Akşehir–Tuzlukçu Bölgəsində KIBATEK Heyətinin Mədəni və Ədəbi Təmasları Featured

Türk Dünyası ilə Anadolu Arasında Sahə Tədqiqatı barədə yazı

 

 

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

 

24–27 mart 2026-cı il tarixlərində Kıbrıs İraq Balkanlar Avrasiya Türk Ədəbiyyatları Qurumu (KIBATEK) tərəfindən Akşehir və Tuzlukçu bölgələrində həyata keçirilən genişmiqyaslı elmi-mədəni səfər Türk dünyası ilə Anadolu arasında tarixi, ədəbi və mədəni əlaqələrin müasir dövrdə davamlılığını göstərən kompleks bir sahə tədqiqatı xarakteri daşımışdır.

 

Bu fəaliyyət yalnız bir tədbir və ya protokol səfəri kimi deyil, eyni zamanda kollektiv mədəni yaddaşın yerində oxunması, sözlü tarix materiallarının toplanması və mədəni diplomatiyanın praktik tətbiqi kimi qiymətləndirilməlidir. Səfər boyunca müxtəlif sosial qruplarla görüşlər, tarixi məkanların yerində müşahidəsi, təhsil müəssisələrində akademik müzakirələr və yerli idarəetmə orqanları ilə əməkdaşlıq həyata keçirilmişdir.

Səfərdə KIBATEK Onursal Başkanı, şair və araşdırmaçı, Dokuz Eylül Universitetində 38 il boyunca Balkan türkləri ədəbiyyatının tədqiqinə fədakarca əmək verən Feyyaz Sağlam, Azərbaycanlı şair, jurnalist və ədəbiyyatşünas Prof. Dr. Təranə Turan Rəhimli və şair, pedaqoq Şükrü Aydın iştirak etmişdir. Bu elmi heyət Türk dünyasının müxtəlif coğrafiyalarını təmsil edən intellektual sintezi əks etdirmiş, xüsusilə Azərbaycan və Anadolu, Balkanlar və Anadolu arasında ədəbi və elmi körpülərin gücləndirilməsi baxımından əhəmiyyətli bir platforma yaratmışdır.

Təranə Turan Rəhimli ilə görüşüb səfər barədə geniş bilgi aldıqdan sonra bir daha əmin oldum ki, bu sayaq tədbirlər heç vaxt nəticəsiz qala bilməz, səmərəliliksə dərhal özünü büruzə verir.

Səfərin təşkilati və əməli hissəsində Tuzlukçu Bələdiyyəsinin əməkdaşlarının rolu, qonaqpərvərliyi xüsusi vurğulanmalıdır. Tuzlukçu Bələdiyyəsi tərəfindən göstərilən yüksək səviyyəli təşkilati dəstək, sahə koordinasiyası, logistika təminatı və səmimi ev sahibliyi bu elmi-mədəni səfərin uğurla həyata keçirilməsində həlledici rol oynamışdır. Xüsusilə Tuzlukçu Bələdiyyəsinin rəhbərliyi və əməkdaşları—Nureddin Akbuğa, İhsan Ekici, Fatih Meydan, Sadullah Ay, Ergün Büyüksütçü və digər struktur nümayəndələri—proqramın bütün mərhələlərində aktiv şəkildə iştirak edərək yerli idarəetmənin mədəni diplomatiya prosesindəki rolunu nümayiş etdirmişdir. Tuzlukçu Bələdiyyəsinin KIBATEK heyətinə bələdçilik üçün təyin etdiyi sürücü Niyazi Koşun səfərin bütün mərhələlərində iştirak edərəkf nəqliyyat və sahə koordinasiyasında mühüm xidmət göstərmişdir. Səfər vaxtı

Akşehir və Tuzlukçu bölgələrində aparılan müşahidələr göstərmişdir ki, bu coğrafiya yalnız tarixi abidələr məkanı deyil, eyni zamanda canlı bir mədəni yaddaş laboratoriyasıdır. Akşehir Şəhidliyi, Hıdırlıq ərazisi, Tarık Buğra Sosial Bilimler Liseyi, yerli idarəetmə orqanları və ictimai məkanlar şəhərin kollektiv tarixini müasir sosial həyatla birləşdirən strukturlar kimi çıxış edir. Bu məkanlarda aparılan müşahidələr zamanı sosial yaddaşın formalaşmasında həm rəsmi tarix, həm də sözlü narrativlərin paralel şəkildə fəaliyyət göstərdiyi müəyyən edilmişdir.

