Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb Featured

16 fevral 2025-ci il tarixində  Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, Memorandumu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova və Azərbaycan Respublikası Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı imzalayıblar.

Memorandum Türk dünyasının ortaq tarixi-mədəni irsinin qorunması və tanıdılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsini, elmi və muzeyşünaslıq sahələrində əməkdaşlığın inkişafını, həmçinin müvafiq layihələr çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqini nəzərdə tutur.

Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq şəraitində keçib, tərəflər gələcək əməkdaşlığın perspektivlərinə dair əminliklərini ifadə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.