Türk Mədəniyyəti və İrsi Fondundan Qazaxıstan Milli Akademik Kitabxanasına kitab hədiyyəsi Featured

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Milli Akademik Kitabxananı ziyarət edib və təşkilat tərəfindən nəşr edilən kitabları Kitabxanaya təqdim edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, səfər zamanı Fondun prezidenti professor Aktotı Raimkulova və Milli Akademik Kitabxananın direktoru Kumis Seitova arasında görüş keçirilib. Görüş zamanı kitabxanaların türk dünyasının ortaq dəyərlərinin qorunmasında və gələcək nəsillərə ötürülməsində xüsusi rolunu qeyd edilib.

Milli Akademik Kitabxananın direktoru Fond tərəfindən hədiyyə edilən kitabların elmi ictimaiyyət və oxucular üçün vacib mənəvi xəzinə olduğunu bildirib.

Sonda tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini ifadə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(04.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.