Gənclər Kitabxanasında “Oxu, öyrən, qazan” adlı layihə

 

Kitab və mütaliənin təbliği – hər bir kitabxana fəaliyyətinin əsas istiqamətidir. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı Şəhər Yasamal rayonu üzrə Gənclər və İdman İdarəsi ilə birlikdə  Yasamal rayonu ərazisində yerləşən Mərkəzi Parkda “Oxu, öyrən, qazan” adlı layihə həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, layihənin əsas məqsədi mütaliənin təbliği, uşaqlarda mütaliə-bilik dairəsinin genişləndirilməsi, kitabxanalara ictimai marağın artırılması, gənc nəsildə intellekt səviyyəsinin yüksəldilməsi olmuşdur. Layihə çərçivəsində kitabxananın əməkdaşları tərəfindən paytaxt sakinlərinə mütaliə mədəniyyətinə, kitabla rəftar və kitabxanadan istifadə qaydalarına dair məlumat verilmiş, kitabxanaya yazılmaq arzusunda olan kitabsevərlərə səyyar xidmət göstərilmişdir. “Oxu, öyrən, qazan” layihəsi çərçivəsində oxuculara kitabxananın fonduna yeni daxil olan nəşrlər sərgilənmiş və onlar haqqında məlumat verilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.