Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2024) keçirilir. Bu gün oktyabrın 2-dir və səhər saat 10-da sərginin təntənəli açılışı olacaq. 

 

Əvvəlki illərin təcrübəsindən çıxış edərək deyə bilərik ki, sərgi ölkədə maraqla qarşılanır, böyük auditoriya toplaya bilir. Təşkilatçı tərəf Hava limanının yaxınlığında olan Bakı Ekspo Mərkəzinə qatılmaq istəyən vətəndaşların daşınmasını təmin etməklə qapıları taybatay açmış olur. 

Bu il də belə olacaq. Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcəkdir.

Sərgiyə giriş də əlbəttə ki ödənişsizdir.

Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. 

 

Builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub. Hazırda 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə sərgidə iştirak üçün qeydiyyatdan keçib. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər. Budəfəki sərgi üçün də zəngin proqram tərtib olunub.

Kitab bayramı çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərgi müddətində müxtəlif formatda ümumilikdə 270-dən çox tədbirin təşkili nəzərdə tutulur. Tədbir gedişində ölkəmizin də üzv olduğu Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası keçiriləcək. 

Sərginin Təşkilat Komitəsi tərəfindən şair Salam Sarvan və yazıçı Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib.

Salam Sarvan müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. “Sənə deyiləsi deyil sənə deyiləsi sözüm”, “Mən gələr olmadım, yolu qarşıla”, “Heykəl tənhalığı” adlı şeir kitablarının müəllifidir. Şairin əsərləri müxtəlif xarici dillərə tərcümə olunub.

Rövşən Abdullaoğlu çağdaş nəsrimizdə ən çox oxunan yazıçılardan biri və 32 kitab müəllifidir. “Relslər üzərində uzanmış adam” romanı 2020-ci ildə “Readers Favorite” beynəlxalq kitab müsabiqəsinin qalibi olub.

Sərgi çərçivəsində 7 gün ərzində fəxri yazarların iştirakı ilə sərgi salonunda müxtəlif formatda tədbirlər (kitab təqdimatı, imza saatları, oxucularla görüş, xarici yazarlarla birgə panellərdə iştirak) təşkil olunacaq.

Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn da 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.

Con Boyn dünyanın 46 dilinə tərcümə olunan 25 kitab müəllifidir. Yazıçının ən məşhur əsəri “Zolaqlı pijamalı oğlan” romanıdır.

Con Boynun oktyabrın 3-də “Füzuli” təqdimat zonasında oxucularla görüşü və imza saatı olacaq.

Sərgidə maraqla gözlənilən tədbirlərdən biri də bu gün saat 16-da Yaşıl zonada baş tutacaq Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun birgə layihəsi olan “Sizlər üçün seçdik” adlı çağdaş Azərbaycan ədəbiyyatı antologiyasının təqdimat mərasimidir. 

Bu nəşrin əsas fərqli cəhəti ölkənin tanınmış yazarlarının ən yaxşı bildikləri əsərlərini antologiya üçün təqdim etmələrindədir.

Kitaba Xalq yazıçılarından Anarın, Elçinin, Kamal Abdullanın, Çingiz Abdullayevin, Elmira Axundovanın, Natiq Rəsulzadənin hekayələri, Xalq şairlərindən Nəriman Həsənzadənin, Vahid Əzizin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin şeirləri daxil edilib. O cümlədən, nasirlərdən Seyran Səxavət, Elçin Hüseynbəyli, Yunus Oğuz, Varis, İlqar Fəhmi, Aqşin Yenisey, Natiq Məmmədli və Cavid Babayev, şairlərdən Baba Vəziroğlu, Rəşad Məcid, Ramiz Qusarçaylı, Səlim Babullaoğlu, Salam Sarvan, Nigar Həsənzadə, Qulu Ağsəs, İbrahim İlyaslı, Əlizadə Nuri, Əkbər Qoşalı, Xəyal Rza, Fərid Hüseyn və İntiqam Yaşarın da əsərləri antologiyada yer alıb.

Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətini bərpa etmiş “Yazıçı” nəşriyyatının “Booker Publishing house” nəşriyyat evi ilə birgə ərsəyə gətirdiyi antologiyanın böyük maraqla qarşılanacağı hədsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(02.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2024) keçirilir. Bu gün oktyabrın 2-dir və səhər saat 10-da sərginin təntənəli açılış mərasimi olub. 

 

Sərgidə maraqla gözlənilən tədbirlərdən biri də bu gün saat 16-da Yaşıl zonada baş tutacaq Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun birgə layihəsi olan “Sizlər üçün seçdik” adlı çağdaş Azərbaycan ədəbiyyatı antologiyasının təqdimat mərasimidir. 

Bu nəşrin əsas fərqli cəhəti ölkənin tanınmış yazarlarının ən yaxşı bildikləri əsərlərini antologiya üçün təqdim etmələrindədir.

Kitaba Xalq yazıçılarından Anarın, Elçinin, Kamal Abdullanın, Çingiz Abdullayevin, Elmira Axundovanın, Natiq Rəsulzadənin hekayələri, Xalq şairlərindən Nəriman Həsənzadənin, Vahid Əzizin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin şeirləri daxil edilib. O cümlədən, nasirlərdən Seyran Səxavət, Elçin Hüseynbəyli, Yunus Oğuz, Varis, İlqar Fəhmi, Aqşin Yenisey, Natiq Məmmədli və Cavid Babayev, şairlərdən Baba Vəziroğlu, Rəşad Məcid, Ramiz Qusarçaylı, Səlim Babullaoğlu, Salam Sarvan, Nigar Həsənzadə, Qulu Ağsəs, İbrahim İlyaslı, Əlizadə Nuri, Əkbər Qoşalı, Xəyal Rza, Fərid Hüseyn və İntiqam Yaşarın da əsərləri antologiyada yer alıb.

Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətini bərpa etmiş “Yazıçı” nəşriyyatının “Booker Publishing house” nəşriyyat evi ilə birgə ərsəyə gətirdiyi antologiyanın böyük maraqla qarşılanacağı hədsizdir.

Bütün maraqlananlar dəvətlidir.

Hələ kitab hədiyyəsi də olacaq! 

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2024) keçirilir. Bu gün oktyabrın 2-dir və səhər saat 10-da sərginin təntənəli açılış mərasimi olub. 

 

Sərgidə Türk Mədəniyyəti və İrsi Fondu da yaxından iştirak edəcək. 

Bu gün - oktyabrın 2-də saat 14-də Lütfizadə təqdimat zonasında “Türk ədəbiyyatının inciləri” seriyasından tanınmış qazax ədibi Kemel Tokayevin “Xüsusi tapşırıq” kitabının təqdimatı olacaq. 

 

 

Həmin gün saat 16-da Füzuli təqdimat zonasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Füzuli irsinin əbədiləşdirilməsi ilə bağlı Fərman və Sərəncamlarını ehtiva edən “Heydər Əliyev və Məhəmməd Füzuli” kitabı təqdim ediləcək.

 

Oktyabrın 5-də saat 10-da Yaşıl zona” təqdimat zonasında “Türk ədəbiyyatının inciləri” seriyasından tanınmış qazax yazıçısı Bardibek Sokrakbayevin “Mənim adım Kojadır” kitabının təqdimatı və 100 illik yubileyi mərasimi keçiriləcək. 

 

 

Həmin gün saat 11-də Füzuli təqdimat zonasında “Türk ədəbiyyatının inciləri” seriyasından görkəmli qazax yazıçısı Malik Otarbayevin “Gözlədiyimiz xoşbəxtlik” kitabının təqdimat mərasimi olacaq. 

 

 

Nəhayət, oktyabrın 7-də saat 14-də Lütfizadə təqdimat zonasında “Türk ədəbiyyatının inciləri” seriyasından türkmən ədəbiyyatının klassik şairi Məhdimqulu Faraqinin “Aşiq olmuşam” adlı şeirlər kitabı təqdim ediləcək. 

 

 

 

Həmin gün saat 16-da isə Lütfizadə təqdimat zonasında “Türk dünyasının elmi inciləri” seriyasından Qazaxıstan Respublikasının dövlət və elm xadimi Darxan Kıdırəlinin “Daşa yazılan tarix” kitabının təqdimat mərasimi baş tutacaq.

