Türk Mədəniyyəti və İrsi Fondu ilə TİKA arasında müzakirələr Featured

  

19 aprel 2026-cı il tarixində Antalya Diplomatiya Forumu çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Abdullah Eren arasında görüş keçirilib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.

 

Görüş zamanı Türk dünyasının zəngin mədəni irsinin qorunması, tədqiqi və beynəlxalq miqyasda tanıdılması istiqamətində Fond və TİKA arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələri müzakirə edilib.

Professor Aktotı Raimkulova Fondun türk xalqlarının zəngin mirasının təbliği məqsədilə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verərək, bu yolda TİKA-nın dəstəyinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı tərəflər türk dövlətlərindəki tarixi-memarlıq abidələrinin restavrasiyası, ortaq elmi tədqiqatların aparılması sahəsində birgə fəaliyyət planlarını nəzərdən keçiriblər.

TİKA-nın prezidenti Abdullah Eren Fondun türk birliyinə xidmət edən missiyasını yüksək qiymətləndirərək, ortaq irsin qorunmasına yönəlmiş təşəbbüslərdə qurumun hər zaman tərəfdaşlıq etməyə hazır olduğunu ifadə edib.

Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

“Ədəbiyyat və incəsənət”

(21.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.