşında da, 80 yaşında da yazdığı şeirlər eyni mayadan yoğrulub, eyni sevdadan doğulub. Lap Tanrı sevdası kimi. Nə qədər ki, bu cahan mülkündə türk var, türkün qaladığı türkü tonqalı var, bu tonqala istilik verənlərlə birgə Məmməd İsmayıl şeiri də var olacaq.
Onun şəxsiyyəti də, əsərləri də Azərbaycanımızın da, Türkiyəmizin də milli sərvətidir. Bu diri dünyada başını dik tutub gəzmək onun haqqıdır. O bu haqqı qazanıb, o bu haqqı yaşayıb. Salam olsun, Məmməd əmi!!!
İstanbulda Türk dünyasının birləşməsi ideyasının təbliğatçısı olan Əhməd Baytursunoğlu konfransı keçirilib
Türkiyədə - İstanbul Universitetində TÜRKSOY-un təşkilatçılığı ilə Əhməd Baytursunoğlunun 150 illik yubileyinə həsr olunmuş “Əhməd Baytürsünoğlu və türk sivilizasiyası” adlı elmi konfrans keçirilib. Konfransda TÜRKSOY-un Baş Katibi Sultan Rayev, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Qazaxıstanın və türkdilli ölkələrin diplomatik korpusunun nümayəndələri, İstanbul Universitetinin rektoru Mahmud Ağ, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızstan və Türkiyədən gələn türkoloqlar və alimlər iştirak ediblər.
“Ədəbiyyat və incəsənət” portalına Beynəlxalq Türk Akademiyasından daxil olan məlumata görə, akademiyanın prezidenti səlahiyyətlərini icra edən vitse-prezident Füzuli Məcidli Əhməd Baytürsünoğlunun türk dünyasının dövlətçilik və siyasi sisteminin inkişafında apardığı islahatlardan, türk dünyasının mənəvi aləminin zənginləşməsində onun əsərlərinin rolundan, qazax dilinin qorunması naminə apardığı mübarizədən, eləcə də liderlik xüsusiyyətlərindən danışıb. O, qeyd edib ki, Əhməd Baytursunoğlu Alaş Orda hökumətində işləməklə bərabər, həm də Türk dünyasının birləşməsi ideyasının və Türküstan ideyasının yayılması üçün böyük töhvələr verib. Onun Türk Birliyinin yaranması üçün mübarizəsindəki baxışları və ideayaları Başqırdıstanın lideri Zəki Validi Toğanın, Azərbaycanın siyasi və dövlət xadimi Məmməd Əmin Rəsulzadənin ideyaları və fikirlkəri ilə üst-üstə düşüb. O həmçinin qırğız ziyalıları və xalqı ilə çiyin-çiyinə işləyib. Türk millətinin parlaq nümayəndələri İşanalı Arbayevin, Qasım Tınıstanovun , Qalımcan İbrahimovun yaxın silahdaşı olub.
TÜRKSOY-un sədri Sultan Rayev də öz çıxışında Əhməd Baytursunoğlunun Türk dünyasının Birliyi üçün yazıb qoyduğu, həyata keçirə bilmədiyi ideyalarının bu gün də əhəmiyyətli olduğunu bildirib.
Konfrans çərçivəsində Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə çap olunan araşdırmaçı alim Reyhan İmaxanbetanın “Əsrin adamı” və “Əhməd Baytursunoğlu. Seçilmiş əsərləri” (qazax, türk, ingilis, rus dillərində) kitablarının təqdimatı olub . Əhməd Baytursunoğlunun həyat və yaradıcılığından bəhs edən kitab sərgisi və “Qazax sivilizasiyası və Əhməd Baytursunoğlu” video çarxı də qonaqlar tərəfindən maraqla qarşılanıb.
Divarlar daş-daş göz yaşı tökür, qayıt… - Tural Turandan şeir
5 il əvvəl yazdığım bu şeiri paylaşıram. Böyük şairimiz Vaqif Bayatlı Odər bu şeiri o vaxt "Ədəbiyyat qəzeti"ndə oxuyandan sonra mənə zəng vurub təşəkkür etmişdi... Siz də baxın, görün, bəyənirsinizmi?
Tural Turan
*
Səndən əvvəl daşlar gəlin köçmüşdü bu evə,
səndən sonra mamır uzaqlıqlar böyütdü
bu daxmanın pəncərələri...
Kaş bu evin güzgüsünü də aparaydın;
bələyəydin, böyüdəydin...
toxuyaydın ayrılığın xalçasına ilmə kimi...
...Qayıt, əlindən tut
ayaqları keyimiş məhəccərlərin,
qayıt, qadınsız yaşaya bilmir
bu evin döşəməsi.
Sən gedəli tavanlar iməkləyir
döşəmənin üstündə.
Üşüməsin deyə ayaq izlərini
bir cüt coraba büküb cibimə atmışam.
Ciblərim bələk olub ayaq izlərinə...
Qayıt, özün yürgələ ayaq izlərini.
Qayıt, beşiyində boğ,
böyüməsin üç yaşlı çarpayı tənhalığı...
