“Türk folklore iris” layihəsi eksport qrupunun növbəti iclası keçirilib Featured

 

10 oktyabr 2025-ci il tarixində Qazaxıstan Respublikasının Qızılorda şəhərində yerləşən “Анаға тағзым” (“Anaya ehtiram”) Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondu ilə Qızılorda vilayəti Akiminin birgə təşkilatçılığı ilə Türk xalqlarının Folklor İrsinə həsr olunmuş çoxcildli çoxdilli Antologiyanın hazırlanması məqsədilə həyata keçirilən “Türk Folklor İrsi” layihəsinin beynəlxalq ekspert qrupunun növbəti iclası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan görkəmli folklorşünas alimlər iştirak ediblər.

İclas çərçivəsində beynəlxalq ekspertlərə “Türk xalqlarının Qəhrəmanlıq Eposu” seriyasından olan cildlər təqdim olunub və hədiyyə edilib. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova layihənin hazırlanmasında fəal iştirak etmiş Milli Elmlər Akademiyalarının prezidentlərini, Mədəniyyət nazirliklərinin nümayəndələrini, İnstitut direktorlarını, eləcə də mədəniyyət, incəsənət, folklor və ədəbiyyat sahələrinin mütəxəssislərini təşəkkürnamələrlə təltif edib.

İclasın gündəliyində “Türk romantik eposu” adlanan layihənin ikinci seriyasının hazırlanması və 2026–2027-ci illər üçün layihənin strateji istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.

Xatırladaq ki, Türk Mədəniyyəti və İrsi Fondu, Özbəkistan Respublikasının Prezidenti Zati-Aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü və Türk dövlətlərinin dövlət başçılarının tapşırığı (Türk Dövlətləri Təşkilatının XI Zirvə Görüşü, 6 noyabr 2024-cü il, Qırğızıstan Respublikası, Bişkek şəhəri) əsasında, tarixdə ilk dəfə “Türk Folklor İrsi” adlanan çoxcildli və çoxdilli layihəni həyata keçirir.

Layihə türk xalqlarının epik, mərasim, nağıl və əfsanə ənənələrini bir araya gətirərək türk dünyasının zəngin şifahi ənənələrinin qorunması və qeyri-maddi mədəni irsinin geniş təbliği məqsədini daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

 


 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.