Təbrizli gənc yazar Əli Çağlanın kitabı AYB-də təqdim olunub

Təbrizli gənc şair Əli Çağlanın Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Katarina" adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, AYB-nin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, şair Həmid Herisçi, filologiya elmləri doktoru Pərvanə Məmmədli, filologiya elmləri doktoru Esmira Fuad, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis,  Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova, iqtisad elmləri doktoru, şair Rəsmiyyə Sabir, gənc yazar İlahə Səfərzadə, və İranlı mühacirlər cəmiyyətinin nümayəndələri cənubşünas,milli fəal Yədulla Kənani, jurnalist Güləddin İsmayılov başqaları çıxış edib.

Xalq şairi, AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri Sabir Rüstəmxanlının moderatorluğu ilə baş tutan tədbirdə Əli Çağlanın şeirləri təhlil olunub, onun Güney Azərbaycan və Quzey Azərbaycan arasında ədəbi əlaqələrdəki önəmli fəaliyyətindən bəhs ediblər.

Qeyd edək ki, Əli Çağlanın sözü gedən həmin kitabı Bakı şəhərində "Yarasa" nəşriyyatı tərəfindən, daha sonra isə Türkiyənin Ankara şəhərində "Efsun" nəşriyyatında çap olunub.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.