Martın 31-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənət menecmenti fakültəsi tələbələrinin istehsalat təcrübəsinin yekun qiymətləndirmə mərhələsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, BDU-nun Kitabxanaçılıq və informasiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədovun da iştirak etdiyi tədbirdə tələbələrin praktik fəaliyyətlərinin nəticələri ümumiləşdirilib, müvafiq tövsiyələr verilib.
Tədbirdə həmçinin tələbələrin istehsalat təcrübəsi müddətində əldə etdikləri bilik və bacarıqlar qiymətləndirilib, onların peşə hazırlıq səviyyəsi müzakirə olunub.
Kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tələbələrin fəaliyyəti ilə bağlı fikirlərini bölüşərək onların inkişaf perspektivlərini yüksək qiymətləndirib.
Tədbirin əsas məqsədi tələbələrin istehsalat təcrübəsi dövründə qazandıqları nəzəri və praktiki biliklərin qiymətləndirilməsi, onların peşəkar inkişafına dəstək göstərilməsi və gələcək fəaliyyətini istiqamətləndirməkdən ibarətdir.
“Ədəbiyyat və incəsənət”
(02.04.2026)