...Sən gedəli bu evin divarları da
daş-daş göz yaşları tökür, qayıt...
Beynəlxalq Türk Akademiyası ilə “Macar-Turan” Beynəlxalq Fondu arasında əməkdaşlıq müzakirə edilib
“Macar-Turan” Beynəlxalq Fondunun sədri Andraş Biro Qazaxıstana səfəri çərçivəsində Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Andraş Biro Beynəlxalq Türk Akademiyasında qurumun işi ilə yaxından tanış olub. A.Biro Türk Muzeyi və Kitabxanasını ziyarət edib və burada qiymətli eksponatlar, eləcə də İştvan Konqur Mandokanın şəxsi kitab fondu ilə tanış olub.
F.Məcidli Macarıstanda ənənəvi olaraq A.Bironun rəhbərliyi ilə keçirilən qurultayın macar və türk xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətini qeyd edib. F.Məcidli Türk Akademiyasının bütün türk dünyasında elmi davamlılığın və mədəni əlaqələrin əsasını təşkil edən macar alimlərinin əsərlərinin təbliği istiqamətində gördüyü işləri diqqətə çatdırıb. Bundan əlavə, o, Macarıstan tərəfini türkşünaslıq və antropologiya sahəsində sıx əməkdaşlığa çağırıb.
Andaş Biro Türk Akademiyasının ölkələrin ortaq irsinin öyrənilməsi, xalqların qardaşlığının artırılması sahəsində fəaliyyətini yüksək qiymətləndirib. O, elmi əməkdaşlığı inkişaf etdirməyə və bundan sonra birgə layihələr həyata keçirməyə hazır olduğunu bildirib. Bundan əlavə, A.Biro Türk Akademiyasına “Macar-Turan” Beynəlxalq Fondu ilə birlikdə dekabr ayında Budapeştdə Kutluq-Kaqana həsr olunmuş sərgi təşkil etməyi təklif edib.
Görüşün sonunda F.Məcidli “Macar-Turan” Beynəlxalq Fondunun sədrinə təşəkkürünü bildirib, ona akademiyanın antropologiya sahəsində çap olunmuş qiymətli kitablarını təqdim edib. Macarıstan 2018-ci ildə Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alıb və türk dünyasının əməkdaşlıq institutlarında bu statusu alan ilk ölkə olub.
Qeyd edək ki, bu il Macarıstanın Buqats bölgəsində Hun-Türk xalqlarının 7-ci Beynəlxalq Qurultayında Beynəlxalq Türk Akademiyası ilə “Macar-Turan” Beynəlxalq Fondu arasında qarşılıqlı tərəfdaşlığın daha da gücləndirilməsinə dair memorandum imzalanıb
Bu gün Xalq artisti Sara Qədimovanın 100 illiyinə həsr olunmuş konsert keçiriləcək
Bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Sara Qədimovanın 100 illiyinə həsr olunmuş konsert təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsertdə bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında xanəndənin repertuarından mahnılar səsləndiriləcək. Konsertin musiqi rəhbəri Mahir Ordubadidir.
Qeyd edək ki, Sara Qədimova geniş diapazonlu, şirin, məlahətli və ecazkar səsi ilə uzun illər milyonlarla insana sevinc bəxş edib. Görkəmli sənətkar muğamın dərinliyinə, zənginliyinə nüfuz edərək onun ilkinliyini, saflığını göz bəbəyi kimi qoruyub. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu “Şəfqət bacısı” mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib. Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb. Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün daim örnək olacaq. Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb. Görkəmli sənətkar 2005-ci il mayın 12-də dünyasını dəyişib.
Bursada “Qorqud Ata” Türk Dünyası Film Festivalının açılışı olub
Türk dünyası anlamı günümüzün bir trendinə çevrilib. Bu, alqışlanası haldır. Növbəti fakt: Azərbaycanın iştirakı ilə noyabrın 1-də Türkiyənin Bursa şəhərində “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalının açılışı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanın “Həyat, deyəsən, gözəldir” və “Dalan” filmlərinin müsabiqələrdə iştirakı təsdiqlənib. Bundan başqa, müsabiqədən kənar “Dəli Kür” (bərpa olunmuş versiya) və “Otel otağı” filmləri kinosevərlərin görüşündə olacaq.
“Qorqud Ata” Türk Dünyası Film Festivalında münsiflər heyətində tanınmış rejissorlar Elxan Cəfərov və Mehriban Ələkbərzadə yer alırlar.
Festivalın bağlanış mərasimi noyabrın 5-də nəzərdə tutulub. Qalib həmin gün filmlər mükafatlandırılacaq. Ən azından, “Dalan” filminin pyedestalda olacağına inanırıq.
Çənlibeli gözlərindən taniram, eyyy dəli gözlücəm! – Güneydən şeirlər
“Ədəbiyyat və incəsənət” portalının poçtuna Güney Azərbaycandan məktub gəlib. Oxucumuz Kamil Qəhrəmanoğlu yazır:
“Salamlar və uğurlar olsun, əziz Azərbaycanın ədəbiyyat və kültur xadimlərini bir araya toplayan böyük «Ədəbiyyat və incəsənət» dərgisinə, bu dərgidə çalişanlara . Bəli, Cənubi Azərbaycandan - Savalan ətəyindən sizlərə dərin sayğılarım vardır. Bəli, bir neçə "çağdaş şeir" göndərirəm xidmətinizə, umuram, işıq üzü görsün. Sayğılarla: Kamil Qəhrəmanoğlu”.
