"Ədəbiyyat adamı" mükafatları öz sahiblərini tapdı

 

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Yaradıcılıq Fondunun dəstəyi ilə təşkil edilən “Ədəbiyyat adamı” mükafatının təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri Xalq yazıçısı Kamal Abdulla açıb. O hər il Azərbaycan Yaradıcılıq Fondunun təqdim etdiyi "Ədəbiyyat adamı" mükafatının ədəbi mühitdə canlandırma yaratma baxımından əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra mükafatların təqdimatı baş tutub. Bu ilin mükafatçıları sırasında Əli Əmirli, Qulu Ağsəs, Kamran Nəzərli, Əbülfət Mədətoğlu, İntiqam Yaşar, Kənan Hacı, Kəramət Böyükçöl, Şahanə Müşfiq, Elnarə Qaragözova və Püstə Rəvan kimi imzalar yer alıb.

Daha sonra təltif olunan yazarlar çıxış edərək gələcəyə dair fikir mübadiləsi aparıblar. 

Qeyd edək ki, mükafatçılar sırasında olan şair-publisist İntiqam Yaşar Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İntiqam Yaşar bu vaxta qədər Azərbaycan və Türk dünyasını əhatə edən bir çox layihənin müəllifi və rəhbəri olub. Şairin müxtəlif illərdə 5 şeirlər kitabı çap olunub. Yaradıcılıq nümunələri Türk dünyasının müxtəlif mətbu orqanlarında mütəmadi olaraq yayımlanıb. 

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.