Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Xəbər tutduq ki, əməkdaşımız, yazıçı Habil Yaşar nəşrini bu il planlaşdırdığı “Rənglər Pandemiyası” romanını bitiribdir. Dərhal bu roman barədə bilgi verməsini ondan xahiş etdik. O dedi:
Bu roman vasitəsilə pandemiya başda olmaqla, həm tarixin qaranlıq dövrlərinə səyahət edəcək, həm elm və tibbin sirlərinə kifayət qədər agah olacaq, həmçinin digər sivilizasiyalar haqqında mümkün qədər məlumatlandırılacaqsınız...
Bitdimi? Əlbəttə ki, xeyr. Dinlər sizi yenidən xəbərdar edəcək, mistika ruhunuzu sarsacaq, süni zəka sanki sizinlə oyun oynayacaq, siyasət öz qalmaqalları ilə gündəmi zəbt edəcək...
Bitdimi sandınız? Xeyr, hələ davam etməkdədir. Rənglər haqqında bilmədiyiniz xeyli məlumatlara sahib olacaq, intellektinizi daha da zənginləşdirərək içinizdəki ziddiyyətlərdən qurtulmağa çalışacaq, sənətin əsrarəngizliyinə heyrətlənəcəksiniz... Şübhəsiz, əsl sevgiylə də tanış olacaq, ailə-məişət qayğıları ilə də qarşılaşacaqsınız... Və daha nələr, nələr...
“Ədəbiyyat və incəsənət”
(13.01.2026)


