“Azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdəti”

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Ə.Kərim adına Poeziya Evinin birgə təşkilatçılığı ilə biologiya üzrə fəlsəfə doktoru, dosent, AYB və Rusiya Yazıçılar İttifaqının üzvü Sadiq Qarayevin yaradıcılığına həsr olunmuş “Azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdəti” adlı tədbir təşkil edilib.

 

Poeziya Evində gerçəkləşən tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Poeziya Evinin direktoru İbrahim İlyaslı iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov, AMEA Həmkarlar Komitəsinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Solmaz Sadıqova, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, AJB Sumqayıt şəhər təşkilatının sədri Rafiq Oday, şair-qəzəlxan Lilpar Cəmşidqızı, yazıçı Almaz Ərgünəş Bəyazid çıxış edərək Sadiq Qarayevin yaradıcılığı, əsərlərində önəmli yer tutan Azərbaycançılıq ideyası və müəllifin bədii düşüncəsinin mahiyyəti barədə fikirlərini bölüşüblər.

Sonda  Sadiq Qarayev təşkilatçılara və iştirakçılara təşəkkür edərək belə tədbirlərin keçirilməsinin milli kimliyimizin möhkəmləndirilməsi və gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.