Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında önəmli görüş: Meksika ilə mədəni diplomatiya körpüləri qurulur Featured

 

 

5 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın Prezidenti, Professor Aktotı Raimkulova ilə Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero arasında rəsmi görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, görüş çərçivəsində Türk dünyası ilə Meksika arasında mədəniyyət, irsin qorunması və rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın Türk dünyasının ortaq dəyərlərini beynəlxalq səviyyədə tanıdan mühüm mədəni platformaya çevrildiyini vurğuladı. O, Fondun fəaliyyət coğrafiyasının yalnız üzv və müşahidəçi dövlətlərlə məhdudlaşmadığını, Türk dövlətlərindən kənarda yaşayan türk xalqlarının mədəni irsinin qorunmasına da xüsusi önəm verildiyini qeyd etdi.

Xanım Səfir, Meksika Birləşmiş Ştatlarının Türk Mədəniyyəti və İrsi Fondunun formalaşdırdığı geniş əməkdaşlıq platformasından və mədəni körpülərdən səmərəli şəkildə yararlanaraq, bütövlükdə Türk Dövlətləri ilə çoxtərəfli əlaqələrini daha da gücləndirmək niyyətində olduğunu diqqətə çatdırdı.

Söhbət zamanı Fondun həyata keçirdiyi irimiqyaslı beynəlxalq layihələr barədə məlumat verildi.

Görüş zamanı Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Fond tərəfindən təşkil olunan “Türk Evləri” paneli xüsusi olaraq qeyd edildi. Fondun Prezidenti növbəti Forumun Meksikada keçiriləcəyi münasibətilə xanım səfiri təbrik etdi. Tərəflər ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə etdilər.

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.