“Maraqlı söhbətlər”də dinşünas alimin yazdıqları Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Rastıma dinşünas alıElnurMustafayevin yazdıqları çıxdı. Onları “Maraqlı söhbətlər” üçün uyğun bilib də diqqətinizə çatdrıram:

 

“Ağdam rayonu Abdal kənd məscidinin epiqrafik abidələri haqqında bir neçə söz …

Bu yaxınlarda Ağdam rayonunda çalışan məmur dostlarımızdan biri Ağdam rayonu Abdal kəndində yerləşən kənd məscidinin yazılı abidələrinin şəkillərini oxumağım üçün mənə göndərdi.

Məscidin giriş hissəsində, əsas qapının üzərində dörd yazılı abidəyə rast gəlmək mümkündür. Mənə göndərilmiş şəkillər əsasında, məscidə aid dörd yazılı abidənin üçünü oxudum. Digər kitabınin üzərində yazılar pozulduğu üçün mətni oxumaq mümkün olmadı. Abdal kənd məscidinə aid epiqrafik abidələrin həm orijinal mətnlərini, həm də ana dilimizə tərcümələrini qeyd edirəm:

 

1) I kitabə (giriş qapısının üzərində)

 

إِنَّمَايَعْمُرُمَسَاجِدَاللَّهِمَنْآمَنَبِاللَّهِوَالْيَوْمِالْآخِرِ

 بانيانمسجدجماعتابدالاست١٢٩٦

 

Tərcümə: "Rəhman və Rəhim olan Allahın adı ilə. Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirənlər təmir edə bilərlər" (Tövbə 9/18). Məscidi inşa edənlər Abdal camaatıdır, 1296".

I kitabənin ilk sətrinə ərəb dilində Qurani-Kərimin Tövbə surəsinin 18-ci ayəsi, ikinci sətrində isə məscidi inşa edənlərin kimliyi və inşa tarixi qeyd edilmişdir. Kitabədə hicri-qəməri tarixlə qeyd edilən 1296-cı il, miladi tarixlə 1879-cu ilə təsadüf edir.

 

2) II kitabə (giriş qapısının sağ tərəfində)

 

"أكثرمنالصلاةفيالمساجدخيرالبقاعافضلالمعابدوالسرفيفضلصلاةالمسجدقبرالمعصومبهمستشهدا

كتبهحسنبنخليل"

 

Tərcümə: "Ən xeyirli-bərəkətli məkan [və] ən fəzilətli ibadət yeri olan məscidlərdə namaz və duaların sayını çoxaldın. [Bu] məsciddə namazın fəzilətli olmasının sirri burada şəhid olmuş məsumun qəbridir. [Mətni] Həsən Xəlil oğlu yazdı".

II kitabə ərəb dilində nəsx xətti ilə yazılmışdır. Kitabədə yazılan məlumatların əsasında güman etmək olar ki, məscidin inşa edildiyi ərazidə şəhidlik məqamına yetişmiş böyük övliyalardan biri dəfn olunmuşdur. Bundan əlavə, kitabəyə həkk olunmuş yazılar əsasında XIX əsrdə yaşamış Həsən Xəlil oğlu adlı bir azərbaycanlı xəttat və həkkakın adını öyrənmiş oluruq.

 

3) III kitabə (giriş qapısının sol tərəfində)

 

"عملمعماركربلائىصفيخانقراباغي"

 

Tərcümə: "Memar Kərbəlayi Səfixan Qarabağinin işidir"

III Kitabədən məlum olur ki, məscidi məşhur qarabağlı memar Kərbəlayi Səfixan (1817-1910) inşa etmişdir. “

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.