"95 illik ədəbi yol" başlıqlı poeziya gecesi

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon MKS-nin Kərimli kənd kitabxana filialının əməkdaşları Anar Əfəndiyev adına Kərimli kənd tam orta məktəbində şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, Azərbaycanın xalq şairi, Heydər Əliyev mükafatı laureatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Nəriman Həsənzadənin doğum günü ilə əlaqədar "95 illik ədəbi yol" başlıqlı poeziya gecesi keçirilib.

 

Filialın müdiri çıxışında qeyd edib ki, 95 il – bu, təkcə zaman ölçüsü deyil. Bu, bir ömrün sənətə, xalqa və ədəbiyyata həsr olunmuş şərəfli yoludur. Bu ömür yolu boyunca qələmə alınan əsərlər oxucuların qəlbində dərin iz qoyub.

Şagirdlər şairin sözlərinə bəstələnmiş "Azərbaycan " , "Gül bir az " mahnılarını, "Heç nə istəməyən qız ", "Xatirə ", "Nəzrin ", "Həmin sinifdə", "Nərdivan ", "Nazim", "Dişləri mırıq, düyməsi qırıq, şalvarı qısa, qardaşım İsa" şeirləri əsasında hazırladıqları səhnəcikləri nümayiş etdiriblər.

Kitabxana əməkdaşları şagirdləri "95 illik ədəbi yol" sərgisi ilə tanış edib, Nəriman müəllimə uzun ömür, möhkəm can sağlığı və qələminin daimi

olması arzulanıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.