Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ISESCO-nun baş direktoru və Çimkənt vailayətinin akimi bir araya gəlib Featured

  

19 Sentyabr, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə ICESCO-nun Baş direktoru cənab Dr. Salim bin Məhəmməd əl-Malikin Çimkənddə səfər proqramı çərçivəsində Çimkənd Akimi Qabit Sızdıbek ilə görüşü baş tutub.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüşün əsas məqsədi mədəni irs və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ICESCO ilə əməkdaşlığın gücləndirilməsi eləcə də Çimkənd vilayəti abidələrinin ICESCO-nun İslam dünyasının mədəni irs siyahılarına daxil edilməsi ilə bağlı müzakirələrin aparılması olub.

Qarşılıqlı hörmət və anlaşma şəraitində keçən görüşdə tərəflər bir-birlərinin fəaliyyətini yüksək qiymətləndiriblər. Çimkənd Akimi Qabit Sızdıbek ICESCO-nun İslam dünyasında təhsil, elm və mədəniyyət sahəsində həyata keçirdiyi layihələri yüksək dəyərləndirərək, təşkilatın Qazaxıstanın mədəni irsinin qorunmasına göstərdiyi həssaslığı alqışlayıb. O, eyni zamanda görüşün təşəbbüsünə və təşkilinə görə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovaya minnətdarlığını bildirib. ICESCO Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik isə öz növbəsində Qazaxıstanın zəngin mədəni irsinin İslam dünyasının ümumi dəyərlərinə böyük töhfə verdiyini qeyd edib, gələcəkdə bu istiqamətdə birgə layihələrin əhəmiyyətini vurğulayıb.

Görüş əməkdaşlığın perspektivləri ilə bağlı səmərəli fikir mübadiləsi ilə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.