Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
O, bir zamanlar Laqosun (Nigeriya) tozlu küçələrində dolaşan balaca bir oğlan idi. Arıq, yorğun, ac. Evi yox, əlindən tutacaq biri yox, onu gözləyəcək bir qapı da yox idi. Uşaqların adətən oynayıb-güldüyü yaşda,o, həyatda sağ qalmağı öyrənirdi.
Bir tikə çörək üçün kimə yaxınlaşmağı və kimdən qaçmağı isə yaxşı bilirdi. Gecələr isə şəhərin səs-küylü olduğu bağlı mağazaların yanında və ya körpünün altında yatırdı. Bununla belə həyatda qalmaq üçün içində kiçik bir qığılcım vardı.
Günlərin birində isə güclü tropik yağış altında qarşısına Britaniyadan olan bir qadın çıxır. Qadın burada könüllü kimi çalışırdı və küçə uşaqlarına kömək edirdi. Qadın həmin gün ona yemək verir. Ertəsi gün, yenidən qayıdır. O biri gün yenə də gəlir...
Bir dəfə qadın ona yumşaq, lakin qətiyyətlə deyir: “Sən artıq küçələrdə yaşamalı deyilsən. İstəyirsənsə, mənimlə gedək”.
Uşaq sadəcə sakitcə başını tərpədir. Beləliklə, onun həyatında yeni dövr başlayır.
Keçmişin yaraları tez keçib getmir. Həmin illər yuxusuz gecələr, qorxulu anlar idi. Amma indi hər şey fərqli idi: stolun ətrafında gülüş, İlk dərslik, ilk məktəb günü. O, öz gələcəyini qurmaq üçün inadkarlıqla oxudu və çalışdı. Və o gün gəlib çatdı:
O, məzun kimi məktəbin buraxılış mərasiminə qatılır. Adı ucadan səslənir. Səhnəyə çıxır. Çiynində isə mantiya xalatı. Onun anası olmuş qadın isə bu səhnəni görəndə, sevincdən ağlayırdı.
Bu heç bir qan, qohumluq və ya borc tələb etməyən bir sevgi hekayəsidir.
“Ədəbiyyat və incəsənət”
(11.11.2025)