Kənd mühitinə təşkil edilən səfərlər, xüsusilə Kundullu kəndində keçirilən görüşlər Balkanlardan Anadoluya baş vermiş miqrasiya proseslərinin sosial-mədəni izlərini ortaya çıxarmışdır. Bu kənddə aparılan müşahidələr ailə yaddaşı, köç narrativləri və mədəni davamlılıq baxımından zəngin material təqdim etmişdir. Köy muxtarı və yerli sakinlərlə aparılan söhbətlərdə, xüsusilə Bulgaristandan köç etmiş ailələrin tarixçələri, kollektiv kimliyin formalaşmasında mühüm faktor kimi diqqət çəkmişdir.

Akşehir şəhərinin tarixi-mədəni abidələri arasında Nasreddin Hoca Türbəsi, Seyyid Mahmud Hayrani Külliyəsi, Ferruxşah Məscidi, Taş Medrese, qədim sivil memarlıq nümunələri, muzeylər və köhnə şəhər strukturu xüsusi yer tutur. Bu məkanlar yalnız memarlıq obyektləri deyil, həm də mədəni semantikanın daşıyıcıları kimi çıxış edir. Fərruxşah Məscidi ilə bağlı Yıldırım Bəyazidin əsirlik dövrünə dair tarixi narrativlər isə məkanın siyasi və emosional yaddaşın bir hissəsi olduğunu göstərir.

Səfər çərçivəsində Nemətullah Naxçıvaninin  məzarı da ziyarət edilmişdir. Tədqiqatlarında Nemətullah  Naxçıvanidən bəhs edən Prof.Dr.Təranə Turan Rəhimli türbəni ziyarət zamanı bu böyük tarixi şəxsiyyətin Akşehir -- Azərbaycan əlaqələrinin öyrənilməsi baxımından tarixi-elmi əhəmiyyət daşıyan xidmətlərinin geniş araşdırılması zərurətini vurğulamışdır.

Səfər çərçivəsində Tarık Buğra Sosial Bilimler Liseyində keçirilən elmi-ədəbi tədbir -- Ədəbiyyat Paneli xüsusi əhəmiyyət daşımışdır. Tədbirdə KIBATEK Onursal Başkanı  Feyyaz Sağlam, Prof. Dr. Təranə Turan Rəhimli və Şükrü Aydın iştirak etmiş, müxtəlif elmi və ədəbi məsələləri əhatə edən məruzə və çıxışları ilə auditoriyanln diqqətini cəlb etmlşdir.  Prof. Dr. Təranə Turan Rəhimli tərəfindən təqdim edilən “Akşehir və Azərbaycan əlaqələri” mövzusundakı məruzə Türk dünyası ədəbiyyatları arasında akademik inteqrasiyanın gücləndirilməsi baxımından mühüm elmi nəticələr doğurmuşdur. Tədbir zamanı KIBATEK heyəti üzvlərinin öz şeirlərini səslındirməsı liseyin tələbələri tərəfindən maraqla qarşılanmışdır. Eyni zamanda,  tələbələrlə aparılan interaktiv dialoq gənc nəslin Türk dünyası ədəbiyyatına marağını artırmış, mədəni şüurun formalaşmasına töhfə vermişdir.Prof.Dr.Təranə Turan Rəhimli vurğulayır: "Akşehirdə Tarık Buğra Sosial Bilimlər Liseyində yeni nəslin şeirə, ədəbiyyata, tarixi-elmi faktlara marağı məni heyrətə gəturmişdi. Gənclərin bu qədər milli ruhda olması, millətinin sahib  olduğu dəyərlərə rəğbət gözlərimi yaşartmışdı. Akşehirdən  döndükdən sonra isə çoxsaylı mesajlar aldım. Sosial mediadan mənə yazan tələblərdən birinin mesajını  xüsusilə qeyd etmək istəyirəm Sena Şahin adlı lisey tələbəsi ya,zırdı: " Merhaba Hocam, iyi aksamlar.  Ben Tarık Bugra Sosyal Bilimler Lisesinde Sena Şahin, sozinle  fotograf  cektirmistik, hatirlarmisiniz bilmiyorum, ama gercekten cok basarili bir kadinsiniz, ben sizden cok etkilendim.  Acikcasi cok samimi ve cana yakın bi insansınız, okulumuzdaki butun öğrenciler sizin hakkınızda o kadar güzel şeyler söylediler ki, herkezi kendinize hayran bıraktınız Okulumuza gelerekte bizi cok mutlu ettiniz, ben kendi adima konusmak gerekirse benim pek bu tur konulara ilgim olmamasina ragmen o kadar guzel anlatiniz, konustunuzki cok etkilendim. Özellikle siiriniz cok guzeldi okulumuza geldiginiz icin cok tessekur ederim, iyi gunler dilerim." Sena Şahinin timsalında türk gəncliyinin elmə, ədəbiyyata, poeziyaya sevgisində zərrə qədər təsirimin olması məni qürirlandırdı.

