Məqsəd incəsənətin bütün sahələrində inkişafına dəstək göstərməkdir

Yanvarın 17-də İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin (İB) ictimaiyyətə geniş təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına İB-dən verilən məlumata görə, tədbir ilk öncə ictimai birliyin nəzdində fəaliyyətə başlayan “Zəfər yurdu” ansamblının xor kollektivinin ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən tədbirin moderatoru, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, şair-publisist, Beynəlxalq Alaş mükafatçısı Əkbər Qoşalı ictimai birliyin yararlı fəaliyyət göstərməsi münasibətilə uğurlar arzulayıb, kollektivi təbrik edib.

İncəsənətin bütün sahələrində inkişafına dəstək göstərməyi qarşısına məqsəd qoyan İB-in təsisçisi və sədri Tunarə Orucova qonaqları salamladıqdan sonra qarşıda duran vəzifələrə və gələcəkdə görülən işlərdən danışıb.

Təbrik nitqi ilə çıxış edən Milli Məclisin deputatlarıVasif Qafarov Aydın Mirzəzadə, Azərbaycan Xalq artisti Hacı İsmayılov, Zirvə Mədəniyyət və İncəsənət ictimai birliyinin sədri Şahin Qədirov, İrəvan Ansamblının rəhbəri Maya Qafarova, Qərbi Azərbaycan icmasının Nizami rayon təşkilatının sədri Xaqani Cəfərov, Aydınlar Ocağı Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin sədri Vüqar Qədirov, "Ədəbiyyat və İncəsənət" portalının əməkdaşı Ülviyyə Əbülfəzqızı və digər çıxış edən natiqlər ictimai birliyin kollektivini təbrik ediblər və fəaliyyətində uğurlar arzulayıblar.

Tədbirdə KİV və QHT nümayəndələri və digər rəsmi şəxslər iştirak edirblər.

Tədbirin sonunda “Zəfər yurdu” ansamblının kollektivi vətənpərvərlik ruhunda ifa etdikləri musiqilərlə qonaqların zövqünü oxşayıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.