İki qara atdı gözlərin ...
İki intihar
iki kodeta
iki oğlan cəsədi
iki yaslı gəlin
gözlərinin boyası mor
«büpal»in səmli buludu
«süysü» fac əsi
«Çernobıl»ın atom partlayışı
iki də qalib gözlərin
iki qarğa qoxulu qara üzüm
iki qara bayram
iki edam ağacı
iki bombalanmış gəraylı
iki salam əleyk...
uçə gəlmir gözlərin, köhlən gözlücəm!
gedir məni gözlərin
çapir mənim payiz kefimi
aşır Təbriz qatarımı
köçür dudağimi
uçur kəndimi...
Çənlibeli gözlərindən taniram, eyyy dəli gözlücəm!
ey… Koroğlünün Nigar qəzəbi!
zakasam Afrika gözlərinə
şabaşam «Bakı» əllərinə
«yaman cana sinərdi» gözlərin!
gözlərin Quran, nəhculblağə
qana bələnmiş günah…h…h…h
savablı üsyan
gözlərin dünyanin qan soranlari dı
gözlərin Hitler
Corc dəbliov Buşdu gözlərin
Səddam Hüseyn
dünyanin ikinci savaşinin banisi
Hiroşimanın atomu
Vərziqanin zəlzələsi
və... Kamilin şeiri
“Neskafe” içirəm səni gözlərinə
vəlzzalin əllərinə
əlhəmdi gülüşlərinə
subhan allah gözlərinə... aaaaheyiy…
günəş dabanindan sü içir
haci gilanar gözlərindən və … …
dodağın «Bakı»da bir şəhid qanı
əllərin istiyə salmiş «Müğanı»
batiribdi qana “«Azərbaycanı»
«klibər» saçlarin
«Təbriz”» gözlərin…
Bu cumhüri yaramda...
çürüyüb süyüd hülüsü
ah ... bü cumhüri yaramda
yarali körpə ölüsü
ah ... bü cumhüri yaramda
toydü məndə kifir tan-tan
ağlaşır bütün türkistan
diksinir iki qəbristan
ah ... bü cumhüri yaramda
yarami sərmişlər dara
itdi hürür məndə yara
hürə-hürə bü cumhüra !
ah ... bü cumhüri yaramda
borda bir maral quzusu
hi görür tüfəng yuxusu
gözləri ölü quyusu
ah ... bü cəmhüri yaramda
Con Tolkien ən çox pul qazanan rəhmətəgetmişlər siyahısında birincidir
Bazar ertəsi "Forbe"s jurnalının versiyasına görə son bir ildə ən çox həyatda olmayan məşhurların siyahısı dərc olunub. “Ədəbiyyat və incəsənət” portalı nəşrə istinadən xəbər verir ki, siyahıda birinci yerdə İngilis yazıçısı və filoloqu Riçard Con Tolkien (1892-1973) gedir.
Qeyd edək ki, “Forbes"in reytinqinə 1 noyabr 2021-ci ildən bu ilin 30 oktyabrına qədər mirası ən çox gəlir gətirən 13 mərhum tanınmış sima daxil edilib. Hesablamalara satışdan əldə edilən mənfəət, axın platformalarında dinləmə, lisenziya sövdələşmələrinin bağlanması və s. aid olunub.
Siyahıya daxil olan bütün məşhurlar ümumilikdə 1,6 milyard dollardan çox pul "qazanıblar" ki, bu da ötən ilin göstəricilərindən 72% çoxdur. Bu, "Forbes"in analoji reytinqləri tərtib etməyə başladığı 2001-ci ildən bəri ən əhəmiyyətli illik artımdır.
Reytinqdə ikinci yerdə "Coca-Cola"nın "BodyArmor"dakı payının satışından bir il ərzində 400 milyon dollar "qazanmış" amerikalı basketbolçu Kobe Brayant (1978-2020) qərarlaşıb. Üçüncü yeri bir il ərzində sərvəti 250 milyon dollar artıran britaniyalı musiqiçi və aktyor Devid Boui (1947-2016) tutur.
Siyahıda həmçinin, Elvis Presli (1935-1977), Ceyms Braun (1933-2006), Maykl Cekson (1958-2009) kimi şəxslərin də adı var.
Riçard Con Tolkien yəqin bildiniz kimdir, milyonca tirajla çıxan “Üzüklərin hökmdarı” nı yazan yazıçı.
Günün fotosu: Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü nəticəsiz oldu
Günün fotosu: Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşü nəticəsiz oldu
Yeganə o oldu ki, İlham Əliyev və Nikol Paşinyan Vladimir Putinə söz verdilər ki, fikir ayrılığını silah gücüylə həll etməyəcəklər.
Foto: Euronews