Akşehirdə yerli mətbuat orqanı olan “Pervasız” qəzeti ilə aparılan görüş də regionun mədəni həyatının ictimaiyyətə çatdırılması və yerli medianın mədəni diplomatiyada rolunun gücləndirilməsi baxımından əhəmiyyətli oldu. Bu görüş göstərdi  ki, yerli media yalnız informasiya ötürücüsü deyil, həm də mədəni yaddaşın formalaşdırıcı aktorudur.

Səfərin ümumi gedişində iştirak edən digər şəxslər və əməkdaşlar da xüsusi qeyd olunmalıdır. Salim Kola (Gürsu Kazak kəndi muxtarı), Vehbi Gültekin (ədəbiyyat müəllimi və koordinasiya üzrə məsul şəxs), Seyfettin Göktaş (Tarık Buğra Sosial Bilimler Liseyi müdiri), Yasemin Ünal (arkeoloq, Tuzlukçu Bələdiyyəsinin əməkdaşı) və digər yerli mütəxəssislər prosesin elmi və təşkilati keyfiyyətini artırmağa xidmət etdilər. Onların hər biri bu səfərin sahə tədqiqatı xarakterinin formalaşmasına real töhfə vermişdir.

Akşehir ziyarətini gözəlləşdirən məqamlardan biri də şəhərin ən dəyərli ziyalıları və  önəmli iş adamları ilə görüşlər oldu. Başda "Pierre Cardin" olmaqla,  Avropanın bir çox ünlü  markaları ilə işbirliyi mövcud olan, 1925-ci ildən bəri fəaliyyət göstətğən "Karan Kunduraçı" sahibkarı Yılmaz Karan, "Cihan Elektrik" sahibkarı Cihan Demiral və əsilzadə xanımı, Şirvanşahlar soyundan olan Şenay Şirvancı Demiral, "Küçük Ağa" oteli sahibkarı, vəkil Qasım bəy, Akşehir Bələdiyyəsinin 2014-2024-cü illərdə başkanı olmuş Salih Akkaya  ilə tanışlığı xüsusi qeyd etmək istərdim.

Ümumilikdə KIBATEK heyətinin Akşehir və Tuzlukçu bölgələrində həyata keçirdiyi, heyət üzvlərinin  təşkkli üçün fəxri başqan Fəyyaz Sağlama minnətdarlıq duyduğu bu səfər Türk dünyası araşdırmaları baxımından həm metodoloji, həm də empirik cəhətdən əhəmiyyətli nəticələr ortaya qoymuşdur. Bu fəaliyyət göstərmişdir ki, Akşehir və Tuzlukçu yalnız regional mədəniyyət mərkəzləri deyil, eyni zamanda Türk dünyasının ortaq tarixi yaddaşının canlı daşıyıcılarıdır. Xüsusilə Tuzlukçu Bələdiyyəsinin əməkdaşlarının göstərdiyi yüksək təşkilati dəstək və sahə koordinasiyası bu səfərin uğurla tamamlanmasında əsas faktor olmuş, yerli idarəetmə ilə akademik mühit arasında nümunəvi əməkdaşlıq modeli formalaşdırılmışdır. Bu model gələcəkdə Türk dünyası araşdırmaları üçün sahə tədqiqatlarının təşkilində tətbiq oluna biləcək mühüm bir təcrübə kimi qiymətləndirilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.