 

 

“Ədəbiyyat və incəsənət”

(02.10.2024)

Gənc soydaşımız Səlim Abbaszadənin çəkdiyi "Xarıbülbül" rəsmi dünyanın 185 ölkəsindən əl işləri ilə birlikdə Oslo Beynəlxalq İncəsənət Uşaq Muzeyinin (The International Museum Of Children's Art's) daimi sərgi salonunda nümayiş olunacaq. Gənc rəssamın “Tıq-tıq xanım” muzeyin arxivində saxlanması halında.

Səlim Abbaszadə əsəri Muzeydə çıxan ilk azərbaycanlı gəncdir.

Bu barədə “Ədəbiyyat və İncəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Oslo Beynəlxalq Uşaq İncəsənət Muzeyinin direktoru Anqela Qoldin S.Abbaszadənin rəsmlərindəki rəngarəngliyin və təbii təbiətin ünsürlərinin obrazlı təsvirinin "soyuq şimal"a istilik, sülh, gözəl və birlik bəxş etdiyi bildirilir.

Muzeyin əsas üç funksiyası olduğunu deyən Anqela Qoldin ki, əsas məqsədi dünyanın hər qitəsindən rəsmləri toplamaq, qorumaq və gənc istedadların rənglər inkişafında gələcək nəsillərə ötürməkdir.

Muzeyin direktoru Səlim Abbaszadə ilə əməkdaşlıq çərçivəsində.

Qeyd edək ki, 2023-cü ildə Oslo Beynəlxalq İncəsənət Uşaq İncəsənət Muzeyində (The International Museum Of Children's Art's) Norveç Azərbaycan Gənclər Təşkilatı-NAYO və Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəb Muzeyinin təşkilatçılığı ilə Səlim Abbaszadənin "Qarabağı gözəl gördüm" adlı ilk əsəri yaradılıb.

 

“Ədəbiyyat və İncəsənət”

(01.09.2024)

Çərşənbə axşamı, 01 Oktyabr 2024 18:05

Yunanıstanda Azərbaycan mətbəxinin nümunələri təqdim edilib

Yunanıstanın Saloniki şəhərində Plaz Aretsusda meydanında 23-cü “Xeyirxahlıq üçün qida” (“Food for Good”) - ənənəvi Beynəlxalq Qida Festivalı keçirilib. 

Hər il 40-dan çox ölkənin mətbəxinin təmsil olunduğu festivala 2000-dən artıq ziyarətçi gəlir.

“Ədəbiyyat və incəsənət” portalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, festivalda “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə qurulmuş guşədə milli mətbəximizin ləziz təamları, müxtəlif çeşidli şirniyyatlar, Azərbaycan çayı və şərabı iştirakçılara təqdim olunub.

Tədbirdə toplanan vəsait Yunanıstanın Filiro bölgəsində yerləşən yunan uşaq evinə ianə edilir.

 

 “Ədəbiyyat və incəsənət”

(01.10.2024)

Çərşənbə axşamı, 01 Oktyabr 2024 13:18

El Qrekodan Qumilyova və Vaqif Bayatlıya qədər - TƏQVİM

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

1 oktyabr tarixi təqvimdə nə ilə səciyyələnir? İlk öncə onunla ki, bu gün yeni ay başlayır. Qızıl payızın orta ayı, toy-düyün mövsümü. 

 

 

Adəti üzrə 1 oktyabrda dünyaya gələn məşhur mədəniyyət xadimlərinin əlifba sırası ilə siyahısına nəzər yetirək. 

 

  

 

BƏHRAM OSMANOV

 

Azərbaycanın teatr rejissoru, aktyor, əməkdar incəsənət xadimi. 

 

Hazırda Akademik Milli Dram Teatrında və “Ocaq” yaradıcılıq studiyasında çalışır. 

 

1962-ci ildə Gəncədə dünyaya gəlib. 

 

 

 

EL QREKO

 

Dünya şöhrətli yunan mənşəli ispan rəssamı. Avtoportretləri ilə məşhurdur. 

 

1541-ci ildə İraklionda doğulub, 1614-cü ildə Toledoda vəfat edib. 

