İntiqam Yaşar Ankarada məruzə ilə çıxış edib

 

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Ankarada məruzə ilə çıxış edib

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İntiqam Yaşar Türkiyə Yazarlar Birliyinin qurucu başqanı olmuş mərhum şair-mütəfəkkir Mehmet Doğanın xatirəsinə həsr olunmuş konfransda "Mehmet Doğanın Var olma mücadiləsi olarak dil, mədəniyyət və düşüncə" adlı məruzə ilə çıxış edib.

Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyənin müxtəlif şəhərlərindən ədəbiyyat və elm xadimlərinin qatıldığı konfrans 3 gün davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.