 

 

 

LEV QUMİLYOV

 

Rusiyanın yazıçısı, tarixçi alimi, etnoqrafı, araşdırmaçısı. Xüsusən tarixi kitabları ilə tanınıb. Onun “Qədim türklər” kitabı türkdilli xalqlar üçün xüsusi əhəmiyyət kəsb edir. 

 

1912-ci ildə Sankt-Peterburqda doğulub, 1992-ci ildə orada da vəfat edib. 

 

 

 

MƏMSUM İBRAHİMOV

 

Tanınmış xanəndə, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı, Milli Konservatoriyanın professoru. 

 

1960-cı ildə Ağdam rayonunda anadan olub. 

 

 

 

RİÇARD HARRİS

 

İrlandiyalı aktyor, müğənni, teatr prodüsseri, film rejissoru, yazıçı - bir sözlə, universal mədəniyyət xadimi. Kino və musiqi sahəsində ötən əsrin 60-80-ci illərində hədsiz uğurlar əldə edib. Kral Artur rolu və “Mak Artur Park” mahnısı onu şöhrətin zirvələrinə qaldırıb.

 

1930-cu ildə Limerikdə doğulub, 2002-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda vəfat edib. 

 

 

 

VAQİF BAYATLI ODƏR

 

Sevilən şair, tərcüməçi, Azərbaycanın Əməkdar İncəsənət xadimi. “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, “Yupyumru bir eşq ilə” kimi kitabları ilə bənzərsiz poetik nümunələr ortaya qoyub. 

 

1948-ci ildə Cəbrayıl rayonunda doğulan şairin bu gün yubileyi - 75 illiyidir. 

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(01.10.2024)

 

Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun birgə layihəsi olan “Sizlər üçün seçdik” adlı çağdaş Azərbaycan ədəbiyyatı antologiyası işıq üzü görüb.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu nəşrin əsas fərqli cəhəti ölkənin tanınmış yazarlarının ən yaxşı bildikləri əsərlərini antologiya üçün təqdim etmələrindədir.

 

2023-2024-cü illər üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsinin qalibi olan Azərbaycan Ədəbiyyat Fondu qrand alan "Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması" layihəsinin icrasına cari ilin aprel ayında iki kitabın - çağdaş Azərbaycan antologiyasının və mütaliə mədəniyyətinin formalaşdırılması üzrə biliklər toplusunun materiallarını toplamaqla başlayıb. Ardınca kitabların nəşr və çap prosesləri gedib. Və budur, “Sizlər üçün seçdik” adlı çağdaş Azərbaycan ədəbiyyatı antologiyası işıq üzü görüb.

Kitaba Xalq yazıçılarından Anarın, Elçinin, Kamal Abdullanın, Çingiz Abdullayevin, Elmira Axundovanın, Natiq Rəsulzadənin hekayələri, Xalq şairlərindən Nəriman Həsənzadənin, Vahid Əzizin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin şeirləri daxil edilib. O cümlədən, nasirlərdən Seyran Səxavət, Elçin Hüseynbəyli, Yunus Oğuz, Varis, İlqar Fəhmi, Aqşin Yenisey, Natiq Məmmədli və Cavid Babayev, şairlərdən Baba Vəziroğlu, Rəşad Məcid, Ramiz Qusarçaylı, Səlim Babullaoğlu, Salam Sarvan, Nigar Həsənzadə, Qulu Ağsəs, İbrahim İlyaslı, Əlizadə Nuri, Əkbər Qoşalı, Xəyal Rza, Fərid Hüseyn və İntiqam Yaşarın da əsərləri antologiyada yer alıb.

Nəşrin tərtibçisi Varisdir. 

Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətini bərpa etmiş “Yazıçı” nəşriyyatının “Booker Publishing house” nəşriyyat evi ilə birgə ərsəyə gətirdiyi antologiyanın təqdimatı 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

İsveçdə Azərbaycanın müasir peşəkar musiqisinin tanıdılmasına həsr olunmuş videokonfransda Avropada yaşayan 40-a yaxın musiqiçi, musiqişünas və musiqisevər iştirak edib.

AzərTAC xəbər verir ki, videokonfransı İsveçin Höteborq şəhərində yaşayan “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri Səadət Kərimi təşkil edib.

Açılış nitqi ilə çıxış edən S.Kərimi konfrans iştirakçılarına Azərbaycan musiqisinin zəngin və çoxəsrlik tarixindən danışıb. O qeyd edib ki, bu barədə ilk məlumatlar arxeoloji qazıntılar zamanı aşkar edilmiş bir sıra tarixi abidələrdə, o cümlədən Qobustanın qayaüstü rəsmlərində (eramızdan əvvəl XVIII-III minilliklər) və Gəmiqayada (e.ə. III - I minilliklər), eləcə də orta əsr musiqisi haqqında zəngin məlumatları, onun janrları və alətlərini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanı (VII əsr) və dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Füzulinin əsərlərində yer alıb.

Daha sonra çıxış edən bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova yaşadığı Almaniyadakı fəaliyyətindən, əsərlərinin ifa olunduğu dünyanın müxtəlif ölkələrində keçirilən festival və konsertlərdən, eləcə də rəhbəri olduğu “Bridge of Sound” orkestri haqqında danışıb.

X.Zeynalova qeyd edib ki, onun fəaliyyətinin əsas məqsədi Azərbaycan musiqisinin təbliğidir. O, alman tələbə və professor-müəllim heyətinin Qarabağ Universiteti ilə əməkdaşlığı haqqında da fikirlərini bölüşüb.

Niderland-Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova tədbir iştirakçılarını cəmiyyətin həyata keçirdiyi layihələrlə tanış edib. O bildirib: “Layihələrimizdən biri də “Sarı gəlin” mahnısını 2023-cü il ərzində müxtəlif ölkələrdə ifa edən xor kollektivi ilə bağlıdır. Bu layihənin məqsədi ermənilərin bizim musiqimizi mənimsəmək cəhdlərinin qarşısını almaq idi”.

Firəngiz Bağırova Xocalı faciəsinə həsr olunmuş “Dünya uşaqların gözü ilə” musiqi layihəsindən qürurla bəhs edib. Onun sözlərinə görə, musiqi quruluşu iki il ərzində Niderlandın müxtəlif şəhərlərində nümayiş etdirilib.

Dahi Fikrət Əmirovun tələbəsi, bəstəkar Qalib Həsən Məmmədov Norveçdəki musiqi fəaliyyətindən danışıb. Onun əsərləri Norveçin aparıcı nəşriyyatlarında çap olunur.

Videokonfransda Azərbaycan xalq mahnıları səsləndirilib, Avropada yaşayan soydaşlarımızın əsərlərindən ibarət konsertlərdən parçalar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(01.010.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən daimi müəllifimiz Əlizaəd Nuridir. Bu dəfə şair Dupduru sular kimi... deyəcək. 

Xoş mütaliələr.

 

Dupduru sular kimi...

 

Ay işığı aynalar

Hələ diksinməmişdi-

Sənin baxışlarından.

Aynadan balacaydın

Sevib böyütdüm səni.

 

Bir pirə girən kimi

Ayağımı soyunub,

Girdim sənin ömrünə.

İşığa həsrət idim-

Üzümə tutdum səni...

 

Kim kimçün dəli olar,

Kim kimdən ötrü ölər?-

Durub oyun oynadıq,

Axır ki  sənsiz öldüm-

Axır ki  uddum səni.

 

Dupduru sular kimi

Sevdiyinin üzünü 

Yada salmaq elə xoş-

Bir də xatırlamaqçün

Bir də unutdum səni...

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

Çərşənbə axşamı, 01 Oktyabr 2024 15:17

Xudavəng monastırı - qədim alban, tarixi Azərbaycan abidəsi

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

Xudavəng monastırı - qədim alban, tarixi Azərbaycan abidəsi Azərbaycanın qərb hissəsində, Kəlbəcər rayonunun Vəng kəndi yaxınlığında yerləşir. Bu tarixi dini kompleks Azərbaycanın mədəni irsi və Qafqaz Albaniyası dövrünün ən möhtəşəm memarlıq nümunələrindən biridir. Xudavəng (və ya Dadivəng) monastırı Qafqaz Albaniyasına aid qədim kilsə və monastırlardan biri hesab olunur. 

Qafqaz Albaniyasının xristian dövründə tikilmiş bu kompleks öz zəngin tarixi ilə Azərbaycanın dini və mədəni mənzərəsinin ayrılmaz hissəsi olmuşdur.

Monastırın adının mənşəyi müxtəlif izahlarla əlaqələndirilir. "Xudavəng" sözü yerli dildə "Allahın monastırı" kimi tərcümə edilir və bu məkanın dini və mənəvi əhəmiyyətini vurğulayır. "Dadivəng" adı isə bəzən monastırın qurucusu olduğu güman edilən Dadi adlı müqəddəs şəxslə bağlıdır. Bu şəxsiyyətin xristian dininin yayıldığı dövrlərdə bölgədə missioner fəaliyyəti göstərdiyi düşünülür.

Xudavəng monastırı təxminən VI-VII əsrlərdə tikilməyə başlanmış və sonrakı dövrlərdə müxtəlif əlavələr və yenidənqurmalarla genişləndirilmişdir. Kompleksin memarlığı, o dövrün xristian dini tikililərinin tipik xüsusiyyətlərini daşıyır. Kilsənin strukturunda bərk daş materiallardan istifadə olunmuş, həmçinin zəngin bəzək elementləri, mozaikalar və freskalarla bəzədilmişdir.

Monastır kompleksinə daxil olan binalar arasında kilsə, ibadətgah, yaşayış binaları və başqa tikililər mövcuddur. Kompleksin mərkəzində yerləşən əsas kilsə, onun monumental giriş qapısı və içərisindəki dekorativ elementlər diqqətəlayiqdir. Bəzi freskalar və oyma işləri qədim Qafqaz Albaniyasının dini təsvirlərini əks etdirir.

Xudavəng monastırı, Azərbaycanın dini və mədəni həyatında xüsusi yer tutur. Bölgə xristianlarının müqəddəs ziyarətgahlarından biri kimi uzun əsrlər boyu fəaliyyət göstərmişdir. Xristianlıq dövründə və xüsusilə orta əsrlərdə burada dini mərasimlər və ibadətlər keçirilmişdir. Monastır həm də təhsil və mədəniyyət mərkəzi kimi tanınmış, dini və fəlsəfi mətnlərin yazıldığı və saxlandığı məkanlardan biri olmuşdur.

Xudavəng Monastırı yalnız dini məkan kimi deyil, həm də Azərbaycanın müxtəlif dini icmaları arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynamışdır. Burada saxlanılan dini əlyazmalar və digər maddi-mədəniyyət nümunələri Azərbaycan və Qafqaz regionunun tarixi və dini irsi haqqında qiymətli məlumatlar verir.

Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal edildikdən sonra Xudavəng monastırı da zərər görmüşdür. Münaqişə nəticəsində monastırın bir çox hissəsi dağıdılmış, tarixən əhəmiyyətli abidə vandalizmə məruz qalmışdır. Lakin 2020-ci ildə Qarabağ müharibəsinin sona çatması ilə Kəlbəcər Azərbaycanın nəzarətinə qayıtdı və bu bölgədə yerləşən tarixi abidələrin, o cümlədən Xudavəng monastırının bərpası məsələsi gündəmə gəldi. Hazırda monastırın yenidən bərpası və tarixi əhəmiyyətinin qorunması istiqamətində işlər aparılmaqdadır.

Son olaraq qeyd edək ki, Xudavəng monastırı Azərbaycan tarixi və mədəni irsinin nadir nümunələrindən biridir. Qafqaz Albaniyasının dini mərkəzlərindən biri olaraq, monastır ölkənin xristian irsini qoruyub saxlayan abidələrdən biri kimi xüsusi əhəmiyyətə malikdir. Onun tarixi əhəmiyyəti, memarlıq gözəlliyi və dini mənəvi rolu Azərbaycanın mədəni irsinin vacib bir hissəsini təşkil edir. Monastırın bərpası və qorunması bu zəngin irsi gələcək nəsillərə çatdırmaq baxımından mühüm addımdır.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.